Amerika Prezidenti Donald Tramp NATO sammiti öncəsi bir sıra dövlətlərin başçılarına ittihamedici məktub yazması ilə dünya siyasətini yenidən qarışdırıb. ABŞ dövlət başçısı öz avropalı tərəfdaşlarını qətiyyətsizlikdə, süni davranmaqda, ticari əlaqələrdə qeyri-səmimi olmaqda günahlandırıb. Buna Angela Merkel dərhal reaksiya verib. Almaniyanın kansleri cavabında bəyan edib ki, Amerika böyük bir ticari müharibənin astanasına gəlib. Buradan geriyə dönüş olmaya bilər. Mütəxəssislər A.Merkelin bu mövqeyini Aİ-nin də ticarət müharibəsinə hazırlaşması kimi qiymətləndirirlər. Digər məsələ NATO üzvlərinin hərbi xərcləri ilə bağlıdır. Amerika Prezidenti xeyli vaxtdır ki, üzv dövlətlərdən xərcləri artırmağı tələb edir. O, əsas yükün Amerikanın üzərinə düşməsinin doğru olmadığını ifadə edir. Bu istiqamətdə NATO üzvləri bir sıra addımlar atsalar da, D.Tramp gedişatdan tam razı deyil. Həmin səbəbdən də o, NATO üzvlərindən müəyyən məsələlərə əməl etmələrini tələb edir. Bu kontekstdə qlobal dünya siyasətinin mümkün təkamül ssenariləri üzərində geniş dayanmaq lazımdır.
Trampın iki tələbi: Avropa narahatlıq içində
Dünya yeni bir qalmaqalla üz-üzədir. ABŞ Prezidenti Donald Tramp Avropa ölkələri başçılarına məktub yazaraq ağır bir dillə onları ittiham edib. NATO sammiti öncəsi Amerika rəhbərinin bu davranışına reaksiya kəskin olub. Məsələ ondan ibarətdir ki, D.Tramp həm hərbi, həm də maliyyə-iqtisadi sferalarda Qərb dövlətlərinin yeritdiyi siyasəti qəbul etmir. O hesab edir ki, Avropa İttifaqı dövlətləri Amerika ilə ticari-iqtisadi münasibətlərdə sui-istifadələrə yol verirlər. Bu kontekstdə Aİ-nin özünü ABŞ-a ağır yük kimi yaradıblar.
D.Tramp konkret olaraq iqtisadi münasibətlərdə disbalansın olmasını və hərbi xərclərin qeyri-bərabər bölünməsini göstərib. Bu vəziyyətin düzəldilməsini Amerikanın dövlət başçısı Avropa ölkələrindən birbaşa tələb edib. Hətta Almaniya kansleri Angela Merkelə yazdığı məktubda sərt fikirlər səsləndirdiyi barədə informasiyalar yayılıb. Şansölye artıq buna reaksiya verib. A.Merkel xəbərdar edib ki, D.Trampın hərəkətləri böyük ticarət müharibəsinə aparır.
Maraqlıdır ki, dünya KİV-lərində bir neçə böyük dövlətin ABŞ-ın vergi siyasətinə etiraz əlaməti olaraq ortaq hərəkət etmək barədə razılığa gəldiyi haqqında da məlumatlar yer almaqdadır. Bu sıraya Yaponiya, Çin, Hindistan və Rusiya daxildir. Bütövlükdə Ümumdünya Ticarət Təşkilatına daxil olan 44 ölkə Amerikaya qarşı etiraz proseslərində iştirak etməyə qərar veriblər.
Mütəxəssislər bu gedişatı dünya səviyyəsində ciddi problemlər yarada biləcək böhranın ilk əlamətləri hesab edirlər. Onlar buraya iki məqamı da əlavə edirlər. Birincisi, dünya miqyasında ticari və maliyyə böhranının yaxınlaşdığı barədə bir sıra bankların verdikləri proqnozlardır. İkincisi, NATO-da fikir ayrılığının daha da dərinləşməsidir.
Birinci məsələ ilə bağlı Ümumdünya Bankı və Amerika Bankı öz proqnozlarını veriblər. Onlar hesab edirlər ki, 2019-cu ildən başlayaraq qlobal miqyasda iqtisadi və maliyyə vəziyyəti kəskin pisləşə bilər. Bu da dünya iqtisadi sisteminin dərin böhran keçirməsinə səbəb ola bilər. Yeni maliyyə böhranı daha geniş sayda ölkələri əhatə edər. Bunun nəticəsində ümumilikdə qlobal maliyyə sisteminin çöküşü baş verər.
NATO daxilində hərbi xərclərin artırılması da ciddi məsələ hesab olunur. Bu, faktiki olaraq Qərb təhlükəsizlik sisteminin çöküşünə apara bilən proses təsiri bağışlayır. Belə ki, söhbət Avropa ölkələrinin Amerikadan asılı olmayan müdafiə-təhlükəsizlik sistemi qurmasından gedir. Artıq bir neçə NATO dövlətinin ayrıca silahlı qüvvə yaratmaq qərarına gəldikləri haqqında informasiyalar yayılır. Onların sırasında Fransa, Almaniya və Böyük Britaniyanın da adları çəkilir.
Yeni yaradılmalı olan hərbi strukturu Avropa Ordusu adlandırırlar. Bu, üzv dövlətlərin hər birində baş verə biləcək hərbi proseslərə çevik müdaxiləni nəzərdə tutan mobil qruplaşma kimi təsəvvür olunur. Aparıcı qüvvələr kimi isə Almaniya və Fransa düşünülür. Mütəxəssislər vurğulayırlar ki, kansler A.Merkelin son zamanlar tez-tez "biz artıq təhlükəsizliyimizi ABŞ-a etibar edə bilmərik" fikrini vurğulaması məhz həmin məsələ ilə bağlıdır. Lakin avropalılar hələlik konkret addımlar atmayıblar. Əvəzində, onlar ABŞ-Rusiya münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı narahatlıq keçirirlər.
Məsələ D.Tramp və V.Putinin iyulun 16-da Finlandiyada görüşə biləcəkləri ilə bağlı yayılan informasiyalarla əlaqəlidir. Avropalı mütəxəssislər hesab edirlər ki, əgər iki böyük dövlət razılığa gələ bilsələr, onda Aİ olduqca mürəkkəb geosiyasi vəziyyətə düşəcək. Faktiki olaraq Brüssel öz təhlükəsizliyini özü təmin etməli olacaq. Eyni zamanda, dünyada geosiyasi balans ciddi surətdə dəyişikliyə uğraya bilər. Çünki burada faktiki olaraq geosiyasi proseslərin Qərb qanadının çöküşündən söhbət gedir. O halda Rusiya və Çinin qlobal geosiyasətdəki statusunun da yeniləşməsi istisna edilmir. Ən azından onlar həm ABŞ, həm də Aİ üçün daha əhəmiyyətli gücə çevrilirlər. Bunun praktiki nəticələri üzərində ekspertlərin ciddi düşünməsi lazım gələcək.
İki bankın proqnozları: geosiyasi proseslərin mümkün transformasiya ssenariləri
Yuxarıda təsvir edilən mənzərə göstərir ki, üç böyük faktor – iqtisadi, maliyyə və hərbi faktorlar, dünya geosiyasətini ciddi transformasiyalara uğrada bilər. Bu proseslər ilk olaraq Qərbin vahid geosiyasi düşərgə kimi parçalanması ilə xarakterizə oluna bilər. O halda qlobal geosiyasət iki mümkün variantdan biri üzrə təkamül edə bilər. Birincisi, Şərq-Qərb qarşıdurması daha kəskin səviyyəyə yüksələr. Burada Qərb əsas olaraq ABŞ, Şərq isə başlıca olaraq Rusiya-Çin tandemini ifadə edir.
Bu qarşıdurmada Aİ-nin hansı mövqe tutacağı barədə konkret proqnoz vermək çətindir, çünki ABŞ-Aİ və Aİ-Rusiya münasibətlərində vəziyyət aydın deyil. Brüssel faktiki olaraq bu iki böyük güc arasında sıxılıb. ABŞ Aİ-yə daha qətiyyətli və praqmatik olması üçün təzyiqlər edir.
Brüssel-Moskva xəttində isə gərginliklərin konkret məqamları məlumdur. Məsələn, Ukrayna məsələsində Aİ ilə Rusiyanın baxışları tamamilə fərqlidir. Bu faktor iki böyük gücün yaxınlaşmasına ciddi əngəl törədir. Ekspertlər hesab edirlər ki, həmin proses uzun müddət davam edə bilər, çünki tərəflərin öz mövqelərindən çəkilə biləcəyini təsdiq edən əlamət yoxdur. Əksinə, həmin aspektdə vəziyyət daha da gərginləşməkdədir.
Bu ssenaridə qlobal miqyasda fraqmentləşmə və regionallaşmanın güclənməsi ehtimalı yüksək görünür. Çoxlu sayda mübarizə aparan tərəflər meydana gələ bilər. Onlar arasında ixtilaflar müxtəlif münaqişələrin yaranması ilə yanaşı, mövcud olanların daha da kəskinləşməsinə yol açar. Bu da regional miqyasda müharibələrin meydana gəlməsi anlamına gəlir. Təbii ki, geosiyasi proseslərin bu cür inkişafı bütövlükdə bəşəriyyət qarşısında yeni-yeni ziddiyyətli məqamlar yarada bilər.
İkincisi, Avrasiya məkanında yeni geosiyasi konfiqurasiya yaranar ki, bu da qlobal geosiyasi proseslərin ağırlıq mərkəzinin tədricən Şərqə meyllənməsi kimi qiymətləndirilə bilər. Məsələn, Rusiya-Çin-Hindistan və ya Yaponiya-Çin-Hindistan kimi güclü geosiyasi qruplaşmalar yaranar. O halda geosiyasi proseslərin Şərqdə daha da aktivləşməsindən danışmaq olar. Qlobal geosiyasət fraqmentləşmir, lakin onun motivasiya məkanı və şərtləri yeniləşir.
Dünya faktiki olaraq yeni düzənə keçir. Bu ssenaridə dünya dövlətləri arasındakı münasibətlərin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi əsas vəzifə olaraq irəli çıxmalıdır. Çünki hazırkı vəziyyətdə yaranan çətinliklərin mənbəyində məhz böyük dövlətlərin beynəlxalq hüquqa əməl etməmələri dayanır. Mütəxəssislər vurğulayırlar ki, əgər bu proses dayanmasa, qlobal proseslər dalana dirənə bilər.
Beləliklə, qarşıdakı illərdə dünyanın böyük dövlətləri ortaq bir mövqeyə gələ bilməsələr, mövcud iqtisadi və hərbi sistemin ciddi böhran vəziyyətinə düşməsi ehtimalı az deyil. O halda qlobal səviyyədə risklər artar və dünya nizamını yenidən təşkil etmək ehtiyacı yaranar. Hələlik bu prosesin əsas mənbəyinin ABŞ olduğu görünür. Vaşinqton hətta ən yaxın müttəfiqləri ilə münasibətlərinə yenidən baxır və bu zaman hansı meyarları əsas götürür, bilinmir.
Digər böyük dövlətlər də kifayət qədər konstruktiv mövqe tutmurlar. Nəticədə, onlar arasındakı gərginlik daha da artır. Hazırda Amerikanın başladığı ticarət müharibəsi bu fikirlərin işığında olduqca riskli görünür. Maraqlıdır ki, Vaşinqton mövqeyindən əl çəkmək fikrində deyil. "Öncə Amerika" şüarı ilə hərəkət edən Tramp administrasiyası istənilən dövlətlə güc mövqeyindən danışmağa hazırdır. İndi özünü daha çox ABŞ-Avropa xəttində göstərən bu gərginliyin digər ölkələrlə münasibətlər sisteminə də təsir etməyəcəyinə təminat yoxdur. Yəni söhbət faktiki olaraq dünya siyasətində özünü göstərən risklərin artmasından gedir.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM