Ermənistan bir müddətdir ki, narahat siyasi həyat yaşayır. Orada küçə etirazları üzərində hakimiyyətə gələn qüvvə qaranlıq məqamlarla dolu addımlar atır. Bu da Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya kimi dövlətin rəhbərliyini düşündürür. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda yeni hakimiyyətin atdığı addımlarla bağlı fikir bildirməklə Kremlin mövqeyini konkret ifadə etmiş oldu. Məlum olur ki, Nikol Paşinyan Rusiya rəhbərliyinə verdiyi vədlərə əməl etmək fikrində deyil. Bütün bunların fonunda rəsmi İrəvanın S.Lavrovun sözlərinə sərt reaksiya verməsi və N.Paşinyanın insanları yenidən mitinqə çağırması müəyyən şübhələr yaradır. Belə təəssürat oyanır ki, Ermənistanın yeni hakimiyyəti ikili oyun aparır və onun başlıca mahiyyəti Rusiyaya arxadan zərbə endirməkdən ibarətdir. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac duyuruq.
Köhnə sindrom: erməni siyasətinin illüziyaları
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın yeni hakimiyyəti ilə bağlı jurnalistə dediyi sözlər erməni siyasi və ekspert dairələrində geniş əks-səda doğurub. Onlar qəfil ayılıb görürlər ki, tam olaraq Moskvadan asılıdırlar və Rusiya rəhbərliyi bu barədə açıq fikir bildirə bilər. Dəfələrlə bu, belə olub. Məsələn, müxtəlif səviyyələrdə ermənilərə anladıblar ki, Dağlıq Qarabağı özbaşına işğal etməyiblər. Onlara ciddi hərbi, maliyyə, ideoloji, təbliğat və diplomatik dəstək olub. Onların sırasında Rusiya da vardır.
Bəs İrəvan məhz indi Moskvadan səslənən və ermənilər üçün normal sayılan peşəkar diplomatın fikirlərinə hansı səbəblərdən dözülməz münasibət bildirir? Ermənistanın siyasətində hansısa ciddi dəyişikliklərmi baş verir? Yoxsa, bu, ermənilərin növbəti şıltaqlığıdırmı? Ekspertlər bu kimi suallara cavab axtarırlar. Burada mövqelər fərqlənir. Bir sıra ekspertlər hesab edir ki, həqiqi mənada İrəvanın daxili və xarici siyasətində dəyişikliklər baş verir. Onların başlıca məqsədi imkan daxilində müstəqil siyasət yeritmək, daha çox isə daxildə müstəqil addımlar atmaq hüququ əldə etməkdir. Nikol Paşinyanın özü də bu barədə danışır. O vurğulayır ki, xarici siyasət kursunda ciddi dəyişiklik yoxdur, Rusiya əvvəlki kimi əsas strateji müttəfiqdir. Ermənistanın təhlükəsizliyi məsələsində də Kremllə eyni mövqedə qalacaqlar. Lakin bu, İrəvanın dövlət quruculuğunda müstəqil addımlar atmasına mane olmamalıdır.
Moskva isə bu sözlərə inanmır. Çünki N.Paşinyan real olaraq antirusiya xətti yeridir. Hökumətə Qərb əhval-ruhiyyəli adamlar gətirilməklə yanaşı, Ermənistanda hakimiyyətdə olmuş qruplara qarşı tədbirlər görülür. Məsələ yalnız R.Koçaryan kimilərin həbsindən ibarət deyil. N.Paşinyan addım-addım Ermənistanın siyasi mühitini dəyişməyə və burada yalnız özünə yaxın dairələrin dominantlığını təmin etməyə çalışır. Bu kontekstdə erməni ekspertlərin irəli sürdükləri ssenarilər maraqlıdır.
Belə qənaət var ki, N.Paşinyan 1 il müddətində əsas siyasi rəqiblərini zərərsizləşdirdikdən sonra iki istiqamətdə addım atacaq. Birincisi, 1999-cu ildə parlamentdə törədilən terror hadisəsinin təşkilatçılarını üzə çıxaracaq. İkincisi, prezident üsul-idarəsinə qayıdıb, özü prezident seçiləcək. Birinci məsələ çox ciddi geosiyasi nəticələri olan hadisə ilə bağlıdır. Əgər N.Paşinyan doğrudan da buna getsə, onda Ermənistanın ən yeni tarixinin saxta olduğunu təsdiqləmiş olacaq. Çünki 1999-cu il qətliamını rəsmi olaraq açmadılar. Orada qətlə yetirilən siyasətçilərin hansı səbəblərdən hədəf seçildiyi barədə birmənalı mövqe bildirilmədi. Deməli, həmin dövr qaranlıq olaraq qalır. Ondan bu yana Ermənistanı R.Koçaryan və S.Sarkisyan illüziya dünyasında idarə ediblər.
Yəni, erməni cəmiyyəti ölkənin taleyində ciddi rol oynayan həmin hadisənin əsl səbəblərini və təşkilatçıların kimliyini bilmir. Belə olduğu halda niyə illərdir erməni xalqına demokratiyadan, millətçilikdən, təhlükəsizliyin təminindən, müstəqillikdən və güclü ordu quruculuğunun aparıldığından bəhs ediblər? Belə çıxır ki, keçən əsrin 90-cı illərindən Ermənistan real dövlətçilik müstəvisində olmayıb, qaranlıq planlar meydanı olub. Konkret desək, Ermənistanda müstəqil dövlət quruculuğu iflasa uğrayıb.
İkili oyun: müttəfiqi aldatmaq cəhdi
Birinci məsələnin başqa əhəmiyyətli məqamı bir sıra erməni KİV orqanlarının 1999-cu il parlament terrorunun arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığına işarə etməsidir. Bu, ciddi ittihamdır və həqiqət, yaxud yalan olduğunu biz deyə bilmərik. Lakin əgər erməni KİV-lərində belə informasiyalar verilirsə, onda Moskva ittiham edilir. Təbii ki, Rusiya bu ittihamlara cavab verməlidir. Sergey Lavrovun Ermənistanın yeni rəhbərliyi haqqında dediklərinə də hər şeydən öncə məhz həmin aspektdə nəzər salmaq lazımdır. Rusiya XİN rəhbəri demişdi ki, Ermənistanın yeni hakimiyyəti bu ilin mayında verdiyi sözə əməl etmir.
O zaman Nikol Paşinyan siyasi rəqiblərinin, o cümlədən Ermənistana rəhbərlik edən adamların təqib olunmayacağına söz veribmiş. R.Koçaryanın və bir neçə Rusiyaya bağlı adamların istintaqa çağırılmaları başqa vəziyyətin yarandığını göstərir. S.Lavrov da deyir ki, Rusiya həmişə Ermənistanı müdafiə edib, onun təhlükəsizliyinin qayğısına qalıb. Belə bir vəziyyətdə Kremlə yaxın olan siyasilərin məhkəməyə cəlb edilməsi, baş nazirin may ayında dedikləri ilə uyğun gəlmir. Həmin kontekstdə S.Lavrov Ermənistan rəhbərliyinin bir daha mövqeyini dəqiqləşdirməsini istəyib.
N.Paşinyanın bütün bunlara cavab olaraq insanları avqustun 17-də İrəvanda mitinqə toplamaq niyyəti onu göstərir ki, S.Lavrov haqlıdır. Rəsmi İrəvan Moskvaya arxadan zərbə endirir. Çünki N.Paşinyan mitinqdə insanlardan dəstək almaqla göstərməyə çalışır ki, məsələ cəmiyyətlikdir, bir siyasətçinin istəkləri ilə bağlı deyil. O halda rəsmi Moskvanın hər bir iradı erməni xalqının iradəsinə qarşı çıxmaq kimi yozulacaq ki, bu da beynəlxalq aləmdə ciddi etirazları meydana çıxara bilər.
Ancaq Rusiya çox böyük dövlətdir və özünün yaratdığı Ermənistanı ovcunun içi kimi tanıyır. Bu səbəbdən N.Paşinyanın sudan quru çıxma ehtimalı minimumdur. Onu cəzalandıra bilərlər.
Bu ehtimalı gücləndirən məqamlardan biri N.Paşinyanın Ermənistanda konstitusiyanı yenidən dəyişib, prezident üsul-idarəsini qaytarmaq niyyətidir. “Regnum” agentliyi bu barədə açıq yazıb. “Lavrov Paşinyana xəbərdarlıq etməyi qərara alıb” başlıqlı məqalədə vurğulanır: “Ancaq biz illüziyalar qurmuruq: Ermənistandan hay-küylü siyasi xəbərlərin sayı artacaq. Başlıca xəbər yeni seçkilər olacaq ki, seçki Paşinyanın legitimliyinin yalnız “küçə” ilə məhdudlaşmadığını sübut etməlidir. Daha vacib xəbər isə Ermənistana prezident üsul-idarəsini qaytaracaq yeni konstitusiyanın qəbul ilə bağlı olacaq. Ermənistanın yeni tam hakimiyyətli prezidenti olmağı isə Paşinyan istəyəcək. Bu nəticələrə küçə legitimliyindən “silkələnib çıxmadan” nail olmaq... mümkün deyildir (bax: Лавров решил предупредить Пашиняна / Regnum.ru, 1 avqust 2018).
Deməli, Moskva yerində və zamanında xəbərdarlıq edir. Hiss olunur ki, Ermənistanda hadisələr anormal istiqamətdə cərəyan edir. Bu, təbii ki, Moskvanın yanaşmasıdır. Açıq bildirilir ki, N.Paşinyanın əsas məqsədi hakimiyyətə təkbaşına yiyələnməkdir. Bütün oyunları da bunun üçün qurub. Özündən əvvəlki hakimiyyət rəhbərlərini istintaqa çəkməklə əks düşərgənin siyasi iradəsini qırmağa çalışır və onu ictimaiyyətin gözündən salır.
Bu kimi manevrlərdə digər məqsəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanarmış situasiyanı qeyri-müəyyənlikdə saxlamaqdan ibarət ola bilər. Belə ki, vaxtı uzatmaqla, ümumiyyətlə, danışıqlar prosesinin nəticəsiz qalmasına şərait yaradılır. Əgər Ermənistanda hər 5 ildən bir hakimiyyət bu üsulla dəyişsə və hər yeni gələn qüvvə müxtəlif bəhanələrlə vaxt istəsə, onda münaqişə sonsuza qədər həll olunmaz. Həm də ona görə ki, Ermənistanda kiminlə danışmaq lazım gəldiyini müəyyənləşdirmək çətin olar – hər yeni hakimiyyət əvvəlkindən daha etibarsız ola bilər.
Belə çıxır ki, Ermənistan yaxın illərdə silkələnmələrə məruz qala bilər. Bunun fonunda həm Cənubi Qafqazda geosiyasi mənzərədə risklər artar, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda durğunluq yarana bilər.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM