10-cu sammit: BRİCS meydan oxuyur

09:29 / 08.08.2018

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını özündə birləşdirən təşkilat (BRİCS) getdikcə daha israrla ümumdünya proseslərinə təsir etməyə başlayıb. Son illər ardıcıl olaraq sammitlər keçirib və hər dəfə də maraqlı qərarlar qəbul edib. Onun 10-cu yubiley sammitinə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Burada liderlər çox əhəmiyyətli beynəlxalq məsələləri müzakirə edib, onları yekun bəyannamədə vurğulayıblar. Sənəddə siyasi, geosiyasi, iqtisadi, ticari, humanitar və təhlükəsizlik məsələləri yer alıb. Müxtəlif regionlardakı münaqişələrin həllinə ortaq mövqe nümayiş etdirilib. Tədbirdə alınan qərarlar göstərir ki, BRİCS yeni səviyyədə qlobal məsələlərə təsir göstərmək əzmindədir. Təşkilat daha nüfuzlu olmağın yollarını arayır. Mümkündür ki, o, tərkibini genişləndirsin. Bütün bunlara görə də, ekspertlər Yohannesburqdakı sammitin mümkün geosiyasi nəticələri üzərində geniş dayanırlar. Bu aspektdə bir sıra aktual məqamları təhlil etməyə ehtiyac görürük.

Qlobal proseslərə təsir: yeni güc mərkəzi yaranır?

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BRİCS-ə üzv ölkələrin 10-cu yubiley sammitinin bəyannaməsi qəbul edilib. Bu təşkilat 2001-ci ildə yaradılıb. İlk üzvləri Braziliya, Rusiya, Hindistan, Çin olub. Maraqlıdır ki, bu termin-akronimi 2001-ci ildə ABŞ-ın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs"ın qlobal iqtisadi tədqiqatlar şöbəsinin rəhbəri Cim O’Nill təklif edib. Onun məqsədi bununla dünyanın dinamik inkişaf edən dörd iqtisadiyyatını vurğulamaq olub. 2011-ci ildə təşkilata Cənubi Afrika Respublikasının daxil olması ilə adı BRİCS-ə çevrilib.

10 ildir ki, mövcud olmasına baxmayaraq, BRİCS real fəaliyyətə 2006-cı ildən başlayıb. Onun təşəbbüskarı Vladimir Putin olub. BRİCS-ə daxil olan ölkələrin rəhbərlərinin müntəzəm görüşü 2010-cu ildən başlayır. Həmin ildən bu yana təşkilatın hər il yüksək səviyyəli sammitləri təşkil olunur. Eyni zamanda, həmin tədbirlərdə qlobal siyasət, iqtisadiyyat, ticarət, maliyyə və hərbi təhlükəsizliklə bağlı dünyanı maraqlandıran məsələlər müzakirə edilir.

2017-ci ildə Çində keçirilən 9-cu sammitdə isə konkret olaraq yeni dünya düzəni, dünya iqtisadiyyatında proteksionizmə qarşı mübarizə, ticarətdə bütün dövlətlər üçün bərabər şəraitin yaradılması, yeni beynəlxalq valyutanın formalaşdırılması və ortaq bankçılığın inkişafı kimi məsələlər müzakirə edildi. Hətta həmin tədbirdə Rusiya və Çin qlobal proseslərdə strateji qüvvələr balansının formalaşdırılması zərurətindən də bəhs edib, bunun təminatçısı kimi Çin və Rusiyanın çıxış etdiyini vurğuladılar.

Görünür, bu kimi özəlliklərə görə, 10-cu sammit ərəfəsi ABŞ Prezidenti Donald Tramp iştirakçılara müraciət edərək, "dünyanın geosiyasi, iqtisadi və maliyyə tarazlığını" pozmamağa çağırdı. Amerikanın belə reaksiya verməsini ekspertlər ciddi hadisə adlandırırlar. Çünki BRİCS-ə daxil olan ölkələrin imkanları yüksək səviyyədədir. Belə ki, dünya ərazisinin 29 faizi onlardadır. Əhalisi isə dünya əhalisinin 42 faizini təşkil edir. 2016-cı ildə BRİCS-ə üzv olan ölkələr dünyada iqtisadi inkişafın 50 faizdən çoxunu təşkil ediblər. Onların ÜDM-i də dünya ÜDM-nin 23 faizi qədər olub. Dünya ticarətinin 16 faizi və sərmayələrin 12 faizi BRİCS-ə aiddir.

Bunlara son illər təşkilata üzv olan dövlətlərin xarici siyasətdə, hərbi sahədə və maliyyədə ortaq hərəkət etmək barədə razılığa gəlməsini də əlavə etmək gərəkdir. Bu, müəyyən siyasi iradənin formalaşdığından xəbər verir. Doğrudur, Vaşinqtonun təzyiqi ilə Braziliya bir qədər kənara çəkilməyə meyl etdi, lakin bu da davamlı olmadı. İndi BRİCS dünya miqyasında əsas geosiyasi güc olmaq iddiasındadır.

Maraqlıdır ki, bu təşkilatın cəlbediciliyi də artır. Türkiyə ona maraq göstərir. Yohannesburq sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib, Çin, Rusiya, Braziliya və Hindistan rəhbərləri ilə müzakirələr aparıb.

Ekspertlər 10-cu sammitin yekun bəyannaməsində vurğulanan əsas məqamlara diqqət yetirirlər. Sənəddə iştirakçılar bərabərlik və demokratiya prinsiplərinə sədaqətliliyi qeyd edib, beynəlxalq münaqişələri sülh yolu ilə həll etməyə çağırıblar (bax: Лидеры стран БРИКС приняли декларацию по итогам десяти лет работы / РИА Новости, 26 iyul 2018).

Siyasət və ticarət: beş liderin təşəbbüsləri

Suriya və Yaxın Şərq məsələsi bəyannamədə ciddi yer alıb. Sənəddə Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə birliyin əhəmiyyəti qeyd edilir. Lakin bu, BMT-nin müvafiq qətnamələrinə uyğun aparılmalıdır. İştirakçılar kimyəvi silahın kim tərəfindən istifadə edilməsindən asılı olmayaraq, onu ciddi qınayırlar. Bütün münaqişələrin müstəqil, hərtərəfli, obyektiv və şəffaf təhqiq edilməsinin əhəmiyyəti vurğulanıb.

Sənəddə digər məsələ kimi Şimali Koreya göstərilib. Şimal-Şərqi Asiyada nüvə silahının məhv edilməsinin aktuallığı vurğulanıb. Bu zaman situasiyanın sülh, diplomatiya və siyasi yolla həllinin vacibliyi ayrıca qeyd edilib. Görünür, BRİCS Koreya yarımadasındakı vəziyyətə başlıca olaraq Çin və Hindistanın maraqları müstəvisində yanaşır. Həmin ölkələr ABŞ-ın bu və ya digər regionda hegemonluğunu istəmirlər. Təbii ki, Koreya yarımadası daha geniş miqyasda Asiya-Sakit okean hövzəsi regionunda ABŞ-Çin qarşıdurması kontekstində maraq doğurur. BRİCS bu problemə laqeyd qalmadığını nümayiş etdirir.

Ekspertlər üçün təşkilatın dünya iqtisadiyyatı və ticarəti ilə əlaqəli qərarları maraqlı idi. Çünki son zamanlar dünyanı qlobal ticarət müharibəsi narahat edir. Vaşinqton demək olar ki, bütün geosiyasi güc mərkəzlərinə qarşı müharibə elan edib. Onların sırasında BRİCS-ə daxil olan Rusiya, Hindistan və Çin də var. Bundan başqa, Amerika Avropa ölkələrinə qarşı da sərt mövqe nümayiş etdirirdi. Lakin Amerikanın şərtlərini Brüsselin qəbul etdiyi haqqında informasiyalar yayılıb. Öz növbəsində Vaşinqton da Avropa ölkələrindən olan avtomobillərə, polad və alüminiuma olan əlavə vergini ləğv etməlidir. Bu halda ticarət müharibəsində ABŞ-ın əsas rəqibləri məhz BRİCS üzvləri olur.

Təşkilatın yekun bəyannaməsində dünya ticarətindəki çətinliklər vurğulanır və Ümümdünya Ticarət Təşkilatı üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırılır. BRİCS-ə üzv ölkələr hərtərəfli ticarət sisteminin qanun bazasının inkişafında iştirak etmək haqqında razılığa gəliblər. Həmçinin vurğulanır ki, dünya iqtisadiyyatının davamlı inkişafı üçün fəaliyyətin koordinasiya edilməsinə çağırış mövcuddur. Burada o da qeyd edilir ki, bu gün dünya iqtisadiyyatının dağılma riski vardır.

Bunlarla yanaşı, BRİCS üzvləri iqtisadiyyata təhlükə yaradan bir sıra problemləri də müəyyənləşdiriblər. Onların sırasında ticarət münaqişələrinin güclənməsi, geosiyasi risklərin yeni səviyyəyə yüksəlməsi, xammalın qiymətinin geniş miqyasda dəyişməsi, yüksək dövlət borclarının mövcudluğu və qeyri-bərabərlik ayrıca vurğulanır.

Bütün bunların öhdəsindən gəlmək üçün BRİCS ölkələri siyasi dialoqa və bütün istiqamətlərdə koordinasiyaya çağırırlar. Bəyannamədə bunlarla yanaşı yeni silahlanma yarışının başlamasından və kosmosun hərbi ixtilaf obyektinə çevrilməsindən narahatlıq ifadə olunub. BRİCS ölkələri əminliklərini ifadə ediblər ki, kosmosda silahsızlaşdırma bütövlükdə dünyada sülhün qorunması və təhlükəsizliyin təmin edilməsi baxımından çox faydalı ola bilər.

Nəhayət, yekun bəyannamədə korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizənin aktuallığı xüsusi vurğulanıb. Üzv ölkələr dünya dövlətlərini korrupsiyada ittiham olunan insanlara sığınacaq verməməyə dəvət edib, ədalət mühakiməsindən qaçanların ekstradisiyasını tələb ediblər.

Bütün bunlar onu göstərir ki, BRİCS mövcud iqtisadi, geosiyasi və hərbi vəziyyətdə yeni səviyyədə özünü təsdiq etməyə start verib. O, bir tərəfdən öz üzvlərini daha sıx birləşdirməyə çalışır, digər tərəfdən isə dünya miqyasında ABŞ-a qarşı mübarizəni şiddətləndirməyə cəhd edir. BRİCS tam mənası ilə dünya siyasəti, iqtisadiyyatı, ticarəti və hərbisinə ciddi təsir edə bilən təşkilata çevrilmək xəttini seçib.

BRİCS bu məqsədlərinə çatmaq üçün əlavə üzvlər qəbul edə bilərmi? Bu variant istisna deyil. Hər bir halda, Türkiyə Prezidenti R.T.Ərdoğanın Yohannesburqa səfəri və orada aktiv müzakirələr aparması təsirsiz ötüşməyəcək. Görünür, dünya miqyasında geosiyasi mübarizə daha da şiddətlənməyə meyllidir. ABŞ-ın özü də bu əhval-ruhiyyədədir. Vaşinqton kimsəyə güzəşt etməməkdə israrlıdır. Bu halda, qlobal proseslərin taleyi məsələsi aktuallaşır. Böyük güclər dəyişmək istəmir, yenə də rəqabətə, yarışa və öz maraqlarını təmin etməyə üstünlük verirlər. Ona görə də, köhnə ziddiyyətlər dəyişmir, üzərinə yeniləri gəlir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM