ABŞ mətbuatı Vaşinqtonun Yaxın Şərqdə yeni layihə həyata keçirməyə hazırlaşdığı barədə informasiyalar yaymaqdadır. Belə bir fikir irəli sürülür ki, Amerika bir neçə ərəb ölkəsindən ibarət antiiran mahiyyətli yeni hərbi blok formalaşdırmağı düşünür. Hətta bu ilin payızında həmin məsələnin müzakirəsi nəzərdə tutulur. Amerika ərəb dövlətlərinin sammitini təşkil etməyi düşünür. Ancaq hansı müsəlman ölkəsinin bu prosesdə iştirak edəcəyi məsələsi aydın deyil. Yayılan informasiyalarda adı çəkilən ərəb dövlətlərinin həm bir-birinə, həm də İrana münasibətində qaranlıq məqamlar az deyil. Buna baxmayaraq, belə bir informasiyanın yayılmasının özü təhlükəlidir. Burada siyasi, ideoloji, diplomatik və hərbi faktorların qarşılıqlı təsirlərini nəzərə almaq gərəkdir. Özü də bu faktorların məzhəb bölgüsü kimi çox təhlükəli bir məqama necə təsir edə biləcəyi aydınlaşmalıdır. Bütün bunların fonunda "Ərəb NATO"su kimi ideyaların mümkün geosiyasi nəticələri üzərində dayanmağa ehtiyac görürük.
Kənardan təsirlər: Yaxın Şərqin geosiyasi problemləri
Kütləvi informasiya vasitələri ABŞ-ın Yaxın Şərqdə yeni geosiyasi oyuna başlaması barədə məlumatlar yayır. Vaşinqton başlıca olaraq İrana qarşı regional güc formalaşdırmağa çalışır. Həmin güc hərbi xarakterli olmalıdır. Ekspertlər onu şərti olaraq "Ərəb NATO"su adlandırırlar. "The Atlantic" nəşri vurğulayır ki, Amerika bu hərbi bloklaşmaya özünə yaxın ərəb ölkələrini cəlb etmək fikrindədir. Onların sırasına Misir, İordaniya, Oman, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Qətər daxil olmalıdır.
Təbii ki, siyahının konkret necə olduğunu demək çətindir. Ancaq burada önəmli olan informasiyanın məzmunudur. Çünki sadalanan ölkələrin əhalisinin böyük əksəriyyəti sünnilərdir. Deməli, kimlərsə məzhəb münasibətlərini yeni səviyyədə qızışdırmaq niyyətindədir.
Eyni zamanda, ekspertlər vurğulayırlar ki, hərbi blokda birləşməsi nəzərə tutulan ölkələrin həm bir-birinə, həm də İrana münasibəti fərqlidir. Misir İran məsələsində çox ehtiyatlıdır, lakin Qahirənin İsraillə münasibətlərində də bir istilik axtaranlar az deyil. Qətər İranla yaxşı münasibətlərdədir. Məhz bu faktora görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətərə qarşı sərt addımlar atdılar və hətta bəzi informasiyalara görə, hərbi hücum barədə düşünürlərmiş. Bəs indi Qətərin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bir hərbi blokda İrana qarşı savaşmaq istəyində olması haqqında danışmaq nə dərəcədə məntiqidir? Bunlardan başqa, Küveyt və Omanın da İranla müəyyən əlaqələrinin olduğu sirr deyil.
Lakin Pentaqonun bu il oktyabrın 12-13-də sadalanan ölkələrin hərbi rəhbərlərinin sammitini təşkil etmək fikrində olması barədə informasiyalar yayılıb. Belə təəssürat yaranır ki, ABŞ sözdə deyil, konkret fəaliyyətdə yuxarıda vurğulanan tədbiri keçirməyə çalışır. Onu da nəzərə almaq lazım gəlir ki, Vaşinqton diplomatik müstəvidə İrana qarşı kifayət qədər sərt mövqe nümayiş etdirir. Tehranı tez-tez hədələyir. Bu prosesdə Təl-Əvivin fəallığı da diqqətdən kənarda qalmır. Bununla yanaşı, Donald Tramp Tehranla danışıqlar aparmağa hazır olduğunu da ifadə edir. Bütün bunların fonunda "Ərəb NATO"su haqqında deyilənləri necə anlamaq olar?
Öncə vurğulamaq gərəkdir ki, bütövlükdə Yaxın Şərqdə geosiyasi vəziyyət kifayət qədər gərgin olaraq qalır. Hətta Bəşər Əsəd ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar belə Suriyadakı ümumi durumu yaxşılaşdıra bilmir. Sanki Suriyanın legitim hakimiyyətə belə ehtiyacı yoxdur. Digər tərəfdən, Holan təpələri ətrafında böyük dövlətlərin apardıqları oyun getdikcə daha qabarıq şəkildə özünü göstərir. Bu çərçivədə son zamanlar daha çox Rusiya-İsrail münasibətlərindən danışılır. Moskva həmin ərazidə rus hərbi patrulunun yaradılması haqqında təklif vermişdi. Ancaq Təl-Əviv bununla razılaşmadı.
Yəməndə də durum ağır olaraq qalır. Husilərlə Səudiyyə Ərəbistanının savaşı davam edir. Misir ehtiyatlı da olsa, bu prosesdə iştirak edir. Qətərlə bir sıra Körfəz dövlətləri arasında gərginlik davam edir. ABŞ İrana qarşı sanksiyaları gücləndirir və müttəfiqi Türkiyədən də bu prosesə qoşulmağı tələb edir. Bundan başqa, Ankara Suriya və İraq istiqamətlərində fəallığını azaltmır.
Bütün bunlar regionun mürəkkəb geosiyasi dinamikada olduğunu təsdiqləyir. Bu şəraitdə İrana qarşı iqtisadi-maliyyə tədbirlərinin ölkə daxilində vəziyyəti çətinləşdirdiyini də vurğulamaq zəruridir. Avqust ayında insanlar bir neçə şəhərdə etiraz aksiyaları keçiriblər. Onlar sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz edirlər. Hətta parlamentdə Prezident Həsən Ruhaninin bu məsələ ilə əlaqədar izahat verməsini tələb edənlər də oldu.
İkinci cəbhə: Vaşinqtonun təhlükəli oyununda yeni ssenari
Deməli, Yaxın Şərqdə vəziyyət doğrudan da çox həssasdır və istənilən an onu tarazlıqdan çıxarmaq olar. Bunun üçün "Ərəb NATO"su yaratmaq mümkündürmü? Mümkündürsə, onun hansı nəticələri ola bilər? Təsəvvür edək ki, regionda bir neçə ərəb dövləti ilə İranın savaşı başlayır. O halda bütün diqqətlər İsrail-Ərəb dünyası ziddiyyətlərindən yayınıb sünni-şiə qarşıdurmasına yönələcək. Və tam əmin olmaq olar ki, maraqlı dairələr məzhəb savaşını qızışdırmaq üçün yeni-yeni təxribat xarakterli informasiyalar yayacaqlar. Nəticədə, faktiki olaraq müsəlman ölkələri arasında uzunmüddətli ixtilaf prosesi başlaya bilər.
Təbii ki, İran zəif dövlət deyil. O, ərəb ölkələrinə hərbi zərbələr endirə bilər. Səudiyyə Ərəbistanına yeni silahların satılması faktını kimsə unutmur. Yəni Ər-Riyad da cavab tədbiri görə bilər. Üstəlik, Səudiyyə Ərəbistanının arxasında duran qüvvələr ona yeni silahlar da verə bilərlər. Bizcə, yekun mənzərəni təsəvvür etmək çətin deyil. Bütün müsəlman aləmini alov bürüyə bilər. Bu da tarixi bir faciəyə yol aça bilər.
Yaxın Şərqdə keçən əsrin 50-60-cı illərindən başlayaraq formalaşmış münasibətlər sistemi geosiyasi olaraq da dağılar. Onun əvəzində müsəlman ölkələrinin bir-birinə qarşı məzhəb bölgüsünə əsaslanan düşmənçilik münasibətləri yaranar. Belə vəziyyətin kimlərə sərf etdiyi gün kimi aydındır. Hər şeydən öncə, bir neçə ildir ki, Türkiyənin müsəlman ölkələrini bir araya gətirmək istiqamətində atdığı faydalı addımların təsiri yox olar. İslam Əməkdaşlıq Təşkilatı çökər. Müsəlman dövlətləri arasında ortaq mövqeyə gəlmək şansı minimuma enər.
Belə çıxır ki, "Ərəb NATO"su ideyası hərbi aspektdə təhlükəli və əsası olmayan bir planla bağlıdırsa, digər tərəfdən, İrana diplomatik-ideoloji təzyiq formalarından biridir. Donald Tramp öncə qorxudur, sonra danışıq təklif edir. Bu üsulda başlıca məqsəd Amerikanın marağına uyğun bir vəziyyət yaratmaqdır. Bunu Koreya yarımadasının misalında gördük. İndi də Vaşinqton İranı heç də parçalamaq və ya məhv etmək niyyətində deyil. Onun əsas məqsədi özünə yaxın Tehran rejimi formalaşdırmaqdan ibarətdir. Bu, alına bilərmi?
Müasir geosiyasi şəraitdə, təbii ki, bu suala birmənalı cavab vermək çox çətindir. Onu da nəzərə almaq lazımdır ki, İran diplomatiyası kifayət qədər təcrübəlidir. Yəni İranı asanlıqla aldatmaq və ya təxribata çəkmək ehtimalı azdır. Onu bu məsələdə Türkiyənin də müdafiə etməsi kiçik faktor deyil. Konkret deyilsə, İranı maliyyə-iqtisadi cəhətdən nə qədər ağır vəziyyətə salsalar da, Vaşinqtona güzəştə gedəcəyini gözləmək elə də real görünmür. Əvəzində, İran bir sıra istiqamətlərdə elə zərbələr alar ki, onun uzun müddət cəmiyyət və dövlət olaraq özünə gəlməsi xeyli çətinləşər.
Biz İran cəmiyyətinin ağır iqtisadi vəziyyət və geosiyasi təhdidlərin təsiri altında müharibə paradiqmasına köklənə bilməsi variantını nəzərdə tuturuq. Bu, İranın inkişafını uzun müddətə ləngidə bildiyi kimi, onu aqressivləşdirə də bilər. O halda regional miqyasda yeni münaqişə ocaqlarının yaranması istisna deyil. Deyək ki, zərbəni özündən yayındırmaq üçün Ermənistanı yeni-yeni təxribatlar törətməyə təhrik edə bilər. Bunun acı nəticələr verə biləcəyinin əlavə sübuta ehtiyacı yoxdur.
Belə qənaət əldə edilir ki, "Ərəb NATO"su deyilən ideya müsəlman dünyasını bədnam "Ərəb baharı" qədər parçalaya bilər. Onun ən təhlükəli cəhətlərindən biri İslam aləmində məzhəb ziddiyyətlərinin kəskinləşməsi olar. Daha təhlükəlisi isə odur ki, məzhəb bölgüsünə görə müsəlman dövlətlər bir-biri ilə müharibə apara bilər. Bunun olduqca faciəvi sonuclar verə biləcəyinə şübhə yoxdur.
Vurğulanan məqamlar müsəlman ölkələri arasındakı münasibətlərin tezliklə yaxşılaşdırılması zərurətini bir daha ortaya qoyur. Qlobal geosiyasi problemlərin həllində müsəlman dövlətlərinin ortaq mövqedən çıxış etməsinə ehtiyac getdikcə daha çox hiss olunur. O cümlədən BMT Təhlükəsizlik Şurasına müsəlman ölkələrindən də salınması gərəkdir. Əks halda, dünyanı barış içində saxlamaq getdikcə daha çətin ola bilər. Hazırkı şəraitdə böyük güclərin müsəlman ölkələrinə qarşı tutduqları mövqe qətiyyən qəbul edilə bilməz. Ancaq həmin supergüclər və onların havadarlıq etdikləri bir sıra dövlətlər ağlabatan addımlara hazırdırlarmı? Ədalətli olmaq niyyətləri mövcuddurmu? Bu sualların cavabı məlum deyil.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM