Dövlət qayğısının yüksək nümunəsi: sosial təminatda daha bir addım

10:07 / 10.08.2018

Azərbaycanda müstəqil dövlət quruculuğu kursu digər ölkələr üçün nümunəvi modeldir. Bununla bağlı dəfələrlə yüksək səviyyələrdə fikir bildirilib. Ölkə rəhbərliyi bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Bu kontekstdə əhalinin sosial təminatı üzrə proqramların da yüksək səmərəliliklə reallaşdığını vurğulamaq gərəkdir. Avqustun 1-də dövlət başçısının iştirakı ilə Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi ekspertlər tərəfindən həmin aspektdə gözəl nümunələrdən biri kimi qiymətləndirilir. Bu hadisəyə bütövlükdə ölkə rəhbərliyinin həyata keçirdiyi müstəqil dövlət quruculuğu aspektində yanaşmaq daha doğrudur. Həmin siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu tezisi həm daxili, həm də xarici siyasətlə bağlı ifadə etmək mümkündür. Məsələnin həmin cəhəti üzərində daha geniş dayanmaq zərurəti vardır.

İnsanların rifahı: sosial dövlət quruculuğu yolunda

Sosial dövlət müasir dövrdə insanların rifah halının yüksəldilməsində mühüm rol oynayır. Dünyanın inkişaf etmiş ölkələrində məhz sosial dövlət quruculuğuna ciddi fikir verilir. Azərbaycan müstəqilliyini əldə edəndən sonra Ulu Öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu kursunda sosial sahəyə çox böyük diqqət yetirilməyə başlandı. Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Prezident İlham Əliyev bu istiqamətdə olduqca səmərəli və insanların sosial rifahının daim yüksəldilməsinə xidmət edən proqramlar həyata keçirməkdədir. Bunun son nümunələrindən biri Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi oldu.

Bu il avqustun 1-də dövlət başçısının iştirakı ilə Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi keçirilib (bax: Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib / AZƏRTAC, 1 avqust 2018).

Mərasimdə Prezident nitq söyləyib. Ölkə rəhbəri vurğulayıb ki, Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil təqdim olunur və eyni zamanda, 136 minik maşını verilir (bax: əvvəlki mənbəyə). Bu, birdəfəlik aksiya deyil, əksinə, dövlətin ardıcıl olaraq həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Belə ki, "son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir" (bax: əvvəlki mənbəyə).

Yəni dövlətin davamlı sosial siyasət yeritməsindən söhbət gedir. Həmin siyasət bu gün də uğurla davam etdirilir. Bu səbəbdəndir ki, dövlət başçısı bu ilin sonuna qədər əlavə 170 mənzilin də veriləcəyini əminliklə ifadə edib. Bundan başqa, növbədə duran insanların sayını nəzərə alaraq, əlavə daha 300 mənzilin alınması ilə bağlı Prezident qərar qəbul edəcəyini bəyan edib. Artıq 40 milyon manat vəsait ayrılıb.

Prezident İlham Əliyev nitqində vurğulayıb ki, "ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar" (bax: əvvəlki mənbəyə). Əlbəttə, yüksək siyasi iradə, qətiyyət və müstəqil dövlət quruculuğu kursunu dönmədən həyata keçirmək əzmi mövcud olanda bütün bu vəzifələrin öhdəsindən gəlinir. Prezident İlham Əliyevin reallaşdırdığı proqramlar bu tezisin doğruluğunu tam sübut edir.

Dövlət başçısı nitqində insanların məşğulluq problemlərinin həll olunması üzərində də dayanıb. Ölkə rəhbəri ifadə edib: "Bildiyiniz kimi, biz indi genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlamışıq. Hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz biznesini, öz işini qura bilsinlər. Göstəriş verilmişdir ki, müharibə əlilləri, şəhid ailələri də mütləq bu proqramla əhatə olunsunlar. Artıq bu işlər başlamışdır, təlim kursları aparılır. Beləliklə, biz məşğulluq probleminin həllinə də çox ciddi töhfə vermiş olacağıq" (bax: əvvəlki mənbəyə).

Vətəndaşa qayğı: daxili siyasətin əsas prinsipi

Vurğulanan məqamlar onu göstərir ki, ölkə rəhbərliyi sosial siyasəti uğurla aparır. Vətəndaşların sosial təminatı istiqamətində konkret proqramlar həyata keçirilir. Dövlət həmişə əhalinin aztəminatlı qisminin yanındadır. Bir an olsa belə, onlar özlərini köməksiz hiss etmirlər. Əksinə, Azərbaycan iqtisadi cəhətdən daha da yüksək potensiala sahib olduqca, sosial proqramlar da inkişaf edərək daha geniş təbəqələri əhatə edir. Bu prosesdə müharibədən, işğaldan əziyyət çəkən köçkün, qaçqın soydaşlarımıza ayrıca diqqət yetirilir.

Prezident qətiyyətlə vurğulayıb ki, onlar dövlət tərəfindən qayğı ilə əhatə olunublar. Son illərdə 100-ə yaxın qəsəbənin salınması, 300 minə yaxın köçkünün evlərlə, mənzillərlə təmin edilməsi bunun bariz nümunəsidir. Həmin siyasət bu gün də davam etdirilir. Dövlət başçısı İlham Əliyev bununla bağlı vurğulayıb: "Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni, biz ancaq bu layihələri nəzərə alsaq görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir" (bax: əvvəlki mənbəyə).

Dövlət başçısının ifadə etdiyi fikirlərin işığında sosial siyasətlə bağlı hansı nəticələri çıxarmaq olar? Hər şeydən öncə, onu demək lazımdır ki, Azərbaycan rəhbərliyi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasəti böyük uğurla inkişaf etdirir. Reallaşan proqramlar göstərir ki, həmin istiqamətdə digər dövlətlər üçün nümunə ola biləcək addımlar atılıb və atılır. Bu, sosial sfera ilə bağlı düşünülmüş, sistemli, ardıcıl siyasətin həyata keçirildiyini ifadə edir. Ölkə rəhbəri bəyan edib ki, sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biri kimi qalır və o, davam etdiriləcək. O cümlədən "sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi" Azərbaycan rəhbərliyi üçün prioritet məsələ olaraq qalır (bax: əvvəlki mənbəyə).

Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan sosial sahədə görülən işlər üzrə işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da etiraf edirlər. Məsələn, BMT həmin məsələni vurğulayır. Üstəlik, Azərbaycanın təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir.

Yuxarıda qeyd edilən tezislərin fonunda bir vacib məqamı da mütləq nəzərə almaq gərəkdir. Məsələ ondan ibarətdir ki, sosial sferada davamlı və uğurlu proqramları reallaşdırmaq üçün lazımi səviyyədə iqtisadi potensial olmalıdır. Azərbaycan həmin sahədə bütün işləri ancaq daxili imkanları hesabına görür, kənardan yardım almır. Müqayisə üçün deyək ki, Ermənistan rəhbərliyi sosial sfera ilə əlaqədar heç bir ciddi proqram həyata keçirə bilməyib. Əksinə, son zamanlar aydın olur ki, erməni rəhbərliyi öz xalqının cibinə əl uzadıb.

Belə ki, qazı sərhəddə 150 ABŞ dollarına alan Ermənistan hakimiyyəti, öz vətəndaşlarına onu 300 ABŞ dollarına satır. Enerji ilə bağlı rəsmi olaraq imzalanmış bir neçə kredit proqramları isə kökündən yerinə yetirilmir. Onlar kağız üzərində var, dövlət kreditin faizini ödəyir, ancaq kreditin özü yoxdur. Deməli, kreditlər Ermənistanda olan korrupsiya sisteminin qurbanı olub ki, bu da milyonlarla vətəndaşın sosial rifahdan məhrum olması deməkdir.

Bu kimi faktların fonunda Azərbaycanda həyata keçirilən sosial layihələrin qiyməti və əhəmiyyəti daha yaxşı şəkildə göz önündə canlanır. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, müharibə veteranlarına, Çernobıl əlillərinə, Vətən uğrunda müharibədə şikəst olanlara böyük qayğı göstərir, onları yüksək qayğı ilə əhatə edir. Bunları regionun digər ölkələrində görmək mümkün deyildir.

Deməli, Azərbaycan həyata keçirdiyi səmərəli müstəqil dövlət quruculuğu və geniş islahatlar proqramlarını böyük uğurla aparılan iqtisadi və enerji siyasətində əldə edilən nailiyyətlər əsasında reallaşdıra bilir. Bu, özlüyündə daxili və xarici siyasət kursunun harmoniyasını tələb edən mürəkkəb prosesdir. Ölkə rəhbərliyi bu vəzifənin öhdəsindən yüksək səviyyədə gəlib, gəlir və bundan sonra da gələcək.

Bu baxımdan dövlət başçısının mərasimdə söylədiyi nitqində ifadə edilən bir fikir çox maraqlı və aktualdır. İlham Əliyev bəyan edib: "Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik" (bax: əvvəlki mənbəyə).

Bəli, dünyanın böyük əksəriyyəti gələn ildə qarşılaşacağı çətinliklər üzərində baş sındırarkən Azərbaycan daha sürətli inkişafa hazırlaşır və bunun üçün bütün əsaslar var, ciddi elmi proqnozlar verilib. Bu, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin birbaşa nəticəsidir. Dövlət başçısı mürəkkəb geosiyasi, iqtisadi, hərbi risklərin baş alıb getdiyi bir şəraitdə Azərbaycanı davamlı və dayanıqlı olaraq inkişaf etdirir.

Ölkə rəhbərliyinin reallaşdırdığı hər bir proqramın mərkəzində Azərbaycan vətəndaşı, onun həyat səviyyəsinin yüksəldilməsi dayanır. İnsan kapitalı ilk sıraya qoyulur. Bu siyasətin dövlətçilik və suverenlik aspektlərində qiyməti yüksəkdir. XXI əsr mədəniyyət, mənəviyyat, əxlaq, yaradıcılıq, humanizm yüzilidir. Artıq cəmiyyətlər sadalanan keyfiyyətlər üzrə yarışırlar. İnsan faktoru zəif olan ölkələrin perspektivi yüksək qiymətləndirilmir. Dayanıqlı və davamlı inkişaf məsələsi birbaşa insan faktoru ilə əlaqələndirilir. Bu səbəbdən, Azərbaycanda dövlət quruculuğu və islahatlar kursunun birbaşa insan kapitalına xidmət etməsi məsələsinin qoyulması böyük uğurdur, perspektivli gələcəyin müjdəsidir.

Təbii ki, yuxarıda vurğulanan kontekstdə vətəndaş cəmiyyətinin formalaşmasında insan amilinin rolunu da mütləq nəzərə almaq gərəkdir. Sosial proqramlar vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynayır. Cəmiyyətin bütün təbəqələrinin həyat səviyyəsi yüksək olduqda, qanunun aliliyi və sosial ədalət prinsipi bərqərar olduqda vətəndaş cəmiyyəti oturuşur. Azərbaycanda həyata keçirilən bütün proqramlar məhz bu məqsədə xidmət etməkdədir.

Ərazi bütövlüyünün bərpası: rəsmi Bakının qırmızı xətti

Bütün bunların fonunda dövlət başçısının nitqində ciddi diqqət yetirdiyi bir məqamın da üzərində dayanmaq lazımdır. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox aktual fikirlər səsləndirib. Ölkə rəhbəri bəyan edib: "...o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir" (bax: əvvəlki mənbəyə). Bu, çox vaxtında və yerində verilmiş mesajdır. Çünki son vaxtlar Ermənistanın yeni rəhbərliyi münaqişənin həlli təcrübəsi ilə uyğun olmayan fikirlər söyləyirlər. Azərbaycan Prezidentinin cavabı isə qətidir – məsələ yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə qalıcı həllini tapa bilər! Bu şərtdən kənarda heç bir həll yolu keçərli, legitim deyil.

Məsələ ondan ibarətdir ki, ölkə başçısının belə bir mövqe tutması üçün tam tarixi, siyasi, hüquqi və mənəvi əsası vardır. Həmin kontekstdə Prezident ifadə edib: "Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir" (bax: əvvəlki mənbəyə). Son olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində bu məqam konkret olaraq əks olunub. Orada vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. NATO-nun Brüsseldəki zirvə görüşünün bəyannaməsində də açıq ifadə edilib ki, Azərbaycanın ərazi bütövlüyünə təşkilat dəstək verir.

Bu faktlardan nəticə olaraq ölkə rəhbəri çox obyektiv nəticə çıxarır və onu ifadə edir: "...bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır" (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə faktiki olaraq yeni Ermənistan iqtidarının bir sıra əsassız iddialarına cavab əksini tapıb. Ermənilər gah danışıqlarda Dağlıq Qarabağdakı separatçıların iştirakından bəhs edirlər, gah Azərbaycanı aqressor adlandırırlar, gah da xarici işlər nazirləri Azərbaycan XİN rəhbəri ilə danışıqlara gedir. Görünür, rəsmi İrəvan hələ münaqişə ilə bağlı real vəziyyətlə dərindən tanış ola bilməyib.

Buna baxmayaraq, Azərbaycan tərəfinin mövqeyi tamamilə beynəlxalq hüquq çərçivəsində, humanist xarakterlidir. Dövlət başçısı danışıqlara üstünlük verdiyini daim vurğulayır. Ancaq Ermənistan rəhbərliyi əvvəlki erməni iqtidarlar kimi qeyri-konstruktiv mövqe tutacaqlarsa, rəsmi Bakı uyğun reaksiyanı verəcək. İlham Əliyev nitqində açıq bəyan edib: "...Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!" (bax: əvvəlki mənbəyə).

Çox konstruktiv, sivil, ədalətli və obyektiv mövqedir. Hər bir ölkənin öz ərazi bütövlüyünü təmin etmək haqqı vardır. Başqa dövlətin əsgərləri ərazidə olmamalıdır. Erməni işğalçı qüvvələri də mütləq Azərbaycan ərazisini tərk etməlidir. Əvvəlki erməni rəhbərliyi məhz bu məqamı tam dərk edə bilmədiyindən iflasa uğradı. Buna görədir ki, Ermənistan indi ağır günlərini keçirir. 20 il ölkəyə rəhbərlik etmiş kriminal xunta rejimi işğalçı siyasət apardığı üçün iflasa uğradı. Prezident bununla bağlı fikirlərinə davam edərək vurğulayıb: "Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur" (bax: əvvəlki mənbəyə).

Deməli, Ermənistan faktiki olaraq dalandadır. Onun xilas olması üçün işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması vazkeçilməz şərtdir. Ermənistanın yeni rəhbərliyi də bunu yaxşı dərk etməlidir və əvvəlki bədnam rejimin səhvlərini təkrar etməməlidir. Bu səbəbdəndir ki, İrəvandan eşidilən bir-birinə zidd və bəzən məntiqsiz fikirlər təəccüb doğurur. Hətta vasitəçilər belə təəccüblənirlər. Lakin hər kəs bilməlidir ki, Ermənistan tərəfinin verdiyi ziddiyyətli bəyanatlar "sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər" (bax: əvvəlki mənbəyə). Prezident İlham Əliyev hələlik belə qənaətin yarandığını xüsusi vurğulayıb.

İfadə edilən fikirlərin analizi bir daha göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının mövqeyi dəyişməzdir. Çünki ədalətlidir, reallığa tam uyğundur, sivildir və obyektivdir. Azərbaycan öz ərazi bütövlüyünü mütləq şəkildə bərpa etməlidir və bunun üçün danışıqlarda iştiraka davam edəcək. Ancaq bu, prosesin sonsuza qədər gedə biləcəyi anlamına gəlməməlidir. Azərbaycan rəhbərliyi kifayət qədər qətiyyətlidir və Ordu güclüdür. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır. Bunu Ermənistan rəhbərliyi də yaxşı bilir. Həmin səbəbdəndir ki, daim güclü dövlətlərə yalvarırlar ki, Azərbaycan torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlamasın.

Beləliklə, Azərbaycan daxili və xarici siyasətin harmoniyasının yeni səviyyəsinə qədəm qoyub. Bütün sahələr üzrə islahatlar sürətlə davam edir, sosial proqramların sayı və tətbiq miqyası genişlənir və eyni zamanda, xarici siyasətdə uğurlar davam edir. Ordu quruculuğu keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu il keçirilən hərbi parad əyani surətdə göstərdi ki, ölkənin müdafiə qüdrəti çox yüksək səviyyədədir. Bundan sonra da Ordunun ən müasir silahlarla təmini və vurucu gücü daha da artacaq. Bunların fonunda Qarabağ savaşının qazilərinin sosial təminatının daha da yaxşılaşdırılması olduqca vacib məqamdır.

Azərbaycan rəhbərliyi həmişə vətəndaşlara qayğı ilə yanaşır. Onların sırasında Vətən uğrunda şəhid olanların ailələrinə, döyüşlərdə iştirak etmiş insanlara xüsusi diqqət göstərilməsi tamamilə normaldır və vacibdir. Şübhə yoxdur ki, bundan sonra da ölkə rəhbərliyi müstəqil siyasətini davam etdirəcək. Azərbaycan müstəqil dövlət kimi yeni-yeni zirvələr fəth edəcək!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM