Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı

19:34 / 15.08.2018

Rusiyanın bir qrup siyasətçisi, analitik və ekspertlərinin Azərbaycana səfəri və sonra Cocuq Mərcanlıda keçirilən konfransda iştirakı geniş əks-səda doğurub. Ermənistan KİV-i və Rusiyanın bir sıra mətbu nəşrləri bu hadisəyə çox ekstremist reaksiya verib. Bir erməni jurnalisti həmin prosesin aktiv iştirakçılarından olan rusiyalı filosof və sosioloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqindən müsahibə götürüb. Əslində, bu, həqiqəti aydınlaşdırmaq məqsədi ilə götürülən müsahibə olmayıb, daha çox A.Duqini ittiham etmək məqsədi güdürdü. Ancaq rusiyalı filosof ustalıqla həqiqəti elə çatdırıb ki, qarşı tərəfin susmaqdan başqa yolu qalmayıb. Eyni zamanda, müsahibədə A.Duqin Cənubi Qafqazın geosiyasi mühiti üçün böyük əhəmiyyəti olan bir sıra fikirlər ifadə edib. Onları təhlil etməyə ciddi ehtiyac duyuruq.

Şıltaq ermənilərin sualları: həqiqətdən qaçışın anatomiyası

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində beynəlxalq konfransda bir qrup rusiyalı mütəxəssisin iştirakı Ermənistan siyasi və analitik dairələrini yerə vurub. Onlar ağıllarını itirmiş formada, ağızları köpüklü soruşurlar: "Bu, necə ola bilər, Rusiya Azərbaycanla əməkdaşlıq edir?". Və sonra əlavə edirlər: "2016-cı ildə Azərbaycan Lələtəpəni işğal edib (həyasızlığa diqqət edin – red.) və rusiyalı mütəxəssislər oraya gedib!".

Əslində, bizim üçün ermənilərin bu cür reaksiyasında qeyri-adi heç bir şey yoxdur. Çünki onlar əsrlərdir ki, belə həyasız, əsilsiz, saxtakar və radikal çıxışları ilə Cənubi Qafqazın geosiyasi, siyasi və mənəvi-əxlaqi mühitini korlayırlar. Hər dəfə də bu pozğun kütləni həm Qərbin böyük dövlətləri, həm də Rusiya haqlı çıxarmağa çalışıblar (bəlkə doğru deyil?). İndi isə qəfil Rusiyanın tanınmış sosioloq və filosofu, eyni zamanda, Vladimir Putinə yaxınlığı ilə bilinən Aleksandr Duqin erməni jurnalistin üzünə deyir ki, "siz işğalçısınız"!

A.Duqin əsrin həqiqətini deyir! Ancaq xəstə erməni şüuru kənardan olan qızışdırmalar sayəsində əsrlərdir ki, antihəqiqət üzərində köklənib və buna görə də onları "söyüş" kimi qəbul edir. Ermənilərin ağzı əyilib: "Necə yəni, Azərbaycan da suveren dövlətdir, onun sərhədləri toxunulmazdır! Necə yəni, Rusiya Qarabağı Azərbaycan torpağı hesab edir! Bəs onda "qədim mədəni xalqın taleyi necə olacaq?!"

Yəni, indi ermənilərə havadarlıq edənlər əsrlərdir ki, Cənubi Qafqazda məhz həmin ermənilərin əli ilə hördükləri ilgəyin fəsadlarını öz üzərlərində hiss edirlər. Buna onlar təəccüblənməməlidirlər. Ancaq A.Duqin heyrətini gizlədə bilmir. O deyir: "Bütün bunları erməni tərəfinin necə şərh etməsindən mən, sadəcə olaraq, dəhşətə gəlmişəm. Heç bir antierməni demarşı yoxdur. İnternetdə və mətbuatda (Ermənistan və Rusiya mətbuatı nəzərdə tutulur – red.) gördüyüm "zibil" məni dəhşətə gətirir? (bax: У Сержа Саргсяна была договоренность о передаче пяти районов, Пашинян же ее аннулировал: Александр Дугин / 1in.am, 10 iyul 2018).

Biz Aleksandr Duqinə həqiqəti açıq ifadə etdiyinə görə, çox təşəkkür edirik. Eyni zamanda, belə fikirlərin məhz indi meydana gəlməsinin təsadüfi olmadığını da dərk etməyə çalışırıq. Bu barədə A.Duqinin özü açıq danışır. O, erməni jurnalistə başa salmağa çalışır ki, geosiyasi mühitdə ciddi dəyişikliklər müşahidə edilir. Rusiya Türkiyə ilə əməkdaşlığa böyük önəm verir. Bu istiqamətdə sürətli inkişaf gedir. Bununla yanaşı, Moskva onu da dərk edir ki, "Söhbət Rusiya ilə Ermənistan arasında münasibətlərin dəyişməsindən getmir. Söhbət ondan gedir ki, Azərbaycanın Cənubi Qafqazdakı rolu Rusiya üçün əhəmiyyətli dərəcədə artıb və bunu görməmək mümkün deyil. Həmçinin Rusiya və Türkiyə arasında münasibətlər də dəyişib ki, bu prosesdə mən də iştirak etmişəm. Ermənistan isə indi bu dəyişiklikləri çox konstruktiv yolla diqqətə almalıdır" (bax: əvvəlki mənbəyə).

Mesaj açıq, aydın və birmənalı verilib. Kreml İrəvandan yeni geosiyasi dinamikaya adekvat reaksiya verməsini tələb edir. Burada Ermənistan rəhbərliyinin nəzərə almalı olduğu məqam Rusiyanın Türkiyə və Azərbaycanla münasibətləri konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf etdirmək niyyəti ilə bağlıdır. Özü də rəsmi İrəvan heç bir şıltaqlıq etmədən, qaba davranışda bulunmadan, "əfəndicə", sivil qaydada və konstruktiv çərçivədə buna əməl etməlidir. Bu, bir tələbdir!

Maraqlar dəyişir: Kremlin tələbləri

Ancaq Moskva bir şeydən narahatdır. Onu Aleksandr Duqin belə ifadə edib ki, Nikol Paşinyan Serj Sarkisyanın münaqişə ilə bağlı son zamanlar seçməyə çalışdığı mövqedən kənara çəkilir. Orada isə Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın işğal olunmuş beş rayonunun – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının qeyd-şərtsiz azad olunması şərti varmış. Bunu A.Duqin öz informasiyası kimi erməni jurnalistə deyir (bax: əvvəlki mənbəyə). Lakin Qərbin təhriki ilə Ermənistanda küçə hərəkatı başladı və həmin plan pozuldu. Deməli, birincisi, N.Paşinyan kənar dairələrin layihəsidir, söhbət qətiyyən demokratiyadan və erməni cəmiyyətinin aktivliyindən gedə bilməz, ikincisi, Kreml bunları yaxşı bilir və N.Paşinyanın izini buraxan deyil. Budur, Ermənistanın yeni baş nazirini Kreml Cənubi Qafqazda sülhə təhlükə yaratmaqda ittiham edir.

Geosiyasi kontekstdə məsələnin bu tərəfi olduqca önəmlidir. Çünki keçən əsrin 90-cı illərindən bu yana Moskva ilk dəfədir ki, İrəvanın qeyri-konstruktiv, münaqişənin ədalətli həllini pozan faktor olmasını açıq deyir! Bu, doğrudan da, münaqişənin həlli perspektivi baxımından əhəmiyyətlidir. Həmin bucaq altında regionda müşahidə edilən digər məqamlar da dərk edilə bilər.

Belə görünür ki, hansısa dairələr Ermənistanda dinc yolla hakimiyyəti dəyişmək, Azərbaycanda isə sabitliyi pozmaqla regionda geosiyasi gərginliyi daha da artırmaq xəttini seçib. N.Paşinyanı küçədən təzyiqlə hakimiyyətə gətirməklə müəyyən mənada Ermənistanı mümkün qarışıqlıqdan sığortalamağa çalışırlar. 1999-cu ildə Ermənistan parlamentində terror aktı törətməklə danışıqların qarşısını aldılar. İndi isə erməniləri yenidən terrorla sınağa çəkmək üsulundan imtina edilib. Niyə?

Bu sualın cavabı yəqin ki, bir neçə ildən sonra məlum olacaq. Ancaq indidən aydındır ki, N.Paşinyan erməni xalqını faciələrə sürükləyən adamlardan biridir. O, kənardan aldığı direktivlərlə yenidən ermənilərin Cənubi Qafqaza inteqrasiya olmaq perspektivini şübhə altına almış olur. Bunu hələlik erməni cəmiyyəti dərk etmir və əsl faciəsi də bundan ibarətdir.

Digər tərəfdən, həmin kənar dairələr Azərbaycan hakimiyyətinə heç bir təzyiq və təsir göstərə bilmir. Azərbaycan rəhbərliyi müstəqil siyasət yeridir və onu daha da möhkəmlədir. Eyni zamanda, rəsmi Bakı energetika, iqtisadiyyat, nəqliyyat, mədəniyyətlərin, dinlərin, sivilizasiyaların dialoqu sahələrində ciddi layihələr həyata keçirir və qlobal əməkdaşlığa öz töhfəsini verir. Buna görə də Azərbaycanda bir sıra radikal dairələrin əli ilə qarışıqlıq yaratmağa, cəmiyyətdə qorxu və təhlükəsizliklərinə təminatın olmaması hissini yaratmağa çalışırlar. Bunun üçün onlar iqtidarın vətəndaşları müdafiə edə bilməməsi təəssüratını formalaşdırmağa, dövlət məmurlarını məhv etməyin mümkün olduğu görüntüsünü yaratmağa, bir sözlə, hakimiyyətin legitimsizliyi fikrini formalaşdırmağa çalışırlar. Gəncə hadisələri bunun bariz nümunəsidir.

Deməli, regionda sülhün, inkişafın, əməkdaşlığın, ədalətin bərqərar olmasının düşmənləri iki cəbhədə – Ermənistan və Azərbaycan istiqamətlərində fəallaşıblar. Və erməni rəhbərliyi də məhz həmin şər qüvvələrin yanında yer alıb. İlk növbədə, Nikol Paşinyan öz xalqının gələcəyinin düşmənidir.

Beləliklə, Aleksandr Duqin Ermənistanın siyasi rəhbərliyini xəbərdar edir və eyni zamanda, erməni cəmiyyətinin hadisələrə obyektiv və açıq gözlə baxmasını arzulayır. Rusiyalı filosof və ictimai-siyasi xadim birmənalı ifadə edir ki, dünyada geosiyasi dinamika dəyişib və bu prosesdə Azərbaycanın öz yeri vardır. Ölkə rəhbərliyinin uzun illərdir apardığı uzaqgörən siyasət nəticəsində Bakı artıq sayılan geosiyasi faktorlardan biridir. A.Duqin ermənilərə deyir ki, bu həqiqəti Kreml aydın dərk edir, indi də Ermənistanın dərk etməsinin vaxtıdır. Əks halda, Ermənistanı bir dövlət və cəmiyyət kimi fəlakətlərdən heç kim xilas edə bilməyəcək! Nə Qərb, nə də Rusiya!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM