Soçi uğuru: çoxvektorlu siyasətin növbəti təntənəsi

19:48 / 03.09.2018

Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində Vladimir Putinlə apardığı müzakirələr geniş marağa səbəb olub. Burada imzalanan sazişlərin məzmunu və əldə edilən nəticələr göstərir ki, söhbət iki müstəqil dövlətin strateji əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindən gedir. Cənubi Qafqazın başqa heç bir dövləti bu miqyasda çoxvektorlu xarici siyasət həyata keçirə bilmir. Azərbaycan ABŞ-la əlaqələrini inkişaf etdirir. Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığa dair yeni saziş hazırlanır, Türkiyə ilə əlaqələr yüksək səviyyədədir, İranla münasibətlər dinamik inkişaf edir, Çin ilə əlaqələr genişdir, Gürcüstanla əməkdaşlığın konkret məzmunu hamıya məlumdur. Rusiya kimi böyük qonşu dövlətlə də qarşılıqlı faydalı əməkdaşlıq kursunun müəyyənləşdirilməsi həyat əhəmiyyətli məsələdir. Regionda məhz Bakı bu vəzifənin öhdəsindən gəlir. Bütün bunlara görədir ki, Soçidə əldə edilən razılıqlar tarixi məzmun kəsb edir və Azərbaycanın müstəqil dövlət kimi inkişafına ciddi töhfələr verəcək. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmaq zərurəti vardır.

Tarix və müasirlik: iki müstəqil dövlətin əməkdaşlıq prinsipləri

Prezident İlham Əliyevin Soçidə Rusiya dövlət başçısı ilə görüşü səmərəli nəticələr verib. Bu hadisəyə KİV-lərin və ekspertlərin marağının böyük olması gözlənilən idi. Çünki Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi qlobal səviyyədə aparıcı oyunçulardan olan, ənənəvi tarixi əlaqələrə malik, coğrafi olaraq da qonşuluqda yerləşən Rusiya ilə münasibətlərin inkişaf perspektivlərini müəyyənləşdirməli idi. Prezidentlərin apardıqları müzakirələr və imzalanan sənədlər göstərdi ki, rəsmi Bakı kifayət qədər rasional, reallığa uyğun və düşünülmüş mövqe seçib. Etiraf etməliyik ki, bu məqam bir sıra dairələri qıcıqlandırmaqdadır.

Məsələnin mahiyyəti son zamanlar dünya siyasətində baş verən hadisələr və onların regional proseslərə təsiri ilə bağlıdır. Hazırda geosiyasi dinamika o dərəcədə həssaslaşıb və yeni çalarlar əldə edib ki, onlara çevik reaksiya vermək mürəkkəbləşib. Azərbaycan bütün faktorları nəzərə alaraq çevik xarici siyasət yürüdür. Bakının xarici siyasəti çoxvektorludur. ABŞ, Avropa, Türkiyə, Çin, İran və Rusiya kimi böyük güclərlə münasibətlərin qurulmasında zərgər dəqiqliyi nümayiş etdirilir.

Soçi görüşünə bu meyar aspektində yanaşdıqda, Azərbaycan rəhbərliyinin Rusiya ilə əlaqələrin inkişafına rasionallıqla yanaşdığını görmək mümkündür. Maraqlıdır ki, rəsmi İrəvan öz ənənəvi müttəfiqi ilə münasibətlərə son dövrlərdə bir qədər laqeyd yanaşır. Bunun arxasında nələrin dayandığını zaman göstərəcək. Ancaq bir həqiqət vardır: Bakı balanslaşmış məzmuna malik və qarşılıqlı faydalı əməkdaşlıq formuluna uyğun olan münasibətlər qurmaqda davam edir. Və hər zaman da bu kursdan bəhrələnir. Konkret Rusiya faktoruna gəldikdə həmin özəlliyi aydın surətdə görə bilərik.

Prezident İlham Əliyev Soçidə mətbuata verdiyi bəyanatda çıxışı zamanı vurğulayıb: "Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik" (bax: Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər / AZƏRTAC, 1 sentyabr 2018).

Bu fikirlərdə faktiki olaraq Azərbaycan-Rusiya münasibətlərinin xarakteri, məqsədləri və konkret əhatə dairəsi əks olunub. Hər şeydən əvvəl, bu münasibətlər strateji xarakterlidir, yəni uzun müddətə nəzərdə tutulur və konkret meyarlarla, məqsədlərlə müəyyənləşir. Bu isə ancaq iki müstəqil dövlət arasında mövcud ola bilər. Rusiya Azərbaycan üçün böyük qardaş deyil və olması da nəzərdə tutulmur. Bu baxımdan həm Rusiyada, həm də Azərbaycanda bir sıra ekspertlərin iki müstəqil dövlət arasındakı münasibətləri köhnə sovet qəlibində görmək kimi xəyallara düşməsi yersizdir, heç bir əsası yoxdur. Onlara ən yaxşı cavabı Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında verdi. O, açıq ifadə etdi: "Qeyd edim ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır" (bax: əvvəlki mənbəyə).

"Yol xəritələri": əlaqələrin dərinləşməsi və genişlənməsinin prioritetləri

Bizcə, bu fikirlər Azərbaycan Prezidentinin yuxarıda vurğulanan fikirləri ilə tam səsləşir. İki dövlət arasındakı əməkdaşlığın strateji xarakteri başlıca olaraq üç prinsip üzərində qurulur: qarşılıqlı fayda, mehriban qonşuluq və bir-birinin marağına hörmət! Deməli, burada kiminsə kiməsə sığınmasından, ondan istifadə edib hansısa daxili problemini həll etmək niyyətindən və ya hansısa başqa dövlətə qarşı birgə hərəkət etməkdən söhbət gedə bilməz. Azərbaycan müstəqil dövlətdir və siyasətini də suveren hüquqlar çərçivəsində aparmaqdadır.

Bundan başqa, yuxarıda vurğulanan meyarlar məgər Azərbaycan-ABŞ və ya Azərbaycan-Aİ münasibətlərində əsas yeri tutmurmu? Dəfələrlə Qərb dövlət başçıları vurğulayıblar ki, Azərbaycanla əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq və maraqların gözlənilməsinə əsaslanıb. Deməli, Azərbaycanın istənilən dövlətlə (hətta qardaş Türkiyə ilə) münasibətləri ancaq və ancaq milli suverenliyə dərin hörmət əsasında qurulur. Azərbaycanı müstəqil dövlət kimi regionun müstəqilliyini əldə etmiş başqa ölkələrindən fərqləndirən başlıca cəhət də məhz bundan ibarətdir.

Bunlar bir daha göstərir ki, Soçidə imzalanan sazişlər, verilən xoşniyyətli bəyanatlar iki müstəqil dövlətin tarixi zərurəti diqqətə alaraq səmimi əməkdaşlıq münasibətlərini inkişaf etdirməsinə xidmət edir. Burada hansısa başqa məqam axtarmaq reallığa uyğun deyildir. Azərbaycanın xarici siyasəti çoxvektorludur və hər bir istiqamət üçün eyni prinsiplər işləyir. Bu baxımdan Rusiya ilə imzalanan və həyatın demək olar ki, bütün sahələrini əhatə edən sazişləri ölkə rəhbərliyinin apardığı xarici siyasət kursunun çox böyük uğuru kimi qiymətləndirmək olar.

Bununla rəsmi Bakı nümayiş etdirir ki, müasir tarixi mərhələdə müstəqil dövlət olaraq düşünülmüş, sistemli, obyektiv və qarşılıqlı faydalı münasibətlər qurmağa qadirdir. Təbii ki, bu proses davam etdirilərək getdikcə daha geniş məzmun kəsb edəcək. Bunun əlamətləri kimi Soçidə Prezidentlərin imzaladığı sazişlərin məzmununu göstərə bilərik.

Həmin sazişlər siyasət, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, enerji, texnologiyalar, avtomobil istehsalı, hüquq, təhsil, elm sferalarına aiddir. Bu kontekstdə V.Putinin söylədiyi fikirləri xatırlatmaq olar. Rusiya Prezidenti ifadə edib: "Əminəm ki, əsas idarələrin rəhbərlərinin və biznes nümayəndələrinin iştirak etdikləri bugünkü danışıqlar bütün Rusiya-Azərbaycan əlaqələri kompleksinin gələcək inkişafına əlavə təkan verəcək. Azərbaycan Prezidenti ilə imzalanan Birgə Bəyanat, həmçinin hökumətlərarası və idarələrarası sanballı sazişlər paketi məhz buna istiqamətlənib. İlk növbədə, əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planını qeyd edirəm. Bu proqram sənədə ticarətin və qarşılıqlı sərmayələrin artırılması, nəqliyyat marşrutlarının yaradılması, eləcə də humanitar qarşılıqlı fəaliyyətin, o cümlədən mədəni və turizm mübadilələrinin genişləndirilməsi kimi mühüm məsələlər üzrə belə adlandırılan yol xəritələri daxildir" (bax: əvvəlki mənbəyə).

Burada münasibətlərin həm məzmunu, həm də strateji məqsədi əks olunub. Göründüyü kimi, Moskva Azərbaycanı tam müstəqil dövlət kimi qəbul edir və onun digər böyük güclərlə əldə etdiyi razılaşmalara hörmətlə yanaşır. Bu məqam ciddi əhəmiyyətə malikdir. Həmin bağlılıqda iki Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edib bununla bağlı fikir bildirməsi marağa səbəb olub. Rusiya Prezidenti bəyan edib ki, bundan sonra da münaqişənin danışıqlar yolu ilə həll edilməsi üçün əlindən gələni edəcək. Azərbaycanın dövlət başçısı da mətbuata verdiyi bəyanatında münaqişənin həlli ilə əlaqədar apardığı müzakirələri ayrıca vurğulayıb. Yəni bu məsələ də tərəflər arasında münasibətlərin məzmununa birbaşa daxildir. Belə bir nəticənin alınmasının, sözsüz ki, mühüm əhəmiyyəti var. Rusiya Azərbaycanın bu problemini yaxından hiss edir və onun həlli üçün fəallığını daha da artıracaq.

İki ölkə rəhbərinin görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafından bəhs edilməsi də mühüm məqamlardandır. Azərbaycan Prezidenti bəyan edib ki, bundan sonra da həmin istiqamətdə əməkdaşlıq davam edəcək. Hazırda Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlıq 5 milyard ABŞ dolları həcmindədirsə, həmin rəqəmin artması gözlənilir. Deməli, iki müstəqil dövlət qarşılıqlı maraq dairəsi çərçivəsində hərbi əlaqələri qurmaqda davam edəcəklər. Bundan kimlərinsə narahat olmasının əhəmiyyəti yoxdur.

Bütün bunlar Prezident İlham Əliyevin Soçi səfərinin böyük uğurla keçdiyini və iki qonşu dövlət arasında münasibətlərin inkişafına yeni təkan verdiyini göstərir. Növbəti dəfə Azərbaycan rəhbəri sübut etdi ki, konkret sazişlər əldə etməklə milli müstəqil dövlətçiliyi möhkəmləndirir. Rəsmi Bakı konkret iş görür. Başqaları da onunla sözünə sahib olan və real addımlar atan müstəqil dövlət kimi davranır.

 

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM