Qərbin bir sıra aparıcı nəşrləri avqustun 28-də Milanda keçirilən bir görüşlə bağlı geniş informasiyalar yaymaqdadırlar. Görüş Macarıstanın Baş naziri Viktor Orban ilə İtaliyanın daxili işlər naziri Matteo Salvini arasında olub. Vəzifə fərqinə baxmayaraq, hər ikisi partiya lideridir. Müzakirələri də məhz partiya liderləri kimi aparıblar. Qərb KİV-ləri bu məqama əsasən yazır ki, məsələ, ümumiyyətlə, Avropa İttifaqının gələcək siyasi təşkilatlanması ilə əlaqədardır. Məsələn, “The Wall Street Journal”, “El País”, “Le Figaro” kimi nəşrlərdə mövzuya aid analitik məqalələr dərc edilib. Ekspertlər hesab edirlər ki, mübarizə Avropa İttifaqının (Aİ) açıq və ya qapalı təşkilat olması və burada avropaçılığın, yaxud suverenliyin üstünlük təşkil etməsi dilemması ilə bağlıdır. Bu kontekstdə Milan görüşünün fonunda Aİ-nin gələcək taleyi və onun geosiyasi təsirləri üzərində bir qədər geniş dayanmağa ehtiyac duyulur.
Yeni alyans: ənənəvi elita ilə qarşıdurma
Avropa İttifaqında yeni alyansın formalaşdığı barədə Qərb mətbuatı yazılar dərc etməyə başlayıb. Bu mövzu avqustun 28-də Milanda Macarıstanın Baş naziri Viktor Orban ilə İtaliyanın daxili işlər naziri Matteo Salvininin görüşündən sonra gündəmə gəlib. Onlar rəsmi görüşməsələr də, partiya liderləri kimi bəyanat veriblər. Maraqlıdır ki, fikirlərini həm də rəsmi şəxslər olaraq ifadə etdiklərini deyiblər. Ekspertlərin diqqətini V.Orbanın və M.Salvininin ümumiyyətlə, Aİ-nin təşkilat kimi gələcəyi ilə bağlı irəli sürdükləri tezislər cəlb edib. Həmin fikirlər Brüsselin mövqeyinə uyğun gəlmir, hətta Fransa Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Angela Merkelin tutduqları mövqeyə də ziddir. Təsadüfi deyil ki, Avropa KİV-ləri Paris-Berlin cütlüyünə qarşı Roma-Budapeşt alyansının formalaşmağa başladığı haqqında məlumatlar yaymaqdadır.
Fikir ayrılığı nədən yaranıb və Avropa niyə siyasi parçalanma ərəfəsindədir? Mütəxəssislər bununla bağlı kifayət qədər ciddi məqamlara diqqət yetirirlər. Ümumi səviyyədə Aİ-nin təşkilat olaraq struktur və funksional cəhətdən yenidən qurulmasından bəhs edildiyi vurğulanır. Orban-Salvini ittifaqı bütövlükdə solçuları Aİ-dən sıxışdırmağı və ifrat sağçıların (onlara populistlər də deyirlər) üstünlük təşkil etməsini qarşılarına məqsəd kimi qoyublar.
Milan görüşündən sonra hər iki lider bəyan edib ki, Aİ parlamentindən “solçuları rədd etmək” niyyətindədirlər. Buna görə də görüşdə əsas müzakirə mövzularından biri 2019-cu il seçkilərinə müttəfiq qismində getmək imkanları olub. M.Salvini konkret olaraq bəyan edib: “Mən də, Viktor da (Macarıstanın Baş naziri Viktor Orban nəzərdə tutulur – red.) hər birimiz öz sahəmizdə elə bir alyans yaratmaq üzərində işləyirik ki, orada heç bir sosialist olmayacaq”.
Deməli, məqsəd aydındır – Avropada ənənəvi elitanın siyasi hegemonluğuna son qoymaq istəyən rəsmi şəxslər meydana gəlib. Bəs, onları yuxarıda vurğulanan kontekstdə konkret hansı məsələlər qane etmir? Onlar Avropanın “tarixi dönüş” edərək “suverenliklər qitəsi”nə çevrilməsini arzulayırlar (bax: Пётр Искендеров, “Старая Европа” и новые альянсы / “Международная жизнь”, 30 avqust 2018).
Bunun nəyi ifadə etdiyini isə M.Salvininin aşağıdakı fikirlərindən aydın görmək mümkündür. O, V.Orban ilə müzakirələrdən sonra jurnalistlərə bəyan edib: “Bizim Avropa iş, həyat, sağlamlıq və təhlükəsizlik hüququnun təmin edilməsinə əsaslanacaq. Maliyyəçilərin diktaturasına və miqrasiyaya son!” (bax: əvvəlki mənbəyə). Təntənəli və maraqlı mövqedir, lakin tarixi aspektdə bir neçə sual meydana çıxır.
Yəni, Avropada indiyə qədər insanların iş, həyat, sağlamlıq və təhlükəsizliyinin təminində ciddi problemlərmi olub? Bəs, onda hansı haqla “qoca qitə” demokratiya adı altında məhz sadalanan dəyərləri dünyanın başqa ölkələrinə tətbiq etməyə cəhdlər göstərib və əksər hallarda bunu başqasının daxili işlərinə qarışmaqla etməyə çalışıb? Miqrantlara qarşı sərt olan Orban-Salvini tandemi bunu necə izah edə bilər? Belə çıxmırmı ki, bu iki lider eyni məntiqlə indi qeyri-avropalı insanlara qarşı hərəkət edirlər? Yəni, onların özlərinin qeyd etdikləri siyasi xəttin sadəcə ünvanı dəyişib – avropalıya deyil, qeyri-avropalıya qarşı sərtlik, başqa kontekstdə iş, həyat, sağlamlıq və təhlükəsizliyin təmini imiş?
Təbii ki, bu suallara cavab verə bilməzlər. Elə Avropanın özündə də məsələnin bu müstəvidə qoyuluşunun ultramillətçi, radikal, ksenofob, irqçi mövqedən qaynaqlandığını dərk edənlər az deyil. Onların sırasında son zamanlar Fransa Prezidenti Emmanuel Makron daha çox seçilir. E.Makron Orban-Salvini ittifaqının Avropa üçün yarada biləcəyi təhlükəni görə bilir. “Le Figaro” nəşri Fransa Prezidentinin aşağıdakı fikrini vurğulayır: “Mən millətçilərə və nifrət ritorikası yayanlara heç bir şeydə güzəştə getməyəcəyəm. Əgər onlar məni özlərinə əsas rəqib hesab edirlərsə, haqlıdırlar” (bax: Etienne Campion. Salvini et Orban contre Macron : vers la grande explication? / Lefigaro.fr, 30 avqust 2018).
İdeoloji savaş: Avropanın transformasiya problemi
Viktor Orban da Emmanuel Makronu Avropada mövcud olan iki siyasi düşərgədən birinin lideri kimi qəbul etdiyini bildirib. Onun sözlərinə görə, E.Makron Avropada miqrasiyanı qəbul edən siyasətçilərin lideridir. Buna görə də ekspertlər hesab edirlər ki, Aİ-də bir-birinə zidd mövqedə olan iki siyasi düşərgə artıq formalaşmaqdadır. Bir tərəfdə irqçiliyi, Avropa müstəsnalığını, xristian dəyərlərini müdafiə edən milliyyətçi, ultraradikal, ifrat avropaçı sağ populistlər, digər tərəfdə isə qloballaşma tərəfdarları, insan haqlarına üstünlük verən siyasi qruplar. Hazırda Avropa İttifaqı bu iki mövqe arasında tərəddüd edir. Buna uyğun olaraq təşkilatın siyasi gündəmi formalaşır.
Yuxarıda vurğulanan fikirlərdən də aydın görünür ki, burada əsas mövzu miqrantlara münasibətlə bağlıdır. Orban-Salvini tandemi qurudan və dənizdən miqrantların Avropaya daxil olmasının qəti şəkildə qarşısının alınmasının tərəfdarıdırlar. Onlar bir-birini məhz bu keyfiyyətlərinə görə də tərif edirlər. Populistlər avropalıların özünəməxsusluğundan, fərqli mədəniyyətə sahib olmalarından və sərhədlərin ciddi qorunması zərurətindən bəhs edirlər. Deməli, burada bir özünəqapanma, təcridçilik, fərqli mədəniyyətlərin inkarı ruhu mövcuddur. Bunun fonunda V.Orban və M.Salvini düşərgəsinin din və sivilizasiya amilinə münasibətləri aydın olur.
Onlar hesab edirlər ki, Avropada liberalizmin böhranı xristian dəyərlərindən uzaqlaşmaqla bağlıdır. Xristianlıq universalizmi təbliğ edir. Bu mənada o, millətləri məhv etməyib, əksinə, onları qoruyur. V.Orbanın bu tezisinin nə dərəcədə doğru olduğu şübhə yaradır. Lakin başlıca məqam ondan ibarətdir ki, dünyada mövcud olan dinlərdən yalnız birinin çərçivəsində liberal dəyərlərin bərqərar ola biləcəyini iddia edirlər. Bu da sinxron olaraq fərqli dinlərə qarşı xristianların hansı mövqe tutmalı olduğu sualını aktuallaşdırır.
Populistlərin mövqeyinə görə, miqrantlar məhz xristian dəyərlərinə zərər vururlar. Belə olmasaydı, V.Orban və M.Salvini avropalıların hüquqlarının, işləmək hüquqlarının və sağlamlıqlarının təmininin pozulması məsələlərini məhz antimiqrant əhval-ruhiyyəsi bağlılığında qabartmazdılar. Eyni zamanda, onlar miqrantları nəzərdə tutaraq Brüsselin Aİ-nin sərhədlərini qorumalı olduğunu deyirlər.
Təbii ki, bu cür mövqe müasir tarixi mərhələdə fərqli sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında münasibətlərin daha da həssaslaşmasına və açıq deyilsə, onlar arasında uçurumun dərinləşməsinə xidmət edir. Aİ-nin təşkilat olaraq perspektivi baxımından bunun nə dərəcədə səmərəli olduğunu proqnozlaşdırmaq, bizə görə, xeyli risklidir.
Siyasi-ideoloji aspektdə isə yuxarıda vurğulanan məqamlar Aİ-nin strukturu və fəaliyyətində xeyli problemlər yarana biləcəyini ifadə edir. Bunun üçün sağ populistlərin parlamentdə çoxluğu ələ keçirməsi gərəkdir. Belə olmasa, onlar siyasi gündəmin kənarında “qeyri-rəsmi nikahdan doğulan uşaq” rolunu oynamaqdan o tərəfə keçə bilməyəcəklər. Deməli, 2019-cu il seçkilərində Avropada mövcud olan iki siyasi düşərgə arasında kəskin rəqabət gözlənilir. Makron-Orban qarşıdurmasının nəticələrindən bütövlükdə Aİ-nin taleyi asılı olacaq.
Bu tendensiya güclənərsə, onda Avropa İttifaqı hansı istiqamətdə transformasiya edər? Mütəxəssislər bu kimi suallara da cavab axtarırlar. Qənaət belədir ki, Aİ, ümumiyyətlə, zəifləyə və qlobal geosiyasi proseslərdəki güclü mövqeyini itirə bilər. Belə bir vəziyyət isə ümumən dünya düzəninə ciddi təsirlər göstərə bilər. Rusiyalı ekspertlər bu kimi məqamları nəzərə alaraq, Kremlə Aİ-də baş verən prosesləri ciddi izləməyi və uyğun addımlar atmağı tövsiyə edirlər. Ancaq məsələ yalnız Aİ-Rusiya münasibətləri iləmi bağlıdır? Digər böyük dövlətlər və Aİ-yə qonşu olan ölkələr hansı mövqe tutmalıdırlar? Bizcə, bu suallar da aktualdır.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM