ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri gözlənilir. O, buraya Rusiyadan gəlməlidir. Bu məqam əhəmiyyətsiz deyil. Ekspertlər hesab edirlər ki, Amerika tərəfi Rusiya ilə münasibətlərə müəyyən aydınlıq gətirəndən sonra Qafqaz dövlətlərinə nə deməyin lazım olduğunu dəqiqləşdirmək arzusundadır. Moskvada C.Boltonu ağır danışıqlar gözləyir. Onu həmkarı Nikolay Patruşev və xarici işlər naziri qəbul etməlidirlər. İstisna deyil ki, prezident Vladimir Putinlə də görüşsün. Sonra isə amerikalı rəsminin Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəyini deyirlər. Bu ölkələrlə C.Boltonun əsas olaraq İran məsələsini müzakirə edəcəyi təxmin edilir. Məsələnin bu tərəfində ziddiyyətli məqamların olduğu haqqında fikir yürüdürlər. Həmin kontekstdə səfərin mümkün geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.
İran: Boltonun əsas qayğısı
Amerika prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiyaya və Cənubi Qafqaz respublikalarına gözlənilən səfəri ilə bağlı ekspertlər müzakirələr aparır, bu səfərin arxasında duran əsas məqamları müəyyənləşdirməyə çalışırlar. C.Boltonun özü turne ilə bağlı fikirlər söyləyib. O, "Salem Radio Network" radiostansiyasının müxbirinə müsahibəsində deyib: "Səbəb bu ilin yayında prezident Tramp və prezident Putinin apardıqları danışıqları davam etdirmək, Amerika-Rusiya münasibətlərindən danışmaq və harada problemlər və fikir ayrılıqlarının, harada tərəqqinin olduğunu anlamaqdır. Sonra Qafqaza səfərdir. Burada məqsəd onların (yəni Cənubi Qafqaz dövlətlərinin – red.) İran, Rusiya və Türkiyə ilə münasibətlərdə oynadıqları mühüm geosiyasi rolu qiymətləndirməkdən ibarətdir" (bax: National Security Advisor John Bolton On His Trip To Russia, The Missing Saudi Jamal Khashoggi, Iran, China and Big Tech / HughHewitt.com, 12 oktyabr 2018).
Lakin ekspertlər C.Boltonun özünün fikirlərinə deyil, başqalarının bu səfər haqqında nə düşündüklərinə daha çox diqqət yetirirlər. Burada da fərqli qiymətləndirmələr vardır. Onların hamısını birləşdirən isə İran məsələsidir. Hesab edirlər ki, C.Bolton Cənubi Qafqaz dövlətlərinə "xəbərdarlıq" edəcək və hətta müəyyən "təzyiqlər" göstərəcək. Digərləri Suriya mövzusunun da gündəmdə olduğundan bəhs edirlər. Bir başqaları isə Əfqanıstan məsələsinə üstünlük veriləcəyini deyirlər.
Bütün bu fərqli fikirlərin yaranmasına, görünür, üç faktor təsir edib. Birincisi, son zamanlar ABŞ-ın Yaxın Şərqdə mövqeyi zəifləyib. İkincisi, Vaşinqton-Moskva-Pekin xəttində gərginlik artıb. Üçüncüsü, bütün təzyiqlərə baxmayaraq, İran geri çəkilmir, əksinə, özü fəallaşır. C.Bolton da amerikalı jurnalistə başlıca mövzunun təhlükəsizliklə əlaqəli olduğunu ifadə edib. Deməli, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri bu səfərində əsasən təhlükəsizlik problemlərini müzakirə edəcək ki, bu da təbiidir. Çünki bu adam məhz təhlükəsizlik üzrə məsuldur. Bəs onda onun bu səfəri nəyə görə böyük hay-küyə səbəb olur?
Öncə, onun Moskvada müzakirələr aparacağı məlumdur. Belə proqnozlaşdırılır ki, C.Bolton üçün söhbət asan olmayacaq. Rusiyadan İran məsələsində güzəşt tələb etmək demək olar ki, imkansızdır. Bu səbəbdən, başlıca olaraq, Tramp-Putin görüşünün imkanlaşdırılması istiqamətində məsləhətləşmələrə üstünlük verilə bilər. Bunun fonunda isə, təbii ki, Ukrayna, İran və Suriya məsələləri haqqında fikir mübadiləsi davam etdirilə bilər. Xatırladaq ki, bir neçə ay bundan əvvəl C.Boltonla Nikolay Patruşev Suriya və İran məsələsində heç bir razılığa gələ bilməmişdilər. Keçən müddətdə tərəflərin hiss ediləcək irəliləyişə nail olduqlarını demək çətindir.
Bunlarla yanaşı, çox güman ki, Kreml Cənubi Qafqaz məsələsində həssaslığını açıq ifadə edəcək. Burada region dövlətləri ilə İranın "arasının vurulmasına" imkan verməmək başlıca məqsəd sayılır. Ona görə səfərin bu hissəsinə ekspertlərin marağı daha böyükdür.
Bakı, Tbilisi, İrəvan: fərqli mövqelər geosiyasi reallıq fonunda
Əsas çətinlik Con Boltonun konkret hansı məqamlara diqqət yetirəcəyi ilə bağlıdır. Bu kontekstdə onun səfərinin riskli tərəflərindən bəhs edirlər. Rusiyalı ekspertlər, əsas olaraq, C.Boltonun Azərbaycan, Gürcüstan və Ermənistana İran məsələsində "təzyiq edə biləcəyindən" ehtiyatlanırlar. Onlar bunu Moskvanın regiondakı geosiyasi nüfuzuna təhlükə olaraq görürlər. Ancaq burada da hər bir ölkənin fərqli reaksiya verəcəyi proqnozlaşdırılır.
Ekspertlər ən zəif yerin Ermənistan olduğunu deyirlər. Çünki Ermənistanın İranla əlaqələri genişdir. Ermənilər üçün ən çətin vaxtlarda İran "həyat yolu" rolunu oynadı. Bu səbəbdən, İrəvanın İranla əlaqələrdən imtina etməsi asan olmayacaq. Lakin ABŞ-a da ermənilər xeyli borcludurlar. İndi bir çox erməninin xilaskar, demokrat dövlətçi kimi gördükləri Nikol Paşinyan ABŞ-ın "yetirməsidir". Həm də İrəvan Amerikanı Rusiyadan qoruya biləcək yeganə güc kimi qəbul edir. Odla su arasında qalan Ermənistanın necə davranacağı məlum deyil. Bununla yanaşı, C.Boltonun Ermənistanla əlaqədar artıq bir acı təcrübəsi var. BMT-də Vaşinqton İrana qarşı sanksiyalar məsələsini qaldıranda Ermənistan layihənin əleyhinə səs vermişdi. Onda C.Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi A.Martirosyanla müzakirədə bunun səbəbini aydınlaşdırmağa çalışmışdı. Lakin Martirosyan təhlükəsizliklə bağlı ümumi mülahizələrdən başqa konkret bir arqument gətirə bilməyib. C.Bolton bundan incik düşüb.
Bu dəfə İrəvanın manevr imkanları çox məhduddur. Çünki bölgədə gərgin geosiyasi mübarizə gedir və hər bir dövlət mövqeyini dəqiq ifadə etməlidir. Artıq ABŞ-ın Ermənistandakı səfiri xəbərdarlıq edib ki, İranla əlaqələr məsələsində Vaşinqtonla məsləhətləşmək lazımdır. Yəni Amerika Ermənistana xərclədiyi kapitalın və N.Paşinyana verdiyi dəstəyin əvəzini gözləyir. Hamı da bilir ki, ABŞ bu kimi məsələlərdə zarafatı sevmir.
Bunlarla yanaşı, Ermənistanda bir sıra ekspertlər C.Boltonun İrəvana səfərində dəstək ifadə edəcəyinə ümidlidirlər. Onlar N.Paşinyanın Ağ evin sifarişlərini yerinə yetirməsinin müsbət təsir edəcəyinə inanırlar. Deməli, C.Boltonun Ermənistana gedişi ziddiyyətli məsələlərin müzakirəsi ilə xarakterizə olunacaq. Ancaq orada hansısa müsbət nəticənin əldə oluna bilinməsi ehtimalı çox azdır. Çünki Ermənistan tamamilə Rusiyadan asılıdır və Kremlin də ABŞ-a münasibəti məlumdur.
Gürcüstanda Con Boltonu daha sevincək qarşılayacaqlarına şübhə edilmir. Hətta artıq bir sıra gürcü rəsmiləri onu səbirsizliklə gözlədiklərini deyirlər. Onlar ümidlidirlər ki, Gürcüstanın təhlükəsizliyi ilə bağlı Vaşinqton bütün imkanlardan istifadə etməyə hazırdır. O cümlədən NATO məsələsində Tbilisi Vaşinqtonun dəstəyinə arxayındır. Bu səbəbdən, ekspertlər Amerikanın Qara dənizə əlavə hərbi güc yerləşdirə bilməsindən ehtiyatlanırlar. Bunu daha çox İrana nəzarət üçün edə bilərlər. Tbilisinin ABŞ-ın bu kimi planlarına etiraz edəcəyi inandırıcı görünmür.
Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanın müstəqil qərar qəbul edəcəyini mütəxəssislər əminliklə vurğulayırlar. Məsələn, İ.Corbenadze yazır: "Azərbaycan ən mürəkkəb və inadkar ölkə təsiri bağışlayır. Hər şeydən öncə, ona görə ki, Azərbaycan müstəqil, özünü müdafiə edə bilən və istənilən beynəlxalq meydanda özünün milli maraqlarını qoruya bilən ölkədir" (bax: Зачем "американский ястреб" летит на территорию войны / Росбалт, 17 oktyabr 2018).
Təbii ki, Amerika Azərbaycanı KTMT-yə və Aİİ-yə meylləndirmək istəməz. Nəhayət, indiyə qədər Amerika Azərbaycandan nə Rusiyaya, nə də İrana qarşı istifadə edə bilməyib. Rəsmi Bakının müstəqil mövqedə qətiyyətlə dayandığına indi də şübhə yoxdur.
Beləliklə, xarici siyasətdə sərt xətt tərəfdarı olan və xüsusən İrana qarşı aqressiv mövqeyi ilə tanınan C.Boltonun Cənubi Qafqaza səfərinin asan keçməyəcəyi aydın hiss edilir. O, Gürcüstan və Ermənistana öz şərtlərini diqtə edə bilər. Bu ölkələrin hansısa məqamlarda İran əleyhinə mövqedə duracaqlarını istisna etmək olmaz. Daha çox Ermənistanın mürəkkəb durumda olduğunu demək lazımdır. Azərbaycanın isə öz müstəqil mövqeyində qalacağı proqnozlaşdırılır. Bu məqam, əslində, iki dövlət arasında əlaqələrin inkişafında ciddi rol oynaya bilər. Çünki Amerika kimi güclü bir dövlət üçün müstəqil mövqeli tərəfdaşlar daha uyğundur. Deməli, istisna deyil ki, Con Bolton ən səmərəli və real müzakirələri Azərbaycanda aparsın.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM