MÜASİR QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCANDA İNSAN KAPİTALI VƏ ONUN İNKİŞAF PROBLEMLƏRİ

12:00 / 24.10.2018

LAMİYƏ BAĞIRLI
Azərbaycan Turizm və
Menecment Universiteti

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikası ictimai həyatın bütün sahələrində öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət yeritməyə başladı. Müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadi məkanına inteqrasiya bu siyasətin başlıca istiqamətlərini təşkil edirdi. Bütün bunların nəticəsi olaraq, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modelinin - Azərbaycan modelinin yaranmasını ən böyük nailiyyət hesab etmək olar.
XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya texnologiyaları, yeni vüsət almış qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına güclü nüfüz etməkdədir. Bu mənada qloballaşma dövrünün əsas prioritet istiqamətləri: innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu qloballaşmanın “müsbət yüklü” təsiri olmaqla getdikcə daha çox ölkənin innovasiya sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına imkan verir. Ehtimallara görə, gələcəkdə dünya iqtisadiyyatında artım məhz bu amilin təsiri nəticəsində baş verəcəkdir.
Beynəlxalq bazarlarda ixtisaslaşmaya üstünlük verən, istehsal texnologiyasını, innovasiya potensialını inkişaf etdirən və bununla da, yüksək əlavə dəyər yaradan sahələri təşviq edən ölkələrin qlobal və regional səviyyədə rəqabətə davamlı olması gözlənilir. Bu şəraitdə Azərbaycanın məqsədi dünya ölkələrinin inkişaf sürəti ilə müqayisədə geriliyə yol verməməkdir. Artıq indidən ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsası qoyulmalı, bunun üçün həlledici vasitə olan insan kapitalının inkişafı ön plana çəkilməlidir. Geniş imkanlarla yanaşı, kəskin riskləri də gətirən qloballaşma beynəlxalq miqyasda istehsalın, ticarətin, kapital axınının və əmək miqrasiyasının sərbəstləşməsi yollarını kəskin artırmışdır. Bu isə resursların yenidən bölüşdürülməsinə, həmçinin beynəlxalq rəqabətin güclənməsinə gətirib çıxarır. Azərbaycan üçün bu həm inteqrasiya baxımından yeni imkanlar açır, həm də sosial-iqtisadi inkişafın istiqamətində, lokal regional dairə ilə məhdudlaşmamağı, müxtəlif iqtisadi məkanların təsərrüfat əlaqələrində və bazarlarında iştirakdan yararlanmağı zəruri edir. Qloballaşmanın səciyyəvi xüsusiyyətlərindən biri də yeni texnologiyaların, yeniliklərin yayılması kimi müsbət təsirli amillə yanaşı, mənfi yüklü iqtisadi proseslərin də yayılması, bu proseslərin ümumdünya təsərrüfat inteqrasiyasına cəlb olunmuş ölkələri öz əhatə etməsi bacarığıdır.
Müasir qloballaşma prosesləri bəşər cəmiyyətinin sosial-iqtisadi həyatının dəyişiklərə məruz qalması ilə xarakterizə olunur. Bu dəyişikliklərin əsasında XX əsrin ikinci yarısından etibarən meydana çıxan və hal-hazırda özünün inkişaf mərhələsində olan informasiya cəmiyyətinin və ona xas olan innovativ iqtisadiyyatın yaranması və inkişafı yeni bir nəzəriyyənin yaranışına təkan vermiş və obyektiv əsas olmuşdur. Nəticədə XX əsrin sonlarında amerikan alim-iqtisadçıları Q.Bekker və T.Şults tərəfindən müasir informasiya cəmiyyətinin və innovativ iqtisadiyyatın mahiyyət və məzmununu mükəmməl ifadə edə bilən insan kapitalı nəzəriyyəsi yaradılmışdır.
Qeyd olunmalıdır ki, tarixi inkişaf prosesində insan amilinin cəmiyyətin inkişafındakı rolu daha dəqiq və düzgün başa düşüldükcə, məhsuldar qüvvələrin mühüm tərkib hissəsi kimi onunla bağlı yeni anlayışlar – “iş qüvvəsi” (XIX əsrdə), “əmək ehtiyatları” (XX əsrin 20-ci illərində ), “əmək potensialı” (XX əsrin 70-80-ci illəri və hal-hazırda), “insan amili” (XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlləri), “insan kapitalı” (XX əsrin 90-cı illərinin əvvəli) anlayışları meydana gəlmişdir. Bugün də, elmi, iqtisadi ədəbiyyatlarda və real həyatda bu anlayışlardan geniş istifadə edilir. Ölkənin intellektual insan potensialını formalaşdıran, bütövlükdə xalqın, eləcə də hər bir fərdin gündəlik həyatında onun həyata keçirilməsini şərtləndirən amillərin nəzərə alınması, lazım gəldikdə onlara yenidən baxılması, təshih edilməsi və bundan sonra istifadə olunması zamanı bu anlayışlardan istifadə edilməsi xüsusi əhəmiyyətə daşıyır.
Yuxarıda qeyd olunduğu kimi, “insan kapitalı” anlayışı ilk dəfə amerika iqtisadçısı Teodor Şults tərəfindən irəli sürülmüş, sonradan onun həmyerlisi Qeri Bekker bu anlayışı daha da inkişaf etdirmişdir. T.Şults insan kapitalına yatırımların səmərəliliyini ön plana çəkərək insan davranışlarına iqtisadi yanaşmanın formulunu işləyib hazırlamışdır. Q.Bekkerə görə insan kapitalı insanın əldə etdiyi pul gəlirləri axınına təsir göstərən şəxsi keyfiyyətlərdir. İqtisadi tədqiqat və ədəbiyyatlarda isə insan kapitalı bir qayda olaraq insanın şəxsi keyfiyyətlərinin, yəni insanın əməyinin səmərəliliyinə təsir göstərən qabiliyyət və bacarıqlarının məcmusu kimi şərh edilir.
“İnsan kapitalı” anlayışı ilk dəfə işlədildikdə insanın əmək qabiliyyətinin, iş təcrübəsinin artırılması üçün onun təhsilinin və peşəkar biliklərinin artırılması nəzərdə tutulurdu. Sonralar “insan kapitalı” anlayışının məzmunu daha da genişlənməyə başladı. Bu anlayışı araşdıran Dünya Bankının ekspertləri “insan kapitalı”na ailələrin qida, geyim, mənzil, təhsil, səhiyyə və mədəniyyət üçün ayırdığı xərclərin də əlavə edilməsinin məqsədəuyğunluğunu irəli sürmüşlər. Deməli, insan kapitalının formalaşması və inkişafı üçün insanın dünyaya gəldiyi andan təbii olaraq ona verilən imkan və bacarıqlarla kifayətlənmək olmaz. İnsan kapitalının formalaşması və inkişafı üçün insana mükəmməl təhsil, peşə bilikləri verilməli, keyfiyyətli təlim keçirilməli, işgüzar fəaliyyət nəticəsində mükəmməl vərdişlər qazanmaq üçün müvafiq imkanlar yaradılmalı, mənzil-məişət və digər sosial-iqtsadi problemlərinin həllində köməklik göstərilməlidir.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, “insan kapitalı” geniş anlamda ölkə iqtisadiyyatının, cəmiyyətin və ailənin inkişafının həlledici amilidir. Əgər bu anlayışa tərif verməli olsaq onu aşağıdakı kimi ifadə etmək olar: “İnsan kapitalı – insanın ölkə iqtisadiyyatının inkişafına və bütövlükdə cəmiyyətin ehtiyaclarının daha dolğun ödənilməsinə yönəlmiş bilik, bacarıq və vərdişlərinin məcmusudur”. “İnsan kapitalı” anlayışının məzmununun bu cür ifadə edilməsi, insan kapitalının formalaşması üçün həm fərdin özünün, həm də cəmiyyətin (dövlətin) qarşısında bir sıra tələblər və vəzifələr qoyur. Təbiidir ki, ilk növbədə hər bir fərd öz potensialının artırılmasında maraqlı olmalıdır. Bunun üçün o, yüksək səviyyəli təhsil, hərtərəfli biliklər almağa can atmalı; daim ixtisas, peşə üzrə bilik və vərdişlərinin təkmilləşdirilməsinə çalışmalı; mütəşəkkil, işgüzar olmalı; cəmiyyətin mənəvi dəyərlərini mənimsəməli və onlara riayət etməlidir.
Son illər insan kapitalı mövzusu Azərbaycanda da getdikcə daha çox aktuallıq kəsb etməyə başlamışdır və onun mahiyyəti, məzmunu haqqında müxtəlif fikirlər, mülahizələr irəli sürülür. Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycanda insan kapitalının formalaşması ilə bağlı hələ də müəyyən problemlər mövcuddur. Bunun başlıca səbəblərindən biri ölkəmizin zəngin təbii sərvətlərə, xüsusilə də, neft-qaz xammalına malik olması ilə əlaqədardır. Ancaq dünyada baş verən son hadisələr bir daha göstərdi ki, ölkə iqtisadiyyatının inkişafı, onun istehsal istehlakı mallarına, eləcə də cəmiyyətin istehlak predmetlərinə olan tələbatının ödənilməsində hasilat sənayesindən çox, məhz emal sənayesi aparıcı rol oynayır ki, onun da inkişafı, digər amillərlə yanaşı ilk növbədə, insan kapitalının formalaşmasından asılıdır.
Ona görə də müasir dövrdə ölkəmizin qarşısında duran ən vacib məsələlərdən biri, mövcud təbii sərvətlərdən maksimum istifadə etməklə yanaşı, onlardan əldə edilən vəsaitlərin əhəmiyyətli hissəsinin insan kapitalının formalaşdırılmasına yönəldilməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, son illər bu istiqamətdə müəyyən işlər görülür: Azərbaycanlı tələbələrin xaricdə təhsili ilə bağlı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” , “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin İKT ilə təmin olunması” proqramı (2005-2007-ci illər)”, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” və s.proqramların qəbul edilməsi və icrası, Elmin İnkişafı Fondunun və Bilik Fondunun yaradılması, neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı “qara qızılın insan qızılına çevrilməsi” siyasəti çərçivəsində atılan addımlar təqdirəlayidir. Azərbaycan Respublikasında neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi prosesi uğurla həyata keçirilməkdədir. Bunu konkret yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, yeni təhsil müəssisələrinin açılması, yeni təhsil standartlarının müəyyən edilməsi, bilikli və qabiliyyətli uşaqların dövlət vəsaiti hesabına təhsilə cəlb edilməsi və onlara təqaüd verilməsi, xarici ölkələrdə təhsilə cəlb edilmək imkanlarının yaradılması kimi mühüm göstəriciləri göstərmək olar.
Ancaq bu addımlar ölkəmizdə insan kapitalının formalaşması üçün yetərli olmaya bilər. İnsan kapitalının formalaşmasında əsas yükü dövlətlə bərabər vətəndaş cəmiyyəti də öz üzərinə götürməlidir. Bu gün ölkəmizin ali məktəblərində yüksək bilikli gənc mütəxəssislər yetişir, xaricdə təhsil almış gənclərimiz ölkəyə qayıdır. Ancaq onların öz bilik və bacarıqlarını tətbiq etmək üçün ölkəmizdə kifayət qədər iş yerləri mövcud deyildir. Bu gün Azərbaycanda açılan yeni iş yerlərinin mütləq əksəriyyəti ticarət və xidmət sahələrinə aiddir. Elmin, texnika və texnologiyanın son nəaliyyətlərinə cavab verən, yüksək bilik və bacarıq tələb edən istehsal müəssisələrinin sayı azdır. Belə vəziyyət, təbii ki, gənclərin yüksək bilik almağa olan həvəslərinə mənfi təsir göstərir.
Sürətlə yeniləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və insan kapitalının nüfuzunun artırılması zəruridir.
Fikrimcə, Azərbaycanda insan kapitalının formalaşması və inkişafı üçün kifayət qədər imkanlar vardır və aşağıda qeyd edilən istiqamətlərdə tədbirlərin həyata keçirilməsi bu imkanlardan istifadə edilməsinə imkan və zəmin yaradar:
- ilk növbədə ölkəmizin ali məktəblərinin, xüsusilə də dövlətə məxsus ali məktəblərin, maddi- texniki bazası əsaslı şəkildə yeniləşdirilməli, kitabxana fondu yeni ədəbiyyatlarla zənginləşdirilməli, kompyüter mərkəzləri genişləndirilməli, ali məktəblər sürətli internetlə təmin edilməlidir;
- təhsildə ciddi, real islahatlar həyata keçirilməli, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət gücləndirilməli, tələbələrə yüksək biliklərin verilməsində professor-müəllim heyətinin marağının təmin edilməsi, buna mənfi təsir edən neqtiv halların tamamilə aradan qaldırılması məqsədilə, onların sosial tələbatının daha dolğun ödənilməsi istiqamətində əsaslı tədbirlər görülməlidir;
- tələbələrin yüksək bilik almağa həvəsləndirilməsi, onların əsas diqqətinin yalnız tədris prosesinə yönəldilməsi üçün sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülməli, onların təqaüdləri artırılmalıdır;
- ölkəmizin ali məktəb tələbələrinin yüksək bilik almalarına şərait yaratmaq üçün onalrın xarici ölkələrin nüfüzlü ali məktəblərində təcrübə keçmələrinə, elmi fəaliyyətlə məşğul olmalarına imkan yaradılmalı, tez-tez beynəlxalq elmi konfranslarda və olimpiadalarda iştirak edə bilmələri üçün yetərli maliyyə vəsaiti ayrılmalıdır;
- insan kapitalının formalaşması istiqamətində həyata keçirilən tədbirlər, ölkədə yeni texnika və mütərəqqi texnologiyalara əsaslanan istehsal müəssisələrinin yaradılması ilə paralel aparılmalı və üzvi surətdə əlaqələndirilməlidir;
- ölkəmizdə insan kapitalının formalaşması daim dövlətin diqqət mərkəzində olmalıdır. Bu məqsədlə xüsusi Dövlət Proqramının qəbul edilməsi və ya Dövlət Neft Fondunun hesabına İnsan Kapitalı Fondunun yaradılması məqsədəuyğun olardı.
İnsan kapitalı intellekt, bilik, keyfiyyətli və məhsuldar qüvvədir ki, onun sayəsində əməyin təşkili, əmək intensivliyi və əmək intizamını təmin etmək mümkün olur, bu da əmək məhsuldarlığının artırılmasına gətirib çıxarır. Məhz müasir bazar rəqabəti şəraitində qarşıda duran başlıca məqsəd də elə budur: əmək məhsuldarlığının artırılması. Əmək məhsuldarlığının artırılması ümumi iqtisadi artıma zəmin yaradan başlıca amildir. Xalqın rifahının yüksəldilməsində insan kapitalının əhəmiyyətli dərəcədə xüsusi yeri və rolu var. İnsan - kapital toplayan, təbii qaynaqların bölüşdürülməsini həyata keçirən, sosial, iqtisadi və siyasi təşkilatlar quran və milli inkişafı irəli aparan faktordur. Ölkənin inkişafının təmin edilməsi insanların bilik və qabiliyyətlərindən çox asılıdır. Buna görə də davamlı milli inkişafa nail olmaq üçün insan kapitalının inkişafına çalışmaq və bunu hər sahədə ön planda tutmaq lazımdır. Bunun üçün isə sosial-iqtisadi sahələrin hər birinin inkişafı və onların vəhdətdə dəstəkləməsi ilə dəyər yaratmaq lazımdır.
Azərbaycanda həyata keçirilən uğurlu islahatlar siyasəti bu gün imkan verir ki, əldə olunan gəlirlər humanitar sahələrə, təhsilə, səhiyyəyə, ölkənin müdafiəsinə və yeni texnologiyaların tətbiq olunmasına yönəldilsin. Gənclərimiz bilikli olmalı, dünyada gedən prosesləri daim diqqətdə saxlamalı, yeni texnologiyalara sahib çıxmalıdır. İnsan kapitalı inkişaf etmiş ölkələrin bu yolla irəliləyişə nail olmaları göz qabağındadır. Bu ölkələrin çoxu təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların yaradılmasına, tətbiqinə görə inkişaf edirlər. İnkişaf etməkdə olan ölkələr məhz bu yolu seçməklə inkişafa nail olmaq istəklərini ortaya qoymuşlar. Azərbaycanda insan kapitalının zəngin elmi bazaya söykəndiyini nəzərə alsaq, elmi yeniliklər sahəsinə yatırılan kapitalın zəruri əhəmiyyət daşıdığını təyin etmək olar.

Ədəbİyyat
1. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı. http://edu.gov.az/az/page/83/601
2. 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemininin iformasiyalaşdırılması üzrə Dövlət Proqramı. http://edu.gov.az/az/page/83/599
3. Əliyeva Ş.T. Kiçik və orta biznesin inkişafı və məşğulluq problemləri. Bakı, Elm, 2005, 288 səh.
4. İnsan kapitalına qoyulan investisiyalar. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=27100
5. Muradov Ş.M. İnsan potensialı: əsas meyillər, reallıqlar, problemlər. Bakı, Elm, 2004, 656 səh.
6. Muradov Ş.M. Müasir mərhələdə insan potensialının inkişafının idarə edilməsinin bəzi nəzəri-metodoloji məsələləri.//Humanitar və ictimai elmlər seriyası (İqtisadiyyat). Bakı,2006, № 3-4, səh. 47-57.
7. Маршалл А. Принципы экономической науки. Т.1. М.: Прогресс, 1993. - 350 c.
8. Gary S. Becker (1993, 3rd ed.). Human Capital: A Theoretical and Empirical Analysis, with Special Reference to Education. University of Chicago Press, Chicago, 1964, 412 p.
9. Schultz T. Investment in Human Capital /American Economic Review, 1961, № 51.1, p. 1-17.
10. http://edu.gov.az/upload/file/xaricde-tehsil-dovlet-proqrami.pdf

Açar sözlər: insan kapitalı, əmək ehtiyatları, məhsuldar qüvvələr, iş qüvvəsi

İSTİNADLAR
Schultz T. Investment in Human Capital /American Economic Review, 1961, № 51.1, p. 1-17.
Gary S. Becker (1993, 3rd ed.). Human Capital: A Theoretical and Empirical Analysis, with Special Reference to Education. University of Chicago Press, Chicago, 1964, 412 p.
Muradov Ş.M. İnsan potensialı: əsas meyillər, reallıqlar, problemlər. Bakı, Elm, 2004. səh. 208
Schultz T. Investment in Human Capital /American Economic Review, 1961, № 51.1, p. 1-17.
Gary S. Becker (1993, 3rd ed.). Human Capital: A Theoretical and Empirical Analysis, with Special Reference to Education. University of Chicago Press, Chicago, 1964, 412 p.
Маршалл А. Принципы экономической науки. Т.1. М.: Прогресс, 1993. - 350 c
İnsan kapitalına qoyulan investisiyalar. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=27100
http://edu.gov.az/upload/file/xaricde-tehsil-dovlet-proqrami.pdf
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı. http://edu.gov.az/az/page/83/601
2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemininin iformasiyalaşdırılması üzrə Dövlət Proqramı. http://edu.gov.az/az/page/83/599

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM