Adətən ekspertlər müxtəlif beynəlxalq qurumların analitik məruzələrinə və hesabatlarına ciddi fikir verirlər. Dünya İqtisadi Forumunun hesabatlarına isə beynəlxalq aləmdə xüsusi diqqət yetirilir. Bu, yeganə beynəlxalq qurumdur ki, dünyanın ən nüfuzlu mütəxəssislərini, dövlət və hökumət başçılarını bir araya gətirə bilir. Bu səbəbdən onun hesabatlarına ayrıca əhəmiyyət verilir. DİF-in 2018-2019-cu illər üzrə hesabatı da istisnalıq təşkil etmədi. Həm də ona görə ki, ekspertlər ilk dəfə olaraq yeni metodologiyadan istifadə ediblər. Onlar əvvəlki hesabatlarda istifadə olunan indikatorların 70 faizini dəyişiblər. Bununla da meydana iqtisadi dinamikanı daha adekvat və müasir iqtisadi reallıqlara uyğun əks etdirən hesabat çıxıb. Həmin hesabatda Azərbaycanın ciddi uğurlar əldə etdiyi konkret rəqəmlərlə ifadə edilib. Biz onların üzərində geniş dayanaraq, analiz aparmağa ehtiyac gördük.
Yeni metodologiya: Azərbaycanda sosial bərabərlik ən yüksək səviyyədə
Dünya İqtisadi Forumunun (DİF) Qlobal Rəqabətlilik Hesabatı yeni metodologiya əsasında hazırlanıb. Bu hesabatı mütəxəssislər həmişə maraqla qarşılayırlar və onun göstəricilərinə diqqət yetirirlər. Çünki təcrübə göstərir ki, DİF-in hesabatları real faktlara əsaslanır. Burada hansısa dairələrin maraqları nəzərə alınmır. Builki hesabat metodologiyasına görə öncəkilərdən fərqlənir. Görünür, iqtisadçılar bütövlükdə iqtisadi sistemdə meydana gələn yeni proseslərin, ümumiyyətlə, dinamikanı yeniləşdirdiyini düşünürlər. Bu səbəbdən yaranmış mənzərəni daha adekvat əks etdirmək üçün hesabata yeni indikatorlar daxil ediblər. Konkret olaraq, keçmiş hesabatın 114 indikatorundan 84-ü çıxarılıb. Bu, mövcud 98 indikatorun 74 faizini təşkil edir. Onların əvəzində isə 68 yeni indikator daxil edilib. Deməli, real olaraq, hesabatda mövcud 98 indikatorun 70 faizi tamamilə yenidir.
Azərbaycan hesabatda 69-cu yerdə qərarlaşıb. Ölkəmiz 3 indikator – infrastruktur, təhsil-bacarıqlar və biznesin dinamikliyi üzrə mövqelərini xeyli dərəcədə yaxşılaşdırıb. Bundan başqa, Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. Əhalinin elektriklə təchizatı səviyyəsinə görə isə Azərbaycan 100 faizlik göstərici ilə dünyada ilk pilləyə yüksəlib. Ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə də ölkəmiz lider mövqelərini qoruya bilib.
Hesabatda ekspertlərin daha çox diqqət yetirdiyi faktlardan biri Azərbaycanın dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşmasıdır. Bu indikator sərmayə qoyuluşu imkanları baxımından xüsusi çəkiyə malikdir. Eyni zamanda, həmin indikator sahibkarlığın inkişafında ayrıca əhəmiyyət daşıyır. Azərbaycanda biznesin dinamikasının yüksələn xətlə olması həyata keçirilən islahatların tam yerində olduğunun bariz göstəricisidir. Xüsusilə dünyanın inkişaf etmiş ölkələrini belə böhranların bürüdüyü bir vaxtda Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda yerləşən ölkənin biznes uğurları diqqəti çox çəkir.
Ekspertlər vurğulayılar ki, Azərbaycanın biznesin qeydiyyatdan keçmə indeksinə görə 17-ci, müflisləşmə normativ hüquqi bazası alt-indikatoru üzrə 17-ci, sahibkarlıq riskləri alt-indikatoru üzrə 21-ci və ideyaların şirkətə təsiri alt-indikatoru üzrə 25-ci yerdə bərqərar olması müsbət məqam kimi qiymətləndirilməlidir.
Bütün bunlar təbii ki, təsadüfən ola bilməz. Prezident İlham Əliyev daim sistemli, düşünülmüş, milli maraqlara cavab verən siyasətini müasir dövrün tələblərinə uyğun inkişaf etdirib. Bunun sayəsində insan kapitalı bütün yeniləşmələrin mərkəzində dayanıb. O cümlədən vətəndaşların həyat səviyyəsi ilə birbaşa bağlı olan sosial infrastruktur sahəsində ciddi nailiyyətlər əldə olunub.
Məsələn, statistika təsdiq edir ki, son 15 il ərzində Azərbaycanda 440-dan çox körpü tikilib. Bu müddət ərzində inşa edilən məktəblərin sayı 3100-dən çoxdur. 15 ildə 642 tibb müəssisəsi, 43 Olimpiya İdman kompleksi tikilib, 265 min məcburi köçkün yeni evlər və mənzillərlə təmin edilib. Azərbaycanda son 15 ildə 30 elektrik stansiyası istifadəyə verilib, bölgələrdə qazlaşdırma 95 faizə çatmaq üzrədir. Əhalinin fasiləsiz içməli su ilə təminatı isə 70 faizə çatıb. Ölkədə qeyd edilən müddətdə 4 su anbarı tikilib, 100 minlərlə hektar suvarılmayan torpaqlara su gətirilib, 12 min 300 kilometr yol çəkilib.
Gətirilən faktlar göstərir ki, Azərbaycanda bütün sahələr üzrə inkişaf dinamikası yüksəkdir. Dünya İqtisadi Forumunun bunu təsbit etməsi çox müsbət haldır.
Uğurların memarı: Azərbaycan Prezidentinin səmərəli inkişaf kursu
Onun iki aspektdə əhəmiyyətini anlamaq gərəkdir. Əvvəla, Azərbaycanda uğurlu dövlət quruculuğu siyasətinin tam sürətlə həyata keçirildiyini beynəlxalq təşkilatlar və hesabat mərkəzləri də etiraf etməyə başlayıblar. Müstəqil dövlət quruculuğunun baş tutmasının dünya tərəfindən qəbul edilməsi prinsipial əhəmiyyət daşıyır. Məlumdur ki, müstəqilliyini əldə etmiş ölkələrin heç də hər biri haqqında bu fikri söyləmək mümkün deyildir. Deməli, Azərbaycan faktiki olaraq Cənubi Qafqazda müstəqil dövlət quruculuğu sahəsində ən uğurlu ölkədir.
İkincisi, Azərbaycana qarşı müxtəlif istiqamətlərdən qarayaxma kampaniyaları aparanların cavabını Dünya İqtisadi Forumu kimi qurumların verməsi ayrıca vacib hadisədir. Bir sıra dairələr yeri gəldi-gəlmədi Azərbaycanı ittiham etməyə, onun haqqında yanlış fikir formalaşdırmağa və antidemokratik obrazını yaratmağa cəhdlər göstərirlər. Xüsusilə Ermənistan rəhbərliyi bu istiqamətdə daha çox canfəşanlıq göstərir. Azərbaycanın inkişafdan qaldığını, əksinə, ölkədə guya hər bir vətəndaş üçün dözülməz şərait yarandığını və buna görə də "mədəni" ermənilərin burada yaşaya bilmədiyini beyinlərə yeritməyə çalışırlar. O cümlədən guya Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalsa, ermənilərə qarşı "yeni soyqırımları törədilə bilər".
Bu kimi iyrənc yalanların cavabını yuxarıda vurğuladığımız hesabat çox açıq şəkildə verir. Göstərilir ki, Azərbaycanda sosial infrastruktur, biznes mühiti, əhalinin sosial təminatı və başqa sferalar yüksələn xətlə inkişaf edir. Və Ermənistan bütün bu istiqamətlər üzrə Azərbaycandan geridə qalır. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, əhalinin elektriklə təmini 100 faiz təşkil edir. Ölkəmiz sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə bir sıradadır, bəzi indikatorlara görə isə ilk 15-liyə daxil olmaq imkanı qazanıb. Təhsilə, elmə, mədəniyyətə, idmana dövlət qayğısı artıb. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alıb.
Bütün bunlar bizə dost olmayan dairələrin əsl simasını bir daha ortaya çıxarmaq imkanı yaradır. Artıq havadan rəqəmlər deyib, yalan püskürmək asan olmayacaq. Dünyanın etibarlı, tanınmış qurumlarının yaydıqları məlumatlar müəyyən dairələrin yolunu kəsməkdədir. Burada Azərbaycan rəhbərliyi haqqında da doğru olmayan fikirlər yaratmağa çalışanlara yaxşı cavab vardır.
Məsələ belədir ki, Azərbaycanda prezident seçkisinin beynəlxalq normalara və demokratik seçki standartlarına uyğun keçirilmədiyindən danışanlar tapıldı. Onlar seçicilərin səsvermədə fəal olmadığı barədə iftira uydurmağa cəhd göstərdilər. Nəticə necə oldu? Vurğulanan hesabat bir daha göstərir ki, Azərbaycan xalıq özünə Prezident seçməkdə qətiyyən yanılmır. İlham Əliyev 15 il müddətində ölkəni bu səviyyəyə yüksəldibsə, deməli, seçkilər tam demokratik, seçicinin iradəsinə uyğun və beynəlxalq hüququn normaları çərçivəsində baş tutub. Çünki keçən müddət ərzində Azərbaycan siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, təhsil, səhiyyə, ekologiya kimi sahələrdə ciddi uğurlar əldə edib.
Bundan başqa, Azərbaycan sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun yaranması üçün konkret addımlar atıb, multikulturalizmin Cənubi Qafqazda beşiyinə çevrilib. Burada yaşayan hər bir xalqın nümayəndəsi yüksək səslə deyirlər ki, "İlham Əliyev hər birimizin Prezidentidir!".
Azərbaycan bütün qonşu dövlətlərlə əməkdaşlıq edən müstəqil dövlətdir. Rusiya, Türkiyə, İran kimi böyük dövlətlərin rəhbərləri İlham Əliyevlə həm yaxın münasibətlərdədirlər, həm də ölkələrarası əməkdaşlığın bütün istiqamətlərini inkişaf etdirməkdə maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Uzaq Amerikadan Donald Tramp bəyan edir ki, İlham Əliyevlə əməkdaşlığı inkişaf etdirməklə bağlı müzakirə aparmağa can atır.
Azərbaycan qlobal layihələrin aktiv iştirakçısıdır. "Bir Qurşaq, Bir Yol" layihəsinin əsas iştirakçı dövlətlərindəndir. Hazırda ölkəmiz çox əhəmiyyətli energetika və nəqliyyat layihələrini həyata keçirir. Dövlət başçısı ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarıdır.
Təbii ki, sadalanan məqamların fonunda Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında yer alan rəqəmlər tamamilə normal və gözləniləndir. Azərbaycanın vurğulanan istiqamətlərdə irəliləməsi məntiqidir. Hətta, Azərbaycan bununla kifayətlənməyəcək. Ölkəmiz İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacaq. Yekun olaraq isə Azərbaycan müstəqillik və suverenlik yolunda növbəti zirvələri fəth edəcək. Vaxt gələcək ki, ermənilərin özləri Azərbaycanın tərkibində qalmaq üçün İlham Əliyevə xahiş-üzrxahlıq məktubu göndərəcəklər. Onun altında yüzminlərin və milyonların imzası olacaq. Azərbaycan bu kimi yüksəkliklərə doğru irəliləyir.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM