Aytən Məmmədova
Azərbaycan Dillər Universiteti
Turizm marketinqi haqqında beynəlxalq sferada ilkin təriflər müxtəlif şəkildə verilmişdir. Ən son qəbulediləni isə, Dünya Turizm Orqanizasiyası (WTO –World Tourism Organisation ) tərəfindən söylənən fikirdir. Dünya Turizm Birləşməsinin fikrinə görə, Turizm marketinqi bir turistlik bölgənin yaxud turizm müəsisinin yüksək qazanc əldə etmək hədəfinə uyğun olaraq, turizm məhsulunun bazarda yaxşı bir mövqe tutması məqsədi ilə turizm tələbinin xüsusiyyətlərini də diqqətə alaraq turistik məhsul ilə bağlı araşdırma, seçim etməyi hədəfləyən və bu mövzulardan alınacaq qərarlarla əlaqəli bir idarəetmə fəlsəfəsidir. [2 s 36 ]Verilən bu tərif turizmin coxsahəli xüsusiyyətini əks etdirməklə bərabər, həm turizm müəssisənin həm də turizm bölgələrini əhatə etməkdir. Digər tərəfdən bu tərifdə diqqət edilməsi lazım olan digər vacib məsələ turizm marketinqinin bir idarəetmə fəlsəfəsi olaraq ələ alınmasıdır.
Düzgün qurulmuş və uğurla nəticələnən turizm marketinqi üçün ilk növbədə turizm marketinqinin planlanması tam yerinə yetirilməlidir. Digər müəssisəsələr üçün olduğu kimi, turimz sektorlarının da və destinasiyaların da bir vizyona ehtiyacı vardır.Vizyon üçün bir strategiya, strategiya üçün isə bir plan lazımdır.Marketinq planlaması müəssisənin gələcəyi ilə əlaqədardır. Başqa mənbələrdə isə marketinq planlaması nəyi, nə zaman, necə, kimin tərəfindən, ediləcəyinə qərar verildiyi bir prosses olaraq qeydə alınmışdır. Müəssisənin marketinq planlamasının məqsədlərini aşağıdakı kimi sıralaya bilərik
1. Müəssisənin növbəti il üçün həyata keçirəcəyi bütün marketinq məşğuliyyətləri üçün bir gedişat təyin etmək
2. Bütün marketinq məşğuliyyətlərinin turizm müəssisinin strateji planı ilə uyğunluğunu təmin etmək
Marketinq planlamasının həyata keçirilməsində ən önəmli faktor isə onun ardıcıl şəkildə mərhələrini bilmək və bu ardıcıllıqı qorumaqdır. Belə ki, uğurlu həyata keçirilmiş marketinq planlaması üçün aşağıdakı ardıcıllıqı həyata keçirtmək vacibdir. Aşağıda marketinq planlaması mərhələləri ardıcıllıqı və onların açıqlamaları qeyd edilmişdir
1) Mövcud vəziyyətin analizi
2) Müəssisənin misiya, hədəf və məqsədlərinin təyin edilməsi
3) Strategiyanın təyin edilməsi
4) Tətbiqetmə
5) Dəyərləndirmə və sınaq müddəti
1) Mövcud vəziyyətin analizi marketinq planlamasında əsas və vacib məsələlərdən biridir, beləki, hər bir müəssisə birinci addımda mövcud çevrəni tanımalı və buna uyğun bir plan hazırlamalıdır
2) Müəssisənin missiya, hədəf və məqsədlərini təyin edilməsi.Turizm müəssisinin misiyası özünün rəqiblərdən necə fərqləndirdiyini və məqsədini müəyyən etməkdir. Müəssisə daxili istifadə edilən missiya sözü bütün qərarlar, məqsəd və strategiyalara birbaşa təsir etməkdədir. Beləki, müəssisə üçün missiya sözü öz özlüyündə aşağıdakı sualları cavablandırmalıdır.
Biz kimik ?
Müştərilərimiz kimlərdir ?
Müştəri qarşısında öhdəliklərimiz nələrdir ?
Bir turizm müəssisəsinin öz missiyasını müəyyən etməsi ilə hədəflər və məqsədlər ortaya çıxır.
3) Strategiyanın təyin edilməsi
Əgər bir müəssisə üçün hədəflər onun hara catmaq istədiyini göstərirsə, strategiya bu hədəfı çatmanın planıdır.
4) Tətbiqetmə
Marketinq planlamasının dördüncü addımı marketinq strategiyalarının tətbiq etmə mərhələsidir
Turizm sənayesində istehsal edilən məhsul və xidmətlərin marketinqində sənaye məhsullarının marketinqindən bəzi fərqli xüsusiyyətləri var. Bunları əsas göstəriciləri ilə alt qruplarda toplasaqda turizm sənayesində diferensiallıq xüsusiyyəti yaradır [1 s 98 ]
1) Adi istehlak məhsulu və xidmətlərindən fərqli olaraq turizm məhsulu iki ayrı səviyyədə bazara çıxarılır. Bunlardan birincisi, milli və ya regional rəsmi turizm təşkilatlarının ümumi olaraq ölkəyə və ya bölgəyə turist cəlb edə bilmək məqsədilə həyata keçirdikləri marketinq fəaliyyətidir. Bunlar, hər hansı bir turizm məhsulunun birbaşa satışına istiqamətlənmiş olmayan ölkənin və ya bölgənin bazarada tanıdılması, turistin razı salınması və ölkənin turizm cəlbediciliyinin ümumi və uyğun imicinin yaradılması məqsədilə həyata keçirilən fəaliyyətdir. Bu məqsədləri həyata keçirmək üçün milli rəsmi turizm təşkilatı ölkə daxilində və xaricində turistə düzgün və ətraflı məlumatlar verərək turizm tanıtma büroları şəbəkəsini qurmaq və turizm məhsulunun cəlbedicilik, rahat əldə edə bilmə və təsis cəhətdən yaradılmasına köməklik göstərir.
2) Turizm marketinqinin ikinci xüsusiyyəti ondan ibarətdir ki, bazara çıxarılan məhsul və xidmətlərin əksəriyyətini anbarlaşdırmaq olmur. Hər hansı bir satışın həyata keçirilməsi üçün xidmət göstərmə tutumu yaradılır və hazır saxlanılır. Bu tutumun istifadə edilməyən bir qismi başqa vaxt üçün saxlanıla və ya anbarlaşdırıla bilməz.
3) Turizm məhsulu olaraq satılan xidmətlərin həm anbarlaşdırıla bilməməsi və həm də “əmək-tezlik” məhsullar olmaları səbəbindən bir-birindən fərqli xüsusiyyətləri vardır. Xidmət göstərən insan ilə turist arasındakı xidmət təqdim etmə prosesi məhsullarda olduğu kimi hər dəfə eyni tərzdə deyil, müxəlif tərzlərdə həyata keçirilir.
4) Məhsullar istehsal edilib bir müddət sonra satıldığı və istehlak edildiyi halda xidmətlər birinci satılır, istehsal ilə istehlak daha sonra eyni zamanda həyada keçirilir. Xidmətlər xidməti təqdim edəndən ayırmaq mümkün deyil. Bu səbəbdən müəyyən bir zamanda birdən çox bazarda satıla bilməz. [3 s16]
5) Turizm sənayesində əksər mal və xidmətlər mürəkkəb məhsul xüsusiyyəti daşıyır. Turist fərqli xidmətləri bir bütün olaraq tələb edir. Tələbin bağlılığı səbəbindən birinin təklifi digərinin təklifinə təsir göstərir.
6) Turizm sənayesində pərakəndə satış səviyyəsində bir marka imicinə bağlılıq olduqca zəifdir. Turizm bazarında gerçək məhsul əsasən turizm cəlbediciliyi yüksək olan bölgə, sağlamlıq mənbəyi, idman, mədəniyyət və ya iş mərkəzidir. Tələbi yaradan bu amillərin yanında çatdırılma və ya yerləşdirmənin idarəedilməsi markanın imicinə təsir etmə baxımından daha əhəmiyyətsiz hesab edilir.
Turizm bazarının seçimi hədəflərə nail olmaq üçün böyük bir köməklik edər. Turizm bazarının təsdiqində nəzərə alınmalı olan meyarlar aşağıdakı kimi göstərilmişdir.
1) Boş vaxtın qiymətləndirilməsi:
- Boş vaxtın qiymətləndirilməsində tezlik tələb edən fəaliyyətlər;
- Turizm fəaliyyətləri.
2) Turizm bazarı
- Birinci bazarlar;
- İkinci bazarlar;
- Bazarların potensialı;
- Bazarların bölüşdürülməsi;
- Bazar dalğalanmaları.
3) Turizmdə istehlakçı
- İstehlakçı qrupları və inkişaf etməsi;
- Motivasiya və ehtiyaclar;
- Turizm istehlak xərcləri;
- Gənclik fenomeni.
4) Turizm tələbi
- Turizm tələbinin vacibliyi və inkişafı;
- Turizm tələbinin xüsusiyyətləri;
- Turizm tələbinin elastikliyi.
5) Əlaqə
- Əlaqə növləri;
- Əlaqə növlərinin turizmdəki rolu;
- Turizmə təsir edən amillər.
6) Rəqabət
- Rəqabətin səviyyələri;
- Rəqiblərin analizi;
- Rəqiblərin üstünlükləri;
- Rəqiblərin maneələri;
- Hədəflərin seçimi və müəyyənləşdirilməsi.
7) Bazar strategiyasının müəyyən edilməsi
- Fokuslanma və paylaşdırma;
- Yaxın çevrə bazarları;
- Uzaq çevrə bazarları.
Bu amilləri nəzərdə saxlayan təşkilat və ya qurum hər hansı bir sahə üzrə istiqamətlənə bilər. Amma ümumi ifadə etsək, turizm bazarının hüdudlarını qeyd etmək mümkün olmayacaq dərəcədə çətindir. Bunun da səbəbi, istər turizm verilənlərinin, istərsə də istehlakçıların çox geniş əraziyə səpələnmiş olmalıdır.
ƏDƏBİYYAT
1. Əlirzayev Ə. Q. Turizmin iqtisadiyyatı və idarəolunması, Bakı: İqtisad Universiteti nəşriyyatı, 2011. 494 s.
2. Arikan İ. Eskişehir. Turizm Geliştirme projeleri, Eskişehir: Anadolu Üniversitesi Yayınları, 2006. 226 s.
3. Tourism Strategy of Turkey – 2023. Ministry of Culture and Tourism. Ankara, 2007.
Açar sözlər: Marketinq, turizm marketinqi, online marketinq, marketinq planlaması
Ключевые слова: маркетинг, туристический маркетинг, онлайн-маркетинг, маркетинговое планирование
Keywords: Marketing, tourism marketing, online marketing, Marketing planning
Резюме
В этой статье будет рассмотрено значение туристического маркетинга в туризме и влияние хорошо организованного туристического маркетинга в развитии туристического потенциала.
Развитие современных информационных технологий основательно влияет не только на формы и методы работы предприятий в области производственной промышленности, но и на сферу обслуживания.
Abstract
This article will examine the importance of tourism marketing in tourism and the impact of a well-established tourism marketing in promoting tourism potential. The development of modern information technologies has a profound effect not only on the forms and methods of the work of enterprises in the production industry, but also on the service industry.
"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM