Vəsxanım Orucova,
BDU-nun Politologiya və sosiologiya kafedrasının dosenti,
fəlsəfə üzrə fəlsəfə doktoru
Tədqiqatçılara görə totalitarizmdən demokratiyaya, azad bazar iqtisadiyyatına keçidin ilk mərhələsində baş verən dəyişikliklər bazar iqtisadiyyatının formalaşması və milli iqtisadi sistemin qurulması ilə bağlıdır. İqtisadiyyatı inhisarsızlaşdırmadan, sərbəst rəqabət fəaliyyətini təmin etmədən bazar münasibətlərini formalaşdırmaq qeyri-mümkündür (1,2,3,4,5). Keçmiş sosialist ölkələrində iqtisadiyyatın transformasiyası beş əsas istiqamətdə (liberallaşdırma, sabitləşdirmə, özəlləşdirmə, iqtisadi təsisatların formalaşdırılması, iqtisadiyyatın strukturunun yenidən qurulması) həyata keçirilmişdir. Bazar münasibətləri şəraitində iqtisadiyyatın yeni təməl üzərində qurulması müəyyən vəzifələrin yerinə yetirilməsini tələb edir:
-iqtisadiyyatı xarici asılılıqdan xilas etmək və onun müstəqilliyini təmin etmək;
-yeni idarəetmə mexanizmi üçün hüquqi-iqtisadi zəmin yaratmaq.
Təbii ki, bu vəzifələrin həyata keçirilmə müddəti daxili və xarici amillərdən asılıdır. İqtisadi və siyasi sistemdə, sosial strukturda baş verən dəyişikliklərin xarakteri, sürəti struktur-iqtisadi, etnomədəni, siyasi və digər amillərdən asılıdır.
Bazar iqtisadiyyatına keçid bir sistem, təsərrüfat üsulu kimi kifayət qədər təbliğ edilmədiyindən o, müəyyən mənfi sosial-iqtisadi nəticələr doğurmuşdur. Keçid dövrünün əsas məqsədi iqtisadi həyatın təbii imkanlara, intellektual potensiala əsaslanması üçün şərait yaratmaqdır. Bu dövrdə qarşıda duran ən ümdə vəzifələr aşağıdakılardır:
- keçid dövrü konsepsiyasını hazırlamaq və islahatlar həyata keçirmək;
- dövrün tələbinə uyğun qanunlar qəbul etmək və onları reallaşdırmaq;
-mülkiyyəti dövlətsizləşdirmək və özəlləşdirmək, sahibkarlığı inkişaf etdirmək;
-maliyyə-kredit, gömrük, vergi sistemini nizamlamaq, büdcəni formalaşdırmaq;
-iqtisadi əlaqələri genişləndirmək, iqtisadiyyatı xarici asılılıqdan azad etmək və xarici investisiyalardan məqsədyönlü istifadə etmək;
-əhalinin sosial müdafiəsini təmin etmək, işsizlik problemini həll etmək və yoxsulluğu
azaltmaq.
Təbii inkişaf yolu ilə bazar iqtisadiyyatına keçən ölkələrlə müqayisədə istehsal vasitələri üzərində dövlət mülkiyyətinin hökmran olduğu bir ölkədə bazar münasibətlərinə keçidin spesifik xüsusiyyətləri olmalıdır.XX əsrin 90-cı illərindən etibarən 27 postsosialist dövləti planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçdi. Şərqi Avropa dövlətlərində (Çexi-ya, Slovakiya, Macarıstan, Polşa və s.) keçid dövrü postsovet dövlətlərinin bu istiqamətdə keçdiyi tarixi inkişaf yolundan fərqlənir:
- SSRİ ilə müqayisədə Şərqi Avropa ölkələri sosializm cəmiyyətində az yaşadığına və bu ölkələrdə bazar iqtisadi sistemi tam dağılmadığına görə inzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçid daha asan olmuşdur;
- bu dövlətlərdə sosializm
sistemindən əvvəl bazar iqtisadi sistemi tam formalaşmış, onlar inkişaf etmiş ölkələr qrupuna daxil olmuşlar;
- Şərqi Avropa ölkələrində mövcud olan milli şüur və intellektual səviyyə bazar iqtisadiyyatına keçidi sürətləndirmişdir.
Klassik bazar iqtisadiyyatı ölkələri ictimai inkişafın təkamül nəzəriyyəsinə əsaslandığına görə həmin ölkələrdə keçid dövrü olmamış, iqtisadi inkişaf pilləli xarakter daşımış və bazar iqtisadiyyatı üç mərhələli inkişaf yolu keçmişdir:
1. Bazar iqtisadiyyatının təşəkkülü və inkişafı. Bu mərhələdə bazar münasi-bətlərinin formalaşmasının maddi ilkin şərtləri yaranmışdır.
2. Bazar iqtisadiyyatının azad rəqabət dövrü.
3. Qarışıq iqtisadiyyatın - tənzimlənən, çoxmülkiyyətli iqtisadiyyatın formalaş-ması və inkişafı.
Tədqiqatçılar keçid dövrünün aşağıdakı iqtisadi qanunauyğunluqlarını müəyyənləşdirmişlər:
- qeyri-sabitlik. Keçid iqtisadiyyatı iqtisadi sistemin tam formalaşmamış vəziyyətidir. O əvvəlki iqtisadi sistemlə yeni iqtisadi münasibətləri əlaqələndirir;
- inkişafın çoxvariantlılığı. Bir iqtisadi sistemdən digərinə keçid zamanı iqtisadi sistemin müxtəlif variantları yaranır;
- xüsusi keçid dövrünün meydana gəlməsi və fəaliyyəti. Bu formaya daha çox keçid dövrünün ilk illərində təsadüf edilir. Bu zaman məhsuldar qüvvələrin inkişafı ləng getsə də, o, keçid iqtisadi münasibətlərinin formalaşması və inkişafına təkan verir;
- tarixilik. Keçid iqtisadiyyatı keçid xarakteri daşıdığına görə dialektikanın tələbi ilə onun bazar iqtisadiyyatının sivilizasiyalı mərhələsinə çatması labüddür.
Keçid iqtisadiyyatının üç meyarı əsasında keçid dövrünün başa çatmasının hansı səviyyədə olmasını müəyyən etmək olar:
- iqtisadiyyatın bütün sahələrində bazar münasibətləri ünsürlərinin formalaş-ması;
- bazar mexanizminin fəaliyyətinin səmərəliliyi;
- ümumi daxili məhsulun istehsalını ümumi böhrandan əvvəlki səviyyədə bərpa etmək və onu ötüb keçmək .
Bazar iqtisadiyyatı yüksək keyfiyyətli məhsul, səmərəli istehsal strukturu, çevik maliyyə siyasəti, zəruri dövlət ehtiyatları, əmtəə bazarının bolluğu şəraitində mövcud olub fəaliyyət göstərən iqtisadiyyatdır. O, gəlirlərdə və buna uyğun olaraq istehlakda fərqlər deməkdir.Bazar iqtisadiyyatı iqtisadi münasibətlərin bütün tərəflərini özündə ehtiva edən iqtisadi sistem olmaqla yalnız xüsusi mülkiyyətçilik şəraitində normal fəaliyyət göstərə bilər. O, maddi istehsal və xidmət sahələrinin dövlət mülkiyyəti inhisarından çıxması, yeni təsərrüfatçılıq formalarının yaranıb inkişaf etməsi deməkdir. Əsl bazar iqtisadiyyatı əmtəə istehlakçıları arasında rəqabət münasibətlərini, onların istehlakçılar uğrunda mübarizəsini şərtləndirir.Artıq 90-cı illərin birinci yarısında respublikada fəaliyyət göstərən 20 mindən çox kiçik müəssisənin əksəriyyəti istehsalla məşğul olmurdu. Halbuki maddi istehsalla məşğul olan kiçik müəssisələr yaratmadan əsl bazar iqtisadiyyatına keçid qeyri-mümkündür. Kiçik müəssisələrin geniş təkrar istehsalda rolunun zəif olması, az səmərə verməsi, maşın və avadanlıqların quraşdırıl-masının çətinliyi və s. səbəblərdən uzun müddət onların üstünlüklərinə əhəmiyyət verilməmiş, dövlət inhisarçılığı bu müəssisələrin rolunun artmasına, müstəqilliyinə mane olmuşdur. Belə ki, onların əksəriyyəti iri müəssisələrin tabeliyində olduğu üçün ancaq göstərişləri yerinə yetirmişlər. Yalnız bazar iqtisadiyyatı şəraitində hər bir müəssisə müstəqil subyekt kimi çıxış etmək imkanı qazanmışdır.Keçid dövründə Azərbaycanın sağlam milli iqtisadiyyatının formalaşması və inkişafında, eləcə də iqtisadi təhlükəsizliyin təmin olunmasında kiçik sahibkarlığın əhəmiyyətini nəzərə alaraq 4 iyun 1999-cu ildə “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda ölkədə kiçik sahibkarlığa dövlət köməyinin iqtisadi, hüquqi, təşkilati əsasları, forma və üsulları müəyyənləşdirilmişdir (6).Kiçik biznesin çoxillik təcrübəsi göstərir ki, iqtisadiyyatda kiçik müəssisələrin funksional rolunun artması onların üstün cəhətləri ilə bağlıdır:
-yeni elmi-texniki tələblərə və şəraitə uyğun istehsalın çevikliyi artır;
-ixtisaslaşmanın dəyişməsi və inkişafına şərait yaradır, müəssisələri xırda seriyalı məhsuldan azad edir;
-elmi-texniki tərəqqiyə meylli olur;
-əhalinin dəyişən tələbatını tənzimləyir və az tapılan xalq istehlakı mallarının buraxılışını sürətləndirir;
-əhalinin sosial problemlərinin həllinə kömək edir, müxtəlif regionlarda şəhərlə kəndin sosial-iqtisadi inkişaf səviyyələrinin yaxınlaşmasına təsir göstərir;
-təkrar xammaldan və istehsal tullantılarından səmərəli istifadə olunmasına şə-rait yaradır.
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın səmərəli fəaliyyəti iri və kiçik müəssisələrin optimal nisbətini tələb edir.Kiçik həcmli müəssisələrin sayının artırılması ölkədə iqtisadi qanunların və islahatların həyata keçirilməsinə stimul yaratmış, iqtisadiyyatın inhisarlaşma səviyyəsini azaltmış və qeyri-mərkəzləşmə prosesini gücləndirmişdir.Dünya iqtisadiyyatının 27 faizini, dünya əhalisinin 5 faizini təşkil edən ABŞ-da həyata keçirilən iqtisadi strategiya 4 prinsipə (özəl bölmənin inkişafı; maliyyə intizamı; təhsilə və texnologiyaya investisiya qoyuluşunun üstünlüyü; dünya bazarı üçün eksportun ayrılması) əsaslanır.
Şərqi Avropa ölkələrində bazar münasibətlərinə ilk növbədə kiçik müəssisələr daxil olmuşdur. Polşa, Rumıniya və s. ölkələrdə xüsusi sahibkarlığa və azad təşəb-büskarlığa meydan verilməsilə bazarlarda istehlak şeyləri qıtlığı aradan qaldırılmışdır.
Keçid dövründə Azərbaycanda aparılan islahatlar nəticəsində 2001-ci ildə ümumi daxili məhsulda qeyri-dövlət sektorunun payı 71 faiz olmuşdur. Ölkədə işləyən əhalinin 70 faizi xüsusi və qeyri-dövlət müəssisələrində çalışmışdır (7, 21 avqust 2002-ci il).
Sahibkarlığın inkişafı üçün, bizcə, aşağıdakı tədbirlər həyata keçirilməlidir:
-kiçik müəssisələr üçün vergi güzəştlərini təkmilləşdirmək;
-idxal, ixrac əməliyyatları üçün güzəştli gömrük vergi dərəcələrini hazırlamaq;
-dövlətlərarası hesablaşmalarda maneələri aradan qaldırmaq;
-material ehtiyatları fondlarını ayırmaq;
-torpaq sahələrinin verilməsi qaydasını təkmilləşdirmək;
-kiçik müəssisələrin məhsullarının sərgisi və yarmarkasının təşkil etmək;
-özəlləşdiriləcək müəssisələrin istehsal təmayülündəki dəyişiklikləri nəzərə almaq.
Bazar iqtisadiyyatının hüquqi bazasının yaradılması, təsərrüfat mexanizminin tənzimlənməsində mülki, hüquqi vasitələrin rolunun artırılması ölkənin iqtisadi suverenliyi, siyasi müstəqilliyi, cəmiyyətin sabitliyi və xalqın maddi rifahının yüksəldilməsinin başlıca şərtidir.Hər bir ölkənin iqtisadi qüdrəti onun istehsal potensialı ilə ölçülür. Güclü istehsal bazası olmayan dövlət digər ölkələrdən asılı vəziyyətə düşür, yerli tələbatı əsasən idxal hesabına ödəyir. Bu isə ticarət balansında qeyri-tarazlıq yaradır və ölkənin ödəmə qabiliyyətini zəiflədir. Azərbaycanın uzun illər Rusiyanın xammal bazasına çevrilməsi buna sübutdur. İstehsal olunan alüminiumun 90, dəmir filizinin 95, qətranların 80, pambığın 85, yunun 79, tütünün, üzüm məhsullarının 82 faizi ilkin material kimi respublikadan çıxarılırdı.Beləliklə, iqtisadiyyatdakı dəyişikliklər iki cəhətlə (bazar iqtisadiyyatının formalaşması; milli iqtisadi sistemin qurulması) bağlıdır.Bazar münasibətləri şəraitində iqtisadiyyatın yeni təməl üzərində qurulması aşağıdakı vəzifələrin (əsas istehsal vasitələri üzərində dövlət inhisarını ləğv etmək, müxtəlif mülkiyyət formalarının inkişafına şərait yaratmaq; iqtisadiyyatı xarici asılılıqdan xilas etmək və onun müstəqilliyini təmin etmək; yeni idarəetmə mexanizmi üçün hüquqi, iqtisadi zəmin yaratmaq) yerinə yetirilməsini tələb edir.
Respublika iqtisadiyyatının sabitləşdirilməsi dövlət büdcəsinin tarazlaşdırılma-sını tələb edir. Ölkənin müharibə şəraitində olması büdcə xərclərinin artmasına səbəb olmuşdur. 1994-cü ildə Azərbaycanın büdcə kəsiri 161 milyard manata çatmış, xarici borclar 113 milyon dollar olmuşdur (7, 23 fevral 1995).
Qiymətlərin artmasına qarşı əsas mübarizə vasitəsi sərt maliyyə siyasətinin yeridilməsidir. Maliyyə siyasəti (büdcə, vergi, pul-kredit, investisiya qoyuluşu, qiymət və s.) keçid dövrünün tələblərinə uyğun qurulmalı, bu siyasət mövcud maliyyə vəsaitlərindən səmərəli istifadə etməyə, ən ümdə sahələr üçün onun səfərbərliyə alınmasına yönəldilməlidir. Tarixi
təcrübə göstərir ki, maliyyə siyasəti dövlətin iqtisadi siyasətindən ayrı düşdükdə, milli inkişaf xüsusiyyətlərini nəzərə almadıqda cəmiyyət iqtisadi çətinliklərə məruz qalır.Beləliklə, bazar münasibətlərinə xas olan neqativ hallar əsasən iqtisadiyyatın tsiklik inkişafı, inflyasiya, işsizlik və s. ilə bağlıdır.
İnzibati-amirlik sistemindən bazar iqtisadi sisteminə keçən hər bir ölkə üçün inflyasiyanın yüksək tempi səciyyəvidir. 1993-cü ildə respublikada inflyasiyanın səviyyəsi dünya praktikasında inflyasiyanın nəzarətdə saxlanma həddini (ildə 50 faizə qədər) 21,6 dəfə, 1994-cü ildə 56 faizdən çox keçmişdir (7, 27 yanvar 1996). 1995-ci ilin əvvəlindən inflyasiya həddinin ayda 4-5 faizə endirilməsi iqtisadiyyatın maliyyə cəhətdən sağlamlaşdırılması prosesinə çox zəif təsir göstərmişdir.
Adətən müharibə və müharibədən sonrakı dövrlərdə inflyasiya dağıdıcı təsirə malik hiperinfilyasiyaya çevrilir. Məsələn, birinci dünya müharibəsindən sonra – 1922-ci ildə Almaniyada qiymətlərin səviyyəsi 5470 faiz, 1923-cü ildə isə 1.300.000.000.000 dəfə qalxmışdı.İkinci dünya müharibəsindən sonra-1946-cı ilin avqustunda Macarıstanda 829x1022 forint müharibədən əvvəlki dəyərinə bərabər idi. 1947-ci ildə Yaponiya fermer və balıqçıları pullarını sayla yox, çəki ilə hesablayırdılar (5, s.16).1993-cü ilin sonunda Rusiyada inflyasiya 2700, Azərbaycanda isə 1200 faiz olmuşdur. Hazırda isə inflyasiya 2,4 faizdir. Güclü inflyasiya istehsala deyil, kommersiya fəaliyyətinə şərait yaradır. Azərbaycanda biznes strukturu və onun inkişaf etdirilməsi mexanizminin təkmilləşdirilməsində 17 avqust 2002-ci il tarixli fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət proqramı (2002-2005) böyük əhəmiyyət kəsb etmişdir.
Bazar iqtisadiyyatına keçidin zəruriliyi bir sıra amillərlə bağlıdır:
-mövcud problemləri bazar iqtisadiyyatına keçid prosesində həll etmək və ölkəni böhran vəziyyətindən çıxarmaq;
-keçid dövrünün ziddiyyətlərini müəyyənləşdirmək və onların həlli üçün şərait yaratmaq;
-siyasi, iqtisadi müstəqilliyi qorumaq, köhnə iqtisadi mexanizmin yenisi ilə əvəz etmək;
-bazar münasibətlərinə keçidin hüquqi bazasını yaratmaq;
-xüsusi mülkiyyəti formalaşdırmaq və sahibkarlığı inkişaf etdirmək.
Beləliklə, keçid dövrünü üç mərhələyə bölmək olar:
1. Köhnə sosial münasibətlər daxilində ziddiyyətlərin dərinləşməsi.
2. Köhnə sosial münasibətlərin qalıqlarının və yeni yaranmaqda olan sosial münasibətlərin yanaşı fəaliyyət göstərməsi.
3. Yeni sosial münasibətlərin möhkəmlənməsi.
Beləliklə, keçid dövründə cəmiyyətin transformasiyası aşağıdakı istiqamətləri əhatə edir:
- siyasi sistemdə baş verən dəyişikliklər: birpartiyalı sistemin süqutu; qərb tipli respublika dövlət formasının yaranması; demokratik münasibətlərin qurulması;
- mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid, özəlləş-dirmə proqramının həyata keçirilməsi; qiymətlərin liberallaşdırlması; yeni iqtisadi və maliyyə münasibətlərinə uyğun hüquqi bazanın yaradılması;
- iqtisadiyyatın strukturunu dünya bazarının tələblərinə uyğunlaşdırmaq üçün onun yenidən qurulması, yeni xarici iqtisadi əlaqələr modelinin yaradılması;- cəmiyyətdə mənəvi-mədəni dəyərlərin dəyişməsi.
Ədəbiyyat
1.Məmmədov N.M. İqtisadi təhlükəsizlik. Bakı: İU,2006,452 s.
2. Allahverdiyev Ə.Q. Bazar iqtisadiyyatının təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin tənzimlənməsi problemləri. Bakı: Elm, 2001, 267 s.
3.Рустамбеков Г.Б. Национальные экономические интересы в процессе постсоциалистической трансформации и глобализации. Баку:Чашыоглы, 2009, 370с.
4. Şirinov A. Ə. Sosial fəlsəfə və sosial gerçəklik. Bakı: Qanun, 2008, 340 s.
5.Cəfərova V. Azərbaycan müstəqillik dövründə: problemlər, perspektivlər (1991-2003). Bakı: Şirvannəşr, 2003, 292 s.
6.“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qa-nunu / “Azərbaycan” qəzeti, 11 avqust 1999-cu il
7. “Azərbaycan” qəzeti, 1995-2002
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM