Rəcəb Babayev
AMEA-nın Fəlsəfə İnstitutu
Uzun tarixi keçmişə malik olmaqla birlikdə, 1960-cı illərin Soyuq Müharibə mühitində beynəlxalq münasibətlərin dəyişməz mövzularından birinə çevrilən terrorçuluq, XXI əsrin başlarından etibarən yeni bir mərhələyə daxil olaraq qlobal problemə çevrildi. Yaşadığımız dövrdə inkişaf tempi və forma etibarilə, yenilənən terrorçuluq anlayışı beynəlxalq sülh və təhlükəsizliyə ən böyük təhdidlərdən birinə çevrilmişdir. Son dövrlərdə dövlət və qeyri-dövlət təşkilatlarının, siyasi və ictimai obyektlərin terrorçuluq aktlarının hədəfi olması bunun əyani sübutudur.
Terrorçuluğun nə beynəlxalq hüquqda, nə də beynəlxalq hüququn əsas subyekti olan milli dövlətlər tərəfindən ümumi qəbul edilmiş vahid tərifi yoxdur. Hətta, eyni dövlətin müxtəlif qurum və təşkilatlarının terrorçuluq ilə bağlı verdikləri təriflər müəyyən müddət sonra dəyişdirilmişdir. Terrorçuluğa ən əhatəli təriflərdən biri İslam Konfransı Təşkilatı tərəfindən verilmişdir. Bu tərifə görə, “terrorçuluq, motiv və səbəblərə baxmadan, xalqa qarşı terror aktı törətmək və ya onu zərər verməklə təhdid etmək, yaxud vətəndaşların həyatı, şərəfi, azadlığı, təhlükəsizliyi və hüquqlarını təhlükəyə atmaq, və ya ekologiyaya ziyan vurmaq, kommunal xidmətlərin göstərilməsinə mane olmaq, və yaxud dövlət və şəxsi mülkiyyətə ziyan vurmaq və ya onları işğal etmək, və ya onları qeyri-qanuni müsadirə etmək, və ya bir milli sərvəti və ya beynəlxalq xidməti təhlükəyə atmaq, ya da müstəqil dövlətlərin stabilliyini, ərazi bütövlüyünü, siyasi birliyini və ya suverenliyini təhdid etmək məqsədilə fərdi və ya qrup şəklində cinayət planını həyata keçirmək üçün törədilən hər cür şiddət aktı törətmək və ya şiddət aktı törətməklə təhdidi etməkdir” [7, s.10].
Müstəqil Dövlətlər Birliyi isə terrorçuluğa belə tərif vermişdir: “Terrorçuluq, ictimai stabilliyə ziyan vuran, səlahiyyətli orqanlar tərəfindən qərarların alınmasına təsir etmək və yaxud xalqı terrorun təsiri altına almaq məqsədilə işlənən və cinayət məcəlləsinə görə cəzalandırılan hüquqa zidd fəaliyyətlərdir”.
Terrorçuluğun universal tərifinin verilməsinin vacib olduğu ilə bağlı siyasətçilər qədər bu sahənin mütəxəssisləri arasında da fikir ayrılığı mövcuddur. Terrorun hər şeydən əvvəl, universal bir tərifinin verilməsinin vacib olduğunu qeyd edən mütəxəssislərdən biri olan Wardlaw, terrorun qarşısının alınması ilə bağlı ən böyük problemin onun tərifinin verilməsi olduğunu önə sürür [6, s.19]. Eyni fikirdə olan digər mütəxəssislər də, bütün dövlətlərin qəbul edəcəyi bir tərifi qəbul edilməsi durumunda terrorçuluqla mübarizədə bir çox maneənin aradan qalxacağına inanırlar.
Terrorçuluğu izah etmək üçün hökmən “şiddət” anlayışını izah etmək lazımdır, çünki bu iki anlayışın arasında güclü əlaqə mövcuddur. Şiddət, konkret olaraq əsas əxlaq normalarına qarşı çıxmaq və ya onlardan məqsədyönlü şəkildə sui-istifadə etməkdir. Oxşar şəkildə, terrorçuluq da, fərdlərin öz siyasi fikirlərini, sosial-mədəni dəyərlərini və normalarını şiddət yoluyla cəmiyyətə zorla qəbul etdirmək mənasına gəlir [10, s.36].
Terrorçuluq məsələsini tədqiq edərkən, diqqət edilməsi lazım gələn əsas cəhətlərdən biri də, terror ilə terrorçuluq arasındakı fərqlilikdir. Terrorçuluq anlayışı terror metodlarından siyasi məqsədlə təşkilatlı, sistemli və müntəzəm şəkildə istifadə edilməsini əsas alan bir strategiya olaraq terror anlayışından ayrılır. Terror termini dəhşət və qorxunu ifadə etdiyi halda, terrorçuluq, bu anlayışa müntəzəmliklik və siyasi məzmun qatır [2, s.34]. Terrorçuluq günahsız insanları öldürməklə yanaşı, geniş xalq kütlələrini qorxuya düşürməklə və ya məqsədyönlü şəkildə təsir altına almaqla siyasi və ictimai mövqe qazanmaq əldə etmək üçün marjinal qruplar yaxud fərdlər tərəfindən şiddətə söykənən təhdidlər və planlı fəaliyyətdir [5, s.1-3].
Müasir dövrdə törədilən terror aktları müxtəlif məqsədlər, hədəflər, ideologiyalara xidmət edir, həmçinin çox fərqli coğrafiyalarda meydana gəlir. Bu baxımdan terrorun təsnifatı məsələsi ilə bağlı mütəxəssislərin mövqeyi fərqlilik göstərməkdə və hamılıqla qəbul edilən bir tipologiyanın qəbul edilməsi mümkün olmamışdır. Buna baxmayaraq, yenə də terrorçuluğu müəyyən kriteriyalara görə aşağıdakı kimi təsnifatlandırmaq mümkündür:
1. Daxili terrorçuluq – bir dövlətin siyasi sərhədləri daxilində qalan və xarici ünsürlərin, əlaqələrin və ya iştirakın olmadığı sistemli şiddət aktlarıdır. Ancaq ölkə daxili terrorçuluğa xalis şəkildə rast gəlmək mümkün deyil. Belə bir vəziyyət ancaq nəzəri olaraq qeyd edilə bilər [12, s.34].
2. Beynəlxalq terrorçuluq – bu anlayış, 1960-cı illərdən bəri artan şiddət hərəkətlərinin dövlətlərarası səviyyəyə yüksəlməsi nəticəsində, beynəlxalq münasibətlər sistemində öz yerini almışdır. Bu terrorçuluq növü, “məzmun və ortaya çıxan nəticələri etibarilə beynəlxalq xarakter daşıyır”. Əcnəbilərə və onlara məxsus obyektlərə yönələn terrorçuluq da beynəlxalq miqyaslıdır. Dövlətlərin ikitərəfli və qarşılıqlı münasibətlərinə neqativ təsir etməkdə və aradan qaldırılması uzun illər alan konfliktlər doğurmaqdadır.
3. Transmilli terrorçuluq – hər hansı bir şəkildə dövlətin müdaxiləsi olmadan, dövlət xarici aktorlar tərəfindən reallaşan terror aktlarını ifadə edir. Bu çərçivədə transmilli terrorçuluğu, beynəlxalq terrorçuluqdan fərqləndirən əsas cəhət, terror təşkilatları tərəfindən həyata keçirilən aktların hər hansı bir dövlət tərəfindən tərtib və idarə edilməməsi ya da nəzərət edilməməsidir.
4. Dövlət terroru – demokratik olmayan rejimlərdə daha çox istifadə edilən bir vasitədir. Demokratik ölkələrdə isə dövlət öz daxili siyasətində heç vaxt terrorçuluqdan bir vasitə olaraq istifadə etmir.
5. Dövlət dəstəkli terrorçuluq – dövlətlərin daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də terrordan bir vasitə olaraq istifadə etdiklərini sübut edən bir çox örnək mövcuddur ki, buna da “dövlət dəstəkli terrorçuluq” deyilir. Dövlətlərin xarici siyasətdə terrorçuluğa verdiyi dəstək, aşağı səviyyəli yardımlar formasında ola bildiyi kimi, həmçinin “sponsorluq” səviyyəsində də ola bilər. Dövlətlər, atəş gücü yüksək silahlar, maliyyə yardımı, istihbarat və təlim üçün şərait yaratdığı zaman terrorçuluq daha təhlükəli və dağıdıcı xarakter alır. Dövlət sponsorlu terrorçuluq ciddi təhlükəsizlik problemləri yaradır. Xüsusilə, etnik əsaslı terrorçuluğun mövcud olduğu ölkələrdə xarici dövlətlərin sponsorluğu terror fəaliyyətlərinin təsir gücünü xeyli artırır. Maraqlı cəhət bundan ibarətdir ki, demokratik dövlərlərin də, müxtəlif səbəblərlə terrorçuluğa hətta sponsorluq səviyyəsində dəstək verdiyinə dair bir çox nümunə vardır.
6. Etno-terrorçuluq - əsas etibarilə, bir etnik qrupa mənsub fərdlərin terrorçuluq təşkilatlarında və ya terror aktlarında iştirak etdikləri terrorçuluq növüdür. Etnik xarakterli terror aktlarına bəzən “millətçi” terrorçuluq da deyilir. Lakin etniklik ilə millətçilik eyni məna kəsb edən iki anlayış deyil. Etnik mənşəyə dayanan terrorçu fəaliyyətlər daha çox özünü haqlı tələbi və ya bu tələbi əldə etmək üçün silahlı mübarizədən başqa yol və metodun qalmadığına inanan ya da elə olduğu qəbul edilən vəziyyətlərdə özünü göstərir.
7. Kiber (internet) terrorçuluq – Kiber terrorçuluğu ənənəvi terror fəaliyyətlərindən kompyuter və kompyuter sistemlərindən istifadə edərək törədilməsi kimi izah etmək mümkündür. Kiber terrorçuluq, faydalandığı vasitələr baxımından qabaqcıl texnologiya və biliklərdən istifadə edərək ənənəvi terrorçuluğun yeni formada davam etməsidir.
2001-ci ildə Brüsseldə toplanan Avropa İttifaqına daxil olan dövlət başçıları, BMT-nin nəzarətində, İttifaqa daxil ölkələr, üzvlüyə namizəd dövlətlər və ABŞ, Rusya Federasiyası, ərəb və müsəlman ölkələr və terrorçuluğa qarşı mübarizəyə qoşulmaq istəyən bütün müttəfiqlərin də iştirak edə biləcəyi geniş anti-terror koalisiyası yaratmaq istədiklərini bəyan ettilər [8].
Terrorçuluğa qarşı mübarizə ilə bağlı Avropa İttifaqı iki əsas qərar qəbul etmişdir. Bunlardan birincisi, bütün təhlükəsizlik orqanlarının əməkdaşlığını təkmilləşdirmək; ikincisi, ittifaqa üzv ölkələrdə qüvvədə olacaq tək həbs qətimkan tədbirinin tətbiq edilməsidir [11].
Bundan başqa Avropa miqyasında qüvvədə olan həbs qətimkan qərarı Avropadakı təhlükəsizlik orqanlarının bir-birləri ilə bilavasitə əlaqə qurmasını asanlaşdırmış və məhbusların qısa müddətdə qaytarılmasını təmin etmişdir. İttifaqın məsələ ilə bağlı qəbul etdiyi bəyanatda xüsusi proseduraların tətbiq edildiyi hallarda bütün demokratik haqlar və insan hüquqlarının diqqət mərkəzində olacaqağ xüsusi qeyd edilmişdir [8].
Terrorçuluğa qarşı mübarizədə geniş əhatəli konvensiya layihəsi 9 dekabr 1994-cü ildə qəbul edilən 49/60 saylı BMT Baş Assambleyasi qərarına edilən əlavədə yer alan “Beynəlxalq Terrorçuluğa Qarşı Alınması Vacib Tədbirlər” adlı bəyanat ilə bildirisi ile başlamışdır [4]. BMT, təşkilata üzv dövlətlərin iştirakı ilə, terrorçuluğun qarşısının alınması məqsədilə, geniş miqyaslı hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədilə bir sıra bəyanatlar yayır. Bu bəyanatlar müəyyən qədər öz nəticəsini verir. Belə ki, 1997-ci ildə “Terrorist bombalamaların qarşısının alınması haqqında” Konvensiya, həmçinin, 1999-cu ildə “Terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” Konvensiya imzalanmışdır. Lakin əvvəlki dövrlərdə olduğu kimi, spesfik terror aktlarının qarşısının alınması məqsədilə imzalanan belə konvensiyalardan başqa, daha geniş miqyaslı və bütün dövlətləri bağlayıcı bir konvensiyanın imzalanması hələlik mümkün olmamışdır. Bunun səbəbi, dövlətlərin terrorçuluqla mübarizədə həmfikir olduqları halda, hansı təşkilatların terror təşkilatı olduğu, kimin terrorçu olduğu, hansı aktların terror aktı olduğu kimi məsələlərdə ciddi fikir ayrılığı içində olmalarıdır. Dövlətlər arasında bu məsələ ilə bağlı əsas fikir ayrılıqları aşağıdakılardır:
- Terrorçuluğun hüquqi tərifi;
- Terrorçuluq ilə müstəmləkə əleyhdarlığı və milli azadlıq hərəkatları arasındakı əlaqə;
- Dövlətlərin silahlı qüvvətlərinin fəaliyyətləri.
ABŞ-da 22 dekabr 1987-ci il tarixli qanuna görə, “Terror fəaliyyəti, silahlı insident və qarşıdurmada yer almayan fərdlərin fiziki sağlamlığına ciddi zərər yetirən və ölümlərinə səbəb olma riskinə qarşı həddindən artıq laqeydlik nümayiş etdirərək şüurlu və fərq qoymadan bir şiddət aktını tərtib etmək, dəstəkləmək və yaxud bu aktın törədilməsində rol almaq deməkdir”.
Böyük Britaniyada, 1976-cı və 1984-cü illərdə qəbul edilən qanunlarda yer alan tərifə görə, terrorçuluq, ”siyasi məqsədlərlə şiddət tətbiq etmək və xalqa yaxud xalqın müəyyən hissəsini qorxutmaq məqsədilə, hər hansı şiddət fəaliyyətini əhatə edir”. Buradakı şiddət termini, sadəcə fiziki şiddəti deyil, həmçinin digər şiddət formalarını da əhatə edir.
Almaniya qanunvericiliyi “cinayət və girov götürmə kimi müxtəlif cinayətləri törətmək məqsədilə gibi muhtelif suçlar isleme amacıyla təşkilatlanma” cinayəti üçün ağırlaşdırılmış cəzalar nəzərdə tutur. Belə təşkilatlanmaları “terrorçu” olaraq xarakterizə edən qanunvericilik, əslində, Qızıl Ordu Fraksiyası ilə mübarizə məqsədi daşıyırdı və terrorçuluğun əhatəli tərifini verməkdən çox uzaqdır.
Yuxarıda istər beynəlxalq təşkilatlar, istərsə də dövlətlər səviyyəsində terrorçuluğa verilən tərifləri nəzərdən keçirərkən, görürük ki, terrorçuluğun dörd əsas komponenti mövcuddur [1, s.7-9]. Bunlar:
1. Zərər çəkən. Terrordan zərər çəkənlər deyiləndə, bu fəaliyyətdən birbaşa zərər çəkənlər nəzərdə tutulur. Əsasən, zərər çəkənlər ilə hədəf kütlə bir-birindən fərqlənir. Zərər çəkənlər hədəf kütləyə mesajın çatdırılması üçün seçilmiş vasitədir. Zərər çəkənlər əsasən, mülki əhali kütləsidir.
2. Motiv. Geniş mənada terrorçuluğun motivi “siyasi”dir. Bu motiv fəlsəfi, ideoloji, dini, etnik, hərbi və s. bütün aspektləri əhatə edir.
3. Qəsd. Terror cinayətini, digər cinayətlərdən ən fərqləndirən cəhətdir. Siyasi motivlə terror aktının şüurlu surətdə və istəyərək törədilməsidir.
4. Metod. Terrorun başlıca metodu şiddət və güc tətbiq etmək və ya bunlardan istifadə etməklə təhdid etməkdir. Lakin bu metodlardan istifadə edilməsi və ya istifadə etməklə təhdid edilməsi ilə politik məqsədlərə çatmaq istənilir. 30.
Terrorun müəyyənləşdirilməsində ən böyük maneələrdən biri də öz müqəddəratını təyin etmə hüququndan istifadə etdiyini irəli sürən milli qurtuluş hərəkatlarının mövqeyinin müəyyən edilməsindəki çətinlikdir. Terrorçuluq məsələsi ilə bağlı yuxarıda qeyd edilən qərarlar nəzərdən keçirilən zaman bunların terroru qınaq obyektinə çevirməklə yanaşı, bir çoxunun milli qurtuluş hərəkatlarını terrorçuluqdan fərqləndirməyə çalışdığı diqqəti cəlb edir [9, s.104-105].
Əvvəllər bütün dövlətlərin milli qanunvericiliyində yer almayan terror cinayətləri, sondakı dövrlərdə cinayət məcəlləsinə daxil edilmişdir. Beynəlxalq hüququn terrorçuluğa qarşı getdikcə müəyyən tənzimləmələr həyata keçirməsi, terrorçuluq fəaliyyətlərinin beynəlxalq miqyas kəsb etməsinin nəticəsidir. 1926-cı ildə Rumıniyanın Millətlər Cəmiyyətinə təqdim etdiyi “Terrorçuluğun qarşısının alınmasının universallaşması haqqında” Beynəlxalq Konvensiya” təklifi, belə hadisələrin sayının az olması səbəbilə nəzərə alınmamışdır [3, s.82]. Terrorizmin beynəlxalq ölçüləri ilə ələ alınması və qadağan edilməsinə dair göstərilən səylər İkinci Dünya müharibəsindən əvvəlki illərə təsadüf edir. 1937-ci il tarixli “Terrorçuluğun qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya, Millətlər Cəmiyyətinin mövcud olduğu dövrdə imzalanmış, sadəcə bir dövlət tərəfindən ratfikasiya edilmişdir. Bu sahədəki ilk konvensiyanın bağlandığı 1937-ci ildən bu yana, terrorçuluqa beynəlxalq miqyasda qəbul edilmiş vahid tərif verilməmiş, bu əksiklik bütün dövlətlərin qəbul edəcəyi vahid terrorla mübarizə konvensiyanın hazırlanmasına mane olmuş, bu boşluq spesifik terror aktları üçün nəzərdə tutulmuş konvensiyalarla doldurulmağa çalışılmışdır. Bu gün beynəlxalq terrorçuluğun qarşısının alınması məqsədilə ondan çox müqavilə və protokol imzalanmışdır.
Bu müqavilələrdən başqa, “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiya 10 yanvar 2000-ci il tarixdə, “Nüvə silahı terrorunun qarşısının alınması haqqında” beynəlxalq Konvensiya 14 sentyabr 2005-ci ildə qəbul edilmiş və dövlətlərin ratfikasiya etmələrindən sonra qüvvəyə minmişdir.
Nəticə. Terrorçuluq əleyhinə qəbul edilmiş konvensiyalar ümumi cəhətləri nəzərə alınaraq qiymətləndirildiyi vaxt, görürük ki, çox əhəmiyyətli məsələləri əhatə etməklə yanaşı, terrorçuluq anlayışına bütöv şəkildə yanaşılmır. Həmçinin, bu konvensiyalarda aparılan sektoral bölgü keçmişdə baş vermiş cinayətləri əsas almış və gələcəkdə törədiləcək terror aktlarının bütün növlərini əhatə etmir.
Bu konvensiyaların nəzərə çarpan başqa bir əksik cəhəti, hökmlərin qətilikdən uzaq olması və maddələrin şərhə açıq olmasıdır. Məsələn, “Bombalamalar Konvensiyasına görə, “bütün tərəf dövlətlər, lazım olduğu ölçüdə” və “bu cinayətlərin ağırlıq dərəcəsini diqqətə alaraq, müvafiq şəkildə cəzalandırılmalarını təmin etmək” məcburiyyətindədir. Bu konvensiyalardan “Terrorun maliyyələşdirilməsi ilə mübarizə haqqında” Konvensiya məsələyə daha təfərrüatlı yanaşmışdır.
Konvensiyaların zəif cəhətlərindən biri də, dövlətlərin terrorçuluq fəaliyyətlərini əhatə etməməsi, dövlət dəstəkli terror aktlarına qarşı beynəlxalq səviyyədə lazımi hüquqi qiymət verməməsidir.
Ədəbİyyat
1. Bal İ. Terör nedir? Neden terörist olunur?. Terörizm: terör, terörizm ve küresel terörle mücadelede ulusal ve bölgesel deneyimler. Ankara, USAK nəşriyyatı, 2006.
2. Caşın M.H. Uluslararası terörizm. Ankara, Nobel nəşriyyatı, 2008.
3. Çitlioğlu E. Gri tehdit terörizm. Ankara, Ümit nəşriyyatı, 2006.
4. Деятельность oрганизации обединенных наций в oблaсти борьбы с терроризмом. http://www.un.org
5. Enders W. ve Sandler T. Economıc Consequences of Terrorısm ın Developed and Developıng Countrıes: An Overvıew. School of International Relations University of Southern California Von Kleinsmid Center 330. Los Angeles, CA 90089-0043, USA, 2003.
6. Grant W. Political Terrorism: Theory, Tactics and Countermeasures. Cambridge University Press, 1982.
7. Kaya İ. Terörle mücadele ve uluslararası hukuk. Ankara, USAK nəşriyyatı, 2005
8. Кольчев А. Со злом бороться сообща. Европейский союз призвал все страны сплотиться в борьбе с терроризмом, http://www.delrus.cec.eu.int
9. Laqueur W. Terörizmin yorumlanması. Red: C. Güzel, Ankara, Ayraç nəşriyyatı, 2002, ss.95-141.
10. Micheal S. Terrorism a Socio-Economic and Political Phenomenonwith Special Reference to Pakistan. Journal of Management and Social Sciences, No.3/1, 2007, pp. 35-46.
11. Proposal for a Council Framework Decision on the European Arrest Warrant and the Surrender Procedures between the Member States, www.europa.eu.int
12. Tasdemir F. Uluslararası terörizme karşı devletlerin kuvvete başvurma yetkisi. Ankara, USAK nəşriyyatı, 2006.
Key words: terror, terrorism, struggle against terrorism, national security
Ключевые слова: террор, терроризм, борьба с терроризмом, национальная безопасность.
Babayev Rajab
Legal and normative methods of international struggle
against terrorism
SUMMARY
The concept of terrorism, which has a long history, has become a global problem since the beginning of the 21st century into a new stage. Terrorism does not have a common definition of national law, which is neither the international law nor the principal subject of international law. One of the most comprehensive definitions of terrorism is given by the Organization of the Islamic Conference.
Efforts to address terrorism in international dimensions and forbid it to coincide with the pre-World War II era. International law is increasingly making certain arrangements against terrorism as a result of international scrutiny of terrorist activities.
Бабаев Раджаб
Международно-нормативные основы борьба
против терроризма
Резюме
Терроризм имеющее длительное историческое прошлое в ХХI веке перешел в новую стадию и превратился в глобальную проблему. Терроризм не имеет единого правового не в международно правовом аспекте, не со стороны государств-субьектов международного права. Широкое определение терроризма дано со стороны Организации Исламского Конгресса. Попытка характеристики терроризма с его международными измерениями и борьбы против него была предпринята еще до начала Первой Мировой войны. Введение норм регулирования против терроризма международным правом является итогом нарастания террористической деятельности до международных масштабов.
"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM