Elnarə Ömərova
Sumqayıt Dövlət Universiteti
Qlobal iqtisadi çağırışlar şəraitində kiçik və orta müəssisələrin inkişaf etdirilməsi problemlərinin kompleks şəkildə baxılması və həll edilməsi vacib şərtlərdəndir. Belə ki, qlobal şəraitdə istehsal və istehlak arasında nicbətin dəyişməsi, xidmət sahələrinin rolunun artırılması diqqət çəkir. Bundan əlavə, cəmiyyətdə təhsil səviyyəsinin yüksəlməsi, insan kapitalına və intellektə böyük önəm verilməsi, əməyə yaradıcı yanaşmanın təmin edilməsi məsələlərinə münasibət yeni xarakter alır. Bu şəraitdə ekoloji məsələlər xüsusilə aktuallaşır, belə ki, təbii və iqtisadi resurslardan səmərəli və qənaətlə istifadə etmə problemlərini həll etmək lazım gəlir. Digər tərəfdən, iqtisadiyyatın humanistləşməsi, başqa sözlə sosial yönümlülüyünün artırılması diqqət mərkəzinə gəlir, insanlar iqtisadi proseslərdən daha çox səmərə gözləyirlər və informasiya cəmiyyətinin gücləndirilməsi hesabına iqtisadiyyatın şəffaflığına nail olmaq isdəyirlər. Kiçik biznesin inkişafının təmin edilməsi, kiçik və orta müəssisələrin yaradılması hesabına iqtisadi fəallığın artırılması, yeni iş yerlərinin təşkili proseslərinin sürətləndirilməsi və məhsul istehsalının artımı təmin edilmiş olur. Belə ki, kiçik biznes iri şirkətlərə nisbətən daha çox çevikdir və istehsalın profilini qısa müddət ərzində dəyişə bilir. Bu səbəbdən inkişaf etmiş sənaye ölkələrində daxili milli məhsulun yarısından çoxu kiçik biznesin payına düşür [1, s.115]. Kiçik və orta biznesin inkişaf etdirilməsi, bununla bağlı rəqabət qabiliyyətli müəssisələr şəbəkəsinin yaradılması dövlətin fəal iştirakını və iqtisadi siyasətini şərtləndirir. İqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrində bu proseslər strateji səviyyədə baxılır, kiçik və orta müəssisələrin inkişaf etdirilməsi problemlərinə kompleks və sistemli şəkildə yanaşma daha çox diqqət çəkir. Kiçik və orta müəssisələr ölkənin bütün regionlarında, xüsusilə ucqar regionlarında yaradılmaqla, bu ərazilərdə iqtisadi fəallığa müsbət təsir göstərir və məhsulların çevik istehsalının təminatı üçün baza rolunu oynayırlar. Bir qrup tədqiqatçılar- N.Q.Aqurbaş, İ.V.Vasilyeva, N.M.Filimonova, Q.M.Kulapina kiçik və orta müəssisələrin yaradılması və inkişaf etdirilməsi ilə bağlı dövlət dəstəyi və tənzimlənməsi mexanizmlərinin mahiyyəti, həmin müəssisələrin inkişaf problemləri ilə bağlı iqtisadi və təşkilati şərtlərin formalaşdırılması məsələləri, bu istiqamətlər üzrə dövlət strategiyasının əsas hədəfləri və məqsədləri üzrə fundamental araşdırmalar aparmışlar. Kiçik və orta müəssisələri özündə birləşdirən sistem milli iqtisadiyyatın tərkib hissəsi kimi baxılmalı və milli iqtisadiyyatda kiçik və orta müəssisələrin bir subyekt kimi rolu obyektiv olaraq qiymətləndirilməlidir. Kiçik və orta müəssisələrin ölkənin, xüsusilə regionlarının sosial-iqtisadi inkişafında rolu və əhəmiyyəti araşdırılmalı və əldə edilmiş nəticələrə uyğun şəkildə bu istiqamətdə prioritet vəzifələr müəyyənləşdirilməlidir. Kiçik və orta müəssisələr sahibkarlıqla məşğul olmaq istəyənlər üçün daha çox motivasiya yaradır və bu tip müəssisələrdə sərbəstlik, müstəqillik, sahibkarların bacarıq və potensiallarının reallaşdırılması üçün daha əlverişli fəaliyyət məkanı hesab olunurlar [2, s. 57]. Kiçik və orta müəssisələrin inkişaf etdirilməsi ilə bağlı iqtisadi və təşkilati problemlərin həll edilməsinə metodoloji və praktiki yanaşmalarda xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, kənd rayonlarında və ucqar regionlarda bu kateqoriyadan olan müəssisələrin geniş şəbəkəsinin yaradılması hesabına həmin ərazilərin sosial-iqtisadi inkişafına nail olmaq və yerli əhalinin iri şəhərlərə axınlarının qarşısını almaq mümkündür. Digər tərəfdən, bu kimi müəssisələr regionlarda iqtisadi proseslərin tarazlaşdırılması və sabitləşdirilməsi baxımından xeyli əhəmiyyətlidirlər Kiçik və orta müəssisələr əhalinin əsas mal və məhsullara olan tələbatını daha çevik və davamlı şəkildə ödəməklə bərabər, bu regionların təbii iqtisadi, kadr və insan, həmçinin digər maddi-texniki resurslarından, bütövlükdə iqtisadi resurslardan maksimum səmərəli istifadəyə imkan verir [3, s. 114]. Kiçik və orta müəssisələr şəbəkəsinin inkişaf etməsi regionların və ayrı-ayrı ərazilərin investisiya cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu müəssisələr özlərinin çevikliyi və operativliyi hesabına iqtisadi proseslərin dinamikliyini sürətləndirir və ölkə əhalisinin iqtisadi cəhətdən fəal olan hissəsinin işlə təminatında, məhsuldar qüvvələrin daha optimal yerləşdirilməsində mühüm funksiyaları yerinə yetirirlər. Bunlarla bərabər, dövlət tərəfindən kiçik sahibkarlığın inkişaf strategiyasının işlənib hazırlanması və reallaşdırılması qlobal iqtisadi çağırışlar şəraitində, bu kimi müəssisələrin potensialından daha səmərəli istifadəyə əlavə imkanlar yaradardı. Kiçik sahibkarlığın inkişaf üzrə dövlət strategiyasının əsasında ilk növbədə bu istiqamətdə strateji hədəflərin və prioritetlərin müəyyənləşdirilməsi, həmin müəssisələrin inkişafı ilə bağlı baryerlərin aradan qaldırılması, ucuz kredit resurslarına çıxışların təmin edilməsi, bu kimi müəssisələrin qeydiyyatı və təşkili ilə bağlı süni maneələrin azaldılması, kiçik və orta biznesin inkişafına imkan verən infratrukturun yaradılması maddi-texniki bazanın gücləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, güclü qanunvericilik bazasının yaradılması və s. mütləq şəkildə yer almalıdır. Belə ki, dövlətin kiçik sahibkarlğın inkişafı ilə bağlı strategiyasının əsas məqsədi dünya səviyyəsində toplanmış mütərəqqi təcrübənin fəal şəkildə tətbiqinə nail olunmasıdır [4, s. 158]. Eyni zamanda, kiiçik və orta müəssisələrin inkişaf etdirilməsi üçün onların maarifləndiilməsi, kadr hazırlığına diqqətin artırılması, müxtəlif problemlər üzrə məsləhət xidmətləinin göstərilməsi, təlimlərin keçirilməsi vacib şərtlərdəndir. Tədqiqatçı Q.M.Kulapinaya görə, hər bir kiçik və orta sahibkarlıq subyektri yaradılarkən və fəaliyyətinə başlayarkən bir neçə suallara uzunmüddətli dövr üçün əsaslandırılmış cavablar almaq istəyir: müəssisənin fəaliyyəti uğurlu olacaqmı? Gəlir proqnozları özünü doğruldacaqmı? Kiçik resurslarla bu müəssisənin rəqabət qabiliyyətini formalaşdırmaq mümkündürmü? [5]. Bu suallar baxımından kiçik və orta sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onlara dəstəyin göstərilməsi dövlətin bu sahədə əsas strateji fəaliyyət istiqamətlərindən biri olmalıdır. Bundan əlavə, kiçik və orta müəssisələrin manervlilik qabiliyyətləri daha yüksəkdir, hər bir belə müəssisə öz potensialına uyğun şəkildə strateji fəaliyyət istiqamətlərini kifayət qədər qısa müddət ərzində yenidən baxa və dəyərləndirə bilər. Belə ki, hazırkı şəraitdə kiçik və orta müəssisələrin inkişaf etməsində texnologiyaların və digər amillərin rolu əhəmiyyətli səviyyədə artmaqdadır. Müasir dövrdə bir tərəfdən texnologiyanın sürətlə inkişafı, digər tərəfdən isə rəqabətin planetar miqyas alması iqtisadi strukturda əhəmiyyətli dəyişiklikləri zəruri edir. Ardıcıllıqla davam edən qlobal yenidənqurma prosesində müəssisələrin uğuru və gələcəkdə müəssisələrin xüsusiyyətinin necə inkişaf edəcəyi barədə suallar mikroiqtisadi səviyyədə mühüm maraq mərkəzinə çevrilib. Texnoloji inkişafın ən mühüm nəticələrindən biri sənaye inqilabını həm işin, həm də iş yerinin yeni texnoloji inkişafa uyğunlaşa biləcək formada təşkilatlanmasını zəruri edir. Başqa sözlə, texnoloji sahədəki sürətli dəyişikliklər işin və iş yerinin xüsusiyyətinin yenilənərək mikro baxımdan biznes səviyyəsində çox əhəmiyyətli dəyişiklikləri vacib edir. Belə irəliləyişlər iqtisadi ədəbiyyatda "işin və iş yerinin yenidən təşkilatlanması" prosesi adlandırılır [6]. Müəssisə səviyyəsində mikro dəyişikliklər bir tərəfdən dünya iqtisadiyyatındakı struktur dəyişikliklərilə, digər tərəfdən inkişaf edən texnologiya və beynəlxalq bazar şərtlərinə uyğun qaydalarla işin yenidən təşkili formasında inkişaf edir. Kütləvi və sərt ierarxik istehsal idarəetmə sistemindən elastik istehsal və idarəetmə sisteminə keçilməsiylə yanaşı, böyük təşkilatlanmaların zamanla funksionallaşaraq bir-biri ilə əlaqəli kiçik alt vahidlərə ayrıldığı yeni bir model inkişaf edir [7].
Qeyd edək ki, qlobal iqtisadiyyat şəraitində yaranan və formalaşan milli iqtisadiyyatlar orta xərci minimuma endirərək “miqyasdan asılı olaraq gəlirin artması” nəticələrinə daha çox önəm verirlər. İkinci dünya müharibəsindən sonrakı dövrdə Avropa dağılmış sənayesini yenidən qurmaq və iqtisadiyyatı canlandırmaq üçün böyük səylə yenidənqurmaya başladı və inkişaf edən texnologiya ilə birlikdə irimiqyaslı müəssisələri quraraq, kütləvi istehsala başladı. Həmin dövrdə "kiçik və orta sahibkarlığın" həm iqtisadi, həm də ictimai quruluşdakı əhəmiyyəti ikinci plana keçdi. Bütün bu proseslər nəticəsində irimiqyaslı müəssisələrə dəstək və yardımlar edilməsi siyasətinə üstünlük verildi [8] Amma XX əsrin 70-ci illərində özünü göstərən neft böhranının doğurduğu sarsıntıdan böyük müəssisələr daha çox zərər gördülər və ağır vəziyyətə düşdülər. Belə müəssisələrin böhranın təsirinə daha çox məruz qalmaları və nəticədə dünyadakı konyunkturaya uyğunlaşmaqda üzləşdiyi çətinlikliklər onlara olan etibarın sarsılmasına səbəb oldu. Bundan əlavə, həmin dövrə qədər istehsalda arxa plana atılan kiçik və orta müəssisələr iqtisadi tənəzzülə baxmayaraq, özlərini çevik toplamaları, bazar şərtlərinə böyük müəssisələrə nisbətən daha asan uyğunlaşmaları və iqtisadi strukturdakı boşluqları aradan qaldırmaqda göstərdikləri uğur bu müəssisələrə üstünlük verilməsinə gətirib çıxardı [9]. 1980-ci illərin əvvəlində kiçik və orta müəssisələr haqqında yeni ideologiya formalaşdı. Bu müəssisələrin sənayeləşmə, məşğulluq, iqtisadiyyatın böyümə və inkişaf baxımından mühüm rol oynamaları dünya və ölkə miqyasında onların dəstəklənməsi və inkişafı məsələsini ön plana çəkmişdir. Həmin illərdə dünya ölkələrinin çoxunda bu tip müəssisələrin inkişafı və təşviq edilməsi siyasəti güclənmişdir.
Qeyd edək ki, qloballaşma kütləvi istehsal əvəzinə fərdi istehsal, bu isə öz növbəsində özəl istehsalı ön plana çıxarmışdır. Həmin bu dəyişiklik böyük miqyaslı, böyük həcmdə istehsalı olan müəssisələri çətin vəziyyətə salmış, kiçik və orta müəssisələri isə üstün vəziyyətə gətirmişdir. Qloballaşma və elastiklik - istehsal və istehlakın bir mərkəzdən planlanması, standart məhsulların istehlakı və çeşidli bir dünya bazarına təsir edərək yerli bazarın iqtisadi, sosial və mədəni fərqliliklərinə uyğun yeni iqtisadiyyatı meydana gətirmişdir. Hazırkı dövrdə sənaye istehsalının miqyasında 1960-cı illərdən fərqli bir struktur müşahidə edilir. Miqyas iqtisadiyyatı getdikcə əhəmiyyətini itirdiyi halda, çeşid iqtisadiyyatına əsaslanan kiçik miqyaslı, lakin yüksək texnologiyalar istifadə edən sənaye müəssisələri ön plana çıxır. Yəni, fordist istehsal və əmək şəraitinin kütləvi emala əsaslanan tək bir model və standart əmtəə anlayışının yerini elastik ixtisaslaşmaya əsaslanan elastik istehsal və əmək sistemləri tutur. Elastik istehsal sistemləri əsrin tələbidir. Beləliklə, miqyas iqtisadiyyatına əsaslanan kütləvi istehsal sistemlərinin əvəzinə fərqliləşən özəl ehtiyacları qarşılaya biləcək müxtəlif fərqli məhsulu istehsal edə bilmək imkanlarına malik olan elastik istehsal sistemləri keçir. Dünyanın inkişaf etmiş ölkələrində kiçik və orta müəssisələri dəstəkləyən siyasətlərin bu qədər geniş vüsət alması da təsadüfi deyildir. Çünkü, gələcək dünyamızda bugünkü sənaye cəmiyyətinin makro iqtisadiyyatları öz yerlərini çeşid iqtisadiyyatına verəcək, inteqrasiya olunmuş təsisatların yerinə isə ana sənaye-alt sənayenin bütövləşməsi istiqamətində daha elastik və sürətli modellər üstünlük təşkil edəcəkdir. Bir tərəfdən azad ticarət zonaları növündən regional inteqrasiya meyilləri, digər tərəfdən Ümumdünya Ticarət Təşkilatı vasitəsi ilə davam etdirilən beynəlxalq ticarətin liberallaşması cəhdləri ilə ənənəvi müdafiə divarlarının (gömrük vergiləri və kvotalar) aradan qaldırılması ilə beynəlxalq ticarət, liberal əsaslar çərçivəsində idarəçilik sistemi yaradılır. Beləliklə, həm əmtəə, həm də xidmətlərin sərbəst hərəkəti vasitəsilə qloballaşma böyük ölçüdə meydana çıxır. Digər tərəfdən, informasiya, telekommunikasiya və rabitə texnologiyalarındakı sürətli inkişafda “milli iqtisadi sistemlərin bir-birinə bağlı vəziyyətə gəldiyi, qlobal qarşılıqlı asılılıq olaraq adlandırılan bu yeni dünya nizamında müəssisələr artıq sadəcə milli bazarlar üçün deyil, beynəlxalq bazarlar üçün də istehsala yönəltməkdədirlər. Milli bazarların beynəlxalq kapital və əmtəə bazarları ilə birləşdiyi bu gəlişmələrlə dünya sanki kiçilərək tək bir bazar vəziyyətinə gəlmişdir. Komputer sistemli informasiya texnologiyalarına əsaslanan istehsal prosesi mühərriklə bağlı mexanizm prosesindən komputer sistemli avtomatik dövrə dönərkən “komputer, rəqəmsal nəzarət maşınları, mikroelektronik və robotların istehsala tətbiqi ilə “elastik istehsal” deyilən, yeni bir istehsal və biznes strukturuna keçildiyi müşahidə edilir.” [10, s.114]. Elastik istehsal sistemi inkişaf etmiş ölkələrdəki struktur problemlərinə qarşı, xüsusilə kütləvi istehsala bir alternativ kimi irəli sürülən mikro siyasət nümunəsidir. İkinci dünya müharibəsindən sonrakı inkişaf etmiş kapitalist ölkələrindəki kütləvi istehsalı əsas götürən sənaye siyasəti yeridilmişdir. Bu siyasət çox da yüksək ixtisaslı işçi tələb edilməyən texnologiyalar, iş təşkilatının teylorist formatlar daxilində standart istehlak proseslərinin yaradılıb, geniş və fərqlilik tələb etməyən bazarlara paylanmasında uğurlu olmasını təmin etmişdir. Lakin, mikro texnologiyanın tətbiq edilməyə başlanması ilə istər iş yerindəki istehsal və iş əlaqələrinin, istər məşğulluq və istərsə də, rəqabət şərtlərindəki dəyişikliklər nəticəsində kütləvi istehsalda uğurlu olan metodlar öz mövqeini postsənaye iqtisadiyyatlarında itirməyə başlamışdır. Elə bu mərhələdə “Piore ve Sabel”in liderlik etdiyi elastik ixtisaslaşma axını, bir tərəfdən artan rəqabət şərtlərini, digər tərəfdən yeni komputer əsasında işləyən texnologiyanın təsiri ilə elastik istehsal texnikasının lazım gəldiyini və beləliklə də standart istehsaldan fərdi istehsala keçilməsinə imkan verən elastik istehsal sistemi ortaya çıxmaqdadır. Elastik istehsal sistemi yeni ixtira və dəyişikliklərə üstünlük verərək hər partiya əmtəədən çox az sayda, lakin iqtisadi artıma imkan verən istehsal sistemi olaraq tanınır. Texnologiyanın yaratdığı rəqabət, beynəlxalq bazarlarda elastikliyi və bu elastikliyə uyğunlaşa biləcək təşkilatların ön plana çıxmasına səbəb olmuşdur. Xüsusilə, mikroelektrik texnologiyalarındakı yeniliklər, istehlakçının daha keyfiyyətli məhsulu, öz istəklərinə uyğun olaraq, daha qısa müddətdə və satış sonrası xidmətlər ilə birlikdə istehlak edə bilməsini təmin edir. Beləliklə, istehsaldakı elastiklik və bunun nəticəsində ortaya çıxan məhsul çeşidliliyi rəqabətdə üstünlük qazanmağın digər bir əhəmiyyətli məqamıdır. Nəticə etibarilə, rəqabət şəraitində istehsal strukturunun elastik olması dəyişən bazar şərtlərinə uyğunlaşa bilməkdə üstünlük verən bir amildir. Buna görə istehsal strukturlarında lazım olan tənzimləmələri həyata keçirə bilən şirkətləri də üstün mövqeyə gətirir.
Qlobal iqtisadi çağırışlar şəraitində kiçik və orta müəssisələrin inkişaf strategiyalarının və mexanizmlərinin hazırlanmasında baş vermiş transformasiyalar və konseptual yanaşmaların kompelks şəkildə baxılması və nəzərə alınması vacibdir [11, s. 188; 12, s. 231]. Bu sırada sosial-iqtisadi inkişaf proseslərində və xüsusilə bazar iqtisadiyyatı infrastrukturunun yaradılmasında mövcud dəyişikliklərin, tendensiyaların nəzərə alınması və qiymətləndirilməsi mühüm məsələlər kimi baxılmalıdır. İstehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, yerli istehlak bazarının rəqabət qabiliyyətli mal və məhsullarla təmin edilməsi, əhalinin tələbatları, gəlirləri və həyat səviyyəsinin yüksəlməsi amilləri nəzərə alınmaqla, daha yüksək standartlara cavab verən istehlak mallarının və məhsullarının geniş çeşidinin təmin edilməsi vacib şərtlərdəndir. Kiçik və orta müəssisələr bu mühüm məsələlərin reallaşdırılmasında səmərəli vasitələr və fəaliyyət sahələri kimi diqqət çəkirlər. Bu amillər baxımından dövlət kiçik və orta müəssisələr şəbəkəsinin inkişaf etdirilməsinə institusional dəstək göstərməli və bu müəssisələrin inkişaf ilə bağlı problemləri sistemli, ardıcıl şəkildə həll etməlidir [13, s. 136]. Regionlarda kiçik və orta müəssisələrin fəaliyyətini dəstəkləyən mərkəzlər yaradılmalı, kredit və sığorta xidmətlərinin yüksək səviyyədə təşkili təmin edilməlidir. Kiçik və orta müəssisələr infarstruktur baxımından əziyyət çəkməməli, yetişdirdikləri və topladıqları məhsulun tədarük edilməsi və satılması imkanlarına malik olmalıdırlar. Bu tip müəssisələrin texnika, kənd təsərrüfatı gübrələri və yanacaqla təminatı məsələləri də etibarlı şəkildə həll olunmalıdır. Bütün bu amillər baxımından, dövlətin kiçik və orta müəssisələr şəbəkəsinin gücləndirilməsi məqsədilə regional iqtisadi siyasəti, o cümlədən regional sənaye siyasəti işlənib hazırlanmalı və reallaşdırılmalıdır [14, s. 201]. Regional iqtisadi siyasətin əsas mexanizmləri sırasında kiçik və orta müəssisələrin innovasiya-investisiya mühitinin yaxşılaşdırılması, infarstrukturun gücləndirilməsi, yerli resursların səmərəli şəkildə istehsal dövriyyəsinə cəlb edilməsi yer almalıdır. Regional səviyyədə, o cümlədən ölkənin sərhəd zonalarında və ucqar rayonlarında kiçik və orta müəssisələrin inkişafının genişləndirilməsi modeli hazırlanmalı və reallaşdırılmalıdır. Burada hər bir regionun resurs potensialına və inkişaf imkanlarına uyğun olan kiçik və orta müəssisə formalarna üstünlük verilməli və bununla əlaqədar strateji yanaşmalar müəyyənləşdirilməlidir [15, s. 108]. Məsələn, sərhədyanı regionlarda hər iki tərəfdə yaşayan insanların maraqları nəzərə alınmaqla, həmin maraqlar milli iqtisadi və milli maraqlar kontekstində balanslaşdırılmalı, qarşılıqlı işgüzar fəaliyyət və rəqabət mühiti yaradılmalı, müəssisələrin müasir texnologiyalar və innovasiyalar əsasında inkişafı təmin edilməlidir. Və yaxud, hər hansı bir sahə üzrə kiçik müəssisələr kompleksinin inkişaf etrdirilməsi problemləri baxılarkən, bu sahənin inkişaf xüsusiyyətləri və potensialı nəzərə alınmalıdır. Məlumdur ki, ölkənin hər bir regionunda ət və süd məhsulları üzrə kiçik müəssisələrin yaradılmasına və inkişaf etdirilməsinə ehtiyac vardır və bunlar obyektiv zərurətdən yaranmışdır. Bu baxımdan, belə kateqoriyadan olan kiçik və orta müəssisələrin inkişaf ilə bağlı problemlər və yanaşmalar dərindən əsaslandırılmalı və hər bir fəaliyyət istiqaməti üzrə təsiredici amillər nəzərə alınmalıdır [16, s. 191]. Bunlarla bərabər, kiçik və orta müəssisələrin ən mürəkkəb problemlərindən biri də, əvvəldə qeyd etdiymiz kimi ucuz və əlverişli kredit resurlarına çıxışın təmin edilməsi, başqa sözlə maliyyə mexanizmlərinin gücləndirilməsidir. Kiçik sahibkarlığın müxtəlif layihələri, xüsusilə innovasiya layihələrini reallaşdırmaq üçün vəsaitləri azlıq edir və buna görə də bu müəssisələrin maliyyə resurslarına əlçatanlığı dövlətin diqqət mərkəzində olmalıdır [17, s. 166]. Məsələn, Cənubi Koreyada kiçik və orta müəssisələrin maliyyə resurslarına və texnologiyalara çıxışının asanlaşdırılması üçün xüsusi fond yaradılmışdır. Analoji yanaşmalar bir sıra digər ölkələrdə də geniş yer almışdır. Kiçik və orta müəssisələr şəbəkəsinin iqtisadiyyatın bütün sahələrində davamlı və tarazlı inkişafının təmin edilməsi tədbirləri görülməlidir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi baxımından, xidmət sektorunda kiçik və orta sahibkarlığın inkişafına uzunmüddətli dövr nəzərə alınmaqla strateji yanaşmalar təmin olunmalıdır [18, s. 151]. Bütün bunlarla yanaşı, kiçik və orta müəssisələrin inkişafının intensivləşdirilməsi, onların rəqabət qabiliyyətinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə daha əlverişli və mütərəqqi vergiqoyma konsepsiyası hazırlanmalı və “dövlət-özəl sektor” əməkdaşlığı prinsipləri formalaşdırılmalıdır [19; 20]. Qlobal iqtisadi çağırışlar şəraitində ölkəmizdə də kiçik və orta müəssisələrin inkişaf etdirilməsi proseslərinə dövlət dəstəyi mexanizmlərinin hazırlanmasına və fəal şəkildə tətbiq edilməsinə xüsusi önəm verilir. Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezdentinin 28 dekabr 2017-ci il tarxili Fərmanı buna bariz nümunədir [21]. Bu Fərmanın əsas məqsədi ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması üçün kompleks tədbirlərin görülməsinin təmin edilməsidir. Milli iqtisadiyyatın və iqtisadiyyatın 11 əsas sektorları üzrə starteji yol xəritələri çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, xarici bazarlara çıxış imkanlarının artırılması üçün strateji hədəflər müəyyənləşdirilmişdir [22; 23].
Bütün bunlarla bərabər, kiçik və orta sahibkarlğın inkişafı ilə bağlı bir sıra problemlərin həll edilməsi yaxın perspektivdə qlobal iqtisadi çağırışlar şəraitində qarşıda duran ən mühüm vəzifələr sırasındadır. Bunlara kiçik və orta sahibkarlıq subyektlərinin -müəssisələrinin müasir texnologiyalar və innovasiyalar əsasında inkişafının təmin edilməsi, mütərəqqi idarəetmə sistemlərinin bu tip müəssisələrin fəaliyyətində tətbiqinin genişləndirilməsi, ölkənin bütün regionlarında yerli regional iqtisadi inkişaf xüsusiyyətləri və resurs potensialı nəzərə alınmala, rəqabət qabiliyyətli müəssisələr şəbəkəsinin yaradılması, bu müəssisələrin investisiya-innovasiya cəlbediciliyinin yüksəldilməsi, həmin müəssisələrin güclü kadr potensialı ilə təmin olunması, kiçik və orta müəssisələrin dünya bazarlarına çıxışının genişləndirilməsi və s. aiddirlər.
ƏDƏBİYYAT
1. Vəliyev D. Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası. “Adiloğlu”, Bakı, 2008.-428 s.
2. Агрубаш Н.Г. Государственное регулирование развитие малых предприятий. Дисс. д-ра экон. наук. Москва, 2006.- 342 с.
3. Васильева И.Н. Экономические и организационные условия создания и развития малых форм хозяйствования. Дисс. д-ра экон. наук. Москва, 2012.- 412 с.
4. Филимонова Н.М. Разработка государственной стратегии развития малого предпринимательства в России. Дисс. д-ра экон. наук. Санкт-Петербург, 2006.- 289 с.
5. Кулапина Г.М. Развитие консалтиновых услуг для малого и среднего бизнеса: теория и методология. Дисс. канд. экон. наук. Самара, 2005.- 336 с.
6. Колесников А., Колесникова JI. Малый и средний бизнес: эволюция понятий и проблема определения // Вопросы экономики. 1996. - №7. -С. 46 - 58
7. Лапуста М.Г., Старостин Ю.Л. Малое предпринимательство: М.: ИНФРА-М, 2006.-354 с.
8. Развитие малого предпринимательства: отечественный и зарубежный опыт/ В.Е. Лялин, В.И. Ляшенко, К.В. Павлов, В.В. Хахулин. М.: Экономиста, 2006. - 254 с.
9. Лебо А. Проблемы развития мелких предприятий в Европе // Социальные и гуманитарные науки: Отечественная и зарубежная литература. Сер. 2. экономика: РЖ / ИНИОН. 2006. - № 1. - С. 92-95.
10. Кастельс М. Информационная эпоха: экономика, общество и культура. -М.: ГУ ВШЭ, 2000.-608 с.
11. Крылова Е.Б. Трансформация занятости в условиях развития малого предпринимательства. Дисс. д-ра экон. наук. Москва, 2009.- 364 с.
12. Лескова Т.М. Концептуальные основы развития малого предпринимательства в депрессивных регионах. Дисс. д-ра экон. наук. Иркутск, 2005.- 410 с.
13. Манаев В.В. Совершенствование политики занятости населения в малом предпринимательстве. Дисс. д-ра экон. наук. Москва, 2011.- 333 с.
14. Гришин И.А. Региональная промышленная политика развития малых предприятий. Дисс. д-ра экон. наук. Москва, 2007.- 368 с.
15. Радченко М.В. Методология формирования и развития малого предпринимательства в приграничных территориях. Дисс. д-ра экон. наук. Благовещенск, 2011.- 362 с.
16. Конаков М.А. Развитие малых форм хозяйствования в мясо-молочном подкомплексе: теория, методология, практика. Дисс. д-ра экон. наук. Москва, 2011.- 317 с.
17. Меркушев А.И. Финансовый механизм развития малого предпринимательства: теория, методология, практика. Дисс. д-ра экон. наук. Москва, 2008.- 370 с.
18. Симанавичене Ж.И. Функционирование малого и среднего предпринимательства в сфере услуг Литвы. Дисс. д-ра экон. наук. Москва, 2005.- 291 с.
19. Мандрощенко О.В. Концепция налогооблажения инвестиционной деятельности малых предприятий. Дисс. д-ра экон. наук. Москва, 2010.- 384 с.
20. Леонова Ж.К. Государственно-частное партнерство в подготовке кадров для малого и среднего предпринимательства. Дисс. д-ра экон. наук. Москва, 2013.- 292 с.
21. Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezdentinin Fərmanı, Bakı şəhəri, 28 dekabr 2017-ci il.
22. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il.
23. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il-cı il tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Açar sözlər: qlobal iqtisadi çağırışlar, kiçik və orta müəssisələr, kiçik və orta sahibkarlıq subyektləri, kiçik və orta müəssisələrin inkişaf etdirilməsi problemləri, qlobal şəraitdə kiçik və orta müəssisələrin strateji yanaşmaları.
Ключевые слова: глобальные экономические вызовы, малые и средние предприятия, субъекты малого и среднего предпринимательства, проблемы развития малых и средних предприятий, стратегические подходы к малым и средним предприятиям в глобальных условиях.
Key words: global economic challenges, small and medium-sized enterprises, small and medium-sized enterprises, development of small and medium-sized enterprises, strategic approaches to small and medium-sized enterprises in global conditions.
Резюме
Проблемы развития малых и средних предприятий в условиях глобальных экономических вызовов
В статье исследованы проблемы развития малых и средних предприятий в условиях глобальных экономических вызовов. Анализированы сущность и теоретически-методологические подходы по формированию и развитию малых и средних предприятий. Раскрыты эффективность и роль малых и средних предприятий по сбалансированию устойчивости национальной экономики. Обосновано важность расширения сети малых и средних предприятий в регионах страны по эффективному использованию ресурсов региона и обеспечение экономической активности населения, рациональное размещение производительных сил. Рассмотрены процессы развития и проблемы в сферах малого и среднего препринимательство в Азербайджане с выявлением существующих проблем. В конце статьи дан ряд предложений и рекомендаций по проблемам развития малых и средних предприятий в условиях глобальных экономических вызовов.
Summary
Problems of development in small and medium-sized enterprises in the face of global economic challenges
Problems of development in small and medium-sized enterprises in the face of global economic challenges are explored in the article. The essence and theoretical-methodological approaches to the formation and development of small and medium-sized enterprises are analyzed. The effectiveness and role of small and medium-sized enterprises in balancing the sustainability of the national economy is revealed. The importance of expanding the network of small and medium-sized enterprises in the regions of the country on the efficient use of the region's resources and ensuring economic activity of the population, rational allocation of productive forces is justified. The development processes and problems in the spheres of small and medium business in Azerbaijan are examined with the identification of existing problems. A number of proposals and recommendations on the development of small and medium-sized enterprises in the face of global economic challenges are given at the end of the article.
"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM