TÜRKİYƏ RESPUBLİKASININ CƏNUBİ QAFQAZDA ƏSAS GEOSİYASİ PRİORİTETLƏRİ

13:00 / 29.10.2018

Hasan Karademir
Bakı Slavyan Universiteti

Hazırda ölkənin təhlükəsizliyi həmişə təkcə milli maraqları nəzərdə tutmur, buraya həm də onların həyata keçirilməsi üçün bacarıq və imkanlar, bunun üçün vacib potensiallıq və alətlər komplektinə yiyələnmə daxildir. Siyasi instrumentari, öz növbəsində, şəxsi siyasi-iqtisadi, sosial və başqa təsirin möhkəmlənməsi və nailiyyəti, eləcə də onun gələcəkdə saxlanması üçün konkret praktiki tədbirləri inkişaf etdirir. Bundan əlavə, rəqib dövlətin öz maraqları sahəsinə nüfuzunun qarşısının alınması, onun təsirinin neytrallaşması üçün mümkün tədbirlərin həyata keçirilməsi, necə deyərlər, coğrafi və geosiyasi məkandan “çıxarılması” mühüm şərtdir. Lakin bu gün dünyada bir çox ölkələr vardır ki, onlar müxtəlif bölgələrdə öz geosiyasi maraqları üçün iddia edə bilər, lakin onları həyata keçirmək iqtidarında deyil, qoyulan tələblərin əksəriyyətinə cavab vermir və buna görə də yalnız bir regional dövlət kimi qəbul edilə bilər.
Regional siyasətə aparıcı dövlətlərin coğrafi və geosiyasi mövqeyinin təsirinin metodoloji əsaslarını nəzərdən keçirərkən, ilk növbədə, bu anlayışların mahiyyətini aydınlaşdırmaq, onların hər birinə dəqiq tərif verməyə cəhd etmək zəruridir. Bununla belə, dövlətlərin coğrafi və geosiyasi mövqeyinin regional siyasətə təsir mexanizminin anlaşılmasının başlanğıc nöqtəsi olan nəzəriyyənin bəzi başlıca müddəaların, əsas paradiqmaların qısa təsviri ilə onu obyektiv olaraq hazırlamaq lazımdır.
Bu gün geosiyasət, ilk növbədə, sosial-iqtisadi və siyasi inkişafın milli özünəməxsusluğu ilə xarakterizə olunur. Bu elmi sahə eyni zamanda bir neçə fənlərin – siyasi coğrafiya, politologiya, tarix – kəsişməsində yaranmışdır və fəaliyyət göstərir. Geosiyasət bəzi mənada “qlobal düşüncənin, qlobalizasiyanın bizim zamanda məşhur konsepsiyalarının ortaya çıxmasında şərtləndirici amil” [5, s. 508] hesab edilə bilər.
Belə ki, “Beynəlxalq Ensiklopediya”nın müəllif kollektivi geosiyasəti “müasir siyasətdə fiziki mühit və onun dövlətlərin hərbi-siyasi, iqtisadi və ekoloji təhlükəsizliyinə təsiri parametrlərindən fəal istifadənin real imkanlarının açıqlanması və araşdırmasının başlıca amili” [6, s.193] kimi nəzərdən keçirir. A.S.Panarin bunu belə izah edir: geosiyasət “xarici-siyasi fəaliyyətin elə növüdür ki, o, ilk növbədə tərəfdaş ölkələrin və ya rəqiblərin ərazi oxşarlığı ilə müəyyən edilir və onların qonşu dövlətlərdə strateji ehtiyacları və maraqlarının bir-birinə bağlılığı üçün müvafiq sahə yaradır” [4, s.108].
Qlobal inkişafın ictimai-siyasi paradiqmasının dəyişməsinə baxmayaraq, bu gün bir çox geosiyasi konsepsiyalar və layihələr ənənəvi (klassik) geosiyasətin çərçivəsində qurulmaqda davam edir. Eyni zamanda XX-XXI əsrlərin qovşağında dəyişdirilmiş geosiyasi konfiqurasiya inkişafın iki mümkün ola bilən birqütblü dünyanın yaradılması və birqütblülüyə tədricən keçid qlobal tendensiyasını yaratmışdır. Birqütblü dünya geosiyasi subyektin (yalnız ABŞ və ya ABŞ-la birlikdə onun NATO bloku üzrə yaxın müttəfiqləri) tam hakimiyyətini müəyyən edəcək model əsasında, yaxud qlobal miqyasda geniş idarəetmə funksiyaları olan beynəlxalq təşkilatın – “dünya hökuməti”nin yaradılması ilə təşkil edilə bilər. Çoxqütblü dünya regional və ya mədəniyyət xüsusiyyətləri prinsipləri ilə yaradıla bilər.
Çoxqütblü dünyanın formalaşması sivilizasiya çoxqütblülüyünün konsepsiyalarına uyğun olaraq baş verə bilər. Bunun əsasında S.Huntinqtonun təklif etdiyi sivilizasiyaların toqquşma paradiqması durur. Hazırkı vəziyyətdə dinamizmə tabe olan və sistem yaradan əsas prinsiplərin formalaşması kimi yerli sivilizasiyalara xas olan dini, etnik və sosial-mədəni universallar üstünlük təşkil edir. Sivilizasiya qütbləri olmaq üçün ən böyük şans Qərb, konfusiya, İslam, Buddist və yerli Avrasiya sivilizasiyalarındadır.
Eyni zamanda, bu paradiqmaların hər biri ən azı bir, öz növbəsində, milli maraqlarla müəyyənləşən geosiyasi məqsədin olmasını nəzərdə tutur. Dünyanın geosiyasi strukturunda hər bir dövlətin (və ya geosiyasi subyektin) onun müddəalarının birbaşa təzahürü olan müəyyən yeri var.
Adı çəkilən Lüğətin müəllifləri dövlətin geosiyasi mövqeyi adı altında onun geosiyasi region dövlətləri və ya bütövlükdə beynəlxalq ictimaiyyət sistemində yeri kimi başa düşməyi təklif edirlər. Dövlətin geosiyasi vəziyyəti onun iqtisadi, siyasi, hərbi, demoqrafik və intellektual potensialı tərəfindən müəyyən edilir. Əslində, Cənubi Qafqazda Türkiyənin geosiyasi prioritetlərinin bizə maraqlı olacağı baxımından, gələcəkdə onun geosiyasi vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edən bu dövlətin dənizə çıxışlarını qeyd etmək vacibdir. Burada daha çox inkişaf etmiş rabitə sistemi, təbii sərvətlər, dəniz sərhədlərinin uzunluğu, həmçinin iqlim şəraiti, dövlətlərarası beynəlxalq münasibətlər və dünya (beynəlxalq) əmək bölgüsü sistemində iştirakı səviyyəsi nəzərdə tutulur [3, s.40].
Yuxarıda göstərilənləri nəzərə alaraq, eləcə də geosiyasi nəzəriyyənin əsas anlayışlarının təhlili əsasında bizi maraqlandıran anlayış aşağıdakı kimi müəyyən edilə bilər: hər hansı bir müasir sivil dövlətin geosiyasi mövqeyi obyektiv və subyektiv coğrafi, tarixi, iqtisadi, siyasi, hərbi, qlobal tarixi prosesdə rol oynayan sosial komponentlərin cəmidir. Bu, həmçinin beynəlxalq münasibətlər sistemində onun yerini müəyyən edir. Müasir Türkiyə üçün ilk növbədə xarici əlaqələrin möhkəmləndirilməsi, sərhəd təhlükəsizliyi vəziyyətini yaratmaq üçün əsas hökumət səylərinin mərkəzləşdirilməsi, regionluqdan separatizmə, ondan isə geosiyasi məkanın genişləndirilməsinə tədricən keçid prosesi – “mondializm” deyilən xətti təklif edən demokratik qüvvələrə əsaslanan geosiyasi ideologiya xarakterikdir.
Cənubi Qafqazda Türkiyənin geosiyasi prioritetlərindən danışarkən, biz ölkənin İranla sıx əlaqələri faktı üzərində dayanmaya bilmərik. Məsələ belədir ki, müasir tarixi mərhələdə İranda İslam qlobal islam inqilabının sürətlə həyata keçməyində aydın iddiaları olan antimondialist və anti-Amerika istiqamətli güclü və dinamik qüvvədir. Hər halda, İran hökumətinin bəzi liderlərinə bu belə görünür. Geosiyasi aspektdə İran böyük Avrasiya oazisinin mərkəzində olmağa həm strateji, həm də ideoloji şansı olan sırf kontinental dövlətdir. Birincisi, geniş coğrafi məkan İrana Pakistan və Əfqanıstanı xarici əlaqələrinin orbitinə daxil etməyə imkan verir. İkincisi, “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi Türkiyə üçün əhəmiyyətli olduğu qədər, Tacikistan və Özbəkistanın ərazi uzunluğunun açıq zolağı İranın coğrafi və geosiyasi məkanı üçün çox vacibdir. Türkmənistanla isə İran birbaşa həmsərhəddir. Üçüncüsü, Azərbaycan neftinin ehtiyatları hələ də çoxdur və Qazaxıstanda nəhəng nüvə qazanı İran və Türkiyəyə kontinental suverenliyinin yenidən qurulması üçün real zəmindir.
Digər məsələ İranın Türkiyəyə siyasi oriyentasiyadır ki, hazırda bu, tez-tez “pan-türkçülük” fikri ilə müşayiət olunur. Hamıya məlumdur ki, Türkiyə Osmanlı İmperiyasının varisi olaraq, ideoloji münasibətdə onun davamçısı deyil. Bizim fikrimizcə, bəzi siyasətçilər (E.A.Pozdnyakov, A.S.Panarin və başqaları) səhvən aydın şəkildə Türkiyənin siyasi ambisiyalarında onun ənənəvi rolunu şişirdirlər. Məsələn, politoloq O.Barnaşov məqaləsində nəticələri ümumiləşdirərək qeyd edir: “Etiraf etmək lazımdır ki, müasir Türkiyə cəmiyyəti islahatçı Kamal Atatürk irsinin ideoloji inkişafının ənənəvi prosesinə dərin qapılmışdır. Müasir Türkiyənin güc strukturları əsasən İslam prinsiplərinin qorunması, həmçinin, ictimai həyatda daha da gücləndirilməsi ilə məşğul olurlar. Əslində, bu dövlətin xarici və daxili siyasəti buna müvafiq olaraq formalaşır” [1, s.117].
Bütövlükdə və ümumiyyətlə, bu, düzgün ümumiləşdirmədir. Türkiyə ümummilli lider K.Atatürkün vəsiyyətinə sadiqdir. Lakin, 2016-2017-ci illərin son siyasi hadisələri, eləcə də “dövlət çevrilişi” cəhdini nəzərə alaraq, sual qəti şəkildə qoyulur: Ənənələrə “qapılma”nın dərinliyi belədirmi? Bir tərəfdən, imperiya İslam polisentrik və multi-etnik quruluşu əvəzinə dünyəvi, ateist xarakterli millət-dövlətin Şərq versiyası yaradılır. Digər tərəfdən, hələ 1918-ci ildə məğlub edilən Osmanlı imperiyasının ideallarını bütün vasitələrlə bərpa etməyə çalışan müxalifət var. Türkiyə özünün mənəvi, dini və geosiyasi ənənələrindən kəskin uzaqlaşan Şərqin ilk dövlətidir. NATO üzvü kimi, bu gün o, mondialism və atlantizmin şərqi istehkamıdır. Eyni zamanda, o, Asiya və ərəb dünyası arasında “sanitar kordondur”. Hansısa mənada belə “şərəfli” rol özünüyüksəlmə və böyük geosiyasi dövlət olmaq prosesində müasir Türkiyə üçün əlavə stimuldur. Türkiyənin geosiyasi modelində Qərb məkanına olduqca real inteqrasiya planları var. Lakin bu günə qədər onun Avropa Birliyinə üzv olmaması bu planları bir qədər ləngidir. Hətta Z.Bjezinski öz zamanında qeyd etmişdir ki, “Aİ-yə buraxılmama, çox ehtimal, Avropa Böyük Məkanında tam üzvlüyü deyil, ABŞ-ın siyasi və ideoloji koloniyasını xatırladır” [2, s.133].
Bu təhlildə müəyyən bir bölgədə geosiyasi subyekt kimi regional siyasətə Türkiyənin təsiri mexanizmi əhəmiyyətli rol oynayır. Burada söhbət bir-biri ilə qarşılıqlı münasibətdə olan, ölkənin bu regionda geosiyasi xarakterini müəyyənləşdirən coğrafi, tarixi, iqtisadi və hərbi təyinatlı komponentlərin cəmindən gedir. Bu isə öz milli maraqlarını daha dəqiq ifadə etmək və ardıcıl həyata keçirmək üçün imkan verir.
Bununla belə, coğrafi komponent mexanizminə geosiyasi subyektə münasibətdə regionunun məkan mövqeyi, region ölkələri ilə ümumi sərhədlər və onların uzunluğu, bölgədə geosiyasi subyektlərin sayı və ölçüsü və s. daxildir. Tarixi komponent əsasən tarixi retrospektiv baxımdan region ölkələri ilə əlaqələrin dinamikasını nəzərə alır. İqtisadi komponent Cənubi Qafqaz regionu ölkələri arasında cari təsərrüfat və müxtəlif növ əlaqələri təşkil edir. Bundan əlavə, nəqliyyat infrastrukturunun inkişaf səviyyəsi, təbii ehtiyatların və s. mövcudluğu da nəzərə alınır. Cənubi Qafqazda Türkiyənin hərbi komponenti üç respublikanın (Ermənistan, Azərbaycan və Gürcüstan) regionlarında silahlı qüvvələrin sayı və tərkibi nisbəti, hərbi ittifaqlar olması və ya olmaması, bölgədə digər ölkələrin hərbi kontingentinin iştirakı, silahlı münaqişələrin xarakteri və intensivliyi və s. təşkil edir.
Türkiyənin Cənubi Qafqazda siyasətinin formalaşması mənbəyi kimi onun müasir geosiyasi mövqeyinin xüsusiyyətlərinə gəldikdə Z.Bjezinskinin aşağıdakı şərhini sitat gətirmək yerinə düşər: “Türkiyə öz siyasi xəttinin müəyyənləşməsində yerləşən imperiyadan sonra yaranmış dövlətdir. Lakin onu sanki bir neçə yerə parçalamaq istəyirlər. Modernləşmə tərəfdarları Türkiyədə müasir Avropa ölkəsi görmək arzusundadırlar. Belə siyasətçilər Qərbə baxırlar. Öz növbəsində, islamçılar dövləti Yaxın Şərqə yönəltmək istəyirlər və buna görə də müsəlman icma Cənuba baxır. Lakin millətçilər daxilən hiss edirlər ki, son illərdə, bu üstünlük Xəzər dənizi və Mərkəzi Asiyada qərar tutub” [2, s.139].
Cənubi Qafqazda Türkiyənin real məqsədləri və perspektivləri hansılardır? Son zamanlar, Türkiyə Xarici İşlər Nazirliyi Qafqaz, Orta Asiya, Slavyan ölkələri, Monqolustan şöbəsinin müdiri X.Akıncı bildirmişdir: “Soyuq müharibə dövrünün başa çatması bütün bəşəriyyət üçün yeni bir səhifə açdı. Müstəqil gənc dövlətlər tarixdə öz yerini aldı və Avrasiya yeni siyasi orqanizm kimi meydana çıxdı. Siyasi səhnədə radikal dəyişikliklər Türkiyəni təkcə Avrasiyanın mərkəzində qabaqcıl strateji mövqeyə tərəf sürükləmədi, həm də geniş bir coğrafiyada Türkiyənin aparıcı rolunu müəyyən etdi. Türkiyə artıq eyni zamanda bir neçə istiqamətə diqqət yetirə bilər və yetirməlidir – Avropaya inteqrasiya prosesi və yeni təhlükəsizlik arxitekturasından tutmuş Cənubi Qafqazda türk ölkələri zonası yaranana qədər; Balkanlarda faciəli inkişafdan tutmuş Cənubi Qafqazda qeyri-sabitliyə qədər” [7, s. 9-10]. Əlavə edək ki, müasir Türkiyə dünyəviliyə, demokratiya və azad sahibkarlığa sadiq bir ölkədir. O, Avrasiyanın gənc demokratik ölkələri və həmçinin Cənubi Qafqazın regionları üçün nümunədir. Ölkə bu gün öz müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi inkişafın təmin edilməsində onlara kömək edir. Belə ki, dünyanın narahat yerlərində Türkiyənin rolu sabitləşdirici qüvvə kimi daha əhəmiyyətlidir.
2001-2017-ci illərdə Türkiyə inteqrasiyanın məqsəd və layihələrinin katalizatorudur. Türk xalqlarını birləşdirmək siyasi ideyası indi dövlətin prioriteti olmuşdur. Şübhəsiz, Türkmənistan, Azərbaycan, Özbəkistan, Qazaxıstan qaz və neft yataqlarını Aralıq dənizi və Qara dənizdə türk limanlarına birləşdirən nəqliyyat dəhlizləri genişləndirilir. Hakimiyyət əslində yaxşı bilir ki, Cənubi Qafqazın geniş sahələri son illərdə Fransa, İngiltərə, Almaniya, Rusiya, İran və digər ölkələrin maraqlarında və imperiya ambisiyalarında əngələ çevrilmişdir. Regional (siyasi, iqtisadi) və qlobal (“Asiya və Avropa arasında körpü”, “mərkəzi hökumət”) maraqların həyata keçirilməsi etno-milli və mədəni-tarixi əsaslara söykənir.
İqtisadi və siyasi maraqlara indi hərbi məsələ də əlavə edilib. Azərbaycan-Türkiyə sıx hərbi əməkdaşlığı faktdır və bunu heç kəs ört-basdır etməyə çalışmır. Bundan başqa, Türkiyə, müəyyən çərçivədə Azərbaycan zabitlərinin qoşunların müxtəlif növləri üçün böyük kadr hazırlığını təmin edir. Buna görə də, Azərbaycan Türkiyə qüvvələri ilə, demək olar ki, Alyansın hərbi maraqlarını cəlb edir. Amma eyni zamanda, “ikili standartlar” qanunu mövcuddur: geosiyasi məkanın genişləndirilməsi öz təmannasız marağı olmadan qarşılıqlı faydanın strategiyasını diktə edir.
Azərbaycanla neft layihələri ilə yanaşı, KİV əhəmiyyətli diqqəti Türkiyənin Abxaziyada və Gürcüstanda müəyyən əlaqələrinə yetirirlər. Burada mühüm rolu Qafqaz xalqının qarışıq ərazilərlə çox böyük diasporu oynayır. Türkiyə Cənubi (qismən də Şimali) Qafqazda öz təsirini gücləndirmək üçün onlardan fəal surətdə istifadə edir. Bu problemin aktuallaşması Cənubi Qafqaz və Şimali Qafqaz xalqları kimi böyük diasporun nöqteyi-nəzərindən daha aydın görünür. Cənubi Qafqazın etnik qruplarının əhəmiyyətli dinamizmi xalqların Türkiyənin yüksək siyasi, hakimiyyət və güc strukturlarına ilhaq edilməyində yüksək dərəcədə nəticə vermişdir. Bu isə bəzi hallarda onun daxili və xarici siyasətinə nəzərəçarpacaq təsir göstərmişdir.
İşin mahiyyəti ondan ibarət idi ki, Sovet imperiyasının süqutundan sonra 1991-ci ilin sonunda Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstanın müstəqilliyinin elan edilməsi Xəzər dənizində beynəlxalq münasibətlərdə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdi. ABŞ-ı “dünyanın ən qüvvətli vahid dövləti” adlandıran ölkənin aparıcı siyasi dairələrinin hegemon istəkləri üçün yaxşı perspektivlər açıldı. Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda da öz mövqelərini gücləndirirdilər. Amerika diplomatları ən böyük diqqəti ilk növbədə Xəzər dövlətlərinə - Türkmənistan, Azərbaycan və Qazaxıstana ayırırdılar. Eyni zamanda, uzun illər Amerikanın bu planlarına Türkiyə də aktiv surətdə müdaxilə etdi. Yeganə Asiya, müsəlman dövləti və xüsusən daha vacibi NATO üzvü kimi Türkiyə öz çevik və bacarıqlı siyasəti ilə Rusiya və Amerikanın Xəzər hövzəsində təsirini sarsıdırdı. Və bu hələ 1992-ci ildə başlamışdı. O zaman Baş nazir və sonra Prezident olmuş Dəmirəl çıxış edərək, Sovet İttifaqının dağılması nəticəsində “Adriatikdən Böyük Çin Səddinə kimi uzanan nəhəng türk dünyası”nı yaratmaq üçün əlverişli perspektivlərin açıldığını vurğulamışdı.
Amerika Birləşmiş Ştatları kimi, Ankara Azərbaycana xüsusi diqqət ayırmışdır və bu hələ də davam edir.
Cənubi Qafqazda Türkiyənin təsir dairəsi genişləndi; Türkiyə rəhbərliyinin və onun arxasında dayanan, tez-tez Vaşinqton və Londonda hakim dairələrə təkan verənlərin neft siyasəti, Türkiyə vasitəsilə Yaxın və Orta Şərqi nəzarət altında qoymaq, Cənubi Qafqazda öz hegemon təsirini gücləndirmək NATO və ABŞ-ın uzunmüddətli əsas siyasətinin mühüm hissəsi idi.
Türkiyədə hesab edirdilər ki, Rusiyanın Cənubi Qafqaz və ya Orta Asiyada müvəqqəti zəifləmiş təsirini bərpa etmək üçün atdığı hər addım Türkiyənin özü üçün geriyə addım demək idi. Xatırladaq ki, məsələn, İran Cənubi Qafqaz regionunda siyasi hegemonluğa can atmaqdan nə qədər çəkinmişdi, amma İqtisadi Əməkdaşlıq Təşkilatında Türkiyənin əlindən liderliyi almış və bir növ “Qaz OPEK” yaratmağa cəhd etmişdi. İran İƏT ölkələrindən neft və qaz ixracını qısa cənub marşrutu ilə təmin etməyə hazır idi və bununla da o, ABŞ-Türkiyənin iddialı layihəsi üzrə Bakı – Ceyhan neft kəmərinin üstündən faktiki olaraq xətt çəkirdi. Qərbə doğru Trans-Xəzər boru kəməri də sual altında qalmışdı. Türkiyə və İran arasında rəqabətdə bizi maraqlandıran regionda əsas rolu böyük miqyaslı ziddiyyətlər tuturdu.
Buradan belə nəticə çıxartmaq olar: Türkiyə Cənubi Qafqazda özünəməxsus “neft” siyasətini həyata keçirərək öz iradəsi ilə yanaşı sanki ABŞ-ın aparıcı geosiyasətçiləri tərəfindən hazırlanmış ümumi istiqamətləri riayət etmək məcburiyyətindədir. ABŞ-ın “boru kəməri” siyasəti özünəməxsus və aydın məntiqə malikdir. İranın Ermənistanla yaxınlaşmasında ABŞ qəsdən anti-İran embarqosunu zəiflətmişdir. Birincisi, Ermənistana İrandan boru kəməri Qərb üçün nəzərdə tutulmuşdur, və ikincisi, Türkiyə və NATO zonasında Ermənistan və İrana təsir edilə bilər. İrandan Hindistana boru kəməri layihəsi yarananda, Amerika Birləşmiş Ştatları onu bir şərtlə dəstəklədi ki, layihə Pakistan və hətta Əfqanıstan vasitəsilə keçsin, çünki o dövrdə Hindistanın mövqeyi həssas idi. Hər iki halda (Ermənistan və Hindistan) ABŞ “Amerika Yaxın Şərq” formalaşması məqsədini güdmüşdür.


Ədəbİyyat
1. Барнашов О. Особенности внешнеполитического процесса в современной Турции // Россия и мусульманский мир. Москва, 2013, № 9, с. 107-117.
2. Бжезинский З. Великая шахматная доска. Издание второе, исправленное и дополненное. М.: Политика, 2002, 431 с.
3. Геополитика и национальная безопасность. Словарь основных понятий и определений. М: РАЕН, 1998, 231 с.
4. Панарин A.C. Философия политики. M.: Новая школа, 1996, 222 с.
5. Geopolitics. Encyclopedia Americana. Grolier inc. 1987. Vol. 12, 559 p.
6. Geopolitics. The New Encyclopedia Britannica. Univ. of Chicago Press.,1988. - Vol. 5, 232 р.
7. Opportunities and Challenges in the Eurasian Area. Panel by TUSIAD November 3, 1997, Istanbul. p.9-10
Açar sözlər: Cənubi Qafqaz, geosiyasi prioritet, Türkiyə Respublikası
Ключевые слова: Южный Кавказ, геополитический приоритет, Республика Турция
Key words: South Caucasus, геополитический приоритет, Республика Турция

Главные геополитические приоритеты
Турецкой Республики на Южном Кавказе
Резюме
В XXI столетии одной из важнейших проблем чёткого определения причин, взаимосвязей, устойчивых тенденций, политических, экономических и любых других процессов, так или иначе определяющих современную географическую и геополитическую картину мира, становится ведущим направлением не только российской, но и общемировой социальной, философской и политической мысли. Многие политические события на современном витке истории, происходящие в самых разнообразных сферах общества и государства, отличаются особой динамичностью и потому определяют возможности создания надежных и оправданных сценариев и прогнозов дальнейшего их развития, изучение и обсуждение острых назревших проблем.
Термин «геополитика» стал неизменным атрибутом политических и общественных дискуссий, материалов прессы и телевидения. И, несмотря на то, что политология и теория геополитики считаются сравнительно молодыми отраслями собственно политической и исторической наук, они имеют глубокие корни, напрямую связанные и детерминированные самим возникновением, развитием и распадом как империй, так и государств меньшего масштаба.
В связи с отмеченным тем более приобретают особый политический вес «взоры» Турции на Южный Кавказ. Очевидно, что правильно подобранный политический вектор может стать хорошим противовесом в нелёгкой борьбе с Россий и Западным миром. Каждый из российско-западных держав также активно стремится урвать «свой кусок пирога» на территории Южного Кавказа.

The main geopolitical priorities of the Republic of Turkey
in the South Caucasus

Summary
In the 21st century, one of the most important problems in the clear definition of the causes, relationships, stable trends, political, economic and any other processes that somehow determine the contemporary geographic and geopolitical picture of the world becomes the leading direction not only of Russia, but of the world social, philosophical and political thoughts. Many political events in the modern round of history taking place in the most diverse spheres of society and the state are particularly dynamic and therefore determine the possibilities for creating reliable and justified scenarios and forecasts for their further development, studying and discussing acute urgent problems.
The term “geopolitics” has become an invariable attribute of political and public discussions, press and television materials. And, despite the fact that political science and the theory of geopolitics are considered relatively young branches of the actual political and historical sciences, they have deep roots, directly related and determined by the very appearance, development and disintegration of both empires and smaller states.
In connection with the above, the special political weight of Turkey’s “gaze” towards the South Caucasus is especially important. It is obvious that a correctly chosen political vector can become a good counterbalance in the hard struggle with Russia and the Western world. Each of the Russian-Western powers is also actively seeking to snatch “its piece of pie” in the South Caucasus.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM