Gülnarə Sədrəddinova
Bakı Dövlət Universiteti
Hələ üsyan başlamazdan əvvəl Peterburq ilə Babıali arasındakı əlaqələrdə bir gərginlik var idi. Çünki 1774-cü il Kiçik Qaynarca sülh müqaviləsinin həyata keçirilməsi məsələsi öz həllini tapmamışdı. (7, s.61) 1806-1812-ci illərdə baş vermiş Türk-Rus müharibəsində özünü müharibənin qalibi olaraq görən Rusiya, bu müharibənin sonunda imzalanan Buxarest sülh müqaviləsindən razı qalmadığını hər fürsətdə dilə gətirirdi. Əslində, Osmanlı imperiyasına qarşı yeni mübarizə mərhələsi başlatmaq niyyətində idi. Bu zaman Rusiya, yunanlardan çıxış yolu kimi istifadə etməyi planlaşdırırdı. (22, s.31)
Rusiya, dünyanın ən güclü dəniz dövlətinə çevrilə bilmək üçün Balkanlara və Türk Boğazlarına sahib olmaq istəyirdi. Bu üstünlüklərə sahib olan Osmanlı imperiyası Rusiyanın qarşısında maneə təşkil edirdi. Məqsədinə nail ola bilməsi üçün ilk növbədə imperiyanı daxildən zəiflətməyi, daha sonra isə ona xaricdən zərbə vurmağı planlaşdırırdı. Türkləri daxildən zəiflətmək istəyən Rusiya, yunan üsyançılarına havadarlıq edirdi. Rusiya təkcə Yunanıstanı deyil, eyni zamanda bütün Balkanları qarışdırır və üsyana təşviq etməyə çalışırdı.(12, s.14-32. )
1821-ci ildə İpsilanti Əflak və Boğdan bəyliklərində üsyan qaldırdığı zaman Rusiya çarı I Aleksandr, İtaliya yarımadası və İspaniyada başlayan üsyanların qarşısını almaq məqsədi ilə keçirilən Laybax konqresində iştirak edirdi. (11, s.80.) Konqresdə İpsilantinin üsyan qaldırdığını eşitdikdə çar, “afərin, cəsur dəliqanlı” deyə yüksək səslə İpsilantini tərifləmişdi. Lakin Avstriya baş naziri Metternix, Avropadakı vəziyyətin üsyan və ya çevriliş kimi hərəkətləri dəstəkləməyə münasib olmayacağını çara bildirdi. Avropa dövlətləri, Fransa inqilabı və I Napoleon böhranını aradan qaldırmaq üçün 1815-ci ildə “Müqəddəs İttifaq” qurmuşdular. Sülh və əminamanlığı tətbiq etmək məqsədini daşıyan bu ittifaqın üzvləri yunan üsyanına da qarşı çıxmalı idi. Konfransda yunan məsələsinin Osmanlı dövlətinin daxili məsələsi olduğu barədə qərar qəbul edildi.(4, s.85)
Bu zaman Peterburqda yunanlara meyllilik getdikcə artırdı. Lakin, Aleksandrın özünün yaratdığı Müqəddəs İttifaqa sadiqliyi onu qəti addım atmaqdan çəkindirirdi. Bundan başqa, həm Avstriya baş naziri Metternix, həm də Prussiya Xarici İşlər naziri Bernstorff, çara təzyiq göstərirdilər ki, birliyin qorunması üçün Rusiya fədakarlıq etsin. (7, s.62-63)
Balkanlardakı milliyətçilik və qiyam hərəkətlərinin Rusiyaya da yayılması təhlükəsini görən I Aleksandr İpsilantini ordusundan qovdu. Rusiya çarı martın 7-də Vidindəki Osmanlı hərbi qüvvələrinin Əflak bəyliyinə girmələrinə müsbət münasibət göstərdiyini bildirdi. Hətta Osmanlı ordusunun üsyançılara qarşı hərbi müdaxilə etməsində israr etdi. (16, s.219)
Rusiyanın İstanbuldakı səfiri Baron Stroqanov çarın əmri ilə bəyənnamə nəşr etdirdi. Bəyənnamədə deyilirdi ki, Rusiya yunanları dəstəkləmir və Aleksandr İpsilanti Əflak və Boğdan ərazisinə Rusiyanın xəbəri olmadan daxil olmuşdur. (10, s.55) Çarın gözdən pərdə asmaq üçün atdığı bu addım əslində reallıqdan uzaq idi. Çar, üsyanı düzgün qəbul etmədiyini bildirsə də Xocabəyə qaçıb gələn qaçaq yunanları qəbul edərək onlara yüz min rubl nəğd pul vermişdi. (19, s.116) Rusiya hökuməti Osmanlı imperiyasından ayrılıb, yenidən qurulacaq Yunanıstan krallığında özünün böyük nüfuz sahibi olacağını düşünərək “Filiki Eterya”nı əlaltından dəstəkləyirdi.” (14, s.3)
Yunanların Osmanlı imperiyasına qarşı qaldırılmasının dəstəkçisi Rusiya olsa da İstanbuldakı rus səfiri Osmanlı hökumətini inandırmağa çalışırdı ki, bu işlərdən xəbəri yoxdur və yunanları türklərə qarşı təhrik etmək niyyətində deyil. (18, s.134) Bu zaman İstanbul patriarxı keşiş və mitropolitlərə hökumət əleyhinə onları sözdə pisləyən məktub göndərdi. Məktubda, “Filiki Eterya” cəmiyyətinin üzvlərinin andlarının batil olduğunu və dövlətə qarşı döyüşə davam edənlərin lənətlənəcəklərini elan etdi. İstanbul patriarxlığının yunan “Dostlar cəmiyyəti” ilə əlaqədə olduğu məlum idi. Üstəlik üsyançılara ayağa qalxmaq əmrini də aparan “Filiki Eterya”nın ən yüksək dini lideri olan keşiş Qriqori Dikoeos Flessas idi. (17, s.112) Patriarx bu məktubu ilə özünün Osmanlı hökumətinə sadiq olduğunu göstərməyə çalışırdı. İstanbul patriarxlığının göndərdiyi məktub çox təsirli olmasa da Peloponnesdə yunanlarda bir durğunluq və geri çəkilmə əhval ruhiyyəsi yaratdı. (12, s.24)
Peterburq rəhbərliyi, Kiçik Qaynarca müqaviləsinə istinadən, 1821-ci il iyunun 28-də Babıaliyə bir ultimatum verdi. Ultimatumun müddəti səkkiz gün idi. Çar, ultimatumda bu tələbləri irəli sürdü: “Fanatik müsəlmançılığın nəticəsində yandırılan və təxribata məruz qalan kilsələr təmir edilməli, xristian dininin qorunması və əminamanlığın təmin edilməsi üçün tədbirlər görülməli, üsyan olan yerlərdə günahkarlarla günahsızlar bir-birindən düzgün şəkildə ayrılmalıdır.” (9, s.-157-159. ) Burada bütün provaslavların təhlükəsizliyi və ibadət azadlığının təmin edilməsi, Əflak və Boğdanda müqavilələrə əsaslanan nizam-intizamın yaradılması və qorunması şərtləri irəli sürülürdü. Qeyd etmək lazımdır ki, Rusiya, həm də Əflak və Boğdan üsyanından sonra qaçıb Odessaya gələn üsyançı fərariləri qəbul edib onlara maddi yardım etmişdi. (21, s.122)
Osmanlı Dövləti iyunun 28-də Rusiya tərəfindən göndərilən ultimatumdakı istəklərə rədd cavabı verdi. Rusiyanın səfiri isə 1821-ci il avqustun 8-də İstanbulu tərk etdi. (13, s.72.)
London hökuməti və Metternix, artıq baş verənlərdən narahat idilər. Artmaqda olan gərginlik, Rusiya ilə Osmanlı dövləti arasında müharibəyə səbəb ola bilərdi. Bu müharibənin nəticəsinin Yunan məsələsinə birbaşa təsir etməsi qaçınılmaz idi. Beləliklə, Rusiyanın yunan üsyanında getdikcə daha qüvvətli söz sahibi olması ehtimal belə Avropanın ürəyincə deyildi.
Avstriyanın Osmanlı imperiyası ilə bağlı siyasəti qatı və dəyişməyən qanunlar üzərində qurulmamışdı. Müxtəlif dövrlərdə müxtəlif siyasi vəziyyətlərə uyğunlaşırdı. Habsburqlar sülaləsinin Şərq siyasəti, Avstriya dövləti üçün əsasən ikinci dərəcəli önəm kəsb edirdi. (7, s.68-69.)
Beləliklə, Avstriya imperiyası, Rusiya və Osmanlı dövlətinə qarşı ayağa qalxan Balkanlardakı xristian millətlərə qarşı, Osmanlının yanında mövqe tutdu. (8, s. 71.)
Kastler, İngiltərənin iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan Hindistana ticarət yolunun təhlükəsizliyi barədə düşünürdü. Bununla əlaqədar, Osmanlı dövlətinin ərazi bütövlüyünün qorunması prinsipini müdafiə edirdi. Kastler, Çar I Aleksandra yazdığı məktubda, yunan üsyanının sistemli şəkildə yayılmaqda olan və idarəçiliyin zəiflədiyi yerlərdə baş verən bir üsyan olduğunu bildirirdi. Məktubda Kastler, çara yunan üsyanının qarşısında səbrli olmasını, hərəkətə keçməmişdən əvvəl, fırtınanın öz-özünə sakitləşməsini gözləməsini vurğulayırdı. (20, s.360-361.)
Yunan məsələsində özünə müttəfiq axtaran çar I Aleksandr, buna ən uyğun ölkə kimi Fransanı görürdü. Hətta Fransanın Peterburqdakı səfirinə bunları bildirmişdi: “Türklərin aradan qaldırılması və hər millətin rahatlıqla öz işini görməsi lazımdır. Bunun üçün Fransa Rusiya ilə ittifaq halında olmalıdır... Cəbəllütariqdən Çanaqqalaya qədər müharibə elan edin. Hansı bölgələrin sizə aid olduğunu müəyyənləşdirin. Rusiyanın təkcə müvəffəqiyyətinə deyil, köməyinə də etimad edə bilərsiniz.” (3, s.441.) Bu zaman İngiltərə və Avstriya dövlətləri müstəqil bir Yunanıstan dövlətinin qurulmasının onların mənfəətlərinə zidd olacağını açıqladılar. Bu isə Fransanı yunanları aktiv şəkildə dəstəkləməsinə gətirib çıxartdı.
1822-ci ildə Patriarxın edam edilməsindən sonra Rusiya yunan məsələsini bir müsəlman-xristian məsələsi kimi görməyə başladı və Avropaya da elə göstərmək istəyirdi. Lakin Rusiya bununla da kifayətlənməyib daha da irəli getdi. Həmin ilin iyulun 4-də Rusiya, digər dörd böyük dövlətlərə etdiyi müraciətdə Balkanlarda gözü olmadığını, öz siyasi xəttində Dördlü İttifaqa bağlı olduğunu vurğuladı. Çar müraciətində Avropa dövlətlərinə bu sualları verirdi: “Birincisi, Rusiya ilə Osmanlı dövləti arasında bir müharibə olarsa, necə bir mövqə seçəcəklər; İkincisi, belə bir müharibə nəticəsində Osmanlı dövləti süquta uğrayarsa, “türk hökmranlığı” əvəzində necə bir idarəçilik təklif edirlər?” Çar I Aleksandr bu suallarla Osmanlı İmperatorluğunun yerini kimin tutacağı məsələsini açıq aşkar ortaya atırdı. Çar, iyunun 28-də verilən ultimatumun açıq-aşkar müharibəni başlatmaq məqsədli olduğunu və tez bir zamanda başlayacağını gizlətmirdi. Hətta 1821-ci ilin iyul ayında Osmanlı dövlətinə qarşı müharibəyə hazırlıq barədə əmr vermişdi. (2, s.263-264)
Çar I Aleksandr, yunan üsyanı vasitəsi ilə Osmanlı dövləti ilə Avropa arasında ələqələrin zəifləməsini istəyirdi. Bu məqsədlə 1821-ci ilin iyulun 19-da Fransaya müraciət etdi. Fransanın Peterburqdakı səfiri La Ferronnaya ilə danışıqlar zamanı yunan məsələsində Fransa ilə razılığa gəlmək istədiyini bildirdi. (15, s.59) Müttəfiqlik qarşılığında Peloponnesin ona verilməsini təklif etdi. Çar səfirə bunları bildirdi: “Cəbəllütariq boğazından Çanaqqala boğazına qədər müharibə başladın. Rusiyanın həm müvəffəqiyyətinə, həm də səmimi yardımlarına etimad edin... Bugün Fransanın Rusiya kimi bir müttəfiqə ehtiyacı var...” Fransa Aralıq dənizində rus təhlükəsinin artmasını istəmədiyindən bu təklifi rədd etdi. (15, s.61)
1821-ci ilin sentyabr ayında Rusiya İngiltərə hökumətinə müraciət etdi. İngiltərə Xarici İşlər naziri Kastler, Metternix ilə Hannoverdə baş tutan görüşdə bu təklifin qəti şəkildə rədd edilməsi barədə qərara gəldilər. (6, s.197)
Stroqanov İstanbulu tərk etdikdən sonra Çar I Aleksandr, Avstriya imperiyasına Yunan üsyanı ilə bağlı heç bir addımın atılmamasından narahat olduğunu bildirdi. O, Avstriyadan Osmanlı dövləti ilə Rusiya arasında vasitəçilik etməsini istədi. Avstriya səfiri Lutzov bunu Babıaliyə bildirdi. Rəüsülküttab Həmid bəy Osmanlı dövlətinin qanunlara əsasən idarə olunduğunu və yunanlara bu baxımdan ayrı-seçkilik etməyəcəklərini vurğuladı. Həmid bəy əlavə etdi ki, bu barədə Rusiyaya məlumat verilib, lakin ruslar təkid etməkdə davam edirlər. (5, s.205 )
Rusiya, 1822-ci ilin əvvəllərində İngiltərə və Avstriya hökumətlərinə yunan məsələsinin həlli ilə əlaqədar gizli bir müqavilə bağlamağı təklif etdi. Hər iki dövlət Rusiyanın Balkanlardakı prestijini artırmaq məqsədi daşıyan bu təklifi rədd etdi. (11, s.61)
Digər tərəfdən Avropa dövlətləri Rusiya ilə Osmanlı dövləti arasında münasibətlərin pozulmasından narahat idilər. Onlar müharibənin başlamasının qarşısını almaq üçün Babıaliyə müraciət edərək, rusların irəli sürdükləri təklifləri qəbul etməsini istədilər. Osmanlı dövləti müharibə ehtimalının qarşısını almaq üçün Əflak və Boğdandan türk hərbi qüvvələrinin 3-də 2-sini geri çəkməyi qəbul etdi. Qarşılığında Rusiyaya qaçan yunanlar Osmanlı torpaqlarına geri qaytarılacaqdı. 1822-ci il yanvarın 22-də türk hərbi qüvvələrinin 3-də 2-si Əflak və Boğdan bəyliklərini tərk etdilər. (16, s.227)
Osmanlı dövlətinə bir nota verən Rusiya, yunanlara amnistiya verilməsini, onlara güzəşt edilərək aqibətlərinin böyük dövlətlərin ixtiyarına verilməsini, Əflak və Boğdan ərazisinin Osmanlı dövlətinin hərbi qüvvələri tərəfindən boşaldılmasını, Aralıq dənizi Boğazlarında keçidlərə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi. İngiltərə və Avstriya da Babıalidən bu təklifləri qəbul etməsini istədi. Lakin 1822-ci il fevarın 22-də rəisülküttab Mehmet Sadiq Əfəndi bu təklifləri rədd etdi. Bu iki dövlət martın 10-da və 30-da eyni təklifləri yenidən irəli sürdülər. Babıali yalnız təhlükəsizliyin tam təmin edilməsindən sonra bu barədə fikirləşəcəyini bildirdi. Beləliklə, bu dövlətlərin vasitəçiliyini də rədd etmiş oldu. (13, s. 123)
1822-ci il martın 14-də Rusiya ilə Prussiya arasındakı razılığa əsasən, Prussiya, Osmanlı dövləti ilə Rusiya arasında vasitəçilik etməyə razılıq verdi. (16, s.236)
İngiltərə hər an müharibəyə hazır olan Rusiyanı sakitləşdirmək üçün Osmanlı dövlətini razı salmağa çalışdı. İngiltərənin İstanbuldakı səfiri Stranqford, Əflak və Boğdandakı vəziyyəti bəyənmədiyini Babıaliyə bildirdi. Osmanlı dövləti bu sərt müraciətdən sonra 1822-ci il mayın 15-inə kimi Əflak və Boğdanı tərk edəcəyini bildirdi. (1)
İngiltərə Xarici İşlər naziri Kastler intihar etdikdən sonra 1822-ci il sentyabrın 22-də Corc Kanning onun yerinə keçdi. Kanningin Xarici İşlər naziri vəzifəsinə keçməsindən sonra İngiltərinin yunanlarla bağlı siyasi xətti də dəyişdi. Bu isə digər Avropa dövlətlərinin xarici siyasətinə də təsir edəcəkdi. (6, s.199) İspaniyadakı qarışıqlıqları müzakirə etmək üçün 1822-ci ilin oktyabr ayında Veronda konfrans keçirildi. Bir çox tarixçilər bu konfransda yunan məsələsinin müzakirə olunmadığını yazır. (5, s.209) Lakin İngiltərə arxivlərindən əldə edilən məlumatlarda göstərilir ki, Vyanada irəli sürülən təkliflər burada da ortaya qoyulmuşdur. (1) Hətta konfransa yunan üsyançıları öz nümayəndələrini də göndərmişdilər. Onlar konfransa müraciət edərkən, “barbarların hakimiyyəti altından çıxıb, ana vətən qurmaq” arzusunda olduqlarını bildirmişdilər. (16, s.246)
Veron konfransında Rusiya çarının irəli sürdüyü təkliflərə bunlar daxil idi:
1. Osmanlı dövləti Avropa dövlətləri ilə razılığa gələrək, yunanların əvvəlki vəziyyətlərini təmin etməli idi.
2. Osmanlı dövləti yunanların azad ibadət etmək hüququnu əllərindən almamalıdır.
3. Osmanlı dövləti yunanların can və mal təhlükəsizliklərini təmin etməlidir.
4. Osmanlı dövləti bu bölgədə sülhü təmin etməlidir.
5. Osmanlı dövləti Əflak və Boğdandan bütün hərbi qüvvələrini çıxartmalıdır. (1)
Avstriya, Prussiya və Fransa dövlətləri sülhün təmin ediləcəyi halda bu təklifləri qəbul etdiklərini bildirdilər. (5, s.210.) Bundan sonra İngiltərə dövlətinin konfransdakı nümayəndəsi Vellinqton, Osmanlı dövlətinin daxil məsələsinə müdaxilə etməyin düzgün olmadığını bildirdi. (8, s.28)
I Aleksandr yunanlarla bağlı yeni addımlar atmaq istəyirdi. Lakin bu addım Avropa birliyini pozmamalı və kənardan yunan məsələsinə müdaxilə kimi görünməməli idi. Əsas da Rusiyanın üsyançıların tərəfində olması barədə təəssurat bağışlamamalı idi. Üsyan başladıqda öz məkrli siyasətini gizlədən Rusiya, sonrakı illərdə yunanlardan və Avropa dövlətlərindən aldığı dəstəklə niyətini aşkara çıxardı.
ƏdəbİyyaT
1. Abstarct of Proceedings in Greek Question. (A.P.G.Q.). Part I, 1822. s.1. Public Record Office Foreign Office. F.O. 421/2.
2. Armaoğlu Fahir. 19. Yuzyıl Siyasi Tarihi. İstanbul. Alkım yayınevi. 2006.
3. Charles Seignobos. Asrı Hazırda Avrupa Siyasi Tarihi. Tərc: A.Reşad. C: 2. Kanaat K.hanesi. İstanbul, 1925.
4. Fevzi Kurtoğlu. Yunan İstiklal Harbi ve Navarin Müharebesi. C:I. Genelkurmay Başkanlığı Yayınları. 1944. s.22.
5. Hasan Demirhan. Büyük Güçlerin gölgesinde Yunan isyanı. İdil yayıncılık. İstanbul, 2016.
6. Hasan Demirhan. İngilizlerin Balkan Politikası ve Yunanistan. İstanbul, 2016. s.151-206.
7. Hüner Tuncer. Metternixin Osmanlı Politikası (1815-1848). Kaynak yayınları.Ankara, 2013. 192 s.
8. Hüner Tuncer. 19. Yüzyılda Osmanlı-Avrupa İlişkileri ( 1814-1914 ). Ümit Yay. Ankara, 2000.
9. İsmayıl Hakkı Uzunçarşılı. Osmanlı Tarihi. Cilt II. TTK yayını. IV Baskı. Ankara, 1983.
10. Kocabaş Süleyman. Traihte ve günümüzde Türk-Yunan mücadelesi. İstanbul. Bayrak Yayımçılık. 1984. 254 s.
11. Matthew Smith Anderson. Doğu Sorunu. Çev: İdil Eser. Yapı Kredi Yay. İstanbul, 2001.
12. Məmməd Fətəliyev. Türkiyə,Yunanıstan və Böyük dövlətlər. Birinci dünya müharibəsi ərəfəsində və illərində. Bakı universiteti nəşriyyatı, Bakı, 2005. 359 s. s.14-32.
13. Meral Bayrak, “Osmanlı Arşivleri İşığında Rum İsyanı Sırasında Avrupa Devletlerinin Tutumu”, Osmanlı Ansiklopedisi II. Yeni Türkiye Yayınları. Ankara, 1999.
14. Mercia Mac Dermott. A History of Bulgaria 1393-1885. Frederick A.Preager Publisher, New York, 1962. s.III.
15. Misha Glenny, Balkanlar 1804–1999, Çev. M. Harmancı, Sabah Kitapları, İstanbul 2001.
16. Nicolae Jorga. Osmanlı İmperatorluğu Tarihi (1774-1912) Çev: Nilüfer Epçeli. Yeditepe yayınevi. İstanbul, 2009. s. 227.
17. Nureddin Tursan. Yunan Sorunu. Ankara, 1987.
18. Selahattin Salışık. Türk-Yunan İlişkileri Tarihi ve Etniki-Eterya. İstanbul, 1968. 951 s.
19. Türk-Yunan İlişkileri ve Megalo İdea. Hazırlayan: Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı. Türk Kültür ve Turizm Bakanlığı yayınları: 594. Gençlik ve Halk Kitapları Dizisi: 4. Ankara, 1985.
20. Webster Charles K. The Foreign policy of Castlereagh 1815-1822. G. Bell and Sons Ltd. London 1925.s.360-361.
21. Yücel Özkaya. 1821 Yunan (Eflak-Boğdan) İsyanları ve Avrupa’nın İsyan Karşısındaki Tutumları. Tarih Boyunca Türk-Yunan İlişkileri. ATASE. Ankara 1986, s.122.
22. Zeki Arıkan. 1821 Yunan İsyanının Başlangıcı. Askeri Tarih Bülteni. Genelkurmay Basımevi. Ankara, 1987. s.25
Açar sözlər: Osmanlı imperiyası, Yunan üsyanı, Rusiya, I Aleksandr, İpsilanti.
Ключевые слова: Османская империя, Греческое восстание, Россия, Александр I, Ипсилантис.
Key words: Ottoman Empire, Greek Revolution, Russia, Alexander I, Ypsilanti.
Abstract
Organization of the Greek revolution had been realised by Russia. Russia also provided financial assistance to the rebels. When Ypsilanti started revolution Alexander I drove him out of the Russian army, under Metternich`s pressure. But Russia continued to support the revolution by secretly thinking about its own interests. Because he wanted the Ottomans to give autonomy to the Greeks. Alexander I, on June 28, 1821, gave the Turks an ultimatum about it. France was an allied state with Russia on the Greek issue. England and Austria were worried by the policy pursued by I Alexander during the revolution.
Резюме
Организация греческой революции была реализована Россией. Россия также оказала финансовую помощь повстанцам. Когда Ипсиланти начал революцию, Александр I выгнал его из российской армии под напряжением Меттерниха. Но Россия продолжала поддерживать революцию, тайно думая о своих собственных интересах. Потому что он хотел, чтобы османы дали автономию грекам. Александр I, 28 июня 1821 года, дал туркам ультиматум об этом. Франция была союзным государством с Россией по греческому вопросу. Англия и Австрия были обеспокоены политикой, которую проводил я Александр во время революции.
"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM