Dörd liderin görüşü: İstanbulda tarixi Suriya müzakirəsi

09:34 / 02.11.2018

Yaxın Şərqdə qan tökülməkdə davam edir. Suriya hələ də ixtilaf içində boğulur. Milyonlarla insan yurdundan didərgin düşüb və savaş meydanında həlak olanların sayı durmadan artır. Belə bir şəraitdə Suriyada barış və sülhə nail olmaq bütün dünya üçün aktuallıq kəsb edir. Türkiyənin təşəbbüsü ilə İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa rəhbərlərinin görüşünün keçirilməsi insanlara müəyyən ümid verir. Toplantıda liderlər Suriyadakı münaqişənin sona çatdırılması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Nəticədə, birgə bəyannamə qəbul edilib. Bu hadisənin geosiyasi təsirləri ilə bağlı təhlil aparmağa ehtiyac görürük.

İxtilafa son: Suriya məsələsinə yeni yanaşma

Türkiyənin liderliyi ilə İstanbulda Rusiya, Fransa, Türkiyə prezidentlərinin və Almaniya kanslerinin Suriya mövzusunda dördtərəfli görüşü keçirilib. Vladimir Putin, Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan və Angela Merkel müzakirələrdən sonra birgə bəyannamə yayıblar. Sənəddə Suriya ilə bağlı aparılan müzakirələrdə əldə edilən razılıqlar ifadə olunub. Ekspertlərin fikrinə görə, liderlər tarixi sayıla biləcək razılıqlara gəliblər.

Bu zirvə görüşünün keçirilməsi bir neçə aspektdən maraq doğururdu. Öncə ekspertlər sammitin təşəbbüskarının Türkiyə olmasına diqqət çəkirlər. Ankaranın iradəsi olmadan Yaxın Şərqdə hər hansı geosiyasi məsələni həll etməyin imkansız olduğu dünyaya nümayiş etdirildi. Qonaq liderlərin hər biri Türkiyəyə bu təşəbbüsə görə təşəkkür etməklə bərabər, müzakirələrin çox səmərəli keçdiyini və buna görə onu tarixi adlandırmaq lazım gəldiyini vurğulayıblar. Burada biz Rusiya, Fransa və Almaniya liderlərinin bəzi, daha mühüm fikirlərini xatırlatmaq istərdik.

Rusiya Prezidenti V.Putin: "Türkiyə rəhbərliyini ortaq fəaliyyət göstərdiyinə görə təbrik edirəm", Fransa Prezidenti E.Makron: "Bu zirvə doğrudan da son dərəcə səmərəli oldu. Bizim bugünkü toplantımız sözün həqiqi mənasında son dərəcə önəmlidir, ancaq bizlərin də məsuliyyətini ifadə edir", Almaniya kansleri A.Merkel: "Son dərəcə önəmli bir zirvə gerçəkləşdirildi... Önəmli nəticələr əldə etmək baxımından çox faydalı bir toplantı olmuşdur"... (bax: Dörtlü zirvenin ardından liderlerden 'siyasi çözüm' ve 'yeni anayasa vurgusu' / "Habertürk", 27 oktyabr 2018). Liderlər bu kimi fikirləri müzakirələrdən dərhal sonra verdikləri bəyanatlarda ifadə ediblər.

Yuxarıda gətirilən sitatlar görüşdə alınan qərarların vacibliyini təsdiq edir. Həqiqətən, Suriyada ixtilaf başlayandan bu yana bu dərəcədə qarşılıqlı anlaşma şəraitində keçirilən toplantı olmamışdı. Daim Qərblə Rusiya arasında dərin ziddiyyət özünü göstərirdi. Onun ana xəttini Bəşər Əsədin siyasi gələcəyi ilə yanaşı, münaqişə edən bütün tərəflərə bağlı mövqelərin çox kəskin fərqlənməsi təşkil edirdi. İstanbul zirvəsi digərləri ilə yanaşı, bu iki punkt üzrə də mövqe yaxınlığının baş verdiyini göstərdi.

İlk növbədə danışıqlarda əldə edilən və geosiyasi əhəmiyyəti olan məqamlara nəzər salaq. Tərəflər İdlibdəki prosesləri yekdilliklə müsbət adlandırıblar və buna görə Ərdoğanla Putinə bir daha təşəkkürlərini bildiriblər. Eyni zamanda, V.Putin İdlibin təhlükəsizlik zonası kimi əbədi qala bilməyəcəyini bəyan edib (bax: əvvəlki mənbəyə). Bunun üçün də Rusiya Prezidenti Türkiyənin terror qruplarının oradan tamamilə çıxarılmasına və ərazinin Suriya hökumətinə verilməsinə yardım edəcəyinə inandığını deyib.

Onu deyək ki, Türkiyə Prezidenti çıxışında İdlibdə sülhün və barışın saxlanması üçün bundan sonra da bütün gücləri ilə çalışacaqlarını ifadə edib, ancaq B.Əsədlə bağlı vəziyyətin necə olacağına Suriya xalqının qərar verəcəyini söyləyib. A.Merkel və E.Makronla yanaşı, V.Putin də bu mövqeni dəstəkləyib. Bu, zirvənin vacib məqamlarından biridir.

İdlib bütövlükdə Suriya ixtilafını əhatə etmir. Bu səbəbdən, bir tərəfdən, onun əhəmiyyətini azaltmaq olmaz, digər tərəfdən isə sammitdə ümumən Suriya problemini hansı yolla həll etmək haqqında razılığa gəlməyin daha vacib olduğunu etiraf etmək gərəkdir. Tərəflər yekdilliklə Suriya probleminin danışıqlar, müzakirələr, yəni siyasi yolla həllində ortaq fikirdə olduqlarını təsdiqləyiblər (bax: Suriye konulu dörtlü zirvenin ardından ortak bildiri yayımlandı / "Habertürk", 28 oktyabr 2018). Bu o deməkdir ki, istər Suriya rejimi və ona hərbi yardım göstərən dövlətlər (Rusiya və İran), istərsə də silahlı müxalifətə yardım edən dövlətlər (ABŞ, Avropa ölkələri, Səudiyyə Ərəbistanı və b.) artıq hərb meydanında qələbə qazanmağın mümkünsüzlüyünü qəbul edirlər. Çünki məsələ hansı məntəqəni və ya ərazini hansı tərəfin tutmasında deyil, əsas faciəni sadə insanlar yaşayırlar. Məhz bunu önləmək üçün böyük dövlətlər silaha deyil, danışığa üstünlük verməyi qərara alıblar. Əgər bu xətti reallaşdıra bilsələr, həqiqətən, tarixi bir hadisə olacaq. Həm də ona görə ki, digər münaqişələrin də sülh yolu ilə ədalətli həlli kontekstində konkret bir təcrübə meydana gələcək.

Siyasi həll: konkret addımlara olan ehtiyac

Dörd ölkə liderinin müzakirələrindən alınan nəticələr sırasında Suriyanın yeni konstitusiyasını hazırlamaq istiqamətində addımlar atılmasının birgə bəyannamədə yer alması çox əhəmiyyətlidır. Bu məsələ bütövlükdə ixtilafın sona çatmasını təmin edə biləcək yeganə hüquqi prosesdir. Çünki artıq Suriyanın Bəşər Əsəd üsulu ilə idarə edilə bilməyəcəyi tam qətiləşib. Yeni qanuni əsas yaradılmalıdır ki, cəmiyyətdə həm barış bərqərar olsun, həm də ölkənin ərazi bütövlüyü təmin edilsin. Hər iki məsələ çox aktuallaşıb. Məsələ ondan ibarətdir ki, Suriya rejimi ölkəni tərk edənlər geri döndükdə onları təqib edir və qanunsuz cəzalandırır, sözün əsl mənasında qətliam törədir.

Bununla yanaşı, Suriyada bir sıra qruplar separatçılıqla məşğuldurlar. Onlar özləri üçün avtonom bölgələr yaratmağa çalışırlar. Təəssüf ki, həmin qruplara xaricdən, daha çox ABŞ-dan dəstək verilir. Bu səbəbdən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Suriyanın ərazi bütövlüyünə vurğu edib və onu təmin etməkdə qərarlı olduqlarını açıq deyib. Türkiyə rəhbəri çəkinmədən digər üç liderin diqqətinə çatdırıb ki, Türkiyə Suriyada bir dənə də olsun terror qrupunun qalmasına izin verməyəcək. Buraya bütün dövlətlərin dəstəklədikləri terror qrupları ilə yanaşı, B.Əsədin dəstələri də daxildir.

Bu cür yanaşma dördtərəfli zirvə görüşünün bütün iştirakçılarına Suriyadakı humanitar böhrana son vermək zərurətini önə çəkməyə imkan verib. İstanbul sammitində bu məqam da ciddi yer alıb. E.Makron və A.Merkel Türkiyə başda olmaqla digər region dövlətlərinin Avropaya qaçqın axınının qarşısını aldıqlarına görə minnətdarlıqlarını bildiriblər. Bunun bütün dünya üçün xeyirli olduğunu vurğulayıblar. İndi çətin vəziyyətdə qalmış insanların öz yurdlarına qayıtmasını təmin etməklə yanaşı, yeni köç dalğasının yaranmasına da imkan verməmək önəm kəsb edir. Bu baxımdan İdlib nümunəsini digər ərazilərə də tətbiq etmək olar.

İstanbul zirvəsini xarakterizə edən başqa bir məqam liderlərin, xüsusilə Rəcəb Tayyib Ərdoğanın beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməyə üstünlük verilməsinə çağırışları ilə bağlıdır. Bunun üçün BMT-nin çətiri altında Sürix və Astana proseslərinə tam dəstək verməyin lazımlılığı qeyd edilib. Həmin sıraya kimyəvi silahlardan istifadəyə qoyulan qadağaya tam əməl edilməsi şərti də daxildir. Türkiyə Prezidentinin çıxışı tamamilə beynəlxalq hüquq, BMT normaları və qarşılıqlı əməkdaşlıq fəlsəfəsi üzərində qurulmuşdu. Bir sıra böyük dövlətlərin əsas olaraq öz maraqlarını qabartmağa çalışması fonunda bu, son dərəcə ədalətli və demokratik təsir bağışlayır.

Təbii ki, İstanbul sammitinin Suriya məsələsinin həll edilməsi baxımından əhəmiyyətli olması ilə yanaşı, geosiyasi aspektdə də vacibliyini vurğulamaq lazımdır. Burada ilk öncə Türkiyənin bir dövlət olaraq regional liderlik istiqamətində qətiyyətlə addımladığını etiraf etmək gərəkdir. Doğrudur, İranla bağlı da sammitdə fikirlər səsləndi və Tehrana toplantı ilə əlaqədar informasiyalar veriləcək. Ancaq prosesə bütöv halda baxsaq, Türkiyənin atdığı addımlar tam olaraq beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinin tələblərinə uyğundur. Bu səbəbdən də gec və ya tez onlar reallaşmalıdır. Bu addımlara qarşı hər hansı etirazın sonu yoxdur.

Terrorla mübarizədə ortaq mövqeyə gəlinməsinin də ciddi geosiyasi nəticələri ola bilər. Burada əsas problem bir sıra böyük dövlətlərin terror qruplarına göstərdikləri yardımları kəsməklə bağlıdır. Əgər İstanbul sammitində əldə edilən razılıqlara əməl edilsə, bu istiqamətdə də hiss ediləcək irəliləyiş ola bilər. Lakin əsas məsələ budur: əməl edilsə!

Beləliklə, Türkiyə daha bir vacib toplantıya evsahibliyi etdi. Ankaranın bu cür təşəbbüslərinin nəticə verəcəyinə inam böyükdür. Dünyanı yalnız ədalət, barış, sülh və dialoq xilas edə bilər. Suriya məsələsi ilə bağlı İstanbul zirvə görüşünün əhəmiyyətli nəticələrindən biri də bundan ibarətdir!

Newtimes.az



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM