Angela Merkelin potensial sələfi Anneqret Kramp-Karrenbauer haqqında nə məlumdur?

15:27 / 02.11.2018

Vüqar Seyidov

Tarix üzrə fəlsəfə doktoru

Kramp-Karrenbauer üç uşaq anası, 18 yaşından XDİ-nin üzvüdür. 18 ildir ki, əyalət səviyyəsində və federal səviyyədə rəhbər vəzifələr tutur, baş katib vəzifəsinə seçilənə qədər AFR-ın ən kiçik federal əyaləti olan Saar federal əyalətinə rəhbərlik edib.

İndiyə qədər Kramp-Karrenbauer öz karyerasının ən müxtəlif mərhələlərində və müxtəlif sferalarda uğur qazanıb, buna görə onu çox vaxt “universal silah” adlandırırlar.

Belə hesab edirlər ki, XDİ-də ali partiya vəzifəsi uğrunda mübarizə aparacaqlarını elan etmiş bütün namizədlər arasında Anneqret Kramp-Karrenbauer (onu qısaca AKK adlandırırlar) öz siyasi baxışlarına görə Merkelə hamıdan yaxındır. Bununla belə, Anneqret Kramp-Karrenbauer indiki kanslerdən daha mühafizəkar siyasətçidir. Hərçənd, o özü bunu başqa cür ifadə edir: “xristianların insan haqqında təsəvvürü”nü öz partiyasının ideologiyasının əsası adlandıran AKK XDİ-nin “sadəcə mühafizəkar partiya”ya çevrilməsini istəmir.

AKK üçün “xristian” sözü “demokrat” ilə birlikdə çox mühüm atributdur. Bununla bağlı bir nümunə: yerli məhkəmələrdən biri məhkəmə iclasları keçirilən zaldakı xaçın oradan götürülməsini qərara alanda AKK bu qərara etiraz etmişdi. Dindar katolik və alman katoliklərinin Mərkəzi Komitəsinin üzvü olan Kramp-Karrenbauerin fikrincə, xristianlığın simvolu olan xaç “insanın yer üzünün əşrəfi” olmadığını və “onun itaət etməli olduğunu” xatırladır.

Anneqret Kramp-Karrenbauerin partiya yoldaşlarının çoxu eynicinsli insanlar arasında nikahların tanınması haqqında bundestaqın qərarının lehinə səs versələr də, o özü həmin qərarı dəstəkləməyib. AKK hesab edir ki, klassik nikahlarla uşaqlı partnyorların birgə həyatının başqa formaları arasında dəqiq sərhəd olmalıdır. AKK həmçinin abortların daha ciddi tənzimlənməsinin tərəfdarı və onların reklamına qarşı olduğunu bildirir.

2015-ci ildə Kramp-Karrenbauer Merkelin rekord sayda qaçqın qəbul etmək qərarını dəstəkləyirdi, amma eyni zamanda yorulmadan təkrarlayırdı ki, dinc yanaşı yaşamağın uğurlu olması üçün hamı Almaniyada müəyyən edilmiş qaydalara riayət etməlidir. AKK AFR-ın hakimiyyət orqanlarında öz mənşəyi haqqında yanlış fikir oyadan miqrantlar barəsində daha sərt cəza tədbirləri görülməsinin, həmçinin sığınacaq verilməsi haqqında ərizələrinə rədd cavabı verilmiş insanların ölkəsindən ardıcıl olaraq qovulmasının tərəfdarıdır. AKK bəzən baxışları dəyişdirir, amma münaqişələrdən qorxmur və öz fikrini bildirir - hətta partiyada əksəriyyət onun fikri ilə razılaşmasa belə.

XDİ-nin lideri vəzifəsi uğrunda mübarizədə Anneqret Kramp-Karrenbauerin qalib gəlmək şansını lazımınca qiymətləndirməmək düzgün olmaz. Doğma Saar əyalətində uğur qazanmasına baxmayaraq, o, Berlində uzun az tanınan fiqur olub. 2010-cu ildə, Kramp-Karrenbauer XDİ-nin rəyasət heyətinə üzvlük uğrunda ilk dəfə mübarizə aparanda, o cəmi 57 faiz səs toplaya bilmişdi. Bu gün isə vəziyyət dəyişib: 2018-ci ilin əvvəlində o, XDİ-nin qurultayında nümayəndələrin 98,9 faizinin səsini toplayaraq, baş katib vəzifəsinə qeyd-şərtsiz və alternativsiz seçilib.

Angela Merkelin digər potensial sələfləri Fridrix Mers və Yens Şpandır.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM