“Qafqazda sonuncu alman”

08:37 / 01.03.2019

Vüqar Seyidov

Tarix üzrə fəlsəfə doktoru

Almaniyanın “Tagespost” qəzetində “Qafqazda sonuncu alman” sərlövhəli məqalə dərc edilib.

Məqalə 200 il əvvəl Azərbaycana köç etmiş və burada məskən salmış almanlara və onların irsinə həsr olunub. Yazıda müəllifin Azərbaycanda sonuncu alman olan Viktor Klaynın irsi ilə tanış olmaq üçün onun yaşadığı Göygöl şəhərinə səfəri təsvir edilib. V.Klaynın 200 il öncə Azərbaycana gələn almanlardan sonuncusu olduğu bildirilib. M.Haydemanın Göygöldə olarkən V.Klaynın yaxın dostu Fikrət İsmayılovla birlikdə Viktorun evini ziyarət etdiyi vurğulanıb. Evin V.Klayn tərəfindən Almaniyanın Azərbaycandakı səfirliyinə bağışlandığı və Almaniya Xarici İşlər Nazirliyinin vəsaiti hesabına ev-muzeyinə çevrilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Yazıda həmin ev təsvir edilib və onun almanlara xas xüsusiyyətləri nəzərə çatdırılıb. İki yüz il əvvəl Azərbaycana gələrək burada özlərinə məskən salmış almanların İkinci Dünya müharibəsinin başlamasından sonra Stalinin müvafiq dekretinə əsasən, Azərbaycandan deportasiya edildiyi, V.Klaynın atasının Polşadan gəldiyi üçün onun ailəsinin ölkəmizdə qala bildiyi vurğulanıb.

Məqalədə Azərbaycanda alman irsini araşdıran “Keçmişin qızıl səhifələri” kitabının müəllifi Məmməd Əlizadəyə istinad edilərək iki yüz il öncə Azərbaycana köç edən almanların yerli əhali tərəfindən mehribanlıqla qarşılandığı, torpaq və ehtiyatlar uğrunda rəqabətə baxmayaraq, hər iki xalq arasında dostluq münasibətlərinin olduğu nəzərə çatdırılıb. M.Əlizadəyə istinadla azərbaycanlılarla almanların tərəfdaş olduqları, yerli insanların almanlarla qaynayıb-qarışdığı və ailə qurduqları qeyd edilib.

Diqqətə çatdırılıb ki, əvvəllər Helenendorf adlanan Göygöl rayonunda 1857-ci ildə inşa edilən və 2008-ci ildə bərpa olunan lüteran kilsəsi yerləşir. Kilsənin nəzdində özündə Azərbaycandakı alman irsini əks etdirən kiçik muzey var. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda xristian irsinə göstərilən qayğı diqqəti cəlb edir.

Məqalədə əvvəllər Annenfeld adlandırılan indiki Şəmkir şəhərində almanların evlərinin qorunub saxlanıldığı, onların evlərinin özünəməxsus arxitekturaya malik olduğu vurğulanıb. Qeyd olunub ki, Şəmkirin mərkəzində alman şvablarından biri tərəfindən inşa edilən evdə Annenfeld kafesinin fəaliyyət göstərir. Evdə şərabların saxlanılması üçün nəzərdə tutulan zirzəmi qədim dövrləri xatırladır. Həmçinin burada da 1909-cu ildə inşa edilən alman lüteran kilsəsinin olduğu və onun nəzdində kiçik muzeyin fəaliyyət göstərdiyi vurğulanıb. Muzeyə rəhbərlik edən Cavanşir Pirverdiyevin jurnalistə Azərbaycandakı alman irsi, almanların gündəlik həyat tərzi və əl işləri haqqında məlumat verdiyi qeyd olunub.

Yazıda digər alman koloniyası olan Yelizavetinka haqqında da məlumat verilib. Almanların burada XIX əsrdə şərabçılıq müəssisələri qurduqları nəzərə çatdırılıb. Almanların şərabçılığa mühüm önəm verdikləri, xüsusilə Helenendorfdan olan Hummel və Forer qardaşlarının müəssisələrində istehsal edilən şərabların məşhur olduğu bildirilib.

Yazıda vurğulanıb ki, paytaxt Bakıda də alman irsi mövcuddur. Belə ki, XIX əsrin əvvəllərində alman arxitektoru Nikolau von der Nonne tərəfindən Bakıda bina inşa edilib. Hazırda bu binada Dövlət İncəsənət Muzeyi yerləşir. Nikolau von der Nonne 1898-1901-ci illərdə Bakının meri vəzifəsində xidmət edib. Bakıda evangelik lüteran kilsəsi də var.

Məqalədə Birinci Dünya müharibəsinin sonundan etibarən SSRİ ərazisindəki almanların casusluqda ittiham olunaraq həbs edildikləri və deportasiya olunduqları, 1941-ci ildən etibarən isə böyük təzyiqlərə məruz qaldıqları vurğulanıb.

Həmçinin 2018-ci ilin oktyabrında Berlində Azərbaycanda alman irsinin 200 illiyinə həsr olunmuş tədbirin keçirildiyi vurğulanıb. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun və Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman ilə yanaşı, hər iki ölkənin parlamentlərinin nümayəndələrinin və elm adamlarının tədbirdə çıxış etdikləri nəzərə çatdırılıb. Tədbir çərçivəsində tarixi hadisələrlə yanaşı, həssas və strateji cəhətdən əhəmiyyətli regionun aktual siyasi problemlərinə də nəzər salındığı vurğulanıb.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM