9 dekabr: Ermənistan "siyasi zəlzələ" ərəfəsində

09:38 / 07.11.2018

Cənubi Qafqazın ən kiçik və ən zəif ölkəsində növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı qərar qəbul ediləndən sonra ekspertlər müəyyən proqnozlar verməyə cəhd göstərirlər. Baş nazir Nikol Paşinyanın öncədən planladığı ssenari əsasında Ermənistan addım-addım sözdə qanuni olaraq bu hadisəyə doğru gedir. Prezident Armen Sarkisyanın seçki ilə bağlı fərman imzalaması ilə növbədənkənar parlament seçkisinin keçiriləcəyinə əminlik yarandı. Ancaq Ermənistanın içində olduğu siyasi və geosiyasi proseslərin qısa müqayisəsi göstərir ki, burada vəziyyət heç də stabil deyil. İstənilən an qeyri-müəyyənlik arta bilər. Onun mənbəyi isə yalnız daxildə deyil, xaricdə də ola bilər. Bu ölkə o dərəcədə qarışıq və ziddiyyətli siyasət yeridib ki, siyasi mühitdə təlatümlər qaçılmaz görünür. Ekspertlər bunun bir neçə əlamətini də göstərirlər. Bütün bunlar Ermənistanda erkən seçkinin yarada biləcəyi siyasi və geosiyasi problemlərin üzərində dayanmaq ehtiyacını meydana gətirir.

Paşinyanın təzyiqləri: erməni siyasi mühitinin qarışıqlığı

Ermənistan prezidenti erkən parlament seçkisinin keçirilməsi ilə bağlı fərman imzalayıb. Seçkini bu ilin dekabr ayının 9-da keçirmək nəzərdə tutulub. Bu qərar parlamentdə Nikol Paşinyanın baş nazir postuna namizədliyi rədd edildikdən sonra qəbul olunub. Əslində, ssenari Nikol Paşinyana məxsusdur. O, baş nazir postundan istefa verməzdən öncə siyasi qüvvələrlə danışaraq özündən başqa birisinin namizədliyinin verilməməsi haqqında razılıq almışdı. Parlamentdəki iri fraksiyalar olan "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" faktiki olaraq "Yelk"in mövqeyini dəstəkləmişdilər. N.Paşinyan da bir neçə naziri istefaya göndərmişdi.

N.Paşinyanın siyasi qüvvələr qarşısında qoyduğu əsas şərt baş nazir postuna ondan başqa kimsənin namizədliyinin irəli sürülməməsi ilə bağlı idi. Bu səbəbdən iki dəfə parlament N.Paşinyanın baş nazir təyin edilməsi ilə bağlı verilən təklifə baxıb və öncədən müəyyən edilmiş ssenariyə uyğun olaraq ona səs verilməyib. Ermənistan konstitusiyasına görə, bu halda parlament buraxılır və 30-45 gün ərzində yeni seçki təyin edilir.

Artıq parlament buraxılıb və Ermənistan növbədənkənar seçkiyə hazırlaşır. Ekspertlər prosesin bu cür gedişinin geosiyasi tərəfləri haqqında fikirlərini bildirirlər. Burada daha çox iki kontekstə diqqət yetirilir. Birincisi, ABŞ-ın bu vəziyyətə münasibəti. İkincisi, Rusiyanın yaranmış duruma reaksiyası. Hər iki aspekt üzrə ziddiyyətli tezislər irəli sürülür.

Ekspertlər Amerika ilə Rusiyanın maraqlarının Ermənistanda toqquşduğu qənaətindədirlər. Onların əksəriyyəti hesab edir ki, bu mövqelər hətta barışmaz səviyyədədir. Belə ki, Moskva hesab edir ki, N.Paşinyan Vaşinqtonun layihəsidir. Amerikanın başlıca məqsədi isə Ermənistandan Rusiyanı sıxışdırmaqdan ibarətdir. Vaşinqton bunun üçün Gürcüstanda baş verənlərə oxşar ssenari üzrə hərəkət edir. Yəni əsasən ictimai rəyi antirusiya müstəvisinə yönəltməyə çalışır və eyni zamanda, sosial şəbəkələr, QHT-lər vasitəsi ilə təşkilatlanmış fəaliyyət təşkil edir.

Rusiyalı ekspertlərin fikrinə görə, N.Paşinyanın hakimiyyətə gətirilməsi məhz bu ssenari üzrə gedib və bunu ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills açıq etiraf edib. R.Millsin Ermənistan-Amerika ticarət palatasının tədbirindəki çıxışına Moskva dərhal reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla bağlı bildirib ki, "Vaşinqton nümayişkaranə tərzdə xarici ölkələrin daxili işlərinə qarışır" (bax: США боятся провала Пашиняна на выборах, заявил эксперт / РИА Новости, 23 oktyabr 2018). Bunu o, amerikalı səfirin ölkəsinin Ermənistanda müəyyən qruplara və şəxslərə bir neçə on ildir ki, aktiv dəstək verdiyi və "vətəndaş cəmiyyətinin və KİV-lərin möhkəmlənməsi üçün" əlavə 26 milyon dollar yardım ayırdıqları haqqında dediyi fikirlərə qarşılıq olaraq ifadə edib.

İqtisadiyyat üzrə Ali məktəbin "Dünya siyasəti və iqtisadiyyatı" fakültəsinin dekanı professor Andrey Suzdaltsev isə belə fikirdədir ki, hazırkı məqamda "Ermənistan ictimai həyatının yenidən formatlandırılması baş verir" (bax: əvvəlki mənbəyə). A.Suzdaltsev fikirlərinə davam edərək deyib: "Ermənistandakı ABŞ səfirliyi postsovet məkanında ən böyüyüdür. Balaca bir ölkə üçün bu, çox iri görünür" (bax: əvvəlki mənbəyə). Bunda Vaşinqtonun məqsədi erməni cəmiyyəti, siyasiləri və gəncləri ilə aktiv işləməkdən ibarətdir. Bu proses, ekspertin sözünə görə, uzun müddətdir ki, davam edir.

"Tərsinə sayım": kimin xeyrinə?

Rusiyalı alim konkret olaraq Nikol Paşinyanın komandasını ABŞ-a bağlayır. Onun kadrları bütöv halda erməni diasporunun nümayəndələrindən təşkil olunub. Vaşinqtonun emissarlarının İrəvana olan daimi səfərləri "faktiki olaraq onların özününkülərlə ünsiyyətindən başqa bir şey deyildir" (bax: əvvəlki mənbəyə). Bu məqam erkən seçkilərin keçirilməsi kontekstində daha həssas problemin mövcudluğuna işarə verir.

Məsələ ondan ibarətdir ki, Moskva N.Paşinyanı ABŞ-ın kadrı kimi qəbul edirsə, indi Ermənistanda müşahidə edilən siyasi proseslərin arxasında da xarici qüvvələrin dayandığı qənaətindədir. Deməli, erkən seçki də Amerikanın sifarişidir. Bəs bu vəziyyətə Rusiya hansı addımlarla cavab verə bilər?

Anlaşılan odur ki, hələlik Kreml də Ermənistanda vəziyyəti kəskinləşdirməyə getmək istəmir. Bunun əsas səbəbi bütövlükdə Cənubi Qafqazda bir geosiyasi qarışıqlığın meydana gəlməsi ehtimalının çox olmasıdır. Bu baş versə, Rusiyanın illərdir burada yaratdığı "geosiyasi sistem" laxlaya bilər. Digər tərəfdən, Dağlıq Qarabağda təxribatçı hadisələr baş verər ki, Moskva üçün əlavə problemlər meydana gələr. Ən azından situasiyaya Kremlin tam nəzarət etdiyi barədə formalaşmış fikir şübhə altına alınmış olur. Nəhayət, bu tendensiya Cənubi Qafqazda antirusiya əhval-ruhiyyəsini alovlandıra bilər.

Bütün bunlara görə, Moskva hələlik çox ehtiyatlı tərpənir və daha çox müşahidə edir. Çox güman ki, həlledici məqamda Rusiyanın müdaxiləsi sərt və qəti olacaq. A.Suzdaltsev də xəbərdarlıq edir ki, əgər rəsmi İrəvan ölkədə ABŞ hərbi bazasının yerləşdirilməsi qərarını alsa, onda vəziyyət kəskin surətdə dəyişər. Moskva vəziyyətə dərhal müdaxilə etməli və erməniləri "sakitləşdirməlidir".

Onu deyək ki, Ermənistanda siyasi durumun bu cür qarışıq və riskli olduğunun fərqinə varanlar vardır. Onlar Rusiyanın heç bir şərt altında Ermənistanı əldən vermək istəməyəcəyini proqnozlaşdırırlar (bax: məs., Новая атака России против Армении / Lragir.am, 2 noyabr 2018).

Bu qısa müqayisələrdən belə nəticə çıxara bilərik: bu ilin dekabrın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkisi ümumən Ermənistanın sosial-siyasi həyatında qeyri-müəyyənliyi artırmağa daha çox meyllidir. Daxili siyasi qüvvələrin seçki qərarına münasibəti də bu tezisi gücləndirir. Məsələn, Robert Koçaryan növbədənkənar seçkinin keçirilməsi üçün bütün tərəflərə bərabər şəraitin yaradılmadığından bəhs edib. O hesab edir ki, N.Paşinyan hakimiyyəti erməni müxalif düşərgəsinə təzyiqlər edir. Hətta bir qrup bloger özlərinə qarşı olan təzyiq haqqında ictimaiyyətə məlumat verib.

Bütövlükdə Ermənistan siyasi mühiti seçki öncəsi parçalanmış haldadır. Burada özündən razı Paşinyan tərəfdarları ilə yanaşı, gələcək siyasi həyatından ehtiyatlanan "sarkisyançılar", "koçaryançılar" və köhnə komandanın maliyyə qaynaqları da vardır. Onlar seçkidə uduzacaqları halda nələrin gözlənildiyini proqnozlaşdıra bilirlər.

Bundan başqa, yuxarıdakı məqamlardan da aydın olur ki, Kreml situasiyanı diqqətlə izləyir. Əgər Ermənistanda Rusiyaya yaxın siyasi qüvvələr zərər görsə, bunun cavabı veriləcək. Bu baxımdan N.Paşinyanın seçki qanununa dəyişiklik etmək cəhdinin uğursuz sonuclanmasını təsadüfi hesab etmirik. Çox güman ki, bütün bunları nəzərə alaraq, ABŞ N.Paşinyanın seçkidə iflasa uğraya biləcəyindən çəkinir.

Əslində, doğrudan da bu seçki N.Paşinyan və onun havadarları üçün prinsipial əhəmiyyət daşıyır. N.Paşinyan qalib gəlsə, Ermənistanda siyasi proseslər Rusiyanın əleyhinə inkişaf edə bilər. Əks halda isə Amerika ciddi zərbə almış olacaq. Təcrübə göstərir ki, Moskva Ermənistanda seçki prosesini nəzarətdə saxlaya bilər. Deməli, orada kimlərinsə "qırmızı xətti" keçməsi Kremli qəzəbləndirə bilər. Qalır erməni siyasiləri arasında kimlərin bu xəttə yaxınlaşdığını hesablamaq.

Bu mövqedən baxanda Nikol Paşinyanın mövqeyi ürəkaçan görünmür. Hətta erkən seçki dekabrın 9-na təyin olunsa belə. Bir anda hər şey tərsinə dönə bilər. Onda N.Paşinyanın "cansız siyasi bədənini" xarabalıqların altından kimin çıxara biləcəyi problemi aktual olacaq. Çətin ki, buna kiminsə gücü çatsın. Hətta ABŞ-ın belə...

Newtimes.az



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM