Jurnalistin qətli və geosiyasət: bir cinayət ətrafında qurulan oyunlar

10:17 / 10.11.2018

Dünya səudiyyəli müxalif jurnalist, ABŞ-ın "Vaşinqton Post" qəzetinin köşə yazarı Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğunda qətlə yetirilməsinə laqeyd qalmadı. Müxtəlif səviyyələrdə hadisə qınanıldı. Hətta dövlət başçıları belə məsələyə münasibət bildirdilər. Getdikcə aydın oldu ki, əslində, məsələ xeyli ciddi məqamlarla bağlıdır. Onların sırasında geosiyasi faktorlar heç də son yeri tutmur. Türkiyə rəhbərliyinin fəallığı nəticəsində C.Kaşıkçı cinayəti dünya KİV-ləri və siyasi dairələrinin aktual mövzusuna çevrildi. Hadisənin tam təfərrüatı məlum olmasa da və mərhumun meyiti tapılmasa da, rəsmi olaraq belə bir versiyaya inanırlar ki, bu məsələyə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Saud da qatılıb. Səudiyyə krallığının baş prokurorunun Türkiyəyə səfəri də bu fikri dəyişə bilmədi. Əksinə, Ankara məhkəmənin Türkiyədə keçirilməsində israr etdi. İndi Türkiyənin baş prokuroru istintaq üçün Ər-Riyada səfər edib. Bütün bunlar jurnalistin qətlinin siyasi və geosiyasi bağlantılı olması tezisini gücləndirir. Eyni zamanda, region dövlətləri arasında liderlik mübarizəsinə yeni çalar verir. Məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

Əsas sual: ölüm hökmünü kim verib?

Jurnalistlərin qətlə yetirilməsi həmişə hiddətlə qarşılanır. Son onillərdə çoxlu sayda jurnalist öldürülüb, ancaq onların hamısının qətli geosiyasi məsələlərlə əlaqələndirilməyib. Bəlkə də rusiyalı jurnalist Orxan Camalın Afrikada qətlə yetirilməsi istisnalıq təşkil edir... Lakin onun barəsində də geosiyasi kontekstdə geniş informasiyalar yayılmadı (bəlkə də buna imkan verilmədi).

Lakin yenə də Camal... Bu dəfə Səudiyyə Ərəbistanından olan müstəqil, tanınmış ailəyə məxsus Camal Kaşıkçı diplomatik korpusda qətlə yetirildi. Onu Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetiriblər və bu günə qədər meyiti tapılmayıb. Məsələ bunda da deyil. Türkiyə mətbuatı bir müddətdir ki, rəsmi dairələrə istinad edərək jurnalistin qətlinin Ər-Riyaddan təşkil edildiyi fikrini yaradan informasiyalar yayır.

Bu proses o dərəcədə ustalıqla aparılır ki, dünyanın bütün böyük dövlətləri məsələyə qarışmaqdadırlar. ABŞ mütəxəssisləri xüsusilə qeyd edirlər ki, Türkiyə informasiyanı uzun müddət beynəlxalq gündəmdə böyük bacarıqla saxlaya bildi. Prezident Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla ölkə rəhbərliyi mütəmadi olaraq hadisəyə münasibət bildirdilər.

Bunlarla yanaşı, analitik və ekspertlər üçün digər aspekt daha aktual görünür. Konkret olaraq bu olayın Yaxın Şərqin geosiyasi dinamikasına hansı təsiri göstərə biləcəyi müzakirə edilir (bax: məs., Жертва реальной политики. О Джамале Хашогги / Valdaiclub.com, 30 oktyabr 2018). Jurnalistin öldürülməsi "real siyasətin qurbanı kimi" təqdim edilirsə, bu, artıq hadisənin sırf kriminal məzmun kəsb etmədiyinə birbaşa işarədir. Özü də bu qənaət hətta siyasi liderlərin şüurunda yer almaqdadır. Real olaraq nələr baş verir?

Öncə deyək ki, C.Kaşıkçının öldürülməsində birbaşa Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanı ittiham edilər. Onun kifayət qədər sərt və iddialı olduğundan yazırlar (bax: əvvəlki mənbəyə). Hətta qətldən sonra Səudiyyə Ərəbistanı kralının şahzadə bin Salmana daha çox səlahiyyət verdiyi barədə informasiyalar yayılır. O cümlədən kəşfiyyatı yenidən qurmağı ona tapşırıblar. Ekspertlərə görə, demokratik dövlətdə şahzadə dərhal həbs edilməli və ya istintaq başa çatana qədər işlərdən kənarlaşdırılmalı idi. Ər-Riyad isə tam tərsinə hərəkət edir.

Şahzadə məsələsinə regionun geosiyasi özəlliyi kontekstində baxanda daha düşündürücü məqamlar meydana çıxır. Burada ilk olaraq Türkiyənin fəaliyyətinə diqqət çəkirlər. Ankara incə və usta üsulla hadisəni geosiyasi müstəvidə mənalandıra bildi. Bir tərəfdən, Ər-Riyadın cinayət işlətdiyinə işarə verildi, digər tərəfdən, Səudiyyə Ərəbistanı ilə müzakirələrə qapılar açıq saxlandı. Belə təəssürat yarandı ki, ABŞ və Avropanın böyük dövlətləri Səudiyyə Ərəbistanına ciddi etirazlar bildirməklə onu Türkiyənin ağuşuna atırlar. Kral Salman da Türkiyəyə bir neçə təklifdə bulundu. İndi gözlənilir ki, iki ölkə arasında yeni səviyyədə əməkdaşlıq yaransın (bax: əvvəlki mənbəyə).

Geosiyasi maraqlar və insan taleyi: hansı önəmlidir?

Bundan başqa, Türkiyə Səudiyyə Ərəbistanının regionun lider ölkəsi ola bilməyəcəyini faktiki olaraq sübut etdi. Ər-Riyad iqtidarı "demokratik deyil və istənilən hadisəni törədə bilər". Belə dövlətdən region ölkələri hansısa "nümunə" götürə bilməzlər. Ancaq Salman sülaləsinin hakimiyyətinin zəifləməsindən də söhbət getmir. Deməli, yaranmış vəziyyət siyasi aspektdə hansısa məqamlarda Ər-Riyadı da qane edir.

Ekspertlər hesab edirlər ki, jurnalistin qətli ilə bağlı yaranmış geosiyasi situasiya yalnız Ər-Riyad və Ankaranı əhatə etmir. Tehranla bağlı da fikirlər səsləndirilir. Maraqlıdır ki, Tehran bəyan edib ki, İranı bu hadisə ilə əlaqələndirmək cəhdləri uğursuz olacaq. Artıq İranı ortaya atmağa çalışanların olduğunu deyirlər. O halda vəziyyət daha da qəlizləşir. Meydana faktiki olaraq bir xarici dövlətin planlı surətdə başqa ölkəni qarışdırmaq və nüfuzdan salmaq üçün fəaliyyət göstərdiyi iddiası çıxır. Bu, Tehrana yeni ağır zərbə olardı. İran rəsmiləri də öz növbəsində bu kimi şayiələri ABŞ və İsrailin yaydığını deyir.

Hər bir halda İranın növbəti bir qalmaqala aid edilməsi ona qarşı tətbiq edilən sanksiyaların qüvvəyə minməsi ilə təqribən eyni vaxta düşür. Bu, İranın regional lider statusuna sahib olması şansını minimuma endirir. Deməli, əsas namizəd olaraq Türkiyə qalır. Ankaranın buna tam hazır olduğunu mütəxəssislər yekdilliklə vurğulayırlar. Məsələnin bu tərəfinin bir sıra cəhətləri üzərində dayanmaq olar.

Türkiyə Rusiya və İranla regionla bağlı geniş əməkdaşlıq edir. Ankara Suriyada təminatçı dövlətlərdən biri kimi kifayət qədər fəaldır. Onun bu funksiyasını maraqlıdır ki, Rusiya və İranla yanaşı, ABŞ və Avropa da qəbul etməkdədir. Xüsusilə miqrant məsələsində Ankara Brüsseldən aktiv dəstək görməkdədir.

Türkiyə hökuməti bir müddət əvvəl ABŞ-la korladığı əlaqələri yenidən bərpa edir. Son günlər hər iki ölkə bir-birinə qarşı addımlar atırlar. Artıq qarşılıqlı surətdə tətbiq edilən sanksiyalar aradan qaldırılıb. Hərbi sahədə əməkdaşlıq inkişafa doğru gedir. Suriya məsələsində, xüsusilə, Münbiçlə bağlı ortaq fəaliyyət haqqında yenidən razılıq əldə edilib. Artıq müdafiə nazirləri bu məsələni müzakirə edirlər.

Ekspertlər hesab edirlər ki, ABŞ və Türkiyə strateji müttəfiqliyi davam etdirəcəklər. Bunun fonunda Fransa və Almaniyanın da Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməkdə qərarlı olduqları kifayət qədər maraqlı görünür. Dörd ölkə liderlərinin İstanbulda görüşü bunu təsdiq edən faktorlardan biridir. Əlavə olaraq Almaniya dəfələrlə Türkiyə iqtisadiyyatına dəstək verdiyini bəyan edib.

Bütün deyilənləri ümumiləşdirsək, Türkiyə ilə bağlı konkret mənzərənin formalaşdığı nəticəsini çıxara bilərik. Bu ölkə Yaxın Şərqin yeganə dövlətidir ki, Rusiya, Çin, ABŞ, İran və Avropa dövlətləri iqtisadiyyat və təhlükəsizlik sferalarında tərəfdaşlıq etməyə hazırdırlar. Doğrudur, İran geosiyasi liderlikdə rəqib olaraq qalır. Ancaq ekspertlər bu dövlətin ağır sanksiyalar şəraitində çətin ki, bu funksiyanın öhdəsindən gələ biləcəyi qənaətindədirlər. Bunun fonunda Türkiyə iqtisadiyyatının böhrana və təzyiqlərə tab gətirərək inkişafa keçdiyi diqqətləri çəkməkdədir.

Bu təhlildən belə nəticə çıxır ki, C.Kaşıkçı cinayəti Yaxın Şərqdə bir sıra geosiyasi məqamlar haqqında daha konkret təsəvvür yaratmağa imkan verdi. Bütövlükdə bölgə ilə bağlı geosiyasi proseslər daha da sürətləndi və ümumi mənzərə bir qədər aydınlaşdı. Lakin Yaxın Şərqin geosiyasi problemlərdən xilas olmağa başladığından söhbət belə gedə bilməz. Əksinə, indi pozitiv görünən məqamlar bir qədər sonra mənfi məzmun kəsb edə bilər. Burada əsas meyarın beynəlxalq hüquq normaları olacağını unutmaq olmaz.

Vurğulanan məqamlarla yanaşı, regionda terrorun hələ çox güclü qaldığını etiraf etmək gərəkdir. Radikal qrupların potensialı qalır. Onların hansı məqamda necə davranacağı məlum deyil. O cümlədən Suriya-İraq xəttində gərginliyin davam edəcəyi proqnozlaşdırılır. Hətta C.Kaşıkçı olayının tam aydınlaşdırılmasından sonra Suriyada vəziyyətin yenidən partlama ehtimalını istisna etmək doğru olmazdı.

Belə çıxır ki, Kaşıkçı cinayəti faktiki olaraq Yaxın Şərqdə geosiyasi həssaslığın davam etməsini göstərən hadisə kimi də qəbul edilə bilər. Bu olaydan kimlərinsə davamlı geosiyasi dividend götürəcəyini demək risklidir. Əgər belə bir niyyət varsa, onun uzun müddət səmərə verəcəyinə inanmaq çətindir. Lakin bu olay, şübhəsiz ki, Yaxın Şərqdə hansı dövlətin nə kimi fəaliyyət göstərdiyinə əlavə konkretliklər gətirdi.

Jurnalistin qətlə yetirilməsi qəbul edilən və haqq qazandırılan olay deyil. O, qətiyyətlə qınanılmalı və heç kimsənin insan həyatı ilə oynamağa haqqının olmadığı vurğulanmalıdır. Məsələyə ədalətin təntənəsi aspektində yanaşanda isə istər-istəməz hansı ölkənin hadisəyə necə reaksiya verdiyinə də diqqət yetirmək lazım gəlir. Məhz bu baxımdan daha çox Türkiyənin ədalətli, haqq axtaran və beynəlxalq hüquqa uyğun addım atan dövlət olduğunu hər kəs gördü.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM