Bir neçə vaxtdır ki, Avropanın öz ordusunun yaradılması zərurəti haqqında informasiyalar dolaşır. Müxtəlif səviyyələrdə belə bir strukturun yaradılmasının Avropanın təhlükəsizliyinin təmininə müsbət təsir göstərəcəyi barədə rəylər ifadə edilir. Ancaq Fransa Prezidenti E.Makronun vahid Avropa ordusu yaratmaq gərəkliyi haqqında danışması yeni əks-səda doğurub. Bu fikri o, Avropanı təhdid edən təhlükə qaynaqlarını göstərməklə ifadə edib. E.Makronun sözlərinə Amerika rəhbərliyindən dərhal münasibət bildirilib. Prezident D.Tramp özünə xas olan tonda bu ideyanı tənqid edib. Digər böyük dövlətlərin başçıları isə müsbət fikir söyləyiblər. Bununla da dünya siyasəti üçün yeni mövzu ortaya çıxıb. Bu hadisələrin geosiyasi təsiri necə ola bilər? Qlobal geosiyasi proseslərin dinamikası dəyişirmi? Bu suallar üzərində bir qədər geniş dayanaq.
"Yeni Fransa" arzusu: Parisdən dünyaya mesaj
Fransa Prezidenti Qərb dünyasını həyəcanlandıran təklif irəli sürüb. O, ümumavropa ordusu yaratmaq zərurətindən bəhs edib. Əslində, bu barədə bir müddətdir ki, alman siyasətçiləri də danışırlar. Ancaq indi ekspertlərdə Emmanuel Makronun bu məsələni konkret təhlükəsizlik məsələləri kontekstində təqdim etməsi maraq doğurur. Fransanın dövlət başçısı Rusiya və Çinlə yanaşı ABŞ-dan ola biləcək təhlükədən söz açıb. Buna Donald Tramp özünəməxsus manerada dərhal cavab verib. O, Fransanı və onun dövlət başçısını aşağılayan cümlələr işlədib. Amerika Prezidenti qətiyyətlə vahid Avropa ordusunun yaradılmasının əleyhinə çıxıb.
Almaniya kansleri Angela Merkel isə E.Makronun təklifinə dəstək ifadə edib. "Dəmir ledi" deyib ki, Avropada müharibənin ola bilməyəcəyini dünyaya sübut etməlidirlər. Bunun üçün mükəmməl ordu və silahlanma lazımdır. Eyni zamanda, Avropa ABŞ-ın təhlükəsizlik sistemindən və silahlarından asılılıqdan qurtulmalıdır. Rusiya Prezidenti Vladimir Putin də E.Makronun təklifini dəstəkləyib. O, Avropanın müstəqil orduya malik olmaqla özünü müdafiə edə biləcəyi fikrini söyləyib.
NATO isə vahid Avropa ordusu ideyasına isti yanaşmır. Baş katib Yens Stoltenberq deyib: "Bizə vahid güclü komanda strukturu lazımdır". E.Makron onu da deyib ki, vahid Avropa ordusu NATO tərkibində deyil, ayrıca olmalıdır. Bu isə o deməkdir ki, bu ordunun komandanlığı Brüsselə tabe olmamalıdır. Əlbəttə, bu, Qərbin hərbi alyansında parçalanma deməkdir. Proses zəncirvari olaraq başqa dövlətləri də əhatə edib bütövlükdə Qərbin təhlükəsizlik sistemini böhran halın gətirə bilər. Y.Stoltenberq bunları nəzərə alaraq Fransa Prezidentini ehtiyatlı olmağa çağırır.
Ancaq məsələ iki aspektdə həm aktual, həm də maraqlıdır. Birincisi, Avropa özünün təhlükəsizliyi ilə bağlı fərqli mövqe tutmağa başlayıb. Brüssel artıq Amerikaya etibar etmir. Bunun səbəbi D.Trampın yeritdiyi siyasət və avropalılara olan münasibətidir. Çünki gec və ya tez D.Tramp hakimiyyəti tərk edəndən sonra Amerikanın mövqeyi dəyişə bilər. Belə olduğu halda vəziyyət kəskin şəkildə yeniləşər. Əgər avropalılar ümumiyyətlə qlobal geosiyasi dinamikanı nəzərə alırlarsa, onda onlar düşünülmüş hərəkət edirlər. Belə çıxır ki, Avropada artıq ABŞ-ın dünya lideri kimi funksiyanı yerinə yetirə biləcəyinə inanmır, bu səbəbdən də özlərinin təhlükəsizliyini təmin etmək qayğısına qalırlar. Bu mənada Fransa-Almaniya alyansının yaranması hansı nəticələri verə bilər?
Ekspertlər üçün bu sual aktualdır. Dünya təcrübəsi göstərir ki, Almaniya ilə Fransanın əməkdaşlığı qlobal miqyasda ciddi dəyişikliklər edə bilər. Buna başqa böyük güclər imkan verəcəkmi? Hətta Avropanın özündə onlara alternativlər meydana gələ bilər. Deməli, vahid Avropa ordusu ideyası birləşdirici olmayıb, yeni meyarlar və ya geosiyasi maraqlar üzrə parçalanmaya təkan verə bilər. Bu halda E.Makronun arzu etdiyi bütöv Avropa deyil, parçalanmış geosiyasi məkan meydana gələ bilər.
İkincisi, Avropa yeni geosiyasi funksiyasını yerinə yetirə bilmək üçün özünə başqa tərəfdaş axtarmalıdır. Bu, Rusiya və ya Çin ola bilərmi? Bu gün Brüsselin hər iki güclə problemləri var. Hətta E.Makron yeni birləşmiş ordunu Rusiya və Çindən olan təhlükələri önləmək üçün qurmaq lazım gəldiyini ifadə edib. Deməli, Avropa üçün başqa böyük güc cəlbedici ola bilər. Hələlik bu statusa Türkiyə daha çox uyğun gəlir.
Qüvvələr balansı dəyişir: Aİ önə çıxır
Əvvələn, tarixən Türkiyənin (Osmanlı dönəmi) dünyanın böyük gücləri ilə əməkdaşlıq təcrübəsi genişdir. Tarix sübut edir ki, türklər vədlərinə tam əməl edirlər. Bu səbəbdən Türkiyə etibarlı müttəfiq ola bilər.
Sonra, qlobal geosiyasi proseslərin ağırlıq mərkəzi Asiyaya keçməkdədir. Türkiyə isə Asiyaya açılan böyük qapıdır. Almaniya rəsmi dairələri dəfələrlə Türkiyənin siyasi və iqtisadi istiqrarının Avropa üçün böyük önəm daşıdığını bəyan ediblər. Bunun mənalarından biri o deməkdir ki, Avropa Türkiyənin siyasi, iqtisadi və hərbi cəhətdən bütöv Asiyada yüksək nüfuz sahibi olmasında maraqlıdır. Ankaranın özü Asiyada qəbul olunmalıdır. O cümlədən Yaxın Şərqdə Türkiyə söz sahibi olmalıdır. Bu regionun lideri kimi Türkiyə çoxaspektli funksiyaları yerinə yetirə bilər. Deyək ki, miqrasiya problemlərini həll etməkdə Avropaya yaxından yardım göstərər.
Təsadüfi deyil ki, Aİ üzvləri dəfələrlə bəyan ediblər ki, miqrasiya məsələsinin açarı Türkiyədədir. Bundan başqa, bu təşkilatın üzvləri sırasında son zamanlar Türkiyənin Avropa üçün əvəzolunmaz əhəmiyyəti olduğunu vurğulayanlar az deyil. E.Makronun da vahid ordu ilə bərabər Avropanın vahid miqrasiya siyasətinin olması zərurətini vurğulaması elə-belə, sözgəlişi deyil. Bu siyasəti təmin etmək üçün Fransa Prezidenti hətta ayrıca qurum yaratmağı təklif edir. Deməli, bu sahədə vəziyyətin tezliklə düzələ biləcəyinə nəinki ümid yoxdur, hətta strateji olaraq bu problemin Avropanın diqqət mərkəzində qalması ehtimalı yüksəkdir.
Bunlardan əlavə, Türkiyəni Avropa üçün əhəmiyyətli edən başqa amil Rusiyadır. Moskva Ankara ilə çox yaxın əməkdaşlıq əlaqələri qurub. "Türk axını" layihəsi bütün maneələrə baxmayaraq reallaşmaqdadır. Yaxın Şərqdə iki ölkə sıx əməkdaşlıq edir. Hərbi sferada da Rusiya-Türkiyə əlaqələri genişlənir. Bütün bunlara Qərb mane ola bilirmi? Xeyr! Onda Avropa üçün hansı yol qalır? Türkiyə ilə yaxın əməkdaşlıq etmək gərəkdir ki, bu ölkənin timsalında özünə yeni güclü düşmən qazanmasın.
Bütün bunlar geosiyasi aspektə aiddir. E.Makronun ordu yaratmaq təklifi də məhz bu kontekstdə Vaşinqtonun qəzəbinə, Moskvanın isə razılığına səbəb olur. Ekspertlər onu da vurğulayırlar ki, ümumavropa ordusunu praktiki yaratmaq üçün xeyli vaxt və konkret addımlar tələb olunur. Bəs onda E.Makron niyə indi bu məsələdən danışır?
Belə təxmin edilir ki, Fransa Prezidenti Amerikaya xəbərdarlıq edir. O göstərir ki, Avropa müstəqil hərəkət edə bilər. Bu səbəbdən Vaşinqton özünü şıltaq uşaq kimi aparmasın. Amerika nə qədər Avropaya təzyiq etməyə çalışacaqsa, bir o qədər də müqavimət görəcək. Bundan əlavə, Avropa özü ayrıca güc ola və başqa tərəfdaşlar tapa bilər. Parisin bu iradəsini "yeni Napoleon hadisəsi" kimi qiymətləndirirlər. Çünki məsələnin digər tərəfi Fransanın Rusiyanı əsas təhlükə kimi göstərməsi ilə bağlıdır.
Bütün bunlardan belə nəticə alınır ki, Fransa daha müstəqil Avropanın qurulduğu siqnalını verib. "Qoca qitə" dünyanın böyük gücü ola bilər. Bunun üçün onun Vaşinqtona ehtiyacı yoxdur. Hətta Rusiyaya qarşı belə duruş gətirə bilər. Şarl dö Qollun bir zamanlar göstərdiyi şücaəti E.Makron təkrarlamaq istəyir.
Təbii ki, bu proseslər qlobal siyasətə əhəmiyyətli surətdə təsir göstərə bilər. Ən azından dünya yeni geosiyasi konfiqurasiyanın meydana gələ biləcəyinin şahidi olur. Avropa İttifaqının bu istiqamətdə radikal addımlar atması da normal görünür. Çünki bu təşkilatın gələcəyi ilə bağlı verilən proqnozlar heç də ürəkaçan deyil. Görünür, E.Makron həm də Aİ üzvlərində əminlik yaratmağa çalışır. Böyük Britaniya 2019-cu ilin martında təşkilatı rəsmi olaraq tərk etməlidir. Bu hadisə digərlərinə də mənfi təsir göstərə bilər. Həmin səbəbdən Paris önləyici tədbirlərə əl atır.
Yuxarıda vurğulananlarla yanaşı, burada dünyaya yayılan terror təhlükəsini də nəzərə almaq gərəkdir. Terrorla mübarizə böyük əhəmiyyət kəsb edir. Avropaya qarşı da terror hadisələri törədilib. Bu prosesin nə zaman səngiyəcəyi məlum deyil. Çünki təcrübə göstərir ki, bir terror qrupunu məhv edirlər, onun əvəzində daha təhlükəlisi peyda olur. Buna görə də heç kəsin terrordan müdafiə üçün təminatı yoxdur. Terror istənilən zaman, istənilən yerdə peyda ola bilər.
Beləliklə, E.Makron dünya siyasətinə yeni bir mövzu verdi. O, Avropaya əsas təhlükənin Amerika, Rusiya və Çindən qaynaqlandığı tezisini açıq ifadə etdi. Buna dünyanın böyük dövlətlərinin başçıları dərhal reaksiya verdilər. Bu vəziyyətin geosiyasi proseslərdə hansı dəyişikliklərə səbəb olacağını ekspertlər maraqla gözləyirlər.
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM