MAİS ƏMRAHOV
Tarix üzrə elmlər doktoru, professor
XX yüzillik bəşəriyyətin yaddaşına sürətli elmi-texniki tərəqqi, imperiyaların, milli müstəmləkə sisteminin parçalanması, yeni müstəqil dövlətlərin yaranması, demokratiyanın genişlənməsi, hüquqi, dünyəvi dövlət quruculuğu, qloballaşmanın, sülh, sabitlik, əmin-amanlıq uğrunda səylərin artırılması ilə yadda qaldı. XX əsrin 90-cı illəri təkcə Azərbaycan üçün deyil, bütünlükdə türk dünyası üçün əlamətdar hadisələrlə zəngin oldu. Əsrin 90-cı illərinə qədər türk dünyasını beynəlxalq aləmdə təkcə Türkiyə Respublikası təmsil edirdisə, 90-cı illərin başlanğıcında SSRİ-nin dağılması nəticəsində daha beş türk dövləti öz müstəqilliklərini elan etdi.Yeni yaranan türk dünyası, sadəcə bir coğrafyadan və müstəqil dövlətlərdən ibarət deyildi, fəlsəfəsi, həyata baxışları, estetik anlayışı, dəyərlər sistemi etibarı ilə müstəqil bir мədəni dünya idi. Siyasi əlaqələrin inkişafı ilə bərabər mədəni əlaqələrin genişləndirilməsi sahəsində ümumtürk mədəni birliyi olan TÜRKSOY-un rolu böyükdür.Həmin təşkilat bu gün də uğurla fəaliyyət göstərən beynəlxalq TÜRKSOY təşkilatıdır. (2,s.93)
TÜRKSOY-un yaradılması. Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Təşkilat (TÜRKSOY) Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə 1992-ci ildə İstanbul və Bakı şəhərlərində keçirilmiş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında yaradılmış, TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri haqqında Müqavilə həmin ölkələrin mədəniyyət nazirləri tərəfindən 1993-cü il iyulun 12-də Qazaxıstan Respublikasının keçmiş paytaxtı Almatı şəhərində imzalanmışdır. Təşkilatın Nizamnaməsinə görə, o, türkdilli dövlətlərin mədəniyyət nazirlərinin Daimi Şurasının qərarlarına əsasən fəaliyyət göstərir. Sonralar TÜRKSOY haqqında Müqaviləyə müşahidəçi ölkələr simasında Başqırdıstan və Tatarıstan muxtar respublikaları, Şimali Kipr Türk Respublikası, Xakasiya, Tuva, Çuvaşiya və Qaqauz Yeri respublikaları da qoşuldular. Beləliklə, hazırda TÜRKSOY-a 6 üzv və 7 müyşahidəçi ölkə daxildir. (3, s.9)
TÜRKSOY-un quruluşu və iş prinsipləri. TURKSOY analoqu olmayan inteqrasiya variantıdır. Təşkilatın ali orqanı, mədəniyyət nazirlərinin ildə bir neçə dəfə toplanan daimi şurasıdır. Şuranın işini və daimi nümayəndələrin təmsil olunduğu komitənin fəaliyyətini nazir-koordinator əlaqələndirir. Ümumi rəhbərliyi həyata keçirən baş direktor TÜRKSOY-un bütün fəaliyyətinə cavabdehlik daşıyır, onu beynəlxalq tədbirlərdə təmsil etmək, müqavilələr imzalamaq hüququna malikdir. Təşkilat struktur etibarilə Mədəniyyət və incəsənət tədbirlərinin birgə keçirilməsi üzrə Komitəyə və İnzibati və hüquqi təmsilçilər üzrə Komitəyə bölünüb. Təşkilat yarandığı gündən onun Baş Direktoru vəzifəsinə Azərbaycan Respublikasının Mədəniyyət naziri Polad Bülbüloğlu seçilmişdir. Hazirda TURKSOY-un Baş direktoru Düsen Kaseinovdur. TÜRKSOY-un Baş direktorluğu Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşir, rəsmi dili türk dilidir.
TÜRKSOY-un əsas hədəfləri sırasında türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələrin inkişafı, türk mədəniyyəti nümunələrinin araşdırılması, öyrənilməsi, qorunması və dünyaya çatdırılması, türk mədəniyyətinin müştərək olduğunun sübuta yetirilməsi, türk dövlətləri və toplumları arasında əlifba və dilin saxlanılması dayanır.
TURKSOY YUNESKO, İSESKO, Avropa Şurası, Avrokomissiya, Dövlətlərarası Humanitar Əməkdaşlıq Təşkilatı (DHƏT) və MDB arasında əməkdaşlığın gücləndirilməsinə istiqamətlənmiş bir sıra tədbirlər həyata keçirmişdir. Göründüyü kimi, TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir. TÜRKSOY YUNESKO-nun (BMT-nin maarif, elm və mədəniyyət işlərinə baxan hökumətlərarası təşkilatı) stukturuna yaxındır. 1996-cı il iyunun 8-də İstanbulda TÜRKSOY-la YUNESKO arasında qarşılıqlı əməkdaşlıq haqqında Müqavilə imzalanmışdır.
TÜRKSOY-un toplantıları və tədbirləri. TÜRKSOY-un fəaliyyəti dövründə müxtəlif ənənələrin, mədəniyyət tədbirlərinin əsası qoyulmuşdur. 1994-cü il mart ayının 21-23-də TURKSOY-un TİKA təşkilatı ilə birlikdə keçirdiyi Novruz bayramı Türkiyədə böyük maraqla qarşılandı və hər ilin martında müntəzəm olaraq keçirilməkdədir” (7,s.15). 1995-cü il avqustun 24-31-də «Manas» eposunun 1000 illiyinə həsr olunmuş Bişkekdə keçirilən təntənəli şənliklərdə iştirak edən TÜRKSOY bu tarixlə əlaqədar olaraq nəfis tərtibatlı “Manas” kitabını nəşr etdirmişdir.
1996-cı il mayın 17-də iyul ayının 3-dək Başqırdıstanın Ufa şəhərində türkdilli ölkələrin “TUQANLIQ” Beynəlxalq Teatr İncəsənəti Festivalı, iyunun 15-də Ankarada böyük tatar şairi Qabdulla Tukayın anadan olmasının 110 illiyi, 1996-cı ilin sentyabrında Türkiyədə Qazaxıstan Respublikasının mədəniyyət günlərinin keçirilməsi və qazax şairi Cambulun 150 illik yubileyinin qeyd olunması, 1999-cu ildə TÜRKSOY-un təklifi ilə “Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi və 1999-cu ilin “Dədə Qorqud ili” adlanması, Türküstan şəhərinin 1500 illiyinin qeyd olunması, Böyük Türk Xaqanlığının 1450 illiyinə həsr olunmuş təntənəli mərasimlərin keçirilməsi (7) YUNESKO-nun baş fəaliyyət proqramına daxil olunması türkdilli ölkələrin mədəni əlaqələrini möhkəmləndirdi. YUNESKO tərəfindən Oş şəhərinin 3000 illiyi, Mаhмуd Kaşqarlının “Divani-lüğət it türk” əsərinin 925 illiyi, Məhəmməd bəy Qaramanoğlu tərəfindən türk dilinin dövlət dili elan olunmasının 725 illiyi, Əhməd Yəsəvinin anadan olmasının 900 illiyi tədbirlərində türkdilli dövlətlərin nümayəndələri iştirak etdi (3, s.230).
TÜRKSOY-un fəaliyyətinə böyük önəm verən türkdilli ölkələrin dövlət başçıları, demək olar ki, bütün sammitlərinin yekun bəyannamələrində təşkilatın işini təqdir etmişlər. 1996-cı il Daşkənd Bəyannaməsindən irəli gələn vəzifələri yerinə yetirmək üçün mədəniyyət nazirləri az vaxt ərzində mühüm bir layihəni hazırlaya bildilər. Bu layihələrdən birincisi Türk dünyasının mədəniyyət və tarixinin yaddaş təqviminin hazırlanması idi. Bu təqvimdə xronoloji ardıcıllıqla türk dünyasının çoxəsrlik tarixi, dili, ədəbiyyatı, mədəniyyəti və incəsənətinə aid olan hadisələr sistemli şəkildə öz əksini tapıb.
Daşkənd Bəyannaməsindən irəli gələn digər mühüm layihə Böyük Türk Xaqanlığının 1450 illiyinin keçirilməsi üzrə proqramını hazırlanması idi. TÜRKSOY 1997-cı il avqustun 25 və 27-də Tuva Respublikasının Qızıl şəhərində Sibirin türkdilli xalqlarının Böyük Türk Xaqanlığının yaranmasının 1450 illiyinə həsr olunmuş beynəlxalq konfransında iştirak etdi. (7, s.24)
TÜRKSOY-un fəaliyyətinin tərkib hissəsi kimi Qırğızıstanın xalq eposu “Manas”, Abayın seçilmiş əsərləri, Başqırd xalq eposu Ural Batır, Böyük Türk Xaqanlığının tarixi, Tatar xalq dastanı “İdigey”, “Dədə Qorqud” ensiklopediyası və başqaları nəşr olunmuşdur.
TÜRKSOY-la YUNESKO-nun, Avropa Şurası, ISESCO, MFGS (Müstəqil Dövlətlər Birliyi Humanitar Əməkdaşlıq Beynəlxalq Fondu) arasında protokollar imzalanmışdır. MFGS ilə ortaq şəkildə olaraq “Avrasiya Türkoloqlar Ensiklopedik lüğəti” nəşr olunmuş, ISESCO ilə ortaq şəkildə Rabat-da olan ISESCO Mərkəzində “Fotoşəkillərlə Türk Dünyası” sərgisi açılmış, Qazaxıstanda “Arxiv Bilgilərinin təsnifində yeni texnologiyanın istifadəsi” mövzusunda seminarı keçirilmişdir.
TÜRKSOY-un başlıca fəaliyyət istiqamətlərindən biri də, azsaylı türkdilli xalqların mədəniyyəti, tarixi və ədəbiyyatını öyrənmək və təbliğ etməkdir. (5, s.137)
Türk xalqları arasında qarşılıqlı mədəni əlaqələrin yeni ənənələri. Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilməsi və yubileylərin təşkili çərçivəsində qarşılıqlı mədəni əlaqələri möhkəmlətmək istiqamətli yenilikləri diqqətlə izləyən TÜRKSOY 2010-cu ildən etibarən yubileylərin qeyd edilməsinə, 2012-ci ildən etibarən isə mədəniyyət paytaxtı elanına başladı. Yubileylərin keçirilməsini UNESCO təcrübəsindən, mədəniyyət paytaxtı elanı isə Avropa Mədəniyyət Paytaxtı nümunəsindən mənimsəyən TÜRKSOY ilk dəfə 2010-cu ildə Zeki Validi Togan ilinin elanı ilə fəaliyyətə başladı. 2011-ci ilin Abdullah Tukay, 2012-ci il i xakas əsilli Türkoloq Nikolay Katanovun doğumunun 150 illiyi ildönümü kimi Katanov ili; məşhur Azərbaycan dramaturgu Mirzə Fətəli Axundzadənin doğumunun 200-cü il dönümü münasibətiylə Axundzadə ili elan edildi.
Azərbaycan Respublikası və TÜRKSOY. Müstəqilliklərinin iyirminci ili ərəfəsində тürk respublikaları arasındakı əməkdaşlıq daha da genişləndi. 2009-cu il oktyabrın 3-də Naxçıvanda təşkil edilən Türkdilli Ölkələrin Dövlət Başçılarının sammitində Türk Şurası (Türk Dili Danışan Ölkələrin Əməkdaşlıq Şurası) yaradıldı. Oktyabrın 3-ü Türk Əməkdaşlıq Günü olaraq 2010-cu ildən etibarən qeyd olunmağa başladı. 2011-ci il oktyabrında Almatıda Türk Şurasının ilk toplantısı keçirildi. (8,s.42)
Azərbaycan Respublikası TÜRKSOY-un yaradılmasında olduğu kimi, onun sonrakı fəaliyyətində də aparıcı dövlətlərdən biri olmuş və olmaqdadır. TÜRKSOY-un II toplantısı (30 noyabr-2 dekabr, 1992) Bakıda keçirilmiş və təşkilatın fəaliyyətini gücləndirməyə yönəldilən mühüm qərarlar qəbul edilmişdir.1994-1995-ci illərdən başlayaraq vəziyyətin nisbətən sabitləşməsindən sonra ağırlıq mərkəzi xüsusən Azərbaycanın üzərinə düşdü (6). 4 il sonra, 1996-cı il noyabrın 6-7-də Bakıda türk xalqlarının birliyi, ədəbi-mədəni əlaqələri ilə əlaqədar üç mühüm tədbirin (TÜRKSOY-un VIII toplantısı, türk dünyası yazıçılarının III qurultayı və Məhəmməd Füzulinin 500 illik yubileyinin yekun tədbirləri) keçirilməsi sübut edirdi ki, Azərbaycan türk dünyasının liderlərindən birinə çevrilməkdədir. 1996-cı il noyabrın 6-da türk dünyası yazıçılarının Bakıda keçirilən III qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: “ Bu gün Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisələr baş verir. Günün birinci yarısında Bakıda türk dünyası yazıçılarının III qurultayı açılıbdır, ikinci yarısında isə TÜRKSOY Beynəlxalq Təşkilatının növbəti toplantısı işə başlayır. TÜRKSOY ötən dövrdə böyük yol keçibdir, yaxşı nailiyyətlər əldə edibdir, özünün çox zəruri və böyük gələcəyi olduğunu həm türkdilli dövlətlərə, həm də dünyaya nümayiş etdiribdir”. (9,s.43)
Türk cəmiyyəti ilə mədəni əlaqələrin genişlənməsində Azərbaycanda Atatürk Mərkəzinin yaradılması əhəmiyyətli rol oynayır. Son vaxtlar türk və islam ölkələri ilə təmasda Azərbaycanda yüksək səviyyəli bir sıra tədbirlər - iki zirvə toplantısı, 2008-ci ildə Avropada və qonşu regionlarında mədəniyyət nazirlərinin konfransı, 2009-cu ildə türkdilli ölkələrin mədəniyyət nazirlərinin və ayrıca islam ölkələri mədəniyyət nazirlərinin konfransı, 2010-cu ildə dünya dini liderlərinin Sammiti keçirilmişdir. (4)
Türkdilli dövlətlərin rəhbərliyi tərəfindən TÜRKSOY-un fəaliyyəti daima dəstək və təqdir olunması öz əksini 2009-cu il oktyabrın 2-3-də Naxçıvan şəhərində keçirilmiş türkdilli dövlətlərin Dövlət Başçılarının IX Sammitində qəbul edilmiş Naxçıvan Deklarasiyasında öz əksini tapdı.
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə toplantısında imzalanmış “Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” əsasında təsis edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində yeni mərhələnin əsasını qoydu. “TÜRKSOY Fondu”nun yaradılması barədə Azərbaycan Respublikası prezidenti İ.Əliyevin təşəbbüsü yekdilliklə dəstəkləndi. TÜRKSOY
Türk dövlət başçılarının zirvə toplantıları. Türkdilli dövlətlər arasında siyasi və iqtisadi əlaqələr, о cümlədən mədəni əlaqələr Sovetlər Birliyinin dağılmasından sonra daha intensiv oldu. İlk dəfə Türkiyə Cümhuriyyətinin prezidenti Turqut Özalın təşəbbüsü və ev sahibliyi ilə 1992-ci ildə Ankarada türkdilli dövlətlərin başçılarının förümü keçirildi.
Türkdilli dövlətlərin zirvə toplantısı və yaxud тürkdilli dövlətlərin dövlət başçılarının zirvə toplantısı altı türk dövlətinin başçılarının (yaxud dövlətin yüksək rütbəli nümayəndələrinin) iştirakı ilə həyata keçirilən zirvələrdir. 1992-ci ildən başlayaraq təşkil edilən bu zirvələrdə türk dünyasının ortaq qayğıları gündəmə gətirilməkdədir. İndiyə qədər 10 zirvə toplantısı keçirilmişdir. 4-cü zirvəyə qədər “Türk zirvəsi” adlandırılan tədbirlər bundan sonra “Türk Cümhuriyyətləri dövlət başçılarının zirvəsi”, 5-ci zirvədən sonra “Türkdilli dövlətlərin dövlət başçılarının zirvəsi” kimi qeyd edilməyə başlandı.
2010-cu ildə İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Roza Oлtunbayeva, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov türkdilli dövlətlərin 10-cu sammitində iştirak etdilər. Türkdilli dövlətlərin əməkdaşlıq şurasının Katibliyinin, Ağsaqqallar Şurasının, həmçinin Türk Akademiyasının fəaliyyəti müzakirə olundu, regional sülh və təhlükəsizliyinin saxlanılması, iqtisadi əməkdaşlığın inkişafı, Qırğızıstandakı vəziyyətin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Türk dövlətləri arasında elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlığın inkişafına təkan verən amillər icərisində Türk dövlət və topluluqları dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları xususi qeyd edilməlidir. Bu qurultaylar zamanı türkdilli ölkələrin elmi-mədəni əlaqələri baxımından bir sıra problemlər müzakirə mövzusuna çevrilmiş, təhsil və elm adamları müvafiq sahələr uzrə əməkdaşlığa dair tövsiyə və təkliflərini vermişlər. (7)
Nəticə.
TÜRKSOY-un yaradılması, bu təşkilatı yaradan ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın olması zərurətindən irəli gəlmişdir. TÜRKSOY-un yaradılmasında türkdilli xalqların əsasən din deyil, dil prinsiplərinə üstünlük verilmişdir. TÜRKSOY-un əsas üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Qalan 7 üzv (Başqırdıstan və Tatarıstan respublikaları, Şimali Kipr Türk Respublikası, Xakasiya, Tuva, Çuvaşiya və Qaqauz Yeri respublikaları) əsasən müşahidəçi qismində iştirak edirlər. Bu üzvlər əsas üzvlər kimi eyni hüquqa və səlahiyyətə malikdilər. Ümumiyyətlə, TÜRKSOY-un fəaliyyətində demokratik prinsiplər əsas götürülür. Yəni səsvermədə müşahidəçi ölkələr də əsas 6 üzvlər kimi eyni səsvermə hüququna malikdirlər.
TÜRKSOY digər beynəlxalq təşkilatlar kimi dövlətlərin müqaviləsi, razılaşdırılmış nizamnamə əsasında yaradılmışdır. Beynəlxalq təşkilat kimi qərargahı, bayrağı, katibliyi, üzvluk haqqı, Mədəniyyət Nazirlərinin Daimi Şurası, dövlət başçıları səviyyəsində sammiti, bayram edilən günü vardır.
Türkdilli xalqların YUNESKO-su adlanan TÜRKSOY təşkilatı türk mədəniyyəti və dilinin daşıyıcı olan ölkələrın və xalqların birləşməsi prinsipi əsasında bu ölkələrin dövlət strüktürlarının siyasi mövqelərindən, daxili və xarici siyasətindən asılı olmayaraq mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı müvəffəqiyyətlə həyаta keçirir.
Görülmüş işlərlə yanaşı TÜRKSOY-un işində çatışmazlıqlar da qalmaqdadır. TÜRKSOY fəaliyyət istiqamətləri kimi müəyyənləşdirdiyi vəzifələri tam həyata keçırə bilməmişdir. Xüsusi ilə türk dünyasının tarixinin yazılması, ortaq türk əlifbasının yaradılmasına dair fikirlər reallaşmamışdır. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsində yaranan fasilələr türk dünyasında süstlük yaratmışdır.
Türk respublikalarinda mövcud olan münaqişələrin, xüsusu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində türk respublikalarinin dəstəyi qənaətbəxş hesab etmək olmaz.
Ədəbiyyat
1. Artun E. Ortak türk folklorunun kureselleşen dunyaya tanıtılması. AMEA-nın Folklor İnstitutu “Ortaq türk kecmişindən ortaq türk gələcəyinə”/ III Uluslararası Folklor Konfransının materialları. Bakı, 13-16 noyabr 2005, s. 537-541
2.İsmayılov İ. Türk dünyası XX əsrin 90-cı illərində. Bakı: Zaman, 2001
3 Hüseynova F. TÜRKSOY-Türk xalqlarının mədəni inteqrasiyasının təzahuru kimi //Mədəni-Maarif , 2006, № 4, s. 7-10
4.Mədəniyyət”qəz., 2010, 30 aprel
5.Məmmədli N.A. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə. Bakı: АзАтаМ, 2005, 233 s.
6.Muxtarov K, Azərbaycan Respublikasi və TÜRKSOY // Tarix və onun problemləri. Bakı: Adiloğlu, 2012, s.12-15
7.Türk Devlet ve Topluluklarının I, II, II, IV, V və VI-cı türk dövlet ve Topluluklarının dostluk, kardeşlik və İşbirligi Kurultayı, (Komisiyon rapor və sonuc bilgileri) Ankara: Tudev, 1999, 152 s
8.Süleymanova S. Dünyanı mədəniyyət xilas edəcək. “Mədəniyyət” qəz., 2011, 6 aprel
9. Vəliyev İ., Muxtarov K. Heydər Əliyev və türk dunyası. Bakı: AzAtaM, 2003, 89 s.
Açar sözlər: TÜRKSOY, dil, mədəniyyət, əlaqələr, əməkdaşlıq.
Anahtar kelimeler: TÜRKSOY, dil, kültür, ilişkiler, işbirliği.
Key words: TURKSOY, language, culture, relations, cooperation.
Ключевые слова: ТЮРКСОЙ, язык, культура, связи, сотрудничество.
Резюме
М.И.Амрахов
Роль ТЮРКСОЙ в культурных отношениях
Азербайджана и Турции
Создание ТЮРКСОЙ вытекает из необходимости взаимной близости языков, народов, и культуры тех стран, со стороны которых создана настоящая организация. Основными членами ТЮРКСОЙ являются Турция, Казахстан, Азербайджан, Узбекистан, Киргизия и Туркмения. Остальные члены (Башкирия, и Татарстанские Республики, Турецкая Республика Северного Кипра, Хакасия, Тува, Чувашия и Гагаузские Республики) в основном участвуют в качестве наблюдателя. ТЮРКСОЙ как другие международные организации созданы на основе соглашения, и согласованного устава государств. У данной международной организации имеются штаб, знамя, секретариат, членский взнос, Регулярный Совет министров культуры, саммит на уровне глав государств и праздничный день.
ТЮРКСОЙ, который называется ЮНЕСКО тюркоязычных народов занялся осуществлением ряда мероприятий, направленных на укрепление сотрудничества между ЮНЕСКО, ИСЕСКО, Европейским Советом, Межгосударственными Гуманитарными Организациями Сотрудничества (МГОС) и СНГ.
Азербайджанская Республика являлась одним из ведущих государств не только в процессе создания ТЮРКСОЙ, а также в осуществлении его последующей деятельности. II собрание ТЮРКСОЙ (30 ноября – 2 декабря 1992 года) было проведено в Баку, где были приняты важнейшие решения, направленные на укрепление деятельности организации. 6-7 ноября 1996 года проведение трех важнейших мероприятий в связи с единством тюркских народов, и с их литературно – культурными связями (VIII съезд ТЮРКСОЙ, III съезд писателей тюркского мира и итоговые мероприятия 500 годовщины Мухаммеда Физули) уже доказало, что Азербайджан превращается в один из лидеров тюркского мира.
SUMMARY
Amrahov M.I.
Role of TURKSOY in cultural relations of
Azerbaijan and Turkey
Establishment of TURKSOY was forwarded from the necessity of closeness of languages, people and cultures of the countries, establishing such organization. Key members of TURKSOY: Turkey, Kazakhstan, Azerbaijan, Uzbekistan, Kirgizstan and Turkmenistan. Other members (Bashkurdistan and Tataristan Republics, Northern Cyprus Turkish Republic, Khakasiya, Tuva, Chuvashia and Gagauz local republics) participate as an observer mainly. TURKSOY, as other international organizations, was established on the basis of agreed articles of association and contracts of states. It has its main office, flag, secretary, membership fee, and Permanent council of the Ministers of Culture, summit at the level of heads of state and celebration day as international organization.
TURKSOY, which is called as UNESCO of Turkish language people, has realized several measures directed to strengthening of cooperation between UNESCO, ISESCO, European Council, European Commission, Inter-state Humanitarian Cooperation Organization (IHCO) and CIS.
Republic of Azerbaijan was and is one of the leading state both in establishment and further activity of TURKSOY. II meeting of TURKSOY was held in Baku city (November 30- December 2, 1992) and significant decisions were made referred to strengthening of the activity of organization. Holding of three significant measures in connection with unity of Turkish people and their literary – cultural relations in Baku city on November 6-7, 1996 (VIII meeting of TURKSOY, III meeting of Turkish world writers and final event of 500 years anniversary of Mahammad Fuzuli) again proved that, Azerbaijan is turning in one of leaders of Turkish world.
"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM