Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
əməkdar jurnalist
Ötən əsrin doxsanıncı illəri Qərb ilə Şərq arasında soyuq qarşıdurmanın bir qədər mülayimləşməsi ilə əlamətdar olsa da, bu, böhranların sayının azalmasına gətirib çıxarmadı. “Soyuq müharibə” dövründə mövcud olan ayrı-ayrı münaqişələr SSRİ-nin dağılması və ideoloji kolliziyaların başa çatması üzündən keçmişdə qaldı. Lakin postsovet məkanında və Şərqi Avropada əvvəlkindən heç də az kəskin olmayan başqa münaqişələr yarandı. SSRİ-nin dağılmasından sonrakı keçid dövrü çərçivəsində böyük dövlətlərin uzağı görməyən mövqe tutması beynəlxalq koordinatlar sistemində yeni böhranın yaranmasına səbəb oldu. Nəticədə beynəlxalq hüquqa riayət edilməsi sahəsində vakuum vəziyyəti yarandı, bunun ardınca beynəlxalq münasibətlər kompleksində dağıdıcı meyillər gücləndi. (2)
XX yüzil SSRİ və Yuqoslaviyanın dağılması nəticəsində bir sıra etnik münaqişələrin alovlanması ilə başa çatdı. 1999-cu ilin martında başlayan Yuqoslaviyanın məhv edilməsi üzrə “humanitar aksiya” həm də birqütblü dünyanın birinci dəfə də olmasa, daha təsirli və parlaq surətdə dərk olunmasının nəticəsi kimi maraqlıdır. “Soyuq müharibə” bir çox etnik, dini və irqi münaqişənin yaranmasını ləngidirdi, onun başa çatması ilə onlar tam gücü ilə meydana çıxdı. Tədqiqatçıların fikrincə, müharibələr daha çox dini və etnik zəmində baş verir, nəinki siyasi ideologiyalar arasında fərqlər ucbatından. XX əsrin son qərinəsində “müharibə” anlayışı tədricən “münaqişə” anlayışı ilə əvəzləndi. Hərçənd aydındır ki, bu anlayışın arxasında müharibənin mahiyyətcə daha dərin izləri var. Bu isə o deməkdir ki, müharibənin subyektləri siyasi subyektlərə, silahlı zorakılıqlar isə ziddiyyətlərin həlli üçün əsas vasitəyə çevrilir. (3)
Sovet İttifaqı ilə Yuqoslaviyanın süqutundakı əsas fərqlilik ondan ibarətdir ki, SSRİ-də əksər hallarda “qan yaddaşı”ndan doğan qlobal milli qarşıdurma yox idi. Əlbəttə SSRİ-də də çoxmillətli dövlətlərin əksəriyyətində olduğu kimi belə faktlar yetərincə idi – elə təkcə 1944-cü ildə Stalinin kütləvi deportasiyalarını xatırlatmaq kifayətdir (2,7 milyon insan – qaraçaylar, çeçenlər, almanlar, inquşlar, kalmıklar, Krım tatarları, bolkarlar və s.). İllərlə, onilliklərlə yığılmış ziddiyyətlər, incikliklər, anlaşılmazlıqlar olsa da, SSRİ-də xalqlar sülh şəraitində yaşayırdılar. Dövlət Təhlükəsizlik Komitəsinin məlumatlarına görə, 1957-1986-cı illərdə SSRİ ərazisində 24 münaqişə olub ki, onun da yalnız 5-i (digər məlumatlara görə 12-si) etnik zəmində baş verib. Milli-etnik münaqişələr dalğası yalnız yenidənqurmadan sonra başlayıb. Yuqoslaviyanın mövcudluğu isə o qədər də xoş görünməyən tarixi yaddaşla çətinliyə salınmışdı. (13)
Maraqlıdır ki, artıq 1992-ci ildə postsovet məkanında etnoterritorial zəmində baş verən münaqişələrin sayı 180-ə çatdı. (5)
Milli məsələnin nə keçmiş Yuqoslaviyada, nə də sabiq Sovet İttifaqında hər kəsi qane edə biləcək səviyyədə həllini tapmadığı məlum oldu. Kommunist rejimlərinin süquta uğraması nəticəsində mütləqləşdirilmiş ideal – beynəlmiləlçilik hansısa millətin aliliyi ideyası ilə əvəzləndi. Milli dövlət bir çox xalqlar üçün ideya fiksə çevrildi ki, bu da onsuz da kəskinləşmiş ziddiyyətlərin daha da dərinləşməsinə səbəb oldu. Xüsusilə Yuqoslaviyada qarşıdurma tərəflərinin hər birinin “XIX əsr prinsipi”ni - “bir milli xüsusiyyət – bir ərazi – bir millət – bir dövlət” ideyasını həyata keçirməyə cəhd göstərməsi təhlükəsi qeyri-sabitliyə yol açdı və qanlı münaqişələrə gətirib çıxardı. (7)
Həm SSRİ, həm də Yuqoslaviyada mərkəzçi qüvvə kimi çıxış edən federal mərkəz federasiyanı qorumağa cəhd göstərərək, onun transformasiyasına imkan yaradırdı. Hər iki halda federal mərkəz federasiyanın danışıqlar vasitəsilə dinc yollarla qorumaq yollarını axtarırdı (Novo Oqaryova prosesi, YSFR Rəyasət Heyəti daxilində, sonra isə 6 yuqoslav respublikasının prezidentləri ilə danışıqlar). Bu danışıqlar zaman etibarilə az qala sinxron gedirdi (1991-ci ilin yaz-yay aylarıında). Moskvada və Belqradda respublikalarda separatçı qüvvələri güc yolu ilə “dayandırmaq”, hərbi çevriliş variantları müzakirə olunurdu. Yuqoslaviyada bu cəhd birbaşa hərbi yolla Slovaniya və Xorvatiyanın saxlanmasına yönəldi. 1991-ci ilin iyununda Yuqoslaviya on illik müharibə girdabına yuvarlandı. SSRİ-dəki 1991-ci ilin avqustunda baş verən qiyam isə ölkəni hərbi münaqişənin astanasına gətirdi. Və burada iki ölkənin federal mərkəzinin arasındakı fərq tam aşkarlığı ilə görünür. Yuqoslaviyada federal mərkəz faktiki olaraq Yuqoslaviya Milli Ordusu ilə əlaqələri olan Serbiya Respublikasının rəhbərliyi tərəfindən qəsb edilmişdi. Beləcə vəziyyət Serbiya – separatçı respublikalar hərbi qarşıdurmasına transformasiya olunmuşdu. SSRİ-də isə federal mərkəzin respublikalar səviyyəsində möhkəm dayağı yox idi, amma ona zidd çıxan əsas qüvvə məhz Rusiya rəhbərliyi idi. Məhz Rusiya rəhbərliyi mərkəzin respublikların ayrılmasının qarşısını zorla almaq cəhdinə (Bakı, Tiflis və Vilnüs hadisələri) qarşı çıxdı. (4)
Yuqoslaviya qeyd olunduğu kimi, 6 respublikanı və iki muxtariyyəti birləşdirən federal respublika idi. Yuqoslaviyanın dağılma ərəfəsində əhalisinin sayı 10 milyon nəfər, tərkibi isə aşağıdakı kimi idi: 62% - serblər, 17% - albanlar, 5% - çernoqoriyalılar, 3%-müsəlmanlar, 3% - macarlar və başqaları. 1990-cı illərin əvvəllərində əhalinin əksəriyyətini serblərin təşkil etdiyi Serbiya və Çernoqoriya birləşərək Yuqoslaviya ittifaqını yaratdılar. Qalan dörd respublika (Xovatiya, Sloveniya, Bosniya və Hersoqovina, Makedoniya) federal mərkəzdən müstəqillik almağa çalışırdı. Makedoniyada serblərin sayı az olduğundan və bu respublika investorlar üçün heç vaxt əhəmiyyət kəsb etmədiyindən, keçirilən referendum sayəsində müstəqillik əldə etdi. Keçmiş Yuqoslaviya ərazisində ilk silahlı münaqişə isə serb və xorvatlar arasında baş verdi. Serb-xorvat qarşıdurmasında 20 min nəfər zərər çəkdi, bir çox şəhər və kənd dağıdıldı, respublikanın təsərrüfatına böyük zərər vuruldu, 230 min serb qaçqın düşdü. 1992-ci ildə beynəlxalq ictimaiyyətin təzyiqi ilə hərbi əməliyyatların dayandırılması haqqında saziş imzalandı və Xorvatiyanın müstəqil dövlət kimi tanınması baş tutdu. 1991-ci ildə Bosniya və Hersoqovinada əhalinin 44%-ni müsəlmanlar, 31%-ni pravoslav serblər, 17%-ni isə katolik xorvatlar təşkil edirdi. 1992-ci ildə respublikanın müstəqilliyi haqqında referendum keçirildi və onun nəticələri ilə Bosniya serbləri razılaşmadı. Onlar Bosniyadan ayrı milli dövlətlərini qurmaq istəyirdilər. Serblər Srayevo müsəlmanlarına və onları dəstəkləyən xorvatlara qarşı çıxmağa hazır idilər. Serbiya hökumətindən dəstək almaqla və Yuqoslaviya ordusunun yardımı ilə onlar vətəndaş müharibəsinə başladılar. Bu hərbi qarşıdurma böyük qırğınlara və etnik təmizləmələrə səbəb oldu. (12)
1991-1995-ci illərdə Yuqoslaviyadakı vətəndaş müharibəsinin gedişində Serbiya ordusu Bosniya və Hersoqovinanın şərqindəki Srebrenisa şəhərində əməliyyat həyata keçirdi. “Krivaya-95” adlı bu əməliyyata serb generalı Ratko Mladiç rəhbərlik edirdi. 11 iyul 1995-ci ildə Serebrenisaya girən ordu Mladiçin rəhbərliyilə 8 min 372 bosniyalını qətlə yetirdi. Birləşmiş Millətlər Təşkilatının Srebrenisanı güvənli bölgə elan etməsinə və oraya Hollandiyanın 400 nəfərdən ibarət sülhməramlılarını yerləşdirməsinə rəğmən, qətliamın qarşısı alınmamışdı. Şəhərdə bir həftə davam edən qətliam İkinci Dünya müharibəsindən sonra baş vermiş ən böyük cinayət olaraq tarixə düşdü. (10)
Yuqoslaviyada yaranmış situasiya federasiyanın altı dövlətə parçalanması ilə nəticələndi. Etnik qrupların rəhbərləri öz qrupları daxilində mövqelərini möhkəmlətmək üçün qrup əndişələrini idarə edirlər. Öz etnik qrupu ilə birgə seçilməyə güclü ehtiyacı olan etnik fəallar cəld və birbaşa sosial polyarlaşma prosesləri yaratmaq üçün mənsubiyyət və əndişələrdən sui-istifadə edir ki, bu da qruplar arasında düşmənçilik və əndişəni gücləndirir. Polyarlaşma davam etdikcə etnik qrupun üzvləri yalnız öz etnik qrupuna mənsubiyyəti göstərməsi və digərləri ilə qarşılıqlı əlaqələri kəsməsi üçün Öz rəhbərləri tərəfindən təsirə və rəqib qrupda düşmənçiliyin əks təsir kimi intensivləşməsinə məruz qalır. Məsələn, keçmiş Yuqoslaviyada xorvatlar və serblər arasında yüksək sosial inteqrasiyaya baxmayaraq, etnik fəallar ailələri parçalamaq və üzvləri Özlərini yalnız bir qrupla eyniləşdirməyə məcbur edən prosesi başlamağa qabil olmuşlar. Siyasi qazanc imkanları axtaran "siyasi işbazlar" öz siyasi məqsədlərinə çatmaq üçün bənzər proseslərdəki sosial qütbləşmə prosesinin yaratdığı üstünlüklərdən istifadə edə bilər. Onlar etnik fərqləri kəskinləşdirmək, incikliyi və əndişəni artırmaq üçün tarixi faktlara və ənənələrə bilərəkdən yeni yozum verirlər. Slobodan Miloşeviç həm etnik fəal, həm də siyasi işbaz idi: U.G.Titonun ölümündən sonra Yuqoslaviyanın dövlət strukturu zəiflədikdə o, serblərin siyasi hakimiyyətini gücləndirmək üçün müqəddimə kimi Xorvatiya serblərinə qarşı xorvatların zorakılığını və Kosovoda müsəlmanların Serbiyaya təhdidini şişirtmişdi. (1)
SSRİ onun tərkibindəki respublikaların əhalisinin etnik müxtəlifliyi ilə xarakterizə olunurdu. Bu müxtəliflik əhalinin əsas qrupları arasında gərginlik yaratsa da, əsil münaqişələr respublikaların müstəqillik əldə etmələri ilə başlandı. Yeni dövlətlərin yaranması ilə etnik ziddiyyətlər gücləndi və separatçılıq meyilləri meydana çıxdı. Bir çox hallarda Rusiya təsiri münaqişəyə təkan verirdi. Çünki SSRİ-nin varisi üçün bütün mürəkkəbləşmələr sərfəli idi. 1988-ci ildə başlamış Dağlıq Qarabağ münaqişəsi 1992-ci ildə hərbi əməliyyatlar fazasına qədəm qoydu. Bu günədək həll olunmamış münaqişə dövründə yalnız 1988-1994-cü illərdə 24 min nəfər həlak olub. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağı və ona bitişik 7 Azərbaycan rayonunu işğal altında saxlayırlar.
1989-cu ildə Moldova və Rumıniyanın birləşməsi məsələsi gündəmə gələndə, Dnestrin şərq sahilində məskunlaşmış slavyanlar müstəqil Dnestryanı Moldav Respublikasının yarandığını elan etdilər. Bu addım 1992-ci ildə Dnestryanıda müharibə üçün bəhanə oldu. Min beş yüzdən artıq insan həlak oldu və barışıq imzalanması ilə yekunlaşdı. Danışıqların baş tutmaması və bütün təkliflərin rədd olunmasından sonra 2016-cı ildə referendum keçirildi, əhalinin 97,1%-i Moldovadan dərhal ayrılaraq Dnestryanıda 1500 nəfərlik kontingent saxlayan Rusiyaya birləşmək haqqında qərar qəbul etdi. (14)
Ümumiyyətlə, 1988-1991-ci illərdə keçmiş sovet respublikalarında etnik zəmində 150 münaqişə olub ki, onlardan da 20-də insan tələfatı baş verib. Keçmiş SSRİ ərazisində nizami hərbi dəstələrin iştirakı və ağır artilleriyadan istifadə edilməklə 6 regional silahlı münaqişə olub: 1988-1994-cü illərdə Ermənistan-Azərbaycan, 1991-1992-ci illərdə gürcülər-cənubiosetinlər, 1992-1994-cü illərdə gürcü-abxaz, 1992-ci ildə Dnestryanı, 1994-1996 və 1999-2001-ci illərdə rus-çeçen münaqişəsi və 1992-1996-cı illərdə Tacikistanda vətəndaş müharibəsi olub. Eləcə də 20-dək dinc əhali arasında itkilərə səbəb olan qısamüddətli silahlı toqquşmalar baş verib ki, bunlardan da ən böyüyü 1992-ci ildə olan osetin-inquş qarşıdurması idi. (6)
Sovet İttifaqı və Yuqoslaviyanın süqutu nəticəsində yaranmış silahlı münaqişələr arasındakı mühüm fərqlərdən biri də dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların bu münaqişələrə münasibəti ilə bağlı idi.
Ümumi maraqların müdafiəsi üçün ən geniş əks-tədbirlərdən biri beynəlxalq birlik tərəfindən keçmiş Yuqoslaviyaya qarşı həyata keçirilmişdir. Kosovodakı genosidə cavab olaraq Avropa İttifaqına üzv ölkələr Yuqoslaviyaya maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutan və hava gəmilərinin uçuşuna qadağa qoyan qanun qəbul ediblər. Almaniya, Fransa və Böyuk Britaniyanın tətbiq etdiyi tədbirlər müvafiq dövlətlə ikitərəfli müqavilə üzrə münasibətlərin dayandırılmasını nəzərdə tuturdu. Bu müqavilə normalarının fəaliyyətinin denonsasiyası öz-özlüyündə müəyyən bir hüquqi prosedur tələb edirdi ki, bu da məlum səbəbdən gözlənilməmişdi. (9)
Kosovoda etnik albanlara qarşı həyata keçirilmiş diskriminasiya siyasətinə beynəlxalq birlik 1999-cu ildə Rambuye danışıqlarında geniş şəkildə öz münasibətini bildirmişdir. Beynəlxalq birliyin Yuqoslaviya daxilində Kosovoya muxtariyyət statusunun verilməsi və Kosovonun dövlət atributlarına sahib olmasına dair təklifinə Miloşeviçin birmənalı qaydada qarşı çıxması göstərilən tarixdə həyata keçirilən 1-ci və 2-ci Rambuye danışıqlarının nəticəsiz yekunlaşmasına səbəb olmuşdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnaməsi olmadan 1999-cu ilin 24 mart - 9 iyun tarixlərində NATO hava zərbələri ilə Miloşeviçi sülh planını qəbul etməyə məcbur etdi. Daha sonra BMT-nin himayəçiliyi altında Kosovonun statusunun müəyyən edilməsi məqsədilə Aİ-nin və qlobal güclərin birbaşa iştirakı ilə danışıqlar həyata keçirilmişdir.16 Serbiyanın ölkə suverenliyi daxilində gecikmiş “ən yüksək muxtariyyət” mövqeyi Kosovonun müstəqillik mövqeyi ilə üst-üstə düşməmişdir. (8)
Ən mühüm məqamlardan biri də Yuqoslaviya ilə bağlı Beynəlxalq Tribunalın çağırılması oldu. 1993-cü ilin mayında BMT Təhlükəsizlik Şurası keçmiş Yuqoslaviya ərazisində 1 yanvar 1991-ci ildən Təhlükəsizlik Şurasının sülhün bərpa olunmasından sonra müəyyənləşdirəcəyi tarixədək trubunalın yaradılması haqqında qərarı yekdilliklə qəbul etdi. Tribunalda Cenevrə konvensiyasının, müharibə aparılması qaydalarının pozulmasına, soyqırım törədilməsinə cavabdeh olan şəxslərin cəzalandırılması nəzərdə tutulurdu. Bu, Nürnberq tribunalından və Uzaq Şərqdəki hərbi cinayətkarları mühakimə edən tribunaldan sonra ilk hadisə idi. Müttəhimlər kürsüsündə serblərin demək olar ki, bütün mülki və hərbi rəhbərliyi əyləşmişdi – Yuqoslaviya prezidenti Slobadan Miloşeviç, Serbiya prezidenti Milan Militunoviç, Yuqoslaviyanın müdafiə naziri Draqolyub Oydaniç, Serb Respublikasının prezidenti Bilyana Plavşiç, Serb Respublikasının xarici işlər naziri Miço Stanişiç, Serbiyanın baş naziri Nikola Şainoviç, Serb Kraina Respublikasının prezidenti Milan Babiç, Serb Respublikasının prezidenti Radovan Karaciç və bir çox başqaları. Beynəlxalq tribunal tərəfindən cinayətlərdə ittiham edilən 161 nəfərin 100 nəfərdən çoxunu serb tərəfi təmsil edirdi. 24 il davam edən Beynəlxalq tribunal öz işini yalnız 2017-ci ilin sonunda başa vurdu. (11)
Sonda hər iki ölkədə milli məsələnin qoyuluşundakı fərqə diqqət yetirmək lazımdır. Hər iki halda Federasiya böhranının detonatorları millətlərarası qarşıdurmalar idi. YSFR-də bu, Kosova hadisələri (əvvəlcə 1981, sonra isə 1989-cu ildə), SSRİ-də 1988-ci il Dağlıq Qarabağ hadisələri, sonra isə millətlərarası münaqişələr ocağının daha geniş yayılması (Abxaziya, Cənubi Osetiya, Orta Asiya, Dnestryanı) ilə bağlı idi. Lakin Yuqoslaviyadakı qarşıdurma serb - Kosova albanları, serblər - qonşu respublikaların (Bosniya və Hersoqovina, Xorvatiya) “titul” xalqları oxu üzrə gedirdisə və mərkəzi ümummilli məsələ ənənəvi serb problemi ilə bağlı idi. SSRİ-də isə millətlərarası münaqişələr regional səviyyədə baş verir və başlanğıcda rus əhalisini təsir etmirdi (bu, sonradan SSRİ-nin dağılmasından sonra olacaqdı), bu münaqişələrə yerli etnik qruplar cəlb olunmuşdu. Beləliklə, YSFR-də məhz serb məsələsinin kəskinliyi, federasiyanın dağılması halında sərhədlərin yenidən “biçilməsinin” prinsipial mümkünsüzlüyü iki ölkə arasındakı vəziyyəti prinsipial surətdə fərqləndirirdi. (4)
İki ölkənin süqutu nəticində yaranmış silahlı münaqişələrdən danışarkən bir ən böyük fərqə də diqqət yetirmək lazımdır. Beynəlxalq ictimaiyyətin səyi ilə keçmiş Yuqoslaviya ərazisindəki bütün silahlı münaqişələr nizamlanıb, günahkarlar cəzalandırılıb. Keçmiş SSRİ ərazisindəki münaqişələr isə nəinki aradan qaldırılıb, əksinə yeniləri (Krım, Donbas) əlavə olunub. Və bu münaqişələr zaman-zaman aktiv vazaya qədəm qoyurlar (avqust, 2008, Gürcüstan-Rusiya, aprel 2016, Ermənistan-Azərbaycan).
ƏDƏBİYYAT
1. Abbasbəyli A., Darabadi P., İbrahimov Ə. Konfliktologiya. Bakı, 2006
2. Mehdiyev R. Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti. Dünya nizamından "nizamsızlığa" doğru, Bakı, 2015
3. Богданович В.Ю., Маначинский А.Я., Бутенко С.Г. Конфликты и войны после распада СССР. Житомир, 2006.
4. Волкова Е. Г., Кирьяков Ю. С. Факторы распада СФРЮ и СССР: сравнительнотипологический анализ // Судьба России: вектор перемен. Материалы Международной научной конференции. Том I / Под ред. Р. Г. Пихои. — Екатеринбург—Москва: Академический проект, 2007.
5. Жирохов М. Семена распада: войны и конфликты на территории бывшего СССР. Москва, 2012
6. Ланцов C. Политическая конфликтология: Учебное пособие. Санкт-Петербург. 2008
7. Лукашенко Е.А. Распад Югославии, его уроки и международные последствия. Москва, 1997
8. Analitik baxış jurnalı.iyul-avqust 2010
9. Strateji Təhlil jurnalı. 25 avqust 2016
10. Yanyatan A. Srebrenitsa katliamı nedir? Srebrenitsa soykırımı tarihi. Milliyet qazetesi (Türkiye), 11 temmuz 2018
11. Аргументы и факты, 8 декабря 2017 г.
12. Бовал В. Что мы знаем о югославской войне// https://topwar.ru/13678-chto-my-znaem-o-yugoslavskoy-voyne.html
13. Сербы и россияне в период распада СФРЮ и СССР: так ли случайны несовпадения? //http://www.profi-forex.org/novosti-rossii/entry1008079997.html
14. https://inosmi.ru/social/20161211/238374383.html
Açar sözlər: SSRİ, Yuqoslaviya, etnik münaqişə, silahlı münaqişə, hərbi əməliyyat, beynəlxalq tribunal, etnik qruplar, vətəndaş müharibəsi.
Ключевые слова: СССР, Югославия, этнический конфликт, вооруженный конфликт, военная операция, международный трибунал, этнические группы, гражданская война.
Key words: USSR, Yugoslavia, ethnic conflict, military operation, international tribunal, ethnic groups, civil war.
Заключение
В статье повествуется о вооруженных конфликтах, возникших в результате развала СССР и Югославии, причинах появления новых независимых государств. Автор комментирует проблему постановки национального вопроса в обеих странах, исследует схожие черты и различия вооруженных конфликтов. Неудовлетворительная ситуация с решением национального вопроса как в бывшей Югославии, так и бывшем СССР указывается в качестве причины, приведшей к вооруженным конфликтам. В статье исследуется период с конца 1980-х годов до наших дней.
Summary
The article talks about armed conflicts occurred as a result of the collapse of USSR and SFR Yugoslavia. Author interprets problem of putting national issue in both countries, investigates similar and different aspects of the armed conflicts. As the national issue could not be solved neither by the former Yugoslavia nor the Soviet Union, it is shown as a reason that caused the armed conflicts. The period beginning from the end of the 1980s until today is investigated in the article.
"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM