Nİsa PAŞAYEVA
Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi,
Bakı Slavyan Universiteti
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin xarici siyaasət strategiyasının prioritet istiqamətlərindən birini diaspor quruculuğu, diaspor ilə iş və onunla əməkdaşlıq məsələsi təşkil edir.
Bu məqalədə ölkə hüdudlarından kənarda dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun həyata keçirdiyi lobbiçilik fəaliyyətinin əsas subyektlərindən biri olan və xaricdə fəaliyyət göstərən Azərbaycan gənclərinin ictimai təşkilatlarının yeri və rolu təhlil edilir. Müəllif gənclərin xarici siyasət sahəsinə fəal şəkildə cəlb olunmasının və dövlət maraqlarımızın xarici ölkələrdə və beynəlxalq tədbirlərdə qorunması, tarixi və mədəni irsimizin təbliğ edilməsi, dövlətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində xaricdə fəaliyyət göstərən ictimai təşkilatların fəaliyyətinin dəstəklənməsinin vacibliyini diqqətə çatdırır.
Azərbaycan dövlət müstəqilliyini bəyan etdikdən sonra xarici siyasət kontekstində qarşıda duran əsas vəzifələrindən biri xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların ölkəmizin milli maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. Bu minvalla diaspor quruculuğu və lobbiçilik fəaliyyətinə dəstək Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor siyasətinin məqsədi dünya azərbaycanlılarının tarixi vətənimiz ilə əlaqələrini və həmvətənlilərimizin milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından istifadə etməklə milli maraqlarımızın müdafiəsi istiqamətində müvafiq işlər aparmaq, diasporlararası əlaqələri genişləndirmək və onların mədəni-siyasi hüquqlarının müdafiəsini təmin etməkdən ibarətdir.
Dövlətimiz tərəfindən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın yaratdıqları diaspor təşkilatları, gənc soydaşlarımızın ictimai təşkilatları, Azərbaycan icmaları, cəmiyyətləri və birlikləri ilə ölkəmiz arasında, o cümlədən təşkilatların özləri arasında əlaqələrin möhkəmləndirilməsi və həmrəyliyin qorunması məqsədilə davamlı strateji işlər aparılır. Buna bariz nümunə olaraq 2001-ci ildə ümummilli lider H.Əliyevin imzaladığı Sərəncama əsasən Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmrəylik ideologiyasının gerçəkləşdirilməsi istiqamətində mühüm addım olmuşdur. Qurultay Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur [5]. Bu tədbir xaricdə yaşayan soydaşlarımızın ümumi məqsəd və ideya ətrafında birləşməsinə və şəbəkələşməsinə hədəflənmiş önəmli bir hadisə kimi qiymətləndirilmişdir.
Baş verən proseslərin gedişatı istər Azərbaycan vətəndaşı, istərsə də xarici ölkənin vətəndaşı kimi xaricdə yaşayan həmvətənlilərimiz ilə sistemli işin təşkil edilməsi üçün xüsusi bir dövlət qurumunun yaradılmasını vacib etmişdir. Azərbaycan diasporunun formalaşması prosesinin sürətləndirilməsinə təkan vermək üçün belə bir qurumun yaradılması ideyasını ilk dəfə H.Əliyev irəli sürmüşdür. Bundan irəli gələrək 5 iyul 2002-ci il tarixdə ölkə prezidenti tərəfindən "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalanmışdır. Qeyd etmək lazımdır ki, Fərman dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm bir sənəd olmuşdur. Bir müddət sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Müasir beynəlxalq sistemdə diaspor anlayışı artıq xarici siyasətin və beynəlxalq münasibətlərin vacib elementinə çevrilmişdir. Bu səbəbdən irəli gələrək qloballaşan dünyanın reallıqları diaspor ilə iş sahəsində Azərbaycanın və digər dövlətlərin qarşısında yeni vəzifələr qoyur. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyətlərin həyata keçirilməsini vacib edir.
Azərbaycan diasporunun fəaliyyətində xaricdə yaşayan, təhsil alan və işləyən azərbaycanlı gənclərin təşkilatlanması xüsusi yer tutur. Təqdirəlayiq haldır ki, gənclərimiz xarici ölkələrdə təşkilatlanaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliğ edilməsi işinə öz töhfələrini verərək, könüllü şəkildə diaspor quruculuğu işində fəal iştirak edirlər. Gənc soydaşlarımız təsis etdikləri ictimai təşkilatlar vasitəsilə yaşadıqları ölkələrin dövlət orqanları, qeyri-hökumət təşkilatları, ictimai xadimləri və kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurur, Azərbaycanın həmin dövlətlər ilə əməkdaşlıq əlaqələrinin və dostluq münasibətlərinin inkişafında müstəsna rol oynayırlar. Lobbiçilik fəaliyyətinin həyata keçirilməsində gənclərin maraqlı ideyalar və təşəbbüslər ilə çıxış etməsi bu sahədə yeni nailiyyətlər qazanmağa imkanlar açır. Bu səbəbdən də ölkəmizin maraqlarının müdafiəsində gənclərin fəal iştirakının təmin edilməsi gənclər ilə bağlı həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edilir. Hazırda dünyanın beş qitəsində, fərqli ölkələrdə (Almaniya Federativ Respublikası, Böyük Britaniya, Fransa, Gürcüstan, İsveç Krallığı, Latviya, Macarıstan, Niderland, Norveç Krallığı, Kanada, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Ukrayna və s.) azərbaycanlı gənclərin təsis etdiyi ictimai təşkilatlar (Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR), Azərbaycan-Fransız Gənclik Assosiasiyası, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı, Ukrayna Azərbaycanlı Gənclər Birliyi, Kvebek Azərbaycanlıları Assosiasiyasının Gənclər Təşkilatı, Azərbaycan-Niderland Gənclər Assosiasiyası, Norveç Azərbaycan Gənclər Assosiasiyası, Azərbaycan Gənclər Mərkəzi, Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası, Azərbaycan Tələbə Şəbəkəsi və s) fəaliyyət göstərir [2].
Bu təşkilatlar azərbaycanlı gəncləri bir araya gətirərək onların şəbəkələşməsinə, diaspor və lobbiçilik işində birgə fəaliyyət göstərməsinə şərait yaradır. Həmin təşkilatlar vasitəsilə gənclər Xocalı, 31 mart soyqırımları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yaşadıqları ölkələrin ictimaiyyətinə, hökumət üzvlərinə, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə çatdırılması məqsədi ilə müxtəlif kampaniyalar təşkil edir, elmi-praktiki konfranslar və etiraz aksiyaları keçirirlər.
Buna misal olaraq, Azərbaycan diasporunun böyük bir hissəsinin, 2,5 milyona yaxın soydaşımızın məskunlaşdığı Rusiya Federasiyasında 2009-cu ildə təsis edilmiş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında, milli dəyərlərimizin və mədəni irsimizin qorunmasında, gənclərin sosial, təhsil və s. təşəbbüslərinin dəstəklənməsində, onların Rusiya cəmiyyətinə fəal inteqrasiyasında xüsusi rol oynayır [2]. Bu təşkilat vasitəsilə gənclər Rusiyada öz etnik qruplarının və tarixi vətənlərinin milli mənafeyini və maraqlarını qoruyan vasitəçilərə çevrilərək ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr vermiş olurlar [8]. Dövlətimiz tərəfindən yaradılan geniş imkanlar və göstərilən dəstək nəticəsində gənclərin lobbiçilik fəaliyyətinin miqyası genişləndikcə gənclər arasında beynəlxalq əlaqələrin kəmiyyət və keyfiyyət göstəriciləri inkişaf edir və bu da öz növbəsində dövlətlər arasında əməkdaşlıq əlaqələrinin, siyasi və iqtisadi münasibətlərin inkişafına müsbət təsir göstərir. On minlərlə Azərbaycanlının yaşadığı Fransa Respublikasında 1999-cu ildə Strasburqda təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən təsis edilmiş Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA), 2003-cü ildə Parisdə təsis edilmiş Azərbaycan-Fransız Gənclik Assosiasiyası (AFGA) Azərbaycan ilə Fransa arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni münasibətlərin inkişafına dəstək vermək, mədəniyyətimizi və tariximizi təbliğ etmək, Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırmaq məqsədilə Fransanın müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər və layihələr həyata keçirir. 2009-cu ildən Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyası (GATA), 2010-cu ildən isə Marneulidə Gürcüstanın Azərbaycanlı gənclərinin I Qurultayında təsis edilmiş Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı gəncləri bir araya gətirərək onların gürcü cəmiyyətinə inteqrasiyası sahəsində layihələr həyata keçirirlər. Qeyd etmək lazımdır ki, Azərbaycanlılar Gürcüstandakı etnik qruplar arasında say çoxluğuna görə birinci yerdədir.
20 minə yaxın azərbaycanlının yaşadığı Böyük Britaniyada isə 2005-ci ildə təsis edilmiş Azərbaycan Gənclər Klubu fəal diaspor təşkilatlarından biri hesab olunur. Təşkilatın bu ölkədəki türk diasporu ilə sıx əlaqələri mövcuddur. Təşkilat türk icmaları, həmçinin Londonun İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin nəzdində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xalqımıza qarşı törədilmiş soyqırım aktları ilə bağlı etiraz aksiyaları, foto sərgilər, elmi praktiki konfranslar təşkil etmişdir [2].
Dünyanın digər ölkələrində də fəaliyyət göstərən gənclərin diaspor təşkilatları eyni məqsədə və amala xidmət edərək Azərbaycanın qeyri-rəsmi səfirləri kimi onun təmsilçiliyində, beynəlxalq əlaqələrinin genişləndirilməsində və dövlətlər arasındakı münasibətlərin inkişafında xüsusi rol oynayırlar. Bu təşkilatların şəbəkələşməsi, onların diaspora və lobbiçilik işində iştirakının artırılması Azərbaycanın təbliği və informasiya müharibəsində layiqli yer tutmasına geniş imkanlar yaradır. Gənc soydaşlarımız tərəfindən xarici ölkələrdə yaradılan təşkilatların fəaliyyəti 2007-ci ildə Bakıda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilmiş Azərbaycan Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda qəbul edilmiş, “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” sənədində də xüsusilə vurğulanmış, Azərbaycan və Türk gənclər təşkilatlarının birgə fəaliyyət perspektivləri ilə bağlı təkliflər öz əksini tapmışdır. Bundan əlavə sənəddə gənclərlə iş və təhsil sahəsində Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin vacibliyi qeyd olunmuşdur [1, s. 25-26]. Xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması və ölkəmiz ilə əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə 2010-cu il noyabrın 26-28-də Gənclər və İdman Nazirliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi təşkil edilmişdir. Tədbirdə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor və gənclər təşkilatlarının, o cümlədən respublikamızda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri, xaricdə təhsil alan tələbələr, Azərbaycan hökuməti nümayəndələri, ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər Forumundakı nümayəndələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçiləri iştirak etmişdir. Araşdırmalardan məlum olur ki, diaspor quruculuğunda və Azərbaycan həqiqətlərinin təbliğ edilməsində gənclərin fəaliyyətinin genişləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafında onların rolunun artırılması, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası dövlətimiz tərəfindən daim diqqətdə saxlanılan məsələlərdir. Çünki bu günün gəncləri məyyən zamandan sonra dövlətin həm daxili inkişafını, həm də xarici siyasət vektorunu müəyyən edən gələcək elitanın bir hissəsinə çevriləcək potensialdır. Bunun üçün də onların inkişafına və fəaliyyətinə hər cür dəstək, dövlətimizin güclənməsinə və inkişafına yaradılan zəmindir. Bu səbəbdən diaspor siyasətində gənclərin səmərəli fəaliyyətini təmin etmək üçün gənclər ilə bağlı olan daxili normativ-hüquqi sənədlərdən - Qanun, Sərəncam və s irəli gələn öhdəliklər və dövlət proqramları çərçivəsində təsdiq edilmiş müvafiq beynəlxalq tədbirlər və layihələrin həyata keçirilməsi gənclərin lobbiçilik fəaliyyətin reallaşdırılmasının konseptual və praktiki əsaslarını özündə əks etdirir. Belə ki, 2002-ci ildə ümummilli lider H.Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qurumları qarşısında gənclərin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə və xarici ölkələrdə yaşayan gənc həmvətənlilərimizlə qarşılıqlı əlaqələrinin inkişafına gənclərin ölkə hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına imkan və şəraitin yaradılması və s. kimi vəzifələr qoyulmuşdur [6, s. 19]. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” çərçivəsində dünya Azərbaycanlı gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, onların potensialının ölkənin inkişafına səfərbər edilməsi məqsədilə, həmçinin Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, diaspor və lobbiçilik işinin təşkilində iştirakının artırılması məqsədilə bir sıra işlər görülmüşdür [3, s. 216, 250-252, 4]. Hazırda həyata keçirilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” isə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın dəstəklənməsi, xarici ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində gənclər tərəfindən aparılan işlərə təşkilati və maddi-texniki dəstəyin göstərilməsi, Azərbaycanın gənc dostlarının sıralarının genişlənməsi məqsədilə işlərin görülməsini nəzərdə tutmuşdur [7].
Nəticəyə gəlmək olur ki, bu gün Azərbaycanın xarici siyasət strategiyasının prioritetlərindən biri olan diaspor siyasətində və lobbiçilik işində gənclərin fəaliyyətinin həcmi xüsusi çəkiyə malikdir. Bunun üçün də xaricdə yaşayan, işləyən və təhsil alan gənc soydaşlarımızın həmrəyliyinin təmin edilməsi və onların yaratdıqları qeyri-hökumət gənclər təşkilatlarının fəaliyyətinin və iş birliyinin dəstəklənməsi üçün strateji fəaliyyət konsepsiyasının və xüsusi proqramların hazırlanması, mütəmadi kütləvi tədbirlərin keçirilməsi zəruridir. Xalqlar arasında əlaqələrin daha da gücləndirilməsi, Azərbaycan mədəniyyətinin dünyada təbliği, Azərbaycan ilə xarici ölkələrin müvafiq qurumları arasında əməkdaşlıq və digər perspektivlər ilə bağlı işlər bundan sonra da xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclərin təşkilatlarının əsas hədəfi olmalıdır. Dövlət başçısı düzgün olaraq hesab edir ki, hər bir müstəqil dövlətin beynəlxalq nüfuz və qüdrəti onun ölkə hüdudlarından kənarda formalaşdırdığı diasporun, lobbinin fəaliyyət imkanlarının səviyyəsi ilə ölçülür.
ƏDƏBİYYAT
1. Azərbaycan və Türk Diaspor Təşkilatlarının Birgə Fəaliyyət Strategiyası, Bakı: 2007, 27 s.
2. Azərbaycan diaspor təşkilatları http://diaspora.gov.az/index.php?options=content&id=87
3. Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər), Bakı: Gənclər siyasəti ilə bağlı normativ hüquqi sənədlər toplusu, 2009, 373 s.
4. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı. http://gencler2011-2015.az/pdf/dovlet%20proqrami.pdf
5. "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamı http://files.preslib.az/site/diaspora/gl2.pdf
6. “Gənclər Siyasəti” Haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Gənclər siyasəti ilə bağlı normativ hüquqi sənədlər toplusu, 2009, 373 s.
7. “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”.
http://www.president.az/articles/14132
8. Новое время. -2016. - 12 июля. - С.5.
http://anl.az/down/meqale/novo_vremya/2016/iyul/498866.htm
Ключевые слова: Азербайджан, молодежная политика, внешняя политика, международная деятельность молодежи, международное сотрудничество
Keywords: Azerbaijan, youth policy, foreign policy, international activity of youth, international cooperation
РЕЗЮМЕ
В системе современных международных отношений одним из приоритетных направлений внешней политики стран является создание диаспоры, работа и сотрудничество с диаспорой. В этой статье анализируется роль и место общественных организаций азербайджанской молодежи как одной из основных субъектов лоббистской деятельности азербайджанской диаспоры в разных странах мира. Автор подчеркивает важность активного привлечения молодежи в область внешней политики и поддержки общественных организаций молодежи в защите наших государственных интересов в зарубежных странах и на международных мероприятиях, в продвижении нашего исторического и культурного наследия, в развитии взаимопонимания и сотрудничества между государствами.
SUMMARY
In the system of modern international relations, one of the priority directions of the foreign policy of the countries is the creation of a diaspora, work and cooperation with the diaspora.
This article analyzes the role and place of the public organizations of Azerbaijani youth as one of the main subjects of the lobbying activity of the Azerbaijani diaspora in different countries of the world. The author emphasizes the importance of active involvement of youth in foreign policy and support of youth NGOs in protecting our state interests in foreign countries and at international events, promoting our historical and cultural heritage, developing mutual understanding and cooperation between the states.
"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM