Həmİdova Mehrİban,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu,
kiçik elmi işçi
Müasir Azərbaycan cəmiyyətində din və onun rolu haqqında təsəvvürlər dəyişir. Bu heç də təsadüfi bir hal deyil. Bir tərəfdən insanlar dinə yaxınlaşır, o biri tərəfdən isə dindən uzaqlaşırlar. Öncəliklə demokratiya, ədalət, eləcə də dini etiqad məsələləri mühüm rol oynayır. Digər bir tərəfdən isə, müasir elm cəmiyyəti din barəsində narahat edən suallara cavab verə bilmir. İslam müasir dövlətin yaradılması üçün maneə deyildir. Onu da nəzərə almaq vacibdir ki, müsəlman hüququna özlüyündə Qurana gedib çıxan həm mütləq və universal, həm də özülüyündə cəmiyyətdə, onun forma və strukturlarında baş verən dəyişiklikləri əks etdirən sosial prinsiplər daxildir. Qarşımızda Azərbaycan müsəlmanlarına islamı dərindən, təhrifsiz və səhv məlumatlar vermədən anlatmaq kimi bir məsuliyyətli vəzifə durur.
Azərbaycanın qlobal dünya iqtisadiyyatına inteqrasiyası prosesi, sosial-iqtisadi göstəricilərin sabit iqtisadi artımı, cəmiyyətdə yeni münasibətlərin inkişafı qadınlara və kişilərə ictimai həyatda bərabər iştirak imkanının verilməsi şərtilə qadınların sosial fəaliyyətin bütün növlərinə cəlb olunmasını tələb edir. Heç də təsadüfi deyil ki, bu gün qadın davranışının təfəkkür və fəaliyyətdə sərbəstliklə səciyyələnən yeni bir tipi əmələ gəlir və inkişaf edir. Müasir qadın üçün ən əhəmiyyətli problemlərdən biri onun öz yeri və təyinatını, özünün cəmiyyətdə yeni peşəkar fəaliyyətinə münasibəti təkcə ailədə deyil, eləcə də cəmiyyətdə axtarıb tapmasıdır. Qadınların keyfiyyətləri, onların dəyər oriyentasiyaları qadınların çoxsaylı problemlərinin həllini fəal tələb edən Azərbaycan qadınının yeni statusunu yaratmışdır. Bu gün gender bərabərliyi bizim ölkəmizin inkişafı çərçivəsində ən prioritet istiqamətlərdən biri sayılır [7].
Müasir şəraitdə Azərbaycanda qadınların yüksək şəxsiyyət fəallığı həm ailəyə, həm də orada qadının roluna münasibətin xarakterini dəyişir. Qadınların rol davranışının cəmiyyətimizin həm mədəni, həm də tarixi inkişaf spesifikasında dərin kökləri ilə bərabər, ailə münasibətlərində həm yeni baxışlar, həm də yeni davranış modelləri təzahür etməyə başlayır. Azərbaycan müsəlman ölkələrinə aid edilir, lakin ateizmin uzunmüddətli hökmranlığı səbəbindən insanların əksəriyyəti islamın sosial müddəaları ilə yaxşı tanış deyillər, ona görə də çox vaxt Azərbaycan cəmiyyətinin hələ XIX əsrin sonlarında imtina etdiyi yanlış normalara əsaslanırlar. Təəssüflər olsun ki, bu gün cinslərin hüquqları, ailədə və nigah münasibətlərində qadına və onun roluna münasibət problemlərini yanlış anlaşılması və islam haqqında təhrif olunmuş məlumatlarla çox tez-tez rastlaşmaq olar [1].
İslam dini qadına yüksək mənəvi keyfiyyətlər aşılayır. Bütün bu mənəvi-əxlaqi dəyərlər müasir qloballaşma prosesində onun müsəlman obrazını saxlamağa kömək edir. İslamın məqsədi həm qadının, həm də kişinin rol aldığı bir cəmiyyətin qurulmasıdır. İslam hüququ qadına onun hüquqlarını tam gerçəkləşdirmək, onun qabiliyyət və potensialının açılması imkanını vermişdir. İslami dünyagörüşünə görə cəmiyyət qadınlar və kişilər arasında daim qarşılıqlı fəaliyyətin baş verdiyi vahid strukturdan ibarətdir. Quran və peyğəmbərin sünnəsi müsəlman cəmiyyətinin birliyini onun həyati vacib komponentlərində təsbit edir. Qadının da, kişinin də müsəlman cəmiyyətində öz dəyəri və əhəmiyyəti vardır.
Sovetlər Birliyinin süqutundan sonra müstəqillik əldə edən Azərbaycan Respublikası hələ 20-ci əsrin əvvəllərində cinslərin bərabər hüquqluğunun gerçəkləşdirilməsi ilə bağlı ənənələri davam etdirdi. Tarix şahiddir ki, Azərbaycan dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olmuşdur. Bütün bunlar Azərbaycan Demokratik Respublikasının dövründə baş verirdi. 20-ci əsr Azərbaycan qadınının həyatında başlayan yeni dövrün başlanğıcı sayıla bilər. Məhz 1918-ci ildə Azərbaycan müsəlman Şərqindəki ilk demokratik respublika kimi qadınlara seçmək və seçilmək hüququnu tanıdı. Bu bir çox qərb ölkələrində olduğundan daha tez baş verdi [3].
Bundan əvvəl isə müsəlman qadınlara seçki hüquqlarının verilməsi baş tutmuşdu. Bərabərhüquqluluq ənənəsi 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra da davam etdi. Müasir Azərbaycanda da, əhalisi islama etiqad edən bir çox ölkələrdə olduğu kimi elə debatlara rast gəlinir ki, burada da qadının statusu, hüquqları və öhdəliklərinə baxış dünyəvi və dini dairələrin mövqeləri arasında özünəməxsus suayrıcı qismində ortaya qoyulur. İslamda və müsəlman cəmiyyətində qadının statusu haqqında məsələ yeni olmasa da, hələ birdəfəlik həllini tapmayıb. Bu mövqelərin tarixi-mədəni əsaslarını nəzərdən keçirərkən aydın olur ki, hər iki halda konseptual cəhətdən əhəmiyyətli olan daxili fikir ayrılıqları mövcuddur. Onların kökləri inzibati strukturun tarixi ilə bağlıdır. Zamanında orta əsrlər islam qaydalarının saxlanmasının güclü mühafizəkar əhval-ruhiyyəli kütləsi deyilən məsələyə qarşı çıxırdı. Əgər birinci halda söhbət müsəlman qadınlarının Avropada qəbul olunmuş qaydalar üzrə emansipasiyasından gedirdisə, ikinci halda gündəlikdə qadının ailədə, daha sonra cəmiyyətdə məzlum vəziyyətdən çıxarılması məsələsi dururdu [4.56].
Bu məsələnin günümüzdə nəyə görə aktuallaşdığının dərki iki əsas faktorun vəhdətindədir. Birinci fakt ondan ibarətdir ki, ailənin müsəlman həyatı üsuli-qaydasının mənəvi-etik dəyərlərinin istehsalının baza özəyi kimi fəaliyyət göstərməsi ənənəvi olaraq bütün müsəlmanlar üçün əziz olan Məhəmməd peyğəmbərin adı, ona göndərilmiş və Quranda həkk olunmuş vəhylə bağlıdır [5]. Quran hər bir həyatın, Allahın yaratdığı insanın ali dəyərindən çıxış edir. O şəkildə ki, müsəlman ailə institutu müsəlman hüququ tərəfindən müəyyən olunmuşdu, o orta əsrləri yaşamış, yeni və ən yeni tarix dövrünə qədəm qoymuşdu. Hətta həyat şərtlərinin təsiri altında ənənəvi-patriarxal ailənin öz yerini müasir monoqam ailəyə verdiyi yerdə islami dəyər oriyentasiyalarının içərisində ailəyə və onun ənənələrinə sadiqlik, hər bir halda prioritet hesab olunur. Qadının bizim cəmiyyətimizdə vəziyyəti problematikası uzun bir müddətdir ki, aktual hesab olunur. Bu təkcə sosial-iqtisadi səbəblərin bütöv bir kompleksi ilə izah olunmur. Uzun müddət azərbaycanlı, xüsusilə də mədəni və sənaye mərkəzlərindən uzaq yaşayan qadınlar kütləsinə qədimdən qalma zehniyyət və ənənələr hakim idi. Onlar qadınlara dövlətdən alınmış hüquqlardan və onların gerçəkləşdirilməsi imkanlarından tam şəkildə bəhrələnməyə mane olurdular. 20-ci əsrin sonunda fəlsəfi, o cümlədən müsəlman fikrinin ümumi axarında mənəvi-mədəni irsin ayrı-ayrı komponentlərinə müraciət daha çox nəzərə çarpmağa başladı. Bu və ya digər ənənənin insan hüquqları sistemində qadın hüquqlarına müasir yanaşmaya yaxın olan ontoloji parametrlərdə daha sonrakı qavranılması üçün meydan açılırdı [1; 3].
Kişi və qadının bərabərhüquqluluğu prinsipinin qorunmasına – Quranın humanistik göstərişlərinə müraciət, müsəlman hüququnun qadına münasibətdə diskriminasiya xarakteri daşıyan orta əsr normalarına yenidən baxılması, islam sivilizasiyasının təşəkkülü və inkişafında islamın böyük qadınlarının xidmətləri haqqında xəbərləri ehtiva edən tarixi nümunələrə istinadlar, eləcə də qadına hörmətli münasibəti və anaya ehtiramı ilə seçilən islamdan əvvəlki Azərbaycan ailə və ailə münasibətləri mədəniyyətinə müraciət edirdilər. Quran insanlara çoxlu informasiya vermişdir. Bu öz əksini islamdan əvvəlki dövrdə yeni doğulmuş qız uşaqlarını torpağa diri-diri basdırmaq kimi adətin mühakimə olunmasında da göstərdi. İslamda doğulanın cinsi Allah tərəfindən müəyyən edilir və Onun iradəsini əks etdirir: “Göylərin və yerin hökmü Allaha məxsusdur, O, istədiyini yaradır, istədiyinə qadın, istədiyinə də kişi nəsli verir”. Bu fərqlərin öhdəsindən gəlmək, onlara qarşı çıxmaq cəhdləri İlahi alın yazısının pozulmasına bərabərdir. Əksinə, qızlarla Peyğəmbərin hədislərinin birinin də səsləndiyi kimi haqlı və ləyaqətli rəftar tam ölçüdə mükafatlandırılacaq: “Kimin ki, üç qızı var və o, onlara qayğı göstərəcək, yedizdirib-geyindirəcək, o, mütləq cənnəti qazanacaq” [6, s.56].
Qurana görə etiqad məsələlərində qadınlar və kişilər arasında fərq yoxdur. Hamı Allah qarşısında ibadət – dini borcun yerinə yetirilməsinə görə bərabər məsuliyyət daşıyır və mömin həyat tərzinə görə bərabər mükafat alır. Hüquqları və öhdəliklərinin nəzərə alınması şərtilə Quranda kişilərin və qadınların bərabərliyi prinsipi haqqında aşağıdakılar deyilir: “(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır [1, 1/222]. Qurani çağırış bütövlükdə həm müsəlman kişilərə, həm də müsəlman qadınlara aid olunur. Məlumdur ki, Mədinəyə köç edən sonra Peyğəmbər ilk müsəlmanların andını qəbul etmişdir; bir-birindən ayrıca həm kişilər, həm də qadınlar and içmişlər. Etiqadı, şərəfi və ləyaqətinə, evinə və mülkiyyətinə, onların gerçəkləşdirilməsi hüququ və imkanlarına aid olan hər bir şeydə qadın da, kişi də eyni dərəcədə müdafiə olunmuşlar.
“Müsəlman dini ilə tanış olmayan Avropa ictimaiyyəti, - deyə O.S.Lebedeva qeyd edirdi, - yanlış olaraq düşünür ki, islam qadını ictimai həyatdan çıxarır və onun kişi ilə eyni təhsil almasına imkan vermir. Bu zehniyyətlə nəinki mübarizə aparmaq, onu tamamilə aradan qaldırmaq lazımdır ki, çünki o Məhəmməd Peyğəmbərin Quranda ifadə olunan əsl təliminə ziddiyyət təşkil edir”. Gender əlamətinə görə hər bir insan üçün təhsil almağın vacibliyinə bir çox Qurani mətnlərdə rast gəlmək olar. İslam qadının iqtisadi hüquqlarını, hər şeydən öncə istər daşınmaz, istərsə də digər əmlak olsun, şəxsi mülkiyyət hüququnu öz himayəsinə götürmüşdür. Qadın bu hüququndan ərdə olub-olmamasından asılı olmayaraq istifadə edir. Qadının eyni ilə kişi kimi öz zəhməti ilə qazanmaq, mülkiyyətə sahib olmaq və onu idarə etmək, və nəhayət onu miras almaq haqqı var. Dönmədən vurğulanır ki, Peyğəmbərin zamanında qadınlar müsəlman icmasının – dövlətinin həyatında fəal iştirak edir, hərəkət etmə, ünsiyyət sərbəstliyinə malik idilər, öz hüquqlarından bəhrələnir və onları müdafiə edə bilirdilər. İslam ilkin olaraq nə hüquqi, nə də siyasi mənada qadını qeyri-bərabər şəraitdə qoymamışdır. İslamın dini-fəlsəfi sistem kimi plastikliyi sayəsində qadın haqqında müsəlman təlimini müasir demokratiya prinsiplərinə, ilk növbədə kişi və qadın bərabərliyinə uyğunlaşdırmaq imkanı vardır.
İslam və demokratiya xeyli dərəcədə bir-biri ilə təbii şəkildə üst-üstə düşür və uzlaşırlar, onlara bərabər dərəcədə dinamika və çeviklik xasdır, onlar özlüyündə universal dəyərləri müdafiə edərək və uyğun əsaslara yönlənərək müxtəlif cəmiyyətlərin şəraitinə asanlıqla daxil olub tez uyğunlaşa bilən ideyalar sistemindən ibarətdirlər. Lakin, mədəniyyətin ən mühafizəkar komponentlərindən biri olan ənənə də vardır ki, o da formal hüquqa gender problemlərini tez həll etməyə imkan vermir.
Bu zaman diqqət yetirmək lazımdır ki, bizə ən qədim dövrlərdən miras qalmış adət və qaydalar, eləcə də ənənələri zaman keçdikcə bizim ölkəmizin hər yerinə yayılmış mədəniyyətin əsasını təşkil etmişlər.
Azərbaycan cəmiyyətinin keçdiyi demokratik inkişaf yolu mürəkkəb olmuşdur. Biz burada Sovetlər Birliyinin hakimiyyəti dövrünə toxunmaya bilmərik. Müsəlmanlığın mənəvi-etik təlimində öz əksini tapmış, 14 əsr ərzində fəal şəkildə və təəssübkeşliklə yerinə yetirilmiş müsəlman əxlaqı normaları nə qədər unutdurulsa da, ifşa olunsa da, o qədər də böyük olmayan 70 illik bir dövr ərzində qadağan olunsa da təbii ki, izsiz yoxa çıxa bilməzdi. Elə bir dövr var idi ki, insanlar islam haqqında danışmağa belə qorxurdular [6, s.78].
İnsanlara verilən bu günkü imkanlara baxıldığında belə bir sual ortaya çıxır ki, biz bu yolda öz ənənələrimizi nə qədər qoruyub saxlaya bilmişik, yeni davranış modellərini necə qəbul etmişik. Bu günün azərbaycanlı qadınını nəzərdən keçirmək üçün onun bir çox yüzilliklər ərzində keçdiyi yola nəzər salmaq lazımdır.
Bu gün Azərbaycanda bir çox ailələrdə ənənəvi ər-arvad davranış modelinin modernizasiya formaları ilə sintezi baş verir ki, bunun da təhlili yeni tendensiyaların bizim cəmiyyətimizə daxil olma dərəcəsi barədə fikir yürütməyə imkan verir. Burada ailədə davranışın fərdi seçiminin məqamı da rol oynayır - həm o kəslər üçün ki, onlar ailədə yeni münasibətləri tam mənimsəməyə can atır, həm də o kəslər üçün ki, onlar ənənəvi ailə tərzinin saxlanması tərəfdarıdırlar. Cəmiyyətin və onun mədəniyyətinin ənənəvi dəyərlərinin dəyişdirilməsi istiqamətində dinamik inkişafına baxmayaraq xüsusi vurğu hələ də oturuşmuş həyat tərzi normalarının və qadının rəftarının saxlanmasına edilir.
Bu günkü gün üçün bizim cəmiyyətimizdə ənənəvi əhval - ruhiyyəyə malik qadınların nümayəndələri vardır. Onlar şəriətin tələblərinə ciddi şəkildə əməl edir, gündə beş vaxt namaz qılır, oruc tutur, müsəlman paltarında gəzir, ancaq bununla belə həyata, xüsusən böyüyən gəncliyə münasibətdə çox da dünyəvi bir plan qururlar. Öz uşaqlarına yalnız Quran, ərəb dili, dinin əsaslarını tədris etməklə kifayətlənməyərək, onlardan bir çox sahələrdə ləyaqətli mütəxəssislər yetişdirməyə can atırlar. Beləliklə aydın olur ki, bu gün üçün müasir Azərbaycan cəmiyyətində öz müsəlman identikliyini saxlamaqla bərabər eyni zamanda müasir sivilizasiyaya yiyələnən qadınlar da vardır. Göründüyü kimi bu qadınlar, xeyli dərəcədə özlərinin təbii təyinatını - ana olmaq və ləyaqətlə öz övladlarına tərbiyə vermək və ailə ocağını qorumağı da unutmamağa çalışırlar. Bəzən belə bir təəssürat yaranır ki, əslində hər bir qadın özünə mənəvi səviyyədə yaxın olan hərəkəti seçir, lakin hərdən məcburi seçimlər də olur. Bu gün cəmiyyətimizdə sayı heç də az olmayan başı bağlı qadınlara rast gəlmək olar. Bir çox müasir qızlar üçün yaylıq təkcə yad baxışlardan gizlənmək vasitəsi kimi deyil, eləcə də onların öz fərdiliyinin müəyyən müdafiəsi kimi çıxış edir. Qızların çoxu bunu psixoloji arxayınçılıq adlandırır, çünki örtüyün olmaması onlar üçün çılpaqlığa bərabərdir. Bir neçə il öncə mənim tərəfimdən şəxsiyyətin cinsi identifikasiyası üzrə tədqiqat aparılmışdır ki, bunun da gedişində əhalimizin başı bağlı qızlarının içərisində xeyli maraqlı seçmələr aşkar edilmişdi. Başıbağlı qızlar özlərini xeyli dərəcədə sırf maskulin keyfiyyətlərlə - kişilik, cəsarət kimi keyfiyyətlərlə və daha xoşbəxt qiymətləndirmişdilər. Bu günkü gün üçün örtük gəzdirilməsi ilə əlaqədar bir neçə ideya irəli sürülür ki, bununla da müasir müsəlman qadınının həyat tərzini onun qərb variantına alternativ olan bir növ modernist layihə kimi nəzərdən keçirmək olar. Müasir müsəlman və Qərb qadınları estetika haqqında müxtəlif təsəvvürlərə malikdirlər, əgər Qərbdə qadınlığın geyimin və bədənin xarici görünüşünə qayğı vasitəsilə təqdim olunması yayılmışdırsa, müsəlman qadınlar üçün öz bədənini hicab altında örtmək daha vacibdir ki, bununla da onlar toxunulmaz bədəni xarici estetik qavrayış predmeti olan digər bədənə qarşı qoyurlar. Müasir Azərbaycan qızlarının müəyyən hissəsi başlarını, yeri gəlmişkən geniş yayılmaqda olan müsəlman modasına riayət edərək bağlayırlar. Cəmiyyətdə qadınların fəaliyyəti üçün yeni imkan və perspektivlərin qəbulu ilə yanaşı qadının həm nəslin davam etməsi, həm də analıq funksiyası ilə bağlı öhdəlikləri kimi əsas təbii - bioloji roluna diqqət yetirmək lazımdır. Qadının ən mühüm sosial rolları - analıq və peşəkar fəaliyyəti ilə bağlı diskussiya xüsusi maraq kəsb edir. Müasir dövrdə peşəkar fəaliyyətin və analığın ahəngdar uyğunlaşdırılması vəzifəsi qarşıya çıxmışdır. Axı bütün ehtiyaclarla bərabər ananın rolu qadın üçün hələ də baş, ən yaxşı peşə hesab olunur. Məhz burada özünün təbiət tərəfindən müəyyən olunmuş rolunda qadın əslində olduğu kimi qalır.
Bu barədə islam fəlsəfəsi mütəfəkkirlərinin ideyaları məlumdur. Həyat fəlsəfəsinin islam interpretasiyası, varlığın dini-fəlsəfi konsepsiyası çərçivəsində analıq - qadın mənbəyinin yaradılışın əsası olması haqqında ideyalar müxtəlif variasiyalarda bu görüşlərin əksəriyyətindən keçir. İslam qadını ucaltmış, ana obrazını müqəddəsləşdirmiş ilk dindir. İslam təkcə din deyil, müsəlmanlar üçün o həm də həyat tərzi, əxlaq və hüquq sistemidir. Peyğəmbərin "Cənnət anaların ayaqları altındadır" kəlamı geniş kütlələr tərəfindən müsəlman hüququ sistemində təsbit olunmuş əxlaq kodeksi kimi qəbul olunur.
Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Onlar hüquq-mühafizə orqanlarında, idarəçilik orqanlarında və ədliyyədə təmsil olunmuşlar. Onlar biznes fəaliyyəti ilə məşğul olur, siyasi və ictimai proseslərdə iştirak edirlər. Qadınlar ictimai-siyasi fəaliyyət sahəsində bir çox uğurlar əldə etmişlər. 2011-ci ildə bələdiyyə orqanlarına seçilmiş qadınların sayı 2004-cü ilin göstəriciləri ilə müqayisədə yeddi dəfə artmışdır. Hazırda qadınlar dövlət məmurlarının və elmi işçilərin yarısını təşkil edir. Həkimlərin və müəllimlərin əksəriyyəti qadınlardır. Bizim ölkədə beş ildə bir dəfə qadınların cəmiyyətdə rolunu və mövqeyini müzakirə etmək üçün ümumrespublika forumu keçirilir. Bütün bu nailiyyətlər pozitiv və nikbin gələcəyin göstəriciləridirlər [7]. Bütövlükdə gender münasibətləri hələ də keçid, yeni və köhnə dəyər normalarının nisbəti, bir-birinə keçməsi, bəzən də mübarizəsi dövrünü yaşayır. Keçid dövrünün təyinatı da elə ondadır ki, cəmiyyət və ayrıca insan onları öz həyat tərzinin təməli, daim mürəkkəbləşən müasir dünyada hər bir fəaliyyət üçün oriyentir kimi qəbul edə bilsinlər. Müsəlman Şərqi ölkələri içərisində Azərbaycan Respublikası qadının ər-arvadın bərabərhüquqluluğuna əsaslanan müasir tipli monoqam ailənin yaradılmasına xidmət edən ailə və sosial statusunun yüksəldilməsi üzrə qabaqcıl göstəricilər nümayiş etdirir. Burada Azərbaycan və müsəlman fəlsəfi fikrinin bir çox nəsillərinin nümayəndələrinin şəksiz xidməti vardır. Onlar birgə səylərlə mərhələ-mərhələ azərbaycanlı qadının ailədə, sonra isə cəmiyyətdə məzlum vəziyyətdən çıxarılması haqqında məsələnin nəzəri qoyuluşundan başlayaraq irəliləmişlər. Qadına - müsəlman qadınına, onun ailədə və daha sonra cəmiyyətdə roluna yeni baxışların yaranması üçün çoxlu səylər göstərilmişdir. Genderin müasir imperativləri həm qadınların, həm də kişilərin bərabər, qarşılıqlı əlaqəli inkişafını tələb edir, çünki məhz məcmu halında onlar bir-birinin ən dəyərli keyfiyyətlərini mənimsəyə və inkişaf etdirə, demokratik cəmiyyətin ən mühüm atributu kimi əsl gender bərabərhüquqluluğu dünyasını qura bilərlər.
Гамидова Мехрибан Рафик гызы
Гендерные аспекты Ислама и модернизации в Азербайджане
Обращение к исламу, его духовно – нравственным и эстетическим ценностям нередко сопутствует стремление ряда женщин отстоять мусульманскую идентичность. Они стремятся не забывать о своем природном предназначении, быть хранительницами семейного очага, верными женами и матерьми, достойно воспитывающих своих детей. Вместе с тем они выступают за право на образование современного типа. Ислам не является препятствием для создания современного государства. Повышенная личностная активность женщин в Азербайджане растет, наряду с этим следует отметить, что ролевое поведение женщин имеет глубокие корни, как в культурной, религиозной и исторической специфике нашего общества. Сегодня происходит синтез традиционной модели поведения женщины, с модернизационными формами, анализ которого позволяет судить о степени проникновения новых тенденций в наше общество.
Hamidova Mekhriban Rafig
Gender aspects of Islam and modernization in Azerbaijan
The appeal to Islam, its spiritually – moral and esthetic values quite often accompanies the aspiration of a number of women to defend Muslim identity. They seek not to forget about the natural mission, to be keepers of the family center, faithful wives and mothers who adequately bringing up their children. At the same time they support the right for education of modern type. Islam isn't an obstacle for creation of the modern state. The increased personal activity of women grows in Azerbaijan, along with that, it should be noted that the role behavior of women has deep roots, as in cultural, religious and historical specifics of our society. Today there is a synthesis of traditional model of behavior of the woman, to the modernization forms which analysis allows to judge extent of penetration of new tendencies in our society.
ədəbİyyat:
1. Ислам и женщина в Современной Турции.-Кютюкчу Мустафа.2011г.
2. Гамидова Мехрибан. Некоторые аспекты современного положения женщины в Азербайджане
3.Проблемы женщины в духовной культу Азербайджана .Л.Мовсумова1996г.
4.Принципы Ислама. Абу ал- Аала ал- Маудуди 1993г.
5. Qurani - Kərim (Azərbaycan dilinə tərcüməsi ilə) tər: Qənioğlu M., Bilal oğlu T. Bakı: Göytürk, 2000, 604 s.
6.Həmidullah M. İslama giriş. Bakı: Göytürk, 2000, 224 s.
7.İsmayılov G. İslamda kişi – qadın bərabərliyi, yaxud gender probleminə dini baxış// Dövlət və din. İctimai fikir toplusu. Azərbaycan Respublikası DQİDK. Bakı: Mart 2000, 117-123 s.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM