Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil mətbuatın əsaslarını şərtləndirən amillər

09:39 / 04.12.2018

Şərəf Məmmədova
Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dissertantı

Milli-siyasi birliyə çağrış Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycan milli mətbuatının başlıca şüarına çevrilmişdi. Bu zaman Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə özünün ən yüksək həddinə çatmışdı və 20-ci yüzilliyin ikinci on illiyinin əvvəllərindən daha kəskin şəkildə özünü büruzə verirdi.
Gənc tədqiqatçı S.Xalidoğlu Azərbaycan Xalq Cümhuriyyətinə gedən yolun məhz bu dövrdən keçməsini vurğulayaraq yazır: “Cümhuriyyətimizin elmi, nəzəri və ideoloji konsepsiyası bu zaman kəsiyində və həm də mətbuat səhifələrində yaranmış, formalaşmış” (4, s.6). Həmin dövrdə mətbuatda millilik, millətçilik, türkçülük məsələləri ciddi şəkildə təbliğ edildiyi üçün “məhz bu amil istiqlala- Azərbaycan Xalq Cümhuriyyətinə gedən yolda ilk addım kimi dəyərlədirilməlidir” (4, s.182).
Azərbaycan xalqının milli müstəqilliyini heç çürə qəbul emək istəmiyən çar hökuməti buna mane olmaq, xalqı müstəmləkə əsarətində saxlamaq üçün milli şüurun, milli mədəniyyətin inkişafına ağır zərbə vururdu. Bu özünü əsasən mətbuat, maarif, mədəniyyət sahəsində əks etdirirdi. “Mətbuatın mühüm milli qüvvələrdən biri” (3, s. 40) olduğunu dərk edən çar senzurası bu sahələrə, xüsusən də milli mətbuatın inkişafına qənim kəsilmişdir.
Görkəmli nəzəriyyəçi alim f.e.d. prof. C.Məmmədli çox düz olaraq qeyd edir ki: “Mətbuatımızın söz azadlığı barədə bəxti uzun müddət gətirməyib”. Azad mətbuatın cəmiyyətdə böyük əhəmiyyət kəsb etdiyini dərk edən klassiklərimiz əsrlərlə qanlı-qadalı mübarizələr apararaq ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə buna nail oldular.
“Azərbaycan Xalq Cümhuriyyəti yaranana qədər çar Rusiyası tərkibində olan Azərbaycanda mətbuat azadlığı yox idi” (1, s.70). Demokratik prinsiplər üzərində bərqərar olunan Azərbaycan Xalq Cümhuriyyəti müstəqil və azad mətbuatın zəruriliyini anlayaraq bu sahədə çox mühüm addımlar atdı. Yeni qurulan demokratik hökumət dövlətçilik ənənələrini möhkəmləndirmək, ölkənin ictimai, siyasi, mədəni, iqtisadi inkişafını təmin etmək üçün fəaliyyətə başladığı ilk gündən ölkədə bir sıra demokratik islahatlar aparmağa başladı. Heç də təsadüfü deyil ki, AXC-nin bu dövrünü xalqımızın ictimai-siyasi həyatında “əsaslı tərəqqi dövrü” də adlandırırlar. Daha çox mətbuat, elm, maarif sahəsinə şamil edilən islahatlar mədəni həyatımızda bir çox ilklərə yol açdı, ciddi naliyyətlər əldə etməyimizə səbəb oldu.
“Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 -ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olundu” (1, s.71). Senzuranın ləğvi ölkədə azad, müstəqil və peşəkar mətbuatın inkişafına yol açdı.
“O, millət o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun” (3, s. 40) söyləyən milli-azadlıq mücadiləmizin ideoloqlarından biri M.Ə. Rəsulzadə və onun məsləkdaşları Azərbaycan jurnalistikasının inkişafı üçün hüquqi bazanın yaradılması istiqamətində mühüm işlər gördülər.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid arxiv sənədləri ilə tanış olarkən aydın olur ki, hökumət imətbuat işinə son dərəcə həssas yanaşaraq, siyasətində ona xüsusi əhəmiyyət verib. Bunu mətbuatla bağlı parlametdə gedən gərgin müzakirə və mübahisələri tam reallığı ilə özündə əks etdirən parlamet materiallarından, dövrü mətbuatın səhifələrindən də görmək mümkündür. “Mətbuata dair verilən əmr və göstərişlərin, qanun və qərarların geniş məsələlərə toxunması aparılan işin ciddiliyindən xəbər verirdi” (2,s.48). Odur ki, Azərbaycan Hökuməti və Parlamenti tərəfindən bu sahədə qəbul edilən qəraralar, qanunlar ölkə də azad mətbuatın inkişafına böyük təkan verdi. Bu gün həmin dövrün mətbuatı ilə tanış olarkən belə bir qənaətə gəlirik ki “Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu həm keyfiyyət, həm də kəmiyyət baxımından da özünü büruzə verdi” (1, s.67).
Yeni qurulan hökumət ölkədə mətbuatın, nəşriyyatların işini dövrün tələbləri səviyyəsində qurmaq və nizamlamaq üçün Palamentin “1919-cu il 30 oktyabr tarixli qərarı ilə “Mətbuat haqqında nizamnamə”ni qəbul etdi. “Siyasi-hüquqi və sosial mədəni əhəmiyyətinə görə, xüsusi diqqət çəkən” (2, s.48) “Nizamnamə” ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən ilk qanunverici akt olmaqla yanaşı həm də “milli demokratik mətbuatımıza dair milli demokratik dövlətimizin ilk rəsmi hüquqi sənədi idi” (2, s.56).
1919-cu ilin 30 oktyabrında Parlament iclasında qəbul olunan “Mətbuat haqqında nizamnamə” iki hissədən (birinci hissə 20 bənd, ikinci hissə 3 bənd) ibarətdir. Parlametdə uzun sürən müzakirələrdən, mübahisələrdən sonra qəbul olunan “Nizamnamə”nin Azərbaycan mətbuatı tarixindəki rolunu və yerini yüksək dəyərləndirən mətbuat tarixçilərimizin əsasən fikirləri budur ki: “ölkəmizdə mətbuatın fəaliyyətini tənzimləyən ilk qanunverici akt olan bu “Nizamnamə” ölkənin informasiya məkanının yad təsirlərdən qorunmasına, ölkədə normal KİV sisteminin yaradılmasına, formalaşmasına yönəldilən bir sənəd oldu” (2, s.54).
Qabaqcıl Avropa ölkələrinin hüquqi standartlarına uyğun olan “Nizamnamə” ölkə mətbuatımızı məsuliyyətsiz çıxışlardan, pərakəndəlikdən, qeyri-sabitlikdən və qeyri-peşəkarlıqdan uzaqlaşdırmağa istiqamətləndirdi və qismən də olsa buna nail oldu.Qismən ona görə qeyd edirik ki, 1918-1920-ci illərdə Azərbaycan Demokratik hökuməti ilə müxalifətdə olan mətbuat “içərisində ən fəali və güclüsü bolşevik mətbuatı idi” (1, s.71). Onlar Rusiya bolşeviklərinin maddi dəstəyi ilə ölkədə demokratik hökumətimizə qarşı ideoloji mübarizə aparırdılar. 1918-1920-ci illərdə bolşevik mətbuatının ən fəal nümayəndəsi olan Əliheydər Qarayev rus və azərbaycan dilində çap olunan bir necə mətbu orqanına rəhbərlik edib. Həmin mətbu orqanları əks təbliğat apararaq xalqı gənc demokratik hökumətə qarşı mübarizəyə səsləyirdi. Tədqiqat əsərlərindən aydın olur ki: “Bu dövrdə Bakıda bolşeviklərin 40-dan çox qəzet və jurnalı demokratik respublikanın əlehinə fəaliyyət göstərib (2, s.55). Onların bu fəaliyyəti bir daha təsdiq edir ki, ölkədə həqiqətən söz, mətbuat azadlığı olub.
Ölkəmizdə azad mətbuatın fəaliyyətində, inkişafında mühüm rol oynayan bu “Nizamnamə”nin qəbul olunması Azərbaycanda informasiya agetliyinin də yaradılmasına səbəb oldu. Azərbaycan Teleqraf Agentliyi Azərbaycan Xalq Cümhuriyyətinin “1919-cu il 3 mart tarixli qərarı ilə yaradılmışdır” (1, s.181). Ölkənin ilk agentliyi əvvəlcə Maarif Nazirliyində fəaliyyətə başlayıb. “Sonra Poçt və Teleqraf Nazirliyi yanında fəaliyyət göstərən agentlik 1919-cu ilin avqustundan müstəqil olaraq fəaliyyətini davam etdirib” (1, s.181). 1920-ci ilin fevralın 2-də hökumət “poçt və teleqraf nazirinin təqdimatı ilə Azərbaycan Teleqraf Agentliyinin yaradılması haqqında yeni qərar qəbul edir” (1, s.181). Görülən bu işlərdən sonra “AZƏRTAc 1920-ci il martın 1-dən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası yanında müstəqil quruma çevrilir” (1, s.181) və 1920-ci ilin 28 aprel işğalına kimi fəaliyyətini davam etdirir.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Parlamentinin mətbuatla bağlı həyata gecirdiyi islahatlar, gördüyü işlər bir daha deməyə əsas verir ki, hökumət mətbuata hər zaman qayğı və sevgi ilə yanaşıb. Milli ruhlu mətbuat da bu zaman ölkənin siyasi, ictimai, mədəni və iqtisadi həyatını tam dolğunluğu ilə obyektiv şəkildə əks etdirib. Buna daha çox “Azərbaycan”, “İstiqlal”, “Bəsirət”, “Qurtuluş yolu”, “Əfkari-mütəllim”, “Şeypur” və “Zənbur” mətbu orqanlarında rast gəlmək olur. İqtisad, siyasi, mədəni məsələlərə həsr edilən müxtəlif janrda olan bu yazılarda ölkənin hər sahəsinə müdaxilə edilmiş, sağlam, obyektiv fikirlər, rəylər söylənilmiş, problemlərin həlli yolları göstərilmişdi. Deməli mətbuat ölkənin bütün həyatını tam dolğunluğu ilə əks etdirməyə çan atmış və demokratik ideyaların təbliğinə istqamətləndirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli mətbuatın inkişafına təkan verən amillərdən biri də hökumətin “1918-ci il 27 iyun tarixli qərarına” (1, s.139) əsasən, Azərbaycan türk dilinin bütün ölkə ərazisində dövlət dili elan edilməsi oldu. Bu illərdə Bakıda müxtəlif dillərdə, əsasən rus, erməni, fars dillərində qəzet və jurnallar da fəaliyyətdə idi. Çox təəssüf ki, onların əksəriyyəti Milli Hökumətə qarşı çıxan qüvvələrin mənafeyini müdafiə edirdilər.
Bu illərdə çap olunan mətbu orqanlarını tədqiqatçı alim Q.Dünyamin qızı istiqamətinə görə aşağıdakı kimi quruplaşdırır:
1) Demokratik və ya mütərəqqi mətbuat.
2) Liberal mətbuat.
3) Mühafizəkar mətbuat (2, s.21).
Onu da qeyd etmək lazımdır ki, istər milli-demokratik, istərsə də bolşevik mətbuatının böyük əksəriyyəti janrından asılı olmayaraq ictimai-siyasi məzmun daşıyırdı. Sovet dövrü tədqiqatlarında isə bu dövrün mətbuatı bir ideologiyaya uyğun-bolşevik, sosialist və nəhayət kommunist ideologiyasına uyğun tədqiqata cəlb edilib.
Bir çox ilklərə imza atan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə azad, müstəqil mətbuatın bünövrəsini qoymaqla cəmiyyətdə sosial ədaləti təmin etdi. Bu isə ölkəmizdə milli şüurun, milli özünüdərkin siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynadı. Odur ki, bu gün KİV-z zəngin və böyük tarixə malik olan milli mətbuatımızın müsbət xüsusiyyətlərdən bəhrələnməli və onu davam etdirməlidir.

Ədəbİyyat
1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, iki ciliddə, I cild. “Bakı: “Lider nəşriyyatı”, 2004
2. Qərənfil Dünyaminqızı. Cümhuriyyət dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər). Bakı: “Elm”, 2011
3. Rəsulzadə M.Ə. Əsərləri. II cild (1909-1914). İkinci nəşri. Bakı: “Təhsil”, 2014
4. Samir Xalidoğlu. I Dünya müharibəsi illərində Azərbaycan mətbuatı (1914-may 1918). Baki: “Qanun”, 2018

Ключевые слова: историк, неследовонние, литературный процесс, политическая среда, независимость

Key words: Literary process, critique historian, sosial contact, independence

Pезюме
Перелистывая периодическую печать, которая действовала в 1918-1920-х годах, становится ясно, что Азербайджанская Народная Республика сосдавалась в очень сложной и трудной обстановке. Журналистика периода АДР по идейно-политическому положению в себе два основных направления: 1-национально-демократическая печать, которая несла, распространяла и пропагандировала демократические идей; 2-большевистская печать, которая искусственно раздувала социальные пропагандировала вредную идеологию, хотела разьединить народ и создать противостояние. Естественно, журналистика период АДР в связи со сложной историической обстановкой имела несколько функций и многогранную деятельность.

Summary
While listing the periodical press activity during 1918-1920 years becomes clear that. The Azerbaijan Peoples Republic created in a very complicated and difficult situation. Azerbaijan Peoples Republic periodical journalize showed two main principles for its idea-political position. Teh national demjcratic press carrying, spreading and propagating the peoples ideas was the Bolshevik press which overstayed the social problems artificially breaking people, created counteraction and broke the national unity as the class struggle. Naturally, that the Peoples Republic periodical journalism had the multifunctional activity circle depending on complicated of its historical situation. The Peoples Republic periodical journalism Stood in a Leading position during the national state construction process.

 

 

"GEOSTRATEGİYA" jurnalı №05 (47) SENTYABR-OKTYABR 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM