Dünya mediasının gündəmini yeni aktual mövzu zəbt edib. Ankara Suriyada növbəti hərbi əməliyyat keçirəcəyini bəyan edib. Bu informasiya ölkə başçısı səviyyəsində yayıldığından, həqiqət olduğuna şübhə yoxdur. R.T.Ərdoğan siyasi lider kimi sözünün üstündə duran və onu tam reallaşdıran şəxs olaraq tanınır. Digər tərəfdən, belə ciddi məsələ haqqında məlumatı əsas olmadan yaymazlar. Bunun nəticəsidir ki, Qərbdə və Rusiyada məsələ ciddi reaksiya yaradıb. Vaşinqton dərhal etirazını bildirib. Moskva isə loyaldır. Hiss olunur ki, Kreml Türkiyənin öz təhlükəsizliyini təmin etmək haqqını daha yaxşı anlayır. Ekspertlər proseslərin bu istiqamətdə inkişaf edəcəyi halda, hansı geosiyasi faktorların önə cıxa biləcəyini proqnozlaşdırmağa çalışırlar. Bu konktestdə məsələnin üzərində geniş dayanmağa zərurət gördük.
Ərdoğanın siyasi xətti: türk dövlətçiliyinin gücləndirilməsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 12-də verdiyi bəyanat dünya mediası və ekspert dairələrində bomba kimi partladı. Ankara yaxın günlərdə Fərat çayının şərq sahilində genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını bəyan etdi. R.T.Ərdoğan bu əməliyyatın türk ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" (Əl-Bab) və "Zeytun budağı" (Afrin) antiterror əməliyyatlarının davamı olduğunu ifadə edib. Yəni, burada başlıca məqsəd Fəratın şərqində kök salmış terror qruplarıdır. Orada yerləşən ABŞ hərbi kontingenti ilə heç bir problem yoxdur.
Dövlət başçısının bu fikirlərini jurnalistlər və ekspertlər geniş şərh edirlər. Artıq məsələyə Amerikadan da reaksiya olub. Pentaqon və Dövlət Departamenti Türkiyənin təkbaşına hərbi əməliyyat keçirməsinə qarşı olduqlarını bəyan ediblər. Pentaqon sözçüsü konkret deyib ki, amerikan əsgərlərinin yaxınlığında olduğu hər hansı yerə hərbi zərbə olsa, bunu çox "qayğıverici hal" kimi qiymətləndirəcəklər.
Bu diplomatik ibarələr altında gizlənən həqiqət ondan ibarətdir ki, Vaşinqton Suriyada terror qruplarına dəstək verməyə davam etməkdə qərarlıdır və bundan regionun bir sıra dövlətlərinə qarşı istifadə etmək niyyətindən əl çəkməyib. Məsələnin məhz bu tərəfi geosiyasi aspektdə son dərəcə ciddi narahatlıq yaradır. Həm də bu, yalnız Türkiyəyə qarşı olan proses deyil. Suriya, İran, İraq və hətta Rusiya üçün təhlükələr meydana gəlib. Ekspertlər hesab edirlər ki, Sergey Lavrovun Soçidə Putin- Ərdoğan görüşündən sonra "əsas təhlükə Fəratın şərqindən yüksəlir" deməsi həmin mövqenin ifadəsidir.
Məsələ ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Danfordun "Vaşinqton Post" qəzetinə "YPG bölgəsində 35-40 min silahlının yerləşdirilməsi və təlim verilməsini proqnozlaşdırırıq" fikrini ifadə etməsi ilə daha da konkretləşdi (bax: İlk hedef Arap Bölgeleri… Resulayn’a TSK, Tal Abyad’a ÖSO yığınağı… / "Habertürk", 13 dekabr 2018). Ankarada olduğu kimi, Moskvada da hesab edirlər ki, bu, amerikalıların Suriyanın şimalında etnik faktor əsasında yeni dövlət yaratmaq cəhdindən başqa bir şey deyil. Təbii ki, ilk öncə bu prosesə Türkiyə müdaxilə etməlidir. Çünki birbaşa Türkiyə sərhədi yaxınlığında terror xislətli yeni bir dövlət yaratmağa çalışırlar ki, bu da cənub istiqamətdən ciddi təhlükələrdən xəbər verir. Nəzərə alınsa ki, Türkiyənin şimal sərhədləri yaxınlığında Ermənistan adlı terrorçu dövlət yaradılıb, İraqda bir sıra qruplar (məsələn, PKK) faktiki olaraq Türkiyə ilə müharibə aparır, onda Suriyanın şimalında baş verənlərə Ankaranın həssas yanaşmasının səbəbi aydın olar.
Bütün bunlar Türkiyənin Suriyada yeni hərbi əməliyyat keçirməsi üçün tam əsasının olduğunu təsdiq edir. Onu vurğulayaq ki, bir sıra dairələr bunu "türk-kürd qarşıdurması" kimi təqdim etməyə çalışırlar. Ancaq faktlar başqa reallığı göstərir. PYD Fəratın şərqindən 260 min kürdü sürgün edib. İndi onlar Türkiyəyə sığınıblar. Kürdlərlə yanaşı, ərəblər, türkmənlər və digər xalqlar da terroçuların təzyiqi ilə həmin bölgəni tərk ediblər. Deməli, Türkiyə etnik kimliklə deyil, terrorla mübarizə aparır və bunu özünün təhlükəsizliyini təmin etmək üçün edir. Bölgədəki əhali də Türkiyəni xilaskar kimi görür. Məsələn, əsas olaraq ərəblərin yaşadığı Tel-Abyad əhalisi Ankaranın xilaskarlığını səbirsizliklə gözləyir.
Bir neçə gün öncə Münbicdəki 11 əşirət rəhbəri bir araya gələrək Ankara ilə danışıqlar aparıb və terrordan xilas olmaq istədiklərini bəyan ediblər. Ancaq bölgədə Amerikanın maliyyə dəstəyi ilə terrorçularla birgə hərəkət edən əşirətlər də yox deyildir. Onlar əsasən ərəb, erməni və assuriyalılardır. Lakin həmin insanlar da hədəf yox, terrorun və yalançı təbliğat kampaniyasının qurbanlarıdır. Yerli əhalidən kimsə Türkiyə ordusunun hədəfi deyil.
Regional geosiyasət və böyük dövlətlər: Ankaranın planına münasibətlər
Beləliklə, yaxın günlərdə hərbi əməliyyatın başlaması ehtimalı yüksəkdir. Ankara planın başlıca məqamlarını da açıqlayıb. Əsas məqsəd PKK-nın düşərgəsi hesab olunan Qəndil bölgəsi ilə Suriyanın əlaqəsini kəsməkdir. Hazırda Qəndil-Sincar-Münbic xəttində "terror dəhlizi" yaradıblar. Bu dəhlizlə silah, ərzaq, informasiya əlaqələri saxlanılır. Yeni hərbi əməliyyatla bu xətt dağıdılır və təhlükəli planlara son qoyulur. Türk slahlı qüvvələri Suriyanın şimalını terrorçulara bağlayır, sonra Sincar xəttini kəsir və nəhayət, son hədəf olaraq Qəndili terrorçulardan təmizləyir. Bununla Türkiyənin şərq və cənub sərhədləri tamamilə terror təhlükəsindən xilas olur.
Əlbəttə, heç bir dövlətə ziyan verməyən və yalnız Türkiyənin dövlət olaraq təhlükəsizliyini təmin etməyə istiqamətlənmiş bir addımdır. BMT üzvü olan hər bir dövlətin belə hərəkət etməyə haqqı var. Lakin reallıqları nəzərə almaqla Ankaranın bu addımının mümkün geosiyasi nəticələri üzərində düşünmək gərəkdir. Hər kəsdən öncə, ekspertlər ABŞ-ın münasibətini proqnozlaşdırmağa çalışırlar. Yuxarıda vurğuladığımız kimi, Amerika hərbi dairələri və Dövlət Departamenti ciddi etirazını ifadə edib. Ancaq real olaraq Amerikanın hansısa müqavimət göstərməsi ehtimalı azdır.
Birincisi, Türkiyə ordusu heç bir amerikan əsgərinə yönəlik addım atmır. Onun hədəfi YPG/PKK-dır. Əgər amerikan əsgəri onların yanında duracaqsa, bu, artıq onların problemidir. İkincisi, Türkiyə NATO üzvü kimi hərbi sferada ABŞ-ın müttəfiqidir. Əgər Vaşinqton beynəlxalq hüquq norması çərçivəsində özünün qanuni müttəfiqinə qarşı hərəkət edəcəksə, yenə də məsuliyyəti öz üzərinə düşəcək. Üçüncüsü, İŞİD-lə mübarizə adı altında region dövlətləri üçün təhlükə olan yeni terror təşkilatı yaratmaq böyük bəşəri cinayətdir. Statistik məlumata görə, Amerikanın ən müasir silah-sursat, texnika ilə təmin etdiyi terrorçuların sayı 70 minə çatıb. Bu, orta səviyyəli ölkə üçün normal silahlı birləşmədir. Sual olunur: bu qədər güc nəyə lazımdır və kimlərə qarşı yönəldilib? Cavab, bizcə, aydındır.
Region dövlətlərinin bu əməliyyata necə münasibət göstərə biləcəyi də maraqlıdır. Proqnozlara görə, İran ciddi etiraz etməyəcək. Bunun öz səbəbləri var. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin də səsini çıxarma ehtimalı azdır. Ola bilsin ki, Misir sözdə nəsə desin, lakin ciddi müqavimətdən söhbət gedə bilməz. İsrail həmişə olduğu kimi, "səssiz qalır". İraqa gəldikdə, bu ölkə başının hayına qalıb və yaxşı anlayır ki, radikal əhval-ruhiyyəli kürdlər ona daimi baş ağrısıdır. Yaxın keçmişdə baş verənlər bunu bir daha təsdiqlədi. Bu səbəbdən Türkiyə həm də İraq üçün xilaskar rolunu oynayır.
Suriya hökumətinə gəldikdə isə... Bəşər Əsəd Türkiyəni sevməsə də, Amerika və Rusiyaya görə səsini çıxarmayacaq. Amerikanın regionda olmasını Dəməşq arzulamır. Digər səbəblərlə yanaşı, həm də ona görə ki, Vaşinqtonun dəstəklədiyi 70 min terroçu həm də Suriyanın torpaq bütünlüyünə təhlükədir. B.Əsəd ölkənin parçalanmasını istəmir. Rusiya faktoru da burada böyük rol oynayır. Çünki Suriyada qondarma yeni bir dövlətin yaranması dolayısı ilə Rusiyada yaşayan xalqları da oyada, həm də Yaxın Şərqdə Amerikanın mövqeyini daha da gücləndirə bilər.
Beləliklə, Türkiyə müasir tarixinin bəlkə də ən vacib hərbi əməliyyatlarından birini reallaşdırmaq qərarına gəlib. Burada iki məqam önəm daşıyır. Onlardan biri hərbi-təhlükəsizlik aspektidir. Ankara öz təhlükəsizliyini təmin etmək qüdrətində oluğunu dünyaya sübut etməlidir. Məlumdur ki, dünyada ancaq barmaqla sayılan ölkələr bu imkana malikdir. Xüsusilə söhbət supergüclərin maraqlarının toqquşduğu bir situasiyadan gedirsə, vəziyyət çox mürəkkəbdir.
İkinci məqam Türkiyənin siyasi-hərbi təsirini genişləndirmək iqtidarında olduğunu nümayiş etdirmək zərurəti ilə bağlıdır. Son yüz ildə siyasi dairələr Türkiyəyə barmaqarası baxırdılar. Artıq bu ədalətsiz və haqsız tendensiya Türkiyə rəhbərliyinin qətiyyəti və cəmiyyətin əzmi ilə sındırılır.Son dövrlərdə Türkiyə hərbi cəhətdən əsas olaraq öz daxili imkanları ilə inkişaf edir, dünya səviyyəsində yeni silahlar istehsal edə bildiyini sübuta yetirir. Növbəti mərhələdə Türkiyə dünyada söz sahiblərindən biri olduğunu təsdiqləmək amacındadır. Qardaş ölkəyə uğurlar olsun!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM