Generalların Bakı görüşü: Azərbaycan strateji dialoq platforması kimi

12:21 / 20.12.2018

NATO və Rusiyanın yüksək hərbi rəhbərliyinin qlobal təhlükəsizlik məsələlərini Azərbaycan paytaxtında müzakirə etməsi artıq adət halını alıb. NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun yenidən Bakıda bir araya gəlməsi bu səbəbdən normal qarşılandı. İki general dünya miqyasında özünü göstərən hərbi prosesləri müzakirə ediblər. Rusiya tərəfi NATO-ya aid qüvvələrin ölkə sərhədlərinə daha da yaxınlaşmasından narahatlığını ifadə edib. O cümlədən Ukrayna, Balkanlar və Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin yaratdığı risklər nəzərdən keçirilib. Ekspertlər belə bir vacib görüşün məhz Bakıda təşkil edilməsinin siyasi, geosiyasi və hərbi səbəblərini analiz edirlər. Ən dolğun qiymətləndirməni Azərbaycan Prezidenti İlham Əliyev verib. Dövlət başçısının vurğuladığı kontekst çərçivəsində Bakı görüşünün geosiyasi əhəmiyyəti üzərində bir qədər geniş dayanmağa ehtiyac gördük.

İkiillik təcrübə: generallar yenə Bakını seçdilər

Bakı üçüncü dəfədir ki, qlobal təhlükəsizliyin təmini üçün ciddi əhəmiyyəti olan bir görüşə evsahibliyi etdi. Dekabrın 12-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycan paytaxtında bir araya gəldilər. Bu formatda görüş 2017-ci ilin fevralından başlayıb. O vaxt V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford ilə müzakirələr aparmışdı. Həmin ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel ilə general V.Gerasimovun görüşü də Bakıda keçirilmişdi. 2018-ci ilin aprelində yenə də Bakıda V.Gerasimov-K.Skaparrotti görüşü baş tutmuşdu.

Artıq iki ildir ki, dünyanın iki böyük hərbi gücü yüksək səviyyədə müzakirələri Azərbaycan paytaxtında aparırlar. Bu, təsadüf ola bilməz. Adətən çox vacib danışıqlar üçün yeri diqqətli seçirlər. Dünya siyasi və hərb tarixində bunu təsdiq edən kifayət qədər faktlar var. Bakı da bu baxımdan düşünülmüş seçimdir. Bəs niyə Tbilisi və ya İrəvan yox, məhz Bakı? Məsələ belədir ki, Tbilisini Rusiya Cənubi Qafqaza ayaq basandan siyasi, diplomatik, hərbi mərkəz kimi təqdim edirlər. İndi isə vəziyyət tamamilə başqa cürdür.

Müstəqillik mərhələsində bütün dünya əmin oldu ki, Cənubi Qafqazda real güc sahibi Bakıdır. Bu, siyasi, iqtisadi, geosiyasi, mədəni və hərbi aspektlərdə belədir. Çünki Gürcüstan və Ermənistan müstəqillik illərində obyektiv mövqelərini və balanslı siyasət yeritmək kursunu saxlaya bilmədilər. Onlar hansısa bir geosiyasi gücə tam meyl edərək, digəri üçün şübhə predmetinə çevrildilər. Azərbaycan isə hər bir situasiyada obyektivliyi, ədaləti və balanslı əlaqələr prinsipini dəqiqliklə gözlədi və nəticədə, Cənubi Qafqazda ən etibarlı tərəfdaş oldu.

Problemin digər aspekti müstəqil dövlət quruculuğu kursu ilə sıx bağlıdır. Azərbaycan regionda yeganə dövlətdir ki, suverenliyini, müstəqilliyini və xarici siyasətdə balanslaşma prinsipini tam saxlaya bilib. Bakı müstəqil dövlət quruculuğu prosesini beynəlxalq hüquq normaları çərçivəsində ardıcıl olaraq aparır. Bu sırada bütün dünya üçün əhəmiyyətli olan layihələr həyata keçirir. Avropa Azərbaycanı enerji təhlükəsizliyində vacib tərəfdaş hesab edir, Rusiya bütün istiqamətlərdə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olması üçün çalışır, İranla yaxın əməkdaşlıq mövcuddur, Türkiyə ilə dünyada tayı-bərabəri olmayan əməkdaşlıq formatına malikdir, Gürcüstanla Azərbaycanın münasibətləri strateji xarakter daşıyır.

Azərbaycanın ABŞ və Avropa ilə də sıx əlaqələri mövcuddur. O cümlədən Bakı NATO ilə yaxından əməkdaşlıq edir. Müxtəlif beynəlxalq əməliyyatlarda aktiv iştirak edir, logistik xidmət göstərir. Azərbaycan hərbi sahədə Rusiya ilə ən sıx əlaqələri olan ölkələrdəndir. Təsadüfi deyil ki, Rusiya Azərbaycana ən çox silah satan dövlətdir.

Bütün bunlar, təbii ki, Bakının ABŞ və Rusiya generallarının rahat görüşüb müzakirə aparmaq məkanı olduğunu təsdiqləyir. Prezident İlham Əliyev həmin kontekstdə çox dolğun fikirlər ifadə edib. Dövlət başçısı 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bəyan edib: "Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq" (bax: Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib / AZƏRTAC, 13 dekabr 2018).

İlham Əliyev üç səbəb haqqında: inam, hörmət və qarşılıqlı faydalı əməkdaşlıq

Ölkə rəhbəri tamamilə haqlıdır. Heç bir halda dünyanın ən güclü dövlətləri siyasi xəttinə, beynəlxalq aləmdəki fəaliyyətinə, sülhməramlı missiya daşıdığına inanmadıqları ölkənin ərazisində qlobal təhlükəsizlik məsələlərini müzakirə etməzlər. Əslində, bu inam Prezident İlham Əliyevədir. Çünki dövlət başçısı dəfələrlə beynəlxalq tədbirlərdə, görüşlərdə və müzakirələrdə yüksək dərəcədə sözünün üstündə duran lider olduğunu nümayiş etdirib. İlham Əliyev indiyə qədər verdiyi vədlərin hər birinə tam əməl edib. Bunu Vaşinqtonda, Brüsseldə və Moskvada çox yaxşı bilirlər.

Bu məqamlar dünyada Azərbaycana böyük hörmət qazandırıb. Prezident İlham Əliyev həmin özəlliyi ayrıca vurğulayır: "Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Hesab edirəm ki, bu, ikinci səbəbdir" (bax: əvvəlki mənbəyə). Doğrudan da, İlham Əliyev əməkdaşlıq formatlarının reallaşmasında, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun konkret məzmun kəsb etməsində, regional və qlobal enerji layihələrinin, nəqliyyat-tranzit marşrutlarının, logistik xidmətlərin təşkilində və inkişafında əsl siyasi lider qətiyyəti, etibarlı tərəfdaş iradəsi və yüksək səmərəli fəaliyyət nümunəsi göstərib. Bu barədə ABŞ, Avropa və Rusiyanın dövlət başçıları dəfələrlə öz fikirlərini bəyan ediblər. Bu səbəbdəndir ki, Azərbaycana bir müstəqil dövlət olaraq beynəlxalq miqyasda böyük hörmət və rəğbət yaranıb.

Nəhayət, Prezident İlham Əliyev ABŞ və Rusiya generallarının məhz Bakını seçməsinin üçüncü vacib səbəbini konkret ifadə edib. Dövlət başçısı deyib: "Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi üçün böyük dəstək oluruq, yardımlar edirik və digər amillər burada rol oynayıb. Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki, məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət daşıyan görüş keçirilir" (bax: əvvəlki mənbəyə).

Bəli, Azərbaycan rəhbərliyi hər iki tərəflə konkret proqramlar üzrə real əməkdaşlıq edərək özünün önəmli dövlət olduğunu qəbul etdirib. Rəsmi Bakı sübut edib ki, onun üçün başlıca prinsip qarşılıqlı faydalı əməkdaşlıqdır. Əgər qarşı tərəf də bu prinsipə real əməl edərsə, Azərbaycan heç bir əməkdaşlıqdan imtina etməz. Rusiya və NATO hərbi və təhlükəsizlik sahələrində Azərbaycanın bu keyfiyyətini nəzərə alaraq, özləri üçün taleyüklü məsələləri Bakıda müzakirə etməyə üstünlük verməkdədirlər.

Bu fikirlərdən aydın olur ki, NATO və Rusiya Bakıda olduqca vacib məsələləri müzakirə ediblər. Rusiya mətbuatının yaydığı informasiyalara görə, Valeri Gerasimov və Körtis Skaparrotti Avropada, Cənubi Balkanlarda və bütövlükdə dünyada təhlükəsizlik və hərbi vəziyyətin geniş müzakirəsini aparıblar. Rusiya tərəfi NATO-nun ölkənin sərhədləri yaxınlığında hərbi gücünü artırmasından narahatlığını bildirib. O cümlədən Şərqi Avropada, Balkanlarda və Yaxın Şərqdə Şimali Atlantika Alyansının daha da fəallaşması ilə bağlı yaranmış situasiya müzakirə edilib. Təbii ki, həmin kontekstdə İran məsələsi də unudulmayıb. Xüsusilə Qara dəniz və Azov dənizində yaranmış gərgin vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Tərəflər 2019-cu il üçün planladıqları hərbi tədbirlər barədə də bir-birinə informasiya veriblər.

Bu informasiyaların məzmunundan görünür ki, artıq Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır. ABŞ və Rusiya qlobal miqyasda prinsipial əhəmiyyət daşıyan problemləri Bakıda müzakirə ediblər. Sözsüz ki, bu müzakirələr davam edəcək. Bu baxımdan həmin müzakirələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də yardım göstərəcəyi ehtimalı yüksəkdir. Bakı qlobal miqyasda siyasi-diplomatik fəaliyyətin regional mərkəzlərindən birinə çevrilir. Bu prosesin Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəmlənməsində böyük rolu olduğuna şübhə yoxdur.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM