Azərbaycan Respublikasının dövlət qulluğu sistemi beynəlxalq təcrübə kontekstində

12:40 / 20.12.2018

Murtəza Həsənov                                 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Dövlət qulluğu və kadr siyasəti”  kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əsaslı islahatlar aparılmışdır. Bu sahədə fəaliyyətin səmərəliliyini artırmaq, həmçinin qulluğa layiqli şəxslərin qəbul ola bilmə imkanlarını genişləndirmək üçün bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdur. Azərbaycan Respublikasında dövlət qulluğu sistemində həyata keçirilən islahatların səciyyəvi xüsusiyyəti onların innovativ xarakterli olmasından ibarətdir. Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpa­sından sonra yeni iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İsla­hatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müs­təsna rolu olmuşdur. Dövlət  qulluğunun təşkil edilməsi,  tənzimlənməsi və idarə olunması  idarəetmə sistemi vasitəsilə həyata keçirilir. Dövlət qulluğunun ənənəvi qaydalarına beynəlxalq təcrübələrə  əsaslanan  innovativ  qaydalar  tətbiq  olunur. Dövlət xidmətlərində yeni nəsil yanaşmaların tətbiqi mexanizmləri formalaşdırılmaqdadır. Qlobal inkişafın müasir meylləri və beynəlxalq təcrübə yeni modellərə zərurət yaradır, yeni metod və funksiyalar cəmiyyətin təlabatına uyğun formalaşdırılır. Bu baxımından, Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və strukturlu islahatlar yolu ilə dövlət orqanlarının effektivliyinin artırılmasını və dövlət qulluğu sisteminin müəyyən sahələrinin təkmilləşdirilməsini nəzərdə tutan yeni sənədin Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyasının qəbul edilməsi ilə nəticələnmişdir.

 

Respublikada hakimiyyət institutlarının islahatları ilə yanaşı eyni zamanda, dövlət qulluğu sisteminin islahatları həyata keçirilir ki, buna da dövlət idarəetmə sisteminin vacib elementi kimi baxılır.

Dövlət qulluğunun ictimai məsuliyyəti və şəffaflığı islahatların keçirilməsinin zəruri  şərti  olub  son nəticədə dövlət idarəetmə sisteminin səmərəliliyinə zəmanət verir. Peşəkar, səriştəli və stabil dövlət qulluğu yaradılmadan səmərəli dövlət idarəetmə sistemini təşkil etmək mümkün deyildir. Peşəkar dövlət qulluğunun yaradılması prosesində ilk addım isə ixtisasın və peşəkar səriştənin təkmilləşdirilməsindən, etik normalara əməl olunmasından ibarətdir  .

Dövlət  qulluğunun təşkil edilməsi,  tənzimlənməsi və idarə olunması  idarəetmə sistemi vasitəsilə həyata keçirilir. Qlobal inkişafın müasir meylləri yeni modellərə zərurət yaradır, yeni metod və funksiyalar cəmiyyətin təlabatına uyğun formalaşdırılır.

Dövlət  orqanlarının  işinin  təkmilləşdirilməsi,  vətəndaşların  rifahının  artırılması və  məmununluq  səviyyələrinin  yüksəldilməsi üçün dövlət qulluğunun modernizasiyası  prosesi aparılır. Dövlət qulluğunun ənənəvi qaydalarına beynəlxalq təcrübələrə  əsaslanan  innovativ  qaydalar  tətbiq  olunur.

Azərbaycanda dövlət qulluğu sistemi

Azərbaycan  Respublikası  müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əsaslı islahatlar aparılmışdır. Bu sahədə fəaliyyətin səmərəliliyini artırmaq, həmçinin qulluğa layiqli şəxslərin qəbul ola bilmə imkanlarını genişləndirmək üçün bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdur. Azərbaycan Respublikası  Konstitusiyasının  94-cü  maddəsinin  19-cu  bəndinə  əsasən dövlət qulluğu  məsələləri  Azərbaycan  Respublikası  Milli  Məclisinin  müəyyən  etdiyi ümumi qaydalar arasındadır.

Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının  tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət  qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.

2001-ci ildə qəbul olunan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir .

Dövlət qulluqçularının etik davranış qaydalarının tənzimlənməsi ümumilikdə dövlət qulluğunun əsas hissəsini təşkil edir. Bu məqsədlə dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən etmək üçün 31 may 2007-ci ildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur .

Konstitusiyanın 55-ci maddəsi olan  Dövlətin idarə olunmasında iştirak etmək hüququna əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır və Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər .

Respublikamızda dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimləndiyi məlumdur. Bu qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin  tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.

Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir .

Sosial, iqtisadi, siyasi və hüquqi dəyişikliklər bu prinsipləri gün dövlət qulluqçularından və rəhbərlərindən demokratik idarəçiliyə uyğun yeni keyfiyyətlər və vərdişlər tələb edir. Onlar dövlət təşkilatlarında dəyişikliklər aparılmasının müasir metodlarım və vasitələrini mənimsəməli, innovasiya proseslərinin idarəedilməsi qabiliyyətlərinə malik olmalıdırlar. Dövlət idarəçiliyində çalışan yeni nəsil özünün qulluq fəaliyyətində demokratik dəyərləri və mənəviyyat normalarmı formalaşdırmalı, dövlət idarəçiliyinin bütün səviyyələrində, bütövlükdə cəmiyyətin maraqlarına uyğun olaraq işin səmərəliyini artırmalıdır. Buna görə də keçid dövründə müasir tələbləri nəzərə almaqla yeni demokratik idarəetmə prinsipləri əsasmda kadr hazırlığının və ixtisas artırılmasının xüsusi sisteminin yaradılması zərurəti meydana gəldi. Bu zərurəti görən ümummilli lider Heydər Əliyev 1999-cu il yanvarın 3-də xüsusi fərmanla Azərbaycan Respublikasınm Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını yaratdı. Artıq öz işlərini dünya standartlarına və demokratik idarəetmənin yüksək inkişaf etdiyi ölkələrdə aparılan təcrübə mübadiləsi əsasında quran Dövlət İdarəçilik Akademiyası uğurlu addımlarını atmağa başlamışdır.

 

Beynəlxalq təcrübənin tətbiqi ilə  Azərbaycan dövlət qulluğu sistemi

 

Qloballaşma  prosesi ilə  əlaqədar beynəlxalq dövlət  qulluğunun  yaranması və beynəlxalq təşkilatların (BMT, Aİ, NATO, ASEAN, MDB kimi təşkilatların) bürokratik aparatının formalaşdırılması, müxtəlif beynəlxalq təşkilatlarla qarşılıqlı münasibələrə görə cavabdeh olan təşkilati strukturların yaranması, milli qanunvericiliyin beynəlxalq müqavilələri nəzərə almaqla dəyişdirilməsi kimi yeni məqamları qeyd etmək lazımdır.

Avropa  İttifaqının  həm  hazırkı,  həm də potensial üzvlərinin dövlət strukturlarının fəaliyyətini yaxınlaşdırmaq və unifikasiya etmək məqsədilə Avropa inzibati məkanının yaradılmasına başlanılmışdır. Nəticədə ümumavroapa problemləri dövlət qulluqçularının gündəlik işinin bir hissəsinə çevrilir ki, bu da onlardan beynəlxalq və milli qanunvericiliyi, xarici dilləri, informatikanı, mədəniyyətlərarası ünsiyyətin əsaslarını və s. bilmək tələb edir. Aİ-nın yeni üzvləri üçün inzibati islahatların meyarları işlənib hazırlanmış və strategiyası təklif edilmişdir ki, bu da dövlət quruluşunun ümumi prinsiplərinin müəyyənləşdirilməsi, qanunvericiliyin dəyişdirilməsi proqramının, dövlət institutlarının formalaşdırılması planının işlənib hazırlanması kimi mərhələləri özündə əks etdirir .

Beynəlxalq təcrübədə yeni nəsil dövlət qulluğu reformlarında məmur-vətəndaş fiziki təmasını azaldan və dördüncü nəsil sənaye inqilabının dövlət qulluğuna təsiri kimi ortaya çıxan bir idarəetmə anlayışıdır. Bu zaman online texnologiyalar vətəndaşların dövlət idarəetməsinin bütün mərhələlərində bir başa hər hansı bürokratik əngəl olmadan iştirakını təmin edir.

1991-ci ildən 2006-cı ilədək Aİ-nin Azərbaycana yardımları MDB ölkələrinə texniki əməkdaşlıq (TACİS) proqramı çərçivəsində həyata keçirilmişdir. TACİS institusional, hüquqi və inzibati islahatların aparılması, bazar iqtisadiyyatına keçid dövrünün sosial nəticələrinin aradan qaldırılması, yoxsulluğun azaldılması məqsədlərinə yönəldilmişdir .

Avropa İttifaqının dəstəyi ilə Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə TACİS layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı tərəfindən hazırlanmış və nəşri Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş “Dövlət qulluğu məsələlərinə dair normativ hüquqi aktlar” məcmuəsi çap olunmuşdur.

Dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə Avropa İttifaqının TACİS layihəsinin baş eksperti professor Diter Şimankenin yazdığı icmalda isə respublikada indiyədək dövlət qulluğu haqqında qəbul edilmiş aktların hazırlanması üçün həmin layihə çərçivəsində görülmüş işlər qeyd olunmuş, habelə bu aktların Avropa və dünya standartlarına nə dərəcədə uyğun olması, həmin aktlarda çatışmayan bəzi cəhətlər, gələcəkdə dövlət qulluğu sahəsində ölkəmizdə görüləcək işlərin perspektivləri açıqlanmışdır.

2002-ci ilin sonunda TACİS layihəsi   öz diqqətini “Dövlət qulluğu haqqında” Qanunun icrasına  yönəltmək tapşırığı almışdır. Layihənin Texniki Tapşırığında irəli sürülən inzibati islahatlar mövzusunda dəyirmi masa müzakirələrinin keçirilməsi tələbi İlkin Hesabatdan çıxarılmış, lakin dövlət idarəetməsi sahəsində islahatlar strategiyası layihəsinə olan istinad saxlanılmışdır .

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Avropa İttifaqının Tvinninq aləti çərçivəsində “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək Layihəsi” (AZ/15/ENP/OT/40) həyata keçirilir.

Tvinninq Avropa İttifaqının (Aİ) institusional quruculuq aləti olaraq dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi və yardım göstərilməsi, habelə milli qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu, Aİ üzvü dövlətlərinin dövlət qurumları ilə benefisiar, yaxud tərəfdaş ölkələr arasında institusional əməkdaşlıq üzrə Aİ alətidir. Avropa Komissiyasının təşəbbüsü olan Tvinninq aləti 1998-ci ildə namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanmışdır. Tvinninq Avropa Qonşuluq və Əməkdaşlıq Aləti kimi Azərbaycanda 2006-cı ildən həyata keçirilir və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə Avropa İttifaqına üzv ölkələrin və benefisiar ölkənin dövlət sektoru təcrübəsini bir araya gətirir.

Layihə dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılmasını, həmçinin, yeni qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsini nəzərdə tutur.

Layihə üzv ölkə qismində Litva Respublikasının müvafiq qurumları ilə birgə həyata keçirilir:

·           Litva Respublikasının Dövlət Katibliyi

·           Litva Respublikasının Dövlət Qulluğu Departamenti

·           Avropa Sosial Fond Agentliyi

Layihə Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etməsinə dəstək verir.

Layihə 4 komponent üzrə nəticələr əldə etməyi hədəfləyir:

·           vəzifələrin qruplaşdırılması sistemi;

·           dövlət qulluğuna qəbul;

·           fəaliyyətin qiymətləndirilməsi;

·           dövlət qulluğu vəzifələrinin yeni təsnifatına uyğun ödəniş sistemi

Layihənin sonunda ümumi məqsədə uyğun olaraq, hər komponent üzrə müəyyən nəticələr əldə ediləcək. Layihə çərçivəsində fəaliyyət mövcud çatışmazlıqları və onların aradan qaldırılması üçün qanunvericiliyə edilməsi zəruri olan dəyişiklikləri müəyyən etməyə, qanunvericiliyin Avropa İnzibati Məkanına və Aİ qabaqcıl təcrübəsinə uyğunlaşdırılmasına yardım edəcək.                        

Layihə əsas nəticələrinə (qanunvericilik aktlarının layihələndirilməsi, dövlət qulluğu vəzifələrinin qruplaşdırılması, dövlət qulluğuna qəbul və əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi) təlimlər, seminarlar, ekspert missiyaları, təlim səfərləri keçirməklə, habelə müxtəlif dövlət orqanlarının nümayəndələri ilə görüşlər və təcrübə mübadiləsi yolu ilə nail olacaqdır.

Layihə müddətində aşağıdakılar nəzərdə tutulur:

·           Üzv ölkənin 20-dən çox mütəxəssisinin vaxtaşırı DİM-ə səfəri;

·           20 iştirakçını əhatə edən 4 təlim səfəri (Latviya/Litva; Avstriya/Macarıstan; Portuqaliya/İspaniya; Fransa/Belçika)

·           100 nəfərin iştirak etdiyi 4 təlim və iştirakçılar arasından bir qrup təlimçinin seçilməsi;

·           8 Avropa ölkəsinin qabaqcıl təcrübəsinin öyrənilməsi.

Layihə Aİ tərəfindən maliyyələşdirilir və büdcəsi 1,2 milyon avro təşkil edir. Layihənin müddəti iki ildir. Layihə 2016-cı ilin noyabrın 17-də Rezident Tvinninq Müşavirinin ölkəmizə gəlişi ilə rəsmi şəkildə başlamışdır. 14 fevral tarixində Layihənin rəsmi təqdimatı keçirilmişdir .

 

Konstitusiyanın qəbulundan sonra “Dövlət qulluğu haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunları və s. normativ aktlar qəbul olunmuşdur.

2001-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğu məsələlərini tənzimləyən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi. Beynəlxalq standartlara cavab verən bu qanun dövlət qulluğu sahəsində mühim bir irəliləyiş kimi qeyd edilə bilər.

Eyni zamanda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunu da dünya təcrübəsinə uyğun bir şəkildə hazırlanmışdır.

Bundan başqa Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən proqram və layihələr də namizəd ölkələrin Avropa İttifaqına inteqrasiya prosesini dəstəkləmək məqsədilə başlanmışdır. Belə layihələrə TACİS və hal-hazırda da davam edən Tvinninqi misal göstərmək olar.

TACİS layihəsi 2002-ci ilin sonunda öz diqqətini “Dövlət qulluğu haqqında” Qanunun icrasına yönəltmək tapşırığı almışdır və dövlət qulluğu sahəsində mühim addımlar atılmışdır.

Azərbaycan kontekstində Tvinninq Aİ qanunvericiliyinin müəyyən hissələrinin və qabaqcıl təcrübəsinin mənimsənilməsi üçün səmərəli şərait yaratdığı və qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsində hökumətə köməklik göstərdiyi üçün strateji əhəmiyyətə malikdir.

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM