Vüqar Seyidov,
YAP Suraxanı rayon təşkilatının sədri
(Dəyişikliklər fonunda prezidentin siyasi bioqrafiyası)
Şəxsiyyətin siyasi bioqrafiyası geniş bir anlayışdır. Bu bioqrafiya, təbii ki, ancaq siyasi və ictimai-siyasi xadimlərə xas olur. Belə şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Politoloqların qənaətinə görə onun siyasi bioqrafiyası hələ gənclik illərində formalaşmağa başlamış və həmin illərdən o, böyük siyasi məktəbə daxil olmuşdur.
Moskvada, o zaman böyük ölkənin ən nüfuzlu institutlarından birinə MDBMİ-yə (МГИМО) daxil olmuşdur. Nəhəng dövlətin paytaxtı olan Moskva şəhərində təhsil almaq o qədər də asan iş deyildi. Bu ali məktəbin aspiranturasını bitirən İlham Əliyev həmin ali məktəbdə dərs deməyə başlayır. Sonrakı məlum siyasi hadisələr, çox ziddiyyətli və keşməkeşli dövr İlham Əliyevin pedaqoji karyerasına da mənfi təsir göstərir. M.Qorbaçov Heydər Əliyevin şəxsiyyətində ciddi siyasi rəqib görərək, onu “səhhətinə” görə təqaüdə göndərir, İlham Əliyevin Moskvadakı pedaqoji fəaliyyətinə isə xitam verdirir. Bu verdiktlə Heydər Əliyev və onun ailəsi Azərbaycana qayıdırlar.
Bir məqamı xüsusi qeyd etmək lazımdır. Hələ ötən əsrin 90-cı illərində İlham Əliyev dünya siyasi elitasının diqqətini özünə çəkə bildi. Planetimizin aparıcı siyasi liderlərində olan xüsusiyyətlər İlham Əliyevin xarakterində də özünü büruzə verirdi.
İlham Əliyev 10 il ərzində (1994-2003) “neft strategiyası”nı həyata keçirən əsas insanlardan biri olub, o, Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifələrində çalışıb. “Əsrin müqaviləsi”nin reallaşmasında onun rolu danılmazdır.
Eyni zamanda o, Millət vəkili seçilib, Milli Olimpiya Komitəsinin sədri vəzifəsində çalışıb. 2001-ci ildə İlham Əliyev Avropa məkanına “çıxaraq” ölkəmizin parlament heyətinə Avropa Şurasında başçılıq edib, daha sonra isə AŞPA-nın Büro üzvü və Sədr müavini olub.
Zaman hökmünü verir. İlham Əliyev 15 oktyabr 2003 və 2008-ci, 9 oktyabr 2013-cü və 11 aprel 2018-ci illərdə səs çoxluğu ilə Ulu öndərin siyasətinin davamçısı kimi, ölkə prezidenti seçilib.O zaman İlham Əliyevin siyasi portreti artıq formalaşmışdır: təkmilləşmiş, kreativ düşüncəli, çevik, qloballaşma proseslərini düyan, onları dərindən dərk edən və onlara cavab verə bilən, möhtəşəm, müasir bir lider.
İlham Əliyev ölkədə siyasi vəziyyəti stabilləşdirdi. Prezidentin həyata keçirdiyi dövlət siyasəti dinamik templə, ahəng formada reallaşdı.
Onun ilk inauqurasiya nitqi hamımızın yadındadır: ölkənin irəliləməsi, inkişafı, onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsi. Bu belə də oldu. İlham Əliyev siyasi platformasını aydın və səlis şəkildə bəyan etdi. İllər keçdikcə bu platformanın düzgün olduğu hamıya bəlli oldu. İlk seçkilərdən sonra İlham Əliyev dünya səviyyəli lider kimi fəaliyyətə başladı, o, qlobal siyasi arenaya çıxaraq Heydər Əliyev siyasətini davam etdi, Azərbaycanın mövqelərini cəsarətlə möhkəmləndirdi.
Azərbaycan Respublikasının Prezidenti kimi, İlham Əliyev doğma ölkəsi və xalqı üçün çox işlər görmüşdür. Bunları təkcə azərbaycanlılar deyil, xarici siyasətçilər belə qeyd edirlər. Azərbaycanın inkişafı danılmaz tarixi faktdır. Bakının gözəlliyi isə hər bir kəsi heyrətləndirir. Və V.Putinin sözlərinə görə: “Belə Prezidenti necə dəstəkləməmək olar?” Tamamilə haqlı fikirdir.
Planetimizdə ölkələrin daxilində və ölkələr arasında dini, etnik, sosial-iqtisadi, ərazi, hərbi münaqişələr davam edir. Dünya siyasətində ziddiyyətlərin böyük düyünü əmələ gəlmişdir. Qloballaşma isə bu geosiyasi mübarizənin növbəti mərhələsinin qarşısını ala bilməmişdir. 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranı bütün ölkələrə ciddi zərbə endirmişdir. Belə şəraitdə ölkəni idarə etmək obyektib olaraq xeyli çətinləşir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünkü mürəkkəbliklərlə və ziddiyətlərlə dolu dünyada uzaqgörən siyasət həyata keçirir və bu siyasətin əsasını, onun təməlini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin strategiyası təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyəti formalaşır. İctimai, siyasi, gənclər, veteran, qadın, uşaq və s. təşkilatlarının fəaliyyəti üçün münbit şərait yaradılıb.
İlham Əliyevin siyasi kredosu – müstəqil Azərbaycanın hərtərəfli inkişafını təmin etmək idi. Onun yorulmaz əməyi nəticəsində ölkə iqtisadiyyatında keçid dövrü uğurla başa çatdı, vətəndaş cəmiyyətinin əsası qoyuldu, ölkənin strateji mövqeləri möhkəmləndi, onun hərbi qüdrəti yüksəldi. Respublikada intensiv yaşayış evləri inşa edilir, yollar təmir olunur, körpülər salınırdı, tibb və təhsil müəssisələri yaradılır və əsaslı təmir edilir, sosial sahəyə və sosial yönünlü layihələrə xüsusi önəm verilir.
“Prezident İlham Əliyevin idarəçilik sahəsində gözəl bacarığı və istedadı var, o, dünyada gedən qlobal prosesləri dərindən dərk edir və ölkə inkişafının prioritet istiqamətlərini düzgün müəyyən edə bilir”, – politoloqların bu fikri ilə tam razılaşaraq, onu da qeyd etmək lazımdır ki, cənab Prezidentin fəaliyyətinin bütün istiqamətləri, ölkəmizin nailiyyətləri elmi cəhətdən araşdırılmalı, ölkəmizin ən yeni tarixində xüsusi yer tutmalıdır.
Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir, ölkənin inkişafına təkan verməkdən başqa, qlobal və regional inkişafa da xidmət edir.
Prezident İlham Əliyevin uğurları danılmazdır: Azərbaycanın nüfuzunun artması, onun dünya siyasi proseslərində iştirakı, qlobal layihələrə imza atması, daima alternativlər axtarışında olması. Bunların nəticəsində o, nüfuzlu dövlət başçısına çevrilmişdir. Şəxsi xüsusiyyətlərinə, geniş dünyagörüşünə, yüksək intellektinə görə İlham Əliyev müasir dövrün siyasətçiləri sırasında ən parlaq fiqurlarından biridir.
Ölkə başçısının ilk addımlarından biri – neft sənayesinin inkişafı, daxili investisiyaların stimullaşdırılması, yeni iş yerlərinin yaradılması, sahibkarlığın və biznesin dəstəklənməsi, regionların sosial-iqtisadi inkişafı. Bütün bunlar çox tez öz bəhrələrini verdi. Artıq 2007-ci ildə dünya statistikasına görə Azərbaycan dünyanın ən tez inkişaf edən ölkələrindən biri hesab olundu.
Azərbaycanda enerji sektorunun inkişafı onun sərhədləri ilə məhdudlaşmır. Bizim yeddi boru kəmərimiz var. Onların üçü ilə neft nəql edilir: ikisi Qara dənizə doğru, biri – Aralıq dənizinə. Qaz kəmərlərinin sayı dörddür. Azərbaycan bütün istiqamətlərə qaz nəql etmək imkanını əldə edə bilmişdir: Rusiya, Türkiyə, İran, Gürcüstan. Gələcəkdə Avropada təbii qaza tələbat daha da artacaq, Azərbaycan isə Avropa üçün yeganə yeni enerji təminatçısına çevrilə biləcək.
Neft strategiyasının önəmli addımlarından biri də ölkə başçısının Bakı–Tbilisi–Ceyhan neft kəmərinin inşası məsələsini ön plana çəkməsi oldu. Uğurlu və davamlı bir layihəyə imza atıldı! İlham Əliyev prezidentlik dövründə əsas eksport boru kəmərləri işə salınmışdır.
Azərbaycan regionun lider-dövlətinə çevrildi. Bu gün Azərbaycan eyni zamanda Avropanın da alternativ enerji mənbəyi, dünya siyasi aktorudur.
Ölkə iqtisadiyyatının inkişafına təkan verərək, İlham Əliyev yeni neft strategiyasının enerji sahəsinin – qaz resurslarının istifadəsinə önəm verdi. Bununla yanaşı, iqtisadiyyatı möhkəmləndirərək, Azərbaycanın əməkdaşlıq sahəsində fəaliyyətini genişləndirdi, o, neftdən əldə olunan gəlirləri qeyri-neft sektoruna, digər prioritet sahələrə yönəltdi.
Hər il Azərbaycan xalqı Prezidentinin Davosda keçirilən Ümumdünya iqtisadi forumunda gördüyü işləri qürurla izləyir. Bu forum hər il siyasət və biznes sahələrindəki aparıcı dünya liderlərini toplayır. Davosda Prezident bir çox görüşlər keçirir, Azərbaycan iqtisadiyyatının perspektivlərini müəyyənləşdirir. Ölkədə yaranan iqtisadi tolerantlığın təmin edilməsi isə forum iştirakçıları tərəfindən maraqla qarşılanır. Bu gün dövlətin əsas məqsədi – makroiqtisadi stabilliyin qorunması və antiböhran tədbirlərinin görülməsidir.
Cənab Prezidentin daxili siyasətinin ən maraqlı istiqamətlərindən biri ölkədə biliklər cəmiyyəti, informasiya cəmiyyəti və biliklər iqtisadiyyatının qurulmasıdır. Onun fikrincə bütün bunların əsasını inkişafın intellektual modeli təşkil etməlidir.
Azərbaycanın uğurlu və davamlı inkişafı daha bir mühüm amildən – kadrlardan asılıdır. Cənab Prezidentin insan faktoruna, onun formalaşmasına və potensialının artırılmasına xüsusi önəm verməsi bu gün ən vacib məsələlərdən biridir. Xatirəmizdədir, hələ 2003-cü ildə ölkə başçısı çox önəmli bir konsepsiya irəli sürərək, hamını düşündürməyə vadar etdi, “qara qızılın insan kapitalına çevrilməsi”. 15 il ötdü. Və zaman göstərdi ki, bu həqiqətən çox önəmli, uzaqgörən və müsbət nəticələr əldə edən bir fikir idi. Zamanın nəbzini tutaraq, XXI əsrin çağırışlarına ötkəm və çevik cavab verərək, ölkə Prezidentinin qərarları bütün sahələrdə modernləşməyə təkan verdi, kadr siyasəti isə bu strategiyanın tərkib hissəsi kimi gündəmdə duran məsələ idi.
Müsbət nəticələri çox da gözləmək tələb olunmadı. Bu gün Azərbaycan insan potensialının inkişafında uğurlar əldə edərək böyük nailiyyətlər əldə etdi.
Həyatımızın bütün sahələrinə dair mühüm dövlət proqramları, konsepsiyalar və strategiyalar qəbul olunur, reallaşır və uğurlu nəticələr verir. Əlbəttə bu uğurların əldə edilməsində Heydər Əliyev Fondunun, onun prezidentinin əhəmiyyətli və danılmaz rolu var. Bu işlərin aparıcı faktoru və qüvvəsi kimi, Mehriban xanım Əliyevanın gördüyü işlər hamıya bəllidir.
Ölkəmizin dünyada təbliğ olunması Mehriban Əliyevanın həyat kredosu olmuşdur.
Son illərdə isə Leyla xanım və Arzu xanım Əliyevalar Azərbaycan mədəniyyətinin həqiqi carçılarına çevrilərək, ölkəmizi təbliğ edən layihələrin təşkilatçısı, rəhbəri və ən nümunəvi icraçısı olmuşdular.
Prezitentimiz ölkənin xarici siyasətinə xüsusi önəm verir. Birinci prezidentlik dövründə Rusiya Federasiyası və Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalandı, iki ölkə arasında iqtisadi və ticarət əlaqələri canlandırıldı və bu hər iki tərəf üçün faydalı oldu.Prezidentin xarici siyasəti nəticəsində 2005-ci ildə İranla hücum etməmək haqqında müqavilə imzalanmış, balanslandırılmış siyasət reallığa çevrilmişdir.
Azərbaycan-Türkiyə münasibətlərinin çoxvektorlu və hərtərəfli inkişafı dövlətimizin xarici siyasətinin daha bir uğurudur. Cənab Prezidentin sözlərinə görə: “Dünyada Türkiyə və Azərbaycan kimi son dərəcədə bir-birinə yaxın olan iki dövlət tapmaq çətindir”.
ABŞ-la münasibətlərin qurulması, Bakı–Tehran–Vaşinqton danışıqları böyük əhəmiyyət kəsb edirdi. O zaman İran–ABŞ münasibətləri gərginlik zirvəsinə çatmışdır. 2006-cı ildə Vaşinqton səfəri zamanı İlham Əliyev bir çox problemlərin həllinə nail oldu, o, qeyd etdi ki, Azərbaycan ərazisi heç bir halda hərbi əməliyyatlar zonasına çevrilməyəcək. ABŞ-ın o vaxtkı prezidenti C.Buş İlham Əliyevin bu strateji xəttini dəstəklədi.
Avropa ilə münasibətlər işgüzar müstəvidə inkişaf etdirildi, onların əsasında bir çox məsələlərlə yanaşı, enerji məsələsi də dururdu. Avropa ölkələri başçıları Azərbaycana dəstək olaraq, bu ölkənin yüksək inkişaf templərini xüsusi qeyd edirdilər.
Ölkə başçısının xarici siyasəti perspektivli və uzaqgörən olduğu səbəbindən Azərbaycanın beynəlxalq nüfuzu günbəgün artmaqdadır.
Azərbaycanın uğurlu xarici siyasət konsepsiyası öz bəhrəsini verir: xarici siyasətdə balansın qorunub saxlanılması, həm Şərq, həm də Qərblə əməkdaşlıq. Azərbaycanın Rusiya Federasiyası ilə də əməkdaşlığı genişlənir, İran və Türkiyə ilə münasibətlər Prezidentin daima diqqət mərkəzindədir. Çoxtərəfli təşəbbüslər uğurla davam edir, İran–Rusiya–Azərbaycan üçtərəfli əməkdaşlıqda bəhrəsini verməkdədir. Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan, Belarus, Qazaxıstan, Orta Asiya dövlətləri ilə sıx münasibətləri, Qafqazdakı geosiyasi mövqeyi onu bir tərəfdən Avropa, digər tərəfdən isə Orta Asiya və Yaxın Şərqlə körpüyə çevirmişdir.
Ən problemli nöqtələrdən biri Ermənistanla münasibətlər idi. Prezident İlham Əliyev bu istiqamətdə bir çox görüş və danışıqlar apardı. Ermənistanın qeyri konstruktiv mövqeyinə ciddi etirazını bildirən İlham Əliyev 2005-ci ilin aprel ayında Ermənistanın hərbi qarşıdurmanı istisna etmədiyini bəyan etdi.
2016-cı ilin aprel ayında Azərbaycan ordusunun bir sıra uğurlu əməliyyatları nəticəsində tərəflər atəşkəsin dayandırılması haqqında razılığa gəlmişlər.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsi 2016-cı ilin iyun ayın Sankt-Peterburqda aparılmış, daha sonra isə 2017-ci ilin iyul ayında Soçidə davam etdirilmişdir. İki ölkənin lideri İlham Əliyev və Vladimir Putin bir daha bu ölkələr arasında strateji tərəfdaş əlaqələrinin, ikitərəfli münasibətlərin inkişafını təsdiqlədi.
Azərbaycandakı tolerantlıq və multikulturalizm mühitini bütün dünya heyranlıqla izləyir və yüksək qiymətləndirir.Əsrlər boyu azərbaycanlılara xas olan tolerantlıq, ölkəmizdəki multikulturalizm mühiti bizim milli dəyərlərimizə çevrilmişdir. Bu gün multikulturalizmi dövlət siyasətinin istiqamətlərinin birinə çevirən cənab Prezidentin milli-mədəni dəyərlərimizin qorunub saxlanılmasında tarixi xidmətləri vardır. Onun digər xidməti isə gələcək nəsillərə tarixi nailiyyət və uğur kimi qalan multikulturalizmin həyat tərzi kimi saxlanmasıdır.
Qafqazdakı rəhbərlər arasında Prezident İlham Əliyev sosial şəbəkələrdə də ən aktiv olandır. Onun Facebook, Twitter, İnstagram səhifələrinin çoxlu abunəçisi vardır, Kontaktda rusdilli səhifəsi mövcuddur.
İlham Əliyevin bir çox ölkələrin – Səudiyyə Ərəbistanı, Rumıniya, Gürcüstan, Fransa, Ukrayna, Polşa, Rusiya, BƏƏ, Qazaxıstan və s. yüksək mükafatlarına layiq görülməsi, Türkmən, Belarus, Lomonosov adına Moskva Dövlət Universiteti, ABŞ-ın Linkoln, MDBMU, İordaniya və s. universitetlərinin Fəxri doktoru seçilməsi Azərbaycan xalqınin qürur mənbəyidir.
Hələ 2009-cu ildə İlham Əliyev “Dünyanın 500 ən nüfuzlu müsəlmanı” kitabına daxil edilmişdir.
Prezidentin şəxsi həyatı da hamı üçün örnək və nümunədir. Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti ölkə başçısını daima dəstəkləyir. XXI əsrdə beynəlxalq arenada Azərbaycanın imicinin formalaşmasında Mehriban xanım Əliyevanın danılmaz rolu vardır. Onun Azərbaycan mədəniyyəti və təhsilinə hamilik etməsi, YUNESKO-dakı yorulmaz, məqsədyönlü fəaliyyəti, kreativ proqramların, ideyaların həyata keçirilməsi cəmiyyətdə çox böyük maraq doğuraraq müsbət qarşılanır, sıçrayışlara səbəb olur.Prezidentimiz milli-mənəvi, adət-ənənələrə sadiq olaraq Məkkədə Həcc ziyarətinə getmiş, 2015-ci ildə isə ailəsi ilə birgə Ümrə ziyarətində olmuşlar.
XXI əsrin inkişaf tendensiyalarını müəyyən etmək çox çətindir. Onların qeyri-müəyyən olması, gözlənilməz hadisələrin baş verməsi, onların qlobal siyasi landşafta təsirinin dərinliyi və s. bir daha çinlilərin hikmətli sözünü təsdiq edir: “Əvvəlcədən görmək çətindir, xüsusən də gələcəyi”.
Qloballaşmanı analiz edərkən məlum olur ki, zəif inkişaf etmiş ölkələr inkişaf etmiş ölkələr üçün xammal, material mənbəyinə çevrilir. Metropoliya-ölkələr və transmilli korporasiyalar onlardan asılı olan ölkələrdə xammalın çıxarılmasında və, əsasən, ekoloji cəhətdən ziyanlı istehsalatın inkişafında maraqlıdırlar. Zəif ölkələrə onlar üçün sərfəli olmayan şərtlərlə kreditlərin verilməsi bu ölkələri asılı vəziyyətə salır, münaqişələr yaradır və qlobal qarşıdurmaya səbəb olur. Azərbaycanı belə assimetrik münasibətlərdən qoruması Prezidentin iqtisadi siyasətinin özəylərindən, prioritet istiqamətlərindən biridir.
Azərbaycan qloballaşmanın zərbələrindən qoruna bilir. Bu gün Şimal və Cənub arasında iqtisadi baxımından fərqlər dərinləşir; inkişafın disqarmoniyası dünya üçün yeni təhlükələr yaradır. Azərbaycanda yeni informasiya və kommunikasiyaların, habelə biotexnologiyaların tətbiqi iqtisadi inkişafı sürətləndirir.
Azərbaycan Respublikasının daxili və xarici siyasətinin prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, bu inkişaf uğurla həyata keçirilərək öz müsbət nəticələrini verməkdədir.
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM