Yaxın Şərqdə yeni strateji oyunlar: Con Boltonun Türkiyə səfərindən sonrakı qeyri-müəyyənlik

10:14 / 12.01.2019

Ekspertlər Suriya probleminin həllində vacib bir mərhələnin başladığı qənaətindədirlər. Proseslər bir neçə il öncədən xeyli fərqli məzmun kəsb edib. İndi meydanda Rusiya aparıcı oynayır. İran və Türkiyə ciddi fəallıq göstərirlər. İran Suriyada İsrail və ABŞ üçün əməlli-başlı başağrısına çevrilib. Bunların fonunda türk ordusunun Suriyanın şərqində YPG/PKK-ya qarşı yeni hərbi əməliyyata hazırlaşması əhəmiyyətli geosiyasi-hərbi addım kimi qiymətləndirilir. Amerika Prezidenti D.Tramp Suriyadan qoşunlarını çıxarmaqla bağlı bəyanat verərək aranı daha da qarışdırıb. İndi daha çox bu prosesin gedişatı müzakirə olunur. C.Boltonun Türkiyəyə səfəri həmin aspektdə ekspertləri maraqlandırırdı. ABŞ Prezidentinin müşaviri Ankaraya gəldi və ... tez də qayıtdı. Bu hadisənin səbəblərinin geosiyasi təhlili üzərində geniş dayanaq.

İsraildən Türkiyəyə: Bolton niyə bu marşrutu seçdi?

Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin səfərləri həmişə mühüm hadisə hesab olunur. Con Bolton Rusiya və Cənubi Qafqaza gələndə, ekspertlər bunun arxasında ciddi geosiyasi maraqların dayandığını ifadə edib müxtəlif versiyalar irəli sürdü, əsas mövzunun isə İran olduğuna işarə etdilər. Bu təxminlər özünü doğrultdu. Aydın oldu ki, Amerika rəhbərliyini demokratiya, insan haqları, ədalət, beynəlxalq hüquq normalarına əməl etmək maraqlandırmır. Emissarlar ABŞ rəhbərliyinin qafasına nələr uyğundursa, onu da danışıb gedirlər.

Strategiya.az newtimes.az-a istinadən xəbər verir ki, Con Boltonun İsrail və Türkiyəyə səfəri haqqında da eyni məntiqlə bəhs etmək olar. Maraqlıdır ki, türk-müsəlman aləmi ilə dost olmaq istəməyən bir sıra məhdud düşüncəli dairələr bu məqamdan az qala strateji geosiyasi nəticələr çıxardılar. Türkiyəyə münasibətdəki sərsəm və mənasız ritorikanı bir kənara qoyuruq, ekspert kimi ifadə etdikləri fikirlərin az da olsa geosiyasi əhəmiyyəti yoxdur. Bu alçaqlığı daha çox erməni şovinist dairələrinə yaxın olan media qurumları edir. Ancaq onlar da son zamanlar Türkiyə-Rusiya münasibətlərinin yüksəlişi səbəbindən çox dərinə gedə bilmirlər. Bununla belə, prosesin geosiyasi reallığını təhrif edirlər. Əslində isə C.Bolton Ankarada elə bir dərs aldı ki, uzun müddət çətin ki, unuda bilsin.

İlk növbədə, C.Boltonun niyə İsrailə səfər etməsi məsələsi maraqlıdır. Bu o deməkdir ki, Vaşinqton Yaxın Şərqə Təl-Əvivin gözü ilə baxmaqda davam edir. Bu isə avtomatik olaraq Amerikanın antimüsəlman, antifələstin, antiiran mövqeyində dayandığını təsdiqləyir. Belə ilkin şərtlərlə regiona gələn amerikalı yüksək vəzifəli şəxs hansı səmərəli təklif verə bilər? Faktiki olaraq, heç bir. Təcrübə də bunu tam sübut etdi.

C.Bolton İsraildə regionda sabitliyin təminini deyil, bütövlükdə situasiyanı İsrailin xeyrinə necə qoruyub saxlamağın yollarını müzakirə edib. Burada isə müsəlman ölkələri üçün hazırlanmış və daha çox etnik və məzhəb mənsubluğuna əsaslanan terror qruplarına dəstək ön plandadır. Bu üsul kənarda olanlara insan itkisi vermədən ümumən vəziyyəti öz xeyrinə idarə etməyə imkan verir. İtirdikləri puldur, lakin onu da narkoticarət və silah satışı ilə terrorçulardan geri alırlar. Bu səbəbdən C.Boltonun hələ Türkiyəyə gəlmədən "kürdləri qətl etməyin" kimi cəfəng fikir səsləndirməsinin arxasında nələrin dayandığı yaxşı məlumdur.

Məsələ ondan ibarətdir ki, kürdləri daha çox kənardakı qüvvələr qətlə sürükləyirlər. Lakin söhbət bütövlükdə kürd xalqından gedə bilməz. Kürdlər mərd və qəhrəman xalq kimi həmişə vətəndaşı olduqları dövlət və cəmiyyətlərə sədaqətli olublar. İndi də belədir. Kənar qüvvələr müəyyən radikal düşüncəli gəncləri yoldan çıxarmaqla cinayətlərə təhrik edib, bunu bütün xalqın adından təqdim etməyə çalışırlar. C.Bolton faktiki olaraq bunu Ankarada Türkiyə Prezidentinin müşaviri İbrahim Kalınla söhbətində təsdiq edib. O, bütün kürdləri deyil, ancaq YPG-ni nəzərdə tutduğunu deyib. Lakin belə etirafları məhdud dairələrdə etməklə yenə də ictimaiyyətə yalan danışırlar.

Ancaq Ankara C.Boltondan çox informasiyalar ala bildi. Məlum oldu ki, Vaşinqton Türkiyənin müstəqil Yaxın Şərq siyasətindən narahatdır. Donald Trampın komandasını hər şey maraqlandırır. Ankara Moskva ilə nələri danışacaq? Fəratın şərq sahilinə daxil olduqda, hansı tədbirləri görəcək? Əgər Vaşinqton nələrisə qadağan etsə, Türkiyə ona əməl edəcəkmi? Və əsas olaraq Amerika Suriyanın şimalından çəkilmə prosesini uzatsa, Ankara müstəqil davranacaqmı?

"Müttəfiq"in gizli planı: yeni terror qrupu və regional təhlükəsizliyə yaranan risklər

 
Bu kimi sualları türk ekspertlər danışıqlarda ifadə edilən fikirlər əsasında analiz edirlər. Onlar belə qənaətə gəlirlər ki, Con Bolton Ankaradan əliboş və cavabını tam olaraq almış durumda ayrılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə C.Boltonla görüşməyi lazım bilməyib.

Bunlar geosiyasi aspektdə nəyi ifadə edir? Belə görünür ki, ABŞ Yaxın Şərq siyasətində ciddi heç bir dəyişiklik etmək fikrində deyil. Əksinə, özünü zahirən bir qədər kənara çəkilən kimi göstərib, daha dərindən vəziyyəti qarışdırmaqda davam edəcək. Amerika regiondakı əsas müttəfiqi ilə birlikdə minimum zərərlə maksimum fayda prinsipi üzrə vəziyyəti öz marağına uyğun şəklə salmaqda israrlıdır. Bu o deməkdir ki, Suriya məsələsində yeni strateji oyunlar başlayır. Bu mərhələdə daha çox Türkiyə və İranı intriqaların, silahlı toqquşmaların alovuna atmaq niyyəti mövcuddur.

Bütün bunları Ankarada və Tehranda çox gözəl bilirlər. Deməli, 2019-cu ildə Yaxın Şərq məsələsində Rusiya, İran və Türkiyənin daha fəal əməkdaşlıq etmək şanslarının çox olduğunu etiraf etmək gərəkdir. C.Boltonun da tez-tez türk heyətindən R.T.Ərdoğanın Rusiyada V.Putinlə hansı məsələləri müzakirə edəcəyini soruşması təsadüfi deyil. Bunun fonunda amerikalı heyətin həm də "İran Suriyada güclənməməlidir" deməsi diqqəti çəkib. İbrahim Kalının amerikalılar çəkildikdən sonra Vaşinqtonun YPG ilə bağlı planlarının nədən ibarət olacağı barədə sualına cavab kimi C.Boltonun yenə də İran məsələsini ortaya atması çox məqamlardan xəbər verir.

Belə başa düşülür ki, Vaşinqton İŞİD problemini ortaya atan başlıca qüvvədir. İndi bu terror təşkilatının məhv edildiyini bəyan etməsi, ancaq meydana yeni terror təşkilatı çıxarmağa edilən işarədir. Əgər "əl-Qaidə" Əfqanıstan məsələsini "həll etmək", İŞİD İraq, İran və regionun digər müsəlman dövlətləri üçün bəla olmaq üçün yaradılmışdısa, YPG/PYD bu məqsədlərin inkişaf etdirilməsi üçündür. Bunun üçün hədəfdə Türkiyə və İranın olacağına şübhə yoxdur. Deməli, C.Bolton, əslində, Türkiyəyə "sizin üçün yeni terror qruplaşması hazırlamışıq" deməyə gəlmişdi. Ankara da konkret dedi: "Hodri meydan"! (Yəni biz varıq, hazırıq, cürətin çatır, çıx meydana!).

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Ankaranı vaxtından tez tərk etməsinin səbəbi, bizcə, yuxarıdakı fikirlərdən aydın olur. C.Bolton Cənubi Qafqazda olduğu kimi, Yaxın Şərqdə də istədiyini ala bilmədi. Konkret olaraq Türkiyədə amerikalılara anlatdılar ki, artıq onların ssenariləri üzrə nə İranla, nə Suriya ilə, nə də kürdlərlə düşmən olmaq fikrində olan yoxdur. C.Bolton Ankaranı tərk edəndən bir qədər sonra Türkiyə İrandan yanacaq idxalını bərpa edib.

C.Boltona açıq şəkildə bildirilib ki, Suriyaya hərbi müdaxilə üçün Türkiyə kimsədən izn almaq fikrində deyil. Lakin Ankara atacağı addımlar barədə müttəfiqlərini xəbərdar edir. Rusiya və ABŞ-la informasiya mübadiləsi də bunun üçündür.

Ekspertlər C.Boltonun Türkiyəyə səfərindən sonra Suriya məsələsi ətrafında geosiyasi situasiyanın inkişaf istiqaməti ilə bağlı proqnozlar verirlər. Vaşinqtonun vəziyyəti daha da radikallaşdıracağını gözləmək olar. Çünki artıq Suriyada nizamlama prosesində nə Vaşinqton, nə də Təl-Əviv aparıcı deyil. Təşəbbüs Rusiyadadır. Regionda isə ən güclü oyunçu Türkiyədir. Bu iki qüvvə Suriyada və daha sonra bütövlükdə Yaxın Şərqdə geosiyasi dinamikanı Amerika üçün arzuolunmaz bir ritmə gətirə bilər. Bu prosesdə İsrailin maraqları ödənməyə, bunun fonunda isə İranın mövqeyi güclənə bilər.

Həmin gedişatın fonunda Qərbin indiyə qədər aktiv istifadə etdiyi terror qrupları yaradıb, istifadə edib, sonra onları yeniləri ilə əvəz etmək üsulu da ciddi zərər görmüş olar. Bununla Yaxın Şərqin müasir tarixində əhəmiyyətli bir dəyişiklik ola bilər. Çətin ki, Amerika və onun regiondakı müttəfiqi proseslərin bu istiqamətdə getməsini kənardan sadəcə müşahidə etsinlər. Deməli, qarşıda daha mürəkkəb və çətin geosiyasi çarpışma durur. C.Boltonun Yaxın Şərqə səfərinin bəlkə də real nəticəsi bundan ibarətdir. Yəni o, hansısa məsələni həll edə bilmədi, əksinə, yeni intriqalara apara biləcək proseslərin toxumunu səpdi.

Doğrudur, Ankarada müəyyən məsələlərə dair ortaq fikirlər də formalaşıb. Məsələn, türk və amerikan heyətləri arasında müzakirələrin genişləndirilməsi və ABŞ-ın Suriyadan çəkilməsinin konkret detallarının aydınlaşdırılması bu qəbildəndir. Lakin bu kimi "razılaşmalar" əsas məsələlər üzrə fikir ayrılığının fonunda xırda görünür. Bu mənada Con Boltonun səfərini uğurlu saymaq çox çətindir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM