Yaxın Şərqdə yeni qüvvələr nisbəti: ABŞ-ın Suriyadan çəkilmə qərarının pərdəarxası

08:41 / 14.01.2019

Siyasətdə gözlənilməz qərarlar həmişə ola bilir. Bu dəfə dünyanı Donald Tramp təəccübləndirdi. O, Amerika qoşunlarının Suriyadan çıxarılacağını bəyan etməklə meydana çoxlu sayda suallar çıxardı. Hələ bu proses nə başlayıb, nə də başa çatıb. Ancaq ekspertlər onun geosiyasi nəticələri ilə bağlı proqnozlar verirlər. Onların təhlili göstərir ki, əslində, regionda geosiyasi vəziyyət olduqca mürəkkəbdir. Böyük dövlətlər kartlarını heç də açmırlar. Onların hərəkətləri daha çox qarşı tərəfin fikrini öyrənməyə yönəlmiş manevrləri xatırladır. Bu baxımdan yaranmış mənzərə xeyli düşündürücüdür. Belə görünür ki, Yaxın Şərqdə bütövlükdə ümumi geosiyasi mənzərəni dəyişə biləcək proseslər gedir. Onların mümkün nəticələri ekspertlər üçün maraqlıdır. Hansı qüvvələr nüfuzunu artıracaq? Bu vəziyyətə Amerika necə reaksiya verə bilər? Bu kimi suallara cavablar üzərində geniş dayanmağa ehtiyac gördük.

Trampın sürprizi: hansı məqsədi güdür?

ABŞ Prezidenti Donald Trampın Suriyadan Amerika hərbi kontingentinin çəkiləcəyi ilə bağlı bəyanatından sonra qlobal miqyasda bir çaşqınlıq yarandı. Müxtəlif ölkələr buna dərhal reaksiya verdilər. Hər şeydən öncə, aydın oldu ki, Amerikanın Yaxın Şərqdə geosiyasi təsiri son dərəcə güclüdür. Çünki hətta böyük dövlətlər belə sual etdilər: yaranacaq boşluq necə doldurulacaq? ABŞ-ın özündə isə siyasətçilər xeyli narahatdırlar. Bir qismi etiraz etdi, digərləri Vaşinqtonun strateji düşündüyünü ifadə etdi.

Rusiya ilə Fransanın reaksiyası da maraqlı oldu. Prezident Emmanuel Makron ABŞ dövlət başçısının qərarını tənqid edib onu məsuliyyətsiz adlandırdı. Dərhal da ifadə etdi ki, Fransa boşalan yeri doldurmağa hazırdır. Buna Suriyadakı əşirətlər təşkilatından etiraz oldu. Onlar Fransanı terrorçulara yardım etməkdə ittiham edib faktiki olaraq ona savaş mesajı verdilər.

Rusiya isə daha incə tərpəndi. Moskva öncə Vaşinqtonun verdiyi vədə əməl edəcəyinə şübhə ilə yanaşdığını bəyan etdi. Rusiya siyasiləri bəyan etdilər ki, Amerika rəhbərliyinin Suriyadan çıxmaq adı altında nələri nəzərdə tutduqları məlum deyil. Bu səbəbdən də hələ gözləmək lazımdır.

Bunların fonunda İran və Türkiyənin D.Trampın vədinə münasibəti daha çox maraq doğururdu. Maraqlıdır ki, İran susdu. Ciddi bir fikir bildirmədi. Bu o deməkdir ki, Tehran Amerikanın Suriyanı tərk etməsini istərdi, lakin buna əmin deyil. ABŞ qoşunlarının Suriyadan çıxarılmasını kompensasiya edəcək bir planın olacağına Tehran əmindir. Deyək ki, bu bənddə Moskva ilə Tehranın mövqeyi üst-üstə düşür.

Türkiyə isə daha coşqulu reaksiya verdi. Öncə mediada informasiya yayıldı ki, D.Trampı bu qərara təhrik edən Rəcəb Tayyib Ərdoğan olub. Türkiyə Prezidenti qətiyyətli və konkret mövqeyi ilə yüksək iradə nümayiş etdirməklə D.Trampa psixoloji təsir göstərərək ona Suriyadakı real vəziyyəti anlada bilib. O cümlədən R.T.Ərdoğan sübut edib ki, Türkiyə təkbaşına İŞİD-in olan-qalan hissəsini də darmadağın edə bilər.

Ancaq çox keçmədi ki, bu informasiyanın bir qədər şişirdilmiş olduğu aydınlaşdı. Çünki D.Tramp atdığı addımın arxasında duran məqamları anlatdıqca, mənzərə daha da konkretləşdi. Məsələnin bu tərəfinə bir qədər sonra qayıdacağıq. Burada isə onu vurulayaq ki, digər böyük dövlətlərdən fərqli olaraq, Ankara ABŞ-ın bu addımını birmənalı təqdir etdi. Yüksək səviyyədə ifadə edildi ki, Amerika strateji baxımdan doğru addım atıb və onu reallaşdırmaq gərəkdir. Ekspertlər sual edirlər: Türkiyə niyə D.Trampa inandı, halbuki, əksər böyük dövlətlər vəziyyətə şübhə ilə yanaşdılar?

Burada ilk növbədə Türkiyənin Suriya səhnəsindəki vəziyyəti real dəyərləndirməsi diqqəti çəkir. Amerikanın öz əsgərini nə zaman döyüş meydanından çəkməsindən asılı olmayaraq Ankara şans əldə edir. Birincisi, aydınlaşır ki, Vaşinqton terror qrupları ilə sona qədər yol getməyib uyğun geosiyasi şərtlər yarandıqda onlara arxa çevirə bilər. "Əl-Qaidə" və İŞİD-lə bağlı vəziyyətdə olduğu kimi. İkincisi, Türkiyə yaranmış vəziyyətdən istifadə edərək iki aspektdə avantaj əldə edir. Onlardan biri Suriyaya hərbi müdaxilə üçün əsasın yaranmasıdır, çünki bölgədə boşluq doldurulmalıdır və bunu niyə Suriyanın ən yaxın qonşusu etməsin? Əgər həmin statusa uzaq Rusiya və ya Fransa iddia edirsə, Türkiyə niyə iddia etməsin? Həm də Yaxın Şərqdə bu statusa iddia edə biləcək ikinci dövlət yoxdur. İran zatən təcrid olunub. Səudiyyə Ərəbistanı özünü nüfuzdan salıb. Misir o gücdə deyil. Qalır Türkiyə!

Yeni liderlik uğrunda: yarış gərginləşir

İkinci məqam Türkiyənin geosiyasi güc olaraq əlinin güclənməsi ilə bağlıdır. Çünki Vaşinqton Suriyadan çəkilmək fikrindədirsə, bunun fonunda öncə Türkiyənin mövqeyi güclənir. Ankaranın fəallğı artır. Bunun əlaməti kimi Suriyanın daxilindəki bir sıra güclərin Türkiyəni dəstəkləyən bəyanatlar verməsini göstərmək olar. Onların sırasında Suriyanın şimalında yaşayan əşirətlərin (onların sayı 20-dir) birləşərək, təşkilat yaratması və Türkiyəni bölgəyə dəvət etməsini göstərmək olar. Silahlı qruplaşmalar içərisində də on minlərlə üzvü olan Azad Suriya Ordusunun Türkiyəni tam dəstəkləməsini göstərmək olar. Sadə əhali içərisində də Ankaraya yaxşı münasibəti olanlar az deyil.

Belə görünür ki, Rusiya və İran da Türkiyəinin aparıcı rolunu qəbul edirlər. Rusiya üçün burada ancaq müsbət cəhətlər var. Çünki supergüc kimi bütövlükdə Yaxın Şərqdə, o cümlədən Suriyada söz sahibidir. Türkiyə isə onunla bərabərdirsə, Moskva bundan yalnız udur. Ankara NATO üzvü olaraq Rusiya ilə Suriya məsələsində təhlükəsizliyi təmin edir. Eyni zamanda, regionun müsəlman əhalisi müsəlman türklərlə dost olanları normal qəbul edə bilər. Bunlarla yanaşı, Rusiya Türkiyə ilə bir sırada olmaqla böyük bir geosiyasi məkanda türk xalqlarının simpatiyasını qazanmış olur.

İran üçün də əlverişli şərait yaranır. İlk növbədə, Amerikanın yerində Türkiyə olsa, Tehran razı qalar. İrana qarşı sanksiyalarda Türkiyə qətiyyət nümayiş etdirib Tehranı müdafiə etdi. Bunlarla yanaşı, regionun iki nəhəng dövləti birgə hərəkət etmək şansı əldə edirlər. Məzhəb aspektində də İran Türkiyənin timsalında sünnilərə düşmən olmadığını göstərmiş olur. Nəhayət, iki dövlət arasında bütün istiqamətlərdə əlaqələr inkişaf edirsə, bu, hər iki tərəfə sərfəlidir.

Bütün bunlar İranı da Türkiyənin geosiyasi yüksəlişinə qarşı loyal olmağa sövq edir. Ərəb ölkələrinin bir necəsi üçün də Türkiyənin regionda daha nüfuzlu olması sərfəlidir. Onlar Ankaranın daha ədalətli davrandığının fərqindədirlər. Həm də son illər Türkiyə qədər Fələstin məsələsində fəal olan ikinci müsəlman dövlətini görməyiblər.

Deməli, ABŞ-ın Suriyadan çəkilmə qərarı dolayısı və ya birbaşa Türkiyənin geosiyasi nüfuzunun artmasına yeni imkan yaradıb. Bu səbəbdən Vaşinqtonun Suriyadan hansı müddətdə əsgərlərini çəkəcəyindən asılı olmayaraq, Türkiyə üçün bu qərar əhəmiyyətlidir. Ankara hər şeyi ölçüb-biçərək D.Trampın qərarını alqışlayır.

Bu kontekstdə ekspertlər ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin mümkünlüyünü ayrıca qeyd edirlər. Belə ki, Amerika mətbuatında ölkənin Yaxın Şərqdə başlıça müttəfiqinin Türkiyə olduğu haqqında silsilə məqalələrin dərc edilməsi təsadüfi deyil. Hər iki dövlətin rəsmi şəxsləri də təsdiq edirlər ki, problemlər həll olunur. Hətta 2019-cu ildə Donald Trampın Türkiyəyə səfəri nəzərdə tutulub.

İndi məsələyə regiondakı geosiyasi dinamikanın çalarları və D.Trampın yuxarıda vurğuladığımız addımları müstəvisində baxaq. Amerika Prezidenti Suriyadan çəkilmə qərarını verdikdən sonra gizli olaraq İraqa səfər etdi. Orada bəyan etdi ki, İraqdan çəkilmirlər və lazım olsa, çevik qüvvələr Suriyada əməliyyat keçirə bilərlər. Deməli, yüksək texnoloji imkanları nəzərə alsaq, ABŞ faktiki olaraq hərbi-təhlükəsizlik baxımından heç nə itirmir. Əvəzində, geosiyasi dividend qazanır. Belə ki, savaş meydanında digər böyük oyunçular – Rusiya, Türkiyə və İran qalır! Bundan kim udacaq? Onu zaman göstərəcək. Ancaq belə görünür ki, D.Tramp strateji baxımdan daha uzaqgörən addım atıb. Bu barədə ABŞ Konqresinin üzvləri də fikir bildirirlər.

Onu da vurğulayaq ki, regiondakı ərəb ölkələri artıq Bəşər Əsədi dəstəkləməyə başlayıblar. Sudan Prezidentinin Dəməşqə səfərindən sonra digərləri də hərəkətə gəliblər. Onlar bu ölkədə səfirliklərini açmağa hazırlaşırlar. B.Əsəd yenidənmi legimitləşir? Ərəb birliyi onu qəbul edirmi? Bu məsələlər də əhəmiyyətsiz deyil.

Vəziyyətə həmin kontekstdə yanaşdıqda görürük ki, Vaşinqton üçün əsas məsələ Suriyadakı kürd qruplaşmaları ilə münasibəti tənzimləmək olacaq. Bu bağlılıqda isə hələlik Amerikanın mesajı "kürd müttəfiqlərimizi müdafiə edəcəyik" kimidir! Bunun belə olub-olmadığı hələ bilinmir. Ancaq bir məqam aydın olur: Yaxın Şərqdə, o cümlədən Suriyada geosiyasi qüvvələr nisbəti dəyişir. Kimin xeyrinə və ya kimlərin xeyrinə? Bu suala birmənalı cavab vermək indi çətindir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM