Qazın qiymətləri üzrə yeni razılaşma Rusiya ilə onun ənənəvi tərəfdaşı Ermənistan arasında münasibətlərin çətin vaxtlardan keçdiyinin siqnalıdır.
Bunu “Moskva-Bakı” portalına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin söyləyib. O qeyd edib ki, Rusiya üçün neft və qaz təkcə iqtisadi deyil, həm də geosiyasi amildir. Əgər Rusiya qazı öz tərəfdaşlarına daha ucuz qiymətə satırsa, bu dolayısı yolla həmin dost ölkələrin dəstəklənməsi anlamına gəlir. Bu dostluq müəyyən öhdəliklər sistemini nəzərdə tutur.
“Paşinyanın davranışı qeyri-sabitliyi ilə seçilir. O, Qarabağ probleminin nizama salınması üzrə Ermənistanın keçmiş rəhbərliyinin işğal olunmuş beş rayonun Azərbaycana qaytarılması haqqında vasitəçilərlə, o cümlədən Rusiya ilə birlikdə əldə olunmuş çox ciddi razılaşmalardan imtina etdi. Onları sıfırlayan Paşinyan öz etibarsızlığını nümayiş etdirdi. Həm də Ermənistan baş nazirinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə münasibətlərdə göstərdiyi bu cür etibarsızlıq halları çoxdur. Paşinyan Ermənistanın tərəfdaşları ilə müxtəlif qarşılıqlı fəaliyyət istiqamətləri üzrə qüvvədə olan razılaşmaların dəyişdirilməsini tələb edib. Ümumilikdə, o, hələ özünü düşmən kimi aparmasa da, artıq dost kimi də davranmır”, - deyə Duqin əlavə edib.
Ekspertin sözlərinə görə, Paşinyanın Rusiya ilə nəyin mümkün, nəyin qeyri-mümkün olacağı ilə bağlı anlaşılmazlığı son həddə çatıb.
“Prezident Putin şantaja dözmür. Rusiya Prezidenti tərəfdaşların öz öhdəliklərinə əməl etdiyi, onların sözü ilə əməlinin uyğun gəldiyi və etibarlı olduğu təqdirdə sakit davranır. Belə olan halda Putin əsl dost ola və böyük güzəştlərə gedə bilər. Lakin tərəfdaşın sözü ilə əməli düz gəlmirsə, yaxud ümumiyyətlə heç bir sözü yoxsa, Putin bir neçə dəfə xəbərdarlıq edə bilər, lakin sonradan sərt tədbirlər görür. Əgər Ermənistanın yeni rəhbərliyi özünün bu cür siyasətini davam etdirsə, bu, sadəcə fəlakətlə nəticələnəcək. Putinlə belə oyunlar keçməz. Hələlik isə, biz əsl həqiqətdə Ermənistanla münasibətlərin pisləşdiyini görürük. Bu, xüsusən Azərbaycanla münasibətlərin yaxşılaşması fonunda baş verir. Azərbaycan hakimiyyəti indiki Ermənistan hökumətinin əksinə olaraq davamlılıq, öz siyasətində ardıcıllıq və sağlam təfəkkür nümunəsi göstərir. Bu gün Azərbaycanın Rusiyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı və müttəfiqi kimi öz mövqeyini möhkəmlətməsi, həmçinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üzrə bu cür müsbət proseslərin fonunda Paşinyanın Ermənistanın Qərbin himayəsinə keçəcəyi ilə bağlı Putini şantaj etməsi mümkün olan strategiyaların ən yanlışıdır. Paşinyan Rusiya ilə münasibətlərdə, Avrasiya geosiyasətində açıq-aşkar naşıdır. Ola bilər ki, öz mövqeyində düzəlişlər etsin. Mən buna çox ümid edirəm. Lakin hələ ki, bunu görmürəm”, -deyə Duqin bəyan edib.
Duqin qazla yanaşı, Moskvanın başqa təsir vasitələri olduğunu da vurğulayıb...Məsələn, Qarabağ münaqişəsinin nizama salınması. “Putin Ermənistana deyə bilər: “Baxın, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik, Qarabağı hər zaman onun bir hissəsi hesab etmişik. Biz Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin qəti əleyhinəyik, amma gəlin işğal olunmuş Dağlıq Qarabağın bütün ərazisində Azərbaycanın konstitusion qaydalarını bərpa edək. Əgər Rusiya üçün də özünün Cənubi Qafqazda sülhməramlı missiyasının səmərəliliyinin nümayiş etdirilməsi baxımından vacib olan Dağlıq Qarabağa bitişik olan 5 rayonun könüllü yolla qeyd-şərtsiz qaytarılması üzrə razılaşmaları reallaşdırmaq istəməsəniz, onda gəlin başqa istiqamətdə irəliləyək...Rusiyanın bu tezisi səsləndirməsindən sonra şərait qorxulu istiqamətdə dəyişəcək. Və Rusiyadakı heç bir böyük erməni diasporu Paşinyanın köməyinə çata bilməz”, -deyə ekspert əlavə edib.
Rusiyalı ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycan “Xalq cəbhəsinin” vaxtında olduğu kimi rusofob, Qərbin təsiri altında özünü itirmiş ölkə deyil. Azərbaycan Respublikası indi Rusiya ilə yaxınlaşan möhkəmlənmiş, sülhpərvər və çox sürətlə inkişaf edən dövlətdir.
A.Duqin Rusiyanın Azərbaycanla daha çox yaxınlaşdığını, ölkələr arasında strateji tərəfdaşlığın gücləndiyini xüsusi vurğulayıb. “Vladimir Putin Prezident İlham Əliyevlə şəxsi əlaqələrini daha da möhkəmləndirir. Biz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkcə simpatiyada deyil, həm də etibarlılıq və öz hərəkətlərindəki ardıcıllıqdadır. Rusiya İlham Əliyevin sözlərində və əməllərində dostluğun rəhnini görür. Paşinyanın söylədikləri əməllərinə uyğun olmadıqda isə bunun nəticələri avtomatik olaraq Rusiya və Ermənistan münasibətlərinin bütün strukturuna təsir edir. Yəni xalqlar arasında münasibətlərlə siyasəti qarışıq salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə düşdükdə, bunun çox böyük səmərəsi olur. Hazırda biz bunu Azərbaycanla münasibətlərdə müşahidə edirik – xalqlarımız dostluq edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsinə, həmçinin Rusiyanın mövqeyinin möhkəmlənməsinə şərait yaradır”, -deyə ekspert diqqətə çatdırıb.
Duqinin fikrincə, bu gün Ermənistan xoş niyyət nümayiş etdirməli, Qarabağ probleminin həllinə səy göstərməli və Rusiya, Türkiyə, Azərbaycan və İranın, bəlkə də tədricən Gürcüstanın da timsalında formalaşan Avrasiya balansına qoşulmalıdır. Putinin təklifi məhz bundan ibarətdir və bu, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə bundan əvvəlki mərhələdə əldə etdikləri razılaşmanın mahiyyətdir.
Ekspert qeyd edib: “Lakin Paşinyan deyir ki, yox-yox-yox, mən bu barədə heç nə bilmirəm, heç bir şey eşitməmişəm, bütün bunların-sizin geosiyasətin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mənim üçün qazın qiymətini endirin, yoxsa ərazimizdə sizin hərbi bazanız olmayacaq. Lakin bunlar heç bir halda danışılası sözlər deyil.
Hesab edirəm ki, bu məsələdə başlıca məqam Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlidir. Moskva bu məsələdə təkidlidir və iki qədim gözəl xalqın münasibətlərinə dair tarixi məntiqdən çıxış edir. Bu mövqeyin kökündə duran bütün fəaliyyətləri dəstəkləmək lazımdır. Lakin, təəssüf ki, indiyədək müəyyən dərəcədə qorunub saxlanılan status-kvo nəticələrin heç də bəyanatlardan uzağa getmədiyini söyləməyə əsas verir. Jestlər, konkret addımlar lazımdır. Nizamlanma prosesi davam etməlidir və hamı onun nəticələrini görməlidir”.
A.Duqin daha sonra bildirib: “Münaqişənin sülh yolu ilə nizamlanmasına başlamaq üçün Ermənistan 5 rayonu qaytarmalıdır. Sonra daha 2 rayon qaytarılır. Bunu Ermənistanın güzəşti adlandırmaq olmaz. Axı Ermənistan dünyaya açılacaq, beynəlxalq iqtisadi layihələrdə iştirak imkanı əldə edəcək, iqtisadiyyatını dirçəltməyə başlayacaq. Azərbaycan isə Rusiya, İran, Türkiyə və digər regional güclərin nəzarəti altında blokadanı götürür, azərbaycanlıların və ermənilərin qarşılıqlı fəaliyyəti, onların dinc yanaşı yaşaması istiqamətində proseslər başlayır. Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə buna səy göstərməlidirlər. Əsas hədəf – sülhdür. Əgər 2019-cu ildə nizamlanma prosesində hərəkətlənmə olsa, bu, böyük qələbə olacaq. Bunun üçün beynəlxalq şərait də mövcuddur. Rusiya və Azərbaycan buna hazırdırlar. İndi söz Yerevanındır. Lakin Paşinyan, gördüyümüz kimi, Rusiya ilə münasibətləri korlayır. Əgər o, belə davam edərsə, nizamlanma üzrə sülh prosesi baş tutmayacaq”.
Ekspert Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə görüşündən də bəhs edib: “Mən Azərbaycan ziyalıları ilə görüşdüm. Onlar çox gözəl insanlardır. Pianoçu Fərhad Bədəlbəyli – Qacar şahları sülaləsinin törəməsi, görkəmli Bədəlbəyli nəslinin davamçısı. Münaqişə nəticəsində yaşadıqları iztirablara rəğmən onlar məndə intiqam almaq istəyən inşalar təəssüratı yaratmadılar. Onların bir çoxu münaqişə vaxtı yaxınlarını, hər şeylərini itiriblər, lakin nifrət hissi ilə yaşamırlar. Hətta deməliyəm ki, ən başından onlarda diplomatlara xas olan bəzi keyfiyyətləri gördüm. Onlar sadə insanlar deyillər. Bu ziyalılar öz yurdlarına qayıtmağı ürəkdən arzulayan və bütün azərbaycanlı qaçqınların doğma evlərinə geri dönməsi üçün əllərindən gələni edən Azərbaycan elitasının bir hissəsidirlər.
Mən şahidi oldum ki, Azərbaycan icmasından olan qaçqınlarda ermənilərə qarşı çox düşünülmüş, olduqca ayıq-sayıq və sağlam münasibət var. Onlar iki xalqın yan-yana birlikdə yaşamasının zəruriliyindən danışırlar və başa düşürlər ki, hər iki xalq artıq həddindən çox itkilər verib. Bu gün Dağlıq Qarabağın Azərbaycan icması erməni icmasına əlaqələri bərpa etməyi təklif edir. Axı perspektivdə hər iki xalq münaqişənin dinc yolla həllində maraqlı olanların hamısına sübut etməli olacaq ki, onlar sülh şəraitində dinc yanaşı yaşaya bilərlər”. (AzərTAc)
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM