İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ

10:18 / 17.01.2019

Azərbaycanda demokratik dövlət quruculuğu kursunun əsasını Ulu öndər Heydər Əliyev qoyub. Bu prosesi Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Həmin bağlılıqda İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ciddi əhəmiyyət daşıyır. Ekspertlər həmin Fərmandan irəli gələn vəzifələri həm dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində, həm bütövlükdə idarəetmədə aparılan islahatların Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında oynadığı rol kontekstində analiz edirlər. Məsələnin bu aspekti üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Daha təkmil idarəetmə: daxili potensialın maksimum səfərbərliyi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında milli dövlətçiliyin inkişafı baxımından çox aktual olan məsələlərdən bəhs edib. Dövlət başçısı sürətlə dəyişən müasir dünyada daha uğurlu və səmərəli fəaliyyətin ümumi prinsiplərini bir daha bəyan edib. Konkret sahələr üzrə qarşıda duran vəzifələrin həlli üçün çevik, məqsədyönlü və səmərəli fəaliyyətlə bağlı reallaşdırılmalı olan islahatları vurğulayıb.

Təbii ki, Prezident İlham Əliyev əldə olunan böyük nailiyyətləri vurğulayıb. Onların Azərbaycan dövlətçiliyinin inkişafı, vətəndaşların rifahı, iqtisadi tərəqqinin sürətləndirilməsi istiqamətində oynadığı rolu xüsusi qeyd edib. Bunlarla yanaşı, Azərbaycan qarşışına daim irəliləyiş məqsədini qoyan dövlətdir. Azərbaycan üçün təkmilləşmənin sonu yoxdur. Bu səbəbdən də ölkə rəhbəri idarəetmə sahəsində yeni islahatların həyata keçirilməsi zərurətini də ifadə edib.

Dövlət başçısı Nazirlər Kabinetinin bəhs olunan iclasında söylədiyi yekun nitqində vurğulayıb: "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib (bax: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib / AZƏRTAC, 11 yanvar 2019).

Bu fikirlərdə demokratik idarəetmənin başlıca prinsipləri lakonik şəkildə ifadə olunub. Öncə, dövlət başçısı onu vurğulayır ki, hər bir yeni qurum yaratmaq özlüyündə demokratik idarəetməni təkmilləşdirməyə xidmət etməyə də bilər. Burada başlıca meyar kimi praktika götürülməlidir. Təcrübə göstərdi ki, bir sıra yeni yaradılan və müxtəlif sferalara aid olan təşkilatlar gözlənilən səmərəni vermir.

Bu səbəbdən həmin növ təşkilatların ləğv edilməsindən dövlət çəkinməməlidir. Çünki əsas olanı milli dövlətçiliyi və idarəetməni təkmilləşdirmək, dövrün tələblərinə uyğun daha çevik və səmərəli hala gətirməkdən ibarətdir. Prezident İlham Əliyev konkret və açıq surətdə vurğulayır ki, "...görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib" (bax: əvvəlki mənbəyə).

Bu cür yanaşma demokratik idarəetmənin əsas qayəsini təşkil edir. Dövlət başçısı idarəetmədə şəffaflığı, yığcamlığı və demokratikliyi başlıca meyar kimi seçərək, ona dəqiqliklə əməl edir. Eyni qayda ilə Prezidentin idarəetmədə çalışan bütün kadrlardan məsuliyyətli, dəqiq və fəal olmağı tələb etməyə tam haqqı vardır.

Həmin bağlılıqda dövlət başçısının ifadə etdiyi aşağıdakı fikirlər çox önəmlidir. İlham Əliyev fikirlərinə davam edərək vurğulayıb: "İndi dünyada əks proses gedir – idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər (bax: əvvəlki mənbəyə).

Ölkə rəhbəri konkret ifadə edir ki, Azərbaycanda idarətemə dünyanın inkişaf etmiş hissəsində müşahidə edilən idarəetmə özəlliklərini mütləq nəzərə almalıdır. Azərbaycan demokratik və sivil idarəetməni əsas xətt kimi seçib və bu kontekstdə digər aparıcı dövlətlərlə təcrübə mübadiləsinə tam açıqdır. Bir sıra ölkələr Azərbaycanda yeni yaradılan və demokratiya baxımından səmərəli olan idarəetmə strukturlarını mənimsəyirlər. Məsələn, "ASAN" xidmət Azərbaycanın brendi hesab olunur.

Beynəlxalq təcrübə və Azərbaycan: qarşılıqlı əlaqələrdən optimal tarazlığa

Bununla yanaşı, Azərbaycan da bütövlükdə dünya dövlətlərində idarəetmə sahəsində özünü göstərən özəl prosesləri diqqətlə izləyir və müasir dövrün tələblərinə uyğun strukturlar yaratmaqdan çəkinmir. Bu aspektdə Azərbaycanda müstəqil dövlətçiliyi daha sürətlə inkişaf etdirmək üçün zamanında vitse-prezidentlik institutunun yaradılması ayrıca vurğulana bilər.

Dövlət başçısının yuxarıda vurğulanan fikirləri bir daha göstərir ki, Bakı idarəetmədə islahatlar prosesini daim inkişaf etdirməkdə qərarlıdır. Artıq Prezident Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb (bax: Prezident Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb / AZƏRTAC, 14 yanvar 2019). Ekspertlərin fikrinə görə, Fərmanın imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Yəni Azərbaycanın dövlət başçısı çevik surətdə struktur islahatlarını inkişaf etdirir. Fəaliyyəti dayandırılan strukturlar doğrudan da öz üzərlərinə düşən vəzifəni müasir tələblər səviyyəsində yerinə yetirə bilmirdilər. Bir qismi də dövlət büdcəsindən maliyyə alır, ancaq onu səmərəli istifadə edə bilmirdi. Başqa məqamlar da mövcud idi. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev öz qəti qərarını verib. Nəticədə, ekspertlərin də vurğuladığı kimi, Azərbaycan dövlət olaraq bir sıra istiqamətlərdə daha səmərəli fəaliyyət göstərmək şansı əldə etdi. Mütəxəssislər vurğulayırlar ki, əslində, indi aparılan struktur islahatları 2015-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamıdır.

Azərbaycan dinamik və hərtəfərli inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Təbii ki, bu zaman paralel strukturlar, səmərəliliyi lazımi səviyyədə olmayan qurumlar və kifayət qədər çevik fəaliyyət mexanizminə malik olmayan təşkilatlar idarəetmə vahidi kimi əvəzlənməlidir. Həmin işlərin reallaşması üçün isə sistemli islahatlar aparılmalıdır. Prezidentin imzaladığı Fərman bu kontekstdə olduqca əhəmiyyətli sənəd olmaqla Azərbaycanda milli dövlət quruculuğu kursunun bütün prinsiplərinə tam uyğundur.

Bu prosesin ölkənin beynəlxalq aləmdə də öz mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayacağı şübhə doğurmur. Azərbaycan dünya reytinq cədvəllərindən rəqabət qabiliyyəti dinamik yüksələn dövlət kimi qəbul edilir. Həmin aspektdə də prosesin davam etməsi üçün dövlət başçısının Fərmanda göstərdiyi məqamlara ciddi diqqət yetirilməsi gərəkdir. Orada ləvğ edilən strukturlarla yanaşı, bir sıra qurumların daha səmərəli fəaliyyət göstərməsi zərurəti də qeyd olunub.

Başqa tərəfdən, Prezidentin bu Fərmanı bütövlükdə idarəetmə sisteminə daxil olan idarəetmə vahidləri üçün bir çağırış və ya nümunədir. Yəni idarəteməyə məsul olan hər bir institusional vahid dövlətçiliyin bundan sonrakı inkişafı üçün daha səmərəli, çevik və demokratik prinsiplərə tam uyğun olaraq çalışmalıdır.

Şübhə yoxdur ki, həyata keçirilən islahatlar kursu dayanmadan davam etdiriləcək. Prezident İlham Əliyev verdiyi vədlərin hər birinə əməl edib və edir. Açıq görünür ki, Azərbaycanda müstəqil dövlətçilik daim inkişafdadır. İslahatlar, yeniləşmələr öz müsbət bəhrəsini verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası müasir şəraitin tələblərinə uyğun daha da inkişaf etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət bunun əyani təsdiqidir. Bu baxımdan imzalanan Fərman da dövlətin idarə edilməsi prosesində yeni bir müsbət hadisədir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM