Amerikanın dövlət katibi M.Pompeonun Yaxın Şərq ölkələrinə səfərinin bir sıra məqamlarını ekspertlər analiz edirlər. Məsələyə, təbii ki, geosiyasi kontekstdə yanaşılır. Vaşinqtonun Yaxın Şərq üçün mürəkkəb olan bir mərhələdə hansı addımları atmaq istədiyi böyük maraq doğurur. Bu məsələ D.Trampın ABŞ qoşunlarının Suriyadan çıxarılacağı ilə bağlı verdiyi qərardan sonra daha da cəlbedici olub. Aparılan analizlər göstərir ki, Amerika rəhbərliyi, əslində, ciddi siyasi xətt reallaşdırmaq niyyətindədir. Onun geosiyasi aspektdə başlıca cəhəti Yaxın Şərqdə bir neçə yerli dövləti hərbi blokda birləşidirib, ondan öz marqları naminə istifadə etməkdir. Bu, özlüyündə təhlükəli bir addımdır və bütövlükdə regionu yeni ixtilaflara sürükləyə bilər. Eyni zamanda, Yaxın Şərqin böyük dövlətlərinin vəziyyətə müdaxilə etməsi ehtimalı da artır. Çünki məsələnin bir tərəfi onların təhlükəsizliyi ilə bağlıdır. Bu müstəvidə M.Pompeonun regiona səfərinin geosiyasi özəllikləri üzərində geniş dayanmaq qərarına gəldik.
Mövqe dəyişkliyi, yoxsa müəyyən düzəliş: Amerikanın əsas məqsədi
Con Boltonun İsrail və Türkiyəyə uğursuz səfərindən sonra ABŞ dövlət katibi Mayk Pompeonun Yaxın Şərq turnesi maraqla gözlənilirdi. M.Pompeo regionun doqquz ərəb ölkəsinə baş çəkməyi planlaşdırmışdı. Bu, qarşıya qoyulan məqsədin geniş məna daşıdığına dəlalət edirdi. Amerikanın dövlət katibinin Qahirə universitetindəki çıxışı göstərdi ki, ekspertlər proqnozlarında yanılmayıblar. M.Pompeonun nitqində Vaşinqtonun Yaxın Şərq siyasətinin notları mövcud idi.
Məsələ kimin haqlı olub-olmamasında deyil – əsas odur ki, ABŞ indiyə qədər yeritdiyi siyasətin səmərəsiz olduğunu anlayıb. Bu, vacib məqamdır, çünki illərdir ki, Yaxın Şərqin böyük dövlətləri məhz bu həqiqəti Vaşinqtona çatdırmaq istəyirdilər. Lakin hər dəfə də Ağ Ev Amerikanın strateji maraqları ifadəsi altında inadından dönmürdü. İndi isə M.Pompeo tənətənəli surətdə bəyan edir ki, Barak Obama yanlış mövqe tutmuşdu. Ola bilər. Ancaq kim təminat verə bilər ki, D.Tramp da yanlış mövqe tutmur? Həm də bu sualın yaranmasının konkret səbəbləri mövcuddur. Bu baxımdan M.Pompeonun Qahirədəki amerikan universitetində pafoslu çıxışı siyasi ritorikadan başqa bir təsir bağışlamır.
Onun irəli sürdüyü tezislər indiki mərhələdə Yaxın Şəqrdə gosiyasi proseslərin inkişaf istiqaməti baxımından düşündürücüdür. Vaşinqton yenə də hesab edir ki, İran regionda onun əsas düşmənidir. Deməli, başlanğıcda Amerika faktiki olaraq İsraillə bir sırada dayanır. Bu məqam Amerikanın Yaxın Şərq siyasətinin başlıca prinsiplərini müəyyən etməyə imkan verir. Burada ekspertlər ilk olaraq D.Tramp administrasiyasının xristian-yevangelist mövqedən çıxış etdiyini ifadə edirlər.
Doğrudan da, M.Pompeo Qahirədə xristian kilsəsinin açılması münasibəti ilə etdiyi çıxışda açıq deyib ki, o, "yevangelist-xristian" kimi buraya gəlib. Yevangelistlər isə konkret mövqeyi olanlardır – onlar israilpərəstdirlər. Hətta o dərəcədə ki, Amerikanın Təl-Əvivdəki səfiri David Fridman "The New York Times" qəzetinə müsahibəsində demişdi ki, yevangelistlər İsrailə bir çox yəhudi icmalarından daha çox sədaqətlidirlər. Belə çıxır ki, M.Pompeo Qahirədə ABŞ-ın Yaxın Şərq siyasətinin məhək daşının İsrail olacağını sətiraltı ifadə edib.
Bununla da Vaşinqtonun yeni Yaxın Şərq siyasətinin başlıca prinsipini aşağıdakı kimi formulə etmək olar: regionda İsrail üçün ən uyğun geosiyasi şərtlər təmin edən vəziyyət yaratmaq! Bu baxımdan İran birinci düşməndir və eyni məntiqlə Yaxın Şərqin lideri statusunda olan Türkiyənin də qarşısını kəsmək Vaşinqtonun planlarına daxildir. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İsrailin xüsusi xidmət orqanlarının nümayəndələri İranla Türkiyəyə qarşı mübarizə aparmaq üçün müzakirələr aparıblar. Siyahıya baxanda görürük ki, bəzi ərəb dövlətləri müsəlman ölkələrə qarşı ərəb torpaqlarını qəsb etmiş İsraillə bir sırada dayanmaqdan çəkinmirlər. Bu yaxınlarda İsrailin baş naziri Binyamin Netanyahunun Omana səfəri də bu bağlılıqda ekspertləri düşündürməkdədir. Bu, Amerikanın regondakı diplomatik fəaliyyətinin nəticələrindən biridir.
Amerikanın yeni Yaxın Şərq siyasətindən danışarkən, əslində, söhbətin məzmun dəyişikliyindən deyil, taktiki və strateji addımların korrektə olunmasından getdiyi nəticəsini ala bilirik. Dövlət katibinin Yaxın Şərq turnesi məhz bu bağlılıqda diqqəti çəkir. Geosiyasi kontekstdə M.Pompeonun irəli sürdüyü tezislərin mənası üzərində dayanmaq maraqlı olardı. Yuxarıda vurğulanan təməl tezislərə görə, Amerika Yaxın Şərqin hər bir ölkəsində, o cümlədən Suriyada özünün regiondakı ən yaxın müttəfiqinin maraqlarına cavab verən geosiyasi nizam yaratmaq xəttini davam etdirəcək. Bu isə o deməkdir ki, reallıqda ABŞ hərbi kontingentini regiondan çəkməyəcək. Sadəcə olaraq, onların bir qisminin dislokasiya yerini dəyişəcək. Burada məqsəd isə yarana biləcək hər bir kritik situasiyaya çevik və səmərəli müdaxilə etməkdən ibarət ola bilər. Məsələn, İraqdakı amerikan hərbi kontingenti lazım olanda İraq, Suriya və İrana müdaxilə etmək imkanı əldə etməlidir. Deyək ki, Suriyada radikal qrupları dəstəkləmək üçün öz hərbi kontingentindən istifadə edə bilər.
Yeni oyun qaydaları: ərəblər müsəlmanlara qarşı?
Zatən, ABŞ-ın rəsmi şəxsləri tez-tez bəyan edirlər ki, Suriyanın şimalındakı kürd qruplaşmalarını qoruyacaqlar. Ancaq Türkiyənin qətiyyətli mövqeyi onların planlarına düzəliş edilməsi lazımlığını ortaya qoyur. Con Bolton da son bəyanatında Türkiyə ilə müzakirələrin davam edəcəyini bildirib. Ankara Suriyadakı terror qruplarını məhv etməkdə qərarlılığını ifadə edib. Deməli, bu aspektdə Yaxın Şərqdə ABŞ-la regionun nüfuzlu dövlətləri arasında yeni səviyyədə mübazirə vüsət ala bilər. Yaranmış vəziyyətdən yalnız Amerikanın ədalətli mövqeyə gəlməsi nəticəsində çıxmaq mümkündür. Çünki Türkiyənin artıq güzəşt limiti yoxdur.
Bunları ümumiləşdirsək, Vaşinqtonun Yaxın Şərq siyasətinin başlıca özəlliyini müəyyənləşdirə bilərik. Amerika Yaxın Şərqi indiki mərhələdə yerli dövlətlərin öz əli ilə qarışdırmaqda davam etməyə üstünlük verir. Bunun üçün hərbi struktur yaratmağı da düşünür. Ona Vaşinqton şərti olaraq "Yaxın Şərq (ərəb) NATO"su adını verib. Konkret ismi isə yeni strateji Yaxın Şərq alyansıdır (Middle East Strategic Alliance – MESA). Bununla bağlı Mayk Pompeo Misirdə ifadə edib: "Bu addım Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurası üzvlərini, Misir və İordaniyanı bir yerə toparlamağa yönəlib. Biz bu gün həmin ölkələrin hər birindən xahiş edirik ki, həmin istiqamətdə növbəti addım barədə düşünsünlər. Bu tədbirlər ümumi təhlükə qarşısında təhlükəsizliyin möhkəmləndirilməsi üçün zəruridir…".
MESA-nın kimlərə qarşı savaşacağı aydındır. Yaxın Şərqdə ABŞ və İsrailin maraqlarına uyğun olmayan hər bir prosesin qarşısını indi ərəblərin öz əli ilə almağa çalışırlar. Yəni kənardakılar heç bir zərərə düşmür, əksinə, silahlarını yerlərdəki nökərlərinə satıb, müsəlmanları nəzarətdə saxlamağa cəhd edirlər.
Deyək ki, Yaxın Şərqin hansısa bir ölkəsində Vaşinqtonun maraqlarına uyğun olmayan hadisə baş versə, MESA orada olmalıdır. Burada istisna etmək olmaz ki, müəyyən məqamda Yaxın Şərqdə regional müharibə meydana çıxa bilər. Əgər MESA qurulsa və bir neçə ərəb ölkəsinin hərbçiləri kimlərəsə qarşı birgə savaşsa, başqa böyük dövlətlər də onlara qarşı vuruşa bilərlər. Bu da regionda əsl xaosa yol açar.
Belə çıxır ki, M.Pompeonun doqquz ərəb ölkəsinə səfərinin arxasında təhlükəli geosiyasi məqamlar dayanır. Vaşinqton regiondakı əsgərlərinin sayını azaltmağı yerlərdəki müttəfiqlərini silahlandırmaqla əvəz etməyi düşünür. Bu da Yaxın Şərqdə ölkələri təhlükəsizliyə deyil, daha fərqli təhlükələrin meydana gəlməsinə sürükləmək deməkdir. Etiraf etmək gərəkdir ki, çox təhlükəli və aldadıcı gedişatdır. Əgər ərəb dövlətləri bu tələyə düşsələr, dolayısı ilə kənar qüvvələrin iradəsini tam yerinə yetirməyə məcbur olacaqlar.
Məsələnin digər aspekti regionun böyük dövlətlərinin fəaliyyəti ilə bağlıdır. Şübhə yoxdur ki, Tehran öz hesabını götürür və qarşılıqlı addım atacaq. Ən böyük toqquşmanın Suriyada ola biləcəyini təxmin etmək olar. Amerika rəsmiləri İranın oradan çəkilməli olduğunda çox israrlıdırlar. İran isə Suriyada sabitliyi təmin etməli olan üç ölkədən biridir (Rusiya, Türkiyə, İran). Deməli, Suriyanın istənilən yerində Amerika-İran toqquşması ola bilər. Bu baxımdan maraqlıdır ki, Amerika öz hərbi qüvvəsini İŞİD və şiə milisləri olan bölgələrə yönəldə bilər. Suriyada Vaşinqtonun öz güclərini kürdlər olan ərazidən çəkib, İranın hakim olduğu istiqamətlərdə yerləşdirməsi variantı istisna edilmir. C.Bolton və M.Pompeonun regiona səfərləri zamanı daim İran məsələsi üzərində dayanmaları da bu ehtimala əlavə çəki verir. Hər bir halda Yaxın Şərqdə Amerikanın başqa bir mövqedən fəallaşmağa başladığı hiss edilməkdədir.
Bütün bunlar onu təsdiq edir ki, M.Pompeonun Yaxın Şərqin ərəb ölkələrinə səfəri reallıqda Amerikanın Suriyadan çəkilməsini deyil, Vaşinqtonun faktiki olaraq yeni siyasi xətt seçməsini ifadə edir. Özünü barış, sülh və əməkdaşlıq carçısı kimi təqdim etməyə cəhd göstərən Amerika iqtidarı bu addımla iki hədəfi vurmağı planlaşdırır. Birincisi, özünün müsəlmanlar arasında olan mənfi imicini bərpa etməyə çalışır. İkincisi, regionda rəqibi olan başqa böyük güclərin şansını azaltmağı hədəfləyir.
Lakin bir sıra ekspertlər başqa sual da qaldırırlar: Amerika bu cür planları ilə Yaxın Şərqi yeni bəlalara sürükləmirmi? Yevangelizm ideoloji konsept olaraq təcavüzkardır və yeni Armaqeddon meydana gətirə bilər!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM