Sülhə hazırlıq: Ermənistan hazırdırmı?

10:27 / 26.01.2019

Son günlər kütləvi informasiya vasitələrində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə apardıqları müzakirələrin nəticələri ilə bağlı təhlillərin sayı artıb. Siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və analitiklər bununla bağlı tezislər irəli sürürlər. Onları daha çox nazirlərin cəmiyyətlərin sülhə hazırlanmasından bəhs etməsi maraqlandırır. Bunu Azərbaycan XİN verdiyi açıqlamada da qeyd edib. Ancaq Ermənistan mətbuatında həmin mövzu ilə bağlı dərc edilən məlumatların qısa təhlili göstərir ki, burada hər şey göründüyü kimi deyil. Faktiki olaraq erməni tərəfi real vəziyyəti təhrif edən fikirlər ifadə edir. Onlar "sülhə hazırlıq" məsələsini özlərinin təsəvvür etdikləri kimi təqdim etməyə çalışırlar. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Münaqişədən barışa: ədalət və reallıq naminə

Hər bir müharibənin sonu sülhdür. Münaqişələr də barışla nəticələnməlidir. Artıq onillərdir ki, ermənilərə bu adi həqiqəti başa sala bilmirlər. Onlar havadarlarının müharibə meydanında əldə etdiyi müvəqqəti üstünlüyü özlərinin "əbədi qələbəsi" kimi təsəvvür etmək mərəzindən xilas ola bilməyiblər. Utanmadan Aprel döyüşlərində erməni ordusunun və xalqının "qəhrəmanlığı"ndan bəhs edirlər. V.Putini görəndə "dillərini udan" (A.Lukaşenkonun deyimi) erməni liderlər suverenlikdən, müstəqil ordudan və ya xarici siyasətdən dəm vururlar. Bu hal Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 16-da Parisdə olan görüşündən sonra bir az da şiddətlənib. Maraqlıdır, səbəb nədir?

Ermənistan mediasının analizi göstərir ki, səbəb münaqişənin həlli istiqamətində hansısa ümidverici əlamətin görünməyə başlamasıdır. Təbii ki, hələ konkret həlldən və ya ciddi addımdan söhbət gedə bilməz. Ancaq Azərbaycan XİN-in məsələ ilə bağlı yaydığı informasiyada da göstərildiyi kimi, danışıqlar pozitiv istiqamətdə gedib və müəyyən problemlərin həlli ilə bağlı danışıqların davam etdirilməsi qərara alınıb. Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir: "...tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər".

Ermənistan XİN də oxşar açıqlama yayıb. Lakin bu ümumi fikirlərə münasibətdə erməni mediasında bir isterika özünü göstərməkdədir. Öncə onu deyək ki, BMT-nin baş katibi müzakirənin nəticələrini müsbət qiymətləndirib. Avropa İttifaqı konkret nəticələrin alınmasını "səbirsizliklə gözlədiyini" bəyan edib.

Yeri gəlmişkən, müzakirələr ATƏT-in Minsk qrupu formatı çərçivəsində aparılıb və təbiidir ki, onlar da nəticələrə öz münasibətlərini bildiriblər. Həmsədrlər danışıqların müsbət ruhunu vurğulayır, regional əməkdaşlığın potensialının artırılması zərurəti baxımından bunu ümidverici addım kimi qiymətləndirir.

Belə təəssürat yaranmasın ki, biz münaqişənin həlli üçün təcavüzkar tərəfin hansısa konkret addım atmağa hazır olduğundan bəhs edirik. Qətiyyən elə deyil, burada başqa incəliyə diqqət yönəltmək istərdik. Məsələ ondan ibarətdir ki, insanlar hələ münaqişənin həll oluna bilmə imkanlarından danışır, ermənilər isə artıq təlaşa düşürlər.

Onlar ifadə edilən hər bir fikrə belə yanaşırlar: "Ermənistan işğal etdiyi torpaqlardan çıxmamalıdır. Azərbaycan müharibənin sonucunu reallıq kimi qəbul etməli və oyuncaq "dqr"-i tanımalıdır. Erməni tərəfinin hansısa işğal rayonundan çıxması Ermənistanın məğlubiyyəti, erməni xalqının biabır olmasıdır" (bax: məs., Сергей Шакарянц. Армения-Азербайджан. Что такое "подготовка населения к миру"? / "Regnum", 22 yanvar 2019).

Bir başqaları xalqların sülhə hazırlanması məsələsinə qlobal güclərin münasibətləri kontekstində baxmağı tövsiyə edir. Burada da Rusiya və İran dünyanın digər güclərinə qarşı qoyulur (münaqişə məsələsində). Yazırlar ki, Rusiya və İran Dağlıq Qarabağda status-kvonun dəyişməməsinə, digərləri isə dəyişməsinə çalışırlar (bax: Акоп Бадалян. Кто пытается изменить статус-кво в Арцахе: заблуждение или искажение / "Lragir", 18 yanvar 2019).

Birtərəfli yanaşma: təcavüzkarın köhnə xisləti

Bu cür primitiv analiz və qərəzli qiymətləndirmə onu göstərir ki, Ermənistanda siyasi dairələr və ekspertlər münaqişənin ədalətli həllinə qətiyyən hazır deyillər. Onlar erməni xalqının adından istifadə edib manipulyasiyalarla məşğuldurlar. Sadə ermənilər öncədən hesab edirdilər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bunun nəticələri çox pis olacaq. İndi həmin məqam gəlib çatıb. Ermənistan nə dövlət kimi özünü təsdiq edib, nə də vətəndaşlar normal həyat sürə bilirlər. Demoqrafik, iqtisadi, sosial, psixoloji problemlər baş alıb gedir. Ermənistan bütün regional əməkdaşlıq layihələrindən təcrid olunub. Heç üzvü olduğu Avrasiya İqtisadi İttifaqında belə hörməti yoxdur.

Ermənistan indiyə qədər heç bir səmərəli layihə təklif etməyib. Bundan sonra da öncəki mərhələlərdə apardığı siyasəti davam etdirərsə, hansısa müsbət məzmunu olan layihəni təklif etməsi gözlənilən deyil. Bəs onda xilas yolu nədən ibarətdir? Bunu Azərbaycan Prezidenti dəqiq və aydın ifadə edir. Təkrar-təkrar mesajlar verilir. Yəni Ermənistan işğal etdiyi ərazilərdən birmənalı olaraq çəkilməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bir qarış olsun belə Vətən torpağı yad işğalı altında qalmamalıdır. Öz yurdlarından didərgin salınmış azərbaycanlı qaçqınlar evlərinə dönməlidirlər. Yalnız bundan sonra Ermənistanın təcridi aradan qalxa bilər.

Bunları indi adi insanlar belə anlayırlar. Əgər Ermənistanın indiki rəhbərliyində də başa düşənlər varsa, buna ilk növbədə Ermənistan ictimaiyyəti sevinsin. Həmin aspektdə Parisdəki danışıqlarda da erməni tərəfi müəyyən dərəcədə konstruktiv mövqe tutmağa çalışıbsa, buna da ermənilər özləri sevinsinlər. Eyni zamanda, həmin hadisəyə erməni mətbuatının reaksiyası dünya birliyi və konkret olaraq həmsədrlər üçün növbəti dəfə bir işarədir.

Ermənistan siyasi dairələri açıq göstərirlər ki, münaqişənin həllində maraqlı deyillər. Onlar beynəlxalq ictimaiyyətdə yanlış təsəvvürlər yaratmaqda davam edirlər. Bir tərəfdən sülhə hazırlıqdan danışır, digər tərəfdən isə cəmiyyətdən buna böyük təpkinin olduğunu nümayiş etdirirlər. Çünki bu "sülh" anlayışını ermənilər adi insanların anladıqlarından fərqli təsəvvür edirlər. Onlar üçün sülh Azərbaycanın işğalla barışıb, öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına razı olmasından ibarətdir. Bundan kənarda erməni separatçı təfəkkürü üçün sülh yoxdur.

Belə olmasaydı, bir sıra erməni ekspertləri Azərbaycanın geniş muxtariyyət vermək haqqında mövqe bildirməsinə istehza ilə yanaşmazdılar. Onlar hesab edirlər ki, "dqr"-in müstəqil dövlət kimi tanınmasından başqa variant erməniləri qane etməməlidir. Deməli, əslində, beynəlxalq təşkilatlar, ictimaiyyət və konkret olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan siyasi, ekspert dairələrini və cəmiyyətdəki radikal kəsimi sülhə hazırlamalıdırlar. Onlara başa salmalıdırlar ki, əgər erməni silahlı qüvvələri işğal etdiyi əraziləri tərk etməsə, Ermənistan məhv olacaq.

Azərbaycan cəmiyyətini sülhə hazırlamağa isə ehtiyac yoxdur. Çünki biz daim sülh tərəfdarı olmuşuq, tolerant münasibət göstərmişik. Azərbaycanda kimsə başqa cəmiyyətlərə qarşı radikal münasibət göstərməyib və göstərmir. Əgər kimsə "sülhə hazırlıq" adı altında azərbaycanlıların ölkənin ərazi bütövlüyündən imtina etməsini nəzərdə tutursa, həyatının ən böyük səhvini edir. Bu, mümkün olan şey deyil, çünki həm ədalətsizlikdir, həm də müstəqilliyə xəyanətdir.

Azərbaycan başqasının torpaqlarında gözü olmayan dövlət və cəmiyyətdir. Belə bir toplumun özü başqalarına sülhdən dərs verə bilər. Lakin səbrin də bir həddi-hüdudu var. Təcavüzkar işğal etdiyi ərazilərdən çıxmasa, ermənilər sülhə məcbur ediləcəklər. Bu da hər kəsə aydındır!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM