Dövlət müstəqilliyinin sosial-iqtisadi cəhətdən möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin töhfəsi

11:00 / 31.01.2019

Nigar Qaybaliyeva
Bakı Dövlət Universitetinin
Vətən tarixi kafedrası

Tarix neçə dəfə sübut etmişdir ki, müstəqilliyin müdafiəsi, möhkəmləndirilməsi onun qazanılmasından dəfələrlə ağır və çətindir. Müstəqilliyini qazanmış gənc dövlətin başlıca vəzifəsi əldə edilmiş müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, müstəqilliyə mane olan çətinlikləri yox etmək, möhkəm təməllər əsasında güclü iqtisadiyyat yaratmaq və digər problemlərin həllindən ibarətdir. Bu zaman dövlətin daxili və xarici siyasətini göstərən ardıcıl, prinsipial bir xəttin hazırlanması çox böyük məna daşıyır (4, s.166).
Müstəqilliyini qazanmış Azərbaycanın intensiv templərlə iqtisadi inkişafını özündə ehtiva edən tərəqqi strategiyasının hazırlanaraq həyata keçirilməsi yalnız Ulu öndər Heydər Əliyevin bir daha hakimiyyətə gəlməsindən sonra mümkün olub. 1991-ci ildə müstəqillik əldə edən AR-da azad dövlət quruculuğu və kompleks institusional islahatların aparılması, azad bazar əlaqələrinə əsaslanan milli iqtisadiyyatın təşəkkül etdirilməsi obyektiv zərurətə çevrilmişdi.
Yenicə azadlığını qazanmış bütün postsovet respublikaları kimi, Azərbaycanın da qarşısında yeni formasiyanın istəklərinə uyğun vacib şərt siyasi, sosial, iqtisadi, hüquqi vəzifələr dururdu. Birinci dünya ölkələrinin praktiki fəaliyyəti göstərir ki, istənilən cəmiyyətin mütəmadi sosial-iqtisadi tərəqqisi və yeniləşməsi, dünya birliyinə nüfuz etməsi, yeni iqtisadi əlaqələrin yaranması azad rəqabətin və liberal dəyərlərin üstün olduğu şəraitdə mümkündür. Bu baxımdan, keçən əsrin 90-cı illərinin başlanğıcında azad Azərbaycan dövləti həddindən artıq ağır bir durumla qarşılaşdı.
Yetərincə çətin olan siyasi və sosial-iqtisadi durumun səciyyəvi olduğu 90-cı illərin başlanğıcında hakimiyyətə səriştəsiz qüvvələrin gəlməsi bu islahatların aparılmasını qeyri-mümkün etdi, hətta Azərbaycanın demokratik dövlət quruculuğu sahəsində geriləmə müşahidə olundu. Hakimiyyəti uzurpasiya yolu ilə ələ keçirən siyasi rəhbərliyin səriştəsizliyi ucbatından milli dövlət quruculuğu meylində heç bir iş görülmədi, bütün sahələrdə dərin nizamsızlıq meyilləri hökm sürdü.
Azərbaycan 18 oktyabr 1991-ci ildə müstəqillik qazansa da ortalığa bir çox problemlər də çıxdı. Müstəqilliyin ilk illəri Azərbaycan iqtisadiyyatı üçün xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Ulu Öndər bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayıb.
Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarların sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərdi.
1993-cü ilin yarısından başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
Ümumiyyətlə, yaranmış şəraitdə ölkəmizdə bazar iqtisadiyyatına keçid dövrü iki əsas mərhələyə ayrılır: 1991-1994-cü illərdə tənəzzül və 1995-ci ildən etibarən bərpa dövrləri (2, s.83). Mürəkkəb siyasi və sosial-iqtisadi durumun səciyyəvi olduğu I dövr istər A.Mütəllibov iqtidarı, istərsə də AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində yeridilən səhv siyasətin yekunu olaraq iqtisadi tənəzzül prosesinin dərinləşməsi, inflyasiyanın səviyyəsinin görünməmiş həddə çatması, ictimai-siyasi böhran, vətəndaş müharibəsi, ölkənin parçalanma təhlükəsiylə qarşılaşması ilə gözə çarpır.
İqtisadiyyat sahəsində islahatlar yeridilməsində mütəmadi, sistemli siyasət və dəqiq məqsədlərə hesablanmış fəaliyyət proqramlarının yoxluğu yeni mühitdə iqtisadi tərəqqisi qeyri-mümkün edirdi. Əmək bacarığı olan insanların ofislərini itirməsi, istehsal-kooperasiya münasibətlərinin qırılması, müəssisələrin əksəriyyətinin öz işlərini məhdudlaşdırması və ya da dayandırması, işçilərin toplu olaraq çıxarılması, əhalinin gəlirlərinin əsas hissəsini təşkil edən əməkhaqqının səviyyəsinin aşağı düşməsi, inflyasiya prosesinin intensivləşməsi vəziyyəti daha da ağırlaşdırırdı. İstehsalın şəraitə uyğun olmaması nəticəsində dəqiq alıcı auditoriyası tapmayan məhsullar tədavül dairəsində əmtəəlik məhsul ehtiyatı kimi yığılıb qalmaqda və iqtisadiyyatın inkişafında əlavə yükə çevrilməkdə idi.
Sözügedən dövrün iqtisadi görünüşü bu illərin makroiqtisadi nümunələrində daha çox gözə çarpır. 1991-1994-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 % azalmışdı. 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 %, 1992-ci ildə 37 %, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Vaxtilə keçmiş ittifaqda əsas sənaye respublikası kimi məşhur olan Azərbaycanın sənaye sektoru yeni azad dövlətlər içərisində ən ağır vəziyyəti ilə xarakterizə oluna bilərdi. (6, s.143).
1993-cü ildə Azərbaycan istehsal imkanının demək olar ki, 2/3-ni itirmişdi və milli gəlirin qazaılması sıfır dərəcəsində idi. Ölkə üzrə emal sahələrinin böyük bir hissəsinin sıradan çıxması, başqalarının isə xammal qıtlığı və satış bazarları problemi ilə üzləşməsi iqtisadiyyatı defolt həddinə çatdırmışdı. Bu dövrdə iqtisadi nizamsızlıq sosial böhranı dərinləşdirirdi, işsizlik səviyyəsi çoxalmışdı və ölkəni işsizlik təhlükəsi gözləyirdi.
Gəlir cədvəli kəsirinin ümumi daxili məmulata nisbəti 1991-ci ildəki 0,1 %-dən 1994-cü ildə 14 %-ə qədər çoxalmışdı və büdcə kəsiri tam olaraq Milli Bank tərəfindən maliyyələşdirilirdi. 1994-cü ildə Milli Bankın uçot dərəcəsi 250 faizə çatmışdı və bütün bunlar ondan xəbər verirdi ki, ölkə iqtisadiyyatı idarəedilməz duruma düşmüşdü. 1993-cü ilə kimi ölkədə sahibkarlıq sahəsi istiqamətində ciddi islahatların aparılmaması və sistemsiz epizodik tədbirlər bazar iqtisadiyyatının mühüm koponentlərindən sayılanı sahibkarlıq institutunun tərəqqisini ləngidirdi. Həmçinin, bazar iqtisadiyyatının digər mühüm sektorlarının, misal üçün, satış mərkəzi, xidmət, nəqliyyat, vasitəçi-təchizat və bank fəaliyyətinin yaranması prosesi kortəbii və rəsmi xarakter daşıyırdı. Xarici ticari fəaliyyət, eyni zamanda vacib təşkilati-hüquqi baza yaradılması sahəsində təcrübəsizlik ona gətirib çıxardı ki, şirkətlər, xüsusilə yeni yaranmış bazar strukturları, bir qayda olaraq, qazanc üçün 100 milyonlarla dollarlıq neft məhsullarını, alüminiumu, pambığı və digər strateji məhsulları dünya qiymətlərindən zəif qiymətə ixrac edirdilər.
Bunların hamısı istehsal vasitələri bazarını formalaşdıran mühüm faktorlardan biri kimi çıxış edən ixrac potensialından səmərəli istifadə əmsalının çox aşağı olduğunu, bir sözlə, arxa plana keçirildiyini göstərirdi. Bazar əlaqələrinin təşəkkülü və bu münasibətlərə əsaslanan istehsal mexanizmləri bazarının tərəqqisi üçün vacib sayılan ilkin şərtlərin ərsəyə gətirilməsi sahəsində ciddi problemlər özünü göstərirdi.
80-ci illərin sonlarına yaxın keçmiş SSRİ-də gedən ictimai-siyasi proseslər Azərbaycanda da iqtisadiyyatın bütün sahələrinə, o cümlədən neft sənayesinə də öz mənfi təsirini göstərmişdir. Neft hasilatı 1987-ci ildəki 13,8 milyon tondan 1993-cü ildə 10,3 milyon tona enmişdir. (5, s.56). Göründüyü kimi, milli iqtisadiyyatın başqa sektorları kimi, neft sənayesində də tənəzzül prosesi xeyli intensivləşmiş, hasilat getdikcə aşağı düşmüş, neftçilərin sosial-iqtisadi durumu son dərəcə ağırlaşmışdı. Neft məhsulları və avadanlıqlarının emalı sahəsində böhranlı durum yaranmış, bu sahə üzrə ixtisaslaşmış zavodlar hakimiyyətdə yüksək vəzifələr tutmuş şəxslərin qiyməti milyon dollarla ölçülən korrupsiya və mənimsəmə obyektinə çevrilmişdi. Əlavə olaraq, maliyyə vəsaitinin məhdudluğu xarici müəssisələrin və investorların cəlb edilməsini strateji zərurətə çevirsə də, ölkəni bürümüş daxili ziddiyyətlər, özbaşınalıq Qərbin neft müəssisələrini Azərbaycandan çəkindirirdi.
Dövlət büdcəsinin qəbulu da çətinliklərsiz olmadı. Milli Məclis 1994-cü il üçün büdcəni aşağıdakı kimi təsdiq etdi: proqnozlaşdırılan mədaxil 138474,7 mln. manat, məxaric 181371,7 mln. manat. 1994- cü ildə büdcənin mədaxili aşağıdakı mənbələr və normativlər üzrə formalaşmalı idi: əlavə dəyər vergisi məbləğindən şəhərlər üzrə - Baxı - 81,7%, Sumqayıt - 87,8%, Əli Bayramlı - 62,5%, Yevlax - 67%, Mingəçevir - 88,6%, Gəncə - 32,8%, Saatlı - 9,8%. (ARMMA.f.2941, siy.l, iş 2).
Ölkədə müəssisələrin yaradılması və fəaliyyətinin hüquqi əsaslan haqqında sənəd olmadığından çoxlu problemlər yaranırdı. Buııa görə də parlament daxili iqtisadi inxişaf üçün bİr sıra qanunlar qəbul etdi. 8 fəsil və 14 maddədən ibarət olan “Müəssisələr haqqında Qanun”da Azərbaycanda fəaliyyət göstərən müəssisələrin təşıdlati-hüquqi formaları, oıılarııı yaradılması, idarə edilməsi və fəaliyyət prinsipləri müəyyən edilmədə, müəssisələrin təsərrüfat müstəqilliyinə və hüquqi bərabərliyinə təminat verilməsi məsələləri öz əksini tapdı.
Qanunda müəssisələrin növləri aşağıdakı kimi müəyyən edildi: dövlət müəssisələri, fərdi (ailə müəssisələri), şərikli (tam ortaqlı) müəssisə, məhdud məsuliyyətli səhmdar cəmiyyəti, müəssisələr birliyi, törəmə müəssisələr, filiallar, nümayəndəliklər və digər müəssisələr.
Ölkənin düşmüş olduğu ağır sosial-iqtisadi vəziyyətini düzəltmək üçün xarici sərmayəyə şərait yaradılması, ticarətin sərbəstləşdirilməsi, inzibati amirlik metodlarının ləğv edilməsi tələb olunurdu, 1993-cü ilin əvvəlində respublikamızda olan 15 minə qədər kiçik müəssisənin heç 15 faizi istehsal yönümü deyildi. İlk addımlardan biri kimi xarici ticarətin sərbəstləşdirilməsi ola bilərdi. Ona görə də Azərbaycan Respublikası prezidenti 1994-cü ilin martında “Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında” Fərman imzaladı (8, 142). Fərmana əsasən strateji əhəmiyyətli malların respublikadan bütün hüquqi şəxslər tərəfindən ixrac olunmasına icazə verildi. Həmin malların xarici ökələrə satışından əldə ediləcək vəsaitin qanunvericiliklə müəyyən olunmuş hissəsi hesabına Azərbaycan Respublikasının vahid valyuta fondunun formalaşması təmin edilməli idi.
“Fiziki şəxslərin pambıq yığımından əldə etdikləri gəlirlərin vergidən azad edilməsi haqqında” Milli Məclisin 1994-cü il 19 Oktyabr tarixli qərarının bu cəhətdən əhəmiyyəti oldu. “Azərbaycan Respublikasında fizixi şəxslərdən gəlir vergisi haqqında” respublika qanunun 3-cü maddəsinin 11 -ci bəndinə əsasən fızixi şəxslər 1994-1995-ci illərdə pambıq yığımından əldə etdikləri gəlirdən vergi tutulmasından azad edildilər (8, 173).
Ölkədə valyuta bazarını tənzimləmədən ümumi iqtisadi inkişafdan danışmaq mümkün deyildi. Bu dövrdə isə valyuta bazarı küçələrdə idi və hərc-mərclik hökm sürürdü. “Valyuta tənzimi haqqında” 1994-cü il 21 oktyabr tarixli qəbul edilmiş qanun deyilənlərin məntiqi nəticəsi kimi başa düşülürdü. Üç fəsil və 19 maddədən ibarət olan həmin qanunda respublikada valyuta əməliyyatlarının həyata keçirilməsi prinsipləri, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətləri və funksiyaları, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olması göstərilirdi. Bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələr, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edildi.
Bütün bu tədbirlərə baxmayaraq ölkədə sosial-iqtisadi vəziyyət qənaətbəxş deyildi. Təbii sərvətlərin zənginliyinə baxmayaraq 1994-cü ildə əhalinin orta aylıq əmək haqqı 13,1; 1996-cı ildə isə 20,5 ABŞ dolları olmuşdu.
1994-cü ilin sonları üçün respublikada sosial-iqtisadi vəziyyət barədə Milli Məclisdə respublikanın müvafiq dövlət orqanlarının məlumatı dinlənilib müzakirə edilərək, iqtisadiyyatının ağır vəziyyətdə olduğu və tənəzzül keçirdiyi qeyd edilirdi. Azərbaycana qarşı Ermənistanın apardığı elan olunmamış qanlı müharibə iqtisadiyyata böyük zərbə vurdu. Bu müharibə 1 milyondan çox Azərbaycan vətəndaşının öz doğma yurd-yuvasını itirib qaçqm düşməsinə, istehsal və xidmət fəaliyyətindən Kənarlaşmasına gətirib çıxartdı. Azərbaycanda qurulan ailələrin sayı 1991-ci illə müqayisədə ildə 36,8 faiz azaldı ki, bu da respublikadakı ümumi dolanışıq səviyyəsinin aşağı düşməsinə dəlalət edirdi.
1994-cü ildə Özəlləşdirməyə dair dövlət proqramı Milli Məclisdə geniş müzakİrə edildi. Bununla belə, bu sahədə işlər xeyli ləng gedirdi. Milli Məclisin aqrar məsələlər Komissiyası ekspert qrupu ilə birlikdə “Aqrar siyasətin əsas istiqamətləri haqqında” və “Torpaq islahatları haqqında” qanunların layihələrini hazırladı. Axırıncı qanun layihəsində torpağı xüsusi mülkiyyətə vermək nəzərdə tutulurdu. Torpaq sahibləri onu satmaq, girov qoymaq və icarəyə vermək hüququna sahib olurdular. Layihədə torpağın Kəndliyə pulsuz verilməsi təklif edilirdi.
Bazar iqtisadiyyatına Keçidlə bağlı olaraq qəbul edilən digər qərar, qanun və sərəncamların, o cümlədən 1996-cı il 16 apreldə qəbul edilən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunu çox mühüm hüquqi-nəzəri sənəd rolunu oynadı. Bu qanun 4 fəsil, 14 maddədən ibarət olub, orada standartlaşdırmanın əsas anlayışı, normativ sənədləri və oııların tətbiqi, onun tələblərinə əməl edilməsində dövlət nəzarəti, bu sahə üzrə dövlət nəzarəti orqanlarının hüquqları və maliyyələşdirmə kimi vacib məsələlər öz əksini tapdı.
Ökənin azad bazar iqtisadiyyatına keçməsinə mane olan amillərdən biri daxildə baş verən siyasi sabitsizlik və çevriliş cəhdləri idi. 1994-cü il oktyabr və 1995-ci il mart hadisələri Azərbaycan dövlətçiliyinə hazırlanmış qəsd olmaqla yanaşı ökədə sabitliyi pozdu, əhalinin böyük həyəcan və narahatçılığına səbəb oldu. Digər tərəfdən, respublkaya xeyli miqdarda maddi və mənəvi zərər vurdu. Bunlar eyni zamanda respublikada iqtisadi inkişaf konsepsiyasının hazırlanması gedişinə də maneçilk törətdi.
Bu mərhələdə İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar Mərnəzində ‘’Azərbaycan Respublkası iqtisadiyyatının sabitləşdirilməsi və radikal islahatların həyata keçirilməsi proqramı” üzərində iş başa çatdırıldı. Proqram Milli Məclisin müvafiq Komissiyaları, əlaqədar nazirlklər və iqtisadi qurumlarla birgə müzaKİrələrdən sonra düzəlişlərlə hökumətə təqdim olundu.
1994-ci ildə də aqrar islahatların hüquqi-siyasi bazasının yaradılması və həyata keçirilməsi davam etdirildi. Bu baxımdan 1995-ci il fevralın 18-də Milli Məclisdə qəbul edilən qərar “Aqrar islahatların əsasları haqqında” qanunun böyük əhəmiyyəti oldu. 4 fəsil, 17 maddədən ibarət olan bu qanunun məqsədi aqrar bölməni böhrandan çıxartmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial iqtisadi vəziyyətini yaxşılaşdırmaq idi. Aqrar sahədəki islahatın başlıca vəzifələri torpaq və əmlak üzərində yeni mükiyyət münasibətlərinin yaradılması, bazar iqtisadiyyatına uyğun islahat və infrastruKtur sahəsində müxtəlif növlü təsərrüfatların yaradılması və inKİşafı yolu ilə istehsal münasibətlərinin dəyişdirilməsindən və təkmilləşdirilməsindən ibarət idi. Əlbəttə, bütün bunlar işin formal tərəfi idi. Torpaq kəndliyə verilsə də, Kəndlinin onu əkib - becərməyə vəsaiti, texnikası və başqa imkanları yox idi. İnzibati orqanların yersiz müdaxilələri kənddə iqtisadi canlanmaya mane olurdu.
Ümumiyyətlə, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında Atəşkəs müqaviləsi imzalandıqdan sonra respublikada vəziyyət sabitləşməyə başladı. Artıq gənc, müstəqil Azərbaycan Respublikasi beynəlxalq aləmdə nüfuz qazanmağa başlayırdı. Ölkədəki sabitlikdən istifadə edərək Heydər Əliyev çevik xarici siyasət yeritməyə başladı, böyük Avropa ölkələrinin, ABŞ-ın diqqətini Azərbaycana cəlb etdi. Ümummilli lider Azərbaycanın neft strategiyasını müəyyənləşdirərkən, başlıca iqtisadi, siyasi, geostrateji amilləri də nəzərə alaraq, neftin üçüncü minillikdə Azərbaycan xalqına, onun gələcək nəsillərinə xidmət etməsinin istiqamətlərini müəyyən etmişdir. Dünya birliyinə inteqrasiya və regionda beynəlxalq əməkdaşlığın əsasını qoyan bu qlobal enerji layihəsi, eyni zamanda Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmasına, milli mənafeyinə, iqtisadi və siyasi maraqlarına istiqamətlənmişdi.
Bütün bunlar beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılmasına, inkişaf imkanlarının genişlənməsinə yönəlmişdir ki, öz dolğun ifadəsini “Əsrin müqavilə”sində tapdı. Müqavilə 1994-cü ildə, sentyabnn 20-də imzalanmışdır.
1995-ci il üçün Dövlət büdcəsinin qəbulu zamanı ökənin azad bazar iqtisadiyyatı yolu inkişafı barədə geniş söhbət getdi. Büdcənin mədaxili 2219321,5 milyard manat, məxarici isə 268124,3 milyon manat məbləğində təsdiq edildi. Büdcə Kəsirinin yuxarı həddi isə 461922 milyon manat məbləğində müəyyənləşdirildi.Həmin ildə Azərbaycan dövləti özəlləşdirməyə də xüsusi diqqət yetirdi. Aparılan araşdırma sübut edir ki, özəlləşdirmə sahəsində xeyli çatışmazlıqlar və nöqsanlar var idi.
Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 1993-cü il yanvarın 7-də qəbul edilməsinə və qüvvəyə minməsi haqqında qərarda Dövlət Əmlak Komitəsi rəhbərliyinə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında proqramın təqdim edilməsi üçün 1993-cü il martm 1-dək vaxt verilməsinə baxmayaraq, həm göstərilən müddətdə, həm də sonra bu tapşırığın öhdəsindən gələ bilmədilər.
1995-ci ilin yanvarında Dövlət Əmlak Komitəsinin rəhbərliyində dəyişikliklər edildi. Martin 8-də Azərbaycan Respublixası prezidenti tərəfindən dövlət mülkiyyətinin özəlləşdirilmə proqramının hazırlanması üçiın xüsusi Komissiya yaradıldı .
Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında proqram işlənib hazırlanarkən əsas amil kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi nəzərdə tutulurdu. 1995-1998-ci illəri əhatə edən proqramın əsas mahiyyətini xüsusi mülkiyyətçilər təbəqəsinin formalaşdırılmasma və nəticədə səmərəli fəaliyyət göstərən bazarın yaradılmasına, xalq təsərrüfatının inhisarsızlaşdı- rılmasına və onun strukturunun yenidən qurulmasına, Ölkənin iqtisadi dövriyyəsinə kapitalın cəlb olunmasına və Kapitallaşma mexanizmi yaradılmasına, iqtisadi prosesə bütün növ istifadə olunmamış resursların cəlb edilməsinə, vətəndaşların sahibkarlıq və işgüzarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılmasına, infılyasiyanm qarşısının alınmasına və manatın alıcılıq qabiliyyətinin artırılmasına yönəldilmiş tədbirlər təşkil edirdi.
Bu tədbirlərin həyata keçirilməsi ilə maliyyə sabitliyinə, əhalinin əmanətlərinin artırılmasına və bu əmanətlərin investisiyalara çevrilməsinə, ən başlıcası, islahatın canlandırılmasma və iş yerlərinin artırılmasına, nəhayət, vətəndaşların həyat səviyyəsinin keyfiyyətcə yaxşılaşdırılmasına nail olunması nəzərədə tutulurdu (ARMMA.f.2941, siy.l, iş 2)
Milli Məclisdə geniş müzaıdrədəıı sonra 1995-cı il 21 iyulda təsdiq edilmiş “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəliəşdirilməsinin dövlət proqramında özəlləşdirmənin məqsəd və vəzifələri, dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi, özəlləşdirmə payı, özəlləşdirmənin formaları, özəlləşdirmə prosesinin maliyyələşdirilməsi şərtləri və s. məsələlər öz əksini tapdı (ARMMA.f.2941, siy.l, iş 2)
Azərbaycan Respublikası Milli Məclisi İqtisadiyyat Komissiyasına qanunvericilik aktlarının dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanunvericiliyə uyğun olması barədə Milli Məclisə 10 gün müddətində təkliflər verməsi həvalə edildi. Eyni zamanda özəlləşdirmənin dövlət proqramı ilə əlaqədar təşkilati-texniki tədbirlərin həyata keçirilməsi və lazımi pul vəsaitinin ayrılması təmin edilməli idi.
Özəlləşdirmə haqqında qanun qüvvəyə mindikdən sonra bir sıra şəhər və rayonlarda hərraclar keçirildi, Məsələn, Şəkidə keçirilən hərracda 116 məişət xidməti obyekti özəlləşdirildi . Qısa müddətdə ökədə 8 min 953 kəndli fermer təsərrüfatı, 473 Kənd təsərrüfatı istehsalı kooperativi, 2 min 158 kollektiv müəssisə yaradıldı , 1267 dövlət müəssisəsi qeydiyyatdan keçmişdi. 1221 dövlət mağazası özəlləşdirilərək qeydiyyata alınmışdı. Əlbəttə, müəssisələrin qeydiyyatdan keçməsi heç də onların hamısının fəaliyyət göstərməsi demək deyildi. Onların çoxu maliyyə texniki və təsərrüfat cəhətdən imkanlı deyildi.
1995-ci ildə ökəyə xarici kapital qoyuluşu sahəsində də müəyyən işlər görüldü. Bu tədbir müstəqil dövlət quruculuğu üçün mühüm amillərdən biri kimi əhəmiyyətli idi. 1995-ci ilin yanvar ayında ABŞ-la Azərbaycan arasında “Kapital qoyuluşuna Kömək haqqında” saziş Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edildi. 1995-ci il noyabrın 10-da Bakıda imzalanmış “Qarabağ” strukturu üzrə yeni neft müqaviləsinə ABŞ- ın “Penzoyl”şirkəti cəlb edildi (8, s.195-96). Azərbaycan və ABŞ arasında ticarət və iqtisadi əlaqələr genişləndi.
Beləliklə, belə qeyd etmək olar ki, Heydər Əliyevin sosial-iqtisadi siyasət strategiyasının tətbiqi nəticəsində 1995-ci ildən etibarən AR-da inkişafın yeni mərhələsi - bərpa və dinamik tərəqqi dövrü başlanmışdır. 1995-2003-cü illərdə ümumi daxili məhsul 90,1 %, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 %, kənd təsərrüfatı istehsalı 52,8 %, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 %-ə qədər endirildi.
Nəticədə, siyasi və makroiqtisadi nöqteyi-nəzərdən dəyişməz, mütəmadi və dayanıqlı iqtisadi tərəqqiyə malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat proyektlərinin aktiv iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın indiki uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.
Belə ki, sonrakı mərhələdə Ulu Öndərin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda uğurlu addımlar atıldı, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan islahatlar həyata keçirildi, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüş təmin edildi. Nəticədə isə ulu öndər Heydər Əliyev bütün bəşəri dəyərlərə sahib olan, onun ən ali ənənələrini yaşadan və modern yeniliklərə qovuşduran, yeni dünya düzənində öz layiqli yerini tutan qüdrətli bir dövlət yaratdı.
Prezident cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın azadlığının əbədi, dönməz olmasında, iqtisadi potensialının güclənməsində, bölgədə və yer üzündə nüfuzunun artmasında onun müstəsna xidmətləri var. İndi bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu azad Azərbaycan yaşayacaqdır” (1, 183). Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu gerçəkliyə çevirmiş fenomen şəxsiyyət kimi müasir tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Sırf dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Ümummilli liderimiz Heydər Əliyevtərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Ədəbİyyat
1. Azərbaycan Respublikası Milli Məclisinin Arxivi (ARMMA) f.2941, siy.l, iş
2. Əliyev İ.H. İnkişaf-məqsədimizdir: çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər; burax. məsul R. Mehdiyev. Bakı: Azərnəşr, 2014. -391 s., s.183
3. Mahmudov Y. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Azərnəşr, 2002, 217 s.
4. Mehdiyev R. XXI əsrdə Milli Dövlətçilik: Demokratik inkişaf və müxalifət // Dirçəliş - XXI əsr jurn., Bakı, №62, s.236.
5. Məmmədov Ə. Müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda mübarizə. Bakı: Elm, 1999, 360 s.
6. Zeynalov İ.X. Müstəqil Azərbaycanda neft amili və iqtisadi inkişaf // BDU xəbərləri. Humanitar elmlər seriyası. №1, 2007. s.56-62.
7. Zeynalov İ.X., Əkbərova F.B. Azərbaycanın iqtisadi inkişafı müstəqillik dövründə // BDU xəbərləri. Humanitar elmlər seriyası, №1, 2004. s.166-170.
8. Асланов С. Азербайджан в составе многонационального государства. Баку: Элм, 1999,172 с.

Ключевые слова: независимость, социально-экономическая ситуация, рыночная экономика, политическая воля, иностранные инвестиции.

Keywords: independence, socio-economic situation, market economy, political will, foreign investment.


Нигяр Гайбалиева
Вклад великого вождя Гейдара Алиева в укреплении
социально-экономической независимости страны
Резюме
Научная статья посвящена краху экономики в 90-х годах, падению уровня жизни народа, периоду возвращения Гейдара Алиева вновь к власти, началу нового этапа экономического роста страны, объему иностранных инвестиций в экономику, переходу Азербайджана к рыночной экономике и интеграции в мировой экономике.
А также в статье была проанализирован период постепенного перехода к рыночной экономике, объяснены причины крайнего ухудшения социально-экономической ситуации.

Nigyar Gaybaliyeva
The contribution of the great leader Heydar Aliyev in strengthening socio-economic independence of the country
Summary
The scientific article is devoted to the collapse of the economy in the 90s, the fall in the people’s standard of living, the period of return of Heydar Aliyev to power again, the beginning of a new stage of economic growth in the country, the volume of foreign investment in the economy, Azerbaijan’s transition to a market economy and integration into the world economy.
The article also analyzed the period of gradual transition to a market economy, explaining the reasons for the extreme deterioration of the socio-economic situation.

 

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM