Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri

08:45 / 22.02.2019

Ermənistanda yeni hökumətin təşkili fikir ayrılığına səbəb olub. Baş nazir Nikol Paşinyan nazirliklərin sayını azaltmağı planlaşdırır. Ləğv ediləcək nazirliklər arasında diasporla bağlı nazirliyin olması erməni ekspert dairələrində müəyyən ajiotaj yaradıb. Bir sıra ekspertlər hesab edirlər ki, diasporla əlaqələrin pisləşməsi erməni dövlətçiliyi üçün öldürücü ola bilər. Hazırda diasporun Ermənistana yardımları az deyil. Ənənəvi olaraq, xaricdə yaşayan ermənilər Ermənistana müxtəlif məsələlərdə dəstək veriblər. İndi isə onların təsiri xeyli azalıb. Bu o deməkdir ki, erməni diasporuna havadarlıq edən dövlətlərin siyasi və geosiyasi mövqeyi transformasiyaya uğrayır. Bununla erməni diasporu ilə bağlı yaradılan mif də sabun köpüyü kimi dağılır. Ermənilərin ağaları artıq onlardan köləliyin başqa formasını tələb edirlər. Bunun fonunda N.Paşinyanın yeritməyə çalışacağı xəttin təhlilinə ehtiyac vardır.

Ənənə davam edir: Sarkisyandan sonrakı saxtakarlıq

Ermənistanda parlament seçkisində özünü göstərən bir sıra ziddiyyətlər hökumətin formalaşmasına da təsir etməkdədir. İndi Ermənistanda Nazirlər Kabinetinin islahatları prosesi diqqət mərkəzindədir. Ekspertlər baş nazirin məqsədinin nədən ibarət olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. O cümlədən N.Paşinyanın diaspor ilə bağlı 2008-ci ildə yaradılmış nazirliyin ləğv ediləcəyi haqqında bəyanatı çoxlu suallar yaradıb.

Xatırladaq ki, diasporla iş üzrə nazirliyi SerjSarkisyan yaratmışdı. Ekspertlərin fikrinə görə, o, bunu dövlətin maraqları üçün deyil, özünün siyasi məqsədləri naminə etmişdi. Belə ki, 2008-ci ildə prezident seçkisindən sonra baş verən hadisələr diasporla Ermənistan hökumətinin münasibətlərini gərginləşdirmişdi. Xüsusilə Qərbdəki diaspor təşkilatları seçkinin yenidən keçirilməsini, dinc nümayişçiləri qətlə yetirənlərin cəzalandırılmasını, saxtakarlıq hallarına yenidən baxılmasını tələb edirdi. Hətta o zaman ABŞ Ermənistandakı bir sıra layihələrini də ləğv etmişdi.

Belə görünürdü ki, S.Sarkisyanın bu üsulla hakimiyyətdə qalmasını Amerika istəmirmiş. Deməli, S.Sarkisyan başqa böyük dövlətin layihəsi imiş. Həmin səbəbdən də seçkinin nəticəsindən Vaşinqton narazı idi. Ancaq indi aydın olur ki, ABŞ və bütövlükdə Qərb ikili standartlar siyasəti yeridərək Ermənistandakı seçkinin nəticələrinə obyektiv qiymət vermədi, susdu və faktiki olaraq qanunsuz hesab etdikləri Ermənistan iqtidarı ilə əməkdaşlıq etdilər. Onunla bütün Qərb dövlətləri heç nə olmamış kimi əlaqələr qurdular. Bu saxta prosesin nəticəsi indi bəllidir.

Doğrudan da, S.Sarkisyanməhz Amerikanın qurduğu ssenari üzrə hakimiyyətdən uzaqlaşdırıldı. Yalnız bundan sonra Vaşinqton açıq bildirdi ki, Ermənistanda prezident seçkisi demokratik qaydalara uyğun olmayıb. Diasporla bağlı məsələdə bu proses nəyi ifadə edir? Hər şeydən öncə, Ermənistan hakimiyyətinin siyasi spekulyasiyalarla məşğul olduğunu. Əslində, S.Sarkisyanı öz şəxsi maraqları daha çox düşündürüb. Onun nə xalq, nə ölkə, nə də diaspor vecinə olmayıb. İrəvanın küçələrində Ermənistan vətəndaşlarını gülləbaran edir, ancaq xaricdə yaşayanlara "qayğı" göstərdiyini nümayiş etdirirdi. Yəni "diaspor ermənisi" "vətəndaş erməni"dən daha qiymətlidir! Təbii ki, bu, saxta, antiinsani bir münasibət idi. Həmin keyfiyyət, əslində, Ermənistan siyasi mühitinə və idarəetməsinə xas olan cəhətdir.

İkincisi, Ermənistana havadarlıq edənlər də öz maraqlarını güdüblər. Seçkidən sonra S.Sarkisyana güc tətbiq etməyi rəva görənlər də, buna göz yumub, həqiqəti deməyənlər də. Konkret desək, həm Qərb, həm də Şərqdəki havadarları xalq, cəmiyyət deyil, öz siyasi hesabları narahat edir. Nəticədə, sadə insanlar həyatlarını itiriblər.

Üçüncüsü, bunların fonunda diaspor nazirliyinin yaradılması sırf süni bir addım idi. Bunu həmin nazirliyin fəaliyyəti də təsdiqlədi. Faktiki olaraq bu nazirlik heç bir uğur qazana bilmədi. Əksinə, Azərbaycanın diplomatik və ideoloji aktivliyi erməni hakimiyyəti ilə yanaşı diasporunu da iflic halına saldı. ABŞ və diaspor təşkilatları Ermənistana yardımları sürətlə azaltdılar. Bunu erməni ekspertlər açıq etiraf edirlər.

Belə çıxır ki, N.Paşinyanın küçə hərəkatını təşkil edənlərin diaspor təşkilatları ilə bağlı öz planları varmış. Və həmin planı N.Paşinyan hakimiyyətdə yerini möhkəmlədəndən sonra reallaşdırmağa başladılar. Konkret olaraq, diaspora yerini göstərirlər: sən artıq lazım deyilsən! Öz funksiyanı yerinə yetirdin, indi arxa plana keçə bilərsən. Əslində, bu dəyişiklik erməni siyasətində ciddi düzəliş etmək anlamına gəlir. Onun iki tərəfi vardır.

Düzəliş: diaspor siyasətinin iki tərəfi

Birinci tərəf ondan ibarətdir ki, ənənəvi "diaspor-"vətən" bağlantısının məzmunu dəyişir. Diaspor mənasız maliyyə və ideoloji dəstəyini kəsir, Ermənistan isə diaspor faktorunu siyasətində formal olaraq saxlayır. Görünür, burada qlobal səviyyədə müşahidə edilən ideoloji dəyişikliklər rol oynayır. İllərdir ki, qonşulara nifrət və ərazi iddiaları üzərində qurulan siyasi xəttin səmərəsizliyi dərk edilməyə başlanılır. Ola bilər ki, Qərbdə Ermənistanın qonşulara düşmən olmaq siyasətində uduzanın elə erməni xalqı olduğunu anlayıblar. Bu siyasətdən əl çəkilməsə, Ermənistan, ümumiyyətlə, dövlət kimi məhv olacaq. Əgər bunu görürlərsə, mümkündür ki, tədricən Ermənistan haqq yoluna gəlsin. Ancaq bu, bir ehtimaldır və onu təsdiq edən əlamət hələ görünmür.

İkinci tərəf Qərb və Rusiyadakı erməni diaspor təşkilatları arasında siyasi-ideoloji uçurumun dərinləşməsi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, N.Paşinyan hakimiyyətə gələndən Rusiyadakı erməni diasporu müxtəlif üsullarla yeni hökumətə "Moskvanı dinləmək lazımdır" deyə mesaj göndərir. Əks halda, Rusiyadakı diaspor da erməni hakimiyyətinə qarşı çıxacaq. Keçmiş baş nazirin (K.Karapetyan nəzərdə tutulur – red.) birbaşa "Qazprom"un adamı olması bunun bariz nümunəsi idi. Deməli, diaspor nazirliyinin ləğv edilməsi artıq vahid erməni diasporunun yoxluğu anlamına gəlir. Diaspor bölünüb və onun parçaları ayrı-ayrı siyasi dairələrin köləsidir.

Qərb-Rusiya qarşıdurmasının geosiyasi, hərbi və ideoloji aspektləri erməni diaspor təşkilatlarının siyasi-ideoloji seçiminə də ciddi təsir göstərir. Görünən odur ki, erməni diaspor təşkilatlarının böyük gücü haqqında yaradılan təsəvvürlərin heç bir əsası yoxdur. Qərb və Rusiya bu mifdən Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Bu baxımdan "erməni soyqırımı" nağılı da tarix səhnəsindən çıxmaq ərəfəsindədir. İndi Fransa prezidenti ona yeni nəfəs verməyə çalışır, lakin çox keçməz ki, bu ideya da erməni yalanları ilə birlikdə tarixin arxivinə atılar.

Bununla N.Paşinyanın diaspor nazirliyini ləğv etmək istəyinin arxasında nələrin dayandığını anlamaq mümkündür. Növbəti siyasi oyun aparılır. N.Paşinyan da S.Sarkisyan qədər saxta və ağalarının maraqlarını təmin etmək istiqamətində hərəkət edir. O, diasporla işi elə qurmağa çalışır ki, həm Qərbin maraqlarına uyğun olsun, həm də özünün hakimiyyətini saxlasın. Əgər diaspor nazirlik kimi qalsaydı, bu fürsətdən Rusiyadakı erməni oliqarxlar yararlana bilərdilər və Ermənistan siyasi dairələrində daim zəlzələlər meydana gələrdi. İndi Rusiyadakı diasporun N.Paşinyan hakimiyyətinə təsir mexanizmləri zəifləyib. N.Paşinyan həm də diaspora təkilf də edib.

Erməni ekspertlər yazırlar ki, o, diaspor üzvlərinə parlamentin işində iştirak etməyi təklif edib. Lakin bunun fonunda xaricdə nümayəndəliyi olan heç bir ənənəvi erməni partiyası parlamentdə yer ala bilməyib. Məsələn, sosial-demokrat "Qnçak" partiyası (1887-ci il, Cenevrə), "Daşnaksütyun" Erməni İnqilabi Federasiyası (1890-cı il, Tiflis) və erməni liberal-demokrat partiyası "Ramkavar" (1921-ci il, İstanbul) parlamentdən kənarda qalıb. Səbəb nə olub?

Bu partiyaların fəaliyyət tarixçəsinə nəzər salsaq, onların hamısının milli nifrət və düşmənçilik ideologiyasına dayandığını görərik. Bu siyasi qruplar şovinist-millətçi, radikal, müasir dünyanın tələblərinə qətiyyən uyğun olmayan üsullardan istifadə ediblər və onların fəaliyyəti tam antidemokratik olub. Belə çıxır ki, N.Paşinyan belə diasporu arzulamır. Onda bəs hansı diasporla işləmək fikrindədir?

Bu barədə qəti bir mövqe yoxdur. O, ancaq fərd olaraq xaricdə yaşayan ayrı-ayrı ermənilərin Ermənistanın siyasi həyatında iştirak etməsini lazım bilir. Bu isə erməni diasporunun Ermənistanın siyasi-iqtisadi, ideoloji və mədəni həyatında yeni rolunu görmək istəməsindən xəbər verir. Konkret desək, N.Paşinyan öz hakimiyyətini erməni diasporunun da təsirindən çıxarmağı düşünür. Lakin illərdir formalaşmış vəziyyəti dəyişməyə gücü çatacaqmı? Ümumiyyətlə, erməni diasporunun tarixi zərərini aradan qaldırmaq mümkün olacaqmı? Bizcə, erməni siyasətinin ən aktual problemlərindən biri budur.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM