Dünya miqyasında geosiyasi proseslərin intensivliyi və mürəkkəbliyi haqqında politoloqların fikirləri dərc edilir. Ümumi mövqeyə görə, qlobal gərginlik daha da artır. Bu məqam özlüyündə riskləri də artırır. Son Münxen konfransında da bu barədə fikir mübadiləsi olub. Belə bir vəziyyətdə Cənubi Qafqaz ölkələrinin yeridəcəyi xarici siyasət kursu maraq doğurur. Ermənistan siyasi və ekspert dairələrində yayılan informasiyalar bu ölkənin mövqeyi haqqında müəyyən fikir yürütməyə imkan yaradır. Təhlillər göstərir ki, Ermənistan rəhbərliyi hələ də qlobal və regional miqyasda baş verən prosesləri qeyri-adekvat dərk edir. Onlar reallığa əsaslanmayan mövqe tutmaqda davam edirlər. Bu, bir tərəfdən, regionda riskləri artırırsa, digər tərəfdən, Ermənistanın özünü daha pis vəziyyətə salır. Həmin kontekstdə oyuncaq dövlət və onun marionet idarəçilərinin atdığı addımlar üzərində geniş dayanmağa ehtiyac görürük.
Geosiyasi trendlərin əksinə: erməni siyasilərin adekvat olmayan reaksiyaları
Ermənistanın yeni hökumətinin son geosiyasi proseslərə reaksiyası maraq doğururdu. Bu, iki cəhətdən diqqəti çəkir. Birincisi, Ermənistan rəhbərliyinin indiyə qədər yeritdiyi siyasətdəki səhvləri görə bilib-bilməməsi, ikincisi, "məxməri inqilabçılar"ın qlobal siyasətin trendlərindən çıxardığı nəticələrlə əlaqəlidir. Hər iki məsələdə, açıq deyək ki, müsbət bir məqam görünmür. Erməni politoloqların təqdim etdikləri "təhlillərdən" görünür ki, rəsmi İrəvanın baş verən geosiyasi prosesləri adekvat qavramaq imkanı minimumdur və əlbəttə ki, əgər belə bir potensial varsa.
Erməni mövqeyindən çıxış edən ekspertlərin də cızma-qaraları bu qənaəti dəyişməyə yetərli deyil. Onların əksəriyyəti əvvəllər olduğu kimi, şüuraltı Ermənistanın maraqlarını tanımayaraq, Rusiyanın istəklərindən çıxış edirlər. Bu əsasda irəli sürülən hər bir tezis isə reallıqdan uzaq mənzərə yaradır.
İndi rəsmi İrəvan və ona yaxın media qurumları Ermənistanın xarici siyasətinin müxtəlif istiqamətlərdə daha fəal mövqeyə çıxmasından dəm vururlar. Bunu məsələn, rusiyalı ekspert S.Tarasov və bir sıra erməni ekspertlərin son məqalələrindən də görmək olar. Özü də guya Ermənistan bu kursla üstün mövqeyə çıxmaqdadır ki, nəticə etibarilə artıq Azərbaycan rəhbərliyi ilə deyil, Qərbin böyük dövlətlərinin yüksək vəzifəli siyasətçiləri ilə danışıqlar aparır. Burası lap gülməlidir. Lakin erməni siyasi-diplomatik şüurunun köləlik xüsusiyyətinə tam uyğundur.
Ermənistan necə süni yaradılıbsa, onun siyasəti də süni faktorlara dayanır. Əsl müstəqil dövlətin liderləri dolayısı ilə deyil, birbaşa ünsiyyətə üstünlük verirlər. Ermənistan Azərbaycanın torpaqlarını işğal edibsə (havadarlarının ciddi hərbi yardımı və siyasi-diplomatik dəstəyi ilə), yaranmış münaqişənin taleyini Azərbaycansız necə həll edə bilər? ABŞ, Fransa, Almaniya və Rusiya deyil, bütün dünya belə gəlsə, Azərbaycanın razı olmadığı bir məsələni həll edə bilməzlər. Bunu İrəvanda donuq başları ilə hələ anlamayıblarsa, biz yeni erməni siyasi natamamlıq kompleksi ilə üz-üzəyik.
Əslində, burada qeyri-adi bir şey yoxdur. Ermənistanın hazırkı rəhbərliyi siyasi qabiliyyətinə görə əvvəlkilərdən zərrə qədər də irəlidə deyil. İndi N.Paşinyan ağasını dəyişməyə və bu referansı xarici siyasətin müstəqilləşdirilməsi kimi təqdim etməyə çalışır. Onun "məxməri inqilab", "erməni inqilabi dəyişikliyi", "sivil dünyayla bütünləşmək" kimi məzmunsuz pafoslu siyasi ibarəbazlığı əsl niyyəti gizlətmək üçündür. Guya Ermənistan küçə hərəkatı ilə siyasi, mənəvi, ideoloji, diplomatik və mədəni simasını qəfil dəyişib. Son illərə kimi Rusiyanın vassalı olan kütlə birdən demokratiyanın və sivilizasiyanın aparıcı mövqeyinə çıxıb.
Deməli, ekspert dairələrinin də dəridən-qabıqdan çıxaraq Paşinyan hakimiyyətini tərif etmələri reallıqda Ermənistanın yeni vassal olmaq xəttini təbliğ etməkdən başqa bir şey deyildir. İndi onun Avropa, Rusiya, İran və Gürcüstan istiqamətlərində "möhtəşəm siyasi addımları"nı nə qədər təbliğ etsələr də, ortada real heç nə yoxdur. Maraqlıdır ki, erməni siyasi və ekspert dairələrində hələlik Rusiya məsələsində fikir ayrılığı mövcud olaraq qalır. Xüsusilə son günlər Rusiyada yaşayan bəzi erməni soyadlı ekspertlər rəsmi İrəvanı ittiham edirlər. Onlardan biri M.Simonyan isə hətta İrəvanı "məxməri inqilab"ı Rusiyaya ixrac etməkdə günahlandırıb. İrəvanda keçirilən bir seminarı təhlil edərkən erməni ekspert bu fikri irəli sürüb.
Absurd iddia: ziddiyyətli məqamların məngənəsində sıxılanların röyası
Sağlam düşüncə üçün bu, absurd iddiadır. Çünki Ermənistanda heç bir "məxməri inqilab" baş verməyib, söhbət ABŞ-ın ssenarisi üzrə hakimiyyətin qəsb edilməsindən gedir. Rusiya isə dünya miqyasında Amerika ilə rəqabət aparan böyük dövlətdir. Ermənistandan potensial təsir Moskva üçün milçək vızıltısıdır. Ancaq erməni xisləti özünü süni böyütməkdən çox qidalanır. Bu səbəbdən də hansısa inqilab ixracından dəm vururlar.
Digər tərəfdən, Ermənistan mediasında informasiyalar yayılır ki, Rusiyadakı erməni diasporu daha da fəallaşıb və keçmiş baş nazir K.Karapetyan artıq İrəvanda gizli görüşlər keçirir. Bunun fonunda ermənilər üçün böyük ümidlə yaradılmış "Lazarev klubu"nun da Ermənistan əleyhinə fikirlər səsləndirməyə başladığını yazırlar. Yəni kütləvi informasiya vasitələrində belə bir fikir yayırlar ki, Şimaldan tərəfdən "soyuq küləklər" əsir. Bunun fonunda bir-birinə zidd olan iki fikir səsləndirilir.
Birincisi, rəsmi İrəvan Qərb istiqamətində daha fəal siyasət yeridir. Nümunə kimi təhlükəsizlik məsələlərinə dair Münxendə keçirilən konfrans çərçivəsində Ermənistan prezidenti Armen Sarkisyanın ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenlə görüşünün "səmimiliyi"ni göstərirlər. Qərb mediasında isə C.Bayden "qüdrətsiz və qoca fiqur" kimi təqdim edilir. Onun Amerika siyasətinə real təsiri sıfır hesab edilir. Bu yaşda bir insanın prezident ola biləcəyi imkanı minimumdur. Həmin səbəbdən gizli və ya açıq formada Ermənistan prezidentinin C.Baydenlə görüşünün real siyasi nəticəsi ola bilməz.
İkincisi, Ermənistan mətbuatında informasiyalar yayılır ki, Gürcüstan istiqamətində uğurlu əməkdaşlıq imkanları yaranır. O cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı saziş imzalanıb. Rusiya tərəfdən isə, Abxaziya və Cənubi Osetiyadan keçməklə yeni buraxılış məntəqələri açılacaq ki, bu da Ermənistana quru yolla yük daşınmasına yeni təkan verəcək. Yəni Gürcüstan həm Qərb, həm də Rusiya istiqamətlərində Ermənistan üçün dəhliz rolunu oynayacaq. Sual olunur: hansı səbəblərdən Gürcüstan işğal altındakı ərazilərindən keçməklə (Tbilisi Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş əraziləri kimi təqdim edir) ermənilərə yol açsın? Yəni gürcü liderlər bu dərəcədə düşüncəsizdirlər ki, öz maraqlarına deyil, ermənilərin maraqlarına xidmət etsinlər? İnandırıcı deyil. Və bu, erməni siyasi dairələrinin boş xəyallarının məhsulu kimi görünür.
Bu aspektdə üzdəniraq erməni ekspertlərin növbəti absurd iddiası İranla bağlı özünü göstərir. Guya Vaşinqton Ermənistanın İranla yaxın əməkdaşlığına göz yumacaq. Hətta fevralın 27-də N.Paşinyanın Tehrana nəzərdə tutulmuş səfərini də bu tezisin prizmasından qiymətləndirməyə çalışırlar. Əslində isə artıq Vaşinqton özünün Ermənistandakı səfirliyi vasitəsilə İrəvana bir neçə dəfə xəbərdarlıq edib. Onların bir qismi N.Paşinyanın Rusiya ilə əlaqələri genişləndirmək planları ilə bağlıdırsa, digər tərəfi İran məsələsi ilə əlaqəlidir. Yəni aydındır ki, rəsmi İrəvan İran istiqamətində də "ilişib". Onun iki ziddiyyəti uzlaşdırmaq üçün nə siyasi, nə diplomatik, nə hərbi, nə də dövləti gücü var. Deməli, arada qalıb, döyülənlərdən olacaq.
Bütün bunların fonunda təbii ki, Azərbaycanla bağlı iftiralar uydurulur. Erməni ekspertlər İrəvanın xarici siyasətdəki "fəallığı"nın artıq Azərbaycan üçün "problemlər" yaratdığından dəm vururlar. Reallıqda isə rəsmi Bakı növbəti müstəqil və əhəmiyyətli addımlarını atır. Məsələn, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ettinger deyib ki, Avropa İttifaqı 2020-ci ildə "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazını almağı səbirsizliklə gözləyir (bax: Европа с нетерпением ждет начала поставок азербайджанского газа в 2020 году – Эттингер / "Interfax-Azerbaijan", 20 fevral 2019). Sözlərinə davam edərək o, Aİ-nin "bu təchizatın başlaması üçün hər şeyi" edəcəyini vurğulayıb. Çünki "Cənub Qaz Dəhlizi" "Aİ üçün strateji layihədir, belə ki, o, Avropaya qaz ixracının yeni qaynağı və marşrutudur" (bax: əvvəlki mənbəyə). Avropa rəsmisi onu da ifadə edib ki, Türkmənistana bu layihəyə qoşulmaq təklifini artıq ediblər. Macarıstan isə özü layihədə iştirak təşəbbüsü göstərib.
Biz ancaq bir layihə ilə bağlı konkret faktları göstərdik. Bu faktlar Azərbaycanın xarici siyasətinin səmərəliliyini və müstəqilliyini birmənalı təsdiq edir. Yəni Azərbaycan rəhbərliyi faktlarla danışır. Avropa rəsmiləri də Azərbaycanın dünya üçün strateji əhəmiyyətini konkret faktlarla izah edirlər. Eyni mənzərə Ermənistanla da bağlı mövcuddurmu? Qətiyyən mövcud deyil. Boş vədlər və sözlərdən başqa ortada bir şey yoxdur. Fakt varsa, göstərsinlər! Ümumiyyətlə, "fakt" dedikdə, erməni siyasətçilərini ağlamaq tutur!
Newtimes.az
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM