Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti s.e.f.d. Murtəza Həsənov
Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.
Sürətlə dəyişən dünyamızda bir çox şey kimi dövlət idarəçiliyi anlayışı da texnoloji, ictimai və siyasi inkişaflara uyğunlaşmaq məcburiyyətində qalmış və beləcə yeni dövlət idarəçiliyi anlayışı doğulmuşdur. Artan və növlərə ayrılan ictimai tələb və ehtiyaclara cavab verə bilməyən köhnə bürokratik rəhbərlik anlayışından, yeni dövlət idarəçiliyi anlayışı ilə birlikdə imtina edilmişdir. Bu məzmunda fəaliyyəti və məhsuldarlığı təmin etməyə çalışan yeni dövlət idarəçiliyi anlayışının təməl prinsiplərindən biri də dövlət qulluqçularının hazırlanması və təkmilləşdirilmələrinin yeni üsul və strategiyalarını işləyib hazırlamaq, müasir üsullar əsasında onların daima təkmilləşən və müasirləşən iş şəraitinə uyğunlaşmalarını təmin etməkdən ibarətdir.
Hər bir dövlət öz idarəçilik missiyasını dövlət qulluğu institutu məmurlar vasitəsilə həyata keçirir. Bu baxımdan dövlət qulluğu bir növ dövlətlə cəmiyyət arasında vasitəçi rolunu oynayır. Məmurlar öz vəzifə səlahiyyətlərini yerinə yetirərkən müxtəlif təbəqələrdən olan insanlarla ünsiyyətə girir, onların qanuni tələblərinin icra olunmasına səy göstərir və tədbirlər görür. Demokratik dəyərlər üzərində qurulmuş dövlətin başlıca məqsədi və sosial təyinatı məhz vətəndaşlara diqqət və qayğı göstərmək, onlara iş və layiqli həyat şəraiti yaratmaqla cəmiyyətin bütün təbəqələrinin həyat səviyyəsinin daim yüksəldilməsindən ibarətdir. Hər bir məmur öz gündəlik fəaliyyətində bir sıra inzibati idarəçi funksiyalar yerinə yetirir, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində, nəzarətin təşkilində, dövlət qulluğu ilə bağlı məsələlərin planlaşdırılması və proqnozlaşdırılmasında, bir sözlə dövlətin idarə olunması prosesində bilavasitə iştirak edir və müəyyən mənada bu prosesin məhsuldar qüvvəsi rolunda çıxış edir. Burdan da aydın olur ki, dövlət qulluğunda çalışanlar ölkənin inkişafı naminə siyasi liderlərin bəyan etdikləri strateji proqramların həyata keçirilməsinin təminatçılarıdırlar.
Bu kadrların peşəkarlılığının, səriştəliklərinin yüksək olmasından ölkənin nəinki bugünü həmçinin gələcəyi də çox asılıdır. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bugün ölkəmizdə aparılan iş qarşımızda təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durur. Bu baxımdan təbiidir ki, indi dövlət qulluqçularının nəzəri və praktiki hazırlığı məsələlərinə olan tələb də artır. İndi hazırlanan kadrlar gərək dəyişilən vəziyyətdən baş çıxarmağı, konkret şəraitə uyğun vəzifələri müəyyən etməyi, müstəqil qərarlar qəbul edərək onları həyata keçirməyi bacarsınlar. Odur ki bu vəzifələrə uyğun kadrlar hazırlanması, onların səriştəliliyi, peşəkarlığının artırılması işi də daim təkmilləşməli, kadrların elmi nəzəri səviyyələri yüksəldilməli və praktiki iş təcrübələri artırılmalıdır. Ümumiyyətlə istər dövlət qurumu olsun istər özəl təşkilatlar bir qurumun ən əhəmiyyətli qaynağı insan qaynaqlarıdır. Çünki burada həmin qurumların fəaliyyəti demək olar ki, həmin qurumlarda işləyən insanların fəaliyyətindən asılıdır. Burada işləyən həmin insanlar işlədikləri qurumun fəaliyyətini yüksəldə bildikləri və onu öz sahəsində lider quruma çevirə bildikləri kimi, həmin qurumun fəaliyyətinin yararsız hala düşməsinə və bağlanmasına da yol aça bilərlər. Öz işçilərinin arzuları, məqsədləri ilə rəhbərlik etdikləri qurumun uğurlu fəaliyyəti arasında yaxın əlaqənin olduğunu bilən idarəçilər, rəhbərlik etdikləri qurumun uğur qazanması üçün həmişə öz işçilərini inkişaf etdirmək meylindədirlər. Bunun üçün hazırlıq prosesinin təşkili, onun forma və metodları da təkmilləşdirilməli, inkişaf etməli və müasir tələblərə cavab verəcək səviyyədə hazırlanmalıdır.
Qurumlardakı dövlət qulluqçularının da hazırlanması və təkmilləşdirilmsi üçün təlim strategiyası hazırlamaq və onu həyata keçirməklə mümkündür. Məhz dövlət idarələrinin fəaliyyətinin daha yaxşı və sistemli təşkil olunması, onların dövlətə, cəmiyyətə daha yaxşı fayda verə bilmələri üçün rəhbərlər dövlət qulluqçularının hazırlanması və inkişafına böyük önəm verirlər. Təlim strategiyasına dövlət qulluqçularının müvafiq sahə üzrə bilik və bacarıqlarının artırılması, onların öz sahələrində işləməyə alışdırılması və çalışdıqları sahədə daha böyük təcrübəyə yiyələnmələrini eyni zamanda onların öz işlərinə qarşı daha intizamlı və məsuliyyətli olmaları, daha hörmətlə yanaşmalarını təmin etmək daxildir.
Dövlət qulluqçularının təlim strategiyasının hazırlanması mürəkkəb və çoxşaxəli məsələdir. O özündə məmurların elmi nəzəri və siyasi təhsili, iş təcrübəsinin genişləndirilməsini, təhsilin yeniləşməsi və zənginləşməsi üçün müxtəlif forma və istiqamətləri birləşdirir. Qabaqcıl idarəetmə sistemlərinin texnologiyalarının yaradıldığı müasir şəraitdə idarərtmə sistemlərində çalışan kadrların bir qismi artıq ətrafda baş verən dəyişikliklərə bəzən tam uyğunlaşa bilmir, mürəkkəb idarəetmə məsələlərinin həllində peşəkarlıqla bağlı müəyyən çətinliklərlə üzləşir, idarəetmənin səmərəliliyini təmin edə bilmirlər. Dövlətin mənafeyi isə yalnız ali rəhbərlərin deyil, həm də bütün dövlət idarəetmə sistemindəki vəzifəli şəxslərin yüksək təhsil və peşəkar hazırlıq səviyyəsinə malik olmasını tələb edir.Bir çox ölkələrin təcrübəsində məmur kadrların hazırlanması, ixtisasının artırılması üçün təlim məsələlərinə kompleks yanaşılır. Qərb ölkələrində daha çox stajçıların və sınaq müddətinə işə götürülənlərin müddətinə işə götürülənlərin bu və ya digər formada inzibatçılıq sahəsinin öyrənilməsinə şərait yaradılır. Hazırlıq kurslarına və ya tədrisin başqa formalarına cəlb olunanların operativ qaydada biliklərə yiyələnməsi üçün tədris prosesi müəyyən prinsiplərə və təşkilati tədbirlərə əsaslanaraq həyata keçirilir.
Demokratik vətəndaş cəmiyyətinin tələblərindən biri zamanın çağırışına cavab verən geniş dünyagörüşə, zəngin biliyə malik təşəbbüskar insanlar formalaşdırmaqdır. Bu tələbləri yerinə yetirmək üçün Azərbaycanın təlim texnologiyalarını dünya təcübəsinə uyğunlaşdırmaq tələb olunur. Dövlət qulluqçularının təlim strategiyasına dair təlim prosesində təşkilati tədbirlərin ən önəmlisi bu sahə üçün kadr hazırlayan ali məktəblərin təlim-metodiki bazasının möhkəmləndirilməsi və təlim prosesinin müasir tələblər səviyyəsində qurulmasıdır. Bir çox ölkələrdə dövlət qulluğu üçün peşəkar dövlət qulluqçularının təlim strategiyasını həyata keçirən xüsusi ali məktəblər vardır.
Dövlət qulluqçularının təlim strategiyası təlimin keyfiyyət məsələsi həmişə problem olaraq qalmaqdadır. Təlim sisteminin əsas problemlərindən biri təlim mərkəzlərində dövlət qulluğunun əsaslarının və hüquqi biliyin keçirilməsi problemidir. Bir çox təlim mərkəzlərində dövlət qulluğu üzrə xüsusi kursun tədrisinə başlanılmışdır. Bu mərkəzlər üçün əsas məsələ dövlət qulluqçularının təlimində dövlət qulluğu nəzəriyyəsi hesab olunur. İdarəetmə kadrlarına təlim strategiyasının keçirilməsi üçün mütəxəssislərin və ixtisasların hazırlanmasının səviyyə və istiqamətlərini, təlimin həcmi və müddətlərinin, bu sahədə təlimin dövlət keyfiyyət standartlarını təmin edəcək təlim proqramlarının təkmilləşdirilməsi tələb olunur. Dövlət siyasətinin işlənib hazırlanmasının yeni prosedurlarının tətbiqi dövlət qulluqçularından siyasətin təhlili, strateji planlaşdırma, siyasətin əlaqələndirilməsi kimi yeni vərdiş və bacarıqlar tələb edir ki, onlar inkişaf etdirilməzsə bütün struktur dəyişikliklərindən, funksiyaların bölünməsindən arzulanan nəticələri əldə etmək mümkün olmaz. Ona görə də dövlət qulluqçularında bu vərdiş və qabiliyyətlərin formalaşmasını təmin etmək üçün xüsusi təlim proqramları tərtib olunur və bu işə mütəxəssislər cəlb edilir. Dövlət qulluqçularının idarəetmə fəaliyyətinə hazırlanmasına, qərar qəbuluna, siyasətin işlənib hazırlanması və təhlilinə, strateji idarəetməyə, dövlət idarəetməsinin islahatlarına, liderlik nəzəriyyəsi və praktikasına və sairəyə xüsusi diqqət yetirilir.
Hazırkı dövrdə informasiya axınlarının güclənməsi elə təlim strategiyasının tətbiq olunmasını tələb edir ki, təlim strategiyası qısa müddət ərzində kifayət qədər biliklər verməyə, dinləyicilərin öyrənilən materialı yüksək səviyyədə mənimsəməsini və onun praktikada möhkəmləndirilməsini təmin etməyə geniş imkan yarada bilsin. Dünyanın qabaqcıl təlim mərkəzlərində rəhbər kadrların ixtisasının artırılması sistemində treninq, proqramlaşdırılmış kompüter təlimi, modelləşdirmə, qrupda tədris disskusiyaları, seminar-konfranslar, case-study (konkret, praktiki situasiyaların təhlili), işgüzar və rollu oyunlar kimi interaktiv təlim metodlarına daha çox üstünlük verilir ki, burada əsas diqqət ötürülən biliklərin, bacarıqların və vərdişlərin praktiki işlənilməsinə yönəldilir.
İnteraktiv təlim metodları müxtəlif səviyyə rəhbərlərinin problemi strukturlaşdırmaq, informasiyanı toplamaq və təhlil etmək, zəruri hallarda həm fərdi iş prosesində, həm də digər işçilərlə qarşılıqlı fəaliyyət şəraitində alternativ qərar variantlarını hazırlamaq və onların içərisində optimal variantı seçmək bacarıqlarını inkişaf etdirir. Dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə olunması üzrə təlim modullarının və proqramlarının hazırlanması , Dövlət qulluğu sahəsində insan resurslarının müasirləşdirilməsi. İnnovativ təlim metodlarını tətbiq edən ,təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli dövlət qulluqçusu heyətinin formalaşdırılması və onların peşəkarlığının yüksəldilməsi, dövlət qulluqçularının nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması, onların istedadının aşkar olunması və inkişafı ilə bağlı təlim metodologiyasının yaradılması;Müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun təhsil infrastrukturundan səmərəli istifadə edilməsi.
Təşkilati-idarəçilik fəaliyyət növlərində yüksək peşəkarlıqla vəzifələri icra etmək bacarığına və innovativ biliklərə malik olan dövlət qulluqçuları və kadrların hazırlanması;
Verilən təlimlərin dövlət qulluqçularının öz fəaliyyətlərində tətbiq edib-etməmələrinin ölçülməsi və qiymətləndirilməsi;
· Dövlət orqanlarında təlim ehtiyaclarının öyrənilməsi məqsədi ilə anket və expert sorğularının aparılması;
· Təlim strategiyaları özündə təhsilin bütün komponentlərini ehtiva edir. Bununla bərabər bu komponentlərin hər biri dövlətin mədəni, siyasi və ictimai reallığı ilə bağlıdır. İnsan biliyi üç yolla : eşitmə, vizual-görmə və kinestetik əməllərlə alır. Bu prosesdə dövlət qulluqçularına rahat və keyfiyyətli təlim verilməsi üçün çoxsaylı təlim strategiyası yaradılmışdır.
Təlim strategiyası “təlimin bu və başqa məqsədlərinə catmaq ücün biz nə edirik” və təlim texnologiyası isə “təlim məqsədlərinə effektli çatmaq üçün biz nə etməliyik” suallarını cavablandırırıq.
Həm təlim strategiyası, həm də təlim texnologiyası dövlət qulluqçularının inkişafa yönəltməyə , bilik əldə etməyə, qoyulan məqsədə catmağa köməklik edir
Təlim strategiyalarına aşağıdakılar daxildir:
· əqli hücüm;
· yaradıcılıq;
· quruculuq;
· konstruktiv;
· çoxsahəli zəka;
· modelləşdirmə;
· ənənəvi mühazirə;
· kooperativ oyun.
Təlim strategiyaları aşağıdakı əsaslar üzrə qurulur:
· Fəal və özünüidarə edən təlim;
· Dövlət qulluqçularının bilik və bacarıqlarına əsaslanma;
· Refleksiyaya istiqamətlilik;
· Dövlət qulluqçularının idrakının, sosial kompetentliyinin inkişafı;
· Təlim prosesində interaktivlik və kooperativlik;
· Səriştəyə əsaslanan şəxsiyyətyönlü dövlət qulluğu məzmununun yaradılmasında iştirak;
Dövlət qulluqçularının təlim strategiyası formalaşması fasiləsiz təlim konsepsiyasının reallaşdırılmasını ən aktual məsələlərdən biri kimi qarşıya qoyur. Müasir dövrdə dövlət qulluğu kadrlarının təlim strategiyasının fasiləsizliyini təmin edən əsas təlim formaları aşağıdakılardan ibarətdir:
Ø dövlət qulluqçularına peşəkar mütəxəssislərin tərəfindən keçirilən təlimlər;
Ø sistematik müstəqil öyrənmə (özünütəlim);
Ø daimi fəaliyyət göstərən tematik seminarlar;
Ø qısamüddətli tematik seminarlar;
Ø müxtəlif dövlət orqanlarında, o cümlədən xarici ölkələrdə stajkeçmə.
Cəmiyyətin sürətlə dəyişən mühitdə davamlı sosial-iqtisadi inkişafı məsələsi təlim sisteminin bu proseslərə çevik və dinamik uyğunlaşmasını tələb edir. Müasir şəraitdə təlim sistemi dövlət qulluqçularına yalnız zəruri biliklərin verilməsi ilə kifayətlənməməli, eyni zamanda biliklərin daimi və sürətlə yeniləşdiyi bir vaxtda onlarda biliklərə fasiləsiz olaraq müstəqil yiyələnə bilmək sahəsində vərdişlər və tələbatların formalaşmasına çalışmalıdır. Dövlət qulluğu kadrlarının təlim sisteminin yenidən qurulması problemin səmərəli həlli, onun yeni informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə inkişaf etdirilməsini zəruri edir.
Dövlət qulluqçularının təlim strategiyasının aşağıdakı təkliflər üzrə hazırlanması daha məqsədəuyğundur:
Ø Dövlət qulluğunda peşəkar dövlət qulluğu kadrının hazırlanması üçün dövlət qulluqçusunun vahid təlim strategiyasının formalaşdırılması;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təlim siyasətinin və strategiyasının hazırlanması;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə reqlamentləşdirici normativ-hüquqi aktların müəyyənləşdirilməsi;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə strateji planın və fəaliyyət planının hazırlanması;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə strateji planına əsasən müasir metodlardan istifadə edərək təlim mexanizminin təkmilləşdirilməsi;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə müvafiq məlumat bazasının yaradılmasının təmin edilməsi;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə təlim mərkəzləri ilə dövlət qurumların işinin əlaqələndirilməsi;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə təlim mərkəzlərində təlimin keyfiyyətinə nəzarətin həyata keçirilməsi üçün vaxtaşırı monitorinq və qiymətləndirmə aparmaq və əldə olunan nəticələrin təhlil edilməsi;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə təlimin ayrı-ayrı istiqamətlərinin hazırlanması;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə dövlət müəssisələrinin peşəkar kadrlarla təmin olunması istiqamətində yeni mexanizmlərin işlənib hazırlanması;
Ø Dövlət qulluqçularının təlim strategiyası üzrə dövlət müəssisələri üçün peşəkar kadr hazırlığının planlaşdırılması.
· Azərbaycanda müasir dövlət idarəetmə prosseslərinin tədqiqi paradiqmalarının inkişaf etdirilməsi, dövlət idarəçiliyi təcrübəsinin öyrənilməsində geniş nəzəri-metodoloji yanaşmaların işlənilməsi və tətbiq edilməsi;
· İctimai təşkilatlar və biznes strukturları ilə əməkdaşlığın genişləndirilməsi;
· Qoyulmuş hədəflərə çatmaq məqsədilə həyata keçirilən layihə və proqramların maliyyələşdirilməsi;
· Dövlət qulluğu ilə kadr siyasəti qarşılıqlı əlaqədə təhlil olunaraq, nəzəri bilikləri aşılamaq;
· İdarəçiliyin təməlini təşkil edən dövlət idarəetmə aparatı və strukturlarını müasir dövlət qulluğu prinsipləri və kadr texnologiyalarıını mükəmməl mənimsəmiş kadrlarla təmin etmək;
· Dövlət və bələdiyyə qulluqçuları üçün müxtəlif istiqamətlər üzrə uzunmüddətli və qısamüddətli ixtisasartırma kurslarının və treninglərinin təşkili;
· Dövlət və bələdiyyə qulluğu ilə əlaqədar konfransların, dəyirmi masaların, seminarların və digər tədbir və layihələrin keçirilməsi;
· Dövlət qulluğu sahəsində elmi-təhqiqat və analitik işlərin aparılması;
· dövlət qulluqçularına peşəkar mütəxəssislərin tərəfindən keçirilən təlimlər;
· sistematik müstəqil öyrənmə (özünütəlim);
· daimi fəaliyyət göstərən tematik seminarlar;
· Dövlət qulluqçularının təlim strategiyasının aşağıdakı təkliflər üzrə hazırlanması daha məqsədəuyğundur:
· Dövlət qulluğunda peşəkar dövlət qulluğu kadrının hazırlanması üçün dövlət qulluqçusunun vahid təlim strategiyasının formalaşdırılması;
· Dövlət qulluqçularının təlim strategiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təlim siyasətinin və strategiyasının hazırlanması;
· Dövlət qulluqçularının təlim strategiyası üzrə reqlamentləşdirici normativ-hüquqi aktların müəyyənləşdirilməsi;
· Dövlət qulluqçularının təlim strategiyası üzrə strateji planın və fəaliyyət planının hazırlanması;
· Dövlət qulluqçularının təlim strategiyası üzrə strateji planına əsasən müasir metodlardan istifadə edərək təlim mexanizminin təkmilləşdirilməsi;
· Dövlət qulluqçularının təlim strategiyası üzrə müvafiq məlumat bazasının yaradılmasının təmin edilməsi;
· Dövlət qulluqçularının təlim strategiyası üzrə təlim mərkəzləri ilə dövlət qurumların işinin əlaqələndirilməsi;
· Dövlət qulluqçularının təlim strategiyası üzrə təlim mərkəzlərində təlimin keyfiyyətinə nəzarətin həyata keçirilməsi üçün vaxtaşırı monitorinq və qiymətləndirmə aparmaq və əldə olunan nəticələrin təhlil edilməsi;
· Dövlət qulluqçularının təlim strategiyası üzrə təlimin ayrı-ayrı istiqamətlərinin hazırlanması;
· “Dövlət idarəçiliyində nəzarət sistemi” mövzusunda təlimlər keçirilməsi;
· “Dövlət idarəçiliyində ictimaiyyətlə əlaqələr” mövzusunda təlimlər keçirilməsi;
· Kadr planlaşdırılması ,kadr ehtiyatının formalaşdırılması prinsipləri və başlıca istiqamətləri mövzusunda təlimlər keçirilməsi;
· “Liderlik bacarıqları”mövzusunda təlimlər keçirilməsi ;
· “Münaqişələrin idarə olunması, danışıqların aparılması və vasitəçilik bacarıqları” mövzusunda təlimlər keçirilməsi;
· Dövlət qulluqçularının maddi təminatının performansa dayalı olaraq və xidməti fəaliyyətin qiymətləndirilməsi nəticələrindən asılı olaraq artırılması.
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM