Azad CƏFƏROV
ADNSU
Fəlsəfə doktoru, dosent
Fəlsəfə elmində varlıq mövzusunda varlığın əsas formalarını qeyd edərkən, təbiətin varlığı xüsusi qeyd edilir. Deməli təbiət-cəmiyyət münasibətlərində hər zaman fəlsəfi təhlil, elm mövcud olandan bu günə qədər öz aktuallığını saxlamağa müvəffəq olmuşdur. Bu da ondan irəli gəlmişdir ki, insanın mövcudluğunu şərti kimi əsas cəhət, qeyd edilən münasibətlərlə bilavasitə bağlı olmuşdur. Tarixin müxtəlif zamanlarında təbiət anlayışına verilən məna fərqli olmuşdur. Hər millətin danışıq dilindən tutmuş, qavramasına qədər təbiət-cəmiyyət münasibətləri özünə-məxsusluğu ilə seçilmişdi. Belə ki, mikro, makro, meqa aləmdə mövcud olan cisimlər təbiətin əsası kimi başa düşülürdü. Digər tərəfdən təbiəti dar mənada, yəni insanın yaşadığı cəmiyyətdəki fəaliyyətinin mühiti kimi də başa düşülür. Cəmiyyətin olması, insanın bu mühitdə sosial münasi-bətlərə malik olması kontekstində qəbul edilir. Yəni sosial fəaliyyətin təbii mühitə aid olması irəli sürülür. Bu da öz növbəsində insan həyatının mövcudluğunu və mənasını səciyələndirir. Həyatın mövcudluğu və mənası, insan yaranandan təbiətlə təmasda və ünsiyyətdə olması ilə xarakterizə olunur. Təbiətlə insanın münasibətinin tarixən dəyişməsi məhz bu mahiyyətdən irəli gəlir. Yəni təbiətin bir hissəsi olmaqdan başlayaraq, təbiəti dəyişdirməyə və tamamilə məhv etməyə qədər yüksəlməsini nəzərdə tutur. Məhz belə münasibətin, təbiətin fəlsəfi düşüncə obyekti olmasını şərtləndirir. Təbiətsiz insanı, insansız təbiəti başa düşmək olmadığı kimi, insansız cəmiyyəti, cəmiyyətsiz insanı başa düşmək olmaz. Təbiətə olan münasibətlə cəmiyyətin inkişafı kontekstində məsələyə baxılması fəlsəfəsini özündə ehtiva edir. Cəmiyyətin inkişafı məhz bu məsələnin qavramasından irəli gəlir. Burada ziddiyyətin olması əsas məsələ kimi təbiət-cəmiyyət münasibətlərinin tənzimlənməsini nəzərdə tutur. Nəticədə insan nə qədər təbiəti dərk edirsə, bir o qədər cəmiyyətin inkişafına təkan vermiş olur. İnsanlar təbiəti istismar edərkən təbiətdəki proseslərə nə qədər müdaxilə etməkləri və dəyişdirərkən bu qanunauyğunluqları təsirə məruz qoymaqları, cəmiyyətin inkişafına öz mənfi və ya müsbət töhvəsini vermiş olurlar.
Təbiət varlığın elə formasıdır ki, orada baş verənlər təbiət qanunları nəticəsində özünü büruzə verir. Cəmiyyətdə isə insanlar belə münasibətləri özləri yaradıb tənzimləyirlər. Cəmiyyətdə insanlar tərəfindən yaradılan münasibətlər təbiətin əksinə olmamalıdır. Təbiətin mövcud olmasını və bu mövcudluğun qorunmasına məhz insanlar və cəmiyyətlər məsuliyyət daşıyır.
Deməli təbiət-cəmiyyət, təbiət –insan münasibətləridə belə münasibətlərə yalnız insan öz tovhəsini verməlidir. Elə mədəniyyət anlayışının mənası ondadır ki, təbiətdə olanı insan, öz həyatı üçün onu dəyişməlidir. Amma təbii prosesdə, belə dəyişmələr mövcud olan həlqənin qırılmasına deyil, istismar zamanı təbiətdə iştirak edən bütün varlıqların mövcudluğunun, qorunmasına, bərpasına və qayğısına yönəlməlidir.
Məsələyə fəlsəfi yanaşma ona görə əhəmiyyətlidir ki, istənilən cəmiyyətin inkişafı bilavasitə təbiətə münasibətlə ölçülür. Qloballaşan dünyada hansısa cəmiyyətin belə münasibətlərə elmi-fəlsəfi yanaşma təhlili yoxdursa və nəticələr həmən cəmiyyətdə tətbiq edilmirsə, sonunda insanlara dəyən ziyan yüz dəfələrlə ölçülür. Yüksək texnologiyaların da inkişafı geriyə dönməz bir prosesdir. Təbiətin, cəmiyyətin, insanın fəlsəfəsi onlar arasında olan münasibətdən irəli gəlir. Deməli, istənilən halda qeyd olunan ekoloji münasibətlərin fəlsəfəsi təbiət-insan münasibiətləri fəlsəfəsiylə vəhdətdə olmaqla uyğunluq təşkil etməlidir. Təbiəti dəyişdirərkən və ya mədəniləş-dirərkən onların münasibətinə fəlsəfi yanaşma məsələnin həllində mühüm rol oynayır. Yəni tarixin elə mərhələləri olmuşdur ki, təbiətə münasibət kortəbii xarakter daşıyırdı. Sanki insanlar təbiətə münasibətdə, təbiəti ram etməkdən ötəri yarışa girmişdir. Artıq elə bir zamanda yaşayırıq ki, Yer planetində baş verənlər sivlizasiyaları təbiətə münasibəti dəyişməyə sövq edir. Qlobal istiləşmədən tutmuş, təbiətə cəmiyyətlərin münasibətinin dəyişməsinə qədər təfəkkür tərzinin, düşüncə və yanaşma tərzinin dəyişməsini labüd edir. Təbiət və cəmiyyət qanunlarının mövcudluğunun olmasını bilən insan, artıq bunlara olan münasibətlərinə, zamanın tələbinə olan tərzdə uyğunlaşması tələb olunur.
Maddələr mübadiləsini təmin edən insan və təbiət hər biri ayrı ayrılıqda özünə məxsus qanunlara tabedirlər. Bu prizmadan yanaşanda hər birinin inkişafı bu qanunları insanın rifahına yönəldib, ortaq nöqtəni tapmaqla cəmiyyətin inkişafını təmin etmək deməkdir. Təbiidir ki, insanlar təbiətdə olmayan nələrisə yaratmağa cəhd göstərirlər. Vəhşi heyvanların əhliləşməsi, seleksiya yolu ilə yeni orqanizm və bitkilərin yaranması, şəhər, platina, yeni yaşayış məskənləri, fabrik və zavodlar, su hövzələri və s. yaradırlar. Bəzi mənbələrdə buna ikinci mühit, bəzilərində isə süni mühit deyirlər. Bu cürə hallar insanın təbiətə olan münasibətindən yan keçmir. Belə ki, təbiətdə baş verən dəyişikliklərin, cəmiyyətin mədəni inkişaf səviyyəsindən aşlı olaraq münasibətlərdə özünü büruzə verir. Bütün baş verənlər istənilən halda həm insanın özünə həm də onun istehsal etdiyi maddi və mənəvi nemətlərə təsir göstərir. O da öz növbəsində, insanın maddi və mənəvi inkişafına öz töhvəsini verir. İnsanın əməyi nəticəsində istehsal olunan məhsullarda və sosial keyfiyyətin səviyyəsində öz təsirini göstərir. Təbiət insanın mövcudluğunu təmin etməklə bərabər, həmçinin insanın fəaliyyətindəki keyfiyyət və kəmiyyət dəyişməsinə səbəb olur. Təbii resursların zənginliyi və ya qıtlığı, insanların bu nemətləri istehsal etməsinə, bu və ya digər formada təsirsiz ötüşmür. Təbii resurslar, bu və ya digər cəmiyyətlərin sərvətidir. Təbii resursların çox və ya az olması cəmiyyətin inkişafına təsir etməsinə görə müxtəlif fəlsəfi nəzəriyyələr vardır. Bunlardan texnokratiya və texnofobiya nəzəriyyələrinin irəli sürdükləri məsələləri insan-təbiət, təbiət-cəmiyyət, cəmiyyət-təbiət münasibətlərinə şamil etmək olar. Bir sıra filosoflar tərəfindən cəmiyyətin mövcudluğuna, inkişafa, demoqrafik proseslərə və s. ətraf mühitin təsirinin olduğu qeyd edilir. Bununla bərabər insanların həyat fəaliyyətinin formalaşmasına və ixtisaslaşmasına təsir göstərir. Hətta ekologiya, şəxsiyyətin cəmiyyətdə formalaşmasına, əhval-ruhiyyənin yaranmasına, dünyagörüşünə, dünyabaxışına, zövqün səviyyəsinə, insanın tərbiyəsinə, psixoloji durumuna, bir söznən, insanın həyat fəaliyyətinə birbaşa təsir edir. İnsanın bir-birinə olan qayğısının meyarı kimi, məhz təbiət çıxış edir. Elmdə olan bütün kəşflərin hamısının hərəkətverici qüvvəsi və mənbəyi simasında təbiət çıxış edir.
Fəlsəfə tarixinə nəzər yetirsək görərik ki, filosoflar təbiət anlayışına, özünəməxsus tərzdə münasibət bildirmişlər. Antik filosoflar insanı təbiətlə vəhdətdə təsəvvür edirdilər. Və ya aləmin və kosmosun bir hissəsi sayırdılar. Digərləri təbiəti insandan ayırır, və ya insanın idealı kimi qəbul edilirdi. Avropanın antiq fəlsəfəsinin tərənnüm etdiyi fəlsəfi məktəb olan Milet də təbiətin hər bir elementini dünyanın substansiyası və ya substratı kimi qəbul edilirdi. Buna görə də onları sadəlövh materializmin nümayəndələri hesab edirdilər. Efesli Heraklitin ərsiyə gətirdiyi “ Təbiət haqqında” əsərində təbiətdə mövcud olan hadisələrin, birbaşa insanın mövcud olmasıyla əlaqəsi, diqqətə çatdırılır. Təbiət hadisələri, təbiətdə olan elementlər “ Loqos”-la ( yəni əql, qanun, söz) hərəkət nəticəsində münasibət yaradır, sonra bu münasibət ziddiyyətə çevrilir ki, nəticədə mübarizə baş verir. Məhz bu mübarizə sayəsində aləm mövcud olur. Eleya məktəbinin tanınmış nümayəndələrində təfəkkürün varlığa olan münasibəti və varlığın vəhdəti qeyd edilir. Empedokl təbiətin substansiyasının (yəni ilkin səbəbin) təbiətin dörd elementindən, yəni, hava, od, torpaq, su, olması fikrini sübuta yetirir. Ksenofonun deməyinə görə hər şeyin torpaqdan yaranması, hər şey son nəticədə torpağa qayıdması, bir daha bu məktəbin təbiətə olan münasibətini ifadə edir. Anaksaqorun yazdığı “ Təbiət haqqında ” əsərində bütün şeylərin əsasında şeylərin toxumu “ homeomeriya ” –nın olması nəticəsində harmoniya sisteminin mövcudluğu qeyd edilir. Sofistlər məktəbinin görkəmli nümayəndəsi Qorqi “ Təbiət haqqında ” əsərində üç şərtin olmasını aşağıdakı qaydada izah edir; heç bir şey mövcud deyil, əyər mövcuddursa dərk edilməzdir, əyər dərk edilirsə də onu izah və ifadə etmək olmur. Orta əsrlərdə təbiət, daha çox mütəfəkkirlər tərəfindən dini dünyagörüşə əsaslanan, Allahın yaratdığı amil kimi başa düşülürdü. Onların irəli sürdükləri fikirlərə görə insanla təbiətin fərqinin yalnız ruhdan ibarət olması (Qədim dövrdə hətta daşların, qayaların və bitkilərin də ruha malik olması fikirləri mövcud idi) imkan verir ki, yer üzərində yeganə Allah və peyğəmbərdən sonra ağıllı canlının insan olması diqqəti çəkir. Beləliklə demək olar ki, o dövrün bütün filosofları bir mənalı olaraq ruhla təbiət arasında mövcud ziddiyyəti araşdırmaqdan ibarət olmuşdur. Onlar arasında mübarizə gedir, təbii ki, bu mübarizədə təbiət yox ruh qalib gəlir. Təbiət şər qüvvəsi, ruh isə xeyir qüvvəsi sayılırdı. Bu fikirlər daha çox Qərb filosoflarının düşüncələrində öz əksini tapmışdır. Keçid dövrünün Şərq fəlsəfəsində isə daha çox Allahlar arasında gedən mübarizə kimi qələmə verilirdi. İntibah və yeni dövr filosoflarının dünyagörüşlərində, öz sələflərindən fərqli olaraq, təbiət bir fiziki hadisə olaraq mövcud olduğunu və demək olar ki, müxtəlif fəlsəfi cərəyan mövqeyindən, o dövr üçün xarakterik hesab edilən istiqamətdə çıxış etmişlər. Frensis Bekonun (“ idollar”-ında), yəni kabuslarında, təbiətdə olanın, insan şüuru üçün meyar olmasını, konkret misallarla sübuta yetirir. Mağara mühitindən çıxan insanın, mağarada qazandığı təfəkkür və düşüncə tərzini, yerini dəyişdiyi zaman əksər hallarda cəhd göstərərək, mühitə israrla tətbiq olunmasını müşahidə edirik. İnsan xarakterinin təbiətdə olan təbii mühitdə formalaşdığını və cəmiyyətə nümunə kimi sırıdığını, filosof bizim diqqətimizə çatdırmaq istəmişdir. Belə olan təqdirdə azad cəmiyyətdə, azad insan obrazının aktuallığı məsələsini elmə gətirmişdir. İctimai proseslər nəticəsində cəmiyyətdə baş verən dəyişikliklər fonunda Avropa elmində bir sıra yeniliklər , elmdən və romantizmdən də yan keçmədi. Belə tərzdə inkişaf edən cəmiyyətdə sonralar, belə qənaətə gəlindi ki, təbiətin insana bəlli olmayan tərəflərini öyrənib elmi şəkildə araşdırmaq vacibdir. Alman filosofu Hegel öz fəlsəfəsinin təbiət hissəsində qeyd edir ki, insan təbiətdə mövcud olmaq üçün öz mühitinin hərarətini dəyişməyə məcburdur. Bunun üçün o özünə süni mühit yaratmağa məhkumdur. Bununla o demək istəmişdir ki, cəmiyyət inkişaf etdikcə insan özünə daha çox təbii olmayan mühit yaratmağa çalışır. Beləliklə insan təbiətdən uzaq düşdükcə, təbiət də ondan uzaqlaşır. Onun deməyinə görə əgər insan özünün ağası ola bilmirsə, təbiətin də ağası ola bilməz. Azərbaycan maarifçilərinin parlaq nümayəndəsi Həsən bəy Zərdabi “ Torpaq, su və hava ” əsərində insanı təbiətin bir hissəsi kimi qəbul edirdi. Onunla həmfikir olan maarifçi Mirzə Fətəli Axundov bütün kainatın bir vahid, eyni zamanda qadir, kamil və geniş varlıqdan ibarət olması fikrini irəli sürür.
Nəhayət XX-XXI-ci əsrlərdə elm və müasir texnologiyalar həddən artıq, çox böyük sürətlə inkişaf etməyə başladı ki, bu da öz növbəsində insanın, təbiətə olan münasibətini dəyişdirdi. Belə ki, təbii resurslardan səmərəli istifadə etmək üçün, elmin bir sıra nailiyətlərini istiqamətləndirirlər. Təbiətin istismarında ekologiyaya az zərər verən yeni texnologiyaların yaranmasına diqqət artırıldı. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, inkişafda olan və inkişafa qədəm qoyan ölkələrdə təbiətə olan qayğı və münasibət, inkişaf edən ölkələrlə bir çərçivəyə sığmır. Təbiətə olan münasibəti köklü olaraq dəyişmək, təbii resursların istismarına ehtiyatla yanaşmaq, təbiətlə insanın münasibətinə yenidən baxıb, fərqli tərzdə diqqət və təxirəsalınmaz tədbirlərin həyata keçməsini təmin etməyi nəzərdə tutur. Bunun nəticəsi olaraq ekologiya elminin inkişafını qeyd etmək olar. Bu elmin müxtəlif sahələrinin yaranması və bu sahələrdə yeni nailiyyətlərin, cəmiyyətə tətbiq edilməsidir. Təbii mühit anlayışı bu qəbildən olan istiqamətin tədqiq olmasıdır. Buna yaxın olan təbii şərait, coğrafi mühit, biosfer anlayışlarına fəlsəfi yanaşıb fərqləndirmək lazımdı. Təbii mühit, bir sözlə insan müdaxiləsi olmadığı və dəyişdirmədiyi təbiət başa düşülür. Təbii şərait cəmiyyəti əhatə edən təbiət başa düşülür. Atmosferin bir hissəsinə biosfer deyilir. Burada biosfer insan və cəmiyyətin, canlıların yaşamasını şərtləndirən sahədir. Biosfer bizi əhatə edən əlverişli mürəkkəb bir sistemdir. “ Təbii mühit ” cəmiyyətin inkişafının tarixi boyu, müxtəlif mərhələlərdə, cəmiyyətin mövcudluğunu təmin edən ətraf şərait başa düşülür. Əvvəlki dövrlərdən fərqli olaraq bu məfhuma bir az da geniş məzmun verilmişdi. İlk növbədə yeni texnologiyalar vasitəsi ilə insan və cəmiyyətin günəş sistemində, həmçinin elmə məlum olan digər sistemlərdə mövcud olan təbii şərait nəzərdə tutulur. Məlumdur ki, cəmiyyət təbii mühit, təbii şərait, coğrafi mühit, biosfer olmadan yaşaya bilməz. Biosfer canlı orqanizmlərin mövcudluğunu təmin etməklə bərabər, həm də onların həyat fəaliyyətini şərtləndirən amildir, əsasdır. Biosfer atmosferin müəyyən bir hissəsini təşkil etməklə bərabər, digər təbəqələrlə müqayisədə (hidrosfer, litosfer və s.) , mürəkkəb struktura malikdir. Bununla belə biosfer digər təbəqələr olmadan mövcud ola bilməz. Bizi əhatə edən aləmdə, hələ ki elmə məlum olan günəş sistemində təbii mühitin, cəmiyyət üçün ən əlverişlisi, hal-hazırda yaşadığımız Yer planetidir. Biosferdə gedən proseslər, bu proseslərin qanunauyğun xarakter daşıması, cəmiyyət üçün hələ uzun müddət tədqiqat obyekti olacaqdır. Elmlərin istənilən sahədə nəyəsə nail olması, cəmiyyət fəaliyyətini təmin etmək və dinamikliyin mövcud olmasını dərk edərək münasibətlərin tənzimlənməsinə sövq edir. Biosferə, cəmiyyətin intensiv müdaxiləsi, təbii mühitdə bəzi dəyişikliklərin baş verməsinə mahiyyət və keyfiyyət baxımından yanaşmanı aktual edir. Mövcud problemin həlli, təbii ki onu dərk etməkdən keçir. Bu istiqamətdə filosoflar həqiqətin meyarının insanın təbiətə münasibəti ilə ölçməsini qeyd edirlər. Bu ona dəlalət edir ki, təbiət, tam olaraq insan düşüncəsinin bir mövcudluq formasıdır. Biosfer insanın özünü həm bioloji, həm də sosial edir. Bu özü-özlüyündə dəqiq, nizamlı olan hərəkətdir, cəmiyyətlə təbiət münasibətini tənzimləyən, insan ağlına sığmayan bir mühitidir, qanunauyğunluqdur. Biosfer tərkibindəki elementlərin müəyyən xassə və xüsusiyyətlərinin bir-birini əvəz edərək tamamlanmasını, filosoflar orqanizmlərin həyat fəaliyyətinin harmoniyası kimi qələmə verirlər. Bu harmoniyaya hər bir elm, və ya həyat sahəsi öz tövhəsini verir. Məsələ ondadır ki, nəticədə insan öz həyatını təbiətin hesabına dəyişdirir, yaxşılaşdırır. Bu isə cəmiyyətin mövcud inkişafını stimullaşdırır. Əgər cəmiyyət, elm-texnoloji vasitələrlə təbiətin mövcudluğunu stimullaşdırırsa onda, bioloji olan mühitin daralmasının, azalmasının, qarşısının almasını müşahidə edərik.
Təbiət-cəmiyyət münasibətlərini müxtəlif istiqamətlərdə araşdırmaq olar. Bu münasibətlər çox şaxəlidir. Təbiət insan üçün öncə təbii şəraitdir. İnsan, təbiət üçün digər canlı orqanizmlər kimi onun bir hissəsidir. Digər canlılardan fərqli olaraq sosial varlıqdır. Deməli canlı və sosial varlıqdır. Sosial varlıq olaraq insan üçün təbiət, onun fəaliyyətinin məkan sahəsini təşkil edir. Burada birinci məsələ insanın bu məkanda mövcudluğunun əsası olmaqla yanaşı, fəaliyyətinin məzmunudur. Belə yanaşma daha genişdir. İkinci yanaşma isə fəaliyyətin konkret münasibətini xarakterizə edir. Burada insanın təbiətlə münasibəti idrakı səviyyədə baş verir. İnsan hər vəchlə təbiəti daha dərindən və yaxından tanımağa başlayır. Bu istiqamətdə öz fəaliyyətini tənzimləyir. Fəlsəfənin əsas mövzusu məhz təbiətdir və təbiətdə baş verən hadisələrdir. Təbiəti araşdırmağa çalışan insan həyatın bütün sahələrində irəliləyişə və elmin inkişafına nail olur. Bununla insan təbiət vasitəsilə bir tərəfdən dünyanı dərk etməyə, digər tərəfdən, həyatını mənalı etmək üçün addımlar atır. Beləliklə insan öz münasibətini qeyd olunan maraqlar üzərində qurur. Üçüncü yanaşmada insan, artıq həyatda atılan bütün addımların meyarı kimi təbiəti seçir. İnsanlar arasında, insanın təbiətə olan münasibətində mövqe qeyri-adi, fövqəltəbii və ya onlar üçün, təbii qanunauyğun xarakter daşıyır. İstənilən mövzuda təbiətin füsunkarlığı və əlçatmazlığı qeyd edilir və sübuta yetirmək üçün təşəbbüs göstərilir. Mənəviyyat zənginliyi üçün mənbə rolunu oynayır. Dördüncü yanaşmada, insan təbiət münasibətlərində, təbiətin əbədi olması əvvəllər qeyd edilsə də, artıq təbii mühiti, zaman keçdikcə tükənə biləcəyinə dair fikirlər formalaşmağa başlayır. Burada insandan təbiətlə münasibətdə, daha çox məsuliyyət və diqqət tələb edilir. Bu münasibət insanın təkcə bioloji varlıq olaraq mövcudluğunu deyil, həmçinin , mənəviyyat kasadlığını dəf etməkdən ötəri həyati məsələdir. Gələcəyə nikbin baxmaq üçün arxı-vacib bir məsələdir. Ənənəyə hörmət, gələcəyə zəmin yaratmaq zəruriyyətindən irəli gələn bir vacib məsələ və borcdur. Dünya dəyişir və bu dəyişikliyə uyğun olaraq insanların və cəmiyyətlərin münasibəti də, müasir dövrün tələblərinə uyğun olaraq təbiət-cəmiyyət münasibətlərdəki məsələyə, korrektə etməyi özündə əks etdirir.
Elmi ədəbiyyatın təhlili və cəmiyyət-təbiət münasibətlərinin müasir vəziyyəti təbii mühitin mühafizənin əsas prinsiplərini yerinə yetirilməsini zəruri edir:
1. Regional xüsusiyyətlərin nəzərə alınması prinsipi. təbii resusrslardan istifadə zamanı regional qaydaların nəzərə alınmaması təbii ehtiyyatların azalmasına səbəb olur. Deməli, insan-təbiət münasibətlərində yerli şərait, müəyyən bö lgədə təbii ehtiyatların konkret ehtiyatı, daha dəqiq desək, regional xüsusiyyətləri diqqətdə olmalıdır.
2. Komplekslilik prinsipi. Məsələn, hidrosferin çirklənmədən mühafizəsiı həmin hövzələrdə yaşayan müxtəlif canlıların da mühafizə edilməsi deməkdir. Meşələrin yaranması ilə hidroloji rejimin sabit saxlanması, eyni zamanda su eroziyasından torpağın qorunması və həmin torpaqlardan mineral duzların yuyulmasının qarşısının alınması deməkdir. Yaxud, bəzi meşə quşlarının və həşərat yeyən quşların mühafizəsi meşələrin ziyanvericilərdən müəyyən dərəcədə qorunması deməkdir.
3. İqtisadi maraqların ekoloji maraqlarla uzlaşdırılması prinsipi. Tropik arealda ekoloji zəncir haqda bilgilər, yırtıcı heyvanlarla onların qurbanları arasındakı dinamikanın qanunauyğunlu dərk edilməsi, təbii obyekti başqa bir təbii obyekt ilə mühafizə etmək ilə müəyyən tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Bir təbii obyektin mühafizəsi digər təbii obyektin təsərrüfat maraqları ilə ziddiyətə səbəb olur. Məs. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilməsi bəzi insanların təsərrüfat maraqları ilə ziddiyətə səbəb olub. Bu zaman hər hansı bir təbii obyektin mühafizəsi digər obyektin təsərrüfat maraqları ilə uzlaşdırılmalı və bu cəmiyyət-təbiət münasibətləri əsas götürülməlidir. Cəmiyyət-təbiət münasibətlərinə mövzu və hadisələr arasındakı çoxcəhətli əlaqələri inkar edən sahə maraqları baxımından yanaşma, həm hüquqi, həm də mənəvi cəhətdən düzgün deyil. Cəmiyyət-təbiət münasibətləri təbii mühitdən istifadə və təbiəti mühafizə insanın iki əsas fəaliyyətini özündə etiva edir.
Cəmiyyət-təbiət münasibətlərinin ekoloji hüquqi statusunun formalaşması - təbiətdən istifadə və ətraf mühitin mühafizənsinə nail olmaqdan ibarətdir. Cəmiyyət-təbiət münasibətlərinin ekoloji-hüquqi statusunun formalaşmasında tələbat və adaptasiya əsas rol oynayır. Ətraf mühitlə əlaqə prosesində insanın əsas xüsusiyyətlərinin öyrənilməsində antropoloji və sosial-ekoloji tədqiqatlar əsas rol oynayır. Tədqiqatçılardan L. V. Maksimova insanın xarakterik xüsusiyyəti - tələbat və adaptasiya qabiliyyətinə baxmışdır. Tələbat - insanın fəaliyyəti və inkişafı zamanı zəruri olan hansısa ehtiyacları əhatə edir. İnsanın təbii mühitin vəziyyətindən asılılığını əks etdirən tələbat ehtiyaclan, ətraf mühitə münasibətdə insanın fəallığının mənbəyi, onun davranışının tənzimləyicisi olan təfəkkürünün hiss, iradəni əsas götürür. İnsanının ehtiyacı müxtəlif məsələlərdən asılı olaraq öz funksiyasına görə müxtəlif səviyyəyə bölünür. İnsan tələbatı –ehtiyacı özünəməxsus ierarxiya təşkil edir. Cəmiyyətin bioloji tələbatı zamanı canlıların bioloji tələbatı ilə oxşarlıq eynilik təşkil edir. Ətraf mühitə insanın adaptasiyasında onun irsiyyət və dəyişkənlik keyfiyyəti mühüm rol oynayır. İnsanın təbii mühitə adaptasiyasında, ətraf mühitin yaşayış üçün ekoloji cəhətdən, lazımi şərait mühüm rol oynayir. İnsanın ətraf təbii mühitə adaptasiyası əsasdır. Bəşər tarixində insanlar öz fəaliyyətləri ilə təbiətə göstərdikləri təsirin mənfi nəticələri ilə həmişə qarşılaşmalı olmuşlar. Lakin, onlar təbiətlə öz münasibətlərini nizamlamağın zəruri olduğunu başa düşənədək uzun bir tarixi yol keçmişlər. Daha doğrusu insan-təbiət münasibətlərinin ekoloji - hüquqi statusunun formalaşması və bu statusun insanlar tərəfindən dərk edilməsi, uzun bir tarixi dövrün məhsuludur.
Ədəbİyyat
1. Ağayev T.D. Əhmədov Ş.Ə. Xəlilov T.A..Ekoloji təhlükəsizlik. Sumqayıt.2013
2. Abduləzimova A.F. Məktəbəqədər müəssisələrdə yaş dərəcələri üzrə aparılan tərbiyə işinin məzmunu, forma və metodları. Azerbaijan State Pedagogical University (ASPU) (İKT Mərkəzi)
3. Məmmədəliyeva S. Məmmədov N. Mədəniyyət. Ekologiya və təhsil.Bakı.1999.
4. Məmmədəliyeva S. Məmmədov N. Ekologiya və texnika. Bakı.1998.
5. Mustafayeva G.E.Davamlı ekoloji-iqtisadi inkişafın təbii resurs faktorunun azərbaycan modeli. Azerbaijan State University of Economics (UNEC) (Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı)
6. Əhmədova S.Z.Qlobal ekoloji problemlər və proqnozlaşdırma Ganja State University (GSU) (Deanery)
7. Xəlilov T. Zeynalova M. Qlobal Ekoloji problemlər. Bakı. 2014
8.Горелов А.А. Социальная екология. М.2008
9. Чередничко А.В. Возобновляемые источники энергии. Рудний 2004
10. Баранов Н.Н. Нетрадиционные источники и методы преоброзований енергии. М.2012 Издательство МГУ
11.Данило Маркович. Социальная екология. М.1997.
Açar sözlər: coğrafı mühit, təbiət və cəmiyyət, insan faktoru və ekologiyanın fəlsəfi təhlili, ekologiyanın fəlsəfəsi.
Философские аспекты взаимосвязи природы и общества.
Резюме
Азад Джафаров
В данной статье предоставлен обобщённый анализ различных философских знаний. Научно-философские мысли в социальной экологии направлены на решение существующих проблем общества. Даётся философское разъяснение понятий биосферы, техносферы и ноосферы во взаимосвязи природы и общества. Исследуется существующее влияние новых технологий на отношения человек-общество, человек-природа, общество-природа в сфере философии экологии в современном мире. Объясняется человеческий фактор в естественной среде, а также роль географической среды в развитии общества.
Philosophical aspects of the relationship between
nature and society.
Summary
Azad Jafarov
This article is about overall analysis of various philosophical knowledge. Scientific philosophical thoughts in social ecology are directed at the solution of the existing problems of society. There is a philosophical explanation of the concepts of the biosphere, the techno sphere and the noosphere in the relationship between nature and society. In the modern world the existing influence of new technologies on the relations man-society, man-nature, society-nature in the sphere of ecology philosophy is investigated. The role of the human factor in the natural environment as well as the geographical environment in the development of society is explained.
"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM