MAİS ƏMRAHOV
Tarix üzrə elmlər doktoru, professor
Xalidə İbrahimova
Tarixçilər təmsil etdikləri dövrün, sinfin, qrupun nümayəndələri olduğundan tarixi hadisələrə münasibət həmişə müxtəlif olub və olacaqdır. Bu baxımdan yazılan tarixdə tarixçinin mövzunu araşdırmağa başladığı zaman seçilmiş mövzu və kökləndiyi ideyalar, mühüm rol oynayır. Lakin elə mövzular vardır ki, onlar xalqı milli yaşam tərzi, dövlətçilik ənənələri ilə bir başa bağlı olduğundan baş vermiş hadisələrə biganə qalmaq mümkün deyildir. Belə tarixlərdən biri Azərbaycan xalqının şərəf tarixi olan 1941-1945-ci illər müharibəsində iştirakı tarixidir. Digər tərəfdən Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqlarının 20 faizdən çoxu işğal olunmuş xalqımızın tarixi təcrübəsinin öyrənilməsi, səhvlərin aradan qaldırılmasına yönələn tədqiqatlara ehtiyac bu tarixin daha dərindən araşdırılması, dostların və düşmənlərin müəyyən edilməsi olduqca vacibdir.
Tarixi keçmişin öyrənilməsinə diqqətin artırılması.
Müharibənin başlanması ilə ideoloji iş sahəsində qarşıda duran vəzifələr də dəyişdi. SSRİ XKC və ÜİK(b) P MK-nın 29 iyun 1941-ci il tarixli Direktivində deyilirdi ki, "Bu hücumun məqsədi sovet quruluşunu məhv etmək, sovet torpaqlarını işğal etmək, Sovet İttifaqı xalqlarının birliyini parçalamaq və dağıtmaq, ölkəmizi qarət etməkdir. Faşist Almaniyası ilə cəlb olunduğumuz müharibədə Sovet dövlətinin olum və ya ölüm məsələsi həll olunur".
Müharibə şəraitinə uyğun olaraq ictimai elmlər, ədəbiyyat və incəsənət, kütləvi informasiya vasitələri, bədii müəssisələr, mədəni-maarif ideoloji işin mərkəzlərinə çevrildilər. Müharibə başlanandan keçən 2 ay müddətində SSRİ EA Azərbaycan filialının humanitar elmlər institutlarının tematik planına yenidən baxıldı və ölkənin müdafiə problemlərinə dair mövzulara üstünlük verildi. Nizami adına Ədəbiyyat və Dil institutu ağır müharibə şəraitinə baxmayaraq iki cildlik "Azərbaycan ədəbiyyatı tarixi"ni, dörd cildlik rusca - azərbaycanca lüğət tərtib edib nəşr etdirdi, xalqımızın qəhrəman tarixi keçmişinə, işğalçılara qarşı mübarizəsinə dair populyar broşyuraların nəşri planlaşdırıldı.
Azərbaycan K(b)P MK-nın "Böyük Vətən müharibəsi cəbhələrində döyüşən Azərbaycan xalqının oğulları haqqında materialların toplanılması, saxlanılması və nəşr edilməsi haqqında" 1941-ci il 27 dekabr tarixli qərarına müvafiq olaraq cəbhələrdə qəhrəmanlıq göstərən Azərbaycan oğullarının igidliyinə dair əsərlər yazılmağa başlandı. 1944-cü il yanvarın 3-də Azərbaycan K(b)P MK-nın bürosu "Azərbaycan Böyük Vətən müharibəsində" adlı kitabın yazılıb çap edilməsi haqqında qərar qəbul etdi. Qərara görə kitabın 10-12 çap vərəqi həcmində 10 min nüsxə Azərbaycan dilində, 5 min nüsxə rus dilində nəşri nəzərdə tutulurdu.
Tarixçi alimlər Azərbaycan xalqının qəhrəmanlıq tarixinə və vətən-pərvərliyinə həsr edilmiş 100-dən çox elmi-kütləvi broşyuralar və məqalələr yazdılar. "Azərbaycan tarixi ən qədim dövrlərdən XIX əsrədək" kitabı çapa hazırlandı. "Azərbaycan tarixinin qısa oçerki“ rus və Azərbaycan dillərində nəşr olundu (2, v.21-28).“Azərbaycan xalq musiqisinin əsasları", "Azərbaycan arxitekturasının oçerkləri (Nizami əsri)" nəşrə təqdim edildi. (2, v.28)
Azərbaycan ziyalılarının, xüsusilə mədəniyyət işçlərinin uğurları məkrli qonşuları yeni təxribatlara əl atmağa məcbur etdi. 1941-ci ildə müharibə başlayanda ermənilər məkrli planlarını həyata keçirmək üçün fürsət yarandığını fikirləşərək "gələcək gün üçün" 1919-cu ildə daşnak hökumətinin başçısı olmuş Xatisyanı (5) tapıb Hitlerə təqdim etdilər. Azərbaycana qarşı erməni təxribatları antiazərbaycan məzmunlu əsərlərin yayılmasında özünü biruzə verdi.
Ermənilərin Azərbaycan tarixini təhrif etmək cəhdləri.
Məlumdur ki, 1941-ci ildə böyük Azərbaycan şair Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə hazırlıqlar aparılmağa başlanmışdır. Hazırlıqlar çərçivəsində bir sıra əsərlərin nəşri nəzərdə tutulurdu. Belələrindən biri Marietta Şaginyanın "Nizami Gəncəvi" əsəridir. Əsərin əlyazması Azərbaycan K (b) P MK-a göndərilir və əlyazmaya Tarix İnstitutunun direktoru İsmayıl Hüseynov rəy hazırlayır. İsmayıl Hüseynovun 15 fevral 1941-ci il tarixli rəyindən məlum olur ki, M Şaginyan əsərində Nizami yaradıcılığını milli Azərbaycan təzahürü kimi deyil, Şərq, ümummüsəlman təzahürü kimi təqdim etmiş, ana dilinin milli xüsusiyyətləri, milli-psixoloji xarakter arxa plana keçirilmişdir (4). Əslində Nizaminin milli mənsubiyyətini tamamlanmamış verməklə M.Şaginyan Nizami Gəncəvini azərbaycanlı saymır. Bu fakt erməni xislətinin parlaq ifadəsi və Moskvanın Azərbaycana qarşı milli siyasətindəki nöqsanlardan biri hesab olunmalıdır. Çünki Moskvada Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu yaxşı bilirdilər və Bertels, M.Rəfili, H.Araslı bu barədə dəfələrlə yazmışlar.
ARPİİSSA-də 1941-1945-ci illərdə SSRİ-nin milli siyasətində Azərbaycanın yerinə dair materiallar üzərində işləyərkən SSRİ EA üzrə bir sərəncam diqqətimi cəlb etdi. 1943-cü il 4 oktyabr tarixli 503 №li sərəncamda deyilirdi ki, SSRİ EA Azərbaycan filialının istehsalatdan ayrılmadan doktorantı Mosesov Petros Baqdasaroviç 01 oktyabr 1943-cü ildən 06 aprel 1944-cü il müddətinədək SSRİ EA Böyük Vətən Müharibəsi komissiyası üzrə əsas doktorantı keçirilir və "Azərbaycanda 1917-1920-ci illərdə vətəndaş müharibəsi" mövzusu üzrə doktorant P.B.Mosesova SSRİ EA müxbir üzvü İ.İ.Mints elmi məsləhətçi təsdiq edilir. Sərəncamı SSRİ EA-nın vitse prezidenti Baykov A.A və SSRİ EA akademik katibi N.Q. Bruyeviç (1,v.32) imzalamışlar.
Sərəncamla əlaqədar araşdırmalardan məlum oldu ki, SSRİ EA-nın müxbir üzvləri İ.İ.Mints və A. M.Pankratova Azərbaycan K(b)P MK katibi M.C.Bağırova 11 fevral 1944-cü il tarixli (№ 1517ob) məktub göndərərək bildirmişlər ki, SSRİ EA doktorantı P.B Mosesov tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycanda vətəndaş müharibəsi (1917-1920-ci illər)" mövzusunda dissertasiyası üzərində işləyərkən Azərbaycanın dövlət arxivlərində və Mərkəzi arxivlərdə olan və əvvəllər dərc olunayan materialları tədiiqata cəlb etmiş, ümumilikdə ölkədə, həmçinin Qafqazda baş verən hadisələrin fonunda Azərbaycanda vətəndaş müharibəsi tarixini yazmışdır.
Məktubun sonunda dissertasiya işi haqqında fikir və mülahizələrin bildirilməsi xahiş olunur.
Vətəndaş müharibəsi Baş redaksiyası katibliyinin də M.C.Bağırova ünvanlanmış 11 fevral 1944-cü il tarixli 1517/OV № li məktubunda da Mosesovun monoqrafiyasının böyük elmi maraq və siyasi əhəmiyyət daşıdığı qeyd olunmaqla başa çatması bildirilirdi. (1,v.44)
Araşdırmalar göstərdi ki, Mosesovun doktorantura müddəti aprelin 1-də başa çatdığından dissertasiyanın müdafiəsi 1944-cü il martın ortalarına nəzərdə tutulmuşdur. SSRİ EA müxbir üzvləri İ.İ.Mints, A.M.Pankratova və tarix elmləri doktoru, professor İ.M. Rozqan rəsmi opponent təyin olunmuşlar. (1,v.30)
Doktorant P.B. Mosesovun "1917-1920-ci illərdə Azərbaycanda vətəndaş müharibəsi" mövzusunda doktorluq dissertasiyasına SSRİ EA müxbir üzvü İ.İ.Mints (1,v.42) və professor Pankratovanın rəylərində bildirilir ki, Mosesovun işi həcminə görə sanballı və yerinə yetirilməsinə görə ciddi monoqrafiyadır, müəllif Azərbaycanın siyasi tarixinin ən mühüm dövrlərindən birini açmağa nail olmuşdur. Professor İ.Rozqan da rəyində əsəri xeyli tərifləyir və Pankratovadan fərqli olaraq işdə 1917-ci ildə Qafqaz cəbhəsinin rolunun zəif işləndiyini qeyd edir. Rəydə, həmçinin Bakıdakı əsgər və zabit deputatları sovetlərinin fəaliyyəti haqında çox az qeydlər olduğu, neft sənayesinin vəziyyəti və neftçilərin sahibkarlarla mübarizəsi, Bakı neft müəssisələrinə fəhlə nəzarətinin elementlərinin göstərmədiyi qeyd olunur.
Rozqanın fikrincə, Azərbaycan zəhmətkeşlərinin mübarizəsinin geniş mənzərəsi yaradılmamışdır. Nəhayət, rəyçi fəsillərin yerləşdirilməsi haqqında məsləhətlər verir. Təbii ki, Rozqan da öz həmkarları kimi göstərilən nöqsanların işin əhəmiyyətini azaltmadığını bildirir və işin həcminin 20 çap vərəqinədək azaldılmasını məqsədəuyğun hesab edir. (1,v.49-51)
Göndərilən rəyləri və Mərkəzi Komitəyə ünvanlanmış məktubu bir kənara qoyaraq Mosesovun dissertasiyasının mündəricatına nəzər salaq. P.B.Mosesovun dissertasiyası 14 fəsildən ibarətdir. Birinci fəsil Azərbaycanın Birinci dünya müharibəsi və Rusiyada 1917-ci il Fevral-burjua demokratik inqilabı dövrünə həsr edilmişdir.
İkinci və üçüncü fəsillər Azərbaycanda Böyük Oktyabr Sosialist inqilabına hazırlıq və keçirilməsi, Bakıda sovet hakimiyyətinin elan olunması və Azərbaycanda sovet hakimiyyəti uğrunda mübarizəyə həsr olunub.
4 və 5-ci fəsillərdə Bakıda sovet hakimiyyətinin qələbəsi, Bakı kommunasının yaranması və XKS təşkili, Bakı XKS-nin fəaliyyəti, Zaqafqaziya xalq-larının və Bakı proletariatının alman-türk işğalçılarına qarşı mübarizəsinə kütlələrin təşkili, 6-çı fəsildə Bakıda sovet hakimiyətinin müvəqqəti yıxılması və 26 Bakı komissarlarının məhvi, 7-12-ci fəsillərdə Müsavatın hökmranlığı dövrü və Azərbaycan zəhmətkeşlərinin bolşeviklərin rəhbərliyi altında müsavatçılara və xarici müdaxiləçilərə qarşı mübarizəsi araşdırılmışdır.
Dissertasiyada Muğanda sovet hakimiyyətinə (8-ci fəsil), fəhlə konfransının (9-cu fəsil), Azərbaycan bolşeviklərinin gizli işinə və xalqın sılahlı üsyana hazırlığına (10-cu fəsil) ayrıca fəsillər həsr edilmişdir.
Dissertasiyanın son iki fəslində-13-cü və 14-cü fəsillərdə 1920-ci il aprelin 28-də Azərbaycanda Böyük Oktyabr sosialist inqilabının qələbəsindən və sovet hakimyyətinin ilk addımlarından bəhs olunur. Dissertasiyanın sonunda Bakıda və Azərbaycanda 1917-1920-ci illərində baş verən mühüm hadisələrinin xronologiyası verilmişdir. (1,v.35-36)
Dissertasiayanın mahiyyətini anlamaq üçün arxiv materiallarına müraciət etdim. Qeyd edim ki, ARPİİSSA-də P.B.Mosesovun "Azərbaycanda vətəndaş müharibəsi (1917-1920-ci illər)" mövzusunda doktorluq dissertasiysı (dissertasiya 593 makina səhifəsi həcmindədir), S.Şaumyan adına Partiya Tarixi İnstitutunun elmi hissə üzrə müavini Petrosyan, tarix elmləri namizədləri İsmayıl Hüsyenov və Zülfəli İbrahimovun yazdığı 5 aprel 1944-cü il tarixli rəy saxlanılır. (1,v.8-29)
Mosesovun dissertasiyası ilə tanışlıqdan aydın oldu ki, Mints, Pankratova və Rozqanın rəyləri işin məzmununa uyğun deyil və onun haqqında düzgün olmayan təsəvvür yaradılmasına cəhd göstərilmişdir. Mosesovun işi nəinki Azərbaycanda 1917-1920-ci illər vətəndaş müharibəsi dövrü haqqında dərin elmi tədqiqatdır, əksinə işdə Azərbaycan xalqının sovet hakimiyyəti uğrunda mübarizəsinin həqiqi tarixi təhrif olunmuşdur. (1,v.5)
Müəllif əsasən dövrü mətbuatdakı, Bakının və Moskvanın arxivlərində saxlanılan bəzi sənədlərdəki faktlari tədqiqata cəlb etsə də (1,v.8), qəzet mate-rialları elmi cəhətdən təhlil edilməyib, əsər qəzet materiallarından ibarət hadisələr xronika xarakteri daşıyan kataloq təsirini bağışlayır. Müəllif Azərbaycanın XX əsr tarixini, o cümlədən 1917-1920-ci illər tarixini zəif bildiyindən materialları başdansovdu müəyyənləşdirmişdir. İşdə proletariatın, burjuaziyanın və mülkədarların siyasi orqanlarının yaranması, funksiyası və ləğvi dolaşıq salınmış, məsələlər bir-biri ilə qarışdırılmış (1,v.8-9), bilərəkdən işdə düşmən ideyalarının (ən böyük düşmən daşnaklardır-X.İ.) təbliğinə yol verilmişdir. (1,v.9)
Mosesovun işində azərbaycanlı fəhlə və kəndlilər digər millətlərdən olan fəhlə və kəndlilərlərlə müqayisədə geridə qalmış formada təqdim olunur və bu fikir dissertasiayda qırmızı xətlə keçir. İşdə erməni burjuaziyası və onların "Daşnaksütyun" partiyasında əksinqilabı rolu məqsədyönlü şəkildə kiçildilir. (1,v.10)
Təhlil göstərir ki, Mosesov Azərbaycanın zəhmətkeş kəndlilərinin hakim sinfə və xarici imperialistlərə qarşı bəhs olunan dövrdə mübarizəsini, vətəndaş müharibəsinin öz istismarçılarına və xarici müdaxiləçilərə qarşı azadlıq mübarizəsi olduğunu başa düşməmşdir. (1,v.11)
Müəllifin eyni xislətli dindaşı Androniki "yaxşı tanımasına" baxmayaraq sovet hakimiyyəti tərəfdarı kimi göstərməsi erməniliyin "zirvəsi" hesab oluna bilər. (1,v.18)
Mosesovun daşnaqlara sətiraltı haqq qazandırması da təəccüb doğurmur. Bizə elə gəlir ki, Mosesov "Daşnaksütyun" partiyasının roluna "erməni kimi" qiymət vermişdir. (1,v.19)
Mosesov Zaqafqaziyada milli münaqişələrin kökünü, azərbaycanlı-erməni münasibətlərini düzgün işıqlandırmamışdır. Müəllif Zaqafqaziya xalq kütlələrini boğan və xarici imperialst kökənli olan burjua-millətlçi əks-inqilabi partiyaların, xüsusilə "Daşnaksütyun" partiyasının, Bakının qəhrəman müdafiəsi günlərində Avetisovun və digər daşnak başçılarının satqınlığını "unutmuş", 1918-ci ildə ingilislərin Bakıya dəvəti məsələsi haqqında "Daşnaksütyun" partiyasının rolu müəmmalı qalmışdır.
Dissertasiyada Azərbaycan fəhlə və kəndlilərinin müdaxiləçilərə qarşı silahlı mübarizəsindən sükutla keçilib (1,v.6), məşhur daşnak qulduru Andronik sovet hakimiyyətinin tərəfdarı kimi verilmişdir. (1,v.6-7)
Dissertasiyada Azərbaycan xalqının XX əsr tarixi ciddi təhrif olunub, Azərbaycan xalqının inqilabi hərəkatda roluna və yerinə yalançı baxış formalaşdırılıb. "Azərbaycan fəhlə və kəndliləri Bakı mədən fəhlələridir və əsas hissəsini azərbaycanlılar təşkil edir" kimi ifadələrin rəyçilər tərəfindən yüksək qimətləndirilməsi milli siyasətdə əyintilərin təzahürü hesab olunmalıdır.
Xalqımızın qəhərəmanlıq tarixini təhrif edən əsərlərdən birinin müəllifi Partiya Tarixi İnstitutunun işçisi T.İ. Ter-Qriqoryandır. 1942-ci ilin əvvəllərində Partiya tarixi institutunun işçisi T.İ.Ter-Qriqoryanın nəşr etdirdiyi "IX əsrdə Artsaxın ərəb işğalçıları ilə mübarizəsi" kitabçasında Babəki satqın-lıqla ələ verən Səhl ibn Sumbat müsbət qəhrəman kimi qələmə verilmişdir. Kitabçada Zaqafqaziya xalqlarının birgə mübarizəsi inkar edilir. Azərbaycan K(b) P MK bu kitabçaya sərt reaksiya vermiş və kitabçanı Zaqafqaziya xalqlarının tarixinə dair məsələlərin öyrənilməsində zərərli hesab etmişdir. (3, s.174)
Göründüyü kimi, Azərbaycan xalqı üç cəbhədə vuruşurdu. Birinci cəhbə döyüş bölgəsi idi. Azərbaycan oğulları ön cəbhədə faşistlərə qarşı mərdliklə döyüşür, əsil qəhrəmanlıq nümunələri nümayiş edirirdilər. İkinci cəbhə arxa cəbhə idi. İnsanlar gecə-gündüz işləyərək cəbhəni silah-surat və ərzaqla təmin etmək üçün əmək nümunələri göstərirdilər. Üçüncü cəbhə daha ağır və məsuliyyətli idi. Ziyalılarımız Mərkəzin antiazərbaycan milli siyasətindən yararlanan erməni təxribatlarına qarşı mübarizə aparmalı olurdu. Ermənilər isə bütün sahələrdə xalqımıza ziyan vurmağa, milli birliyi pozmağa cəhd edir, antiazərbaycan ruhlu əsərlərlə cəmiyyəti parçalamağa, sosial partlayışa çan atırdılar.
Türklərə, azərbaycanlılara qarşı düşmənçlik hissi bəsləyən ermənilər tarixən çox yaltaq və ikiüzlü olub, özlərinə mövqe qazanmaq, məkrli planlarını həyata keçirmək üçün üzdə özlərini dost kimi göstərmiş, imkan düşən kimi xəyanət etmişlər. Acınacaqlı orasıdır ki, ermənilər belə məsələlərdə ruslardan istifadə etmiş, planlarını həmizə Mərkəzin əli ilə həyata keçirməyə can atmışlar.
Ədəbiyyat
1. ARPİİSSA,f.1, siy.29, sax.vah.197
2. AR MDA, f.411, siy.8, iş 214
3. Əmrahov M.İ. Azərbaycan mədəniyyəti İkinci dünya müharibəsi illərində Bakı,
2004
4. ."Nəbz" qəzeti, 2001, 19 oktyabr-2 noyabr
5.http://wikipedia/orq|wiki
Açar sözlər: Müharibə, faşizm, ermənilər, Azərbacan tarixi, caxtakarlıq
Ключевые слова: война, фашизм, армяне, История Азербайджана, фальсификация
Key words: War, faschism, armenians, history of Azerbaijan, falsification
Попытки искажения армянами истории Азербайджана
в годы Второй мировой войны
Резюме
В статье краткое внимание уделено деятельности армянских лидеров А. Хатисяна, Д. Канаяна и Гарегина Нжде накануне Второй мировой воны и на основе фактов, а также архивной документации разоблачены попытки армянских авторов М. Шагиняна, П. Мосесова и тер - Григоряна по поводу фальсификации истории Азербайджана, а также якобы дружеская позиция, но предательство, проявленная армянами ради осуществления коварства армянами, которые всегда питали вражду против тюрков, и в том числе против азербайджанцев.
Efforts of armenians to distort the history of Azerbaijan
in the Second World War years
Summary
Activities of armenian leaders А.Khатисйан, Д.Канайан and Эараэин Нжден in the eve of Second World War have briefly been considered and showing by armenians, nourishing the sense of hostility against Turks and as well as Azerbaijanians, as a friend in the face and betraying in the first opportunity and efforts of armenian authors М.Shаэинйан, З.Мосесов and Тер- Gриgойан to falsify of the history of Azerbaijan have been exposed on the basis of facts and archive documents in this article.
"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM