KAMAL İBRAHİMOV
İqtisad üzrə fəlsəfə doktoru
Son on il ərzində dünya iqtisadi proseslərində baş verən transformasiyalar, xüsusilə 2008-ci ilin sonlarından başlayan maliyyə böhranı ilə bağlı neqativ tendesniyalar, maliyyə çətinlikləri, şübhəsiz dünya sığorta bazarına da əhəmiyyətli təsir göstərmişdir. Bir çox dünya sığorta şirkətləri ciddi çətinliklərlə üzləşmiş, bunlar isə öz növbəsində böhran şəraitində yeni və yaxud daha çox təkmilləşdirilmiş sığorta fəaliyyəti mexanizmlərinin hazırlanması və tətbiqi proseslərinin bir zərurət kimi ortaya çıxarmışdır. Bu proseslərdə xüsusi önəm kəsb edən və strateji əhəmiyyət daşıyan məsələlərdən biri kimi böhran şəraitində sığorta şirkətlərində maliyyə sabitliyinin təmin edilməsi üzrə strategiyanın hazırlanması və reallaşdırılması problemləri daha çox diqqət çəkmişdir. Məsələ burasındadır ki, strateji yanaşma olmadan spesifik xüsusiyyətlərə malik sığorta kompaniyalarının uğurlu fəaliyətini uzunmüddətli dövr üçün proqnozlaşdırmaq və təşkil etmək o qədər də asan məsələ deyildir. Strateji yanaşmaların və strateji mexanizmlərin mövcudluğu şəraitində sığorta şirkətlərinin fəaliyyətinin modelləşdirilməsi, böhran şəraitində onların maliyyə sabitliyinin təmin edilməsi imkanları daha çox mümkünləşir. Başqa sözlə, starteji yanaşmalar və kompleks şəkildə baxılaraq hazırlanmış mexanizmlər sığorta kompaniyasının sığorta bazarında rəqabət qabiliyyətliliyini təmin etməyə imkan verir və sığorta xidmətlərinin keyfiyyətini yüksəltməyə, strukturunu təkmilləşdirməyə, əsasən sığorta portfelinin diversifikasiyalaşdırılmasına imkanlar yaradır. Sığorta şirkətinin ən mühüm vəzifələrindən biri maliyyə sabitliyinin təmin edilməsi üçün özününü maliyyə resurslarının formalaşdırılması və onun mənbələrinin diversifikasiyalaşdırılmasını təmin edilməsidir [1]. Digər tərəfdən, böhran elementlərinin genişləndiyi bir şəritdə sığorta şirkətinin maliyyə sabitliyinin mövcud mexanizmlərinin və praktiki alətlərinin dayanıqlılığının təmin edilməsi tədbirlərinin gecikdirilmədən həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sığorta xidmətləri bazar münasibətlərinin genişləndirilməsinə və işgüzar fəallığının yüksəlməsinə, həmçinin investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan, sığorta şirkətinin maliyyə sabitliyinin olması vacib şərtlərdən biri kimi çıxış edir və müştərilər arasında inamın yüksək səviyyədə saxlanmasınma imkan verir. Sığorta şirkətinin maliyyə sabitliyinin təmin edilməsi üçün onun sabit şəkildə gəlirlilik səviyyəsi olmalı və reallaşdırılmalıdır. Gəlirlik səviyyəsinin sabitliyi isə ığorta şirkətinin investisiya cəlbedicilyinin artırılması üçün əsas şərtlərdən biri hesab olunur [2]. Sığorta şirkəti öz fəaliyyətində əldə etdiyi gəlir səviyyəsinin sabitliyini qorumaqla bərabər, sığorta haqlarının yeni mənəblərini müəyyənləşdirməli, müştəri dairəsini genişləndirməli, uzunmüddətli sığorta müqavilələrinin sayının artırılmasına nail olmalı, sığorta tariflərinin işləkliyinə və cəlbediciliyinə xüsusi inam verilməlidir. Sığorta təşkilatı sığorta bazarında özünün rəqabət qabiliyyətliliyini təmin edən biləcək meyarlar və prinsiplərə məsuliyyətlə yanaşmalı, öz öhdəliklərini vaxtında yerinə yetirməlidir [3]. Bundan əlavə, sığorta şirkətləri özlərinin xidmət səviyyəsinin yüksəldilməsi, maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə praktiki fəaliyət prinsiplərinə daha ciddi və kompleks şəkildə yanaşmalı, tətbiq olunan metodların və alətlərin optimallığına səy göstərməlidirlər. Digər tərəfdən, sığorta şirkətinin rəqabət qabiliyyətləliliyinin gücləndirilməsi və maliyyə sabitliyinin təmin edilməsi strategiyasının formalaşdırılması üçün, şirkətin maddi-texniki bazasının yenilənməsi, fəaliyyət potensialının artırılması və sığorta portfelinin diversifikasiyalaşdırılması vacib məsələlər kimi diqqət çəkir. Belə olduğu təqdirdə, şirkətin maliyyə sabitliyi strategiyası praktiki tətbiq proseslərində özünü daha çox doğrulda bilər [4, s.52]. Eyni zamanda, kompaniyasının maliyyə dayanıqlılığının təmin edilməsi üçün bir sıra məsələlərə xüsusi önəm verilməlidir. İlk növbədə, ölkədə dövlət orqanları ilə sığorta bazarı iştirakçıları arasında əməkdaşlıq münasibətlərinin yüksəldilməsi və sığorta bazarında sağlam rəqabət mühitinin formalaşdırılması təmin edilməlidir. Sığorta şirkətləri özlərinin müştəri dairəsi ilə əlaqələrini və münasibətlərini uzunmüddətli dövrü əhatə edən strateji yanaşmalar səviyyəsinə qaldırmalıdır. Belə olduğu təqdirdə sığorta şirkətinin maliyyə sabitliyinin təmin edilməsi imkanları daha da artar [5]. Digər tərəfdən, ölkədə ümumi maliyyə bazarı komponentləri sırasında sığorta xidmətlərinin rolunun vacibliyi nəzərə alınmaqla, sığorta şirkətlərinin analoji bazarlarda maliyə sabitliyinin qiymətləndirilməsi aparılmalı və bunun üçün göstəricilər sistemi hazırlanmalıdır. Sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsi göstəriciləri obyektiv reallığı əks etdirməlidir [6].
Məlumdur ki, sığorta fəaliyyəti ilə bağlı proseslərdə risklər heç də az deyildir və onların sistemli şəkildə baxılması, minimuma endirilməsi məsələsi kifayət qədər aktualdır. Maliyyə bazarı iştirakçıları, ümumilikdə milli iqtisadiyyatın istənilən sahəsində fəaliyyət göstərən işgüzar dairənin subyektləri öz fəaliyyətlərini gözlənilməz hadisələrdən, həmçinin təbii fəlakətlərdən və fövqəladə hallardan qorumaqda kifayət qədər maraqlıdırlar. Buna görə də, sığorta bazarının fəallaşdırılması və onun əsas mexanizmlərinin təkmilləşdirilməsi vacib əhəmiyyət kəsb edir. Sığorta şirkəti özünün məcmu aktivi ilə qəbul etdiyi sığorta öhdəlikləri arasındakı münasibətlərin adekvatlığına, bununla bağlı normativlərin mütləq şəkildə qorunmasına ciddi fikir verməlidir. Belə ki, debutor və kreditor borcları arasındakı münasibətlər ciddi təhlil olunmalı, sığorta ehtiyatları ilə bağlı məsələlər daim strateji planda baxılmalıdır. Bütün bunlar sığorta şirkətinin maliyyə sabitliyinin təmin edilməsi üçün vacib şərtlər kimi diqqət mərkəzində saxlanılmalıdır [7]. Strateji yanaşmalar sırasında hər bir maliyyə komponentinin yeri və əhəmiyyəti təhlil olunmalı və obyektiv reallıqlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Şirkətin gəlirlərinin daimi və etibarlı mənbələrinin formalaşdırılması, bununla bərabər çəkilən xərclərin optimallaşdırılması üçün əlavə tədbirlərin görülməsi təmin edilməlidir. Maliyyə vəsaitlərinin istifadəsi və onların hərəkətinin daxili tənzimləmə mexanizmləri üzrə nəzarət rıçaqları olmalıdır. Sığorta şirkətinin menecer heyətinin peşəkarlığı və bacarıq səviyyəsi də diqqət mərkəzində saxlanılmalıdır. Ümumilikdə sığorta şirkətinin maliyyə strategiyası ilə bağlı məsələlər çoxplanlı və çoxfunskiyaları vəzifələri özündə birləşdirməlidir [8]. Maliyyə resurslarının hərəkəti, istifadəsi, maliyyə ehtiyatlarının formalaşdırlması, maliyyə mənbələrinin diversifikasiyalaşdırılması və s. bu kimi amillər üzrə işlək fəaliyyət mexanizmləri hazırlanmalı vəı fəal şəkildə reallaşdırılmalıdır. Maliyyə sabitliyinin güclənməsinə imkan verən alternativ maliyyə resursları mənbələrinin formalaşdırılması da diqqət mərkəzində saxlanılmalıdır. Maliyyə vəziyyətinin daimi olaraq təhlil edilməsi, bu istiqamətdə planlaşdırma işlərinin aparılması, proqnozların hazırlanması, uçot və nəzarət mexanizmlərinin dürüst şəkildə həyata keçirilməsi vacib şərtlərdəndir. Strateji planda mühüm məsələlərdən biri də sığorta şirkətinin əsas aktivlərinin və passivlərinin optimallaşdırılması və əldə olunan gəlirin maksimum səmərəli bölüşdürülməsidir. Maliyyə strategiyası ümumilikdə şirkətin əsas strateji fəaliyyət prinsiplərinə və istiqamətlərinə əhəmiyyətli səviyyədə təsir göstərmək imkanına malikdir. Buna görə də, maliyyə planlaşdırılması zamanı sığorta şirkətinin mühüm göstəriciləri və onun inkişafı ilə bağlı əsas fəaliyyət istiqamətləri üzrə strateji məsələlər, prioritet vəzifələr uyğunlaşdırılmalı və tarazlaşdırılmalıdır. Maliyyə strategiyasının optimallığının yüksəldilməsində maliyyə marketinqi mexanizminin səmərəliliyinin təmin edilməsi də mühüm əhəmiyyət kəsb edir. Bunun üçün sığorta şirkətinin strateji hədəfləri və missiyaları, fəaliyyət prinsipləri, inkişaf prioritetləri birlikdə təhlil olunaraq baxılmalı, sığorta bazarında rəqiblərin və ümumilikdə bazar iştirakçılarının davranışları, fəaliyyəti kompleks təhlil olunmalı, təklif olunan sığorta xidmətlərinin rəqabət qabiliyyətlilik səviyyəsi qiymətləndirilməli, sığorta bazarının konyunkturası və müxtəlif bazar seqmentləri əhatəli şəkildə araşdırılmalı, öyrənilməli və adekvat tədbirlər görülməlidir [9;10;11]. Sığorta bazarında mövcud vəziyyətin təhlili və uzunmüddətli dövr üçün bazarın inkişaf tendensiyaları kompleks şəkildə baxılaraq, sığota şirkətinin strateji fəaliyyət proqramı və bazar strategiyası müəyyənləşdirilməlidir. Yaxşı olardı ki, sığorta şirkətinin ən azından yaxın 5 il üçün strateji maliyyə sabitliyi və maliyyə fəaliyyəti planları müəyyənləşdirilsin və proqnozlar hazırlansın. Bunun üçün sığorta şirkətinin maliyyə-statsitik təhlil göstəriciləri sistemi formalaşdırılmalı və analitik informasiya bazası yaradılmalıdır. Maliyyə sabitliyi üzrə mühüm göstəricilərin təhlili və proqnozlaşdırılması meyarları və prinsipləri müəyyənləşdirilməlidir. Ümumilikdə, sığorta şirkətinin maliyyə sabitliyinin təmin edilməsinə imkan verə biləcək göstəricilər sisteminin təşkili və onların əsas meyarlarının hazırlanması maliyyə strategiyasının daha uğurlu şəkildə reallaşdırılmasına imkan verərdi. Sığorta şirkətinin maliyyə sabitliyinin təmin edilməsinə ciddi təsir göstərən daxili və xarici amillərin təsir dairəsinin öyrənilməsi və qiymətləndirilməsi də vacib şərtlərdəndir. Əvvəldə qeyd etdiymiz kimi, ən mühüm məsələlərdən biri də sığorta portfelinin fəaliyyətinin optimallaşdırılması və bununla bağlı kompleks tədbirlərin görülməsidir.
Sığorta portfelinin səmərəliliyinin yüksəldilməsi üçün ilk növbədə bu portfelin əsas komponentlərinin balanslaşdırılması və onun investisiya cəlbediciliyinin yüksəldilməsinin təmin edilməsidir. Sığorta portfeli ümumilikdə sığorta şirkətinin öhdəliklərinin tam şəkildə yerinə yetirilməsinə, həmçinin proqnozlaşdırılan gəlir səviyyəsinin çıxılmasına və bunlarla bərabər, sığorta ehtiyatlarının formalaşdırılmasına, nəticədə maliyyə sabitliyi üçün əsaslı zəmin yaradılmasına imkan verməlidir [12]. Qeyd olunan strateji vəzifələrin və yanaşmaların kompleks və sistemli şəkildə reallaşdırılması üçün dəqiq nəzarət sisteminin təmin edilməsi vacib amil hesab olunur. Bunun üçün bir çox vasitələrdən, o cümlədən reytinq qiymətləndirilməsindən, yaxud monitorinq metodundan istifadə oluna bilər. Bütün hallarda nəzarət funksiyaları aydın və səmərəli olmalı, sığorta şirkətinin ümumi fəaliyyətinin ahəngdarlığını təmin etməli, yol veilmiş nöqsanları üzə çıxarmalı, risklərin müəyyənləşdirilməsinə imkan verməli və adekvat tədbirlər görülməsi üçün zəruri informasiyaların əldə edilməsi təmin edilməlidir. Məşhur “Standart & Poor’s” kompaniyasının metodikası əsasında sığorta şirkətinin maliyyə sabitliyi reytinqinin müəyyənləşdirilməsi dünya praktikasında daha çox istifadə olunur. Burada iki mühüm diapazon, yəni mütləq şəkildə zəif maliyyə dayanıqlılığı (CC), yaxud mütləq şəkildə yüksək maliyyə dayanıqlılığı diapazonları (AAA) müəyyənləşdirilir və bütün bunlar qruplaşdırılmış formada 9 aspekt üzrə reytinq təhlili metodologiyası əsasında aparılır. Bunlara sığorta şirkətinin likvidliyi, kapitallaşma səviyyəsi, ölkə sığorta bazarı üzrə risklər, rəqabət qabiliyyətliliyi, menecment və korporativ strategiyasının səviyyəsi, əməliyyat göstəriciləri, investisiya fəaliyyəti, maliyyə səviyyəsi və risk-menecment korporativ sistemi aiddirlər [13]. Ümumilikdə götürdükd, şübhəsiz bu amillərin hər biri vacibdir və onlar üzrə reytinqlərin müəyyənləşdirilməsi sığorta şirkətinin fəaliyyətinin gücləndirilməsinə əlavə stimul verə bilər. Bununla belə, hesab edirik ki, hər bir sığorta şirkəti ümumi qiymətləndirmə və reytinq yanaşmalarından istifadə etməklə özünün qiymətləndirmə sistemini və mexanizmini formalaşdırmalı, şirkətin spesifik fəaliyyəti ilə bağlı məsələləri nəzərə almalıdır. Praktiki fəaliyyət prinsiplərindən yanaşdıqda, sığorta şirkəti iqtisadi-maliyyə amilləri ilə bağlı konyunkturanı əsas götürməklə özünün təsərrüfat və investisiya fəaliyyəti üzrə strategiyasının fəaliyyət istiqamətləri üzrə müəyyənləşdirməlidir. Sığorta şirkəti strateji maliyyə mexanizmlərinin hazırlanması və maliyyə sabitliyinin təmin edilməsi üzrə ümumi strategiyanın formalaşdırılması üçün sığorta bazarında mövcud tendensiyaları, sığorta xidmətlərinin çeşidi və strukturu ilə bağlı məsələləri, sığorta bazarında tələb və təklif arasında proporsional asılılıq səviyyəsi, bazar iştirakçıları ilə bağlı zəruri informasiyaları təhlil edərək strateji qərarlar verməli və əsaslandırılmış tədbirlər həyata keçirilməlidir. Sığorta bazarının spesifik xüsusiyyətləri ilə bağlı olaraq, sığorta şirkətinin maliyyə sabitliyinin gücləndirilməsi səviyyəsi qiymətləndirilməli və reallaşdırılmalıdır [14]. Sığorta şirkətində gözlənilən risklər və arzuolunmaz hallar üzrə xəbərdarlıq edilməsi sistemi və mexanizmi yaradılmalıdır. Şirkətin fəaliyyətinə mənfi təsir göstərə biləcək hər bir amil və elementin mənfi fəsadlarının vaxtında müəyyənləşdirilməsi və aradan qaldırlması tədbirlərinin görülməsi təmin edilməlidir. Məsələn, iqtisadi qeyri-sabitlik şəraitində sığorta xidmətlərinin strukturunun yenilənməsi və bu xidmətlərinin dinamikliyinin, çevikliyinin təmin olunması vacib şərtlərdəndir. Belə ki, qeyri-sabit iqtisadi proseslər şəraitidə sığorta xidmətləri vətəndaşların və sahibkarlıq fəaliyyəti subyektlərinin maraqlarının qorunması, onların iqtsadi təhlükəsizliyinin və sabit fəaliyyəinin təmin edilməsi üçün rolu böyükdür. Bu baxımdan, sığorta xidmətləri qeyd olunan subyektlər üçün əlçatan və səmərəli olmalıdır. Müştərilər arasında sığorta şirkətinə və sığorta xidmətlərinə inam yüksək səviyyədə olmalı və onların maraqlarının qorunması prinsipləri mütləq şəkildə nəzərə alınmalıdır. Belə olduğu təqdirdə sığorta şirkəti ilə müştərilər arasında qarşılıqlı əlaqələrin əhatəsi və xidmətlərin həcmi artır, bununla da sığorta şirkətinin daha məhsuldar yeni maliyyə mənbələri formalaşır, maliyyə sabitliyinin təminatı üçün potensial güclənir və ümumilikdə sığorta şirkətinin maliyyə sabitliyi təmin edilmiş olur. Digər mühüm bir amil isə sığorta şirkətinin müasir texnologiyalar əsasında fəaliyyətinin modernləşdirilməsi, elektron xidmətlərin çeşidinin genişləndirilməsi və sığorta xidmətlərinin əlçatanlığının təmin olunmasıdır.
Qeyd edək ki, böhran şəraitində sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsində idarəetmə personalının, yəni ali menecment heyətinin rolu kifayət qədər böyükdür. Yüksək peşəkarlığa malik menecment heyətinin fəaliyyətindən və çevikliyindən sığorta şirkətinin strateji fəaliyyət istiqamətlərinin daha səmərəli planlaşdırılması və idarə edilməsi təmin olunur [15]. Vaxtında verilmiş strateji idarəetmə qərarları yüksək səmərə verməklə bərabər, sığorta şirkətinin strateji hədəflərinin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi üçün əhəmiyyətli zəmin kimi çıxış edir və sığorta şirkətinin kollektivinin fəaliyətini tənzimləyir, stimullaşdırır, səfərbər edir. Bundan əlavə, menecment heyətinin çevik fəaliyyəti nəticəsində daha səmərəli və məhsuldar sığorta mexanizmlərinin reallaşdırılması, sığorta portfelinin səmərəliliyinin təmin edilməsi, son nəticədə maliyə sabitliyinin gücləndirilməsinə əlavə imkanlar yaradır. Bu baxımdan, sığorta şirkətinin maliyyə menecmentinin rolu və əhəmiyyəti, ilk növbədə şirkətin maliyyə sabitliyi strategiyasının hansı səviyyədə reallaşdırılması ilə qiymətləndirilir [16]. Hər bir sığorta şirkətinin maliyyə strategiyasının əsasında bir sıra mühüm funksiyalar, əsasən stimullaşdırıcı, nəzarətedici, adaptivlilik və antiböhran xarakterli fəaliyyət istiqamətləri, funksiyaları dayanır. Praktiki fəaliyyət proseslərinə nəzər salsaq görmək olar ki, bir qrup postsovet respublikalarında fəaliyyət göstərən sığorta şirkətlərinin əsas missiyaları və strateji fəaliyyət istiqamətləri, o cümlədən strateji maliyyə yanaşmaları ilk növbədə ölkə vətəndaşlarının və sahibkarlıq-biznes subyektlərinin maraqlarının qorunması, sığorta xidmətləri vasitəsi ilə onların sosial-iqtisadi fəallığının gücləndirilməsi, əmlak maraqlarının müdafiə edilməsi məqsədi ilə sığorta şirkətinin sabit fəaliyyətinin yüksək texnologiyalar əsasında və müasir yanaşmalarla təmin edilməsi, şirkətin investisiya cəlbedicildiyinin yüksəldilməsi, sığorta portfelinin diversifikasiyalaşdırılması, sığorta xidmətlərinin peşəkar səviyyədə yerinə yetirilməsi və şirkətin maliyyə sabitliyinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üzrə strateji yanaşmalar daha çox diqqət çəkir [17;18;19].
Şəkil 1-də böhran şəraitində sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsi strategiyasının əsas prinsiplərinin və meyarlarının blok-sxemi verilmişdir.
Şəkil 1. Böhran şəraitində sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsi strategiyasının əsas prinsiplərinin və meyarlarının blok-sxemi (müəllif tərəfindən hazırlanmışdır).
Şəkil 1-ə diqqətlə nəzər salsaq görmək olar ki, böhran şəraitində sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsi strategiyasının prinsipləri və meyarları sırasında -ölkədə sığorta fəaliyyəti üzrə qanunvericilik bazasının və sığorta bazarının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, sığorta bazarının investisiya cəlbediciliyinin artırılması, sığorta bazarı iştirakçıları arasında sağlam rəqabət mühitinin təmin edilməsi və sığorta portfelinin səmərəliliyinin yüksəldilməsi üçün strateji yanaşmaların kompleks və sistemli şəkildə həyata keçirilməsi daha çox diqqət çəkirlər.
Qeyd edək ki, ölkədə maliyyə xidmətlərinin inkişf etdirilməsi istiqamətində son illərdə önəmli addımlar atılmaqdadır. Uzun müddətdir ki, Azərbaycanda sığortanın inkişaf konsepsiyasının hazırlanması və sığorta strategiyasının tətbiq edilməsi ilə bağlı proseslər gedir [20;21]. Ayrı-ayrı milli sığorta şirkətləri öz fəaliyyətlərində strateji yanaşmaların gücləndirilməsinə, o cümlədən maliyyə sabitliyinin təmin edilməsi üçün maliyyə strategiyasının etibarlı mexanizmlərinin hazırlanmasına daha çox diqqət yetirməkdədirlər. Məsələn, Paşa Həyat sığorta şirkətinin strateji yanaşmalarında daha çox mühüm məsələlər kimi ölkə əhalisi və müəssisələrlə əməkdaşlığın gücləndirilməsi, şirkətin işçilərinin bilik və peşəkərlıq səviyyəsinin artırılması, maliyyə sabitliyinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir [22]. Bundan əlavə, ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilmişdir ki, sığorta bazarının genişlənməsi əhalinin sığorta təminatı almayan hissəsinin sığorta məhsulları ilə əhatə olunması, maliyyə xidmətlərinə çıxışın artırılması və iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsi məqsədi ilə yeni sığorta məhsullarının yaradılmasına ehtiyac vardır [23, s.23]. Bütün bunlar yaxın perspektivdə ölkəmizin sığorta şirkətlərinin maliyyə sabitliyinin gücləndirilməsini tələb edir və bu baxımdan maliyyə sabitliyinin təmin edilməsi strategiyasının vacibliyini şərtləndirir.
Beləliklə, milli sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsi strategiyasının hazırlanması və daha geniş formada tətbiqi üçüb tələb olunan mühüm tədbirlər kimi, yaxın illərdə ölkəmizdə sığorta fəaliyyətinin dünya təcrübəsinə adekvatlığının təmin edilməsi, sığorta şirkətlərinin dünya sığorta bazarına çıxışının daha çox stimullaşdırılması, sığorta xidmətlərinin strukturunun genişləndirilməsi və sığorta şirkətlərinin öz maliyyə resurslarının mənbələrinin diversifikasiyalaşdırılmasına xüsusi önəmin verilməsi tədbirləri həyata keçirilməlidir və s.
ƏDƏBİYYAT:
1. Аземша Е.А. Стратегия финансовой устойчивости в страховых организациях // Научное сообщество студентов XXI столетия. Экономические Науки: сб. ст. по мат. XX междунар. студ. науч.-практ. конф. № 5(20). URL: http://sibac.info/archive/economy/5(20).pdf. (дата обращения: 04.07.2018).
2. Наминова К.А. Условия обеспечения финансовой устойчивости страховых организаций. https://cyberleninka.ru/article/n/usloviya-obespecheniya-finansovoy-ustoychivosti-strahovyh-organizatsiy.
3. Верезубова Т.А. Финансовая стратегия развития страховой организации. http://bseu.by.
4. Куликов С.В. Обеспечение финансовой устойчивости страховой организации: методы и инструментарий. Дисс. канд. экон. наук. Новосибирск, 2003.- 176 с.
5. Исаева Ш.М. Условия обеспечения финансовой устойчивости страховых организаций. https://www.science-education.ru/pdf/2015/2-3/196.pdf.
6. Понятие и показатели оценки финансовой устойчивости страховой организации. http://finbook.news/strahovanie-book/ponyatie-pokazateli-openki-finansovoy.html.
7. Особенности управления финансовой устойчивостью страховых организаций. http://www.insur-info.ru.
8. Основы формирования финансовой стратегии страховой компании. https://bizbook.online/finance/osnovyi-formirovaniya-finansovoy-strategii.html.
9. Колесникова Т. В. Взаимосвязь финансовой устойчивости и конкурентоспособности страховой организации / Т. В. Колесникова // Известия Иркутской государственной экономической академии (Байкальский государственный университет экономики и права). — 2015. — Т. 6, № 3.
10. Колесникова Т. В. Обеспечение финансовой устойчивости и конкурентоспособности страховой организации с использованием инструментов страхового маркетинга: дис. канд. экон. наук: 08.00.10 / Т. В. Колесникова. - Иркутск, 2011. - 281 с.
11. Удинцова Е.С. Роль финансовой стратегии в обеспечении конкурентоспособности страховых компаний. https://moluch.ru.
12. Иманова М. Г. Теоретические аспекты поддержания финансовой устойчивости страховых организаций // Научно-методический электронный журнал «Концепт». – 2016. – Т. 15. – С. 711–715.
13. Гринева Татьяна. Анализ финансовой устойчивости страховой компании. http://www.ininfo.ru/mag/2007/2007-01(02)/2007-01(02)-006.html.
14. Луконин С.В. Методы оценки и повышения финансовой устойчивости страховых компаний: Дис. канд. экон. наук: 08.00.13, 08.00.10: Москва, 2003.- 171 c.
15. Журавлев П. В. Основы страхового менеджмента / П. В. Журавлев, В. В. Владимиров, С. А. Банников. - М. : Экономика, 2007. - 404 с.
16. Никулина Н. Н. Финансовый менеджмент страховой организации : учеб. пособие / Н. Н. Никулина, С. В. Березина. - М. : Юнити-Дана, 2008. - 480 с.
17. Миссия и стратегия. РНПК. https://www.rnrc.ru.
18. Стратегия компании. Страховая компания. «Проминстрах». https://prominstrah/ru.
19. Стратегия развития АО «Страховая компания Кафолат» на 2016 - 2022 годы г. Ташкент. Утверждено решением годового общего собрания акционеров АО «Страховая компания Кафолат» От «28» июня 2016 года (протокол №1).-23 с. http://www.kafolat.uz.
20. Azərbaycanda 2020-ci ilədək sığortanın inkişafı konsepsiyası hazırlanır. https://az.trend.az.
21. 2020-ci ilədək Azərbaycanda sığorta strategiyası tətbiq olunacaq. http://banco.az.
22. “Paşa Həyat” sığorta şirkətinin yeni strategiyası təsdiqlənib. http://apa.az.
23. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmişdir. Bakı, 2016.-59 s.
Açar sözlər: sığorta şirkətləri, böhran şəraitində sığorta şirkətlərinin maliyyə sabitliyi, sığorta şirkətlərinin maliyyə sabitliyi strategiyası, qlobal çağırışlara adekvat sığorta şirkətlərinin maliyyə strategiyası, sığorta şirkətlərinin maliyyə strategiyasının əsas prinsipləri.
Ключевые слова: страховые компании, финансовая стабильность страховых компаний в условиях кризиса, стратегия финансовой устойчивости страховых компаний, финансовая стратегия страховых компаний в контексте глобальных вызовов, основные принципы финансовой стратегии страховых компаний.
Key words: insurance companies, the financial stability of insurance companies in crisis conditions, the strategy of financial stability of insurance companies, the financial strategy of insurance companies in the context of global challenges, the basic principles of the financial strategy of insurance companies.
РЕЗЮМЕ
СТРАТЕГИЯ ОБЕСПЕЧЕНИЯ ФИНАНСОВОЙ СТАБИЛЬНОСТИ СТРАХОВЫХ КОМПАНИЙ В УСЛОВИЯХ КРИЗИСА
В статье исследованы проблемы формирования и реализации стратегии обеспечения финансовой стабильности страховых компаний в условиях кризиса. С этой целью анализированы основные механизмы и принципы по формированию и обеспечению финансовой стабильности в страховых компаниях. Обоснована важность обеспечения стратегических подходов и принципов в деятельности страховых компаний по выполнения своих страховых обязательств. Подготовлена блок-схема основных принципов и критерий стратегии обеспечения финансовой стабильности страховых компаний в условиях кризиса. Отмечены приоритетность диверсификации портфеля страхований по усилению финансовой стабильности и конкурентоспособности страховых компаний. Подготовлены рекомендации и даны предложении по обеспечению стратегии обеспечения финансовой стабильности страховых компаний в условиях кризиса.
SUMMARY
STRATEGY FOR SECURING THE FINANCIAL
STABILITY OF INSURANCE COMPANIES
IN CRISIS CONDITIONS
The problems of formation and implementation of a strategy for ensuring the financial stability of insurance companies in a crisis are explored in the article. The main mechanisms and principles for forming and ensuring financial stability in insurance companies are analyzed with this purpose. The importance of ensuring strategic approaches and principles in the activity of insurance companies in fulfilling their insurance obligations is substantiated. A block diagram of the main principles and criteria of the strategy for ensuring the financial stability of insurance companies under crisis conditions is prepared. Priority of the diversification of the insurance portfolio in terms of strengthening financial stability and competitiveness of insurance companies is noted. Recommendations and proposals to provide a strategy for ensuring the financial stability of insurance companies in a crisis are prepared.
"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM