TÜRKİYƏ-İSRAİL ARASINDA İQTİSADİ-TİCARƏT SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ VƏ ONUN ƏSAS İSTİQAMƏTLƏRİ

11:00 / 20.03.2019

VAQİF QASIMOV
Azərbaycan Milli Elmlər Akademiyası
A.Bakıxanov adına Tarix İnstitutu

İsrail dövləti qurulduqdan bəri daima Türkiyə ilə ikitərəfli əməkdaşlığı öz ölkəsi üçün prioritet sahə saymış və çalışmışdır ki, mövcud olan əlaqələr strateji xarakter daşısın.
İdeoloji nöqteyi nəzərdən hər iki ölkəni qərb demokratiyası və bazar iqtisadiyyatına verdikləri dəyərlər birləşdirirdi. Geosiyasi nöqteyi nəzərdən isə, İsrailin qonşu ərəb dövlətləri ilə gərgin münasibətləri, regionda Türkiyə kimi dövlətlə müttəfiq olmaq birbaşa İsrailin maraqlarına cavab verirdi. İnkişaf etməkdə olan Türkiyənin isə İsrailin müasir texnologiyasına həm müasirlik, həm də daha yaxın məsafədən gətirilməsi baxımından ( daha az yol xərci) böyük tələbatı vardı.
“Soyuq müharibə” bitdikdən sonra regiondakı vəziyyət yaxşılaşmağa doğru deyil, əksinə daha da pisləşməyə doğru gedirdi. Bütün bunlar hər iki dövləti bir-birlərinə olan mövcüd ehtiyacı daha da artırmağa sövq edirdi.
İsrail dövləti yarandıqdan sonra , Türkiyənin Xarici İşlər Naziri Hikmət Çətin ilk dəfə olaraq 1993-cü ilin noyabr ayında oraya rəsmi səfər etdi (1,43). Əslində, çətin ölkədaxili siyasi vəziyyət və Ərəb-İsrail münaqişəsi səbəbindən İsrailə planlaşdırılan səfər iki dəfə təxirə salınmışdı. Bu, birbaşa Türkiyə-İsrail münasibətlərinə daxili siyasi vəziyyətin və Ərəb dünyasının Türkiyə-İsrail münasibətlərinə olan təsirindən xəbər verirdi. Səfər zamanı Çətin turizm, iqtisadi əməkdaşlıq və təhsil mübadiləsi sahələrini özündə ehtiva edən Türkiyə dövləti adından İsrail dövləti ilə bir sıra müqavilələr imzaladı.
1993-cü ildə Türkiyə və İsrail dövlətləri arasında iqtisadi əlaqələri genişləndirmək və dərinləşdirmək məqsədilə Türkiyə-İsrail Biznes Şurası yaradıldı. Bunun üçün ölkələrarası turizm, iqtisadi əməkdaşlıq və təhsil mübadiləsi haqqında iki sənəd imzalandı. Şuranın ən böyük naliyyətlərindən biri Azad Ticarət haqqında müqavilənin imzalanması üçün 1994-cü ildə iki ölkə arasında danışıqların başlanması oldu. Həmən il dövlətlərarası ticarət dövriyyəsi təxminən 300 milyon dollar idi.
90-cı illərin ikinci yarısında Türkiyədə daxili-siyasi gərginlik müşahidə olunurdu. Buna səbəb, islam yönümlü Rifah partiyasının 1995-ci ildə parlament seçkilərində seçicilərin 21,38 faiz səslərini toplayaraq mandatların çoxluğunu, 158-i qazanmağı oldu. Nəticədə Rifah partiyasının lideri Nəcməddin Ərbakan, digər qazandığı mandatların sayına görə ikinci yerdə qərarlaşan Doğru Yol Partiyasının lideri Tansu Çillərlə koalision hökumət quraraq ona başçılıq etdi.
Ölkə daxilində mövcud olan siyasi gərginliyə baxmayaraq, nüfuzlu kübar dairələr, ilk öncə hərbi rəhbərlik, həmçinin iri biznes nümayəndələri İsrail ilə başlamış əməkdaşlığı daha da genişləndirilməsi üçün lazımı tədbirləri həyata keçirirdilər. 1996-cı ilin fevral ayında yeni ticarət sazişi üzərində işlənməsi haqqında ikitərəfli danışıqlar keçirildi. KİV-lər sazişin hər iki tərəfə yeni xeyirlər gətirəcəyi haqqında yazırdılar. Belə olan halda, Türkiyə ABŞ bazarına və Şimali Amerikanın azad zonasına çıxış əldə edəcəkdi. İsrail isə Türkiyənin podratçı şirkətləri ilə birlikdə işləyərək Yaxın Şərqin tikinti bazarına daxil olmaq fürsətini qazanacaqdırlar. Bundan başqa, İsrail Türkiyənin Orta Asıya Türk Respublikaları arasında olan nüfuzundan istifadə edə biləcəyini qeyd edilirdi (2).
Burada qeyd etmək lazımdır ki, Türkiyə-İsrail arasında əməkdaşlığın bütün kontekstlərində tez- tez Azərbaycan və Orta Asiya Respublikalarının mövzusu səsləndirilir. Bu mənada, Türkiyə Türk Respublikaları ilə İsrail arasında körpü rolunu oynamağa iddia edirdi. Çox güman ki, Türkiyənin iddiası İsrailin Türk Respublikalarından alacağı enerji məhsullarının ölkəsinə çatdırılması yalnız Ceyhan limanı vasitəsi ilə həyata keçirilməsi mümkün olması ilə əlaqədar idi. Türkiyənin Prezidenti Süleyman Dəmirəl 1995-ci ilin dekabr ayındakı müsahibəsində Qara dənizdəki boğazlara ən yaxşı alternativ kimi Bakı-Ceyhan yolunu göstərmiş və Türkiyənin “enerji terminalına” cevriləcəyinə əmin olduğunu qeyd etmişdi (3). İsrail limanlarının Ceyhana yaxın olmağını nəzərə alsaq, İsrailin enerji və digər məhsullarla təchizatında adıçəkilən limanın xüsusi rol oynadığını əminliklə qeyd etmək olar.
Türkiyə-İsrail arasında iqtisadi əməkdaşlıq Türkiyə İsrailin müstəqilliyini tanıdıqdan sonra təzahür etsə də, ölkələr arası iqtisadi sahədə əməkdaşlığın dərinləşməsinin əsasını qoyan, Türkiyə İsrail arasında 14 mart 1996-cı ildə imzalanmış və 1997-ci ilin may ayının 1-də qüvvəyə minmiş Azad Ticarət haqqında müqavilə oldu.
Ticari və iqtisadi əlaqələrin hüquqi bazasını tamamlamaq üçün, Türkiyə və İsrail bir çox müqavilə, o cümlədən İkitərəfli İnvestisiyaların Təşviqi və Qorunması (1997-ci il) və İkiqat Vergitutmanın Qarşısının Alınması (1997-ci il) haqqında sazişləri imzaladılar (4).
Bu müqavilələr Türkiyənin Prezidenti Süleyman Dəmirəlin 1996-ci ilin mart ayında İsrailə səfər etdiyi zaman imzalandı. Azad Ticarət haqqında müqaviləyə əsasən, 2000-ci ilə kimi iki ölkə arası bütün tarif maneələrinin aradan qaldırılmalı idi. Türkiyə rəsmiləri imzalanmış müqaviləni iki ölkə arasındaki iqtisadi əməkdaşlıqda “yeni başlanğıc” adlandırdı. Hər iki ölkə parlamentləri müqaviləni ratifikasiya etdikdən sonra, güzəştli tariflərə əsasən, ilkin mərhələdə sənaye istehsalı mallarına güzəştlər nəzərdə tutulurdu. Bu kateqoriyalara aid olan mallara gömrük tarif dərəcələrinin dərhal 80 faiz endirilməsi nəzərdə tutulurdu. İkinci mərhələdə, sənədin ratifikasiyasından asılı olaraq, təzə tərəvəz və becərilən kənd təsərrüfatı məhsullarının bəzi növləri üzrə gömrük dərəcələrinin azaldılması nəzərdə tutulurdu. Həyata keçirilməsi 2000-ci ilin yanvarın 1-dək nəzərdə tutulan üçüncü sonuncu mərhələdə, toxuculuq məmulatları və hazır geyimə gömrük rüsumlarının ləğv edilməsi planlaşdırılırdı.
İsrail tərəfi ölkələrarası ticarət dövriyyəsinin 2000-ci il üçün 1 mld. dollaradək artacağına ümid etdiklərini söylədi. Səfər zamanı tərəflər arasında daha üç müqavilə imzalandı. Bunlar, 1) Sərmayələrin qarşılıqlı dəstəyi və müdafiəsi haqqında, 2) İkiqat vergi qoymanın qarşısının alınması haqqında və 3) İqtisadi, elmi və texniki əməkdaşlıq haqqında müqavilələr idi (5).
1998-ci ildə türk qəzetinə müsahibə verən İsrailin Baş naziri Binyamin Netanyahu iki ölkə arası iqtisadi münasibətləri, ölkələrarası əməkdaşlığın sıx qurulmasının əsas faktoru olduğunu qeyd etdi. İsrailin Baş nazirinin fikrincə, iqtisadi əməkdaşlıq geniş ticari əlaqələrlə məhdudlaşdırılmamalı, həmçinin özündə sənaye və fond bazarına qarşılıqlı investisiyaları ehtiva etməlidir (6).
İsrailin keçmiş Prezidenti Şimon Peres özünün “Yeni Yaxın Şərq” kitabında regional miqyasda dövlətlərarası fikir ayrılıqlarının aradan qaldırılmasında iqtisadi birliklərə vacib yer ayırır. Şimon Peres kitabında Avropa İttifaqını misal kimi göstərir. Bu mənada o, İsrail üçün regionda Türkiyədən sərfəli tərəfdaş olmadığını vurğulayır (7).
Aşağıdaki 1 nömrəli cədvələ nəzər yetirsək onda ölkələr 2000-ci ilədək nəzərdə tutduqları ölkələrarası ticarət dövriyyəsinin həcminə nail olduqlarını müşahidə edə bilərik.

Cədvəl 1: Türkiyə və İsrail ölkələri arasında ticarət dövriyyəsi ($1.000) TUİK (Turkish Statistical Institute)

Türkiyənin İsrailə ixrac etdiyi mallar, toxuculuq, sənaye məhsulları, qida məhsulları, sement, çuqun, tikinti materialları, elektronika, şüşə daş əşyalar, maşın təkərləri, xam mal və taxıldan ibarət idi. Öz növbəsində İsrailin Türkiyəyə idxal etdiyi mallar əsasən kimyəvi maddələr, plastmaslar, kompüterlər, kondisionerlər, tibbi avadanlıq, telekommunikasiya, qazma və seysmik xəritələr, suvarma avadanlığı və s. ibarət idi (8, 227).
XX əsrin axırlarında Türkiyə-İsrail arasında iqtisadi-ticari və digər sahələri əhatə edən, əlaqələrin genişlənməsində xüsusi rol oynamış imzalanan müqavilələr hər iki ölkədə XXI əsrdə daha çox bəhrəsini verməyə başladı. Cədvəl 2 nəzər yetirdikdə bunu açıq şəkildə müşahidə etmək mümkündü.

Cədvəl 2: Türkiyə və İsrail ölkələri arasında ticarət dövriyyəsi ($1.000) TUİK (Turkish Statistical Institute)


Türkiyə-İsrail arasında ticarət dövriyyəsi 2000-2014-cü illər ərzində sürətlə artaraq 1mlrd. 155 mln 624 min dollardan 5.832.164 mlrd dollaradək (5 dəfə) yüksələrək ölkələrarası tarixi maksimuma çatdı. Yalnız 2009-cu ildə ölkələrarası ticarət dövriyyəsi uzun müddət müşahidə olunan artımdan sonra enişə doğru istiqamətlənmişdir. Eniş siyasi deyil iqtisadi səbəbdən qaynaqlanırdı. Bu baxımdan, həmin il demək olar ki, bütün dünyanı bürümüş iqtisadi böhran hər iki ölkədən də yan keçməmiş, nəticədə ölkələrarası ümumi ticarət dövriyyəsi 3.383.154 mlrd dollardan 2.603.186 mlrd dollaradək (1,29 dəfə) enmişdi. Lakin qısa müddətdə ölkələrarası ticarət dövriyyəsi böhrandan çıxaraq böhrandan əvvəlki ili (2008) də üstələyib, 3.439.786 mlrd. dollara çatdırıldı.
2015-2016-cı illərdə İsraildən Türkiyəyə idxal olunan malların ümumi dəyəri kəskin sürətdə aşağı düşmüşdü. Azalma İsraildən idxal olunan mineral yanacaq, mineral yağlar və onun destillə (qovulma) məhsulları hesabına formalaşmışdı. Belə ki, həmin kateqoriyaya (27 kod) aid olan məhsullar 2014-cü ildə Türkiyəyə 1 mlrd 942 mln 980 min 300 dollar dəyərində idxal olunmuşdursa, 2015-ci ildə bu, təxminən 898 mlrd, 2016-cı ildə isə cəmi 550 mlrd dollar təşkil etmişdir. 2014-cü ildə Türkiyəyə İsraildən idxal olunan malların içərisində mineral yanacaq, mineral yağlar və onlardan hazırlanan digər məhsulların xüsusi çəkisi 67 % təşkil etmişdi. Buradan belə bir qənaətə gəlmək olar ki, qeyd edilən kateqoriyaya aid malın idxalının kəskin azalması ümumilikdə idxala olan təsir baxımından da mühüm rol oynayır . 2014-cü il ilə müqayisədə 2016-cı ildə Türkiyə ümumilikdə ölkəsinə mineral yanacaq, mineral yağlar və onun destillə (qovulma) məhsullarının idxal həcmi 2,25 dəfə azalaraq müvafiq olaraq 54 mlrd 889 milyondan 24 mlrd 304 milyonadək enmişdi.
Bunun başlıca səbəbi dünya iqtisadiyyatının davamlı zəifləməsi və hələdə böhranın davam etməsi ilə əlaqədar olduğunu və baş verən hadisələrin Türkiyədən də yan keçmədiyini söyləmək olar. Buraya həmçinin həmin dövr Türkiyənin ölkədaxili və xarici əlaqələrdə mövcud olan gərginliyi də əlavə etmək vacibdir.

Enerji sahəsində əməkdaşlıq
Türkiyə-İsrail arasında münasibətlərində enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bunun başlıca səbəbi, İsrailin enerji təchizatında Türkiyənin mühüm rol oynamasıdır.
2008-ci ilin iyul ayının 17 hər iki tərəfin nümayəndələri Türkiyəyə aid Aralıq dənizi hissəsindən İsrailə qaz və neftin nəql etdirilməsi üçün inşa olunacaq boru xətlərinin çəkilişinin layihəsini müzakirə etdilər. Türkiyənin Enerji və Təbii resurslar nazirinin sözlərinə görə , müzakirələr 10 aya və boru xətlərinin tikintisi isə 3 ilə başa çatdırılmalı idi.
Türkiyənin İsrail səfirliyindəki nümayəndəsi boru kəmərinin çəkilişinin əsas məqsədi Azərbaycan və Rusiyadan Türkiyəyə nəql edilən qaz və neftin İsrailə kimi nəqlinin təmin edilməsi olduğunu bildirdi. Perspektivdə isə Azərbaycan və Rusiyadan nəql edilən neft və qazı İsrail vasitəsilə digər ölkələrə ixrac etmək planlaşdırılırdı.
Həmin dövr İsrailin neftə olan tələbatı illik 12 mln. ton barel olmaqla, ondan 2 mln. tonunu Azərbaycan təmin edirdi. Eyni zamanda Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycan neftinin İsrailə nəqlini əvvəlki 2000 km məsafədən 600 km dək qısaldırdı.
2008-ci ilin iyun ayında İsrailin Milli İnfrastruktur naziri Binyamin Ben Bakıya səfər edərək dövləti tərəfindən Azərbaycan neftinin Asiya bazarlarına çatdırılmasına hazır olduqlarını təklif etdi. Azərbaycan neftinin və Rusiya qazının Ceyhan limanından İsrailin Aralıq dənizindəki Aşkelon limanına nəql edilməsi nəzərdə tutulurdu (9).
Son zamanlar, zəngin neft və qaz ehtiyatlarının mövcud olmasını iddia edən İsrail, Azərbaycanın enerji sektorunda olan təcrübəsini nəzərə alaraq, SOCARa məxsus törəmə şirkətlərlə neft yataqlarının kəşfinə dair birgə əməkdaşlığa başladı. SOCARın şirkətləri İsrailin Şemen Oil şirkəti ilə birlikdə Aşdod sahilində neft yataqlarının müəyyən edilməsi ilə bağlı qazma işləri aparıblar (10).
Livan dənizinin sahil və sullarında son illər aparılan tədqiqatlar nəticəsində neft və qazla zəngin yataqların mövcud olması müəyyən edilmişdi. İsrail ərazisində kəşf edilən ən böyük qaz yatağı Aralıq dənizində yerləşən Leviafandır (11).
Hal-hazırda İsrailin təsdiq edilmiş təbii qaz ehtiyatları 900 milyard kub metrə bərabər olduğu bildirilir (12).
İsrail özünün enerjiyə olan tələbatını ödədikdən sonra, yerdə qalan hissəni satmaq məqsədi ilə dünya bazarlarına çıxarda bilər. Bu mənada, regionda digər ölkələrdən fərqli olaraq, ictimai-siyasi cəhətdən ən stabil, eyni zamanda tranzit ölkə kimi, böyük infrastruktura malik olan və nəhayət iqtisadi səmərəliyə görə də ən sərfəli ölkə Türkiyəni hesab etmək olar. Qeyd edilən faktorları nəzərə alsaq, onda hər iki ölkə arasındaki enerji sahəsində mövcud olan əlaqələrin daha da dərinləşəcəyini gözləmək olar.

Su təchizatı sahəsində əməkdaşlıq
Türkiyədən içməli suyun regionun digər ölkələrinə təchizatı ideyası ilk dəfə 1986-cı ildə Türkiyənin Baş naziri Turqut Özal tərəfindən irəli sürülmüşdü. Özalın “Sülh naminə su” layihəsi cənubi Türk çaylarından su ilə doldurulmuş xətlər vasitəsilə İsrail və Ərəb dövlətlərini su ilə təchiz etmək, bununla da Yaxın Şərqdə sülhə töhfə vermək planından ibarət idi (13).
İlkin olaraq, 21 mlrd dollar dəyərində olan layihə, Ərəb Fars körfəzi dövlətləri tərəfindən maliyyəşməli idi. Layihəyə əsasən, Şeyhan və Ceyhan çaylarından regiondakı dövlətlər su ilə təchiz olunmalı idi. İordaniya. Suriya, Fələstin və Fars körfəzi dövlətlərinə xətlər vasitəsilə ildə 6 mln. kub metr su göndərilməsi nəzərdə tutulurdu. Layihənin orijinalı İsrail dövlətinin də iştirakını nəzərdə tuturdu, lakin bəzi ərəb dövlətləri buna etiraz etdi. Onlar İsrail tərəfinin su ilə təchiz edilməsini yalnız region dövlətləri ilə sülh danışıqlarına başladıqdan sonra mümkün olacağını bildirdi. Türkiyə mənbələri iddia edirlər ki, Fars körfəzi ölkələri suya olan tələbatlarını və onunla bağlı infrastruktur tələbləri qarşılamaq üçün növbəti 10 ildə ümumilikdə 35 mlrd. dollar xərcləmək lazım gəlir, bu isə “Sülh Su Xətti layihəsini daha sərfəli olduğunu göstərirdi (14).
Nə beynəlxalq agentliklər, nə də ki individual dövlətlər Sülh Su Xətti layihəsinin maliyyələşdirilməsinə maraq ifadə etmədilər. İsraili layihə ilə bağlı əsas narahat edən məsələ, xəttin Suriya ərazisindən keçməsi idi.
Bu gün Suriya və ətrafında baş verən hadisələr, layihənin maliyyələşməsinə marağın az olmasını və bu kimi nəhəng layihələrin həyata keçirilməsində mövcud olan çətinlikləri izah edir.
İkitərəfli əlaqələrin inkişafı üçün 1998-ci il xüsusilə məhsuldar oldu. İlin əvvəlindən İsrail Güneydoğu Anadolu Projesi (GAP) adlanan layihəyə xüsusi diqqət göstərməyə başladı. Layihəyə əsasən, Fərat çayında Atatürk adına su bəndinin tikintisi və Türkiyənin hal-hazırda iqtisadi cəhətdən ən geridə qalan rayonu Cənub-Şərq Anadolunun modernizasiyası nəzərdə tutulurdu. Kənd təsərrüfatı sahəsində, suvarma və s. aparıcı texnologiyaya malik olan İsrail Türkiyə ilə əməkdaşlıq edərək layihənin reallaşdırılmasında öz təcrübəsini bölüşməyə hazır idi. Bu məqsədlə maraqlı tərəflərin ilin əvvəlində qarşılıqlı səfərləri həyata keçdi. 1998-ci ilin fevral ayında İsrailin beynəlxalq əlaqələr mərkəzi Maşhavın nümayəndə heyəti Türkiyəyə səfər etdi. Səfərlər nəticəsində Türkiyədə 1998-1999-cu illərdə, layihə ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün, seminarların təşkili nəzərdə tutulurdu. Bundan başqa, İsrail özünün texnologiyasının nümunəsi kimi Cənub-Şərq Anadoluda süd fermasının tikintisi həyata keçirmək qərarını qəbul etdi.
İsrailin Türkiyədəki Baş konsulu E. Şakerin fikrincə, 10 ildən sonra Yaxın Şərqdə su problemi aktual ola bilər. Bununla qarşılaşmamaq üçün mövcud problem ilə məhz indi məşğul olmaq lazımdır. Bununla əlaqədar, Konsul cənub-şərq Anadolusuna dair Türkiyə-İsrail əməkdaşlığı, bəndin tikintisi və yüksək texnologiyaların istifadə edilməsi suyun səmərəli istifadəsini təmin edəcəyini vurğuladı (15).
Suriya ilə diplomatik əlaqələrin vəziyyətindən asılı olmayan Sülh, Su Xətti layihəsinə alternativ, Türkiyənin Manavqat çayından birbaşa İsrailə suyun çəkilməsi idi. Bu layihə ilk dəfə 1994-cü ildə müzakirə olundu. Suyun mümkün olan nəqli üsulları kimi, sualtı borular, meduza formasında üzən torbalar və tankerlər vasitəsilə nəzərdə tutulurdu. Layihə ilk dəfə müzakirə olunduqdan yalnız 10 il sonra 2004-cü ildə Türkiyə və İsrail arasında Manavqat suyu haqqında ilkin saziş əldə olundu. Sazişə əsasən, növbəti 20 il ərzində böyük həcmli tankerlər vasitəsilə Aşkelona ildə 50 mln. kub metr su nəql edilməli idi. Türkiyə Manavqat layihəsi çərçivəsində artıq 143 mln. dollar investisiya yatırdığı halda, İsrail tərəfi hələ Aşkelon limanından özünün milli su daşıyıcısına və limandakı körpüyə qədər 13 km məsafədə su boru kəmərinin tikintisi üçün 20 mln. dollar investisiya qoymalı idi.
Sövdələşmə 2006-cı ildə həyata keçirilməli olsa da, rəsmi olaraq dayandırıldı. Buna əsas səbəb kimi, həmin dövr neft qiymətlərinin yüksək olması baxımından , suyun böyük tankerlərlə daşınmasının praktik olmaması göstərildi. Layihənin dayandırılması ilə bağlı digər səbəblər kimi regionun hidro siyasəti və şərqi aralıq dənizinin enerji siyasəti də göstərilirdi. Bununla yanaşı, layihənin reallaşdırılmamasının əsas səbəblərdən biri kimi regiondadavam edən münaqişələri və qeyri sabitliyi də göstərmək olar.
Məqsədəuyğunluğuna və Yaxın Şərq ölkələrindən müstəqil olmasına baxmayaraq, Manavqat sxemi İsrailin bütövlükdə su problemin həl etmək gücündə deyil (16). Bununla belə, həmin dövr İsrailin Maliyyə naziri olmuş Binyamin Netanyahu baha başa gəldiyi və riskli olduğu üçün layihədən imtina etdikdə, Baş nazir Ariel Şaron layihənin İsrailin su təchizatından daha üstün, Türkiyə ilə strateji əməkdaşlığa təsir etdiyini bildirdi. Nəzərə alsaq ki, Manavqat layihəsi çərçivəsində İsrailin suya olan tələbatının yalnız 3 faizi təmin ediləcək, onda layihənin İsrail üçün simvolik məna daşıdığını inkar etmək olmaz.

Turizm
Türkiyə-İsrail iqtisadi əməkdaşlığının digər vacib sahəsi turizmdir. 1992-ci ildə Turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra Türkiyəyə səfər edən İsrail turistlərinin sayı nəzərəçarpan dərəcədə artmışdı (17). Turizm sahəsində İsrailli turistlər Türkiyəli həmkarları ilə müqayisədə sayca üstünlük təşkil edirdilər. Müqayisə üçün 1995-ci ili nümunə göstərmək kifayət edir. Belə ki, həmin il İsraildən Türkiyəyə gələn turistlərin sayı 287 000 nəfər təşkil etmiş, Türkiyədən İsrailə gedən turistlərin sayı isə cəmi 11 767 nəfər olmuşdu (18). Müşahidə edilən disproporsiyanın əsas səbəbi Türkiyə otellərinin və oradaki kazinoların ucuzluğu ilə izah olunur. Digər tərəfdən türkiyəli turistlərin İsrailə səfər etməsi baha başa gəldiyindən, onlar daha çox Avropa ölkələrinə üz tutur (19, 90).
İki ölkə turistlərin bir birlərinə gediş gəlişi 90-cı illərin sonlarınadək artan templə davam edirdi. XXI əsrdə bu tendensiya davam etsə də, müəyyən illərdə İsraildən Türkiyəyə gələn turistlərin sayında kəskin azalmalar da müşayiət olunurdu. Bunun başlıca səbəbi həmin dövrlərdə ölkələrarası münasibətlərin gərginləşməsi idi. Digər əməkdaşlıq sahələrinə də təsir göstərdiyi kimi, gərgin münasibətlərin turizm sahəsinə də təsirsiz ötüşmürdü (20).
Aşağıda göstərilən cədvəldə bunu daha aydın müşahidə etmək mümkündü.

Cədvəl 2


Cədvəl 2 dən də göründüyü kimi, İsraildən Türkiyə gələn turistlərin sayı 2008-ci ildə özünün pik nöqtəsinə çataraq 558 183 min nəfər təşkil etmişdi. İsrail tərəfindən 2008-ci ilin dekabr ayının 27-də Qəzzə zolağında “Tökmə qurquşun” adlı əməliyyatın həyata keçirilməsi Türkiyə-İsrail arasındakı münasibətlərə növbəti gərginlik gətirdi. 2009-cu ildə Davosda keçirilən Dünya İqtisadi Forumda Türkiyənin Baş naziri Rəcəb Tayıp Ərdoğan İsrailin prezidentini ölkəsinin Qəzzada apardığı siyasətə görə sərt tənqid etdi. 2010-cu ildə isə “Mərmərə donanması” insindenti ölkələrarası münasibətlərə demək olar ki, son qoydu.
Baş verən hadisələr nəticəsində İsraildən Türkiyəyə gələn turistlərin sayı kəskin surətdə azaldı. Belə ki, 2009-cu ildə 311 582 min 2010 və 2011-ci illərdə isə müvafiq olaraq 109 559 mindən 79 140 min nəfərədək azalaraq XXI əsrin tarixi minimumuna düşdü. Sonrakı illərdə turistlərin sayı tədricən artmağa başlasa da, 2008-ci il maksimumunun reallaşması hələ ki mümkün görünmür.

Nətİcə
Birincisi, Mavi Mərmərə böhranından sonra iki dövlət arası siyasi münasibətlərin gərginləşməsinə baxmayaraq, ölkələrarası iqtisadi əlaqələr davam etmişdir. Ticarət dövriyyəsində enib-qalxma müşahidə olunsa da, ümumilikdə 2010-cu il ilə müqayisədə, nəzərə çarpan səviyyədə artım mövcud olmuşdur.
İkincisi, son zamanlar İsraildə aşkar olunan neft və qaz yataqları ölkələrin bir-biri ilə daha da sıx əməkdaşlıq etməyə sövq edir. Belə ki, İsrail tərəfi öz enerji məhsullarını dünya bazarlarına çıxartmaq üçün ən sərfəli və təhlükəsiz marşrutun məhz Türkiyə ərazisi olduğunu başa düşür.
Üçüncüsü, Qərbin təhlükəsizliyi üçün Türkiyənin əhəmiyyəti azalmağa başlayır və düz mütənasiblik yaranaraq Türkiyənin özünün də təhlükəsizliyinin təminatçısı olan NATO-ya inamı azalır. Belə olan halda, dövlət öz milli maraqlarını, təhlükəsizliyini qoruyub saxlamaq üçün Yaxın Şərqdə yerləşən qonşuları ilə əlaqələrini genişləndirməyə çalışır.


Mənbə və ədəbİyyat
1. Efraim Inbar, Türk-İsrail Stratejik Ortaklığı (Ankara: ASAM Yayınları, 2001, 43).
2. Dünya qəzeti. 24.02.1996
3. Zaman qəzeti. 16.12.1997
4. http://www.economy.gov.tr
5. Cumhuriyet. 15.03.1996; İstanbul Ticaret. 22.03.1996.
6. Interview with PM Netanyahu- Turkish Daily News - 03-Sep-98// Official website of the MFA of Israel//www.mfa.gov.il./
7. Розов А.А О турецко-израильских отношениях// Сайт института Ближнего Востока РАН //www.iimes.ru/facets of the Israeli Economy. Hi - tech sector // Official website of the MFA of Israel//www.mfa.gov.il./
8. Amikam Nachmani, 2003, MANCHESTER UNIVERSITY PRESS, Manchester and New York, Turkey: facing a New Millennium, 227.
9. http://www.animaweb.org/en/israel-and-turkey-study-ceyhan-ashkelon-pipeline-project
10. https://eurasianet.org/node/65374
11. http://www.jewishvirtuallibrary.org/oil-and-natural-gas-in-israel
12. http://www.energy-sea.gov.il/English- Site/Pages/Oil%20And%20Gas%20in%20Israel/History-of-Oil--Gas-Exploration-and-Production-in-Israel.aspx
13. http://www.washingtoninstitute.org/policy-analysis/view/turkish-water-to-israel
14. https://www.jewishvirtuallibrary.org/israel-turkey-water-cooperation
15. Milliyet, 10.04.1998-30.04
16. http://www.hidropolitikakademi.org/en/international-water-transfer-projects-of-turkey.html
17. http://www.jewishvirtuallibrary.org/turkey-israel-relations
18. http://www.mepc.org/journal/middle-east-policy-archives/turkish-israeli-relations-their-rise-and-fall
19. Türel Yılmaz, Türkiye-İsrail Yakınlaşması (Ankara: İmaj Yayınevi, 2001, 90).
20. http://aa.com.tr/en/middle-east/turkish-israeli-relations-a-timeline/687404

Açar sözlər: Türkiyə, İsrail, iqtisadiyyat, energetika, strateji əməkdaşlıq.
Keywords: Turkey, Israel, economy, energy, strategic cooperation.
Ключевые слова: Турция, Израиль, экономика, энергетика, стратегическое сотрудничество.

Сотрудничество между Турцией и Израилем в торгово-экономической сфере и его основные направления.
Резюме
В статье исследуются двухсторонние экономические связи, каса-ющихся различных отраслей. Приводятся статистические данные, отра-жающие всесторонние показатели исследованных отраслей экономики.
В частности в статье изучены отношения в таких отраслях как торговля, энергетические и туристические сектора экономики. В статье подробно указываются времена подъёмов и спадов экономического сотрудничества между двумя странами, а так же причины этих спадов.
Автор представляет читателю информацию о роли Турции в качестве транзитного хаба не только в энергетической сфере, но и в других. Так же, подчёркивается роль экономического сотрудничества во всестороннем сближении стран.

Trade-economic cooperation and its main areas
between Turkey-Israel
Summary
The article studies the bilateral economic relations concerning different fields. Provides statistical data on the comprehensive indicators of the studied economic sectors.
In particular, the article examines relations in such sectors as trade, energy and tourism sectors of the economy. The article details the rise and fall times of economic cooperation between the two countries, as well as the causes of these declines.
The author provides the reader with information about the role of Turkey as a transit hub not only in the energy sector, but also in others. Also, the role of economic cooperation in the comprehensive rapprochement of countries is emphasized.

 

"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM