Faiq Əliyev
Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti, dosent
Yeni müstəqillik qazanmış ölkələrdə son zamanlar milli təhlükəsizlik problemlərinin təhlili genişlənib. Bu məsələlərə dair ilk tədqiqatlar və nəşrlər 90-cı illərin əvvəllərində ortaya çıxdı. İndi bir sıra dövlət və ictimai qurumlar bu sahədə araşdırma aparır, dövlətlərin təhlükəsizliyini təmin etmək sahəsində daxili, xarici və hərbi siyasətin başlıca sahələrində prezidentlərin qərar layihələrini hazırlayan konstitusiya qurumu olan təhlükəsizlik şuraları yaradılıb.
Dövlətlərin milli təhlükəsizliyi konsepsiyaları işlənib hazırlanıb, belə ki, milli təhlükəsizlik adı altında bu və ya digər cəmiyyətin milli maraqlarının müxtəlif təhlükələrdən qorunması başa düşülür. Bəzi əsərlərdə, çoxmillətli dövlətlərin şərtlərinə tətbiq edilən “milli təhlükəsizlik” termini istifadə qanuniliyi gözlənilir. Eyni zamanda, “milli” sözünün etnik bir xüsusiyyətə malik olduğunu vurğulanır. Bəzi tədqiqatçıların fikrincə, əgər dövlət çoxmillətlidirsə, onda onun milli təhlükəsizliyi barədə danışmağın heç bir mənası yoxdur. Buna görə də “milli dövlət təhlükəsizliyi” terminindən istifadə etmək təklif olunur.
Qloballaşmanın həyatın bütün sahələrinə nüfuz etdiyi hazırki şəraitdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi dövlətin fəaliyyətində prioritet məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, milli təhlükəsizlik tarixi ənənələrin və ictimai-həyatın normalarının, mənəvi-etik, o cümlədən dini irsin qorunmasını da ehtiva edir. Azərbaycan Respublikasının Milli təhlükəsizlik sahəsindəki maraqlarına suverenlik, ərazi bütövlüyü, konstitusiya quruluşunun təhlükəsizliyi, iqtisadiyyat, elmi-texniki və müdafiə potensialı və s. daxildir(1, s.15).
Azərbaycan Respulikasının milli təhlükəsizlik konsepsiyasına əsasən ölkəmizin milli təhlükəsizliyinə təhdidlər aşağıdakılardır:
- Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiyası əleyhinə qəsdlər;
- qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüqüq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyasının yerinə yetirilməsinə qarşı fəaliyyət ;
- separatçılıq , etnik , siyasi və dini ekstremizm ;
- terrorçuluq , kütləvi qırğın silahlarının yayılması ;
- regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq ;
- Azərbaycan Respublikasının enerji infrastrukturuna qarşı fəaliyyət;
- xarici , siyasi , hərbi və ya iqtisadi asılılıq ;
- iqtisadi qeyri – sabitlik ;
- peşəkar insan ehtiyatlarının çatışmazlıqları ;
- regional hərbiləşmə ;
- ekoloji problemlər (2, s.12).
Göründüyü kimi milli təhlükəsizlik konsepsiyası Azərbaycan xalqının dövlət müstəqilliyinin təmin edilməsini ön plana çəkir. Yuxarıda göstərilən təhdidlərin qarşısının alınması yalnız o halda mümkündür ki, ölkənin milli təhlükəsizliyi vahid bir şəkildə təşkil edilsin. Yəni onun müxtəlif istiqamətləri arasında düzgün qarşılıqlı əlaqə qurulsun.
Göründüyü kimi milli maraqlar dövlətin öz inkişaf səviyyəsindən, sosial-siyasi quruluşundan, tarixi, milli, mədəni xüsusiyyətlərindən irəli gəlir. Elə milli maraqlar vardır ki, onlar dəyişməz olaraq müxtəlif dövlətlər üçün eyni səciyyə daşıyır.
Bu maraqlara aid edilə bilər:
1. Ərazi bütövlüyü;
2. Siyasi suverenlik;
3. İqtisadi inkişaf;
4. Siyasi-iqtisadi quruluşun saxlanması;
5. Ölkənin milli-mədəni inkişafının qorunması.
Milli maraqlar - milli dəyərlərə şüurlu, rəsmi şəkildə münasibət ifadə edilir. Hər hansı bir dövlət üçün milli maraqların müəyyənləşdirilməsi məsələsi həmin dövlət üçün vacib məsələdir, çünki onların vasitəsilə bir şəxsin, dövlətin və cəmiyyətin təhlükəsizliyi və təhlükəsizliyinin səviyyəsi bütövlükdə qiymətləndirilir. Yalnız milli maraqların işığında dövlətin uzunmüddətli strateji kursu hazırlana, onun siyasəti müəyyənləşdirilə bilər.
Milli təhlükəsizliyin təmin edilməsi özlüyündə bir hədəf deyil və təhdidlərin aradan qaldırılması ilə məhdudlaşmır. Təhlükəsizlik - yalnız cəmiyyətin fiziki olaraq yaşaması, dövlətin suverenliyi və bütövlüyünün, vahid iqtisadi və müdafiə məkanında qorunması deyil, həm də cəmiyyətin davamlı fəaliyyət göstərməsi və inkişafı üçün şəraitin yaradılmasıdır.
Milli təhlükəsizlik - mürəkkəb, çox səviyyəli sistemidir. O, hər birinin öz strukturu olan bir sıra alt sistemlərdən ibarətdir.
Birləşmiş Millətlər Təşkilatı insan təhlükəsizliyinin iki əsas komponentini tanıyır: qorxu və yoxsulluqdan azad olmaq. BMT, səkkiz əsas kateqoriyalardan ibarət olan insan təhlükəsizliyi konsepsiyası hazırlamışdır:
- iqtisadi təhlükəsizlik;
- ərzaq təhlükəsizliyi;
- sağlamlıq üçün təhlükəsizlik;
- ekoloji təhlükəsizlik;
- şəxsi təhlükəsizlik;
- sosial təhlükəsizlik;
-ictimai təhlükəsizliyi;
-informasiya təhlükəsizliyi
Siyasi təhlükəsizlik milli təhlükəsizliyin mühüm elementlərindən biri olub təhlükəsizliyin təmin edilməsində həlledici rola malikdir. Siyasi təhlükəsizlik vətəndaşların, cəmiyyətin, dövlətin, xalqın siyasi maraqlarına zərbə vura biləcək, siyasi tənəzzülə, hətta dövlətin məhvinə apara biləcək amillərin aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlər məcmusudur (3, s.237).
İqtisadi təhlükəsizlik iqtisadi sahədə fərd, cəmiyyət və dövlətin həyati maraqlarının daxili və xarici təhdid və təhlükələrdən qorunmasıdır. İqtisadi təhlükəsizlik yüksək iqtisadi artıma, iqtisadi ehtiyacların effektiv ödənilməsinə, milli resursların düzgün ifadəsinə, ölkənin iqtisadi maraqlarının milli və beynəlxalq səviyyədə qorunmasına, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Hərbi təhlükəsizlik – ölkənin elə bir vəziyyətini xarakterizə edir ki, hərbi təcavüz vasitəsilə ölkənin milli təhlükəsizliyinə zərbə vurulmasının qarşını ala bilsin.
Ekoloji təhlükəsizlik - əsas təhlükəsizlik istiqamətlərindən biri olub ümumbəşəri xarakter daşıyır. Çünki ekoloji problemlər bir dövlət çərçivəsindən çıxaraq qlobal xarakter daşımağa başlamışdır. O, təbiət, cəmiyyət münasibətlərinə yenidən baxılmasını və daha düzgün mövqe tutulmasını tələb edir. Ekoloji problemlərin həlli məsələləri təhlükəsizliyin bu istiqamətinin əsas problemlərindəndir.Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında” Qanununun I maddəsində ekoloji təhlükəsizlik belə xarakterizə olunur: “Ekoloji təhlükəsizlik insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi deməkdir” ( 4, s.156).
Mədəni təhlükəsizlik milli təhlükəsizliyin bir istiqaməti olub mədəni tərəqqi, mədəni dəyərlərin qorunması və nəsillərdən nəsillərə ötürülməsini özündə ehtiva edir. Milli təhlükəsizliyin təmin edilməsində siyasi təhlükəsizlik qədər əhəmiyyətli digər element - informasiya təhlükəsizliyi çıxış edir. Bu ən çox onunla bağlıdır ki, milli təhlükəsizliyin bütün elementlərinin tam halında fəaliyyət göstərməsi onun informasiya ilə təminindən, informasiya resurslarının istifadəsindən xeyli asılıdır. Təsadüfi deyil ki, siyasətçi və sosioloqlar bildirirlər ki, kim ki, informasiyaya malikdir, o, hakimiyyətə malikdir. İnformasiya təhlükəsizliyi dövlət, cəmiyyət, sosial qrupların, eləcə də hər bir fərdin həyati fəaliyyətini və həyati bacarıqlarını saxlamaq üçün lazımlı və təhlükəsiz informasiya ilə təmin olunması bacarığıdır (5, s.124).
İnformasiya təhlükəsizliyi üçün real təhdidlərdən biri də dini ekstremizimdir. Dini ekstremizmin miqyasının genişlənməsi onu qorxulu bir faktora çevirir. İnformasiya təhlükəsizliyinin təməllərindən birini din təşkil edir. Din pərdəsi altında müxtəlif dövlətlərin ideologiyasının, maraqlarının təbliği informasiya təhdidlərindən biridir. Bu cəmiyyətdə səhv informasiyaların yayılmasına əhalinin manipulyasiyasına gətirib çıxarır. Dini mənəvi dəyərləri müxtəlif xarici təriqətlərdən, sektalardan qoruma milli təhlükəsizliyin əsas vəzifələrindən biridir. Dinlə münasibətdə siyasətin düzgün qurulmaması informasiya təhlükəsizliyi üçün böyük təhlükələr yaradır. Ölkədə yaranan xristian, hinduizm, radikal müsəlman təşkilatları vətəndaşların dini mənsubiyyətini dəyişməklə kifayətlənmir, casusluqla məşğul olur. Hərbi sirləri öyrənməyə çalışırlar. Missionerlər pessimist əhvali – ruhiyyə yayaraq gəncləri taleyin hökmünə tabe olmağa çağırırlar. Missionerlərin dini təbliğatı nəticəsində ölkə üçün milli təhlükə yaranır (6, s.369).
Dini ekstremizmə və destruktiv dini birliklərin fəaliyyətinə qarşı yönəlmiş tədbirlər sistemi bütövlükdə milli təhlükəsizliyin təmin edilməsinin tərkib hissələrindən biridir. Belə tədbirlər sistemi ekstremist və destruktiv dini ideologiyaların yayılmasının qarşısının alınmasına və dini birliklər tərəfindən törədilmiş qanun pozuntularına qarşı sanksiyalar sisteminin yaradılmasına yönəlmiş hüquqi və profilaktik institutların və mexanizmlərin kompleksi kimi çıxış edir. Dini ekstremizm təzahürlərinin qarşısını almaq üçün Azərbaycan cəmiyyətinin mənəvi-əxlaqi sahədə milli təhlükəsizliyin institusional təmin edilməsi böyük rol oynayır. Tam ali dini təhsil almaq da respublikada olan vəziyyəti sağlamlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda olan ənənəvi din və etiqadların əksəriyyətində böyük dözümlülük potensialı var və bununla da tolerantlıq sahəsində, həmçinin konfessiyalar sahəsində təbii müttəfiq kimi çıxış edir. Ənənəvi dinlərin dirçəldilməsi dövlət ilə vətəndaş cəmiyyəti arasındakı qarşılıqlı mənəvi-əxlaqi sistemi ciddi şəkildə sağlamlaşdırmaqla yanaşı dinlərarası ünsiyyət sahəsində dözümlülük və zor işlətməmək praktikasının inkişaf etməsinə kömək edir. Öz növbəsində dini ekstremizm təzahürləri adətən “müxalifətçi dindarlıq” adlandırılan, özünü dini münasibətlər sahəsində mövcud olan, qərarlaşan qaydalara qarşı qoyan dini birliklərə xas olan bir məsələdir. Ənənəvi dinlərin əxlaqi-mənəvi dəyərlərinin inkişafı və yayılması Azərbaycanda vicdan və etiqad azadlığına qarant olan əsas prinsiplərə maksimum uyğun gələn şəraitdə baş verməlidir.
Azərbaycan Respublikası həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunə olmuşdur. Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu, dini tolerantlıq mühitinin qorunması və inkişafını, bütün vətəndaşların qanun qarşısında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqlardan sərbəst istifadə imkanlarının təmin edilməsini mövcud ola biləcək müvafiq risqin real təhdidə çevrilməsinin qarşısının alınması və neytrallaşdırılmasının mühüm şərtləri qismində nəzərdən keçirir.
Müasir Azərbaycan dövlətinin milli təhlükəsizlik siyasətində yerinə yetirəcəyi təxirəsalınmaz vəzifələrindən biri bir tərəfdən cəmiyyətdə razılıq və dinlərarası sülh, digər tərəfdən dövlətin stabil fəaliyyət göstərməsinin qarantı olan dini təhlükəsizliyin təmin edilməsidir.
Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qarşısında duran əsas vəzifələrdən biri hesab olunur. Azərbaycan dövlətində həyata keçirilən milli siyasət kursu Konstitusiyanın Azərbaycan Respublikasının bütün ölkə vətənaşlarının ümumi və bölünməz vətəni olması kimi əsas prinsiplərindən birinə əsaslanır.
Qeyd edək ki, ABŞ-ın milli təhlükəsizlik strategiyasının əsasını isə milli maraqların qorunması təşkil edir. ABŞ-ın milli maraqları üç kateqoriyaya bölünür:
1. Həyati əhəmiyyətli maraqlar - buraya terrorla mübarizə, nüvə silahlarının yayılmaması, siyasi və iqtisadi cəhətdən qeyri-stabil və konfliktlərin mövcüd olduğu ərazilər və s. daxildir.
2. Əhəmiyyətli maraqlar - bu maraqlar özlərində ölkələrdə antidemokratik hərəkatların qarşısının alınmasını, beynəlxalq narkotik dövriyyəsi ilə mübarizə, keçmiş sovet məkanında müharibələrin qarşısının alınması və s. özündə ehtiva edir.
3. İkinci dərəcəli maraqlar. Buraya ətraf mühitin qorunması, Afrikanın siyasi və iqtisadi dirçəlişi və s. aiddir (7, s.155).
Bir çox ölkələrdə “dövlət təhlükəsizliyi” anlayışından istifadə olunur bu da əsasən konstitusiya qaydalarını qorumaq, suverenliyi və ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Ancaq buna bir də fərdin və cəmiyyətin qorunması prizmasından bir daha baxılmalıdır. Dövlət bütün atributları, qurumları və orqanları ilə bütövlükdə hər bir vətəndaşın və cəmiyyətin maraqlarına xidmət etməlidir. Buna görə, əgər dövlətin bəzi hissələri və qurumları vətəndaşların və cəmiyyətin maraqlarına xidmət etmirsə dövlət quruluşuna düzəlişlər etməyə imkan verən konstitusiya mexanizmi olmalıdır. Dövlət qurumlarının fəaliyyəti sosial yönümlü olmalıdır, cəmiyyətin və vətəndaşların rifahını təmin etməlidir.
Milli təhlükəsizliyin formalaşması və təmin edilməsində milli dəyərlər, milli maraqlar və milli vəzifələr mühüm əhəmiyyətə malikdir.
Milli dəyərlər insanların həyati mövqeyini ifadə edən fundamental əxlaqi normalar, adət-ənənələr olmaqla yanaşı, həm də maddi və mənəvi mədəniyyət sahəsində cəmiyyətin uğurlarıdır. Milli dəyərlərə cəmiyyətin unikal zənginliyini də daxil etmək olar. Milli dəyərlər iqtisadiyyatın, mədəniyyətin, elmin, texnikanın təkamülü nəticəsində təşəkkül tapır. Milli dəyərlərin formalaşmasına eyni zamanda ölkənin geosiyasi mövqeyi, xalqın mentaliteti də böyük təsir göstərir.
Dəyərlərə yüksək önəm verən ümummilli lider Heydər Əliyev 1998-ci ildə Bakıda keçirilən “Müasirlik və dini-mənəvi dəyərlər” Beynəlxalq konfransdakı çıxışında demişdir ki, müsir dünyada mənəvi dəyərlərdən səmərəli şəkildə istifadə olunması hər bir ölkə üçün, hər bir xalq üçün, hər bir din üçün çox əhəmiyyətlidir.
Müasir Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, hüquqi dövlətin formalaşması dövlətimizin qlobal beynəlxalq aləmə inteqrasiyası şəraitində dinin, xüsusilə islamın mədəniyyətə təsirinin öyrənilməsi, müasir insanın mənəviyyat prinsiplərinin formalaşmasına, onun daxilən zənginləşməsinə təsirinin öyrənilməsi mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyev mənəvi prinsiplərin rolunu xüsusi qiymətləndirir: “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracayıq”.
Qloballaşma və sivilizasiyaların qarşılıqlı təsiri onların məhvedici toqquşmasının qarşısını almaq, sivilizasiyalar arasında lokal konfliktləri nizamlamaq problemləri alimlərin və ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başladı. Bununla bağlı Ramiz Mehdiyev haqlı olaraq yazır ki, modernizasiya nəzəriyyəsinin əsas komponentlərindən biri də qəbul edilən mədəniyyətə xas olan ənənəvi normalar və dəyərlər ilə yeni təsisatlar arasında zəruri olaraq yaranan toqquşma problemlərini tətbiq etməkdir (8).
Özünün milli və dini ənənələrini saxlamaq şərtilə Avropa mədəniyyətini mənimsəmək prosesi demək olar ki, bütün dünyada gedir. Məsələn, bu yolla gedən Yaponiya, Cənubi Koreya, Tayvan və başqa ölkələr dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlmişdir. Yaponiya Qərbin nəinki elm və texnologiyasını, hətta demokratik dəyərlərini də mənimsəyərək inkişaf səviyyəsinə görə faktiki olaraq dünyanın ikinci ölkəsinə çevrilibdir. Bununla yanaşı Yaponiya öz milli ənənələrindən və dinindən imtina etmir.
Milli dəyərlərin məzmunu üç əsas blok - xalqın rifahının artması, ərazinin müdafiəsi və milli mədəniyyətin inkişafı üzrə reallaşır. Milli dəyərlərin mühüm elementlərindən biri də cəmiyyətin “intellektual elita”sıdır. Cəmiyyətin intellektual elitasının azalması milli təhlükəsizlikdə ciddi problemlərdən biridir, belə ki, intellektual insanlar hadisə və proseslərin baş vermə ardıcıllığını vaxtında görə və qüymətləndirə bilir, ictimai inkişaf proseslərinin mahiyyətini dərindən dərk edir, problemlərin aradan qaldırılması üçün məntiqli yollar arayır, təklif və tövsiyələr verir, siyasi, iqtisadi, sosial, iqtisadi sahələrdə irəli sürülən qərarların mexanizmi məhz onların vasitəsilə işə düşür.
Milli ideologiya informasiya təhlükəsizliyinin təminatında ən önəmli yerlərdən birini tutur. Hal – hazırda respublikamızda azərbaycançılıq ideologiyası aparıcı rol oynayır. Azərbaycanın milli identifikasiya kodunun böyük tarixi-mədəni ənənələrə, dərin etnik və polietnik köklərə söykənməsi onun milli ideologiyasının sabit vəziyyətini təmin edir və dayanıqlığını artırır. Bu keyfiyyətinə görə azərbaycançılıq ideyası müasir dövrdə həm milli adət-ənənələrin, mənəvi dəyərlərin qorunmasında həlledici vasitəyə çevrilir, həm mənəvi həyatın modernləşmə yolu ilə dünya sivilizasiyasının qabaqcıl nümunələrini əxz edilməsinə şərait yaradır, həm də müstəqil dövlət kimi ölkənin dinamik inkişafına təkan verir, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Milli birlik və vahid ideya ətrafında səfərbər olunma gücü Azərbaycanın həm də regional və beynəlxalq təhlükəsizlik sahəsində dünya dövlətləri ilə əməkdaşlığına, vətəndaş cəmiyyəti institutlarının potensialının artmasına, strateji tərəfdaş ölkələrlə qarşılıqlı münasibətlərinin inkişafına müsbət təsir göstərir. Bütün bunları nəzərə alaraq, azərbaycançılıq ideyasının milli inkişaf və təhlükəsizlik siyasətinə təsirinin araşdırılması mühüm elmi və siyasi aktuallıq kəsb edir. SSRİ-nin və dünya sosializm sisteminin süqutu, ideoloji qarşıdurmanın və soyuq müharibənin başa çatması, yeni-yeni müstəqil dövlətlərin dünya siyasətinə qatılması və s. dünya nizamında əsaslı dəyişikliklərin bünövrəsini qoymaqla yanaşı, beynəlxalq təhlükəsizlik sistemində və onun strukturunda müəyyən dəyişikliklər yaratdı. Postsovet məkanında müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində yürütdükləri siyasət də öz növbəsində dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə yeni xüsusiyyətlər gətirdi (9, s.264).
Azərbaycançılıq etnik, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycana olan sevgi və məhəbbətinin gündəlik həyat norması və fəaliyyət strategiyasıdır. Azərbaycançılıq özündə yüksək əxlaqi normalarla yanaşı yeni dünyəvi dəyərləri də birləşdirir.
Daxili siyasət sahəsində milli maraqların vətəndaş sülhünün, milli harmoniyanın, dövlət hakimiyyətinin və qurumlarının sabitliyinin təmin edilməsi, qanunun aliliyi və demokratik cəmiyyətin formalaşmasının başa çatması, eləcə də sosial və beynəlxalq münaqişələrin, milli və regional separatizmin yaranmasına gətirib çıxaran olan səbəb və şəraitin aradan qaldırılmasından ibarətdir.
Ölkədə yaşayan xalqların maraqlarının koordinasiyası, onların hərtərəfli əməkdaşlığının qurulması, məsuliyyətli və balanslaşdırılmış dövlət milli siyasətinin aparılması ölkənin daxili siyasi sabitliyini təmin edəcək, onun sabitliyini və birliyini qoruyacaq ən mühüm vəzifələrdir.
Ədəbiyyat:
1. Azərbaycan Respublikasının Milli Təhlükəsizliyi haqqında qanunu. Bakı, Hüquq Ədəbiyyatı, 2004
2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası. Bakı: Hüquq ədəbiyyatı, 2007
3. Кастельс М. Информащюнная эпоха: экономика, общество и культура. МГУ ВШЭ, 2016,с.608
4. “Ekoloji təhlükəsizlik haqqında ”Azərbaycan Respublikasının qanunu// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11
5.Засурский Я. Информационное общество и средства массовой информации //http://intra.rfbr.ru/pub/vestnik /V3_99/2_l.htm;
6.Piriyev A . Siyasi strategiya və milli təhlükəsizlik problemi. Bakı, BDU, 2002
7. Стрельцов А. Проблемы реализации доктрины информационном безопасности на современном этапе. М,2012
8.Mehdiyev R. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi// “Respublika” qəzeti. 21 may, 2005– ci il, № 99
9. Həsənov Ə. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti. Bakı, Letterpres, 2011,
Açar sözlər: milli təhlükəsizlik, inkişaf, milli maraqlar, milli dəyərlər,siyasət, konsepsiya, qanun.
Keywords: national security, development, national interests, national values, politics, concept, law.
SUMMARY
The article analyzes the national security policy of the Republic of Azerbaijan in the international security aspect. The policy pursued to achieve social development is focused on national security. The focus is on the protection of national interests and interests in domestic and foreign policy, compliance with economic, food, ecological, personal information, religious and cultural security, and examines the main legal and regulatory documents relating to national security. During the analysis, the opinions of well-known politicians and politicians are addressed, their views are considered from a new angle.
"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM