ATA BABAYEV
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti
Azərbaycan neft sənayesinin formalaşdırılması və inkişaf etdirilməsi baxımından dünyanın ən önəmli neft ölkələrindən biridir. Belə ki, ölkəmizin neft sənayesinin toxunulmaz və çox qiymətli tarixi, özünəməxsus inkişaf xüsusiyyətləri, yanaşmaları və ənənələri vardır. Lakin müasir dövrdə bütün olub keçənlərə, tarixi aspektlərə, mövcud mexanizmlərə, tətbiq olunan standartlara, prinsip və meyarlara yenidən baxılması, təkmilləşdirilməsi mühüm məsələlər kimi ortaya çıxmışdır. Bu zərurət, ilk növbədə son 10-20 il ərzində dünyada ətraf mühitlə bağlı və ümumilikdə ekoloji problemlərlə əlaqədardır. Belə ki, qlobal ekoloji təhlükələr dünyanın ən mürəkkəb problemlərindən hesab olunur. Baxmayaraq ki, dünya dövlətləri və beynəlxalq qurumlar ekoloji problemlərin, həmçinin iqlim dəyişiklikləri ilə bağlı problemlərin həlli ilə əlaqədar olaraq çoxsaylı çağırışlar etməkdədirlər, sazişlər bağlamaqdadırlar, ancaq bu məsələlər kifayət qədər mürəkkəb olduğundan onların asan həllini gözləmək lazım gəlmir. Buna görə də hər bir ölkədə, ilk növbədə, yeraltı təbii sərvətlərə malik olan ölkələrdə ekoloji balansın qorunması, ekoloji-iqtisadi sistemin tarazlığının təmin edilməsi və konsepsiyasının olması vacib şərtlərdəndir. Ekoloji-iqtisadi sistemin iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi, yenilənməsi, müasir tələblərin əsasən nəzərə alınması strategiyasına üstünlük verilməlidir və bu halda iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması üçün daha çox şərait və potensial formalaşır [1]. Digər tərəfdən, ekoloji-iqtisadi sistemin dayanıqlılığının təmin olunması və möhkəmləndirilməsi üçün xammal və resusrlardan maksimum səmərəli istifadə olunması məsələlərinə daha çox diqqət yetirilməlidir. Birincisi, artıq dünyada xammal resurslarının qıtlığı daha kəskin hiss olunmaqdadır, ikincisi yeni xammal mənbələri üçün ən çox üz tutulan yer təbii mənbələrdir. Baxmayaraq ki, sənaye üsulu ilə xammal və yarımfabrikat istehsalı daim artmaqdadır, dünya iqtisadiyyatının inkişaf tendensiyalarına və sürətinə adekvat tələb olunan xammallar yenə də azlıq təşkil edir. Buna görə də, yerin təkindən çıxarılan xammalların ekoloji-iqtisadi tarzlılıq baxımından səmərəliliyi strateji səviyyədə baxılmalıdır [2]. Bunlarla yanaşı, resurslardan səmərəli istifadənin təmin edilməsi üçün elm və texnologiyaların inkişafı dünya ölkələrini daha çox əhatə etməlidir. Məlumdur ki, resurs və təbii ehtiyatların daha çox olduğu ölkələrin əksəriyyətində elm və texnologiyalar o qədər də inkişaf etməmişdir. Ekoloji tələblər və standartlar bu ölkələrdə əksər hallarda yaxşı qorunmur, nəticədə ətraf mühit üçün daha çox təhlükə yaranır. Bu amillər baxımdan ekoloji-iqtisadi sistemin bütün aspektlərinin, ilk növbədə metodoloji yanaşmalarının, iqtisadi mexanizmlərinin maksmimum məhsuldar və səmərəlilik prinsipləri əsasında formalaşdırılması və inkişaf etdirilməsi ümumi iqtisadi inkişafın əsas yanaşmalarından biri kimi qəbul edilməlidir [3]. Belə yanaşmaların əsasında təkcə xammal və resurslardan səmərəli, qənaət rejimində istifadə edilməsi nəzərdə tutulmur, həm də ərtaf mühitə zərər vuran hallara qarşı sərt tədbirlərin, sağlam düşüncə tərzinə söykənmiş yanaşmaların təmin edilməsi, iqtisadi mexanizmlərin gücü ilə bu məsələlərin tənzimlənməsi, təsirli tədbirlərin görülməsi yer almalıdır.
Dünya ölkələrində əsas yanacaq resursu kimi neftdən istifadə olunur və neftə olan tələbat hər il artmaqdadır. Bu qiymətli enerji resursunun layiqli əvəzedicisi hələ ki, yoxdur və bu baxımdan neft sənayesinin ortaya çıxartdığı, törətdiyi ekoloji fəsadların, ekoloji problemlərin sistemli və kompleks şəkildə həll edilməsi vacib şərtlərdəndir. Məlumdur ki, neft əsasən inkişaf etməkdə olan ölkələrdə istehsal olunur, ümumilikdə neft istehsal olunan ölkələrin elmi-texnoloji inkişaf səviyyəsi xeyli fərqlənir. Bu sahəyə hər il 10 milyardlarla dollar yeni investisiyalar lazım gəlir. Nəzərə alsaq ki, son illərdə dünyada maliyyə qeyri-sabitliyi prosesləri gedir və bütün sahələrə olduğu kimi, neft sahəsinə də investisiyaların nisbətən məhdudlaşdırılması qaçılmaz bir proses kimi xarakterizə olunur. Buna görə də, dünya dövlətləri, birinci növbədə neft hasil edən dövlətlər bu sahədə ekoloji-iqtisadi sistemin tarazlığı konsepsiyasına malik olmalı və ətraf mühitin qorunması üçün daha çox işlər görməldirlər. Bu məsələlərdə dövlət tənzimlənməsi tədbirləri, ekoloji standartların yüksəldilməsi, qəzalı vəziyyətdə olan avadanlıqların yenilənməsi, əsas fondların vaxtında modernizasiya olunması, atmosferə buraxılan qazların miqdarının azaldılması, tullantısız texnologiyalara daha çox yer verilməsi, onların istehsal və emal proseslərində azaldılmasında imkan verən tədbirlərin görülməsi, ətraf mühitin çirklənməsinə qarşı iqtisadi, təsərrüfat subyektləri ilə birlikdə cəmiyyətin, ictimaiyyətin fəallığının, qarşılıqlı məsuliyyətinin təmin olunması, neft istehsal olunan və daşınan ərazilərdə neft dağılmalarının, itkilərinin minimuma endirilməsi, dağılmış neft tərkibli tullantı sularının, həmçinin neft məhsullarının, neft emal olunan müəssisələrdəki tullantıların toplanması, təkrar emal edilməsi, yaxud zərərsizləşdirilməsi mexanizmləri işlənib hazırlanmalı, ekoloji-iqtisadi fəaliyyətin səmərəliliyinə imkan verən praktiki alətləri daha çox dövriyyəyə cəlb edilməli, ətraf mühitin və ekoloji problemlərin ümumilikdə idarə edilməsi mexanizmləri təkmilləşdirilməli, qlobal ekoloji və iqtisadi çağırışlara adekvat olan idarəetmə sistemi yaradılmalıdır. Bundan başqa, ekoloji risklərin öyrənilməsi, neft sahəsində bu kateqoriyadan olan risklərin yaranma səbəblərinin araşdırılması, onların qiymətləndirlməsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi təmin olunmaldır. Neft istehsal olunan ərazilərdə ekoloji-iqtisadi yanaşmaların təkmilləşdirilməsi və gücləndirilməsi tədbirləri görülməlidir. Bunun üçün optimal fəaliyyət mexanizmləri yaradılmalı, neft istehsal edən müəssisələrin sosial məsuliyyəti artırılmalıdır. Bu tip müəssisəslərdə sosial və ekoloji problemlər iqtisadi səmərəlilik prinsipləri nəzərə alınmaqla sistemli şəkildə balanslaşdırılması, istehsalın səmərəliliyinin artırılması, texnologiyaların təkmilləşdirilməsi və yenilənməsi xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Hər bir təsərrüfat subyektinin ekoloji-iqtisadi təhlükəsizlik strategiyası və əsaslandırılmış fəaliyyət mexanizmlərinin hazırlanması və realaşdırılması vacib hesab olunur [4]. Belə ki, bu cür yanaşmaları ekoloji-iqtisadi meyarların qorunması üzrə beynəlxalq öhdəliklər, konvensiyalar tələb edir və şərtləndirir. Digər tərəfdən, ölkənin dayanıqlı inkişafının təmin edilməsi üçün ekoloji-iqtisadi münasibətlərin ən yüksək səviyyədə baxılması, bunlarla bağlı problemlərin əlaqələndirilməsi, optimal həlli yollarının və praktiki həlli mexanizmlərinin müəyyənləşdirilməsi, ekoloji seqmentlərinin ölkə iqtisadiyyatının tarazlı inkişafı ilə əlaqələndirilməsi, ekoloji-iqtisadi indikatorların mahiyyətinin ölkə ictimaiyyətinə çatdırılması və əhalinin maarifləndirilməsi, bu kateqoriyadan olan problemlərin ictimailəşdirilməsi, şəffaflığın formalaşdırılması, mövcud fəaliyyət mexanizmlərinin adekvatlığına xüsusi önəm verilməsi, neftin hasilatı və emalı, həmçinin daşınması ilə bağlı proseslərdə ekoloji təhlükəsizlik prinsiplərinin qorunması ciddi şəkildə təmin olunmalıdır. Ölkədə optimal enerji balansının formalaşdırılması, enerji resurslarından qənaətlə istifadə olunması strategiyasının hazırlanması, ekoloji standartların yüksək səviyyəyə qaldırılması istiqamətində davamlı tədbirlər görülməlidir [5]. Eyni zamanda, qeyd etdiyimiz kimi, ekoloji iqtisadi problemlər kifayət qədər mürəkkəbdir, həmçinin cəmiyyətin və milli iqtisadiyyatın dayanıqlı inkişafının əsas komponentlərindən hesab olunur, bunlar nəzərə alınmaqla neft hasilatı və ondan istifadə proseslərində təbiətə, ətraf mühitə zərər verə biləcək halların qarşısının alınması, ekoloji təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi, texniki-texnloji təyinatlı mühüm tədbirlərin görülməsi, ətraf mühitin mühafizəsi ilə bağlı sərt cəza tədbirləri ilə yanaşı, stimullaşdırıcı mexanizmlərin hazırlanması fayda verə bilərdi. Ekoloji-iqtisadi sistemin daha dayanıqlı və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması və tətbiqinə strateji yanaşma təmin olunmalıdır [6]. Neft tullantılarının toplanması və təkrar emal edilməsi tədbirlərinin işlənib hazırlanması, neft hasilatından ortaya çıxan ekoloji təhlükə hallarının diqqətlə izlənilməsi, bunlarla əlaqədar operativ tədbirlərin görülməsi, ümumilikdə ölkədə ekoloji-iqtisadi sistemin institusional və hüquqi əsaslarının təkmilləşdirilməsinin təmin olunması vacib məsələlər kimi xarakterizə olunur. Ekoloji-iqtisadi sistemin dayanıqlılığının idarəetmə mexanizmlərinin səmərəliliyinin neft sahəsində istismar proseslərinin təkmilləşdirilməsindən və müasir texnologiyaların tətbiqinin genişləndirilməsindən də bilavasitə asılıdır və idarəetmə səviyyəsində bu problemlərə xüsusi diqqət yönəldilməlidir [7, s.141]. Bundan əlavə, neft sənayesinin müəssisələrində, törəmə təşkilatlarında, anbar təsərrüfatı və nəqliyyat kompaniyalarında ekoloji-iqtisadi aspektlərin əhəmiyyətinin eyni səviyyədə - yəni strateji səviyyədə dərk edilməsi və dəyərələndirilməsi vacib hesab olunur. Buna görə də neft sahəsində fəaliyyət göstərən həmin kateqoriyadan olan müəssisələrin və kompaniyaların hər birində ekoloji-iqtisadi strategiya formalaşdırılmalı və bu strategiyanın yerinə yetirilməsinin hüquqi-iqtisadi və təşkilati mexanizmləri hazırlanmalı, tətbiq olunmalıdır [8]. Şəkil 1-də qlobal çağırışlar baxımından neft sahəsində ekoloji-iqtisadi sistemin formalaşmasına və idarə edilməsinə strateji yanaşmaların blok-sxemi verilmişdir.
Bu qeyd olunan amillər kontekstində Azərbaycanda neft sənayesini vəziyyətinə baxsaq, ətraf mühitə neft yayılmaları və çirklənmələrlə bağlı məsələlərdə dövlət orqanları, SOCAR-ın müvafiq strukturları, həmçinin özəl neft şirkətləri, neft məhsulları daşıyan şirkətlər arasında inteqrativ münasibətlərin formalaşdırılması, ekoloji problemlərə qarşı birgə məsuliyyətin dərk edilməsi və müvafiq tədbirlərin görülməsi mexanizmləri vacibdir. Müasir dövrdə Azərbaycan özünün zəngin karbohidrogen ehtiyatlarının - neft-qaz resurslarının hasilatı və dünya bazarlarına çıxarılması istiqamətində tarixi işlər görməkdədir. Bu sahədə ölkəmiz uzunmüddətli neft və qaz kontraktlarını bağlamışlar. Azərbaycan dünyanın əhəmiyyətli enerji istehsalçısı və ehtiyatları mərkəzinə çevrilmişdir, Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçısı statusunu almışdır, regionun enerji təhlükəsizliyinə böyük töhfələr verir. Ölkəmiz özünün neft və qaz resurslarını Avropa bazarlarına çıxarmaqla güclü siyasi və iqtisadi dividentlər əldə etməkdədir. Bütün bunlar neft və qaz sənayesi ilə bağlı strateji məsələlərə və problemlərə kompleks və sistemli yanaşmanı şərtləndirir. Bu sahənin ən mühüm və strateji problemlərindən biri də əvvəldə qeyd etdiyimiz kimi ekoloji-iqtisadi optimallığının təmin edilməsidir.
Qeyd edək ki, ekoloji-iqtisadi sistemin optimallığının artılması məqsədilə hər bir ölkənin bu sahədə təkmilləşdirilmiş dövlət siyasəti və idarəetmə mexanizmləri olmalıdır. Bu məsələ ölkəmiz üçün də kifayət qədər aktualdır, belə ki, qədim neftçilik ənənənələrinə malik olan ölkəmiz, hazırda da bu sahədə özünün mövqeyini nəinki qoruyub saxlaya bilmiş, eyni zamanda ildən-ilə daha da gücləndirilməkdədir. Azərbaycanın neft sənayesi subyektləri, ilk növbədə artıq dünya səviyyəli kompaniyaya çevrilən SOCAR-ın qurumları dünyanın qabaqcıl və ən iri neft şirkətləri ilə əməkdaşlıq edirlər, dünya təcrübəsini mənimsəyirlər və, şübhəsiz, mütərəqqi idarəetmə metodlarını da tətbiq etməkdədirlər [9]. Əlbəttə, bunlar hamısı birlikdə kifayət qədərə ciddi məsələlərdir və təqdirəlayiqdir, amma istənilən yanaşmalar, idarəetmə mexanizmləri və fəaliyyət alətləri neft hasilatı və emalı ilə bağlı texnologiyalarla, avadanlıqlarla, qurğuların texniki səviyyələri ilə uzlaşmadığı halda, ekoloji-iqtisadi sistemin tarazlığını təmin etmək o qədər də asan deyildir. Bu qeyd edilənlər baxımından, Azərbaycanda mövcud neft hasilatı və emalı müəssisələrində davamlı şəkildə modernizasiyalar, əsaslı təmir işləri aparılsa, həmçinin əsas vəsaitlərin yenilənməsi prosesləri getsə belə, etiraf etmək lazımdır ki, Bakı şəhərinin mərkəzi hissələrinə yaxın, eyni zamanda, əhalinin sıx yaşadığı ərazilərdən uzaq olmayan yerdə yerləşən neftayırma zavodları və qurğularının əhəmiyyətli səviyyədə yenilənməsi, yeni və müasir texnologiyalar əsaslı zavodların tikilməsi zərurəti qalmaqdadır. İdarəetməni yaxşılaşdırmaq, təkmilləşdirmək mümkündür, amma bütün hallarda köhnə texnologiyaların və avadanlıqların yenilənməsi prosesləri intensiv olmazsa, ekoloji-iqtisadi sistemin balanslaşdırılmasında problemlərin əksər hissəsi qalacaqdır. Bundan əlavə, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsində neft hasilatının strateji hədəfləri kontekstində ekoloji problemlərin həllinə ciddi önəm verilmişdir və bu istiqamətdəki fəaliyyət prinsipləri prioritetlik təşkil edir [10]. Məlum olduğu kimi, neft sənayesi Azərbaycan üçün, ölkəmizin sosial-iqtisadi inkiafının təmin edilməsi baxımından kifayət qədər mühüm bir sahədir və bu sahədəki problemlərin, o cümlədən, ekoloji problemlərin sistemli həlli mühüm əhəmiyyət kəsb edir [11]. Neft sahəsində fəaliyyətin şəffaflığının artırılması qlobal kontekstdə strateji əhəmiyyət kəsb edən problemlərə, həmçinin ekoloji problemlərə daha geniş səviyyədə baxılması potensialını formalaşdırır. Burada ekoloji-iqtisadi sistemin gücləndirilməsi ilə bağlı yönəldilən vəsaitlərdən səmərəli istifadə edilməsi məsələləri də prinsipial önəm daşıyır. Digər tərəfdən, neft xammalının emalı ilə bağlı fəaliyyət istiqamətlərin müasir qlobal müstəvidə modelləşdirilməsi tədbirləri sürətləndirilməlidir [12]. Ölkəmizdə neft əsasən Xəzər dənizində yerləşən quyulardan hasil olunur. Bu baxımdan, dənizdəki fəaliyyət istiqamətlərində neftin və onun tullantıların səviyyəsinin nəzarətdə saxlanılması, ekoloji monitorinqlərin keçirilməsi mexanizmi mövcuddur [13]. Amma, bunlarla belə, həmin mexanizmlərin daha da təkmilləşdirilməsi, ekoloji-iqtisadi sistemin əsas komponentlərinin tarazlığının təmin olunması vacib şərtlərdəndir [14].
Yaxın perspektivdə ölkəmizdə milli iqtisadiyyatının inkişaf modelinin yeni mərhələyə daxil olması və bununla əlaqədar olaraq mühüm iqtisadi komponentlər, o cümlədən, ekoloji təhlükəsizliklə bağlı məsələlər daha da aktuallaşacaqdır. Əsas vəzifə ölkəmizin neft sənayesində ekoloji-iqtisadi sistemin dünya təcrübəsinə və qlobal ekoloji çağırışlara uyğun şəkildə təkmilləşdirilməsindən və işlək mexanizmlər hesabına əhəmiyyətli səviyyədə gücləndirilməsindən ibarətdir və s.
ƏDƏBİYYAT:
1. World Economic and Social Survey 2013. Sustainable Development Challenges. United Nations publication. Sales No. E.13.II.C.1. United Nations, 2013.-216 p. - http://www.sustainabledevelopment.un.org.
2. World Conservation Strategy. Living Resource Conservation for Sustainable Development. International Union for Conservation of Nature and Natural Resources. 1196 Gland, Switzerland - 76 p.
3. Gedz Mykhailo. Spatial paradigm as a methodological basis for the study of regional development// Annales Universitatis Mariae Curie-Sklodowska Lublin-Polonia. Vol. XLVIII, 4, 2014. S. 37-48.
4. Россинская М.В. Методология обеспечения устойчивого развития территории в рамках эколого-экономической безопасности. Дисс. д-ра экон. наук. Ростов - на – Дону, 2006.- 328 с.
5. Ануфриев В.П. Эколого-экономическая оценка рационального использования энергетических ресурсов в системе Киотского протокола. Дисс. д-ра экон. наук. Новосибирск, 2006.- 320 с.
6. Малышев А.А. Механизмы управления устойчивостью эколого-экономической системы. Дисс. канд. экон. наук. Пенза, 2011.- 186 с.
7. Резник А.A., Малышев A. Г. Механизмы управления устойчивостью эколого-экономической системы // Известия высших учебных заведений. Поволжский регион. Общественные науки. - 2012. - № 4 (24). - С. 138-146.
8. Шевелева А.В. Развитие институтов и инструментов совершенствования эколого-экономической политики предприятий нефтегазового комплекса. Авт-т д-ра экон. наук. Ростов-на-Дону, 2018, 60 с.
9. Мурадвердиева Л.А. «Российское предпринимательство» № 24. Повышение эффективности функционирования нефтегазового комплекса Азербайджана // Пенза, 2013, 91-99 с.
10. Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında 6 dekabr 2016-cı il Fərmanı ilə təsdiq edilmişdir.
11. Салимов С.М. Нефтегазовая промышленность - основа стратегии устойчивого развития Азербайджанской Республики: Монография. - Мю Макс Пресс, 2015, 292 с.
12. Ağayev K.Ə. Neft emalı sənayesinin inkişafında alternativ variantların effektivliyinin əsaslandırılması məsələləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti. Avtoreferat. İ.ü.e.d.Bakı, 2007. -22 s.
13. SOCAR-ın dənizdəki fəaliyyəti sahələrində ekoloji monitorinqlər başa çatıb.AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi. https://azertag.az/print/974133.
14. SOCAR. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti. - http://www.socar.az
Açar sözlər: ekoloji-iqtisadi sistem, ekoloji-iqtisadi tarazlılıq, neftin hasilatı və emalı, neft sahəsində ekoloji-iqtisadi strategiya, ekoloji-iqtisadi sistemin balanslaşdırılması.
Ключевые слова: эколого-экономическая система, эколого-экономическое равновесие, добыча и переработка нефти, эколого-экономическая стратегия в нефтяной отрасли, сбалансирование эколого-экономической системы.
Keywords: ecological-economic system, ecological-economic equilibrium, production and petroleum refining, ecological-economic strategy in the oil sphere, balancing of an ecological-economic system.
Резюме
СТРАТЕГИЧЕСКИЕ ПОДХОДЫ К ФОРМИРОВАНИЮ И УПРАВЛЕНИЮ ЭКОЛОГО-ЭКОНОМИЧЕСКОЙ СИСТЕМОЙ В НЕФТЯНОЙ СФЕРЕ В УСЛОВИЯХ ГЛОБАЛЬНЫХ ВЫЗОВОВ
В статье исследованы стратегические подходы к формированию и управлению эколого-экономической системой в нефтяной сфере в условиях глобальных вызовов. С этой целью анализированы сущность формирования управления эколого-экономической системы в нефтяной сфере. Раскрыты основные проблемы и пробелы по оптимизации эколого-экономической системы с учетом применения новейших технологий. Рассмотрены существующие положения в нефтяной отрасли Азербайджана в контексте экологической проблемы и обоснована важность усиления эколого-экономической системы. В конце статьи обобщены научно-практические взгляды по стратегические подходы к формированию и управлению эколого-экономической системой в нефтяной сфере.
Abstract
STRATEGIC APPROACHES TO FORMATION AND MANAGEMENT OF ECOLOGICAL-ECONOMIC SYSTEM IN THE OIL SPHERE IN THE CONDITIONS OF GLOBAL CHALLENGES
Strategic approaches to formation and management of an ecological-economic system in the oil sphere in the conditions of global challenges are investigated in the article. A substance of formation of management of an ecological-economic system in the oil sphere is analyzed for this purpose. The main problems on optimization of an ecological-economic system taking into account use of the latest technologies are opened too. The current situations in the oil industry of Azerbaijan in the context of an environmental problem are considered and importance of strengthening of an ecological-economic system is proved. Scientific and practical views on strategic approaches to formation and management of an ecological-economic system in the oil sphere are given at the end of article.
"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019
Strategiya.az
Heydər Əliyev uzaqgörənliyinin və İlham Əliyev dühasının təntənəsi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM