Heydər Əliyev və dövlət quruculuğunda sosial yaddaşın rolu

09:00 / 27.03.2019

Yeganə Rəsulova
AMEA Fəlsəfə və Hüquq İnstitutu

Müasir tarixi mərhələdə dövlət quruculuğu siyasi liderdən strateji uzaqgörənliklə yanaşı dərin tarixi biliklərin olmasını da tələb edir. Qloballaşma prosesi ölkələr və dövlətlər arasında əlaqələri çox genişləndirib və onların bir-birinə müxtəlif sahələrdə təsiri əvvəllər müşahidə edilməyən səviyyəyə yüksəlib. Burada müxtəlif dövlətçilik modellərinin mövcudluğunu da nəzərə almaq gərəkdir. XX əsrin 80-ci illərinin sonundan başlayaraq özünü göstərən ziddiyyətli və dolaşıq geosiyasi proseslər bütövlükdə müstəqil dövlət quruculuğu məsələsini daha da mürəkkəbləşdirdi. Frensis Fukuyama 2004-cü ildə nəşr etdirdiyi kitabda yazırdı: “Bu kitabda mən göstərirəm ki, güclü dövlət quruculuğu müasir dünyanın ən vacib problemlərindən biridir, çünki dövlətin zəifliyi və dağılması dünyanın ən cid­di problemlərinin mənbəyidir...” (1, s. 5). Belə bir vəziyyətdə müstəqilliyini əldə etmiş ölkələrdə səmərəli dövlət quruculuğu modelinin müəyyənləşməsi həyati əhəmiyyətli məsələyə çevrilmişdi. Burada müasir şərtlərin cəmiyyətin dövlətçilik ənənəsinin optimal nisbətdə nəzərə alınması mütləq şərt olmuşdu.
Heydər Əliyev Azərbaycan üçün bu məsələnin ən səmərəli həllini tapa bildi. Onun dövlət quruculuğu konsepsiyası müasirliyi, rəqabətə davamlılığı və inkişaf perspektivi ilə fərqlənir. Özlüyündə bu konsepsiya zəngindir, çoxlu tərkib hissələri mövcuddur və mürəkkəb struktura malikdir. Bu sırada sosial yaddaşın dövlət quruculuğunda oynadığı rol da aktual görünür. Heydər Əliyev böyük dövlət xadimi kimi fəaliyyətində, ümumiyyətlə, yaddaş fenomeninə ciddi diqqət yetirirdi. Ulu öndərin özü fenomenal yaddaşa sahib idi. Məşhur alman filosofu H.G.Qadamer yaddaş-şəxsiyyət kontekstində yazırdı: “Yaddaş fenomeninə sadə psixoloji qabiliyyət kimi baxmaq vərdişindən imtina edib, onda insanın keçici tarixi mövcudluğunun vacib elementini görmək zamanıdır” (2, s. 66). “Yaddaşın insanın keçici tarixi mövcudluğunun elementi” kimi təsəvvür edilməsi, şəxsin istənilən fəaliyyətində fərdi yaddaşın prinsipial rol oynadığına işarədir. Yəni yaddaş insanın var olmasını şərtləndirən əsas faktorlardan biridir. Şəxsin fərdi həyatı yaddaşsız mümkün olmadığı kimi, onun sosial-mədəni kimliyinin formalaşmasında ciddi rol oynayır. Təbii ki, bu məqam tam mənasında fərdin psixoloji, mental və mənəvi özəlliklərinə yaddaşın böyük təsirinin mövcudluğunu təsdiq etməyə imkan verir. Onda deyə bilərik ki, fərdi yaddaşın sosial mühitlə əlaqəsi onun psixoloji, mental və mənəvi özəllikləri vasitəsi ilə konkret məzmun kəsb edir. Eyni zamanda, bu proses ikitərəflidir. Yəni yaddaş insanın həyati fəaliyyətini yönəldən faktorlardandır. Hər bir şəxs malik olduğu yaddaş əsasında fəaliyyətini qurur. Buradan güclü fərdi yaddaşın insanın sosial mühitdəki fəaliyyətində ciddi rol oynadığı nəticəsini çıxara bilərik. G.H.Qadamer də yuxarıda nümunə kimi göstərdiyimiz fikirlərində məhz bu məqamı vurğulayıb. Fərdi yaddaşın sosial mühitə bu cür çıxışı insanın cəmiyyətdəki fəaliyyətinin bütün növləri ilə tarixi yaddaş arasında əlaqəni görməyə imkan verir. Məsələnin bu tərəfi Qərb alimlərinin tarixi yaddaşla bağlı fikirlərində ifadə olunub. Fransız tarixşünası Pyer Noraya görə, Yeni Dövrdən başlayaraq ənənəvi yaddaş əhəmiyyətini itirir. Onun əvəzində şüurun keçmişə tənqidi münasibəti əsasında yaddaş formalaşır. Bu yaddaş seçicidir və daha çox məntiqi-şüuri faktora əsaslanır. Məhz buna görədir ki, P.Nora yazır: “Tarix həmişə artıq olmayanın problematik və tam olmayan yenidən qurulmasıdır” (Nora: 1999:20). Deməli, Yeni Dövrdə yaddaş tarixin rekonstruksiyasında çox ciddi rol oynayır. Bunun reallaşması şüurun aktivliyi ilə birbaşa bağlıdır. Keçmişin yenidən qurulması faktiki olaraq koqnitiv prosesdir. Bu o deməkdir ki, yaddaş həmişə sosial mahiyyətlidir. Konkret desək, o, sosial mühitdən kənarda mövcud deyil. Belə çıxır ki, hər bir insanın yaddaşı onun sosial-mədəni fəaliyyətində böyük rol oynayır. Söhbət kollektiv reallıq miqyasında fərdin fəaliyyətindən gedəndə daha maraqlı incəliklər meydana çıxır. Həmin aspektdə sosial yaddaş anlayışının rolu xüsusi əhəmiyyət kəsb edir. Məsələ ondan ibarətdir ki, sosial yaddaş kollektiv reallıq səviyyəsində spontan olaraq fərdi yaddaşların qarşılıqlı təsiri nəticəsində meydana gələn hadisədir. Biz sosial yaddaşa informasiya anlayışı aspektində baxırıq. Bu cür yanaşma müasir elmi ədəbiyyatda mövcuddur. Sosial yaddaş bu anlamda fərdin sosial qrup və ya bütövlükdə cəmiyyətin keçmişi ilə bağlı konkret təsəvvürlərə malik olmasıdır. Bu zaman yaddaş elementi individual deyil, sosial kontekstə, kollektiv reallıqla vəhdətdə götürülür. Bu halda iki məqamı qeyd etməyə ehtiyac vardır. Birinci, sosial yaddaşla fərdi yaddaş arasında sıx informativ əlaqə vardır. İkinci, Sosial yaddaş həmişə özündə keçmişə aid təsəvvürlərin aktuallaşmasını indiki zamanın reallıqları barədəki təsəvvürlərin qarşılıqlı müqayisəsini “aparır”. Bununla o, həm özünü təsdiq edir, həm də dəyişikliklərə açıq qalır. Burada G.H.Qadamerin ifadə etdiyimiz fikri ilə əlaqə görürük. Şəxs keçici tarixi varlıq kimi daim yaddaşı ilə içində olduğu sosial mühit arasında qarılıqlı əlaqə axtarır. Fərdi yaddaş bu üsulla sosiallaşır. Onda fərdi yaddaşı güclü olan insanın digərlərindən sosial mühitlə bağlı daha zəngin təsəvvürləri ola bilər. Bu, onun şəxsi fəaliyyətində, ümumiyyətlə, həyat tərzində özü ifadəsini tapır. Xüsusilə, şəxs geniş miqyasda siyasi, sosial-mədəni, elmi və başqa fəaliyyət növləri ilə məşğuldursa, onda onun fərdi və sosial yaddaşı arasında sıx bağlılıq mütləq olmalıdır. Şəxsiyyətin kollektivdə nüfuz və söz sahibi olmasında bu məqamın prinsipial əhəmiyyəti vardır.
Tarixi faktlar sübut edir ki, dünyanın güclü insanları fərdi ilə sosial yaddaş arasında vəhdətə nail olublar. Əgər güclü fərdi yaddaşın sosial mühitlə sıx bağlılığı baş tutmursa, şəxsin cəmiyyət lideri olması imkanı sıfıra enir. Dünyanın böyük siyasətçilərinin, dövlət xadimlərinin həyatı bunu sübut edir. Xüsusilə, dövlət xadimi üçün sosial yaddaşın əhəmiyyəti böyükdür. Çünki milyonlarla fərdi birləşdirən kollektivi idarə etmək üçün onlar üçün ortaq olan yaddaşın məzmununu dəqiq bilmək gərəkdir. Əks halda müəyyən mərhələdə ziddiyyət yaranır ki, kütlələr lideri dövlət işlərindən uzaqlaşdırırlar. Uinston Çörçilin siyasi həyatı bunun bariz nümunəsidir. U.Çörçill çox güclü yaddaşa sahib olub. O, siyasi fəaliyyətində bu fərdi keyfiyyətindən dövlətin maraqları üçün istifadə etməyi bacardı. Böyük Britaniyanın yüksək siyasi dairələri anladılar ki, Çörçilə hakimiyyət verilsə, bütün ciddiyyəti ilə İngiltərənin maraqlarına xidmət edəcək, çünki onun şəxsi fikirləri ingilis dövlətinin firavanlığı ilə sıx bağlı idi (4). Tarix göstərdi ki, U.Çörçill Böyük Britaniya dövlətçiliyi üçün möhtəşəm işlər gördü.
Ulu öndər Heydər Əliyevin həyatı dövlət quruculuğunda, fərdi və sosial yaddaşın ən güclü imkanlarından maksimum yararlanmaq aspektində tayı-bərabəri olmayan nümunədir. H.Əliyevin bu istiqamətdə xidməti U.Çörçill kimi siyasət nəhənglərini də üstələyir. Çünki Çörçill artıq 100 illərdir mövcud olan güclü İngiltərə dövlətini inkişaf etdirdisə, H.Əliyev faktiki olaraq müstəqil Azərbaycan dövlətini yaratdı və onun strateji inkişaf yolunu müəyyənləşdirdi. Bu zaman ümummilli lider güclü fərdi yaddaş və dövlətçiliyə çox sıx bağlılıqdan uzaqgörənliklə istifadə edə bildi. Bu kontekstdə yuxarıda vurğuladığımız fərdi və sosial yaddaş arasındakı əlaqənin dövlət quruculuğunda hansı məzmunda yer tutduğu üzərində geniş dayanmağa ehtiyac görürük. Ümumiyyətlə, Heydər Əliyev elə şəxsiyyətdir ki, onun bütün fərdi həyatı dövlət işlərinə həsr olunub. Əvvəlcə, SSRİ-nin yüksək vəzifəli şəxsi kimi, sonra isə müstəqil Azərbaycanın dövlət başçısı olaraq, bütün fərdi imkanları ilə cəmiyyət və dövlət üçün çalışıb. Məhz buna görədir ki, H.Əliyev şəxsi maraqları üçün demək olar ki, heç bir iş görməyib – onun qoyub getdikləri tamamilə dövləti əhəmiyyətli dəyərlərdir. Prezident İlham Əliyev də bu ruhda yetişdirilib və indi o, bütün gücü ilə müstəqil və suveren Azərbaycan dövləti üçün çalışır. Şübhəsiz, Heydər Əliyevin dövlətçilik maraqları baxımından bu cür fenomenal keyfiyyətə malik olması Azərbaycan xalqı üçün çox qiymətlidir. Bu aspektdə H.Əliyevin öz gücü yaddaşından xalqının xeyrinə istifadə etməsini ayrıca vurğulamaq lazımdır. Onun həyatından həmin kontekstdə çoxlu sayda nümunə göstərmək olar.
Heydər Əliyev dövrünün siyasi zirvəsini fəth etmiş bir şəxs kimi son dərəcə yüksək ünsiyyət və davranış mədəniyyətinə sahib insan idi. Ancaq ulu öndər sadə insanlarla onların dilində danışmağı gözəl bilirdi. H.Əliyev xalqla görüşlərində yerli adət-ənənəni, psixologiyanı, davranış qaydalarını çox yüksək səviyyədə bildiyini və onları heç zaman unutmadığını nümayiş etdirirdi. Heydər Əliyevin Azərbaycanın Qarabağ bölgəsində olarkən toy mərasimində əsl azərbaycanlı ağsaqqal kimi davrandığı yaddaşlardan silinməz. Böyük dövlət adamı və siyasi xadim milli adət-ənənəni nə qədər gözəl bildiyini və əsl azərbaycanlı kimi onlara əməl etdiyini göstərdi. Bununla Heydər Əliyev xalqın qəlbində əbədi heykəlini yaratdı. Ulu öndər bu keyfiyyətini siyasi fəaliyyətində ömrü boyu böyük ustalıqla həyata keçirib. Sovetlər dönəmində bu, ana dilinə hörmətdə, milli yazıcıların cəmiyyətdə daim yüksək hörmət sahibi olması üçün konkret tədbirlər keçirməkdə, milli kadrları SSRİ-nin mərkəzi ali məktəblərində hazırlatdırıb, sonra vətənə qaytarmağında, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin karifeylərinin yubileylərinin yüksək səviyyədə təşkil edilməsində, folklor nümunələrinin (xüsusilə, dövlətçiliklə bağlı olanların) daim müxtəlif tədbirlərdə aktuallaşdırmasında öz əksini tapmışdı. Dövlətçilik üçün bu məqamların oynadığı rolu tam mənası ilə cəmiyyət bəlkə də özünün inkişaf mərhələsində daha dərindən dərk edə biləcək. Çünki indi hadisələrin canlı şahidləri olanların böyük əksəriyyəti bunlara adi işlər kimi baxa bilərlər. Fəlsəfi və elmi müstəvidə isə Heydər Əliyevin mərasimlərə hörməti, adət-ənənədə ən sadə hesab olunan elementlərə qarşı böyük diqqəti, mədəniyyətlə bağlı yubileylərin geniş qeyd edilməsi dövlətçilik və mədəniyyət ənənəsini daim kollektiv yaddaşda aktuallaşdırmaq kimi ciddi əhəmiyyətə malikdir. Qərb tədqiqatçılarının əsərlərində bu kimi məqamlar fərdi və sosial identikliyin vacib elementləri kimi təhlil edilir. Məsələn, M.Halbvaksın yaradıcılığında ənənənin faktiki olaraq “kollektiv yaddaşın özünü” təşkil etdiyi ideyası vardır. Kollektiv yaddaş da ənənələrdə ehtiva olunur, onlarda aktuallaşmaqla konkret məzmun kəsb edir. Eyni zamanda, ənənə fərdi yaddaşın fəaliyyətini təmin etmək şəraiti və vasitəsidir. Həmin keyfiyyətdə onlar fərdi, qrup və sosial identikliyin çox vacib faktorudurlar (5).
Bu fikirlərin işığında Heydər Əliyevin dövlət xadimi kimi fəaliyyətinin yuxarıda vurğuladığımız məqamlarına nəzər salanda, onun dövlət quruculuğu konsepsiyasında sosial yaddaşın tutduğu mühüm yeri görə bilərik. Bu baxımdan ulu öndərin “Dədə Qorqud”, Məhəmməd Füzuli, “Manas”la bağlı verdiyi fərmanların dövlətçilik üçün ciddi əhəmiyyətini təsəvvür edə bilərik. “Dədə Qorqud” milli yaddaşın dövlətin və cəmiyyətin idarə olunmasının ənənəvi qaydaları, M.Füzuli ana dilində poetik ifadənin mənəvi dünyamıza verdiyi fəlsəfi-estetik qidalar, “Manas” isə dövlətçiliyin ümumtürk kontekstinin təsdiqinin rəmzi kimi olduqca önəmlidir. Bunların fonunda H.Əliyevin böyük yazıçılar, şairlər, musiqiçilərlə bağlı keçirdiyi təntənəli təbirlərin tarixi əhəmiyyətini dərk etməmək mümkün deyildir. Ulu öndər hətta sovetlər kimi ciddi ideoloji nəzarəti olan bir cəmiyyətdə milli adət-ənənə, folklor və sosial yaddaş elementlərindən cəsarətlə istifadə edərək, Azərbaycan dövlətçiliyini keşməkeşli yollardan keçirib, yaddaşlarda saxlamaqla, müstəqil Azərbaycanın mövcudluğunun təməlini hazırlayıb. Böyük şəxsiyyətin böyük tarixi xidmətinin bir qismi bundan ibarətdir. Ulu öndər müxtəlif dövrlərdəki çıxışlarında məsələnin bu aspektinə çox incə eyhamlar vurub, söhbətin ümumiyyətlə xalqın, onun mədəniyyəti və dövlətçiliyinin taleyindən getdiyini ifadə edib. Heydər Əliyevin 1981-ci il iyunun 12-də Azərbaycan yazıçılarının VII qurultayında söylədiyi tarixi “Ədəbiyyatın yüksək borcu və amalı” adlı nitqində ifadə etmişdi: “Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır” (sitat 6-dan götürülmüşdür).
Təbii ki, ulu öndər “Azərbaycan tarixinin parlaq səhifələri” deyəndə başqa mənəvi-əxlaqi məqamlarla yanaşı, milli dövlətçiliyin mühüm dönəmlərini də nəzərdə tuturdu. Məsələn, Şah İsmail Xətainin, Nadirin və başaq dövlət xadimlərinin dövlətçiliklə bağlı gördükləri işləri ideoloji elementsiz, tarixi yaddaşımıza uyğun bədii təsvir edilməsini nəzərdə tuturdu. Ulu öndər hələ sovetlər dövründən gələcək müstəqil Azərbaycan dövlətini qurmağın əsaslarını hazırlayırdı. Heydər Əliyev buna inanırdı, çünki onun fərdi yaddaşı ilə milli tariximizi dərindən bilməsi əsasında formalaşmış sosial yaddaşın kəsişmə sahəsində bu, artıq ideya kimi mövcud idi. Tarix də onun tam haqlı olduğunu sübut etməkdədir.


ƏDƏBİYYAT
1. Фукуяма, Ф. Сильное государство: Управление и мировой порядок в XXI веке. М.: АСТ:АСТ МОСКВА, ХРАНИТЕЛ, 2006, 224 c.
2. Гадамер Г. Г. Истина и метод. М., Прогресс, 1988, 704 c.
3. Франция-память / П. Нора, М. Озуф, Ж. де Пюимеж, М. Винок. СПб.: Изд-во С.-Петерб. ун-та, 1999, с. 17-50.
4. Уинстон Черчилль. Биография //http://referaty2010.narod.ru/ uinston. html
5. Морис Хальбвакс: традиции и коллективная память/ http://scibook.net/sotsiologiya-kulturyi-kniga/moris-halbvaks-traditsii-kollektivnaya-48027.html
6. Şəmsizadə N. Heydər Əliyev və Azərbaycançılıq/Xalq qəzeti. 2009, 05.05.2016, s. 4.

Ключевые слова: индивидуальная память, социальная память, государственность, традиции, курс построения национального государства, социальная идентичность, культура, язык, память народа
Keywords: individual memory, social memory, statehood traditions, the course of construction of the national state, social identity, culture, language, memory of the people

Расулова Егана,
диссертант Института Философии НАНА
Резюме
Гейдар Алиев и роль социальной памяти
в построении государства
В статье с философской позиции анализируется некоторые исторические аспекты курса построения суверенного и свободного государства Азербайджана Гейдара Алиева. Автор рассматривает эту проблему в контексте взаимодействие индивидуальной и социальной памяти. Показывает, что Гейдар Алиев всегда придал очень большое внимание к сохранению социальной памяти общества, в том числе ее роли в построении национального государства. Общенациональный лидер высоко ценил и постоянно актуализировал роль традиции в обществе. Этим Г.Алиев творчески развивал и на конкретном историческом этапе практиковал идею о взаимодействии социальной памяти и традиции государственности, с концепцией построения суверенного национального государства.

Rasulova Yegana, the dissertator of the
Institute of Philosophy of ANAS
Summary
Heydar Aliyev and the role of social memory
in the foundation of the state
The article analyzes the philosophical positions of some of the historical aspects of the course of building a sovereign and free state Azerbaijan of Heydar Aliyev. The author examines this problem in the context of the interaction of individual and social memory. It shows that Heydar Aliyev always gave great attention to the preservation of social memory of society, including its role in the construction of the nation-state. National leader highly valued and constantly updated the role of tradition in the society. With this H.Aliyev creatively developed and practiced a particular historical stage the idea of the interaction of social memory and traditions of statehood, with the concept of building a sovereign nation-state.

 

"GEOSTRATEGİYA" jurnalı №01 (49) YANVAR-FEVRAL 2019



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM