AMEA Folklor İstitutunun dissertantı
Avropa Asiyanı, ümumiyyətlə Şərqi, Şərq xalqlarının tarixini, mədəniyyətini öyrənməyə hələ orta əsrlərdən başlamışdır. Lakin bu sahədə iş XIX əsrin əvvəllərindən Avropa ölkələrində kapitalist münasibtlərinin sürətlə inkişafı və onların müstəmləkəçilik siyasətinin daha da fəallaşması ilə əlaqədar olaraq yeni vüsət almışdır. Fransa, İngiltərə, Almaniya, habelə Qərbi Avropanın bir sıra başqa ölkələrində qədim sivilizasiyaların beşiyi olan şərqi, şərq xalqlarının din, dil və ədəbiyyatlarını, adət və ənənələrini öyrənən cəmiyyətlər, elmi mərkəzlər və s. yaradılmışdır. Belə cəmiyyətlərdən biri 1822-ci ildə Fransada fəaliyyətə başlayan Paris Asiya cəmiyyəti olmuşdur (1, 31-33). Cəmiyyət həm də "Jurnal Aziatik" adlı xüsusi jurnal (məcmuə) nəşr edirdi. Onu müəyyən mənada Fransa şərqşünaslığının arxivi adlandırmaq olar.
Jurnal ilk nömrələrindən öz səhifələrində həm də Azərbaycan mədəniyə-tinə, onun maddi və mənəvi abidələrinə, o cümlədən folklor nümunələrinə xeyli yer vermiş, xalqımızın ədəbiyyat və mədəniyyət nümunələrinin yalnız Fransada deyil, ümumiyyətlə Qərbi Avropa ölkələrində yayılmasında çox böyük müsbət rol oynamışdır.
Qeyd etmək lazımdır ki,"Aziatik" jurnalı öz səhifələrində zərdüştiliyə (atəşpərəstliyə), bir sıra yaxın Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının qədim mədəniyyət abidələrindən olan "Avesta"nın tədqiqinə geniş yer vermişdir. "Avesta"nın əlyazması Avropaya hələ 1723-cü ildə gətirilmişdi və bu barədə Fransa mətbuatında da məlumat verilmişdir (1, 31-33).
Hətta 1779-cu ildə Fransa Kral Musiqi Akademiyası "Zərdüşt" adlı beş pərdəli bir faciəni tamaşaya qoymuşdu ki, bu tamaşanın da əsas süjetini xeyirlə-şərin, məhəbbətlə-nifrətin mübarizəsi təşkil edirdi. "Avesta" 1771-ci ildə ilk dəfə fransız dilinə tərcümə edilmiş və bu hadisəni Fransa mətbuatı yüksək qiymətləndirmişdi. "Həmin orijinal abidənin nəşri şərqşünaslıq tarixində bütöv bir dövr təşkil etdi" (1, 32).
Məlum həqiqətdir ki, Qərb ölkələri ilə Şərq arasında qarşılıqlı əlaqələrin tarixi son dərəcə qədimdir. Xarakter və məqsədindən asılı olmayaraq bu əlaqələr həmişə mövcud olmuş, heç bir vaxt kəsilməmişdir. Şərqin İntibah dövrü keçirdiyi XI-XII əsrlərdə ona, onun ədəbiyyatına maraq daha da güclənmişdir. Qərb ölkələri arasında XVII-XVIII əsrlərdə Fransa Şərqə daha çox maraq göstərən dövlətlərdən biri olmuşdur. F.Engels XVIII əsri Fransa əsri adlandırmışdır. Bu dil vasitəçi dil rolunu oynayırdı. Avropada Şərq ədəbiyyatı ilə tanışlıq fransız dili vasitəsilə bu dildən tərcümələr etməklə həyata keçirilirdi. Məsələn, "Avesta" ilk dəfə məhz fransızcaya tərcümə edilmiş və bu dil vasitəsilə də Qərb ölkələrində yayılmışdır.
"Avesta"nın tərcüməsi barədə. "Avesta" əsərini ilk dəfə fransız dilinə tərcümə edən Parisdə anadan olmuş Anketil Düperron olmuşdur.
Dini təhsil alıb Kral kitabxanasında işləyən Düperronu xoş bir təsadüf şöhrət yoluna çıxarır (2, 20-22). Onun əlinə Hindistandan göndərilmiş bir neçə səhifə "qəribə" yazı keçir. O, çox çətinliklə həmin yazıları oxuyur. Bu qəribə yazılar "Avesta"dan bir neçə səhifə imiş. O, Hindistana yola düşür və 4 il orada qalaraq Şərq dilləri üzrə təkmilləşir. Bu müddətdə o, "Avesta"nın üzünü köçürür, yerli əhalinin adət-ənənəsini dərindən öyrənir, materiallar toplayır. O, Parisə qayıdarkən özü ilə 180 Şərq əlyazması, o cümlədən Firdovsinin 64 min beytlik "Şahnaməsi"ni, Nizaminin "Xəmsə"sini gətirir. Burada "Yusif və Züleyxa" N.Gəncəvinin, "Leyli və Məcnun" isə Molla Natifin əsəri kimi verilmişdir. Bu əlyazmalar içərisində «Avesta» da olmuşdur. 1773-cü ildə Düperron Fransa Akademiyasının əlyazmalar şöbəsinə üzv seçilir. Səkkiz il keçəndən sonra o, "Avesta"nın bilavasitə pəhləvi dilindən tərcüməsini qurtarır və əsər 1771-ci ildə çapdan çıxır. Bu hadisə ümumi Avropa əhəmiyyətli bir iş kimi qiymətləndirilir və oxucu kütləsinin böyük marağına səbəb olur (2, 21). İki əsrdən çoxdur ki, "Avesta" Avropa oxucularına tanışdır. O, müxtəlif dövrlərdə müxtəlif dillərə tərcümə edilmişdir. Əsərin fransız tərcüməsində söhbət dini personaj olan Zərdüştdən deyil, tarixən yaşamış şəxsdən - Zərdüştdən gedir. O, xristianlıqdan təxminən 550 il əvvəl yaşamış və indiki Azərbaycan ərazisində anadan olmuşdur. Od Allahının adını daşıdığından oda, işığa etiqad nəzəriyyəsini yaratmış, çoxlu atəşgahlar tikdirmişdir. Zərdüşt miladdan qabaq 588-ci ildə doğulmuş, 77 il ömür sürmüşdür. Şərq qaynaqlarının əksəriyyətində tarixi Zərdüştün vətəni Azərbaycan sayılır. "Doğrusu odur ki, Zərdüşt Azərbaycandandır» (bu barədə "Azərbaycan ədəbiyyatı tarixi»ndə - (1943) rast gəlinir). Orada deyilir ki, əsər Əhəmənilər dövründə yazılmışdır, çünki Sasanilər dövründə yazılsaydı farsca olardı, halbuki əsər pəhləvicədir.
Fransa ədəbi mühitində Zərdüştün "Avesta" əsərinin tədqiqi və tərcüməsi qədim midiyalılar və on qonşu xalqın mifologiyasının, dini dünyagörüşlərinin, onların ictimai-fəlsəfi baxışlarının əks olunması baxımından çox əhəmiyyətli bir yer tutur (1).
1771-ci ildə fransız alimi Anketil dö Perromenin "Avesta"nı tərcümə etməsi Avropa dünyasını Yaxın Şərq və qədim Azərbaycan xalqlarının dini-fəlsəfi, estetik və ədəbi dünyagörüşləri ilə tanış etdi.
1872-ci ildən 1953-cü ilə qədər çıxan "Aziatik" jurnalında qədim atəşpərəstlərə, Zərdüştə, "Avesta"ya dair çoxlu tədqiqatlar çap olunmağa başladı.
İlk dəfə Luən Universitetinin (Paris) professoru öz məqalələrinin birində qeyd edirdi ki, "Avesta"da nə göydən mələklərdən, nə də cənnət hurilərindən bəhs olunur ("Aziatik" jurnalı, №10). "Avesta"da qadınların ilahi mənşələri barədə əfsanələr, bütün hurilər və mələklər haqqında olan abstrakt təsəvvürlər rədd olunur, reallıqdan bəhs olunur.
İren Melikova "Aziatik"v jurnalında (№ 3) göstərirdi ki, Şərq ədəbiyyatında və folklorunda istər dini, istərsə də mifik dünyagörüşü cəhətdən bəzi rəqəmlərin və əşyaların (quşlar, güllər və s.) mifləşdirilməsi və sair motivlərə tez-tez rast gəlinir. O, misal olaraq göstərir ki, "Allah öz 300 elçisi ilə yerdə hökmranlıq" edirdi. Onların ürəyi insan ürəyi kimi idi. 40-ı Musa ürəkli, 7-si İbrahim, 5-i Cəbrayıl, 3-ü isə Mikayıl ürəkli idi".
İ.Melikovanın göstərdiyi kimi, bu rəqəmlərlə bağlı problem öz kökləri ilə daha qədimə, mifologiyaya və folklora gedib çıxır. Ümumiyyətlə, İren Melikovanın bu sahədə əməyi təqdirəlayiqdir. Belə ki, o, öz məqalələrində Azərbaycan ədəbiyyatına və folkloruna dair tez-tez faktlar gətirir. O, Strasburq Universitetinin Türkologiya İnstitutunun direktoru olmuş, filologiya elmləri doktoru, professor olan bu xanım öz tədqiqatlarında Azərbaycana çox böyük yer vermişdir.
Bundan başqa, "Aziatik" jurnalı 1842-ci ildə Mirzə Kazımbəyin "Quranın bəzi fəsillərinin şərhi" adlı əsərinin fransız dilinə tərcüməsini vermiş, Paris Asiya cəmiyyəti M.Kazımbəyin şərqşünaslıq elminin inkişafında böyük xidmətlərini nəzərə alaraq, 1850-ci ildə özünə üzv seçmişdi və onu "Avropa şərqşünaslarının layiqli patriarxı" adlandrmışdı.
"Aziatik" jurnalında Xaqani irsi, Axundov irsi ("Lənkəran xanının vəziri" və "Molla İbrahimxəlil kimyagər» komediyaları) fransız oxucularına çatdırıl-mışdır. Bu jurnal nəşrə başladığı ilk dövrlərdən indiyə qədər Azərbaycan folkloru və ədəbiyyatı nümunələrini, orijinal mətnlər və onların fransız dilinə tərcümələrini, xalqımızın dilinə, mədəniyyətinə dair bir sıra materialları çap etməklə çox faydalı iş görmüş və görməkdədir.
Jurnal Azərbaycan-Fransa ədəbi mədəni əlaqələrini öyrənmək baxımından ən mühüm mənbələrdən biridir.
Azərbaycan-Fransa ədəbi əlaqələri özünün çoxəsrlik tarixinə malikdir və bir çox səbəblərlə şərtlənir. Əvvəla, Azərbaycan mədəniyyəti həmişə özünün yüksək humanist ideyaları, forma kamilliyi, ideya-məzmun proqressivliyi ilə nəinki seçilmiş, hətta bu cəhəti ilə o, Şərq mədəniyyətinin ən öncül tərəflərini təmsil etmişdir. İkincisi, ölkəmizin Qərblə Şərqi əlaqələndirən coğrafi mövqeyini də unutmaq olmaz. Buna görə də xalqımızın ədəbiyyat və mədəniyyəti Avropanın bir çox millətlərinin o cümlədən fransızların diqqətini hələ çox qədim vaxtlardan cəlb etmişdir. Fransada Azərbaycan xalqının ədəbiyyatına marağın yaranmasında Azərbaycanın Avropa ölkələri ilə qədim dövrlərdəki iqtisadi və mədəni əlaqələri də az əhəmiyyət kəsb etmir. Artıq IX-X əsrlərdə Abbasilər sülaləsinin idarəsi zamanı Asiya və Avropanın bir sıra dövlətləri ilə hərtərəfli ticarət əlaqələri yaranmışdır. Azərbaycan tacirləri həm ərəb xilafəti ilə, həm də onun sərhədlərindən xeyli kənarda yerləşən ölkələrlə intensiv ticarət əlaqələri yarat-mışdılar. Bu onunla nəticələndi ki, orta əsrlər fransız ədəbiyyatının tədqiqatçıları inandırıcı şəkildə sübut etdilər ki, XI-XIV əsrlərdə Şərq ədəbiyyatı onların ədəbiyyatlarının inkişafında böyük rol oynamışdır (3, 36).
Həqiqətən orta əsrlər fransız ədəbiyyatının həm süjet və tematikasında, həm bədii obrazlar sistemində, həm də ideya məzmununda Şərq mədəniyyətinin çoxlu izləri vardır və onların sırasında Azərbaycan ədəbiyyatı ənənələrini də görmək çətin deyil.
Azərbaycan-Fransız ədəbi əlaqələrinin yaranması və inkişafı fransız şərqşünaslarının Azərbaycan xalqının həyatının müxtəlif aspektlərinə aid olan mühüm, ümumi marağın fonunda baş verirdi. Məsələn, artıq XVIII əsrdə fransız dilində çap olunmuş "Cənab Cəngavərin İrana və Şərqin digər yerlərinə səyahəti" adlı (4, 181-182) əsərdə Azərbaycan tədqiqi dəqiqliyi ilə hərtərəfli təsvir olunur, folklor nümunələrimizə rast gəlinir.
Kitabda Şərq, o cümlədən Azərbaycan üçün xarakterik olan bir çox atalar sözləri xatırlanır. Məsələn:
- Az danışmaq gümüşdürsə, danışmamaq qızıldır.
- Sirrinizi gizli saxlasanız, o sizin qulunuzdur, bir kimsəyə demişsinizsə, siz onun qulusunuz.
- Qurddan qorxan qoyun saxlamaz və s.
O cümlədən, müəllif öz kitabında alleqorik "Aslan və iki öküz", "Aslan və tülkü", "Günəş və külək", «İnsan və ilan» əsərlərinin adlarını çəkir. Bütün bunlar bir daha sübut edir ki, müəllifi Azərbaycanın coğrafiyası, tarixi, adət və ənənələri, Şərqin məşhur adamları ilə yanaşı, həm də zəngin folkloru maraqlandırmışdır.
Kitabda hətta Azərbaycan adının etimologiyasından da bəhs olunur " Atropatan, Atropaten.... " .
Xalqlar coğrafi cəhətdən bir-birinə nə qədər yaxındırlarsa, onların ədəbiy-yatları, mədəniyyətləri də bir o qədər yaxındır. Lakin bu o demək deyildir ki, bir-birindən uzaqda yerləşən xalqların ədəbiyyat və mədəniyyətlərinin bir-birinə təsiri yoxdur. Belə ki, Avropa xalqlarının ədəbiyyat və mədəniyyət tarixi sübut edir ki, fransızlar, almanlar, ingilislər lap qədim zamanlardan qocaman Şərqin, o cümlədən də Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, ələlxüsus folkloru ilə maraqlanmışlar.
Qərb və Şərq mövzusu min ildən çoxdur ki, dünyanın ən məşhur yazıçılarının, şairlərinin, filosof və tarixçilərin əsas mövzusu olmuş və bu anlayışlar yüzlərlə problemi gündəmə gətirmişdir. İstər Şərqdə, istərsə də Qərbdə yüksələn bir xətt üzrə araşdırılan bu mövzu Azərbaycanda XIX və XX əsrlərdə ayrıca bir elm sahəsi kimi diqqəti cəlb etmişdir.
Şərqdə mədəniyyətin erkən inkişafı ilə əlaqədar olaraq Qərb həmişə Şərqə böyük maraq göstərmişdir. Odur ki, Şərqin yaratdığı böyük mədəniyyət uzun əsrlər boyu get-gedə Avropada yayılmağa başlamışdır.
270-ci ilə qədər ayrı-ayrı fasilələrlə davam edən Səlib müharibələrindən sonra Qərb Şərqin həm riyaziyyatını, həm fəlsəfəsini, həm də ədəbiyyat və əfsanələrini öyrənməyə başlayır. Şübhəsiz ki, Şərqin bir çox inciləri-əlyazmaları, sənət abidələri məhz bu dövrdə Qərb ölkələrinə aparılır.
XIII-XV əsrlərdə Fransada Şərq dilləri üzrə məktəblər, kolleclər, kafedralar yaranır və mütəxəssislər hazırlanırdı (5, 27).
Artıq XVII əsrdə Şərq mövzusunda əsərlər yaranır. Fransız dramaturqu Jan Rasin 1672-ci ildə "Bayazet" əsərini yazır (6, 135).
Şərqşünas Bartelemi D'Erbelonun 1697-ci ildə "Şərq kitabxanası"ensiklopedik əsəri nəşr olunur.
Bu dövrdə Avropa ədəbiyyatının nəhəng bir qolu olan fransız ədəbiyyatında Şərqə meyl güclənmişdi. Belə ki, 1704-cü ildən başlayaraq şərqşünas-ixtisasca ərəbşünas olan Antuan de Qallan Şərq ədəbiyyatının "şah əsəri" olan "Min bir gecə" nağıllarını fransız dilinə tərcümə edir (7, 416-418). Məhz bu minvalla Azərbaycan folklorunda rast gəlinən "Əlibaba və 40 quldur", "Ələddinin sehirli çırağı» fransız dilinə tərcümə olunur.
1707-ci ildə görkəmli şərqşünas Pöti dö la Krua "Türk nağılları"nı fransız dilinə çevirir. Şeyxzadədən tərcümə olunmuş bu nağılların əsl adı isə "Fars sultanı və vəzirlərin əhvalatı"dır (8, 8).
XVIII əsrdə Fransa Avropa üçün bir növ şərqşünaslıq məktəbi rolunu oynayırdı. İstər bu əsrdə, istərsə də, bundan sonrakı əsrlərdə uzun müddət Şərqlə maraqlanan bir çox Avropa yazıçı və şairləri, eləcə də şərqşünasları d'Erblonun əsərinə, Qallan və Pöti dö la Kruanın tərcümələrinə müraciət edirlər.
ƏDƏBİYYAT
1. İsmayılov R. Azərbaycan fransız ədəbi əlaqələri: Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı: 1985, 320 s.
2. Gözəlov Ə. Zərdüşt, «Avesta», onun vətəni / «Elm və həyat» jurnalı, 1982, № 2, s. 21
3. Guide de Paris mystérieux, Franzois Caradec et Jean-Robert Masonn (sous la direction de), coll. "Les Guides noirs", Edition Tchou / Sand, nouvelle édition, 2001, 272 p.
4. Chardin J. Voyage du monseir de chevalier en perse et aux autres lieux de lorient. Amsterdam: 1711, 182 p.
5. Sərkaroğlu Ə. Nizami fransız mənbələrində. Bakı: Azərnəşr, 1991, 138 s.
6. Liason et literature / XVI - XVIII v. Paris: Nathan, 1992, 480 p.
7. Histoire et recherches des antiquités de la ville de Paris, 3 tomes, Ffenri Sauvai, Genive: 1973, 480 p.
8. Zeynalov Ə. Fransız ədəbiyyatında Şərq. Bakı: Elm, 1996, 154 s.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM